Məhkəmə qərarları › İş №1(033)-38/2023

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-38/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-38/2023 11.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu sədrlik etməklə, məhkəmə iclasının katibi X3 katibliyi, dövlət ittihamçısı - Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxx 1990-cı il tarixdə Zaqatala rayon Faldarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(033)-8/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində «8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-cı bəndi tətbiq edilərək azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, üzərindən məhkumluq götürülmüş, məhkumluğu olmayan, Zaqatala rayon Faldarlı kəndində qeydiyyatda olmaqla tutulanadək həmin kənddə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X4 həbsdə saxlanılan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci, 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Təqsirləndirilən şəxs: xx xxxxxx 1988-ci il tarixdə Zaqatala rayon Faldarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkum olunmamış, Zaqatala rayon Faldarlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında saat 10:40-da baxaraq, məhkəmə m ü ə y y ə n e t d i : Təqsirləndirilən şəxs1 özgənin əmlakını soyğunçuluq yolu ilə ələ keçirmək məqsədi ilə 22 oktyabr 2022-ci il tarixdə, saat 21:30 radələrində Zərərçəkmiş şəxs1 onu taksi kimi 20 manat müqabilində Zaqatala şəhərindən Zaqatala rayonu Qandax kəndinə aparmasını xahiş etmiş, Zərərçəkmiş şəxs1 onu özünə məxsus Vaz 2106 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala şəhərindən Zaqatala rayonu Qandax kəndində aparmış, Qandax kəndində Təqsirləndirilən şəxs1 taksi pulunu gətirməsi üçün anasına zəng etmək adı ilə Zərərçəkmiş şəxs1 məxsus 200 manat dəyərində bir ədəd Samsung-J2 markalı mobil telefonu sonuncunun razılığı ilə əlindən alıb avtomobildən düşüb qaçaraq Zərərçəkmiş şəxs1 məxsus 200 manat dəyərində bir ədəd Samsung-J2 markalı mobil telefonu qəsdən açıq talamışdır. Bundan başqa o, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən tamah niyyəti, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə 01 noyabr 2022-ci il tarixdə Qax rayon İbaxlı kənd sakini Zərərçəkmiş şəxs2 məxsus 186 kq qoz məhsulunun bir kiloqramını 3 manat 80 qəpiyə olmaqla yuvarlaq hesablayıb 700 manata, 22 kq qoz məhsulunu isə bir kiloqramını 4 manata olmaqla 88 manata, cəmi öz aralarında yuvarlaq hesablayaraq 790 manata almağa razılaşıb Zaqatala rayon Bəhmətli kəndinə gətirmiş, Bəhmətli kəndində Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 790 manat dəyərində 208 kq qoz məhsulunu ələ keçirərək sonuncuya qəsdən maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə birlikdə 01 noyabr 2022-ci il tarixdə Qax rayon İbaxlı kənd sakini Zərərçəkmiş şəxs2 məxsus 186 kq qoz məhsulunun bir kiloqramını 3 manat 80 qəpiyə olmaqla yuvarlaq hesablayıb 700 manata, 22 kq qoz məhsulunu isə bir kiloqramını 4 manata olmaqla 88 manata, cəmi öz aralarında yuvarlaq hesablayaraq 790 manata almağa razılaşıb Zaqatala rayon Bəhmətli kəndinə gətirmiş, Bəhmətli kəndində Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 790 manat dəyərində 208 kq qoz məhsulunu ələ keçirərək sonuncuya qəsdən maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zaqatala rayon Çökək kənd sakini X1, Qax rayon İbaxlı kənd sakini Zərərçəkmiş şəxs2 tanıyır, qohum deyil, ədavəti yoxdur. Dəqiq tarixi yadında olmayan vaxt təxminən 2022-ci ilin oktyabr ayının sonlarında axşam tərəfi saat təxminən 20:00 radələrində Zaqatala şəhərində Göyəm kəndinə gedən taksilərin dayandığı yerdə tanımadığı ağ rəngli Vaz 2106 markalı taksi maşınına, yəni Murtuzəlinin maşınına minib onu Qandax kəndinə aparmasını demiş, taksi sürücüsü onu Qandax kəndinə aparmasına görə 20 manat pul demiş, o da razılaşmışdır. Taksi sürücüsünü aldadıb Qandax kəndindən olduğunu demiş, onun məqsədi taksi sürücüsünü Qandax kəndinə aparıb oradan onun telefonunu bəhanə ilə əlindən alıb qaçmaq olmuşdur. Taksi sürücüsü maşını Qandax kənd icra nümayəndəliyinin arxa tərəfində saxlamış, taksi sürücüsünü aldadıb üstündə pul olmadığını bildirib, «telefonu ver evə anama zeng edim, taksi pulunu gətirsinlər» demişdir. Taski sürücüsü razılaşmış və özünə məxsus olan qara rəngli «Samsung-J2» markalı telefonu ona vermiş, o, telefonu taksi sürücüsünün əlindən alıb yalandan bir nömrə yığmış və taksidən düşüb təxminən beş metr uzaqlaşmış və telefonu götürüb qaçmışdır. Taksi sürücüsü arxasınca qaçdığını görən kimi qaçıb uzaqlaşmış, taksi sürücüsü arxasınca «dayan» deyib qışqırsa da ona çata bilməmiş, taksi sürücüsünün telefonunu götürüb aralıq küçə ilə qaçıb Kəpənəkçi kəndi istiqamətinə fındıq bağlarına gedib orada gizlənmişdir ki, taksi sürücüsü onu görməsin. Orada bir az dayanmış, gizlənib gözləmişdir ki, taksi sürücüsü çıxıb getsin, telefonu söndürmüş, təxminən bir saat gözləmiş, sonra qaranlıqda dayanıb baxmış, həmin yerə gələndə taksinin getdiyini görüb oradan piyada Faldarlı kəndinə evlərinə getmişdir. Təxminan on gündən sonra avtobusla tək Bakı şəhərinə işləməyə getmiş, Bakı şəhərinə gedəndən təxminən 3 gün sonra taksi sürücüsündən alıb ələ keçirdiyi bir ədəd «Samsung- J2» markalı telefonu 20 yanvar adlanan ərazidə tanmadığı mağazaya 50 (əlli) manata özünün şəxsiyyət vəsiqəsi ilə satmış, telefonun satışından əldə etdiyi 50 manat pulu özü üçün xərcləmişdir. Bundan başqa, 01 noyabr 2022-ci il tarixdə Zaqatala rayon Çobankol kəndində yolun kənarında dayanan qırmızı rəngli Opel markalı yaşlı kişinin idarə etdiyi taksi ilə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə Qax rayon İbaxlı kəndinə qoz almağa getmiş, Nurayla əvvəlcədən razılaşmışlar ki, kim olsa aldadıb qoz alıb gətirib satıb pulunu öz aralarında bölsünlər. İbaxlı kəndində qoz satan adam soraqlayanda orada üç nəfər tanımadığı suvaq vuran ustalardan bir nəfər onlarda satılası qoz məhsulu olduğunu demiş, atasının adının Nimət olduğunu və atası evdə olduğunu demiş, onlar da həmin ünvana getmişlər. Zərərçəkmiş şəxs2 məxsus 186 kq qoz məhsulunun bir kiloqramını 3 manat 80 qəpiyə almağa razılaşmışlar. Bundan başqa onların həyətində əlavə 22 kq qoz məhsulunun isə bir kiloqramını 4 manata olmaqla 88 manata olmaqla öz aralarında yuvarlaq hesablayaraq 208 kiloqram qoz məhsulunu 790 manata almağa razılaşmışlar. Niməti aldadıb qoz alveri etdiyini, aldıqları qoz məhsulunu Vita markalı maşınla Bakı şəhərinə yola saldığını, indi üstündə pul olmadığını, oğlunun da onlarla birlikdə getməsini, Vitadan pul götürüb qozun pulunu verəcəyini demişdir. Nimət ona inanmış, adı yadında qalmayan oğlu onlarla birlikdə getdikləri Opel markalı taksi maşınına minmiş, Nimətdən aldıqları 208 kiloqram qoz məhsulunu həmin maşına yığıb birlikdə Zaqatala rayonuna gətirmişlər. Əvvəlcədən Nurayla planlaşdırmışlar ki, Nimətin oğlu Elmir Bəhmətli kəndində Nurayla birlikdə maşından düşməli, o özü qoz məhsulunu aparıb satmalı, Nuray Elmiri aldadıb qaçıb gəlməli idi. Razılaşdıqları kimi etmiş, Nuray Bəhmətli kəndində Nimətin oğlu Elmir ilə birlikdə maşından düşmüşlər. Elmiri aldadıb malı Vitaya qoyub pul götürüb gəldiyini demiş, aldadıb ələ keçirdikləri 208 kiloqram qoz məhsulunu həmin taksi onları tanımaması üçün Əliabad qəsəbəsində bir küçədə yerə boşaltmış, taksiyə 30 manat pul vermiş, taksi isə çıxıb getmişdir. Sonra həmkəndlisi Ömərə zəng edib qoz aldığını, gəlib onu kəndə aparmasını demiş, Ömərin nömrəsini bilmədiyi ağ rəngli Vaz 2106 markalı maşını ilə aldığı qoz məhsulunu Əliabad qəsəbəsindən Faldarlı kəndinə aparmış, təxminən bir saatdan sonra Nuray başqa bir taksi ilə yanına gəlmişdir. Elmiri aldadıb Əliabadda maşın xarab olduğunu deyib qaçıb gəldiyini demiş, aldadıb ələ keçirdikləri qoz məhsulunu Qandax kənd sakini Samaya adlı qadına satmaq üçün aparmışlar. Onun Samaya adlı qadına 250 manat pul borcu olduğuna görə getməmiş, Nuray aparıb Samaya adlı qoz alveri edən qadına bir kiloqramını 3 manat 40 qəpiyə olmaqla yuvarlaq hesablayıb cəmi 700 (yeddi yüz) manata satmışdır. Nuray qozu satıb gələndən sonra 20 manat Ömərə taksi pulu vermiş, yerdə qalan 680 manat pulu yarı bölmüş, hərəsinə 340 manat pul düşmüş, həmin pulu özü üçün xərcləmişdir. O, hazırda zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam ödəməklə onlarla barışıq əldə etmiş, eyni zamanda cinayət nətcəsində vurulmuş ziyanın 25 faizi miqdarında, yəni 100 manat məbləğində pul vəsaitini dövlət büdcəsinə ödəmişdir. Zərərçəkmiş şəxslərlə barışdığını, dəymiş ziyanı tam olaraq ödədiyini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini bildirib, barəsindəki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Eyni zamanda, dəymiş zərəri ödədiyini və əməlindən peşman olmasını nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs1 tanıyır, həmkəndlisidir, qohum deyil, ədavəti yoxdur. Qax rayon İbaxlı kənd sakini Zərərçəkmiş şəxs2 tanıyır, qohum deyil, ədavəti yoxdur. 01 noyabr 2022-ci il tarixdə İsrail ilə birlikdə Çobankol kəndində yol kənarında dayanan Opel markalı tanımadığı yaşlı kişinin idarə etdiyi taksi ilə Qax rayonunun İbaxlı kəndinə getmişlər. İbaxlı kəndində olarkən kənddə qoz satan barədə soraqlayanda orada üç nəfər tanımadığı suvaq vuran ustalardan biri onlarda satılası qoz olduğunu, atasının adının Nimət olduğunu, atasının 1-2 saatdan sonra evə gələcəyini bildirib atasının nömrəsini onlara vermişdir. Saat təxminən 18:00 radələrində həmin evə gedib Zərərçəkmiş şəxs2 məxsus 186 kq qoz məhsulunun bir kiloqramını 3 manat 80 qəpiyə, bundan başqa onların həyətində əlavə 22 kq qoz məhsulunun isə bir kiloqramını 4 manata olmaqla 88 manata almağa razılaşmışlar. Öz aralarında yuvarlaq hesablayaraq 208 kiloqram qoz məhsulunu 790 manata almağa razılaşmışlar. İsrail Niməti aldadıb qoz alveri etdiyini, aldıqları qoz məhsulunu Vita markalı maşınla Bakı şəhərinə yola saldığını, indi üstündə pul olmadığını bildirmiş, «oğlun da bizimlə birlikdə getsin, Vitadan pul götürüb qozun pulunu verəcəm» demişdir. Nimət İsrailə inanmış, adı yadında qalmayan oğlu onlarla birlikdə getdikləri Opel markalı taksi maşınına minmiş, Nimətdən aldıqları 208 kiloqram qoz məhsulunu həmin maşına yığıb birlikdə Zaqatala rayonuna gətirmişlər. Əvvəlcədən İsraillə planlaşdırmışlar ki, Nimətin oğlu Elmir Bəhmətli kəndində onunla birlikdə maşından düşməli, İsrail qoz məhsulunu aparıb satmalı, o, Elmiri aldadıb qaçıb gəlməli idi. Razılaşdıqları kimi etmiş, saat təxminən 22:00 radələrində Zaqatala rayonu Bəhmətli kəndinə çatmışlar. İsrail Elmiri aldadıb demişdir ki, «siz maşından düşüb burada gözləyin mən Əliabad qəsəbəsində malı Vitaya qoyub pul götürüb gəlirəm». O, Bəhmətli kəndində Nimətin oğlu Elmir ilə birlikdə maşından düşmüş, İsrail taksi ilə qoz məhsulunu aparıb getmiş, İsrail getdikdən sonra Nimətin oğlu ilə çayxanada çay içmiş, təxminən 10 dəqiqə sonra İsrail ona zəng edərək taksinin Əliabad qəsəbəsində xarab olduğunu bildirərək, onu yanına çağırmış, o, telefonla danışa-danışa çayxanadan çölə çıxmış və Elmiri aldadıb tualetə gedib 5 dəqiqəyə gəldiyini bildirmiş, çayxanadan çölə çıxdıqdan sonra Elmiri orada qoyub tanımadığı taksi ilə saat təxminən 23:00 radələrində Faldarlı kəndinə evə çatmışdır. Evə çatandan təxminən 5-10 dəqiqə sonra İsrail ona zəng edib yola çağırmış, İsrail həmkəndlsi Ömərin maşını ilə birlikdə qoz məhsulunu gətirib gəlmiş, həmin qoz məhsulunu satmaq üçün Qandax kəndinə getmişlər. İsrail Qandax kəndində qozu satmaq istədiyi Samaya adlı qadına borcu olduğu üçün taksidən düşmüş, o, Qandax kəndində Samaya adlı qoz alveri edən qadına 208 kiloqram qoz məhsulunun bir kiloqramını 3 manat 40 qəpiyə cəmi 700 (yeddi yüz) manata satmış, sonra İsrailin yanına qayıtmış, Ömərə 20 manat taksi pulu vermiş, yerdə qalan 680 manat pulu İsraillə yarı bölmüş, hər birinə 340 manat pul düşmüş, həmin pulu özü üçün xərcləmişdir. O, hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəməklə onunla barışıq əldə etmiş, eyni zamanda cinayət nətcəsində vurulmuş ziyanın 25 faizi miqdarında, yəni 100 manat məbləğində pul vəsaitini dövlət büdcəsinə ödəmişdir. Zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini bildirib, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, özünə məxsus olan vaz 2106 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala şəhərində «Göyəm abidəsi» deyilən yerdə dayanıb Göyəm kəndindən Zaqatala şəhərinə taksi kimi sərnişin daşıyıb ailəsini dolandırır. Dəqiq tarixi yadında olmayan vaxtı təxminən 22 oktyabr 2022-ci il tarixdə axşam saat təxminən 21:30 radələrində Zaqatala şəhərində Göyəm kəndinə gedən taksilərin dayandığı yerdə dayanmış, həmin vaxt tanımadığı bir nəfər şəxs ona yaxınlaşıb onu Qandax kəndinə aparmasını bildirmiş, həmin şəxsi Qandax kəndinə aparmağa görə 20 manata razılaşmış, sonra Qandax kəndində getmişlər. Həmin şəxs maşını Qandax kəndində vışka olan yerdə saxlamağını demiş, onun dediyi yerdə maşını saxlamış, həmin şəxs ona «telefonu mənə ver anama zəng edim taksi pulunu gətirsin» demiş, o, razılaşmış və özünə məxsus olan «Samsung-J2» markalı telefonu həmin şəxsə vermişdir. Həmin şəxs telefonu alıb kiməsə zəng etmiş kimi özünü göstərərək maşından yerə düşmüş və maşından düşən kimi telefonu götürüb döngədən Kəpənəkçi yolu deyilən aralıq yol ilə qaçmışdır. Maşından düşüb onun arxasınca qaçmış, «dayan telefonu ver» demiş, lakin dayanmamış və qaçıb uzaqlaşmış, onun arxasınca qaçsa da qaranlıq olduğuna görə ona çata bilməmiş, onu tapa bilməmiş, bir az gözləmiş və ətrafı axtarmış, lakin həmin şəxsi tapa bilməmiş, həmin şəxs telefonunu əlindən alıb qaçıb getmişdir. Səhərisi günü yenə gedib həmin yeri axtarmışdır ki, bəlkə telefonu atıb qaçar, lakin telefonu tapa bilməmişdir. Həmin vaxt şikayət etməmişdir ki, taksilik edir, həmin şəxslə nə vaxtsa rastlaşar. Lakin həmin şəxsi tapa bilməmiş, onunla rastlaşmamış, ona görə sonradan polis şöbəsinə gedib ərizə ilə müraciət etmişdir. Ona məxsus «Samsung-J2» markalı mobil telefonu təxminən iki il əvvəl 200 (iki yüz) manata almış, heç bir cızığı, zədəsi olmamış, bütün funksiyaları işlək vəziyyətdə olmuşdur. Qaranlıq olmuş, ətrafda heç olmamışdır. Hazırda Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənilmiş, İsraillə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışı iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, qohum deyil, ədavəti yoxdur. İsraili ondan qoz məhsulunu alanda tanımışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 14 radələrində İbaxlı kəndində yaşadığı evdə olarkən tanımadığı iki nəfər şaxs yaşadığı evin qapısını döyərək həyətə daxil olmuş, qoz məhsulu almaq üçün gəldiklərini demişlər. Həmin şəxslər ona oğlu Elmirin göndərdiyini dedikdə onları həyətdəkı altıaçıqda ağ rəngli sintetik kisələrdə yığılmış qoz məhsulunun yanına aparmış, onlar qoza baxmış ona qozun bir kilosunu üç manat iyirmi qəpikdən alacaqlarını demişlər. O, razılaşmamış, qoz məhsulunun bir kilosunu üç manat səksən qəpiyə satdığını demiş, qiymətdə razılaşmadıqları üçün həmin şəxslər həyətdən çıxıb getmişlər. Lakin buna baxmayaraq həmin gün saat təxminən 16:00 radələrində həmin səxslər təkrarən onun yaşadığı ünvana gələrək həyətdəkı altıaçıqda kisələrə yığılmış 186 kq qozu üç manat səksən qəpiyə almaq istədiklərini demişlər. Həmin vaxt oğlu Elmir evdə olmuş, 186 kq qoz məhsulunun bir kilosunu 3 manat 80 qəpiyə hesablamışlar, 706 manat 80 qəpik etmiş, 186 kq qozu yuvarlaq hesablayaraq 700 manata, bundan əlavə kənarda 22 kq qoz məhsulunun bir kiloqramını 4 (dord) manatdan 88 manat pul etmiş, ümumilikdə 208 kq qoz məhsulunu yuvarlaq hesablayaraq 790 (yeddi yüz doxsan) manata satmışdır. Onlar qoz məhsulunu avtomaşının yük yerinə yüklədikdən sonra həmin şəxslər 790 manat pulun hazırda üstündə olmadığını və pulu Qax rayonu Qıpçaq kəndində yolun kənarında gözləyən yük maşınına yükləyib yola saldıqdan sonra verəcəklərini bildirmişlər. Həmin şəxslərin gəldiyi "Opel" markalı avtomaşının sürücüsünü tanıdığı üçün inanmış və oğlu Elmiri onlarla birlikdə Qıpçaq kəndinə göndərmişdir. Onlar Qıpcaq kəndinə çatdıqda oğlu Elmirə muxtəlif bəhanələr gətirirək yük maşınının hələ gəlmədiyini və hazırda Zaqatala rayonu Əliabad qəsəbəsində olduğunu deyərək Əliabad qəsəbəsinə getmişlər. Onlar Zaqatala rayonu Bəhmətli kəndinə çatdıqda onlardan biri özünü Eşqin kimi təqdim edərək oğlu Elmirlə yanındakı yoldaşını orada yolun kənarında olan çayxanaya düşürüb özü isə həmin “Opel” markalı avtomaşınla Əliabad qəsəbəsinə qoz məhsulunu yük maşınına boşaltmaq üçün getmişdir. Həmin vaxtdan təxminən 15 dəqiqə keçdikdən sonra oğlu Elmir onunla telefon əlaqəsi saxlayaraq həmin iki nəfər şəxs pulu verməyərək onu aldadıb qaçdıqlarını demiş, ona görə "102" xidmətinə zəng vurub məlumat vermiş, həmin tarixdə Zaqatala RPŞ-yə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənilmiş, İsrail və Nurayla barışmış, onlardan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımır, qohum deyil, ədavəti yoxdur. Qax rayon İbaxlı kənd sakini Zərərçəkmiş şəxs2 tanıyır, qohum deyil, ədavəti yoxdur. Nimətlə əvvəllər sovetlər birliyi zamanında bir idarədə PMK-10-da işləmişlər. Hazırda heç bir yerdə işləmir, təqaüdçüdür. Özünə məxsus Opel- Astra minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Çobankol kəndinin girişində dayanıb sərnişin daşıyıb ailəsini dolandırır. xx.xx.2022-ci il tarixdə saat təxminən 19:00 radələrində tanımadığı iki nəfər şəxs ona yaxınlaşıb Qax rayonu İbaxlı kəndində aldıqları qoz məhsulunu Zaqatala rayonu Əliabad qəsəbəsinə aparacaqlarını bildirmişlər. Həmin şəxslərə onları Qax rayonu İbaxlı kəndinə aparıb oradan aldıqları qoz məhsulunu Əliabad qəsəbəsinə gətirməyə görə 30 manat pul demiş, razılaşmışlar. Həmin şəxslərlə birlikdə Qax rayon İbaxlı kəndinə getmiş, həmin şəxslərin getdiyi ünvan tanışı çıxmış, Nimət olmuşdur. Həmin şəxslər Nimətlə danışmışlar, lakin onların qoz alverində iştirak etməmiş və neçə kiloqram qoz aldıqlarını, neçə manata aldıqlarını bilməmiş, onların söhbətinə qarışmamışdır. Həmin şəxslər Nimətdən aldıqları 8 (səkkiz) ədəd kisələrdə olan qoz məhsulunu idarə etdiyi Opel-astra markalı maşının yük yerinə yığmışlar. Qoz kisələrini avtomobilin yük yerinə yığandan sonra həmin iki nəfər şəxs və Nimətin oğlu onun maşınına minmiş və birlikdə Zaqatala rayonuna gəlmiş, saat təxminən 22:00 radələrində Bəhmətli kəndinə çatmışlar. Qaranlıq olmuş, Zaqatala rayon Bəhmətli kəndinə çatanda arxa oturacaqda oturan Nimətin adını bilmədiyi oğlu və həmin iki nəfər şəxsdən biri maşını saxlatmış və maşından düşüb götürəsi pul olduğunu, haradan və kimdən pul götürmələrini ona deməmişlər. Qabaq oturacaqda oturan şəxs isə maşında qalmış və ona demişdir ki, qozu Əliabad qəsəbəsinə aparsınlar, orada Vita gəlib aparacaq. Əliabad qəsəbəsində onu bir yerə aparmış, həmin yerdə 8 ədəd qoz məhsulunu boşaltmış, həmin yerdə heç kim olmamışdır. Həmin şəxs yol ilə gedərkən onun 30 manat pulunu vermiş, ona çıxıb getməsini demiş, qoz məhsulunu həmin yerdə maşından boşaldandan sonra çıxıb getmiş, evə çatanda saat təxminən 24:00 radələri olmuşdur. Evdə olarkən Nimət ona zəng edib dedi ki, oğlunun harada qaldığını, hara getdiyini demiş, Nimətə onun oğlunun və yanında oturan bir nəfər şəxsin Bəhmətlidə düşdüklərini demiş, Nimət özünün Bəhmətli kəndinə getdiyini demiş və onun da ora gəlməsini bildirmişdir, Bəhmətli kəndinə getdikdə Nimət və oğlunun orada olduğunu görmüş, həmin şəxslərin Niməti aldadıb qoz məhsulunu ələ keçirdiyini bilmiş, oradan birlikdə Zaqatala rayon polis şöbəsinə gəlmişlər. O, həmin şəxsləri tanımadığını, birinci dəfə onları gördüyünü, onların Zərərçəkmiş şəxs2 aldadıb ona məxsus 208 kiloqram qoz məhsulunu dələduzluq yolu ilə əldə etdiklərini bilməmiş, bu barədə onlarla aralarında əvvəlcədən hər-hansı bir razılıq olmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 tanıyır, qohum deyil, ədavəti yoxdur. Qax rayon İbaxlı kənd sakini Zərərçəkmiş şəxs2 tanımır, qohum deyil, ədavəti yoxdur. Heç bir yerdə işləmir, qoz alıb ləpə edib satır. Dəqiq tarixi yadında olmayan vaxtı 2022-ci ilin noyabr ayında evdə olanda havanın qaranlıq vaxtı saat vaxtı yadında olmayan vaxtı Nuray tanıdığı Ömər adlı şəxsin maşını ilə yaşadığı evə gəlmiş, Nuray ona arvadının Qaxlı olduğunu, qayınatasının qoz bağından qoz yığıb gətirdiyini, satdığını bildirmiş, o, həmin qoz məhsuluna baxmış və bəyənib bir kilosunu 3 manat 20 qəpiyə almış, dəqiq çəkisi yadında olmamış, Nuraya aldığı qoz məhsuluna görə neçə manat pul verdiyi də yadında olmamış, qoz məhsulunu aldıqdan sonra Nuray və Ömər çıxıb getmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin qoz məhsulunu dələduzluq yolu ilə əldə etdiklərini bilməmiş, bu barədə onlarla aralarında hərhansı bir razılıq olmamışdır. Əlavə olaraq bildirmişdir ki, İsrail 2022-ci ilin noyabr ayında 300 manat borc pul alıb həmin pula qoz alıb gətirəcəyini bildirmiş, lakin nə pulunu, nə də qoz məhsulunu gətirməmiş, sonradan İsrail ondan borc aldığı 300 manat pulu qaytarmış, İsraildən şikayət etməmişdir, heç bir şikayəti və tələbi yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyə teleqram göndərərək Zaqatala rayon polis şöbəsində verdiyi izahatını təsdiq etdiyini və məhkəmənin keçirilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhər 20 yanvar metrostansiyasının çıxışında «LC» Mobile telefon alqı-satqı mağazası işlədir. İkinci əl telefonların alqı satqısı ilə məşğuldur. Zaqatala rayon sakinləri Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs1 tanımır, qohum deyil, ədavəti yoxdur. İkinci əl telefonların alqı satqısını özündə ayrı-ayrı jurnallarda qeydiyyatını aparır, vətəndaşlar özlərinə aid telefonu gətirib satanda həmin vətəndaşın şəxsiyyət vəsiqəsinin kserosurətini və satdığı telefonun markasını, modelini və İmei kodunu, telefonu aldığı tarixi, aldığı qiyməti, satdığı tarixi və satdığı qiyməti yazır. Təqsirləndirilən şəxs1 xx.xx.2022-cü il tarixdə işlətdiyi telefon mağazasına gəlmiş, bir ədəd «Samsung J-2 kore» markalı mobil telefonu 40 (qırx) manata satmış, bu barədə onun şəxsiyyət vəsiqəsinin kserosurətini çıxardıb həmin tarixi və satdığı telefonun markasını və imei kodunu yazmış və bu barədə telefon aldığı jurnalda qeyd etmişdir. İsraildən aldığı həmin telefonu xx.xx.2022-ci il tarixdə 60 manata tanımadığı şəxsə satmışdır. Həmin qeydlərin surətlərini təqdim edərək ifadəsinə əlavə etmişdir. Təqsirləndirilən şəxs1 ona satdığı bir ədəd Samsung J2 kore» markalı mobil telefonun soyğunçuluq yolu ilə əldə edildiyini bilməmiş, bu barədə onunla aralarında razılıq olmamış, İsrail ona öz telefonu, olduğunu, öz adı ilə və özunun şəxsiyyət vəsiqəsi ilə satdığını bildirmişdir. Məhkəmə iclası zamanı elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminan 13:30 radələrində yaşadığı İbaxlı kəndində həmkəndlisi Nuru adlı şəxsin evinin tikintisində fəhləlik edərkən tanımadığı iki nəfər şəxs ona yaxınlaşaraq qoz almaq istədiklərini bildirmiş, həmin şəxslərə onlarda satlıq qoz olduğunu deyərək atasının adını onlara deyib yaşadığı ünvana göndərmişdir. Həmin şəxslərə özünün telefon nömrəsini vermiş, saat 18 radələrində işi yekunlaşdırıb evə getmiş, saat təxminən 19 radələrində həmin şəxslər onun telefonuna zəng edərək qozu almaq üçün gəldiklərini və qapıya çıxmağını demişdir. Həyətə çıxıb onları içəri dəvət etmiş, atası Nimət onları qarşılamış, onlarla birlikdə gələn avtomaşının sürücüsü atasının tanışı çıxmışdır. Həmin şəxslər atası ilə söhbət edərək atasının dediyi qiymətə, yəni 186 kq qozu 700 manata, kənarda olan 22 kq qozu isə bir kiloqramını 4 manatdan hesablamış, ümumilikdə 208 kq qozu yuvarlaq hesablayıb 790 (yeddi yüz doxsan) manata hesablamışlar. Həmin şəxslərlə birlikdə kisələrdə olan qoz məhsulunu həmin şəxslərin gəldiyi "Opel" markalı avtomaşının yük yerinə yüklədikdə hazırda 790 manat pulun üzərlərində olmadığını atası Nimətə deyərək pulu Qax rayonu Qıpçaq kəndində yolun kənarında gözləyən yük maşınına yükləyib yola saldıqdan sonra verəcəklərini demişlər. Atası Nimət həmin vaxt onların gəldiyi "Opel» markalı avtomaşının sürücüsünü tanıdığı üçün inanaraq onu həmin şəxslərlə birlikdə Qıpçaq kəndinə göndərmiş, onlar Qıpçaq kəndinə çatdıqda ona müxtəlif bəhanələr gətrərək yük maşının hələ gəlmədiyini və hazırda Zaqatala rayonu Əliabad qəsəbəsində olduğunu deyərək Əliabad qəsəbəsinə birlikdə getmişlər. Yol ilə gedərkən Zaqatala rayonu Bəhmətli kəndinə çatdıqda həmin şəxslərdən biri özünü Eşqin kimi təqdim edərək yanındakı yoldaşı onunla birlikdə orada yolun kənarında olan çayxanaya düşürüb özü isə həmin Opel markalı avtomaşınla Əliabad qəsəbəsinə qozu yük maşınına boşaltmaq üçün getmişdir. Həmin vaxtdan təxminən 15 dəqiqə keçdikdən sonra yanındakı tanımadığı şaxs onunla söhbət etmiş, sonra ayaqyoluna çıxıb gəldiyini bildirirərək getmiş, təxminən yarım saatdan çox gözləmiş, onun gəlmədiyini gördükdə Eşqin adlı şəxsin istifadəsində olan yadında qalmayan nömrəsinə zəng vurub yanındakı yoldaşın onu qoyub qaçıb getdiyini ona demişdir. Həmin şəxsin onun yanında olduğunu və birlikdə kisələri yüklədiklərini bildirmiş, daha sonra telefonu söndürmüş, zəng çatmamışdır. Həmin şəxslərin onu aldadaraq qoz məhsulunu ələ keçirib qaçdıqlarını bilmiş və dərhal atası Nimətlə telefon əlaqəsi saxlayaraq bu barədə ona demiş, təxminən 30 dəqiqə keçməmiş, atası yanına Bəhmətli kəndinə gəlmiş, atası tanıdığı sürücü ilə telefon əlaqəsi saxlayaraq onu yanına çağırmış, birlikdə Zaqatala RPŞ-nə gəlmişlər. Zaqatala RPŞ-də "Opel" markalı avtomaşının sürücüsü Valeh həmin şəxslərin Əliabad qəsəbəsində səkkiz ədəd qoz dolu kisəni onun avtomaşınının yük yerindən yol kənarına düşürüb onu yola saldıqlarını demiş, atası bu barədə DİN-in "102" xidmətinə zəng vuraraq məlumat vermiş və Zaqatala RPŞ-nə ərizə ilə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 28 fevral 2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 28 fevral saat 19:30-da Zaqatala Rayon Polis Şöbəsində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 17 nömrəli məktubundan görünür ki, 2022-ci ilin oktyabr və noyabr ayında 1 kq qabıqlı qozun orta satış qiyməti üç manat, üç manat əlli qəpik arasında olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 02 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, o, Zaqatala RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Səfərov X6 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Zaqatala rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respubublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2,5ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş və məhkumluğu üzərindən götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Zaqatala rayon X8 Hüquqi Şəxsin 10 aprel 2023-cü il tarixli, PHŞ-6-78/2-395/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Əliyev X9 rayon X8 X10 şöbəsinin psixatrik və narkoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 10 may 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 14:00-da tutulmuşdur. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(033)-13/2023 nömrəli qərarından görünür ki, vəsatət qismən təmin olunaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 180.1-ci maddələri ilə təqsirləndirilən şəxs - xx xxx 1990cı il tarixdə ünvan 2ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Zaqatala rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29.177.2.1 və 29.177.2.3-cü maddələri ilə 01 il 05 ay 28 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilib məhkumluğu üzərindən götürülmüş, məhkumluğu olmayan, ünvan 2ində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs1 barəsində 10 may 2023-cü il tarixdən hesablanmaqla 01 (bir) ay 12 (on iki) gün müddətinə, yəni 22 iyun 2023-cü il tarixə saat 14:00-dək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 15 may 2023-cü il tarixli baxış keçirilməsi haqında protokoldan görünür ki, Şahid1 təqdim etdiyi qeydlərdə Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsinin kserosurəti, telefonun İmei kodu və satdığı xx.xx.2022-ci il tarix, həmin qeydlər jurnalında öz əksini tapmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 25 may 2023-cü il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Zaqatala RİHB-nin Faldarlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Səfərov X2 sakinidir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Zaqatala RİHB-nin Faldarlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Zaqatala RİHB-nin Faldarlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(033)-8/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 29, 177.2.1 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkəmə baxışınadək, yəni 2020-ci il sentyabrın 16-dən 17-dək tutulub saxlanıldığı 1 (bir) gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla, 02 (iki) gün həmin cəzadan çıxılmış və onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 26 sentyabr 2023-cü il tarixli 230 nömrəli arayışından görünür ki, ünvan 2ində xx.xx.1990-cı il tarixdə anadan olmuş və ünvan 2ində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1, Zaqatala rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(033)-8/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29. 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkum xx.xx.2021-ci il tarixdə Zaqatala rayon İcra və Probasiya şöbəsində qeydiyyata alınmış və cəza müddətinin axımına başlanılmışdır. Təqsirləndirilən şəxs1 barəsində «8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli- Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-cı bəndi tətbiq edilmiş və Zaqatala rayon Məhkəməsinin 7(033)-20/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmiş və üzərindən məhkumluq götürümüşdür. Şəxs xx.xx.2021-ci il tarixdə Zaqatala rayon İcra və Probasiya şöbəsinin probasiya qeydiyyatından çıxarılmışdır və hal-hazırda şöbədə şəxsi işi yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Zaqatala Rayon Məhkəməsinin 7(033)-20/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, təqdimat təmin edilərək Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(033)-8/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 barəsində «8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-cı bəndi tətbiq edilərək azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, üzərindən məhkumluq götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 26 sentyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, X11 tərəfindən dövlət büdcəsinə 101 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 27 sentyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən dövlət büdcəsinə 101 manat ödəniş edilmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə baxış iclasında təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 ilə barışmışdır və ona dəymiş zərər tamamilə ödənmişdir. Onun barəsində heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəmə baxış iclasında təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, onlar tərəfindən ona dəymiş zərər tamamilə ödənmişdir. Onlardan heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 1(033)-38/2023 nömrəli 11 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə onun barəsində olan cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsinin tələbinə əsasən, onun barəsində olan cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri özlərinin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını soyğunçuluq yolu ilə ələ keçirmək məqsədi ilə 22 oktyabr 2022-ci il tarixdə, saat 21:30 radələrində Zərərçəkmiş şəxs1 onu taksi kimi 20 manat müqabilində Zaqatala şəhərindən Zaqatala rayonu Qandax kəndinə aparmasını xahiş etmiş, Zərərçəkmiş şəxs1 onu özünə məxsus Vaz 2106 markalı **-BG- *** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala şəhərindən Zaqatala rayonu Qandax kəndində aparmış, Qandax kəndində Təqsirləndirilən şəxs1 taksi pulunu gətirməsi üçün anasına zəng etmək adı ilə Zərərçəkmiş şəxs1 məxsus 200 manat dəyərində bir ədəd Samsung-J2 markalı mobil telefonu sonuncunun razılığı ilə əlindən alıb avtomobildən düşüb qaçaraq Zərərçəkmiş şəxs1 məxsus 200 manat dəyərində bir ədəd Samsung-J2 markalı mobil telefonu qəsdən açıq talamışdır. Bundan başqa o, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən tamah niyyəti, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə 01 noyabr 2022-ci il tarixdə Qax rayon İbaxlı kənd sakini Zərərçəkmiş şəxs2 məxsus 186 kq qoz məhsulunun bir kiloqramını 3 manat 80 qəpiyə olmaqla yuvarlaq hesablayıb 700 manata, 22 kq qoz məhsulunu isə bir kiloqramını 4 manata olmaqla 88 manata, cəmi öz aralarında yuvarlaq hesablayaraq 790 manata almağa razılaşıb Zaqatala rayon Bəhmətli kəndinə gətirmiş, Bəhmətli kəndində Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 790 manat dəyərində 208 kq qoz məhsulunu ələ keçirərək sonuncuya qəsdən maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə birlikdə 01 noyabr 2022-ci il tarixdə Qax rayon İbaxlı kənd sakini Zərərçəkmiş şəxs2 məxsus 186 kq qoz məhsulunun bir kiloqramını 3 manat 80 qəpiyə olmaqla yuvarlaq hesablayıb 700 manata, 22 kq qoz məhsulunu isə bir kiloqramını 4 manata olmaqla 88 manata, cəmi öz aralarında yuvarlaq hesablayaraq 790 manata almağa razılaşıb Zaqatala rayon Bəhmətli kəndinə gətirmiş, Bəhmətli kəndində Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 790 manat dəyərində 208 kq qoz məhsulunu ələ keçirərək sonuncuya qəsdən maddi ziyan vurmaqla dələduzluq etmişdir. Soyğunçuluq, yəni özgənin əmlakını açıq talamaya görə Cinayət Məcəlləsinin 180.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2-ci və 180.1-ci maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onların əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2-ci ,180.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 1(033)-38/2023 nömrəli 11 oktyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə onun barəsində olan cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Həmin qərarla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələbinə əsasən, onun barəsində olan cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs1 cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarında (50-ci bənd) qeyd edilmişdir ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməsi tövsiyə olunmuşdur. Bu baxımdan Təqsirləndirilən şəxs1 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin barəsində CM-nin 70 və 62-ci maddəsinin tətbiq edilməklə onun daha yüngül cəzaya məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alır və ona Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs1 28 fevral 2023-cü il tarixdən 02 mart 2023-cü il tarixədək tutularaq saxlanıldığı 2 (iki) gün, Zaqatala Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli qərarı ilə seçilmiş 10 may 2023-cü il tarixdən başlayaraq hesablanan və hökm elan edilən 11 oktyabr 2023-cü il tarixədək həbsdə saxlandığı 5 ay 1 gün, yəni ümumilikdə 5 ay 3 gün nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə Zaqatala rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan ünvan 2i ünvanında yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə məhkəmə xərcinin, maddi sübutun, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasınа məhkum edilsin. Təqsirləndirilən şəxs1 28 fevral 2023-cü il tarixdən 02 mart 2023-cü il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün, Zaqatala Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli qərarı ilə seçilmiş 10 may 2023-cü il tarixdən başlayaraq hesablanan və hökm elan edilən 11 oktyabr 2023-cü il tarixədək həbsdə saxlandığı 5 (beş) ay 1 (bir) gün, yəni ümumilikdə 5 (beş) ay 3 (üç) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 10 (on) ay 6 (altı) gün həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 01 (bir) il 7 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş 01 (bir) il 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Zaqatala rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan ünvan 2i ünvanında yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Zaqatala Rayon Məhkəməsinin 1(033)-38/2023 nömrəli 11 oktyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə onun barəsində olan cinayət təqibinə xitam verilməsi və onun, cinayət məsuliyyətindən azad edilməsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələbinə əsasən, onun barəsində olan cinayət təqibinə xitam verilməsi və onun, cinayət məsuliyyətindən azad edilməsi, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Zaqatala Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə məhkəmə xərcinin, maddi sübutun, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar