Məhkəmə qərarları › İş №1(033)-38/2022

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №1(033)-38/2022

31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 1(033)-38/2022 31.05.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihаmçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, 26 iyun 1992-ci ildə Zaqatala rayonu Üçüncü Tala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu Üçüncü Tala kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına məhkəmənin binasında saat 17:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 26 aprel 2022-ci il tarixdə, saat 08 radələrində Zaqatala rayonu Üçüncü Tala kəndində yerləşən yaşadıqları evdə Zərərçəkmiş şəxs ilə əri Təqsirləndirilən şəxs arasında ailə-məişət münasibətləri zəmnində yaranmış mübahisə zamanı sonuncu qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs ağız nahiyəsinə yumruq və şillə ilə vuraraq sonuncuya üst dodağın sol tərəfində şişkinlik, selikli qişasında əzilmiş yara xarakterli, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı iclasında dindirilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. O, 2018-ci ildə Zaqatala rayonu Yengiyan kəndində yaşayan X3 ilə ailə qurmuşdur. Birgə nikahlarından iki azyaşlı övladları var. 26.04.2022-ci il tarixdə səhər yaşadığı evdə olarkən saat 08 radələrində arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət münasibətləri zəminində mübahisə yaranmışdır. Arvadı səbəbsiz mübahisə yaradaraq onun üzünə söz qaytarmışdır. Həmin vaxt o, əsəbiləşmiş və arvadı Zeynəbin ağzına bir dəfə sillə vurmuşdur. O, sillə vurandan sonra arvadı Zeynəb sakitləşərək öz otağına keçmişdir. Ondan sonra o, şəxsi işi ilə bağlı Zaqatala şəhərinə getmişdir. Arvadı Zeynəb və azyaşlı qızı Damla isə evdə qalmışdır. O, həmin gün nahar vaxtı saat 13 radələrində Zaqatala şəhərindən evə qayıtmışdır. O, evə daxil olduqda arvadı Zeynəbin və qızı Damlanın evdə olmadığını görmüşdür. O, Zeynəbin və qızı Damlanın harda olduğunu maraqlandıqda onların Zaqatala rayonu Yengiyan kəndində yaşayan qayınatası Fərman Əlixanovun evində olduğu ona məlum olmuşdur. O, qeyd olunan tarixdə arvadı Zeynəblə aralarında yaranmış mübahisə zamanı əsəbiləşib Zeynəbə vurmuş, əməlini səmimi etiraf edir, etdiyi hərəkətindən peşmandır. Baş vermiş mübahisə zamanı evdə iki azyaşlı övladlarından başqa heç kim olmamışdır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona vurduğu ziyanı ödəmişdir. Odur ki, barəsində başlanmış cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs (şikayət vermiş şəxs) Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. O, 2018-ci ildə Zaqatala rayonu Üçüncü Tala kəndində yaşayan Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan onun iki azyaşlı övladları var. O, 26.04.2022-ci il tarixdə səhər saat 08 radələrində yaşadığı evdə olarkən əri Təqsirləndirilən şəxs ilə aralarında ailə-məişət münasibətləri zəminində mübahisə yaranmışdır. Mübahisə zamanı əri İntiqam onu nalayiq ifadələrlə təhqir etmişdir. O, həmin vaxt İntiqamdan onun ünvanına dediyi təhqiredici sözlərə son qoymasını və sakitləşməsini xahiş etmişdir. İntiqam buna baxmayaraq həmin vaxt daha da, əsəbiləşərək mübahisəni davam etmişdir. Mübahisə zamanı əri İntiqam qəsdən onun ağız nahiyəsinə bir dəfə sillə vurmuşdur. Bundan sonra o, öz otağına keçmiş və güzgüyə baxdıqda dodağından qan gəldiyini görmüşdür. Aralarında baş vermiş mübahisədən sonra əri İntiqam azyaşlı oğlu Orucu yaşadığı kənddə yerləşən körpələr evinə apararaq işlə bağlı Zaqatala şəhərinə getmişdir. O, həmin vaxt İntiqamın ona qarşı etdiyi hərəkətə əsəbləşmiş və uşaqlarını götürüb Yengiyan kəndində yaşayan atası Fərman Əlixanovun evinə getmişdir. Ona görə də, 26.04.2022-ci il tarixdə Zaqatala RPŞ-yə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibb Ekspertizası və X4 publik hüquqi şəxsin Zaqatala rayon şöbəsinin 29.04.2022-ci il tarixli 102 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibb müayinəsi zamanı aşkar edilən xəsarətləri: üst dodağın sol tərəfində şişkinlik, selikli qişasında əzilmiş yara - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 26.04.2022-ci il tarixdə insanın bədənin hissələrinin (əl və s.) təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 05.05.2022-ci il tarixli tələbnamədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Üçüncü X12 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 29 aprel 2022-ci il tarixdə verilmiş 375 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi özündən, atası X9, anası X6, arvadı Zərərçəkmiş şəxs, oğlu 31.03.2020-ci il tarixdə doğulmuş X5 və 08.10.2021-ci il tarixdə doğulmuş X1 ibarətdir. İş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Üçüncü X12 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 29 aprel 2022-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qızı yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsindən əlavə, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizanın rəyi, eləcə də işin digər obyektiv halları ilə tam sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, təhqiqat zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödədiyini, onunla barışdığını ondan heç bir şikayəti və tələbinin olmadığını bildirməklə, bunların nəzərə alınmasını xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs da məhkəməyə ərizə təqdim edərək, zərərçəkmiş şəxslə barışdığını, ona vurduğu ziyanı tamamilə ödədiyini bildirmiş və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Republikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1-ci və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs - Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə aradan qaldırmışdır. Belə olan halda Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını məhkəmə qanuni, ədalətli və əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 344-347, 356, 358, 384 və 385-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA A L D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə əsasən, onun barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar