Məhkəmə qərarları › İş №1(033)-36/2023

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-36/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-36/2023 31.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X18 katibliyi, dövlət ittihаmçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs Muhumayevı̇ çin və onun müdafiəçisi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx.xx.1989-cu il tarixdə Zaqatala rayonu, Car kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu Car kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Muhumayevı̇ çin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında saat 16:00-da baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Zaqatala RİH başçısının 03 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamı ilə Zaqatala RİHB-nın Car kənd İƏD üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli, xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 5.1.9-cu maddəsinə əsasən ərazidə yaşayan vətəndaşlara ailə vəziyyətini təsdiq edən arayışlar verməli olduğu halda, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 347 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə” Təlimatın 16-cı hissəsinə əsasən nümayəndəlikdə verilən arayışlar üçün müvafiq qeydiyyat kitablarını aparmaqla, nümayəndəlikdə sənədləşmənin düzgün aparılmasına məsul şəxs olmasına baxmayaraq öz imzası və icra nümayəndəliyinə məxsus möhürlə təsdiq etdiyi arayışların müvafiq kitablarda heç bir qeydiyyatını aparmayıb faktiki olaraq Car kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məxsus ərazidə yaşamadığını və təsərrüfatbaşına uçot kitablarında qeydə alınmadığını bildiyi halda müxtəlif şəxslərin barəsində ailə tərkibi haqqında arayışlar verməklə üçüncü şəxslər üçün qanunsuz olaraq üstünlük əldə etmək məqsədi ilə öz qulluq mənafeyinə qəsdən zidd olaraq vəzifə səlahiyyətlərindən sui – istifadə edib yuxarıda göstərilən Əsasnamənin tələbləri ilə rayon ərazisində qanunçuluğun təmin edilməsində və dövlət orqanlarında, yerli özünüidarəetmə orqanlarında və publik hüquqi şəxslərdə korrupsiya hallarının qarşısının alınması, Azərbaycan Respublikasının qanunvericilik aktlarının icrası, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən tədbirlərin stabilliyinə mənfi təsir göstərib normal fəaliyyətin pozulmasında, əhali arasında nüfuzuna xələl gətirilməsində ifadə olunan qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Bundan başqa o, Zaqatala RİHB-nın Car kənd İƏD üzrə nümayəndəsi qismində vəzifəli şəxs kimi qanunsuz olaraq, tanışı Zaqatala rayon vəkil bürosunun vəkili X57 müxtəlif vaxtlarda baş vermiş yol nəqliyyat hadisələri zamanı ölmüş şəxslərin ailə üzvlərinin sığorta ödənişi əldə etməsi ilə əlaqədar maraqlarını təmin etməsinə şərait yaratmaq məqsədi ilə, Zaqatala rayonunda heç vaxt yaşamamış, eyni zamanda Car kənd İƏD üzrə nümayəndəliyinə məxsus təsərrüfatbaşına uçot kitablarında heç bir məlumat olmadığı halda yalnız T.F.İsayevdən əldə etdiyi şifahi məlumatlarla kifayətlənib Bakı şəhər sakini X35 baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xx.xx.2011-ci il tarixdə vəfat etməsindən sonra ailə üzvlərinin xx.xx.2022-ci il tarixə kimi Şahid8, Şahid9 və X19 ibarət olmasına baxmayaraq Y.M.Məmmədovun ailə üzvlərinin sonuncunun arvadı Şahid8 və faktiki olaraq ailə tərkibi kimi qeydiyyatda olmadığı halda digər oğlu Şahid10 ibarət olması barədə 902 nömrəli, xx.xx.2022-ci il tarixli, eləcə də baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xx.xx.2014-cü il tarixdə ölmüş Sumqayıt şəhər sakini xx.xx.2006-cı il təvəllüdlü X8 ailə üzvlərinin xx.xx.2022-ci il tarixədək Şahid3 Əbülfət oğlu, Şahid4, X48, X36 ibarət olmasına baxmayaraq N.Şahid3 ailə üzvlərinin Şahid3 və Şahid4 olması barədə 602 nömrəli, xx.xx.2022-ci il tarixli ailə tərkibi haqqında, həmçinin Bakı şəhər sakini X37 xx.xx.2012-ci il tarixdə vəfat etməsindən sonra ailə üzvlərinin Şahid11, Şahid6, X79, X11 ibarət olması haqqında 901 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhər sakini X12 xx.xx.2012-ci il tarixdə vəfat etməsindən sonra ailə üzvlərinin Şahid7 ibarət olması haqqında 904 nömrəli, xx.xx.2022-ci il tarixli, Abşeron rayon sakini X58 xx.xx.2012-ci il tarixdə vəfat etməsindən sonra ailə üzvlərinin Şahid5, X20, X5, X80, X49 ibarət olması haqqında 903 nömrəli, xx.xx.2022-ci il tarixli arayışlar tərtib edərək müvafiq qeydiyyat kitabında heç bir qeydiyyat aparmadan saxta qeydiyyat nömrəsi daxil edib öz imzası və Zaqatala RİHB-nın Car kənd İƏD üzrə nümayəndəliyinə məxsus möhürlə təsdiq edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edib əvvəllər Tural İsayevin ona icra nümayəndəliyi üçün kağız alınması, printer qurğusunun kartricinin doldurulması və s. bu kimi digər xərclərinin qarşılamasına görə maddi cəhətdən yardım etməsi ilə əlaqədar özünü onun qarşısında borclu kimi hesab edərək, daha çox şəxsi nüfuz qazanmaq, aralarında yaranmış dostluq münasibətlərini qorumaq məqsədi ilə tamah niyyəti ilə vəzifə saxtakarlığı etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs Muhumayevı̇ ç Azərbaycan Respublikası CM-in 308.1-ci və 313-cü maddələri ilə nəzərdə tutulmuş ittiham üzrə özünü tam təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xeyli müddət Zaqatala RİHB-nin Car kənd İƏD üzrə nümayəndəsinin müavini, daha sonra isə nümayəndə vəzifəsində işləmiş, yol verdiyi nöqsanlara görə xx.xx.2023-cü il tarixdə tutduğu vəzifədən azad olunmuşdur. Şahid2 ümumiyyətlə tanımır, onunla heç vaxt görüşməmiş və əlaqə saxlamamışdır. X81 ilə isə 2020-ci ildən dostluq münasibəti yaranmışdır. Aralarında olan münasibətə görə tez-tez bir-biriləri ilə əlaqə saxlamışlar, Turalı səmimi insan kimi tanımışdır. Dəqiq vaxtını xatırlamır, Tural ona bəzi vətəndaşların yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmələrini, lakin sığorta ödənişlərini ala bilmədiklərini, onların adından ailə tərkibi haqqında arayışların olduğu təqdirdə həmin vətəndaşlara vəkil kimi köməklik göstərib sığorta ödənişi ala bildiyini söylərək həmin vətəndaşların bəzilərinin Bakı şəhərində və Zaqatala rayonundan fərqli digər regionlarda yaşadıqlarını, həmin vətəndaşların adından məhkəmələrə və İcbari Sığorta Bürosuna müraciət etməsi üçün Bakı şəhərində və digər regionlara səfərlər etmək məcburiyyətində qaldığını, lakin digər işlərinin olması ilə əlaqədar kifayət qədər vaxtı olmadığını bildirib ondan tələb olunan arayışları verə bilib-bilməyəcəyini maraqlanmışdır. Turalla dostluq münasibəti olduğundan və indiyə kimi heç bir xahiş etmədiyini nəzərə alıb məlumatları deməsini, sistemdə baxıb arayış verəcəyini qeyd etmişdir. Bundan sonra Tural ona səhv etmirsə 4-5 nəfər barəsində məlumat vermiş, o da həmin məlumatlar əsasında arayış hazırlayıb imzası və icra nümayəndəliyinə məxsus möhürlə təsdiq edib Turala vermişdir. Əməlindən peşmandır. Tural İsayev arayışlara görə ona pul verməmiş, aralarında dostluq münasibəti olduğu üçün bəzən kağız almağa, çay almağa, printeri doldurmağa görə 5-10 manat pul vermişdir. Tural İsayev heç vaxt ondan nəsə xahiş etməmiş, dost olduqları üçün ona kömək etməyi fikirləşmişdir. Tural İsayevə sistemə baxıb arayış verə biləcəyini söyləsə də elə bir sistem yoxdur. Məqsədi kömək etmək olduğuna görə Tural İsayevə elə bir fikir bildirmişdir. Zaqatala RİHB-nin Car kənd İƏD üzrə nümayəndəsi olaraq icra nümayəndəliyi adından verdiyi arayışların qeydiyyatını “Arayışların qeydiyyat kitabı” adlı icra nümayəndəliyində saxlanılan dəftərxana kitabında aparsa da Tural İsayevə verdiyi arayışların heç bir qeydiyyatını aparmamışdır. X35 xx.xx.2011-ci il tarixdə vəfat etməsi, vəfat etdikdən sonra arvadı Şahid8 və oğlu Şahid10 ibarət ailə üzvlərinin qalması haqqında 902 nömrəli, xx.xx.2022-ci il tarixli arayış, X8 xx.xx.2014-cü il tarixdə vəfat etməsi, vəfat etdikdən sonra atası Şahid3 və anası Şahid4 ibarət ailə üzvlərinin qalması barədə 602 nömrəli, xx.xx.2022-ci il tarixli arayış, X37 xx.xx.2012-ci il tarixdə vəfat etməsi, vəfat etdikdən sonra anası Şahid11, arvadı Şahid6, qızı Nəzrin Məmmədova, oğlu Ömər Məmmədovdan ibarət ailə üzvlərinin qalması barədə 901 nömrəli, xx.xx.2022-ci il tarixli arayış, X21 xx.xx.2012-ci il tarixdə vəfat etməsi, vəfat etdikdən sonra oğlu Şahid7 ibarət ailə üzvünün qalması barədə 904 nömrəli, xx.xx.2022-ci il tarixli arayış, X58 xx.xx.2012-ci il tarixdə vəfat etməsi, vəfat etdikdən sonra atası Şahid5, anası X20, arvadı X6, övladları Elvin Sadıqlı və Ayxan Sadıqlıdan ibarət ailə üzvlərinin qalması barədə arayış onun tərəfindən icra nümayəndəliyinin binasında tərtib edilmişdir. Adının qarşısında olan imza özünə məxsusdur. Arayışları tərtib edib imzaladıqdan sonra icra nümayəndəliyinə məxsus möhürlə təsdiq etmişdir. Arayışda adları qeyd edilmiş şəxslərdən heç birini tanımır, məlumatları Tural İsayev ona təqdim etmişdir. Məhkəmə xətşünaslıq ekspertizasının rəyində adının qarşısında olan imzanın ona məxsus olmadığı göstərilsə də, imza onun tərəfindən icra olunmuşdur. Ola bilsin ki, narahat yerdə və yaxud tələsərək cəld şəkildə imza etdiyi üçün fərq aşkar olunmuşdur. İcra nümayəndəliyinin möhürü ona təhkim edilmiş və başqa şəxsdə olmamışdır. Ekspert rəyində də arayışda olan möhürün icra nümayəndəliyinə məxsus möhürlə eyni olması təsdiqlənmişdir. Bu da onu deməyə əsas verir ki, arayışda adının qarşısında olan imza ona məxsusdur. Bəzi hallarda arayışlarda qeyd edilən məlumatların doğruluğu icra nümayəndəsi ilə birlikdə müavin tərəfindən də təsdiqlənir. 602 nömrəli, xx.xx.2022-ci il tarixli arayışda adının qarşısında olan imza Şahid1 tərəfindən icra olunmuşdur. Arayışı tərtib edib imzası və icra nümayəndəliyinə məxsus möhürlə təsdiq etdikdən sonra imzalaması üçün Şahid1 təqdim etmiş, şəxsən Şahid1 imza etməsinin şahidi olmuşdur. Arayışlarda olan qeydiyyat nömrələri saxtadır. Heç bir əsasla müəyyən edilməmişdir. Verilmiş arayışların müvafiq jurnalda da qeydiyyatı aparılmamışdır. Arayışda adları qeyd edilmiş şəxslərin heç biri Car kənd İƏD-nə məxsus təsərrüfatbaşına uçot kitablarında qeydiyyatı yoxdur. Zaqatala rayon vəkil bürosunun vəkili Tural İsayev tərəfindən təqdim edilmiş məlumatlar əsasında arayış tərtib edərkən məlumatların doğruluğunu müəyyən etmək məqsədi ilə hər hansı dəqiqləşmə aparmamışdır. Tural İsayevlə yaxın dostluq münasibəti olduğundan, həmçinin heç vaxt xahiş etmədiyini nəzərə alaraq ona kömək etmək məqsədi ilə arayış verməyi qərara almışdır. Tural İsayev vəkil kimi fəaliyyəti göstərdiyindən məlumatların doğru olduğuna inanmışdır. Tural İsayevə də sistemə baxıb arayış verəcəyini demişdir. Tural İsayev dünyasını dəyişmiş şəxslərlə bağlı ölüm haqqında şəhadətnamələrini ona göstərmişdir. Mərhumun ailə tərkibi haqqında məlumatları isə Tural İsayev şifahi bildirmişdir. Car kənd İƏD üzrə nümayəndəliyində kargüzarlıq işlərinin aparılmasına müavin vəzifəsində işləyən Şahid1 məsul şəxs kimi müəyyən edilmişdir. Arayışlar qeydiyyatda olmayan şəxslər barəsində verildiyindən Şahid1 qeydiyyat aparılmamasını o, tapşırmışdır. Şahid1 arayışların qeydiyyata alınmadığının səbəbini soruşduqda arayışda qeyd olunan şəxslərin faktiki olaraq Car kəndində yaşamadığını, narahat olmamasını, vəkilə sığorta məsələləri ilə əlaqədar lazım olduğunu, heç bir problem olmayacağını, olsa da özünün cavab verəcəyini bildirmişdir. İşlərinin çoxluğu ilə əlaqədar vaxtının olmadığını dediyi üçün Tural İsayev arayışlar əldə etmək üçün müraciət etdikdə nəyə görə şəxslərin yaşadıqları ərazi üzrə müvafiq qurumlara müraciət etmədiyini, həmçinin şəxslərin özünün nəyə görə yaşadıqları yer üzrə tələb olunan arayışları almadığını maraqlanmamışdır. Əgər ciddi qanunpozuntusu olacağını bilsəydi arayışları verməzdi. X109 nəyəsə məcbur etməmiş, laqeyd yanaşması nəticəsində belə bir səhv addım atmışdır. Etdiyi hərəkətdən peşmandır. Zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Himayəsində bir azyaşlı uşağı vardır. Göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, Zaqatala RİH başçısının 03 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamı ilə Təqsirləndirilən şəxs Zaqatala RİHB-nın Car kənd İƏD üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir. Zaqatala RİHB-nın Car kənd İƏD üzrə keçmiş nümayəndəsi Təqsirləndirilən şəxs əməlləri ilə bağlı araşdırma aparıldıqda məlumatlı olmuşlar. Bundan sonra Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müvafiq göstərişi ilə komissiya yaradılmış və Zaqatala RİHB-nın Car kənd İƏD üzrə nümayəndəliyində yoxlamalar aparılmışdır. Yoxlamalar zamanı Car kənd İƏD üzrə nümayəndəliyin sənədlərində nöqsanlar aşkar olunmuş, bununla bağlı məlumat verilmişdir. Bundan sonra, Zaqatala RİH başçısının 31 nömrəli, xx.xx.2023-cü il tarixli sərəncamı ilə Təqsirləndirilən şəxs Zaqatala RİHB-nın Car kənd İƏD üzrə nümayəndəsi vəzifəsindən azad edilmişdir. Hal-hazırda onun barəsində heç bir şikayət və tələbləri olmadığını bildirdi. Qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X81 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Şahid2 təxminən 2 ildir ki, tanıyır. Belə ki, o 2 il əvvəl Zaqatala rayonuna gəlmiş, adını hal-hazırda xatırlamadığı vətəndaşların nəqliyyat hadisəsi nəticədə zərər çəkməsi ilə bağlı Zaqatala rayonunda onunla əlaqə yaradaraq məsləhət almışdır. Bununla bağlı Şahid2 ilə tanışlığı yaranmışdır. Bundan sonra Alı özünü nümayəndə kimi təqdim edərək nəqliyyat hadisələrinin qurbanlarının yaxınlarına köməklik göstərdiyini və bundan qazanc əldə etdiyini bildirərək birlikdə işləməyi təklif etmişdir. Alı nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişən şəxslərin yaxınlarının əlaqə nömrələrini verəcəyini, həmin nömrələrlə əlaqə saxlayaraq vətəndaşlarla görüşməsini, həmin şəxslərdən onun adına etibarnamələr alıb ona təqdim etməsini bildirmişdir. Bundan əlavə Alı ona həmin şəxslərin Bakı və Sumqayıt şəhərlərində qeydiyyatda olmaqla yaşadıqlarını, yaşayış yeri və ailə tərkibi haqqında arayışların Bakı və Sumqayıt şəhərlərindən alınmasının çətinlik yaratdığını bildirərək Zaqatala rayonundan həmin şəxslərin ailə təkibi və yaşayış yeri haqqında arayışların alınması üçün köməklik göstərməyini istəmişdir. Şahid2 sığorta ödənişi alındıqdan sonra hər işə görə görə 500 AZN ona xidmət haqqı verəcəyini təklif etdikdə razılaşmışdır. Bundan sonra Alının xahiş etdiyi arayışları almaq üçün əvvəlcədən tanıdığı Zaqatala RİHB-nin Car kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Təqsirləndirilən şəxslə əlaqə saxlamış, Bakı və Sumqayıt şəhərlərində qeydiyyatda olmaqla yaşayan bir sıra vətəndaşlarla bağlı yaşayış yeri və ailə tərkibi barədə arayışların lazım olduğunu, həmin vətəndaşların faktiki olaraq Zaqatala rayonunda yaşamadığını bildirərək və arayışda qeyd olunan məlumatları təqdim edəcəyini deyərək arayışlar verməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs da səhv etmirsə hansısa sistemə əsasən arayış verə biləcəyini söyləmişdir. O, Şahid2 verdiyi nömrələrlə əlaqə saxlayaraq gedib Bakı və Sumqayıt şəhərlərində həmin vətəndaşlarla görüşmüş, notariat ofislərinə və ya Asan xidmət mərkəzlərinə gedərək Şahid2 adına etibarnamə almış və həmin işlər üzrə Zaqatala RİHB-nin Car kənd inzibati dairəsi üzrə ərazi nümayəndəsindən yaşayış yeri və ailə tərkibi haqqında arayışlar alaraq Alıya göndərməyə başlamışdır. Daha sonra Alıya etibar etməsi barədə dost-tanışları ona məsləhət gördükləri üçün həmin vaxtdan etibarən Alı ilə iş görməyi dayandırmışdır. Həmin vaxtdan etibarən Alının ona təxminən 8000 AZN borcu qalmış, həmin vəsaiti ondan istəsə də, Alı dəfələrlə pulu verəcəyini desə də, vəsaiti qaytarmaqdan faktiki olaraq yayınmışdır. Ondan həmin vəsaiti istəməkdən imtina etməyəcəyini başa düşdükdən sonra Şahid2 Baş Prokurorluğa şikayət etmişdir. 8000 AZN aralarında əldə olunan razılaşmaya uyğun olaraq baş vermiş yol nəqliyyat hadisələri zamanı ölən və yaxud zərərçəkmiş şəxslərlə bağlı sığorta ödənişlərinin alınması üçün Alıya göstərdiyi xidmətin müqabilində ona etməli olduğu ödənişlərlə bağlıdır. Belə ki, göstərdiyi xidmətlərə görə Şahid2 təxminən 2000 AZN vəsaiti müxtəlif vaxtlarda kartdan karta köçürmək yolu ilə öz kartından onun Kapital Bank kartına köçürmüşdür. Göstərdiyi digər xidmətlərə görə Alı ödəniş etməmiş, həmin vəsaitlər toplanaraq qeyd etdiyi 8000 AZN formalaşmışdır. Alı məlumatları haradan əldə etdiyini demədiyi üçün o da maraqlanmamışdır. Bütün məlumatları Alı ona bildirmiş, o da həmin şəxslərlə əlaqə saxlamışdır. O, həmin vətəndaşlarla görüşəndə onlardan sığorta hadisəsinə görə sığorta ödənişi alıb-almadıqlarını soruşmuş, onlar heç bir ödəniş almadıqlarını bildirdikdə köməklik göstərə biləcəklərini bildirib, Şahid2 etibarnamə vermələri halında sığorta ödənişi almalarına köməklik göstərəcəklərini və nəticədə xidmət haqqı olaraq həmin sığorta ödənişin yarısını ödəyəcəklərini bildirmiş, əlavə sualları da yaranarsa Şahid2 ilə əlaqə saxlayaraq danışa biləcəklərini qeyd edərək Alının mobil nömrəsini onlara vermişdir. Vətəndaşların bəziləri Alı ilə danışdıqdan sonra, bəziləri isə onunla söhbətin sonunda etibarnamə verməyə razılaşmışdırlar. O da həmin şəxslərlə notariat ofislərinə gedərək Alının adına etibarnamələr almışdır. Ödənişləri vətəndaşların alıb-alması, həmin ödənişlərdən xidmət haqqı olaraq müəyyən hissəsinin onlardan alınmasını o deyil, Şahid2 təşkil etmişdir. Belə ki, sığorta ödənişlərinin vətəndaşlara köçürülməsindən yalnız Alının məlumatı olmuşdur. Bank əməliyyatları ilə bağlı məlumatları haradan əldə etməsini isə bilmir. Bəzən həmin vətəndaşlar Alının kart hesabına həmin vəsaitləri köçürmüş və ya görüşərək vəsaitləri nağd qaydada vermişdirlər. Onunla vətəndaşlar arasında və Şahid2 arasında, eləcə də Alı ilə həmin vətəndaşlar arasında da hər hansısa müqavilə bağlanmamışdır. Sığorta ilə əlaqədar vəsaitin əldə edilməsi üçün icra nümayəndəliyindən yaşayış yeri və ailə tərkibi haqqında arayışlar tələb olunmuşdur. Şahid2 həmin şəxlərin ölüm şəhadətnamələrini WhatsApp proqramı vasitəsi ilə ona göndərmişdir. Ailə tərkibi haqqında arayışda kimlərin ailə üzvləri kimi qeyd edilməsini də Alı ona bildirmiş, o da Alının göndərdiyi məlumatları Təqsirləndirilən şəxs təqdim etmişdir. Birinci dəfə arayışlarla əlaqədar söhbət etdikdə Məhəmməd ona hazırda adını xatırlamadığı sistemə baxaraq arayış verə biləcəyini söyləmişdir. Arayışları Məhəmməd ona təqdim etdikdə verdiyi məlumatlarla eyni olduğunu görüb inanmışdır. Vətəndaşların bəziləri qaçqın və ya məcburi köçkün olduğundan, həmin vətəndaşların yaşayış yeri və qeydiyyat yeri faktiki olaraq fərqləndiyindən yaşadıqları yerdən arayışları almaq çətinlik yaratmışdır. Hazırda bütün müəssisələrdə demək olar ki, sənəd dövriyyəsi elektron qaydada təşkil edilir və bir çox qurumların məlumat bazasına daxil olmaq səlahiyyəti vardır. Məhəmməd ona dedikdən sonra fikirləşmişdir ki, icra nümayəndəliyinin də yeni belə bir səlahiyyəti vardır, Təqsirləndirilən şəxs həmin məlumat bazası əsasında Şahid2 təqdim etdiyi məlumatların düzgünlüyü yoxlayır və bu əsasla arayışları vermişdir. Əks halda arayışları verməzdi. Təqsirləndirilən şəxsla təxminən 3 illik münasibəti vardır. Alının göndərdiyi məlumatlar əsasında arayışlar verməsi üçün Məhəmmədə pul və ya sair maddi nemət verməmişdir. Məhəmməd də ondan tələb etməmişdir. Məhəmməd bu arayışları aralarında olan münasibətə görə ödənişsiz vermişdir. Təxminən 5-6 ədəd Car kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən belə arayışlar verilmişdir. Car kənd inzibati ərazi dairəsində yaşamayan və qeydiyyatda olmayan vətəndaşlarla bağlı arayışlar verilməsinin qanunpozuntusu olmasını bilməmişdir. Məlumatları Alı ona göndərmişdir. Ailə üzvlərinin də qeyd edilməsini Alı tələb etmişdir. O da Alının dediyi məlumatların həqiqi olduğuna inanmışdır. Çünki həmin arayışlar sığorta agentliklərinə təqdim edilmiş və ödənişlər ayrılmışdır. Elektron sistemdən demək olar ki, bütün dövlət qurumları istifadə etdikləri üçün məlumatları Təqsirləndirilən şəxs dədiqləşdirdiyinə güman etmişdir. Ərazi icra nümayəndələri tərəfindən yaşayış yeri və ailə tərkibi haqqında arayışların hansı qaydada verilməsi barədə məlumatı vardır. Belə ki, ərazi icra nümayəndələri icra nümayəndəliklərində saxlanılan ev təsərrüfatlarının uçot kitablarına baxmaqla həmin ərazidə yaşayan şəxslərin ailə tərkiblərini dəqiqləşdirməklə həmin arayışları verirlər. O, Təqsirləndirilən şəxs həmin məlumatları təhlil edərək arayış verməsini güman etmişdir. Sığorta agentlikləri də həmin arayışları qəbul etdiyi üçün hər hansı qanunsuzluğun olmasını fikirləşməmişdir. Sığorta agentliklərində də şəxslər barəsində məlumatlar olur. Əgər qanunsuzluq olduğunu görsəydi həmin arayışları sığorta bürosuna təqdim etməz, bilə-bilə özünə problem yaratmazdı. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, torpaqların azad edilməsi uğrunda N nömrəli hərbi hissənin tərkibində Vətən müharibəsində iştirak etmiş və Azərbaycan Respublikası Prezidenti tərəfindən medallarla təltif olunmuşdur. 2022-ci ilin yanvar ayının 12-dən etibarən Zaqatala RİHB-nin Car kənd İƏD üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir. İşə qəbul olunduğu vaxtdan 6 ay müddətində stajçı kimi, bundan sonra 3 ay ərzində sınaq müddəti müəyyən edilməklə çalışmışdır. 2022-ci ilin oktyabr ayının 22də isə həmin vəzifəyə daimi təyin olunması ilə bağlı əmr imzalanmış və ona kiçik dövlət qulluqçusu xüsusi rütbəsi verilmişdir. Təqsirləndirilən şəxs barəsində rayon prokurorluğunda cinayət işi başlanıldıqdan sonra Zaqatala RİHB-nin Car kənd İƏD üzrə nümayəndəsi vəzifəsindən azad edilmiş, nümayəndə kimi fəaliyyət göstərmək müvəqqəti olaraq ona tapşırılmışdır. Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır, onunla əvvəllər aralarında heç bir narazılıq, ədavət, düşmənçilik olmamış, həmkəndli kimi normal münasibət saxlamışdır. Zaqatala rayon vəkil bürosunun vəkili Tural İsayevin vəkil kimi fəaliyyət göstərməsi barədə məlumatı olsa da, onunla heç bir əlaqəsi, münasibəti və ya ünsiyyəti olmamış, onu bir dəfə icra nümayəndəliyində görmüşdür. Şahid2 adını isə rayon prokurorluğunda izahatı alınan zaman eşitmişdir. İcra nümayəndəliyində ayrıca kargüzar ştatı nəzərdə tutulmadığından həmin işlərin görülməsi müavinə həvalə edilmişdir. Belə olub icra nümayəndəsinin müavini kimi işə qəbul olunduğu gündən etibarən kargüzarlıq işinin aparılmasına məsul şəxs olmuşdur. Bir qayda olaraq Car kənd İƏD üzrə nümayəndəliyində arayışları tərtib etmiş və imza üçün Təqsirləndirilən şəxs təqdim etmişdir. Tərtib edilmiş arayışların hər birinin müvafiq jurnalda qeydiyyatı aparılmaqla, sıra sayı ilə nömrə daxil edilmişdir. Bəzi hallarda isə Təqsirləndirilən şəxs özü arayışı tərtib etmiş, icra nümayəndəliyinə məxsus möhürlə təsdiq etdikdən sonra qeydiyyat aparılması üçün ona təqdim etmişdir. Dəqiq xatırlamadığı vaxtda X114 Huşanovun yanına gəldikdə onunla salamlaşsa da, əlavə söhbət etmədən öz işlərini görməyə davam etmişdir. X88 Huşanovun bir – biriləri ilə ünsiyyətlərindən onların münasibətlərinin olmasını başa düşmüşdür. Lakin onların Şahid2 ilə münasibətlərinin olub-olmaması barədə heç bir məlumatı yoxdur. X88 Huşanov görüşüb söhbət etdikdən sonra ikisi birlikdə sənədlərin çap edilməsi üçün nəzərdə tutulmuş printer qurğusunun yalnız mühasib otağında olması ilə əlaqədar mühasib üçün ayrılmış otağa getmişlər. O isə icra nümayəndəsi üçün ayrılmış otaqda qalaraq təsərrüfatbaşına uçot kitablarında olan qeydləri elektron formada hazırlamağa davam etmişdir. Bir qədər sonra isə Təqsirləndirilən şəxs ona arayış təqdim edərək imzalamasını bildirmişdir. O da Təqsirləndirilən şəxs təqdim etdiyi arayışı oxumadan imza edərək jurnalda qeydiyyat aparmaq istədikdə, sonuncu ona qeydiyyat aparmağa ehtiyacın olmadığını bildirdiyi üçün arayışı ona geri qaytarmışdır. Bu zaman Təqsirləndirilən şəxs nəyə görə arayışın qeydiyyatının aparılmadığını soruşduqda cavab verməmişdir. Həmin vaxt Tural İsayev inzibati binanın həyətində gözləmişdir. Məhəmməd arayışı götürüb Tural İsayevə təqdim edib binaya qayıtdıqdan sonra israrla ondan Tural İsayevə hansı məzmunlu arayış verildiyini, nəyə görə qeydiyyat aparılmasına ehtiyac olmadığını soruşduqda Təqsirləndirilən şəxs ona narahat olmamasını, kənddə yaşamayan adamlara görə verilən arayışlar olduğunu, Tural İsayevin həmin arayışları sığortaya verdiyini, problemli heç bir məsələ olmadığını, əgər nəsə problem yaransa da özünün cavabdeh olduğunu bildirmişdir. Məhəmmədin daha yuxarı vəzifə tutmasını, nümayəndə kimi onun göstəriş və tapşırıqlarını icra etməli olduğuna görə, həmçinin vədinə inanıb bir daha bu barədə söhbət etməmişdir. 602 nömrəli, xx.xx.2022-ci il tarixli arayışda X8 xx.xx.2014-cü il tarixdə vəfat etməsi, bundan sonra Şahid3 və Şahid4 ibarət ailə tərkibinin qalması barədə arayışda adının qarşısında olan imza ona məxsusdur, onun tərəfindən icra edilmişdir. Adının qarşısında olan imza da Təqsirləndirilən şəxs məxsusdur. Təqsirləndirilən şəxs arayışları özü tərtib etdiyi zaman əvvəlcə imzalayıb sonradan ona vermişdir. O, heç bir zaman Təqsirləndirilən şəxs imzası olmadan hər hansı bir sənədə imza etməmişdir. Buna görə həmin imzanın ona məxsus olmasına əmindir. Arayışdan da görünür ki, icra nümayəndəliyinə məxsus möhürlə təsdiq edilmişdir. Arayışda adları qeyd edilmiş şəxslərin heç birini tanımır. Həmin şəxslər heç bir vaxt Car kəndi ərazisində nə yaşamış, nə də qeydiyyatda olmuşlar. İcra nümayəndəliyində olan arayışların qeydiyyatı jurnalına baxılsa həmin arayışın nömrəsinin doğru olmadığı görünər. Təqsirləndirilən şəxs onu aldadacağını düşünməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs daha yuxarı vəzifə tutduğundan onun tabeçiliyindədir və göstərişlərini icra etməlidir. Məhəmməd ona heç bir problem olmayacağını, problem yarandıqda isə cavabdeh olacağını demişdir. İcra nümayəndəliyinin möhürü Təqsirləndirilən şəxs təhkim edilmişdir. Təqsirləndirilən şəxs inanıb həmin arayışı oxumadan imzalamışdır. Təqsirləndirilən şəxs uzun müddətdir ki, icra nümayəndəsi vəzifəsində işlədiyindən belə bir qanunsuz addım atacağını düşünməmişdir. Xeyli müddət təcrübəsi olan dövlət qulluqçusunun belə bir addım atmayacağını fikirləşdiyindən heç bir quruma bu barədə məlumat verməmişdir. Car kəndi ərazisində yaşamayan şəxslər barəsində nə qədər arayış verilməsi barədə heç bir məlumatı yoxdur. 602 nömrəli, xx.xx.2022-ci il tarixli arayış imzalayıb, qeydiyyata almaması üçün nə Tural İsayev, nə də Təqsirləndirilən şəxs ona pul və ya sair maddi nemət təklif etməmiş, yaxud verməmişdir. X88 Huşanov arasında arayışların verilməsi ilə əlaqədar sövdələşmə olması barədə məlumatı yoxdur. Lakin onların ünisyyətlərindən münasibətlərinin olması aydın görünmüşdür. 602 nömrəli 03 avqust 2022-ci il tarixli arayışı, eləcə də Təqsirləndirilən şəxs tərtib edərək imzalaması üçün təqdim etdiyi, imzaladığı və qeydə almadığı arayışları imzalamamışdan öncə arayışın məzmununda qeyd olunanlarla bağlı hər hansısa dəqiqləşdirmə aparmamışdır. X134 təqdim edilən arayışları Təqsirləndirilən şəxs özü hazırlayıb, imza edərək möhürlə təsdiqləmişdir. Tural İsayevi bir dəfə arayış əldə etmək məqsədi ilə icra nümayəndəliyinə müraciət edən zaman gördüyünü xatırlayır. Ondan sonra müraciət edib-etməməsini, müsbət halda hansı məqsədlə müraciət etməsini xatırlaya bilmir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, 2004-cü ildə Qəndili Zeynalova ilə ailə həyatı qurmuş, həmin nikahdan 3 övladı olmuşdur. 2006-cı il təvəllüdlü oğlu Nurəddin Əsgərov xx.xx.2014-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı ölmüşdür. Hazırda həyat yoldaşı və iki övladı ilə birlikdə yaşayır. Həmişə Sumqayıt şəhərində yaşamış, bəzən isə Salyan şəhərinə valideynlərini ziyarət etmək üçün getmişdir. Nə o, nə də ailə üzvləri heç vaxt Zaqatala şəhərində olmamışdır. 2016-cı ilə qədər Salyan şəhəri, D.Bünyadzadə küçəsində qeydiyyatda olmuşdur. 2022-ci ilin yay aylarında dayısı Famil Əzizovun məsləhəti ilə sığorta pulunun alınması üçün Tural və Alı adlı şəxslərlə Sumqayıt şəhərində görüşmüş, söhbət zamanı Tural ona 5000 manat sığorta pulunun alınmasında köməklik edəcəyini deyərək bunun müqabilində 2000 manatı ona verməyini bildirdikdə onunla razılaşmışdır. Bundan sonra Turalın yanında olan Şahid2 adına Sumqayıt şəhərində yerləşən ASAN xidmət mərkəzində etibarnamə vermişdir. X76 da həmin vaxt ödənişin onun xeyrinə alınmasına görə imtina yazmışdır. Danışığa görə 3 ay ərzində pul köçürülməli idi. 2023-cü ilin yanvar ayında Şahid2 onunla əlaqə saxlayıb prosesin başa çatdığını, pulun köçürülməsi üçün Kapitalbankda hesab açıb məlumatları ona verməyini tapşırmışdır. Danışıqları Turalla apardığı üçün ona zəng edib bu barədə məlumat verdikdə Tural Alıya heç bir məlumat verməməyini, artıq birlikdə işləmədiklərini və bütün məlumatları ona verməyini söyləmişdir. O da Kapital Bankın Sumqayıt filialında hesab açıb məlumatları Turala vermişdir. Lakin onun hesabına heç bir vəsait yüklənməmişdir. Nə o, nə də ailə üzvləri heç vaxt Zaqatala rayonunda yaşamamışdır. Təqsirləndirilən şəxs, Şahid1 adlı şəxsləri tanımır. X140 İsgəndərlini də işlə əlaqədar tanımışdır. Onlarla da başqa heç bir münasibəti olmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək şahid qismində dindirilmiş əri Şahid3 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, X59 onun anasıdır. X115 xx.xx.2012ci il tarixdə indiki Heydər Əliyev mərkəzi yaxınlığında baş vermiş yol nəqliyyat hadisəsi zamanı vəfat etmişdir. X116 2022-ci ilin iyul ayında onunla əlaqə saxlayıb Tural adlı vəkil tanışının olduğunu və anasının yol nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi ilə əlaqədar sığorta ödənişinin almasında köməklik edə biləcəyini deyərək Turalın istifadəsində olan 070 226 01 45 nömrəsini ona vermişdir. Bundan sonra o, Turalın istifadəsində olan həmin nömrə ilə əlaqə saxlayıb nömrəsini dayısının verdiyini, anasının yol nəqliyyat hadisəsi zamanı vəfat etdiyini bildirib anasının vəfatı ilə əlaqədar sığorta ödənişi almağının nə qədər mümkün olmasını maraqlanmışdır. Bu zaman Tural ona anasının vəfatı ilə əlaqədar 5000 manat pul düşdüyünü, həmin pulun yarısını ona verməyinin müqabilində pulu almaqda köməklik edə biləciyini söyləmişdir. Bundan sonra Turalın istəyi ilə anasının ölüm haqqında şəhadətnaməsinin və şəxsiyyət vəsiqəsinin şəklini çəkib “Whatsapp” proqramı vasitəsilə Turala göndərmiş və Tural 3-4 ay ərzində bu məsələnin həll olunacağını bildirmişdir. Tez-tez Turalla əlaqə saxlayıb məsələnin nə yerdə qaldığını maraqlandıqda sonuncu ona narahat olmamasını, tezliklə hər şeyin həll olunacağını bildirmişdir. Nəhayət 2022-ci ilin iyul ayında Tural onunla əlaqə saxlayıb anasının ölüm haqqında şəhadətnaməsi ilə 3 saylı Asan Xidmət mərkəzinə yaxınlaşmağını bildirdiyindən orada görüşüb onun adına Beynəlxalq Bankda hesab açaraq, Şahid2 adına etibarnamə vermişdir. Həmin vaxt Şahid2 orada olmamış və Şahid2 kim olmasını bilməmişdir. 2022-ci ilin noyabr ayında özünü Şahid2 kimi təqdim edən şəxs istifadəsində olan 055 405 07 92 nömrəsindən istifadəsində olan nömrəsinə zəng edib məsələnin artıq həll olunduğunu, hesabına 5000 manat pul köçürüldüyünü bildirərək “KapitalBank”-a məxsus üzərində “A.İ” qeyd edilmiş bank kartı göndərib 2500 manatı oraya köçürməyini bildirmişdir. O, da xx.xx.2022-ci il tarixdə Amay ticarət mərkəzi yaxınlığında olan Beynəlxalq Bankın filialından 5000 manat pulu məxaric etmişdir. Şahid2 anasının ölümü ilə əlaqədar yenə pul gələ biləcəyini qeyd etsə də 5000 manatın və sonradan köçürülməsi ehtimal olunan məbləğin hansı məqsədlə verilməsini bilməmişdir. Asan Xidmətdə olarkən imza etdiyi sənədlərin heç birini oxumadığı üçün onların məzmununun nədən ibarət olmasını bilmir. Tək xatırladığı həmin sənədlərin birində “Azəryol” sözünün qeyd edilməsidir. Pulu məxaric etdiyi gün “Montin” qəsəbəsində yerləşən “Araz” marketdə (əvvəlki adı ilə Saf market) quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə Şahid2 ona göndərdiyi karta 2500 manat pul köçürmüşdür. Bundan sonra Tural adlı şəxsə zəng edərək pulu Şahid2 köçürməyi barədə məlumat vermişdir. Hazırda yaşadığı ünvanda yalnız o və anası yaşamışdır. Uşaq yaşlarında olarkən rəsmi olmasa da, faktiki olaraq atası ilə anası ayrılmış və atası onlardan ayrı yaşamağa başlamışdır. Hazırda atası ilə nadir hallarda əlaqə saxlayır. Atasının hazırda yaşadığı ünvanda səhv etmirsə qeydiyyatı vardır. Beynəlxalq bankda adına açılmış hesabdan başqa “Leobank”a məxsus **********294907 və Kapitalbanka məxsus **********277093 nömrəli plastik kartları vardır. Tural İsayev ona göstərdiyi xidmət müqabilində rəsmi olaraq müqavilə bağlamamışdır. Aralarında olan bütün razılaşmalar və danışıqlar ancaq şifahi formada aparılmışdır. Həmin vaxtı Tural ondan atasının nömrəsini istədikdə atasının istifadəsində olan 051 718 97 66 nömrəsini vermişdir. Turalın atası ilə danışıb-danışmaması, onunla hər hansı müqavilə bağlaması və yaxud sənəd hazırlaması barədə heç bir məlumatı yoxdur. Nərimanov rayon prokurorluğunda izahatı alınan zaman Tural İsayev və Şahid2 ilə arasında olan telefon danışıqlarını CD diskdə təqdim etmişdir. O və yaxud valideynləri heç vaxt Zaqatala rayonunda olmamışdır. Təqsirləndirilən şəxs və Şahid1 tanımır, X81 və Şahid2 ona 5000 manat pulun əldə edilməsi ilə əlaqədar köməklik etmişdirlər. Bundan başqa onlarla heç bir münasibəti olmamışdır. Şahid2 görməmişdir. Dayısı Turalın nömrəsini verib onunla əlaqə saxlamasını bildirdikdə dayısından Turalı haradan tanıdığını soruşduqda sonuncu, Turalı sosial şəbəkələrin birindən tanıdığını, kimdənsə sığorta pulu ala biləcəklərini eşidib əlaqə saxlayaraq məsləhət aldıqda Turalın bu məsələdə köməklik edə biləcəyini qeyd etdiyi üçün Turalla danışmışdır. Lakin dayısı ilə Tural arasında hər hansı münasibətin olması barədə dəqiq məlumatı yoxdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid9 məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid6 məhkəməyə teleqram, Şahid5 ərizə göndərərək üzürlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini, iştirakları olmadan məhkəmə iclaslarının keçirilməsini xahiş etmişlər. Məhkəmə iclası zamanı elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2014-cü ildə Sumqayıt Dövlət Universitetini bitirib, 2015-ci ildə Cəlilabad rayonunda riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. Əvvəllər səhhətində olan problem sərbəst şəkildə hərəkət etməyinə mane olmasa da, anadangəlmə olan bu irsi xəstəlik getdikcə daha da güclənmiş və dəstək olmadan sərbəst şəkildə hərəkətinə ciddi maneə törətmişdir. Həmin ərəfədə bir qədər araşdırma aparmaqla ona baş vermiş yol nəqliyyat hadisələri zamanı xəsarət almış, vəfat etmiş şəxslər barəsində sığorta ödənişlərinin həyata keçirilməsi qanunvericilikdə nəzərdə tutulması məlum olmuşdur. Bunun ardınca tanıdığı şəxslərdən baş vermiş yol nəqliyyat hadisələrinə görə xəsarət almış şəxslərin sığorta ödənişlərini əldə edibetməməsini maraqlandıqda vətəndaşların belə bir hüquqlarından xəbərsiz olduqları məlum olmuşdur. Belə olub tanışlarından və “youtube” platformasında yol nəqliyyat hadisələrini soraqlaşmağa başlamışdır. Xəsarət almış şəxsləri axtarıb taparaq, onlara sığorta ödənişlərini almaqda köməklik edə biləcəyini qeyd edərək, sənədlərin sığort bürosuna təqdim edilməsi üçün adına etibarnamə alaraq tələb olunan sənədləri sığorta bürosuna təqdim etmişdir. Həmin vaxt sığorta ödənişinin həyata keçirilməsini maraqlanmaq üçün əlaqə nömrəsini götürmüş, tez-tez büro ilə əlaqə saxlamış, ödəniş köçürüldükdə vətəndaşa məlumat vermiş və razılaşmaya uyğun olaraq məbləğ əldə etmişdir. Dəqiq vaxtını xatırlamır, 2020-2021-ci ildə hazırda adını xatırlamadığı Zaqatala rayonu, Yuxarı Tala kənd sakinin bir oğlunun baş vermiş yol nəqliyyat hadisəsi zamanı vəfat etdiyini öyrənmişdir. Hadisənin üzərindən xeyli vaxt keçdiyi üçün vəfat etmiş şəxsin yaxınlarının sığorta pulunu almadıqlarını güman edərək həmin şəxsin əlaqə nömrəsini soraqlaşaraq tapıb əlaqə saxlamış, danışıq zamanı həmin şəxsin sığorta ödənişi almadığını öyrəndikdən sonra ona pulu almaqda köməklik edə biləcəyini qeyd etmiş, həmin şəxs də razılaşdığı üçün Yuxarı Tala kəndinə gələrək, birlikdə Yuxarı Tala kənd icra nümayəndəliyinə gedib ailə tərkibi haqqında arayış əldə edərək Zaqatala şəhərində yerləşən notariat ofisində adına etibarnamə almış və sənədləri icbari sığorta bürosuna təqdim etmişdir. Bir müddət sonra vəsait şəxsin adına açılmış bank hesabına köçürüldüyündən şəxslə əlaqə saxlayıb Zaqatala rayonuna gəlmiş, həmin şəxs vəsaiti məxaric etdikdən sonra adının sonradan Tural olduğunu bildiyi şəxsin ofisində görüşüb ona səhv etmirsə 1800 manat pul vermişdir. O, həmin vaxt Turalın vəkil olduğunu bilməmişdir. Xidmət haqqı kimi 1800 manatı alıb yaşadığı ünvana qayıdıb öz işlərini görməyə davam etmiş, üzərindən bir müddət keçdikdən sonra Tural İsayev onunla əlaqə yaradıb icraatında qarşılıqlı günahla olan yol nəqliyyat hadisələrinə dair işlərin olduğunu və sığorta ödənişlərini əldə edə bilmədiyini, pulun alınmasında ona köməlik etməyini xahiş etmişdir. O da Turalla razılaşmış və bundan sonra Turalla birlikdə vətəndaşlara sığorta pulunun alınması ilə əlaqədar işlər görməyə başlamışlar. Tural zəruri olan sənədləri toplayıb ona göndərmiş, o da həmişə olduğu kimi sənədləri qəbul edib icbari sığorta bürosuna təqdim etmiş, pulun köçürülüb-köçürülməməsini tez-tez maraqlanmış və ödənişdən sonra xidmət haqqı kimi pul almışlar. Bütün hallarda vətəndaşlar özləri könüllü olaraq pul vermişdirlər. Dəqiq vaxtını xatırlamır, Tural İsayev göndərdiyi növbəti sənədləri gözdən keçirən zaman təsadüfən hadisənin Sumqayıt şəhərində baş verdiyini, istintaqın Sumqayıt şəhərində aparılması və hökmün də Sumqayıt şəhər məhkəməsi tərəfindən qəbul edilməsini, lakin ailə tərkibi haqqında arayışın isə Zaqatala rayonu Car kənd nümayəndəliyi tərəfindən verilməsini görmüşdür. Belə olduqda dərhal Tural İsayevlə əlaqə saxlayıb nəyə görə Sumqayıt şəhəri sakini barəsində Zaqatala rayonundan ailə tərkibi haqqında arayış almasını maraqlandıqda Tural heç bir problem olmayacağını bildirmişdir. Lakin o, Turalın dediklərinə inanmayıb tanıdığı şəxslərdən və öz yaşadığı kəndin icra nümayəndəliyindən bu barədə maraqlandıqda həmin şəxslər belə bir hərəkətin qanunsuz olduğunu bildirmişlər. Artıq o, qanun pozuntusu olduğunu görüb dərhal şikayət etmişdir. Bakı şəhərində olan şəxslərlə bağlı işlərdə özü vətəndaşlarla görüşüb Tural İsayevlə razılaşdığı məbləği götürmüşdür. Digər hallarda isə pulları Tural İsayev qəbul edərək ona ölüm halları ilə əlaqədar işlərdə 500, xəsarətlə bağlı işlərdə isə 100 manat pul göndərmişdir. Sənədləri isə Tural İsayev ona şəhərlərarası marşrutlar və taksilər vasitəsilə göndərmişdir. O, “Youtube” platformasında qarşısına çıxan və yaxud tanıdığı şəxslərdən eşitdiyi yol nəqliyyat hadisələrində zərərçəkmiş şəxslərin ad və soyadının qeydiyyatını aparmış, daha sonra həmin şəxsin yaşadığı yer üzrə icra nümayəndəliyinə zəng edərək şəxsin yol nəqliyyat hadisəsinə görə sığorta işi ilə əlaqədar axtardığını bildirmiş, əlaqə nömrəsini əldə edərək danışmışdır. Tural İsayevlə hazıra qədər neçə nəfər şəxslə bağlı sığorta ödənişinin əldə edilməsi ilə əlaqədar işlər gördüyünü dəqiq xatırlamır. Həmin vətəndaşlardan bank əməliyyatları istisna olmaqla nümayəndə qismində müvafiq qurumlarda təmsil etmək üçün etibarnamələr əldə edilmişdir. Ödəniş tapşırıqlarının icra olunduğunu maraqlanmaq üçün büro və ya sığorta şirkəti ilə əlaqə saxlamış həmin vaxt növbədə olan şəxslər ona məlumat vermişlər. Sənədlər tam şəkildə təqdim edildikdən 7 iş günü ərzində ya ödənişin edilməsindən imtina qərarı, ya da ödəniş tapşırığının icra olunması barədə qərar qəbul edilməlidir. Tural İsayevin əvvəlcə göndərdiyi sənədlərlə əlaqədar imtina aldığını öyrənmişdir. İmtina aldıqda isə Tural İsayev məhkəməyə müraciət etdiyini və proseslərin uzun çəkdiyini bildirmişdir. O isə işin hallarına uyğun olaraq, hadisə barədə heç bir məlumat vermədən Maliyyə Bazarlarına Nəzarət Palatasına müracət etmiş, sorğusuna cavab verildikdə həmin cavab məktubu ilə yenidən müraciət etmiş, süni maneələr yaradıldıqda isə nəzarət etdici funksiyaya malik qurumlara haqlı şikayətlər etmişdir. Haqlı şikayətlərinin nəticəsində ödənişlər icra olunmuşdur. Tural İsayevin dedikləri tamamilə yalandır. Tural özünü müdafiə etmək üçün elə bir ifadə vermişdir. Turalın göndərdiyi sənədləri olduğu kimi aparıb təqdim etmişdir. Nümayəndəliklərdən arayışın alınmasında heç bir çətinlik olmamışdır. Əgər bütün məlumatları özü toplayırdısa, işi Turala verməz, elə özü görüb qazancını götürərdi. Zaqatala və yaxın ətrafda olan bütün məlumatları Tural özü ona göndərmişdir. Tural İsayevə 8000 manat borclu qalması və vəsaitdən imtina etməyəcəyi üçün şikayət etməsi barədə Tural İsayevin dedikləri yalandır. O, sənədin saxta olmasını görüb cəzalanacağından qorxduğu üçün şikayət etmişdir. O, ölüm haqqında şəhadətnamələri “WhatsApp” proqramı vasitəsi ilə Tural İsayevə göndərməmiş, ailə tərkibi haqqında arayışda kimlərin ailə üzvləri kimi qeyd edilməsini bildirməmişdir. Bu barədə Turalın dedikləri yalandır, özünü müdafiə etmək üçün belə bir ifadə vermişdir. O, vətəndaşlarla əlaqə saxlayıb özlərinə də arayış almalarını deyərdi. Sənədləri ancaq İcbari Sığorta Bürosuna təqdim etdiyini xatırlayır. Zaqatala rayonu, Yuxarı Çardaxlar kənd sakini X22 tanımır, Tural İsayev həmin vətəndaşları ona qarşı öyrədir ki, yalan ifadə versinlər. X23 tanımır, dedikləri yalandır. Plastik kartı 2022-ci ilin sonlarında olmuşdur. Şahid qismində əlavə dindirmə zamanı Şahid2 rayon prokurorluğuna verdiyi əvvəlki ifadəsini təsdiq edərək bildirmişdir ki, İSB-na ərizələr həqiqətən onun tərəfindən yazılmışdır. Həmin ərizələrdə zərərvuran şəxs və nəqliyyat vasitəsi barədə məlumatları da məhkəmənin hökmünün ancaq birinci vərəqlərinə baxıb qeyd etmişdir. Sumqayıt şəhərindən olan vətəndaşın sənədlərinə təsadüfən nəzər yetirdikdə sənədlərin Zaqatala rayon Car kənd icra nümayəndəliyindən verildiyini görmüşdür. Digər sənədlərə heç vaxt nəzər yetirməmişdir. Məlumatları ancaq hökmün birinci vərəqinə baxıb yazmışdır. Həmin vərəqdə isə zərərçəkmiş şəxsin ad - soyadından başqa heç bir məlumat yazılmır. O, X82 adlı şəxsi tanımır. Həmin işi Tural ona göndərmişdir. Ola bilsin ki, Tural həmin şəxsə dair doğum haqqında arayış almağını demiş, o da yaşadığı rayonun Qeydiyyat şöbəsinə müraciət edib tələb olunan arayışı almışdır. O, Cəlilabad raryon qeydiyyat şöbəsinə müraciət etməsini danmır. Lakin doğum haqqında arayış əldə etmək üçün müraciət etmişdir. Nəyə görə bütün aktlar üzrə yoxlama aparılması və arayış verilməsini qeydiyyat şöbəsinin rəisi cavablandıra bilər. O, doğum haqqında arayış əldə edilməsi üçün müraciət etmişdir. Zaqatala rayonundan verilmiş arayışlarla əlaqədar işlərin hamısını Tural ona göndərmişdir. O, sadəcə sənədləri aparıb lazımi yerlərə təhvil vermişdir. Bəzən elə hallar olmuşdur ki, Tural ona məhkəmədə və yaxud digər işlərinin olduğunu bildirib, vətəndaşlarla əlaqə saxlamağını demişdir. O da şəxslərlə əlaqə saxlamışdır. Sənədləri də Tural özü toparlayıb ona zərfdə təqdim etmiş, zərfin üstündə hansı sığorta şirkətinə verilməsinə dair qeyd də aparmışdır. Lakin o, sığorta şirkətlərini dəqiq xatırlamır. Məhkəmə iclası zamanı elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, mərhum Elnur Sadıqov onun oğludur. Kəlbəcər rayonun işğalından sonra Abşeron rayonu Nübar qəsəbəsində məskunlaşmış, hal-hazırda da həmin ünvanda onunla birlikdə həyat yoldaşı Kifəyyət Sadıqova, gəlini Təranə Bayraməliyeva, nəvələri Elvin Sadıqlı, Ayxan Sadıqlı yaşayırlar. Digər oğlu Ələmdar Sadıqov isə təqribən 14-15 il bundan əvvəl ailə həyatı qurub öz ailəsi birlikdə ayrı ünvanda yaşayır. Dəqiq vaxtını xatırlamır sonradan adının Tural olduğunu bildiyi şəxs əvvəlcə oğlu Ələmdarla əlaqə saxlayıb Elnurun ölümü ilə əlaqədar sığorta ödənişi alıb-almadıqlarını maraqlanmışdır. Ələmdar ondan Elnurun baş vermiş yol nəqliyyat hadisəsi zamanı vəfat etməsi, məlumatları haradan əldə etməsini maraqlandıqda Tural cavab olaraq sistemdə göründüyünü qeyd etmişdir. Bundan sonra Ələmdar onunla əlaqə saxlayıb məlumat verdikdən sonra Turalın danışacağını bildirmişdir. Tural onunla danışdıqda oğlunun yol nəqliyyat hadisəsi zamanı vəfat etməsi ilə əlaqədar 5000 manat sığorta pulunu ala biləcəklərini, bunun müqabilində həmin məbləğin yarısını, 2500 manatını istədiyini qeyd etmişdir. O da həmin vəsaitin nəvələrinin təhsil haqqına kömək olacağını düşünərək Turalla razılaşmışdır. Bu danışıqdan bir neçə gün sonra Tural onunla təkrarən əlaqə saxlamış və Yasamal rayonunda yerləşən Asan xidmət mərkəzində səhv etmirsə Turalın adına etibarnamə vermişdir. Bundan sonra Tural bütün işləri özünün görəcəyini və pul köçürüldükdə məlumat verəcəyini qeyd etmişdir. Bir müddətdən sonra ona zəng edərək özünü Alı kimi təqdim edən şəxs vəkil Turalın tanışı olduğunu, sığorta pulunun köçürüldüyünü və pulu hesabdan çıxara biləcəyini söyləmişdir. O da Abşeron rayonunda yerləşən Beynəlxalq Bankın filialında hesabından 5000 manatı çıxarmış, həmin vaxt Alı da orada olmuşdur. Alı ondan 2500 manatı verməsini istədikdə Turalla əlaqə saxlayıb bu barədə məlumat verdikdə Tural həmin məbləği Alıya verməsini dediyi üçün 2500 manat pulu nağd qaydada Alıya vermişdir. Bundan sonra onun nə Turalla, nə də Alı ilə heç bir əlaqəsi olmamışdır. Qeydiyyat ünvanı Kəlbəcər rayonu olsa da, faktiki olaraq Abşeron rayonu, Nübar qəsəbəsində oğlu Elnurun ailəsi və həyat yoldaşı ilə birlikdə yaşamışdır. O və ailə üzvlərindən heç biri Zaqatala ərazisində olmamışdır. Zaqatala RİHBnin Car kənd İƏD üzrə nümayəndəsi Təqsirləndirilən şəxs və müavin vəzifəsində işləyən Şahid1, Cəlilabad rayonu Qarazəncir kənd sakini Şahid2 tanımır. Alını yalnız bankdan pulu məxaric edib 2500 manat pulu ona verən zaman görmüşdür. Zaqatala rayon vəkil bürosunun vəkili X67 əvvəldən tanımamışdır və aralarında köməklik etməsi ilə bağlı müqavilə olmamışdır. Sadəcə Turalı ilk dəfə notariusa gedərkən etibarnamə verən zaman görmüşdür. Tural İsayev sənədlərin düzəlməsi və sığorta ödənişi edilməsi ilə bağlı hər hansı vasitəçi və ya digər şəxs barədə heç nə bildirməmiş, hər şeyi özünün həll edəcəyini qeyd etmişdir. Tural İsayevin başqa şəxslərə sığorta ödənişi edilməsi ilə bağlı vasitəçilik və ya köməklik etməsi ilə bağlı heç bir məlumatı yoxdur. Məhkəmə iclası zamanı elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2006-da X68 ilə ailə həyatı qurmuş, bu nikahdan 2007-ci il təvəllüdlü Nəzrin Məmmədova, 2009-cu il təvəllüdlü Ömər Məmmədov adlı iki övladı dünyaya gəlmişdir. X32 2012-ci ildə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində baş verən yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən vəfat etmiş, əri vəfat etdikdən sonra 2021-ci ilin avqust ayına kimi qaynanasıgillə birgə ünvan 3 ünvanı, mənzil 34-də yaşamışdır. Daha sonra ünvan 4 ünvanda yaşamağa başlamışdır. Təxminən 2022-ci ilin iyul aylarında X81 adlı şəxs istifadəsində olan “***-***- **-**” saylı mobil nömrədən istifadəsində olan “***-***-**-**” saylı mobil nömrəsi ilə əlaqə saxlayaraq özünü vəkil kimi təqdim edib ərinin vəfat etməsi ilə bağlı 5000 manat sığorta pulu düşəcəyini və həmin pulu almaqda köməklik edə biləcəyini, bütün sənədləri özünün toplayacağını qeyd etmişdir. Həmin danışıq zamanı Turalın deməsinə görə 5000 manat alınacağı halda onun yarısını, yəni 2500 manatı özü götürəcək, qalan 2500 manatı onlara verəcəyini söyləmişdir. Həmin vaxtı Tural həmçinin qayınanasıgilin həmin məbləğin 2000 manatını tələb etdiklərini demişdir. Belə olduqda cavab olaraq əgər sığorta ödənişi qanuni şəkildə təmin edilirsə, ədalətli bölgü olsun deyə çatacaq 2500 manat pulun o və iki uşağı nəzər alınmaqla üç payı onlara, qayınanası nəzərə alınmaqla bir payı da ona verilməsini bildirmişdir. Lakin qayınanasıgil əvvəlcə razı olmasalar da sonradan onların xeyrinə həmin vəsaitdən imtina etmişlər. Onları kimin razı salması və yaxud özlərinin fikirlərini könüllü olaraq dəyişməsi barədə heç bir məlumatı yoxdur. Təxminən 2022-ci ilin avqust ayında Turalla birgə 3 saylı Asan Xidmət Mərkəzinə getmişdir. Tural işləri həll etmək üçün onun adına etibarnamə verməli olduğunu söyləsə də, etibarnaməyə imza edən zaman həmin etibarnamənin Şahid2 adına verildiyini görüb, bu barədə Turaldan soruşduqda Tural həmin adamın vəkil olduğunu, narahat olmamasını demişdir. Adına avtomobil, ev olmadığına və etibarnamənin müddəti 6 ay olduğuna görə etibarnamə verməyə razılıq vermişdir. Bundan sonra Şahid2 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə ilə onunla əlaqə saxlayaraq bundan sonra işləri özünün aparacağını demişdir. Təxminən 4 ay sonra Şahid2 əlaqə saxlayaraq sığorta pulunun hazır olduğunu demişdir. 29 dekabr 2022-ci il tarixdə “Azərbaycan Beynəlxalq Bank”ın Memar Əcəmi filialında Alı ilə görüşüb, adına köçürülmüş 5000 manat məbləğində sığorta pulunu götürüb, 2000 manatını xidmət haqqı kimi Alıya vermişdir. Əri Yasin Ermənistan Respublikası, Yexeqnadzor rayonu, Gədikvəndi kəndində anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Heç vaxt Zaqatala rayonu ərazisində olmamışdır. O və ailə üzvlərindən heç biri Zaqatala ərazisində olmamış, Zaqatala RİHB-nin Car kənd İƏD üzrə nümayəndəsi Təqsirləndirilən şəxs, həmin nümayəndəlikdə müavin vəzifəsində işləyən Şahid1 tanımır. Cəlilabad rayonu Qarazəncir kənd sakini Şahid2 isə Turalın təqdimatına görə vəkil kimi tanıyır. Sığorta pulu almaqda Turalla birlikdə ona köməklik etmişdir. Lakin aralarında rəsmi heç bir müqavilə bağlanmamışdır. Zaqatala rayon vəkil bürosunun vəkili X67 əvvəldən tanımamışdır, sadəcə vəkil kimi tanıyır. Tural əvvəlcə ondan göstərəcəyi xidmət müqabilində 2500 manat istəsə də, sonradan 2000 manata razılaşmışdır. Sonradan isə Tural onunla əlaqə saxlayıb artıq qayınanasının puldan imtina etdiyini və bununla bağlı iltizam yazdığını demişdir. Tural İsayev sənədlərin düzəlməsi və sığorta ödənişi edilməsi ilə bağlı hər hansı vasitəçi və ya digər şəxs barədə heç nə bildirməmiş, bu işdə özü və Alının köməklik edəcəyini qeyd etmişdir. Bu işdə başqa heç kəsi tanımamış, əlaqə saxlamamışdır. Turalla sığorta ödənişi ilə bağlı söhbətlər edən zaman yanında başqa hər hansı şəxsin olmasını xatırlamır. Turalın başqa şəxslərə də sığorta ödənişi düzəltməsi və ya bu sahədə vasitəçilik etməsi ilə bağlı heç bir məlumatı yoxdur. Tural İsayev və Şahid2 ilə sığorta ödənişinin əldə edilməsi ilə əlaqədar söhbətlər aparan zaman, şəxsi məlumatlarının, eləcə də həyat yoldaşının yol nəqliyyat hadisəsi zamanı vəfat etməsi barədə haradan məlumat əldə etdiklərini Turaldan maraqlandıqda o, bu işlərlə əlaqədar araşdırma apardığını və ərinin baş vermiş yol nəqliyyat hadisəsi zamanı vəfat etməsi ilə əlaqədar başlanılmış cinayət işi üzrə məhkəmə hökmünə əsasən məlumatları əldə etdiyini bildirmişdir. O da Turalın vəkil olmasına, ərinin hansı şəraitdə vəfat etməsi ilə əlaqədar dəqiq məlumata sahib olduğuna görə bu işin qanuni olmasına arxayın olmuşdur. Məhkəmə iclası zamanı elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, əvvəllər Nərimanov rayonunda yerləşən 39 nömrəli məktəbdə əmək təlimi müəlliməsi işləmişdir. 1974-cü ildə X69 ilə rəsmi nikaha girmiş, bu nikahdan 1975-ci il təvəllüdlü Şahid10, 1976-cı il təvəllüdlü Elnarə Ömərova, 1977-ci il təvəllüdlü Şahid9 adlı 3 övladı vardır. X33 12 dekabr 2011-ci il tarixində Binəqədi rayonu ərazisində baş vermiş yol nəqliyyat hadisəsində aldığı xəsarət nəticəsində vəfat etmişdir. Tanışları söhbət edərkən yoldaşının vəfatına görə sığorta pulu düşdüyünü demiş, o da bu məsələyə görə bir neçə vəkil ilə məsləhət etmişdir. Daha sonra adını qeyd etmək istəmədiyi tanışı ona X57 nömrəsini vermişdir. 2022-ci ilin yay aylarında X81 ilə əlaqə saxladıqda Tural sığorta məsələlərində köməklik edəcəyini söyləmişdir. Təxminən həmin vaxtlarda Turala zəng edib sığorta müqaviləsinin vaxtını soruşmuşdur. Sonra onunla birlikdə Yasamal rayonu ərazisindəki notariusa gedərək etibarnamə vermişdir. Turalla aralarında olan danışığa görə əldə ediləcək 5000 manat məbləğin yarısı, yəni 2500 manatı xidmət haqqı kimi Turala verilməli idi. Bir müddət sonra Nəsimi rayonu ərazisindəki “KapitalBank”-dan ona zəng edilərək sığorta pulunun hazır olduğu bildirmişdir. O da oğlu İlqarla birlikdə 5000 manat pulu götürmüşdür. Həmin vaxt Alı adlı bir nəfər şəxs yaxınlaşaraq 2500 manatın ona verilməsini bildirmişdir. Bu zaman oğlu İlqar Turala zəng edərək Alı adlı bir nəfər şəxsin 2500 manat pulu almaq üçün onlara yaxınlaşdığını bildirdikdə Tural pulu Alıya verməsini dediyi üçün oğlu İlqar 2500 manat məbləğində pul vəsaitini nağd qaydada Alıya vermişdir. Bundan sonra nə Turalla, nə də Alı ilə heç bir əlaqələri olmamışdır. Tural İsayevin nömrəsini müəllim yoldaşlarından almışdır. Üzərindən müddət keçdiyi üçün hansı nömrə ilə əlaqə saxladığını xatırlamır. Tural İsayevin nömrəsini ona verən şəxs barədə məlumat vermək istəmir və səbəbini də qeyd etmək istəmir. Nəzərə alınmasını xahiş edir. İstifadəsində başqa nömrə yoxdur. İzahatı alınan vaxt səhhətində olan problemlərlə əlaqədar ola bilər ki, istəmədən bir qədər yanlış məlumat versin. Lakin hazırda ifadəsində qeyd etdiyi xüsusatlar həqiqəti əks etdirir. Əri yaşadığı evə qeydiyyatda olmuşdur. Heç bir zaman Zaqatala rayonu ərazisində olmamışdır. 3 övladı vardır. Qızı uzun müddət öncə ailə həyatı qurmuş və ailəsi ilə birlikdə yaşamağa başlamışdır. Həmin vaxtdan etibarən də öz ailəsi ilə birlikdə yaşadığı evdə qeydiyyatda olmuşdur. Digər oğlu Vüqar öz ailəsi ilə birlikdə başqa ünvanda yaşayır. Yaşadığı mənzilə çıxarış əldə edə bilmədiyi üçün bir müddət Nəsimi RPİ-də qeydiyyatda olmuş, qanunvericiliyə edilmiş son dəyişikliyə əsasən hazırda yaşadığı evdə qeydiyyata alınmışdır. Müraciət edən zaman onunla birlikdə oğlu İlqar və onun ailə üzvləri hazırda yaşadığı ünvanda qeydiyyatda olmuşdur. O və ya ailə üzvləri Zaqatala rayonu ərazisində olmamış, Zaqatala RİHB-nin Car kənd İƏD üzrə nümayəndəsi Təqsirləndirilən şəxs, müavin vəzifəsində işləyən Şahid1, Cəlilabad rayonu Qarazəncir kənd sakini Şahid2 tanımır. Zaqatala rayon vəkil bürosunun vəkili X67 əvvəldən tanımamışdır və aralarında müqavilə olmamışdır. Tural İsayevi ilk dəfə notariusa gedərkən etibarnamə verən zaman görmüşdür. Tural İsayev sənədlərin düzəlməsi və sığorta ödənişi edilməsi ilə bağlı hər hansı vasitəçi və ya digər şəxs barədə heç bir şey bildirməmiş, hər şeyi özünün həll edəcəyini demişdir. Tural İsayevin başqa şəxslərə sığorta ödənişi edilməsi ilə bağlı vasitəçilk və ya köməklik etməsi ilə bağlı heç bir məlumatı yoxdur. Məhkəmə iclası zamanı elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, mərhum atası Yusif Məmmədov xx.xx.2011-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Baş vermiş hadisə ilə əlaqədar cinayət işi başlanılmış və o, həmin vaxtı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Bundan bir müddət əvvəl isə atasının ölümü ilə əlaqədar anasının sığorta ödənişi alması barədə məlumatı olmuşdur. Lakin bu barədə ətraflı şəkildə maraqlanmamışdır. Heç bir zaman Zaqatala rayonunda yaşamamışdır. Zaqatala RİHB-nin Car kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 902 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan heç bir məlumatı yoxdur. Şahid8 onun anasıdır. Ola bilsin ki, hüquqi varis qismində iştirak etdiyi üçün onun adı həmin arayışda yazılmışdır. ünvan 9 ünvanında qardaşı Şahid9 və ailə üzvləri, anası Şahid8 qeydiyyatda olmuşdur. Onun öz evinin çıxarışı olmadığı üçün son dəyişikliyə qədər Binəqədi RPİ-də qeydiyyatda olmuşdur. Dəyişiklikdən sonra o da ünvan 9 ünvanında qeydiyyata alınmışdır. Zaqatala rayon vəkil bürosunun vəkili Tural İsayev, Cəlilabad rayonu Qarazəncir kənd sakini Şahid2, Zaqatala RİHB-nın Car kənd İƏD üzrə nümayəndəsi Təqsirləndirilən şəxs və müavin Şahid1 tanımır. Məhkəmə iclası zamanı elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, oğlu X68 2012-ci ildə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində baş verən yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən vəfat etmişdir. Oğlu 2006-cı ildə Şahid6 ilə ailə həyatı qurmuşdur. Bu nikahdan Məmmədov Ömər adlı oğlu və Məmmədova Nəzrin adlı qızı vardır. Oğlu vəfat etdikdən sonra gəlini Təhminə və nəvələri yanında ünvanda yaşamışdır. Son 1 ildə gəlini Təhminə ilə qızı Leylanın əri Aydın Hüseynov arasında münasibət olduğunu öyrənmişdir. Gəlini Aydına qeyri-etik şəkillər atdığından qızı Leyla ilə Təhminə arasında mübahisə olmuş, qızı Leyla xx.xx.2022-ci il tarixdə ərindən rəsmi olaraq boşanmış, gəlini Təhminə isə nəvələrini özü ilə birlikdə Pirşağıda tikdirdiyi evə aparmışdır. Hal-hazırda gəlini və nəvələri həmin ünvanda yaşayırlar. Qızı Leyla ərindən boşandıqdan sonra gəlini ilə heç bir əlaqəsi olmamışdır. Təxminən 7-8 ay əvvəl özünü Tural İsayev kimi təqdim edən şəxs istifadəsində olan ***-***-**-** nömrəli ev telefonuna zəng edərək ölən oğluna 5000 manat sığorta pulu düşdüyünü bildirdikdə bu məsələlərdən anlayışı olmadığı üçün qaynı Xəlil Məmmədovu telefona çağırmışdır. Qaynı telefonla danışdıqdan sonra Turalın evə gəlmək istədiyini demişdir. Elə həmin gün Tural onların evinə gələrək pulu almaqda gecikdiklərini, amma buna baxmayaraq kömək edə biləcəyini, bunun üçün çoxlu sənəd toplamaq lazım olduğunu, həmin sənədləri toplamaq çətin olduğundan özünün kömək edəcəyini, 5000 manat sığorta pulu düzəldəcəyini, həmin məbləğin 2500 manatını özünə götürəcəyini, qalan 2500 manatın isə gəlini Təhminəyə veriləcəyini söyləmişdir. O isə nəvələrinə bir neçə il özü baxdığı üçün 1000 manat pulu özünə götürmək istədiyini dedikdə Tural cavab olaraq gəlini Təhminə ilə məsləhət etməli olduğunu qeyd etmişdir. Gəlini ilə danışmaq istəmədiyindən Tural özü Təhminəyə zəng etmiş, daha sonra Təhminənin heç 1 manat pul keçmədiyini, 3000 manat pulun Təhminəyə veriləcəyini, 2000 manatın isə Turalın özünə qalacağını demişdir. Belə olduqda sadəcə uşaqların xətrinə pulun bu şəkildə bölünməsinə razılıq vermişdir. Bundan sonra Tural onunla Asan xidmətə gedib bəzi sənədlərə imza etməli olduğunu dediyindən birlikdə 3 saylı Asan xidmətə getmiş, Tural özü otaqlara bir-bir girib sənədləri toplayaraq ona imza etməsini bildirmişdir. Anlayışı olmadığı üçün Turalın göstərdiyi hər bir sənədə imza etmişdir. Verilən sənədlərin hər birini Tural özü ilə götürərək ona heç bir sənəd verməmişdir. Turalla Asan xidmətə getdikdə avtomobildə tanımadığı şəxslər də olmuşdur. O, ümumi söhbətdən Turalın həmin tanımadığı şəxslərə də sığorta ödənişi düzəltmək istədiyini başa düşmüşdür. Asan xidmətdən çıxdıqdan sonra Turalla heç bir əlaqəsi olmamışdır. Nə Tural onlara, nə də o, Turala zəng etməmişdir. Həmin gündən sonra Turalın sığorta ödənişi alıb-almaması ilə bağlı heç bir məlumatı olmamışdır. Gəlini Təhminə ilə də danışmadığı üçün onunla əlaqə saxlayıb heç nə soruşmamışdır. Sadəcə xx.xx.2023-cü il tarixdə qızı Leyla Turala zəng edib Binəqədi rayon prokurorluğunda məsələnin araşdırılması barədə soruşduqda Tural narahat olmamasını, heç yerə gedib izahat verməli olmadığını demişdir. X135 Ermənistan Respublikası, Yexeqnadzor rayonu, Gədikvəndi kəndində anadan olmuş, ünvan 11 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Heç vaxt Zaqatala rayonu ərazisində olmamışdır. O və ya ailə üzvləri heç vaxt Zaqatala rayonu ərazisində olmamışdır və Zaqatala RİHB-nin CAR kənd İƏD üzrə nümayəndəsi Təqsirləndirilən şəxs, müavin vəzifəsində işləyən Şahid1 və Cəlilabad rayonu Qarazəncir kənd sakini Şahid2 tanımır. Zaqatala rayon vəkil bürosunun vəkili X70 əvvəldən tanımamış, aralarında heç bir müqavilə olmamışdır. Tural İsayev sənədlərin düzəlməsi və sığorta ödənişi edilməsi ilə bağlı hər hansı vasitəçi və ya digər şəxs barədə heç nə bildirməmiş, hər şeyi özünün həll edəcəyini, sənədlər hazır olduqda gəlib onu aparacağını və sənədlərə imza edəcəyini demişdir. Sənədlər hazırlandıqdan təxminən 3 ay sonra gəlib onu Asan xidmətə aparmışdır. Tural İsayevlə birlikdə Asan xidmətə gedərkən avtomobildə olan digər şəxsləri tanımır. Avtomobildə cavan qadın və yaşlı bir kişi olmuşdur. Həmin qadınla söhbət etdikdə sonuncu ona övladını avtomobil vurduğu üçün xəsarət aldığını, övladı üçün pul kəsildiyini və həmin məsələ ilə bağlı gəldiklərini qeyd etmişdir. Tural İsayev onunla əlaqə saxlayan zaman istifadəsində olan telefon nömrəsini, oğlunun baş vermiş yol nəqliyyat hadisəsi zamanı ölməsi barədə məlumatları haradan əldə etməsini soruşduqda ona heç bir əsaslı cavab verməmişdir. Vəkil kimi özünü təqdim etdiyindən və oğlunun yol nəqliyyat hadisəsi zamanı vəfat etməsi barədə məlumatlı olduğundan, Asan xidmətdə sənədlər topladığından gördüyü işin qanuni olmasını fikirləşib daha maraqlanmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Məhkəmə xətşünaslıq ekspertizasının 4/124; 5/133 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 602 nömrəli, xx.xx.2022-ci il tarixli arayışda “Zaqatala RİHB-nın Car kənd İƏD üzrə nümayəndəsi” qrafasındakı imza Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. 602 nömrəli, xx.xx.2022-ci il tarixli arayışda “Müavin” qrafasındakı imza Şahid1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş 3 avqust 2022-ci il tarixli 602 nömrəli arayışda möhür əksi relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. 3 avqust 2022-ci il tarixli 602 nömrəli arayışdakı möhür əksi ekspertizaya təqdim edilmiş Zaqatala rayon icra hakimiyyəti başçısının Car kənd inzibati dairəsi üzrə nümayəndəliyinin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişin surətindən görünür ki, 23 fevral 2023-cü il tarixli 4/124; 5/133 saylı ekspert rəyinə dair aparılmış təhqiqatın dəyəri 127 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid2 təqdim etdiyi Zaqatala RİHB-nın Car kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 902 nömrəli, xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, X69 xx.xx.2011-ci il tarixdə vəfat etmiş, vəfat etdikdən sonra arvadı X71 və oğlu Şahid10 ibarət ailə tərkibinin qalması göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Zaqatala RİHB-nın Car kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 602 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X38 xx.xx.2014-cü il tarixdə vəfat etmiş, vəfat etdikdən sonra atası Şahid3 və anası Şahid4 ibarət ailə tərkibinin qalması göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Zaqatala RİHB-nın Car kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 901 nömrəli, xx.xx.2022-ci il tarixli arayış surətindən görünür ki, X68 xx.xx.2012-ci il tarixdə vəfat etmiş, vəfat etdikdən sonra anası Şahid11, arvadı Şahid6, oğlu Ömrə Məmmədov, qızı Nəzrin Məmmədovadan ibarət ailə tərkibinin qalması göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Zaqatala RİHB-nın Car kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 904 nömrəli, xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, X50 xx.xx.2012-ci il tarixdə vəfat etmiş, vəfat etdikdən sonra oğlu Şahid7 ibarət ailə tərkibinin qalması qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Zaqatala RİHB-nın Car kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 903 nömrəli, xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, X82 xx.xx.2012-ci il tarixdə vəfat etmiş, vəfat etdikdən sonra atası Şahid5, anası X20, arvadı X5, oğlu Elvin Sadıqlı və digər oğlu Ayxan Sadıqlıdan ibarət ailə tərkibinin qalması qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 145 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş 02 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X68 xx.xx.1989-cu ildən xx.xx.2012-ci il tarixədək Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi ev 136, mənzil 4də qeydiyyatda olmuşdur. Ailə üzvləri həyat yoldaşı – Şahid6, oğlu – Ömər Məmmədov, qızı Nəzrin Məmmədovadan ibarətdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 92 saylı MKİS tərəfindən verilmiş 88 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şahid8 ünvan 13 ünvanında qeydiyyatdadır. xx.xx.2023-cü il tarixə kimi ailə üzvləri özündən, oğlu Şahid9 və gəlini Aynur Məmmədovadan ibarət olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 38 MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 034198 nömrəli arayışdan görünür ki, Şahid7 ünvan 14 ünvanında atası X110 ilə birlikdə pasport qeydiyyatında olsa da, həmin ünvanda yaşamamışlar. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 2 nömrəli MKS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 146 nömrəli arayışdan görünür ki, ünvan 15 ünvanında yaşayan Şahid3 ailə üzvləri arvadı X60, oğlu – xx.xx.2016-cı il təvəllüdlü Ömər Ələsgərov və qızı xx.xx.2005-cı il təvəllüdlü Şüküfə Ələsgərovadan ibarətdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, Zaqatala RİHBnın Car kənd İƏD üzrə nümayəndəsi Təqsirləndirilən şəxs iştirakı ilə nümayəndəlikdə saxlanılan 2021-2025-ci illəri əhatə edən Car kənd inzibati ərazi dairəsi ev təsərrüfatlarının uçotu kitablarına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, Car kənd inzibati ərazi dairəsi nümayəndəliyində saxlanılan ev təsərrüfatlarının uçotu kitablarının sayı 13-dür və onların hər biri Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 2020-ci il 28 avqust tarixli 19/11 nömrəli qərarı ilə təsdiq edilmiş kitablardır. Zaqatala RİHB-nın Car kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə 3 ədəd kənd – Car, Zilban və Axaxdərə kəndləri daxildir və həmin kəndlərin sakinlərinin hər birinə yaşayış yeri və ailə tərkibi haqqında arayışlar Car kənd İƏD üzrə nümayəndəliyinin blankında onun tərəfindən verilir. Baxış zamanı Car kənd inzibati ərazi dairəsində saxlanılan 13 ədəd ev təsərrüfatlarının uçotu kitablarının hər birinin üz qabığında 1-dən 13-dək nömrələnmənin mövcud olması, ilk 8 kitabın üzərinə Car, 9-cu kitabda Car-Zilban, 10-cu kitabda Zilban, 11-ci kitabda Zilban-Axaxdərə, 12 və 13-cü kitablarda isə Axaxdərə kəndinin adlarının yazılması müşahidə edilmişdir. Həmçinin baxış zamanı Car kənd inzibati ərazi dairəsində saxlanılan ev təsərrüfatlarının uçotu kitablarının hər birinin ilk səhifəsində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 2020-ci il 28 avqust tariixli 19/11 nömrəli qərarı ilə təsdiq edilmiş kənd inzibati ərazi dairələri üçün 1 nömrəli forma yazısı, kitabların son səhifələrində isə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Zaqatala rayon statisika idarəsinin möhürü və adı qeyd olunmayan şəxsin imzası müşahidə edilmişdir. Təqsirləndirilən şəxs həmin imzanın Zaqatala rayon statisika idarəsinin rəisi Fəxrəddin Qurbanova məxsus olduğunu bildirmişdir. Kitablara baxış keçirdikdə 1 nömrəli kitabın Şəxsi hesab nömrə 1 səhifəsində X83, sonuncu Şəxsi hesab nömrə 92 səhifəsində X39 aid ev təsərrüfatının uçotunun aparılması, 2 nömrəli kitabın Şəxsi hesab nömrə 93 səhifəsində X24, sonuncu Şəxsi hesab nömrə 189 səhifəsində X25 aid ev təsərrüfatının uçotunun aparılması, 3 nömrəli kitabın Şəxsi hesab nömrə 190 səhifəsində X13, sonuncu Şəxsi hesab nömrə 279 səhifəsində X61 aid ev təsərrüfatının uçotunun aparılması, 4 nömrəli kitabın Şəxsi hesab nömrə 280 səhifəsində X40, sonuncu Şəxsi hesab nömrə 375 səhifəsində X10 aid ev təsərrüfatının uçotunun aparılması, 5 nömrəli kitabın Şəxsi hesab nömrə 376 səhifəsində X51, sonuncu Şəxsi hesab nömrə 471 səhifəsində X41 aid ev təsərrüfatının uçotunun aparılması, 6 nömrəli kitabın Şəxsi hesab nömrə 472 səhifəsində X52, sonuncu Şəxsi hesab nömrə 564 səhifəsində X26 aid ev təsərrüfatının uçotunun aparılması, 7 nömrəli kitabın Şəxsi hesab nömrə 565 səhifəsində X27, sonuncu Şəxsi hesab nömrə 658 səhifəsində X28 aid ev təsərrüfatının uçotunun aparılması, 8 nömrəli kitabın Şəxsi hesab nömrə 659 səhifəsində X4, sonuncu Şəxsi hesab nömrə 749 səhifəsində X9 aid ev təsərrüfatının uçotunun aparılması, 9 nömrəli kitabın Şəxsi hesab nömrə 750 səhifəsində X14, sonuncu Şəxsi hesab nömrə 844 səhifəsində X2 aid ev təsərrüfatının uçotunun aparılması, 10 nömrəli kitabda X1 digər ailə üzlərinin ilk olaraq qeyd olunması, Şəxsi hesab nömrə 845 səhifəsində X15, sonuncu Şəxsi hesab nömrə 937 səhifəsində X62 aid ev təsərrüfatının uçotunun aparılması, 11 nömrəli kitabın Şəxsi hesab nömrə 938 səhifəsində X53, sonuncu Şəxsi hesab nömrə 986 səhifəsində X3 aid ev təsərrüfatının uçotunun aparılması, 12 nömrəli kitabın Şəxsi hesab nömrə 987 səhifəsində X54, sonuncu Şəxsi hesab nömrə 1011 səhifəsində Məmmədov Zaqalov Q.Mahama oğluna aid ev təsərrüfatının uçotunun aparılması, 13 nömrəli kitabın Şəxsi hesab nömrə 1012 səhifəsində X16, sonuncu Şəxsi hesab nömrə 1035-cü səhifəsində X29 aid ev təsərrüfatının uçotunun aparılması müşahidə olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs Car kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində saxlanılan ev təsərrüfatlarının baxış keçirilən kitablardan başqa hər hansısa uçot kitabının olmamasını bildirmişdir. Baxış zamanı Car kənd inzibati ərazi dairəsində saxlanılan ev təsərrüfatlarının uçot kitablarının heç birində Şahid2 tərəfindən araşdırmaya təqdim olunan xx.xx.2022-ci il tarixli X35, xx.xx.2022-ci il tarixli X37, xx.xx.2022-ci il tarixli X58, xx.xx.2022 –ci il tarixli X12 və xx.xx.2022-ci il tarixli X8 ölümü və onların ailə tərkibi barədə arayışlarda qeyd olunan şəxslərin adları müşahidə edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin şəxslərin heç birinin Zaqatala rayonunun Car, Zilban və Axaxdərə kəndlərində heç vaxt yaşamadıqlarından və heç vaxt sözügdən kəndlərdə qeydiyyatda olmadıqlarından həmin şəxslərin adlarının ev təsərrüfatlarının uçot kitablarının olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, Zaqatala RİHBnın Car kənd İƏD üzrə nümayəndəsinin müavini Şahid1 iştirakı ilə Zaqatala RİHB-nın Car kənd İƏD üzrə nümayəndəliyindəliyində saxlanılan arayışların qeydiyyatının aparıldığı jurnala baxış keçirilmişdir. Baxış zamanı jurnalın üz qabığının göy rəngli olması, üz qabığında həmin rənglərlə müqayisədə daha tünd şaquli çoxsaylı zolaqlarının olması, üz qabğının orta hissəsində bir ədəd üfuqi boz rəngli zolağın mövcudluğu və həmin zolağın üzərində “Dəftərxana kitabı” yazısının olması, jurnalın sonuncu vərəqində Car kənd İƏD üzrə nümayəndəliyinə aid 10 ədəd möhürün basılması müşahidə edilmişdir. Jurnalın ilk vərəqinin birinci səhifəsinin boş olması, ikinci səhifəsindən etibarən nömrələmənin aparılması, lakin jurnalın 10-cu səhifəsində yerləşən 115 saylı sıra nömrəsinə qədər heç bir arayış haqqında məlumatların qeyd olunmadığı, 115-ci sıra nömrəsində olan arayışın xx.xx.2022-ci il tarixinə, X55 DƏDRX-inə təqdim etmək üçün arayış verilməsi, sonuncu arayışın isə 933 sıra nömrəsi ilə xx.xx.2022-ci il tarixdə X77 DNK-ya təqdim edilmək üçün verilməsi müşahidə olunmuşdur. Baxışda iştirak edən X7 2022-ci il ərzində arayışların qeydiyyatının aparıldığı jurnalın halhazırda baxışın aparıldığı jurnal olduğunu və başqa hər hansısa 2022-ci il üçün qeydiyyat jurnalının olmadığını bildirmişdir. Baxışda iştirak edən Şahid1 DNK qeydinin X99 mənasını ifadə etdiyini bildirmişdir. Baxış zamanı jurnalda bəzi hallarda sıra nömrənin mövcud olduğunu qarşında isə üfüqi xətlərin çəkildiyi müşahidə olunduqda Şahid1 həmin xətlərin həmin sıra nömrəsindən öncəki vətəndaşa eyni məzmunlu ikinci arayışın verilməsini ifadə etdiyini bildirmişdir. Bundan başqa Şahid1 jurnalda “eyni” sözünün eyni şəxs olmasına görə verilən arayışları ifadə etdiyini, vətəndaşların ad, soyad və ata adlarında olan texniki səhvləri aydınlaşdırmaq məqsədilə verildiyini, “yaş” sözünün yaşayış yerinə görə arayış mənasını, “ailə” sözünü isə ailə tərkibi haqqında arayışı ifadə etdiyini qeyd etmişdir. Baxış zamanı jurnalda 602 sıra qeydiyyat nömrəsində xx.xx.2022-ci il tarixində X17 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edilməsi üçün ad, soyad və ata adında sənədlərdə olan uyğunsuzluğun aradan qaldırılması üçün arayış verildiyi müşahidə edilmişdir. 901 sıra qeydiyyat nömrəsində xx.xx.2022-ci il tarixində X63 Zaqatala RMX-na təqdim edilməsi üçün yaşayış yerinə görə arayış verildiyi aşkar olunmuşdur. 902 sıra qeydiyyat nömrəsində xx.xx.2022-ci il tarixində X30 Zaqatala RMX-na təqdim edilməsi üçün ailə tərkibi haqqında arayış verildiyi müəyyən edilmişdir. 903 sıra qeydiyyat nömrəsində xx.xx.2022-ci il tarixində X85 N saylı hərbi hissəyə təqdim edilməsi üçün ailə tərkibi haqqında arayışın verilməsi müəyyən edilmişdir. 904 sıra qeydiyyat nömrəsində üfüqi xətlərin olması müşahidə edildi. Baxışda iştirak edən Şahid1 həmin xətlərin bir öncəki sıra nömrəsində qeyd olunan X85 N saylı hərbi hissəyə yaşayış yerinə görə arayışın verildiyini bildirmişdir. Baxışda iştirak edən Şahid1 602 və 901 sıra qeydiyyat nörməsində olan qeydləri onun özünün, 902,903 və 904 sıra qeydiyyat nörməsində olan qeydlərin isə Təqsirləndirilən şəxs tərəfindən yazıldığını qeyd etmiş, jurnalda ilk qeydinin 202 sıra qeydiyyat nömrəsinə qədər qeydiyyatının Təqsirləndirilən şəxs tərəfindən aparıldığını, ilk 114 sıra nömrəsinin qoyulmasına baxmayaraq arayışların yazılmaması haqqında məlumatının olmadığını göstərmişdir. Baxış zamanı araşdırmaya təqdim olunan xx.xx.2022-ci il tarixli X37 ölümü ilə bağlı, xx.xx.2022-ci il tarixli X58 ölümü ilə bağlı, xx.xx.2022 –ci il tarixli X12 ölümü ilə bağlı, xx.xx.2022-ci il tarixli X8 ölümü və onların ailə tərkibi barədə arayışların jurnalda qeydə alınmadığı, həmin arayışların qeydiyyat nömrələrində başqa vətəndaşlara digər arayışların verildiyinin qeyd olunması aşkarlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş İcbari Sığorta Bürosundan sənədlər daxil olmuş sənədlərdən görünür ki, X64, X35, X8 və X37 baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sığorta ödənişinin əldə edilməsi üçün ərizələr Şahid2 tərəfindən tərtib edilmiş və hər bir ərizədə təqsirkar şəxslər barəsində məlumatlar qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Zaqatala RİH başçısının 03 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamından görünür ki, Təqsirləndirilən şəxs Zaqatala RİHB-nın Car kənd İƏD üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Zaqatala RİH başçısının 31 nömrəli, xx.xx.2023-cü il tarixli sərəncamından görünür ki, Təqsirləndirilən şəxs Zaqatala RİHB-nın Car kənd İƏD üzrə nümayəndəsi vəzifəsindən azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Car bələdiyyəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Zaqatala RİHB-nın Car kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 aprel 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi özündən, 2000-ci il təvəllüdlü arvadı X31 və 2019-cu il təvəllüdlü oğlu X47 ibarətdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X74 xx.xx.2019cu il tarixdə doğulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şikayət və tələbləri yoxdur. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda şərh edilən ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, həm də zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və cinayət işinin digər obyektiv halları ilə məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Belə ki, Zaqatala RİH başçısının 03 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamı ilə Zaqatala RİHB-nın Car kənd İƏD üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli, xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 5.1.9-cu maddəsinə əsasən ərazidə yaşayan vətəndaşlara ailə vəziyyətini təsdiq edən arayışlar verməli olduğu halda, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 347 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə” Təlimatın 16-cı hissəsinə əsasən nümayəndəlikdə verilən arayışlar üçün müvafiq qeydiyyat kitablarını aparmaqla, nümayəndəlikdə sənədləşmənin düzgün aparılmasına məsul şəxs olmasına baxmayaraq öz imzası və icra nümayəndəliyinə məxsus möhürlə təsdiq etdiyi arayışların müvafiq kitablarda heç bir qeydiyyatını aparmayıb faktiki olaraq Car kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məxsus ərazidə yaşamadığını və təsərrüfatbaşına uçot kitablarında qeydə alınmadığını bildiyi halda müxtəlif şəxslərin barəsində ailə tərkibi haqqında arayışlar verməklə üçüncü şəxslər üçün qanunsuz olaraq üstünlük əldə etmək məqsədi ilə öz qulluq mənafeyinə qəsdən zidd olaraq vəzifə səlahiyyətlərindən sui – istifadə edib yuxarıda göstərilən Əsasnamənin tələbləri ilə rayon ərazisində qanunçuluğun təmin edilməsində və dövlət orqanlarında, yerli özünüidarəetmə orqanlarında və publik hüquqi şəxslərdə korrupsiya hallarının qarşısının alınması, Azərbaycan Respublikasının qanunvericilik aktlarının icrası, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən tədbirlərin stabilliyinə mənfi təsir göstərib normal fəaliyyətin pozulmasında, əhali arasında nüfuzuna xələl gətirilməsində ifadə olunan qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Bundan başqa o, Zaqatala RİHB-nın Car kənd İƏD üzrə nümayəndəsi qismində vəzifəli şəxs kimi qanunsuz olaraq, tanışı Zaqatala rayon vəkil bürosunun vəkili X57 müxtəlif vaxtlarda baş vermiş yol nəqliyyat hadisələri zamanı ölmüş şəxslərin ailə üzvlərinin sığorta ödənişi əldə etməsi ilə əlaqədar maraqlarını təmin etməsinə şərait yaratmaq məqsədi ilə, Zaqatala rayonunda heç vaxt yaşamamış, eyni zamanda Car kənd İƏD üzrə nümayəndəliyinə məxsus təsərrüfatbaşına uçot kitablarında heç bir məlumat olmadığı halda yalnız T.F.İsayevdən əldə etdiyi şifahi məlumatlarla kifayətlənib Bakı şəhər sakini X35 baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xx.xx.2011-ci il tarixdə vəfat etməsindən sonra ailə üzvlərinin xx.xx.2022-ci il tarixə kimi Şahid8, Şahid9 və X19 ibarət olmasına baxmayaraq Y.M.Məmmədovun ailə üzvlərinin sonuncunun arvadı Şahid8 və faktiki olaraq ailə tərkibi kimi qeydiyyatda olmadığı halda digər oğlu Şahid10 ibarət olması barədə 902 nömrəli, xx.xx.2022-ci il tarixli, eləcə də baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xx.xx.2014-cü il tarixdə ölmüş Sumqayıt şəhər sakini xx.xx.2006-cı il təvəllüdlü X8 ailə üzvlərinin xx.xx.2022-ci il tarixədək Şahid3 Əbülfət oğlu, Şahid4, X48, X36 ibarət olmasına baxmayaraq N.Şahid3 ailə üzvlərinin Şahid3 və Şahid4 olması barədə 602 nömrəli, xx.xx.2022-ci il tarixli ailə tərkibi haqqında, həmçinin Bakı şəhər sakini X37 xx.xx.2012-ci il tarixdə vəfat etməsindən sonra ailə üzvlərinin Şahid11, Şahid6, X79, X11 ibarət olması haqqında 901 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhər sakini X12 xx.xx.2012-ci il tarixdə vəfat etməsindən sonra ailə üzvlərinin Şahid7 ibarət olması haqqında 904 nömrəli, xx.xx.2022-ci il tarixli, Abşeron rayon sakini X58 xx.xx.2012-ci il tarixdə vəfat etməsindən sonra ailə üzvlərinin Şahid5, X20, X5, X80, X49 ibarət olması haqqında 903 nömrəli, xx.xx.2022-ci il tarixli arayışlar tərtib edərək müvafiq qeydiyyat kitabında heç bir qeydiyyat aparmadan saxta qeydiyyat nömrəsi daxil edib öz imzası və Zaqatala RİHB-nın Car kənd İƏD üzrə nümayəndəliyinə məxsus möhürlə təsdiq edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edib əvvəllər Tural İsayevin ona icra nümayəndəliyi üçün kağız alınması, printer qurğusunun kartricinin doldurulması və s. bu kimi digər xərclərinin qarşılamasına görə maddi cəhətdən yardım etməsi ilə əlaqədar özünü onun qarşısında borclu kimi hesab edərək, daha çox şəxsi nüfuz qazanmaq, aralarında yaranmış dostluq münasibətlərini qorumaq məqsədi ilə tamah niyyəti ilə vəzifə saxtakarlığı etmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməllərində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə edilməsi və himayəsində bir azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməsi tövsiyə olunmuşdur. Həmin Sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, əməlini etiraf etməsi onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzalarının təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Onun əməlində cəzanı ağırlaşdıran halların mövcud olmaması, şəxsiyyəti, iş yerinin olmaması, özünün həyat şəraiti, zərərçəkmiş şəxslə barışıq əladə edilməsi, himayəsində azyaşlı uşağının olması, etdiyi əməlin böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər qrupuna aid edilməklə, xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az təhlükəli olması, törətdiyi əmələ görə səmimi peşman olması bunu deməyə əsas verir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını və himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və cərimə cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs hazırki iş üzrə təyin edilən cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq tamamilə toplanmaqla ona qəti cəza təyin olunmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 127 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübutun, maddi zərərin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzasınа, həmin Məcəllənin 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat miqdarında cərimə cəzasınа məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilən cəzalar tamamilə toplanmaqla onun üzərində qəti cəza olaraq 02 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzası və 2000 (iki min) manat miqdarında cərimə cəzası saxlanılsın. Cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəsini aldıqdan sonra 1 (bir) ay müddətində müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. İş üzrə 127 (bir yüz iyirmi yeddi) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X34, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə maddi sübutun, maddi zərərin və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar