Məhkəmə qərarları › İş №1(033)-37/2023

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-37/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-37/2023 27.09.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, dövlət ittihаmçısı- Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X3 şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada qaynaqçı işləyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il, 05 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Zaqatala Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli 7(033)-17/2022 nömrəli qərarı ilə «8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək azadlığın məhdudlaşdırılması cəzasının “8 noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının qüvvəyə mindiyi 05 noyabr 2021-ci il tarixə çəkilməmiş qalan 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün hissəsi 01 (bir) il müddətə azaldılmış, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 11:00-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində dəmir yolunun yaxınlığında meşə ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin yarpaqlarını yığıb gələcəkdə qurudub istifadə etmək niyyətilə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə, yəni təmiz çəkisi 285,44 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmamış marixuana əldə edib üzərində saxlamış, 31 may 2023-cü il tarixdə saat 12:15 radələrində qeyd edilən narkotik vasitəni qanunsuz olaraq satış məqsədi olmadan üzərində daşıyarkən Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş-əməliyyat axtarış tədbirləri nəticəsində Zaqatala şəhəri, Ç.Atalov küçəsində saxlanılaraq Zaqatala RPŞ-nin inzibati binasına gətirilmiş, polis şöbəsində həmin gün saat 13:39-dan 14:02-dək olan müddət ərzində vəkili Müdafiəçi iştirakı ilə üzərində şəxsi axtarış keçirilərkən əynində olan ağ rəngli qısaqol köynəyinin altından bir ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 285,44 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış natkotik vasitə qurudulmamış marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zaqatala şəhəri F.Əmirov küçəsi ev 11 ünvanında ailəsi birlikdə yaşayır. Təxminən 30 ildir ki, narkotik vasitə olan marixuanadan vaxtaşırı olaraq istifadə edir. Tutulmamışdan təxminən 15 gün öncə balıq tutmaq üçün Zaqatala rayonu Aşağı Tala kəndi ərazisinə yerləşən meşə ərazisinə getmiş və həmin vaxt orada yabanı halda bitmiş marixuana kolları görmüşdür. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Aşağı Tala kəndi ərazisinə yerləşən meşə ərazisində gördüyü marixuana kollarından yığıb qurudub özü üçün istifadə etmək məqsədilə həmin əraziyə getmiş və oradan təxminən 2-3 ovuca yerləşən qədər marixuana kollarını qopardıb həmin ərazidən tapdığı qara rəngli sellofan torbaya yığmışdır. O kolları gətirib evdə qurudub özü üçün çəkəcəkdi. Daha sonra oranı tərk edib evə qayıdarkən saat 12:15 radələrində Zaqatala şəhəri, Ç.Atalov küçəsində olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib onu Zaqatala RPŞ-nə dəvət etmiş və o heç bir etiraz etmədən polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona təqdim edilmiş vəkilin iştirakı ilə üzərində qanunsuz əşya olub-olmaması və olduğu halda təqdim etməyi istənilmiş və o əynində olan köynəyinin altında gizlətdiyi qurudulmamış marixuananı təqdim etmişdir. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış və əlavə qanunsuz hər hansı əşya tapılmamışdır. Bundan sonra müvafiq protokol tərtib edilərək həmin bağlama zərfə qoyularaq qablaşdırılmışdır. Sonra isə təqdim edilən marixuana elektron tərəzi vasitəsi ilə çəkilmış və çəkisinin 285,44 qram olması müəyyən olunmuşdur. Hazırda törətdiyi əməldən peşmandır. Əməlini səmimi olaraq da etiraf edir. Bir də belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Qeyd olunanları nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, Zaqatala RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.1972-ci ildə Zaqatala rayonunda anadan olmuş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin istifadəsində və üzərində daşımasında şübhəli olduğundan xx.xx.2023-cü il tarixdə saat 12:15-də Zaqatala şəhəri Ç.Atalov küçəsində onun və CABnin kiçik inspektoru, polis baş serjantı Şahid3 tərəfindən saxlanılaraq Zaqatala RPŞ-nə gətirilmiş və Zaqatala RPŞ-də Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və istifadə etməsində əsaslı şübhələr olduğu bildirilərək onun şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmişdir. Sonra isə Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş və Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək öz şəxsi hesabına müdafiəçi tutmaq üçün vəsaitinin olmadığını bildirərək, dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra Zaqatala RPŞ-nə Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçi dəvət edilərək müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Təqsirləndirilən şəxs dama-dama parçadan olan əyninə geydiyi ağ rəngli köynəyin sol qarın tərəfində köynəyin altından bir ədəd qara rəngli sellofan torbanı çıxardıb təqdim edərək içərisində “marixuana” olduğunu və yabanı halda Aşağı Tala kəndi ərazisində yerləşən meşəlik ərazidən şəxsi istifadəsi üçün yığdığını bildirmişdir. Həmin qara rəngli sellofan torba açılıb içərisinə baxıldıqda sellofanın içərisində yaşıl rəngli, qurudulmamış, spesifik iyə malik, çətənə bitkisinə bənzər bitki olduğu müəyyən edilmişdir. Daha sonra onun üzərinə təhqiqatçı Cəmil Əfəndiyev tərəfindən şəxsi axtarış keçirilmiş və onun üzərindən qadağan olunmuş hər hansı maddə, vasitə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bitki qara rəngli sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisinin 290 qram olduğu müəyyən edilərək həmin bitki ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və bu barədə protokollar tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmiş və Şahid1 ifadəsinə uyğun ifadə verərək onun ifadəsində göstərdiklərini təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş 31 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, həmin tarixdə saat 13:39-dan saat 14:02-dək olan müddət ərzində vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra isə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs damadama parçadan olan əyninə geydiyi ağ rəngli köynəyin sol qarın tərəfində köynəyin altından bir ədəd qara rəngli sellofan torbanı çıxardıb təqdim edərək içərisində “marixuana” olduğunu bildirmiş, həmin bir ədəd şəffaf sellofan bükümə açıb baxdıqda orada yaşıl rəngli, qurudulmamış, spesifik iyə malik, çətənə bitkisinə bənzər bitki aşkar edilmiş və aşkar edilmiş bitki qara rəngli sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisinin 290 qram olduğu müəyyən edilmiş və ağ zərfə qoyularaq möhürlənmişdir. X4 şifahi sualına cavab olaraq Təqsirləndirilən şəxs üzərində aşkar olunan marixuanaya bənzər kütləni yabanı halda Muğanlı yolu tərəfdə meşəlik ərazidən şəxsi istifadəsi üçün yığdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı Cəmil Məmmədov tərəfindən şəxsi axtarış keçirildi və onun üzərindən qadağan olunmuş hər hansı maddə, vasitə və ya predmet aşkar edilməmişdir. Sonda baxış zamanı qeydə alınmış videogörüntü 01 ədəd DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Şəxsi axtarış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət, vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsi tərəfindən verilmiş məhkəmə bioloji ekspertizasının 31 may 2023-cü il tarixli 17/431 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “xx.xx.2023-cü il tarixdə Zaqatala şəhər sakini Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş yaşıl rəngli, spesifik qoxulu marixuanaya bənzər 290 qram çəkidə kütlə.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qara rəngli sellofan torbada, təmiz çəkisi – 285,44 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər səhiyyə idarəsinin rayonlararası narkoloji dispanserinin 14 iyun 2023-cü il tarixli 1026 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomanya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında 31 may 2023-cü il tarixli qərardan və həmin tarixli protokoldan görünür ki, Musayev X6 RPŞ-in TB-nin təhqiqatçısı X8 tərəfindən həmin gün saat 12:15-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 01 iyun 2023-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 01 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxsin həbsdən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 11:40-da Zaqatala Rayon Polis X7 Yerindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Musayev X6 Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə Amnistiya haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2003-cü il tarixli qərarının 6.5-ci bəndinə əsasən hökmlə təyin edilmiş islah işləri cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur, Zaqatala rayon məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il, 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Zaqatala rayon məhkəməsinin qərarı ilə 05 noyabr 2021-ci tarixli 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasi Milli Məclisinin Qərarının 5-ci bəndinə əsasən hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti 01 il azaldılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala rayon İcra Hakimiyyəti Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 iyun 2023-cü il tarixli 730 nömrəli arayışdan görünür ki, Musayev X6 şəhəri F.Əmirov küçəsi ev 11 ünvanında ailəsi ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala Bələdiyyəsi tərəfindən verilmiş 235 nömrəli xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bələdiyyəyə heç bir şikayət olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala rayon X2 Hüquqi Şəxsin 06 iyun 2023-ci il tarixli, PHŞ-6-78/2-610/2023 nömrəli məktubundan görünür ki, Musayev X6 Rayon X2 Hüquqi Şəxsin Poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 1(033)-59/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər həbsdə saxlandığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmuş və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi alti) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli 7(033)-17/2022 nömrəli qərarından görünür ki, təqdimat təmin edilərək Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(033)- 59/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində «8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək azadlığın məhdudlaşdırılması cəzasının “8 noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının qüvvəyə mindiyi 05 noyabr 2021-ci il tarixə çəkilməmiş qalan 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün hissəsi 01 (bir) il müddətə azaldılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala rayon İcra və Probasiya şöbəsinin 12 sentyabr 2023-cü il tarixli 81 nömrəli arayışından görünür ki, xx.xx.1972-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində ondan ötrü ki, Zaqatala rayon Məhkəməsinin 1(033)- 59/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Hökmün icrası barədə göstəriş və hökm xx.xx.2021-ci il tarixdə Zaqatala rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. xx.xx.2021-ci il tarixdə məhkum Təqsirləndirilən şəxs şöbədə qeydiyyata alınmış və cəzanın icrasına başlanılmışdır. Məhkum Təqsirləndirilən şəxs cəzası “8 Noyabr- Zəfər Günü münasibətiylə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının qüvvəyə mindiyi 05 noyabr 2021-ci il tarixə çəkilməmiş qalan 01 il 05 ay 26 gün hissəsi 01 il müdddətinə azaldılmışdır. Şəxs cəza müddətinin bitməyi ilə əlaqədar olaraq 07 may 2022-ci il tarixdə Zaqatala rayon İcra və Probasiya şöbəsinin probasiya qeydiyyatından çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və baxış protokolları, maddi sübut və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində dəmir yolunun yaxınlığında meşə ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin yarpaqlarını yığıb gələcəkdə qurudub istifadə etmək niyyətilə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə, yəni təmiz çəkisi 285,44 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmamış marixuana əldə edib üzərində saxlamış, 31 may 2023-cü il tarixdə saat 12:15 radələrində qeyd edilən narkotik vasitəni qanunsuz olaraq satış məqsədi olmadan üzərində daşıyarkən Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş-əməliyyat axtarış tədbirləri nəticəsində Zaqatala şəhəri, Ç.Atalov küçəsində saxlanılaraq Zaqatala RPŞ-nin inzibati binasına gətirilmiş, polis şöbəsində həmin gün saat 13:39-dan 14:02-dək olan müddət ərzində vəkili Müdafiəçi iştirakı ilə üzərində şəxsi axtarış keçirilərkən əynində olan ağ rəngli qısaqol köynəyinin altından bir ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 285,44 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış natkotik vasitə qurudulmamış marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarında (50-ci bənd) qeyd edilmişdir ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməsi tövsiyə olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, əməlini səmimi etiraf etməsi onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Onun əməlində cəzanı ağırlaşdıran halların mövcud olmaması, şəxsiyyəti, özünün həyat şəraiti, etdiyi əməlin az ağır cinayətlər qrupuna aid edilməklə, xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az təhlükəli olması, törətdiyi əmələ görə səmimi peşman olması bunu deməyə əsas verir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əldə edib üzərində saxladığı narkotik vasitəsinin həcminin çox olmamasını, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, əməlindən peşman olmasını nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs 31 may 2023-cü il tarixdən saat 12:15-dən 01 iyun 2023-cü il tarixə saat 11:40-a kimi həbsdə saxlanıldığı 1 (bir) gün müddət nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddəti Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən hesablanmalı, onun barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə onun üzərinə Zaqatala-Qax rayonları ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut qismində Zaqatala RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 (bir) ədəd qara rəngli sellofan torbada, təmiz çəkisi – 285,24 qram qurudulmamış marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 34,55 manat məbləğində eksperiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 31 may 2023-cü il tarixdən 01 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 02 (iki) gün müddət həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Zaqatala-Qax rayonları ərazisini, eləcə də axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yeri olan Zaqatala şəhəri F.Əmirov küçəsi ev 11 ünvanında yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Zaqatala Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində Zaqatala RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 (bir) ədəd qara rəngli sellofan torbada, təmiz çəkisi – 285,24 qram qurudulmamış marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar