Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-37/2025 24.02.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, X3 qızının katibliyi, dövlət ittihаmçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1993-cü ildə Zaqatala rayonu, Pərzivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, rəsmi işsiz, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Аzərbаycаn Rеspublikаsı CM-nin 29, 177.2.3, 186.2.2 və 66.2-ci maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə və 2500 manat cərimə cəzаlarına məhkum еdilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, lakin məhkumluğu ödənilməmiş, Zaqatala rayonu, Pərzivan kəndində qeydiyyatda olmaqla, Zaqatala rayonu, Aşağı Tala kəndində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 15:00-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs vahid qəsdlə əhatə edilən tamah niyyəti və özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirtmək məqsədi ilə 16 aprel 2025-ci il tarixdən 17 aprel 2025-ci il tarixə keçən gecə qanunsuz olaraq başqa saxlanc yerinə, yəni Zaqatala rayonu, Qazangül qəsəbəsində yerləşən, Zərərçəkmiş şəxs məxsus, sonuncunun öz qoyunlarını daimi saxlaması üçün setka hasarla təchiz etdiyi sahəyə qanunsuz daxil olmuş, oradan 5 (beş) baş qoyunu qəsdən gizli talayıb oğurlamaqla Zərərçəkmiş şəxs 1425 (min dörd yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, özünə məxsus motosikletlə odun daşıyır. Təxmini 2 ay bundan əvvəl motosikletlə odun daşıyarkən Zaqatala rayon polis şöbəsinin yol polisi əməkdaşları onu saxladaraq motosikleti polis şöbəsinə aparmışlar və 300 manat cərimə ödənildikdən sonra buraxılacağını demişlər. Onun da maddi vəziyyəti aşağı olmuşdur. O, əvvəllər Zaqatala şəhərində məcburi köçkünlərin yaşadıqları binaya odun daşıyarkən yaxınlıqda saxlanc yerində qoyunlar olduğunu görmüşdür. 2025-ci ilin aprel ayında o, 300 manat cəriməni ödəmək üçün həmin saxlanc yerində gördüyü qoyunları oğurlayaraq, cəriməni ödəmək qərarına gəlmişdir. xx.xx.2025-ci il tarixdə saat 23 radələrində o, Zaqatala şəhərində məcburi köçkünlərin yaşadığı binanın yaxınlığında yerləşən saxlanc yerinə gedərək oranın işıq lampasını sökərək içəridə olan 5 baş xırdabuynuzlu heyvanı oğurlayaraq yolun kənarına aparmışdır. Yolun kənarında həmin qoyunların ayaqlarını bağlayaraq, taksi ilə onları yaşadığı evə aparmaq üçün tanımadığı yol maşını ilə bayraq meydanı tərəfə getmişdir. Orada tanımadığı şəxsin idarə etdiyi Vaz 2106 markalı avtomobilə yaxınlaşaraq 5 baş qoyunun Aşağı Tala kəndinə aparılmalı olduğunu bildirmişdir. Taksi sürücüsü ondan bu barədə soruşduqda o, yalandan fermadan gəldiyini, qoyunları yaşadığı evə aparmaq lazım olduğunu demişdir. O, taksi sürücüsü ilə birlikdə qoyunları qoyduğu yerə gəlmişdir. Qoyunları taksiyə mindirib yaşadığı Aşağı Tala kəndinə aparmışdır. Sabahısı gün Zaqatala şəhərində çayxana işlədən tanıdığı Rafail adlı şəxsin yanına getmiş və ona motosikletinin duracağa yerləşdirildiyini, 300 manat cərimə ödəməli olduğunu demişdir. Rafailə ona məxsus olan 5 baş xırdabuynuzlu heyvan olduğunu və onları almasını təklif etmişdir. Rafail də onunla razılaşaraq qoyunları onun yaşadığı evdən işlədiyi çayxanaya gətirilməsi üçün maşın tutmuş və o, həmin maşınla yaşadığı evə qoyunları gətirməyə getmişdir. O, yaşadığı evdən həmin 5 baş qoyunu maşına mindirərək Rafailin işlətdiyi çayxananın qarşısına gətirmişdir. Rafail ona çayxananın qarşısında gözləməyini, qoyunları sataraq gələcəyini demişdir. O da Rafailə qoyunun birini 100 manat satmağını bildirmişdir. Təxmini 40 dəqiqə sonra Rafail çayxananın qarşısına qayıtmış və qoyunun birini 80 manata satdığını, ümumi 400 manat pul etdiyini demişdir. Onun da motosikleti duracaqda olduğundan və başqa qazanc yeri olmadığından məcbur qalıb Rafaillə razılaşmış və 400 manatı Rafaildən götürmüşdür. Həmin 400 manatı polis şöbəsində vermişdir. 40 faiz o, günahkardırsa, qalan hissədə polis təqsirkardır. İşin başında duran cinayət məsuliyyətinə cəlb edilmir. Şöbədə ondan 1000 manat pul aldılar. Dedilər narahat olma iş məhkəməyə getməyəcək. 10 gündən çağırdılar ki, işin məhkəməyə gedir. Digər şəxsi də çağırıb, sonra buraxıblar. İş məhkəmədə olan zaman da yaxınlaşdı polisdən maraqlanmağa. Dedilər ki, sənə qolbaq veriləcəkdir. Ona 1 həftə vaxt verilməsini və ona verilmiş vədlərlə bağlı lazımi şəxslərlə görüşməsinə şərait yaradılmasını xahiş etdi. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, O, uzun müddətdir yaşadığı Qazangül qəsəbəsində xırdabuynuzlu heyvan saxlamaqla təsərrüfatla məşğuldur. Hazırda təsərrüfatında 127 baş xırdabuynuzlu heyvan vardır. Həmin xırdabuynuzlu heyvanları yaşadığı binanın yaxınlığındakı setkadan hazırlanmış saxlanc yerində saxlamışdır. Həmin heyvanlara X5 çobanlıq etmişdir. Təsərrüfatında olan heyvanları səhər saat 07 radələrində çoban Anar otlaq sahəsinə aparıb axşam saat 21 radələrində tövləyə gətirmişdir. xx.xx.2025-ci il tarixdə axşam saatlarında təsərrüfatında olan xırdabuynuzlu heyvanları saxlanc yerinə salmışdır. Səhəri gün yəni, xx.xx.2025-ci il tarixdə səhər saatlarında çoban Anar heyvanları saxlanc yerindən çıxarmaq istədikdə tövlənin qapısının açıq olduğunu, işıq lampasının sındırıldığını və heyvanların içəridə olmadığını görüb bu barədə ona məlumat vermişdir. Daha sonra onlar heç bir orqana məlumat vermədən ayrı-ayrı yerlərdə heyvanları axtarmağa başlamışlar. Təxmini 1 km aralıda heyvanları tapmışlar. Heyvanları saydıqda 5 baş heyvanın əksik çıxdığını görmüşdür. Oğurlanmış 5 (beş) baş xırdabuynuzlu heyvanların hər biri 4 aylıq, 3-ü erkək, 2-i dişi olmaqla, hər birinin diri çəkiləri təxminən 25-30 kq olmuşdur. Beləliklə, həmin vaxt ona ümumilikdə 1187,5-1425 manat aralığında ziyan dəymişdir. İbtidai istintaq zamanlı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o Təqsirləndirilən şəxs tanıyır. Sonuncu təxminən 2024-cü ilin noyabr ayından onun Zaqatala şəhəri, Çökək kəndində işlətdiyi çayxanaya motosikleti ilə odun gətirmişdir. Həmin vaxtdan İsa ilə münasibəti yaranmışdır. 17 aprel 2025-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs onun işlətdiyi çayxanaya gələrək motosikletinin duracağa yerləşdirildiyini, cərimə ödəməli olduğunu ona demiş və özünə məxsus olan 5 baş xırdabuynuzlu heyvanı almağını xahiş etmişdir. İsa həmin heyvanların hərəsini 100 manatdan satacağını demişdir. O da İsaya qoyunlara baxdıqdan sonra alacağını demişdir. Bundan sonra o, çıxıb getmişdir. Təxmini 40 dəqiqədən sonra İsa 5 baş qoyunu çayxananın qarşısına gətirmişdir. O, 5 baş qoyuna baxdıqdan sonra onların hərəsinə 80 manat pul verəcəyini demişdir. İsa da onunla razılaşmışdır. O, həmin qoyunları yaşadığı evə aparmışdır. Təxminən yarım saat sonra çayxanaya geri qayıdaraq İsaya 5 baş qoyuna görə 400 manat pul vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs çıxıb getmişdir. Bundan sonra onu polis şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində ona Təqsirləndirilən şəxs aldığı 5 baş xırdabuynuzlu heyvanın oğurluq olduğunu ona demişlər və daha sonra həmin qoyunlar zərərçəkmiş şəxsə qaytarılmışdır. Beş baş xırdabuynuzlu heyvanın oğurluq olmasından məlumatı olmamışdır. İşdə olan Azərbaycan Respublikası Zaqatala rayon Əliabad həftəlik mal bazarının xx.xx.2025-ci il tarixli, 5 nömrəli məktubundan görünür ki, 17 aprel 2025-ci il tarixdə 05 (beş) baş hər biri 4 aylıq, hər birinin diri çəkiləri təxminən 25-30 kq olan, 3 baş erkək və 2 baş dişi qoyunların hər birinin orta bazar qiyməti 237,5-285 manat arasında olmuşdur. 05 (beş) baş həmin qoyunların ümumilikdə orta bazar qiyməti 1187,5 manat – 1425 manat arasında olmuşdur. İşdə olan baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs yaşadığı Zaqatala rayonu, Qazangül qəsəbəsində yerləşən binadan təxminən 50 metr aralıda “Micqar” adlanan çayın sol sahilindəki kənarları 1,5 metr hündürlükdə dəmir barmaqlıqlarla hasarlanmış, uzunluğu 12 metr, eni 10 metr olmaqla təxminən sahəsi 120 kv metr olan yeri göstərib həmin yerdə xırdabuynuzlu heyvanları saxladığını bildirmişdir. Baxış zamanı Saqifin heyvanları saxladığı 120 kv metr yerin ətrafının dəmir barmaqlıqlarla hasarlandığı, həmin yerin giriş qapısının dəmir barmaqlıqdan olduğu, giriş qapısının yanında it damı olduğu müşahidə olunmuşdur. Saqif həmin it damında it saxlamadığını bildirmişdir. O, xx.xx.2025-ci il tarixdə saat 21 radələrində təsərrüfatında olan 127 baş xırdabuynuzlu heyvanı sayıb ətrafı dəmir barmaqlıqlarla hasarlanmış 120 kv metr yerə saldığını, xx.xx.2025-ci il tarixdə səhər saatlarında örüşə buraxarkən heyvanları saydıqda 4 (dörd) baş heyvan olmadığını, lakin sonra yenidən saydıqda 5 (beş) baş xırdabuynuzlu heyvanın olmadığını aşkar etdiyini və həmin heyvanların naməlum şəxs (şəxslər) tərəfindən oğurlandığını bildirmişdir. Baxış zamanı Saqifin heyvanları saxladığı yerin yaxınlığında nəzarət müşahidə kameraları olmadığı müəyyən edilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən izlər aşkar edilməmişdir. Hadisə yerinə baxış keçirilərkən fotoşəkillər çəkilərək protokola əlavə olunmuş, protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. İşdə olan verilmiş əməliyyat tapşırığına verilmiş xx.xx.2025-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs oğurluq hadisəsini törədərkən tək olmuş və oğurluqda digər şəxslərin iştirakı müəyyən edilməmiş, hadisə baş verən ərazidə və yaxınlıqda yaşayan şəxslərlə əməliyyat xarakterli söhbətlər aparılmış, göstərilən xüsusatlarla bağlı cinayət törətməkdə hər hansı digər şübhəli şəxslər müəyyən edilməmiş, Zaqatala rayonu, Qəsəbəsi ərazisində məcburi köçkünlərin yaşadığı binanın yaxınlığında yerləşən saxlanc yerindən oğurluq edilən zaman cinayət hadisəsini görən şahid(lər) olmamış, Təqsirləndirilən şəxs cinayət yolu ilə oğurluq etdiyi 5 (beş) baş xırdabuynuzlu heyvanları Zaqatala rayon sakini Şahid satması müəyyən edilmiş, Təqsirləndirilən şəxs münasibətdə olduğu şəxslərin dairəsi öyrənilərək oğurluq cinayəti ilə məşğul olmaqda şübhəli olan şəxsləri və digər cinayətlərdə iştirak edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. İşdə olan xx.xx.2025-ci il tarixdə ifadənin yеrində yохlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs оğlu ifadəsində göstərdiyi xüsusatları yerində bir daha təsdiq etmiş, Zaqatala rayonu, Qazangül qəsəbəsi ərazisində olan məcburi köçkünlərin yaşadığı binanın yaxınlığında yerləşən saxlanc yerindən 5 (beş) baş xırdabuynuzlu heyvanları oğurladığı yeri göstərmişdir. İşdə olan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 1425 manat ziyan tamamilə ödənilmişdir və ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Аzərbаycаn Rеspublikаsı CM-nin 177.2.1,177.2.2,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2500 manat cərimə cəzasına məhkum edilmişdir, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Аzərbаycаn Rеspublikаsı CM-nin 221.2.1, 69.3,67.1,68.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə və 2500 manat cərimə cəzаlarına məhkum еdilmişdir, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Аzərbаycаn Rеspublikаsı CM-nin 177.2.2,177.2.3,177.2.4, 66.3, 66.5, 67.1, 68.2-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə və 2500 manat cərimə cəzаlarına məhkum еdilmiş, Şəki Rayon Məhkəməsinin qərarı ilə Cm-İN 177.2.4cü maddəsi xaric edilmiş və 04 il müddətinə azadlıqdan məhrumetmə və 2500 manat cərimə cəzаları saxlanılmışdır, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Аzərbаycаn Rеspublikаsı CM-nin 29, 177.2.3, 186.2.2 və 66.2-ci maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə və 2500 manat cərimə cəzаlarına məhkum еdilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmişdir. İşdə olan Zaqatala rayon X1 Hüquqi Şəxsin 10 iyun 2025-ci il tarixli, 18-1-78/2- 601/2025 nömrəli məktubundan görünür ki, Zaqatala rayonu, Pərzivan kəndində qeydiyyatda olmaqla, Zaqatala rayonu, Aşağı Tala kəndində yaşayan Təqsirləndirilən şəxs Zaqatala Rayon X1 Hüquqi Şəxsin Psixiatrik və Narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İşdə olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqında xx.xx.2025-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşdə olan Zaqatala RİHB-nın Aşağı Tala kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İşdə olan Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(075)-16/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3 və 186.2.2-ci maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Zaqatala Rayon Məhkəməsinin 18 iyul 2014-cü il tarixli, 12 avqust 2015-ci il tarixli, 25 dekabr 2015-ci il tarixli hökmlərinə və Şəki Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 2500 (iki min beş yüz) manat cərimə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.2ci maddələrinə əsasən hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə tamamilə toplanmaqla, onun üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının və 2500 (iki min beş yüz) manat cərimə cəzasının saxlanılması, cərimə cəzasının müstəqil icra olunması hökm edilmişdir. İşdə olan amnistiya aktının tətbiq edilməsi barədə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2026-cı il tarixli qərarından görünür ki, "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. İşdə olan Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Zaqatala rayon Məhkəməsinin 18 iyul 2014cü il tarixli, 12 avqust 2015-ci il tarixli, 25 dekabr 2015-ci il tarixli hökmləri və Şəki rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli qərarına əsasən 2500 manat məbləğində cərimə cəzası Azərbaycan Respublikası Cinayət məcəlləsinin 67.1 və 68.2- ci maddələrinə əsasən Şəki rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla onun üzərində qəti olaraq 4 il müddətinə azadlıqdan məhrumetmə və 2500 manat məbləğində cərimə cəzası qalmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü i! tarixdə olaraq 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasını çəkib qurtarmış və cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. 2500 manat məbləğində cərimə cəzası məhkum tərəfindən icra olunmadığı üçün tərəfimizdən Zaqatala rayon Məhkəməsinə təqdimatla müraciət olunmuşdur. Zaqatala rayon Məhkəməsinin 7(033)-10/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə cərimə cəzası 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur. xx.xx.2025-ci il tarixə məhkum Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 2 ay 15 gün müddətini çəkmiş, 9 ay 15 gün çəkilməmiş cəza müddəti qalmışdır. Beləliklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş şəxsin, şahidin ifadələri ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs vahid qəsdlə əhatə edilən tamah niyyəti və özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirtmək məqsədi ilə 16 aprel 2025-ci il tarixdən 17 aprel 2025-ci il tarixə keçən gecə qanunsuz olaraq başqa saxlanc yerinə, yəni Zaqatala rayonu, Qazangül qəsəbəsində yerləşən, Zərərçəkmiş şəxs məxsus, sonuncunun öz qoyunlarını daimi saxlaması üçün setka hasarla təchiz etdiyi sahəyə qanunsuz daxil olmuş, oradan 5 (beş) baş qoyunu qəsdən gizli talayıb oğurlamaqla Zərərçəkmiş şəxs 1425 (min dörd yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmuşdur. Oğurluq, yəni yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakının gizli talanmasına görə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2500 manat cərimə cəzasına məhkum edilmişdir.Zaqatala Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib CM-in 67.1 və 69.3-cü maddəsinə əsasən 02 il 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və 2500 manat cərimə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə hökm qüvvəsində saxlanılmışdır. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-in 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinib CM-in 66.5 və 67.1-ci maddələrinə əsasən 05 il müddətinə azadlıqdan məhrum etmə və 2500 manat cərimə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə CM-in 67.1-ci maddəsi hökmdən xaric edilmiş, qalan hissədə hökm qüvvəsində saxlanılmışdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 29,177.2.3 və 186.2.2-ci maddələri ilə təqsirli bilinib CM-66.2-ci və 67.1-ci maddələrinə əsasən 04 il müddətə azadlıqdan məhrum etmə və 2500 manat miqdarında cərimə cəzalarına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarmış, 2500 manat cərimə cəzası Təqsirləndirilən şəxs tərəfindən icra olunmadığı üçün Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə cərimə cəzası 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuş və Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2026-cı il tarixli qərarı ilə “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən xx.xx.2026-cı il tarixdə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir ki, bu da cinayətlərin təhlükəli residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2-ci maddəsinə əsasən cinayətlərin residivi qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin residivə görə cəzanın təyin edilməsini tənzimləyən 65.2-ci maddəsində göstərilir ki, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci və 61.1.1-ci maddələrinə əsaslanaraq, Təqsirləndirilən şəxs əməlinin cinayətin təhlükəli residivini yaratmasını onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Bütün bunlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, cəzasını ciddi rejimli cəza çəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın, maddi sübutun, məhkəmə xərlcərinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı tarixdən, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın, məhkəmə xərclərinin və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №1(033)-37/2025
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-37/2025
24.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver