Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-36/2021 13.07.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X6 katibliyi, dövlət ittihаmçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, təqsirləndirilən şəxs X2 və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxx 1999-cu il tarixdə Zaqatala rayonu, Göyəm kəndində anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də operator işləyən, Zaqatala rayonu, Göyəm kəndində daimi qeydiyyatda olmaqla orada yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X5 30 mart 2021-ci il tarixdə yeni növ koronaviris infeksiyasının (COVİD-19 PCR) təyini üçün barəsində aparılmış laborator müayinənin nəticəsi pozitiv olmaqla «COVİD-19» virus infeksiyasına yoluxub hava-damcı yolu ilə keçən infeksiyanın daşıyıcısı olaraq ona karantin qaydalarına uyğun müşahidəyə götürülərək hüquq və vəzifələri, göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə məlumat verilməklə yaşadığı mənzili (evi) tərk etməməsi və bu tələblərin pozulmasına görə qanunda nazərdə tutulmuş cinayət məsuliyyəti barədə xəbərdar olmasına və yaşadığı yerdə karantin nəzarətinə götürülməsinə baxmayaraq «Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə» Azərbaycan respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli qərarına dəyişiklik edilməsi ilə bağlı Nazirlər kabinetinin xüsusi karantin rejiminin müddətinin 2021-ci il 01 iyun saat 06-dək uzadılması barədə 19 mart 2021-ci il tarixli 72 saylı qərarının Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində Hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcridolunma qaydalarının mənzili (evi) tərk etməyin qadağan edilməsi barədə 4.5.5-ci bəndinin və Nazirlər Kabinetinin Xüsusi karantin rejimində tənəfüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə 29 may 2020-ci il tarixli 189 saylı qərarının şəhərdaxili sərnişin daşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmir yolu və s.) və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində sosial məsafəni gözləmək (insanlar arası məsafə 1.5-2 metr) şərti ilə tənəfüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməli olması barədə 1.1. və 1.4-cü bəndlərinin tələblərini pozaraq 06 aprel 2021-ci il tarixdə saat 20:30 radələrində yaşadığı Zaqatala rayonu Göyəm kəndində yerləşən fərdi yaşayış evini tənəfüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədən tərk edərək qohumu Şahid1 idarə etdiyi VAZ-21011 markalı **-BA-*** dövlət nömrə nişanlı avtomaşında sosial məsafəni gözləmədən "xxxx" Zaqatala filialının qarşısına gəlmiş və orada olan ATM-dən özünə məxsus plastik kart vasitəsi ilə pul çıxardaraq eyni halda və Şahid1 idarə etdiyi həmin maşınla yaşadığı evə qayıtmış, habelə 09 aprel 2021-ci il tarixdə saat 10 radələrində yenə yuxarda qeyd edilən vəziyyətdə təkrarən yaşadığı həmin evi tərk edərək şəxsiyyəti istintaqa məlum olmayan şəxsin taksi məqsədilə idarə etdiyi avtomaşınla Zaqatala şəhərindəki Heydər Əliyev adına parka gedib xüsusi karantin rejimini pozmaqla yeni növ koronavirus (COVİD-19) infeksiyasının (xəstəliyin) yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs X5 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, "xxxx" YDM-nin Bakı şəhərində yerləşən məntəqəsində operator işləmiş, Bakı şəhərində «Şamaxinka» deyilən ərazidə kirayədə qalırdı. 30 mart 2021-ci il tarixdə hərarəti qalxdığı üçün işdən onu test vermək üçün xəstəxanaya göndərmişlər. 30 mart 2021-ci il tarixdə «Covid 19» virusu ilə əlaqədar olaraq test vermiş, o test verən vaxt istifadə etdiyi ***-***-**- ** mobil nömrəsini məlumat verilməsi üçün demişdir. Hərarəti olduğu üçün anasının yanında müalicə olunmaq məqsədilə 31 mart 2021-ci il tarixdə səhər saatlarında Zaqatala rayonu Göyəm kəndinə yaşadığı evə gəlmək üçün yola çıxmışdır. 31 mart 2021-ci il tarixdə, saat 18:08 dəqiqədə istifadə etdiyi ***-***-**-** nömrəsinə vermiş olduğu testin cavabının pozitiv çıxması barədə SMS vasitəsilə məlumat verilmişdir. Bundan sonra əvvəlcə Bakı şəhərindən kirayə yaşadığı ərazinin sahə həkimi ona zəng vuraraq «Covid 19» virusuna yoluxduğu üçün yaşadığı evdə karantində olmağı bildirmişdir. O, həmin həkimə Zaqatala rayonunda olduğunu bildirdikdən sonra Rəşad adlı həkim ona zəng vuraraq Zaqatala rayonunda harada olmasını soruşmuş, o da Rəşad həkimə Göyəm kəndinə getdiyini demişdir. Səhəri gün yəni 01 aprel 2021-ci il tarixdə Göyəm kəndində olan həkim məntəqəsindən ona zəng vuraraq vəziyyəti ilə maraqlanmışlar və ona evdə karantin şəraitində qalmağı, küçəyə çıxmamağı, insanlarla görüşməməyi bildirmişlər. 06 aprel 2021-ci il tarixdə, saat təxminən 20 radələrində ona pul lazım olduğu üçün bacısının əri İbrahimin idarə etdiyi qırmızı rəngli VAZ-21011 markalı, **-BA-*** dövlət nömrə nişanlı avtomobillə "xxxx"ın Zaqatala şəhərində yerləşən filialına getmişdir. Həmin vaxt avtomobildə qabaq sağ oturacaqda oturmuş və tibbi maskadan istifadə etməmişdir. Həmçinin avtomobildə başqa heç kim olmamışdır. İbrahim idarə etdiyi avtomobili "xxxx"ın qabağında saxlamış, o maşından düşüb bankın qabağında qurulmuş ATM yaxınlaşmış, bankın qabağında olan ATM-dən pul çıxardan vaxt bir nəfər tanımadığı kişi də ondan arxa tərəfdə dayanmışdır. Pulu çıxartdıqdan sonra yenidən İbrahimin idarə etdiyi avtomobillə yaşadığı Zaqatala rayonu Göyəm kəndinə qayıtmışdır. 09 aprel 2021-ci il tarixdə o yaşadığı evdə sıxıldığı üçün Zaqatala şəhəri «X16» getmiş, o parka gedən vaxt tanımadığı taksi ilə getmişdir. Həmin avtomobildə qabaq sağ oturacaqda oturmuş, tibbi maskadan istifadə etməmişdir. «X15» gəzmiş, həmçinin «Meydanda»da gəzmişdir. O, «Meydanda» olan vaxt kəndlərinin sahə rəisi ona zəng vuraraq harada olmağını soruşmuş, o da bundan sonra taksi ilə yaşadığı evə qayıtmışdır. Həmin vaxt avtomobilin qabaq sağ oturacağında oturmuş, evə çatdıqda evin qabağında küçədə polis əməkdaşları ilə qarşılaşmış, həmin vaxt o polis əməkdaşlarına banka getdiyini bildirmişdir. Etdiyi hərəkətlərdən peşmandır. Göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, X5 qaynıdır, onun Mömin Abdulcəlilov ilə münasibəti yaxşı olmuş, Mömin ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Etibarnamə əsasında idarə etdiyi VAZ-21011 markalı, **-BA-*** dövlət nömrə nişanlı avtomobili var. 06 aprel 2021-ci il tarixdə, saat təxminən 19 radələrində idarə etdiyi VAZ-21011 markalı avtomobillə yaşadığı kənddə küçədə hərəkətdə olan vaxt qaynı Mömini görmüşdür. İdarə etdiyi avtomobili Möminin yanında saxlayaraq hara getməsi ilə maraqlanmışdır. Mömin ona Zaqatala şəhərinə "xxxx"ın filialına getdiyini bildirmiş, bundan sonra o idarə etdiyi avtomobillə Mömini Zaqatala şəhərində yerləşən "xxxx"ın Zaqatala rayon filialına aparmışdır. Mömin pul çıxartdıqdan sonra yenidən yaşadığı evə qaytarmış, həmin vaxtdan sonra Mömini görməmişdir. X8 şəhərinə banka gətirən vaxt Mömin idarə etdiyi avtomobilin qabaq sağ oturacağında oturmuş, Mömin onun idarə etdiyi avtomobillə Zaqatala şəhərinə gəlib qayıdan vaxt Möminin ağzında maska olmamış, 09 aprel 2021-ci il tarixdə saat 12 radələrində Mömin Abdulcəlilovu parkdan yaşadığı evə gətirməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 2013-cü ildən DİO-da xidmət edir, həmin ildən də Zaqatala RPŞ-nin istimai təhlükəsizlik bölməsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru vəzifəsində xidmət edir. Zaqatala RPŞ-nin rəhbərliyinin daxili əmri ilə sahə rəisi vəzifəsini icra edir və Zaqatala rayonu Göyəm kəndi onun xidmət göstərdiyi ərazidə yerləşir. «Covid-19» pandemiyası ilə əlaqədar olaraq Azərbaycan Respublikası ərazisində də karantin qaydaları tətbiq olunur, buna görə də xidmət etdiyi ərazilərdə Covid-19 virusuna yoluxaraq ev şəratində karantində olan şəxslərin siyahıları onlara təqdim olunur. O, da gün ərzində xidməti ərazidə Covid-19 virusuna yoluxaraq ev şəraitində karantində olan şəxslərin ünvanlarına gedərək yaşayış yerlərini tərk edib-etməmələrini yoxlayır. Həmçinin həmin şəxslərin ailə üzvləri ilə yaşayış yerini tərk etməmələri barədə profilaktiki söhbətlər aparır. 09 aprel 2021-ci il tarixdə, saat təxminən 11 radələrində yenə xidməti ərazisi olan Zaqatala rayonu Göyəm kəndində yaşayan Covid-19 virusuna yoluxduğu üçün ev şəraitində karantində olan X2 yaşadığı evə getmişdir. Mömin Abdulcəlilovun yaşadığı evə getdikdə Möminin karantin qaydalarını pozaraq yaşadığı evi tərk edib getməsini bilmişdir. Bu barədə şöbə rəhbərliyinə müraciət etmiş və bir qədər sonra ekspert kriminalist və müstəntiq də Mömin Abdulcəlilovun yaşadığı evin qarşısına gəlmiş, müstəntiq Mömin Abdulcəlilovun yaşadığı evin qarşısına gəldikdən təxminən 10 dəqiqə sonra yəni 09 aprel 2021-ci il tarixdə saat 12 radələrində Mömin Abdulcəlilovun küçə ilə piyada evlərinə tərəf gəldiyi müşahidə olunmuşdur. Həmin vaxt müstəntiq Möminə yaxınlaşaraq virusa yoluxduğunu bildiyi halda nəyə görə yaşadığı evi tərk etməsini soruşduqda X9 şəhərinə bankdan pul çıxartmağa getdiyini bildirmişdir. Mömin Abdulcəlilova xəbərdarlıq edilərək yaşadığı evdə qalması və karantin qaydalarını bir daha pozmaması bildirilmişdir. Mömin Abdulcəlilov virusa yoluxaraq yaşadığı evdə karantində olması barədə ona məlumat verildikdən sonra o Möminin yaşadığı evin həyətinə gedib ailə üzvlərinə evdən çıxmaması barədə şifahi xəbərdarlıq etmişdir. Hətta həmin vaxt Mömin Abdulcəlilovu da uzaqdan görüb yaşayış yerini tərk etməməsi barədə şifahi xəbərdarlıq etmişdir. X11 karantin qaydalarını pozaraq yaşayış yerini tərk etməsi barədə məlumatlar daxil olmuş, ona görə də Mömini xüsusi nəzarətə götürmüş və tez-tez Möminin yaşadığı evin həyətinə getmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 Hüseyin oğlu şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəyə oxşar məzmunda ifadə verərək onun qeyd etdiklərini təsdiq etdi. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 1998-ci ildən Zaqatala rayonu, Göyəm kənd həkim məntəqəsində həkim pediatr kimi iş fəaliyyətinə başlamış, hal-hazırda isə həmin həkim məntəqəsinin müdiri vəzifəsində işləyir. Xidmət etdiyi ərazi Zaqatala rayonu Göyəm və Sumaylı kəndlərinin sakinləridir. «COVİD-19» pandemiyası ilə əlaqədər olaraq məntəqə gücləndirilmiş rejimdə fəaliyyət göstərir və xidməti ərazidə pandemiyaya yoluxaraq yaşadığı evdə karantində olan şəxslərin səhhəti ilə maraqlanırlar. Belə ki, xidmət etdiyi ərazidə pandemiyaya yoluxmuş şəxslərin siyahısı rayon mərkəzi xəstəxanasından onlara təqdim edilir və onlar da həmin şəxslərlə hər gün telefon vasitəsi ilə əlaqə saxlayaraq səhhətləri ilə maraqlanmış, zərurət olduqda səhhətləri ağırlaşdıqda isə bu barədə rayon mərkəzi xəstəxanasına məlumat verir. Həmçinin xəstələr üçün ayrılmış dərman preparatorlarını təqdim edir. X5 onun xidmət etdiyi kəndin sakinidir, Mömin Abdulcəlilov Bakı şəhərində işləyən vaxt hərarəti olduğu üçün yaxma vermiş və 31 mart 2021-ci il tarixdə COVİD-19 virusuna yoluxması barədə analizin cavabı müsbət çıxmışdır. Bundan sonra Mömin Abdulcəlilov yaşayış yeri üzrə Zaqatala rayonu Göyəm kəndinə gəlmiş, X12 kəndinə gəldikdən bir gün sonra yəni 01 aprel 2021-ci il tarixdə isə bu barədə onlara məlumat verilmiş, həmin tarixdən də Mömin Abdulcəlilov tərəflərindən nəzarətə götürülmüş və hər gün mütəmadi olaraq telefon vasitəsi ilə əlaqə saxlanılaraq səhhəti ilə maraqlanılmışdır. X10 ilə hər dəfə danışılan vaxt karantin qaydalarına əməl etməsi tövsiyyə olunmuşdur. İşdə olan 09 aprel 2021-ci il tarixli Covid-19 virusuna yoluxmuş şəxsin küçədə müəyyən edilməsi haqqında protokoldan görünür ki, Zaqatala rayonu Göyəm kənd sakini X2 Covid-19 virusuna yoluxaraq yaşadığı evdə karantində qalmalı olduğu halda karantin qaydalarını pozaraq yaşadığı evi tərk etməsi barədə Şahid2 raportu əsasında Mömin Abdulcəlilovun yaşadığı evin qarşısında küçədə olan vaxt sonuncunun küçə ilə yaşadığı evə gəlməsi müəyyən edilmiş və ona yaxınlaşaraq videogörüntü vasitəsi ilə sorğu aparılmışdır. Sorğu zamanı X13-19 virusuna yoluxduğunu bildiyini, bu barədə xəbərdarlıq edildiyini bildirərək kartından pul çıxartmaq üçün Zaqatala şəhərinə getdiyini qeyd edir. Daha sonra Mömin Abdulcəlilova aktiv Covid-19 xəstəsi olduğu bildirilərək yaşadığı evə qayıtması və yaşadığı evdə qalmaqla karantin qaydalarına riayət etməsi nəzərinə çatdırılmışdır. İşdə olan 22 aprel 2021-ci il tarixli sənədlərin cinayət işinə əlavə olunması haqqında protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaqa təqdim edilən sənədə baxış keçirilmişdir. Həmin sənəd X2 "xxxx" ASC-dən cari hesabından çıxarışdır. Həmin çıxarışdan görünür ki, X1 06.04.2021-ci il tarixdə saat 20:39 dəqiqədə "xxxx" ASC-nin Zaqatala şəhərində yerləşən filialının qarşısındakı ATM-dən 535 manat pul çıxarılmışdır. Həmin çıxarış götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan X4 məxsus Cari hesabdan çıxarışdan görünür ki, 07.04.2021-ci il tarixdə "xxxx" ASC-nin Zaqatala şəhərində yerləşən filialının qarşısındakı ATM-dən 535 manat pul vəsaiti çıxarılmışdır. İşdə olan Zaqatala rayon mərkəzi xəstəxanası Publik hüquqi şəxs tərəfindən verilmiş 24.04.2021-ci il tarixli 295 nömrəli məktubdan görünür ki, X2 Bakı şəhərində verdiyi «Covid-19» yaxmasının nəticəsi «pozitiv» olduğu üçün 31.03.2021-ci il tarixdən 14.04.2021-ci il tarixlərində ev şəraitində müalicə olunmuşdur. İşdə olan 07 may 2021-ci il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, 31 mart 2021-ci il tarixdə 18:08 dəqiqədə daxil olmuş sms-də 30.03.2021-ci il tarixində COVİD-19 ilə bağlı vermiş olduğu testin nəticəsi pozitiv çıxmış, həmçinin ona və ailə üzvlərinə yaşayış yerini tərk etməmələri bildirilmiş və karantin rejimini pozduğu təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna biləcəyi qeyd edilmişdir. İşdə olan 07 may 2021-ci il DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X5 06 aprel 2021-ci il tarixdə qırmızı rəngli VAZ-21011 markalı avtomobillə "xxxx"ın Zaqatala filialının inzibati binasının qarşısına gəlir və avtomobilin qabaq sağ oturacağından düşüb ATM-ə yaxınlaşmış, həmin vaxt Mömin Abdulcəlilovun ağzında tibbi maska olmamış, Mömin Abdulcəlilov ATM-dən pul çıxartdıqdan sonra yenidən həmin qırmızı rəngli VAZ-21011 markalı avtomobilin qabaq sağ oturacağında oturmuşdur. İşdə olan Azərbaycann Respublikası DİN BƏSİİ-nin 28.04.2021-ci il tarixli tələbnaməsindən görünür ki, X2 əvvəllər məhkum olunması ilə əlaqədar DİN BƏSİİ-nin əməliyyat sorğu kartotekasında hər hansı məlumat yoxdur. İşdə olan Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Göyəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 382 nömrəli, 10 may 2021-ci il tarixli xasiyyətnamədən örünür ki, X5 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan qətimkan tədbirinin seçilməsi haqında 23 aprel 2021-ci il tarixli qərardan görünür ki, Zaqatala rayonu Göyəm kəndində daimi qeydiyyatda olmaqla yaşayan X5 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşdə olan 08 may 2021-ci il trili sənədlərin cinayət işinə əlavə olunması haqqında protokoldan və həmin protokola əlavə edilmiş X14 Kitabçasının kserosurətindən görünür ki, X4 05.04.2021-ci il tarixdən hər gün telefon vasitəsi ilə əlaqə saxlanılaraq səhhəti ilə maraqlanılmış və karantin qaydalarına əməl etməsi bildirilmişdir. Beləliklə təqsirləndirilən şəxs X2 törətdiyi cinayət əməli özünün, şahidlərin ifadələri ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, X5 30 mart 2021-ci il tarixdə yeni növ koronaviris infeksiyasının (COVİD-19 PCR) təyini üçün barəsində aparılmış laborator müayinənin nəticəsi pozitiv olmaqla «COVİD-19» virus infeksiyasına yoluxub hava-damcı yolu ilə keçən infeksiyanın daşıyıcısı olaraq ona karantin qaydalarına uyğun müşahidəyə götürülərək hüquq və vəzifələri, göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə məlumat verilməklə yaşadığı mənzili (evi) tərk etməməsi və bu tələblərin pozulmasına görə qanunda nazərdə tutulmuş cinayət məsuliyyəti barədə xəbərdar olmasına və yaşadığı yerdə karantin nəzarətinə götürülməsinə baxmayaraq «Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə» Azərbaycan respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli qərarına dəyişiklik edilməsi ilə bağlı Nazirlər kabinetinin xüsusi karantin rejiminin müddətinin 2021-ci il 01 iyun saat 06-dək uzadılması barədə 19 mart 2021-ci il tarixli 72 saylı qərarının Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində Hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcridolunma qaydalarının mənzili (evi) tərk etməyin qadağan edilməsi barədə 4.5.5-ci bəndinin və Nazirlər Kabinetinin Xüsusi karantin rejimində tənəfüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə 29 may 2020-ci il tarixli 189 saylı qərarının şəhərdaxili sərnişin daşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmir yolu və s.) və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində sosial məsafəni gözləmək (insanlar arası məsafə 1.5-2 metr) şərti ilə tənəfüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməli olması barədə 1.1. və 1.4-cü bəndlərinin tələblərini pozaraq 06 aprel 2021-ci il tarixdə saat 20:30 radələrində yaşadığı Zaqatala rayonu Göyəm kəndində yerləşən fərdi yaşayış evini tənəfüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədən tərk edərək qohumu Şahid1 idarə etdiyi VAZ-21011 markalı **-BA-*** dövlət nömrə nişanlı avtomaşında sosial məsafəni gözləmədən "xxxx" Zaqatala filialının qarşısına gəlmiş və orada olan ATM-dən özünə məxsus plastik kart vasitəsi ilə pul çıxardaraq eyni halda və Şahid1 idarə etdiyi həmin maşınla yaşadığı evə qayıtmış, habelə 09 aprel 2021-ci il tarixdə saat 10 radələrində yenə yuxarda qeyd edilən vəziyyətdə təkrarən yaşadığı həmin evi tərk edərək şəxsiyyəti istintaqa məlum olmayan şəxsin taksi məqsədilə idarə etdiyi avtomaşınla Zaqatala şəhərindəki Heydər Əliyev adına parka gedib xüsusi karantin rejimini pozmaqla yeni növ koronavirus (COVİD-19) infeksiyasının (xəstəliyin) yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. X2 törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs X2 cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxs X4 cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş materiallarına əsasən məhkəmə tərəfindən təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs X4 hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. X5 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. X5 ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə Zaqatala rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. X2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. X4 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərclərinin, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, təqsirləndirilən şəxs X5 hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasınа məhkum edilsin. Təqsirləndirilən şəxs X5 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs X5 ona təyin edilmiş 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə X2 üzərinə yaşadığı Zaqatala rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Zaqatala rayonu Göyəm kəndində yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs X2 cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs X4 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Zaqatala Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərclərinin, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №1(033)-36/2021
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-36/2021
13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver