Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-37/2024 22.10.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, X1 iştirakları ilə, xx.xx.1982-ci ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Zaqatala rayonu, Mazıx kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 22 oktyabr 2024-cü il tarixdə saat 14:30-da Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 01 ədəd УЯ-1312 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1964-cü ildə istehsal olunmuş 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, Kalaşnikov konstruksiyalı AKM modelli avtomat hesab edilən yivli odlu silahı, 05 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal edilmiş, 7,62x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən və atəş üçün yararlı patronu və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən, texniki cəhətdən saz və istifadə üçün yararlı olan darağı qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə Zaqatala şəhəri ərazisinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 04 iyun 2024-cü il tarixdə saat 10:15-də Zaqatala şəhəri, H.Əliyev prospekti 199 ünvanında idarə etdiyi “BMW X6” markalı, Gürcüstan Respublikasına məxsus HA-062-Cİ qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə ünvan 2 ünvanında yerləşən Daxili İşlər Nazirliyinin Zaqatala Rayon Polis Şöbəsinə gətirildikdən sonra həmin gün saat 12:59-dan etibarən özünün razılığı və iştirakı ilə idarə etdiyi “BMW X6” markalı, Gürcüstan Respublikasına məxsus HA-062-Cİ qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin arxa saxlanc hissəsindən УЯ-1312 № -li, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1964-cü ildə istehsal olunmuş 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, Kalaşnikov konstruksiyalı AKM modelli avtomat hesab edilən 01 ədəd yivli odlu silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal edilmiş, 7,62x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən və atəş üçün yararlı 05 ədəd patron və zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən, texniki cəhətdən saz və istifadə üçün yararlı olan 01 ədəd daraq aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, silahı Katex tərəfdə dağlıq ərazidə tapmış və təxminən 4-5 gün onda qalmış, təhvil vermək istəyən zaman isə tutulmuşdur. Belə ki, o qeyd edilən silahı təhvil vermək üçün şəhərə gələn zaman tutulmuşdur. Bildirir ki, həmin silahı saxlamaqda heç bir niyyəti olmamışdır. Sadəcə tapdığı silahı təhvil vermək istəmiş, lakin tələbələri ilə məşğul olduğundan silahı maşında unutmuşdur. Təhvil vermək istədiyi zaman isə tutulmuşdur. Odur ki, himayəsində iki azyaşlı uşağın olmasını, idmançı olmaqla, əldə etdiyi nailiyyətləri nəzərə almaqla barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, şəxsi qeyd edilən cinayət iş üzrə tanımışdır, aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. Qeyd edir ki, onlara daxil olan əməliyyat məlumatına əsasən müvafiq əməliyyat qrupu yaradılmış, xx.xx.2024-cü il tarixdə səhər saatlarında şəxsə yaxınlaşaraq, özlərini təqdim etmişdirlər, daha sonra isə Şöbəyə dəvət etmişdirlər. Şöbədə şəxs barəsində şəxsi axtarış istintaq hərəkəti həyata keçirilmiş, lakin üzərindən hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Daha sonra nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Qeyd edilə silah həmin nəqliyyat vasitəsində aşkar edilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, şəxs özü silahı tapdığını etiraf etmişdir. Həmçinin təhvil vermək üçün nəqliyyat vasitəsində olduğunu demişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İstintaq İdarəsinin müstəntiqi, polis baş leytenantı X12 tərəfindən qəbul edilmiş 05 iyun 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və döyüş sursatını əldə etməsi, gəzdirməsi, saxlayaraq daşıması faktına görə barəsində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və icraata qəbul edilərək ibtidai istintaqının aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 04 iyun 2024-cü il tarixli “tərcüməçi təyin edilməsi haqqında” qərardan görünür ki, xx.xx.1970-ci ildə ünvan 4 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda faktiki yaşayan Azərbaycan və Rus dillərində mükəmməl olaraq yazıb-oxumağı bacaran, Azərbaycan Slavyan Ünversitetinin Dilşünaslıq fakültəsinin Rus dili və Ədəbiyyat müəllimliyi ixtisası ali təhsil alan X11 iş üzrə tərcüməçi təyin edilmişdir. İş materiallarına əlavə edilmiş 04 iyun 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqından” qərardan görünür ki, material üzrə xx.xx.1982-ci ildə Zaqatala rayonu, Mazıx kəndində anadan olmuş, Zaqatala rayonu, Mazıx kəndində qeydiyyatda olmaqla, faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tulması və azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 04 iyun 2024-cü il tarixdən saat 10:15 dəqiqədən hesab edilməsi qərar alınmışdır. İş materiallarına əlavə edilmiş 04 iyun 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqından” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 04 iyun 2024-cü il tarixdə saat 11:30 dəqiqədə Zaqatala Rayon Polis Şöbəsinin inzibati binasında müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə tutulmuş, tutma Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 04 iyun 2024-cü il tarixdən saat 10:15 dəqiqədən hesablanmışdır. İş materiallarına əlavə edilmiş 04 iyun 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş 01 ədəd video diskdən görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 04 iyun 2024- cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 10:15-də Zaqatala şəhəri, H.Əliyev prospekti 199 ünvanında idarə etdiyi “BMW” markalı, HA-062-Cİ qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Zaqatala Rayon Polis Şöbəsinə gətirilmiş və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntü 01 ədəd DVD diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 04 iyun 2024-cü il tarixli “baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan və ona əlavə edilmiş 01 ədəd video diskdən görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 04 iyun 2024- cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 10:15-də Zaqatala şəhəri, H.Əliyev prospekti 199 ünvanında idarə etdiyi “BMW” markalı, HA-062-Cİ qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Zaqatala Rayon Polis Şöbəsinə gətirilmiş və avtomobilə baxış keçirilən zaman avtomobilin arxa saxlanc hissəsindən 01 ədəd Kalaşnikov konstruksiyalı, AKM modelli avtomat, 01 ədəd daraq və 05 ədəd patron aşkar edilmişdir. Avtomobilə baxış keçirilməsi və əşyaların götürülməsi videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntü 01 ədəd DVD diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Təhqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 24/1028 saylı ekspert rəyindən ona əlavə edilmiş 1 saylı fotocədvəldən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd УЯ-1312 №-li silah 7,62 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda 1964-cü ildə istehsal olunmuş, AKM modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsul ilə dəyişikliklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 05 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdır. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-in KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Qeyd: Təqdim edilmiş 05 ədəd 7,62x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. İş materiallarına əlavə edilmiş 05 iyun 2024-cü il tarixli “tərcüməçi təyin edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin aparılması üçün xx.xx.1982-ci ildə anadan olmuş, Zaqatala rayonu, Mazıx kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan və Rus dillərində mükəmməl olaraq yazıb-oxumağı bacaran X3 tərcüməçi qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş 05 iyun 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, xx.xx.1982-ci il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu, Mazıx kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 758/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqdimat təmin edilərək, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin 04 iyun 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 06 iyun 2024-cü il tarixli “maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs idarə etdiyi “BMW X6” markalı, Gürcüstan Respublikasına məxsus HA-062-Cİ qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş 01 ədəd “Kalaşnikov” konstruksiyalı, AKM modelli avtomat, 01 ədəd darağ və 05 ədəd patronların maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma yerinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-13- 12/2-100826/2024 saylı məktubdan görünür ki, “BAİKAL-442” markalı, 9 kalibrli, ********** nömrəli, “MAKAROV” markalı, 9 kalibrli, ПК-8993 nömrəli, “AKM” markalı, 9 kalibrli, 1964cü il istehsallı, УЯ-1312 nömrəli və 346032 nömrəli silahların mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN BƏSİİ-də məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən verilmiş 14 iyun 2024-cü il tarixli 3-xx-xx/2175/2024 saylı məktubdan görünür ki, SSRİ dövlətində zavod üsulu ilə 1964-cü ildə istehsal olunmuş, УЯ-1312 nömrəli, 7.62 mm AKM modelli “Kalaşnikov” konstruksiyalı avtomat Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin qeydiyyatından keçmir. İş materiallarına əlavə edilmiş 05 avqust 2015-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X9 atası Təqsirləndirilən şəxs, anası X4. İş materiallarına əlavə edilmiş 20 iyun 2013-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X5 atası Təqsirləndirilən şəxs, anası X4. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİH Mazıx kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 1988-ci ildə Zaqatala rayonu Mazıx kənd tam orta məktəbinin İ sinfinə daxil olmuş və 1999-cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2000-ci ilin iyul ayında həqiqi hərbi xidmətə getmiş və 2002-ci ilin yanvar ayında hərbi xidməti başa vuraraq ordudan təxris olunmuşdur. 2002-ci ildən o, idmanın güləş növü ilə məşğul olmuş, müxtəlif yarışlarda iştirak edərək, dərəcələr əldə etmişdir. Azərbaycan Respublikası güləş üzrə milli komandasının üzvü olmuşdur. Ən böyük nailiyyəti hərbçilər arasında keçirilən güləş üzrə Avropa çempionatında bürünc medal qazanmışdır. Daha sonralar o, gənclərimizi güləş yarışlarına hazırlamış və onların müxtəlif nailiyyətlər qazanmasına çalışmışdır. Ailəlidir. 2 övladı var. Ailədə, qonşular arasında münasibəti yaxşı olmuşdur. Nümayəndəliyin ərazisində yaşadığı dövr ərzində onun haqqında nümayəndəliyə nə şifahi, nə də ki, yazılı şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X15 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 328/MEŞ saylı “canlı şəxsin ekspertizasına dair” ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X15nin xx.xx.2024-cü il tarixli 7855 saylı məktubundan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü, Zaqatala rayonu, Mazıx kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə olunmayıb. İş materiallarına əlavə edilmiş 24 iyun 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 iyun 2024-cü il tarixdə elan edilmiş ittihamın məzmununa dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə yenidən ittiham elan edilməsi və barəsində Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin iş üzrə nəzərə alınması, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD diskin sübut kimi tanınmadan cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, baxış keçirilməsi və əşyaların götürülməsi zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD diskin sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd Kalaşnikov konstruksiyalı, AKM modelli avtomat, 01 ədəd daraq və 02 ədəd patronun maddi sübut hesab edilməsi və saxlanmalarından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmələrinin nəzərə alınması, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı əldə etmə, daşıma və saxlama cinayətini törətməkdə öz təqsirini etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 07 iyun 2024-cü il tarixdə qəbul edilmiş qərarla 03 iyun 2024-cü il tarixli qərarın qanuni hesab edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 228.2.1 və 228.3-cü maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 228.2.2-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Təqsirləndirilən şəxs daşıdığı odlu silahı təqdim etməsi könüllü təhvil vermə kimi qiymətləndirilməməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 229-cu maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, cinayət işinin materiallarından 01 ədəd Kalaşnikov konstruksiyalı, AKM modelli avtomat, 01 ədəd daraq və 05 ədəd patronun əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə ayrıca icraata cinayət işinin ayrılması, cinayət işi üzrə 04 iyun 2024-cü il tarixli “baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokol, həmin protokola əlavə edilmiş 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs ifadələri, şahid ifadələri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının 05 iyun 2024-cü il tarixli 24/1028 nömrəli rəyi, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 iyun 2024-cü il tarixli qanunilik qərarı, əməliyyat tapşırığına cavab məktubunun, sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 26 iyun 2024-cü il tarixli “cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından 01 ədəd “Kalaşnikov” konstruksiyalı AKM modelli avtomatın, 01 ədəd daraq və 05 ədəd patronun əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Ayrıca icraata ayrılmış cinayət işinə ********* nömrəsi verilmiş və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 25 iyun 2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Gənclər, İdman və Turizm Baş İdarəsi tərəfindən verilmiş 14 noyabr 2004-cü il tarixli diplomdan görünür ki, Təqsirləndirilən şəxs sərbəst güləş üzrə Bakı şəhər çempionatında birinci yer tutmuşdur. İş materiallarına əlavə edilmiş “İslamic Republic of X10” tərəfindən verilmiş 264/6580 saylı diplomdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-xx.xx.2009 tarixlərdə Tehranda keçirilən sərbəst güləş üzrə dünya kubokunda birinci yer tutmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Güləş Federasiyası tərəfindən verilmiş diplomdan görünür ki, 15-18 iyun 2010-cu ildə keçirilən sərbəst güləş üzrə Azərbaycan Çempionatında ikinci yer tutmuşdur. İş materiallarına əlavə edilmiş “X6 Council” tərəfindən verilmiş sənəddən görünür ki, Təqsirləndirilən şəxs 10-16 avqust 2010-cu il tarixdə Finlandiyanın Lahti şəhərində keçirilən 27-ci hərbi güləş çempionatında güləşçi kimi iştirak etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş fəxri fərmandan görünür ki, Təqsirləndirilən şəxs 2010-cu ildə sərbəst güləş üzrə Hərbiçilərin Dünya birinciliyində qazandığı uğura görə fəxri fərmanla təltif edilmişdir. İş materiallarına əlavə edilmiş Beynəlxalq Güləş Federasiyası və Azərbaycan Güləş Federasiyası tərəfindən verilmiş diplomdan görünür ki, Təqsirləndirilən şəxs 27-29 iyun 2008-ci il tarrixdə keçirilən Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “X16” Beynəlxalq Turnirində üçüncü yer tutmuşdur. İş materiallarına əlavə edilmiş Zaqatala Rayonu Yuxarı Tala Bələdiyyəsi tərəfindən 28 may 20003-cü il tarixdə verilmiş diplomdan görünür ki, Təqsirləndirilən şəxs 28 May Respublika gününə həsr olunmuş sərbəst güləş turnirində birinci yer tutmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144- 146-cı maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir. Həmin Qanunun 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirini etiraf edərək əməlindən səmimi peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, sərbəst güləşçi olmaqla, beynəlxalq idman tədbirlərində dövlətimizi yüksək səviyyədə təmsil etməsini, regional və ölkə səviyyəsində əldə etdiyi nailiyyətləri cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə ailəsinin yeganə qazanc mənbəyi olması, onun barəsində maddənin yuxarı həddində cəza təyin olunması ailəsinin əlverişsiz vəziyyətə düşməsinə səbəb olacağı, bununla da onun ailəsinin həyat şəraitinə təsiri, onun beynəlxalq, regional və ölkə səviyyəsində əldə etdiyi nailiyyətləri, halhazırda idman müəllimi olması, tələbələrinin müxtəlif səviyyələrdə ölkəni təmsil etməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Cinayət işinin materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-758/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 04 iyun 2024-cü il tarixdən, hesablanmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 04 iyun 2024-cü il tarixdən saat 10:15 dəqiqədən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində göstərilən cinayət az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş, böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs az ağır cinayət əməlini törətdiyindən ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Şəxsin həbsdə saxlanılması müddəti çəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrumetmə növündə təyin ediləcək, cəzanın başlanğıcı 04 iyun 2024-cü il tarixdən saat 10:15 dəqiqədən hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi “BMW X6” markalı, Gürcüstan Respublikasına məxsus HA-062-Cİ qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş 01 ədəd Kalaşnikov konstruksiyalı, AKM modelli avtomat, 01 ədəd daraq və 02 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah-Sursat Anbarına təhvil verilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini, baxış və götürməni özündə əks etdirən 02 ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, xüsusi müsadirə edilməli və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı dövründə həbsdə olduğu müddət cəza müddətinə daxil edilməklə, cəzasının əvvəli 04 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar –Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi “BMW X6” markalı, Gürcüstan Respublikasına məxsus HA-062-Cİ qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş 01 ədəd Kalaşnikov konstruksiyalı, AKM modelli avtomat, 01 ədəd daraq və 02 ədəd patron məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah-Sursat Anbarına təhvil verilsin. Şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu 01 ədəd DVD disk, baxış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu bir ədəd 01 ədəd DVD diski cinayət işinin materiallarında saxılanılsın. İş üzrə məhkəmə xərclərinin, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 gün müddətinə Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan), 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(033)-37/2024
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-37/2024
22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver