Məhkəmə qərarları › İş №1(033)-38/2020

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №1(033)-38/2020

24.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 1(033)-38/2020 24.06.2020 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, x12 qızının katibliyi ilə, xüsusi ittiham qaydasında şikayət verən şəxslər x4 və x3 x17 barəsində cinayət işi qaldırılmasına və onun törətdiyi əmələ hüquqi qiymət verilməsinə dair xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: x4 və x6 ərizə ilə məhkəməyə müraciət edərək x17 barəsində cinayət işi qaldırılmasına və onun törətdiyi əmələ hüquqi qiymət verilməsinə köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş x7, x6 və x17 məhkəmə iclasına gəlməmiş, lakin x7 və x6 məhkəməyə ərizə göndərərək məhkəmə hazırlıq iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.11-ci maddəsini rəhbər tutaraq məhkəmə hazırlıq iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. x4 və x6 ərizəni onunla əsaslandırır ki, o-x15 rayonunda fəaliyyət göstərən “Güvən” x2 direktorudur. Bəsti Teymurxanova həmin klinikanın həkimidir. ”Güvən” MDM 1 ildir ki, fəaliyyət göstərir. 2019-cu ilin iyun ayının 29-30-dan avqustun 21-nə kimi x1 2 aydan az müddət ərzində Bəsti doktorun müşahidəsi altında müayinə və müalicə olunmuşdur. 21 avqust 2019-cu il tarixdə Vəfa Rəcəbli “Güvən” MDM-də olan zaman halı pisləşdiyindən x19 çağırılmışdır. Vəfa x19 vasitəsi ilə x5 Mərkəzinə aparılmış və orada əməliyyat olunmuşdur. Bundan sonra Vəfa Rəcəbli 06.09.2019-cu il tarixdə Zaqatala rayon prokurorluğuna müraciət edərək ’’Güvən” MDM-də həkim işləyən Bəsti Teymurxanovanın səhlənkar hərəkətləri nəticəsində onun ölümü təhlükəsi ilə üzləşərək əhəmiyyətli bədən orqanının əməliyyat yolu ilə götürülməsi barədə müraciət etmişdir. Zaqatala rayon prokurorluğunda araşdırma aparılmış, 18.12.2019-cu il tarixdə və 25.03.2020-ci il tarixlərində ekspert rəyləri alınmışdır. Nəticədə 15 aprel 2020-ci il tarixində Zaqatala rayon prokuroru Əli Abdullayev tərəfindən cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan Vəfa Rəcəbliyə şikayət etmək hüququnun olması izah edilmişdir. x21 hüquq və qanunla yox, həqiqətə uyğun olmayan ifadələr, şər və böhtan atmaq yolunu seçmişdir. Belə ki, etiraf Zaqatala instagram səhifəsi vasitəsi ilə Güvən klinikasını anti- reklamım aparmışdır. Həm klinikanın, həm də klinikanın həkimi Bəsti doktur barəsində hər ikisinin imicinə zərər vuraraq həqiqətə uyğun olmayan ifadələr işlətmişdir. Vəfa haqqında olan informasiyanı Zaqatalada fəaliyyət göstərən x10 təsisçisi Qəbələ rayon sakini Sərvan adlı şəxs etiraf_zaqatala instagram səhifəsinə göndərmiş və nəticədə sosial şəbəkədə yaymışlar. Etiraf_zaqatala instagram səhifəsini Qəbələ rayon sakini Kamran adlı şəxs idarə edir. Kamranın əlaqə nörməsi: ***-***-**-**-dir. Bu barədə ərtaflı məlumat həmin səhifənin çıxarışında vardır. Həmin instagram səhifəsindən çıxarışı ərizəyə əlavə edir. Əlavə olaraq bildirir ki, x20 əməliyyat olunduqdan sonra onunla əlaqə quraraq demişdir ki, bu barədə o nə lazımdı kömək edəcək. Bundan əlavə özünün vatsap statusunda Güvən klinikasının və Bəsti doktorun anti-reklamını aparmaqda davam edir. Bu barədə də vatsapdan çıxarışı ərizəyə əlavə edir. Həmçinin facebook sosial şəbəkəsi vasitəsi ilə özünün idarə etdiyi x14 Ünvanı səhifəsində Güvən Klinikası və Bəsti doktor barədə şər-böhtan xarakterli, həqiqətə uyğun olmayan məlumatlar paylaşaraq klinikanın və klinikanın həkimi Bəsti doktor barəsində hər ikisinin işgüzar nüfuzuna zərər vurmuşdur. Həmçinin həmin paylaşımda şərhlər bölməsində x11 işlədiyi zaman Bəsti doktorun neçəneçə ana, neçə ana bətnində uşağı məhv etməsi barədə şər-böhtan xarakterli məlumat paylaşmışdır. Həmçinin həmin səhifənin idarəsi Vəfa Rəcəblidə olduğu üçün Güvən Klinikası barədə mənfi rəyləri paylaşır. Müsbət rəylər olduqdan isə onları blok edir, silir. Bu barədə facebook sosial şəbəkəsindən çıxarışları da ərizəyə əlavə edir. Hesab edir ki, Vəfa Rəcəblinin əməlində böhtan cinayətinin əlamətləri vardır. Böhtan, yəni yalan olduğunun bilə-bilə, hər hansı şəxsin şərəf və layəqətini ləkəyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma əməlini tötərmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında həmin Məcəllənin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. x18 barəsində müvafiq cinayət işi qaldırılmasına və onun törətdiyi bu əmələ hüquqi qiymət verilməsinə köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti araşdırıb, belə nəticəyə gəlir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3 və 302.1.6-cı maddələrinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. İş materiallarından görünür ki, x4 və x3 xüsusi ittiham qaydasında şikayətinin məzmunu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 293.3-cü maddəsinin tələblərinə cavab vermir. CPM-in 299.3.3-cü maddəsinə görə, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə baxılmalıdır. Halbuki işdə olan ərizədən görünür ki, x7 və x6 məhkəməyə ərizə göndərərək məhkəmə hazırlıq iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. CPM-in 293.3.1 - 293.3.7-ci maddələrinə görə, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün) və yer, şikayəti vermiş şəxsin imzası. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs x7 və x3 iş materiallarında olan (i.v 01) ərizəsindən görünür ki, şikayət yazılarkən qanunvericiliyin tələbinə tam əməl edilməmiş, şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş göstərilməli olduğu halda, bu məlumatlar göstərilməmişdir. Məhkəmə qeyd edir ki, böhtan cinayətinin anlayışı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində verilmişdir. Həmin maddəyə əsasən böhtan dedikdə yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və va onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş böhtan cinayəti obyektiv cəhətdən yalnız o vaxt mövcud ola bilər ki, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və va onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Təhqir cinayətinin anlayışı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində verilmişdir. Həmin maddəyə əsasən təhqir dedikdə isə yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatların doğru olmaması; belə məlumatların yayılması; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il 7 saylı qərarına görə, yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirmə başa düşülür. Belə məlumatların şərəf və ləyaqəti ləkələnən və ya nüfuzdan salınan şəxsin özünə deyilməsi CM-in 147-ci maddəsi ilə məsuliyyət yaratmır. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatların yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur, Yayılan məlumatlar başqa şəxsləri ləkələsə də, həqiqi məlumatlardırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktlarla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Yol verdiyi nöqsanlarla əlaqədar şəxsin tənqid olunması şərəf və ləyaqətin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Bu cinayət qanunda göstərilən üç üsulla törədilə bilər: məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaymaqla. Bu o deməkdir ki, başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar kütləvi əsərdə təsvir edilməklə qəzetlərdə, jurnallarda, radioda, televiziyada, internetdə , mitinqlərdə, piketlərdə, yürüşlərdə və ya küçəyə çıxıb qışqırmaqla və s. yayıla bilər. Böhtan cinayəti hər hansı formada (şifahi, yazılı) törədilə bilər. Bu cinayət hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar yayıldığı andan başa çatmış sayılır. Təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk edir və bunu arzu edir. Əgər şəxs yaydığı ləkələyici məlumatların həqiqətə uyğun olduğuna inanırsa, lakin əslində həmin məlumatlar yalandırsa, CM-in 147-ci maddəsi ilə cinayət məsuliyyəti istisna olunur. Göründüyü kimi, qanunverici mülki məsuliyyətə səbəb olan böhtanla (təhqirlə) cinayət məsuliyyəti yaradan böhtanı (təhqiri) bir-birindən fərqləndirmək üçün cinayətin edilmə üsulunu cinayət tərkibinin zəruri əlaməti kimi CM-in 147-ci və 148-ci maddələrinə daxil edilmişdir. CM-in 147-ci və 148-ci maddələrinə görə yalnız kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə və ya kütləvi informasiya vasitəsində ləkələyici və ya nüfuzdan salan məlumatların yayılması cinayət məsuliyyətinə səbəb olur. Qalan bütün hallarda belə məlumatların yaylması mülki məsuliyyət doğurur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 8-ci bəndində göstərilmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafıq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fıkirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Göründüyü kimi ilk öncə təhqir xarakterli məlumatlar yayılmalı, sonra isə həmin məlumatların həqiqətən təhqir olub-olmaması araşdırılmalıdır. Avropa İnsan hüquqları Konvensiyasının 10-cu maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair 17 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. CM-in 147-ci maddəsinə əsasən, böhtan dedikdə, yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində yayılması nəzərdə tutulur. Həmin Məcəllənin 148-ci maddəsinə görə, təhqir dedikdə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan əməl nəzərdə tutulur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 11-ci bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. CPM-in 300.1.3 və 302.1.6-cı maddələrinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edə bilər. Beləliklə x8 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətin olması x7 və x3 xüsusi ittiham qaydasında şikayətindən görünmür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300, 302, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Xüsusi ittiham qaydasında şikayət verən şəxslər x4 və x3 x17 barəsində cinayət işi qaldırılmasına və onun törətdiyi əmələ hüquqi qiymət verilməsinə dair xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar