Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-39/2020 06.08.2020 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X4 katibliyi, dövlət ittihаmçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Zaqatala rayon Vəkil Bürosunun vəkili X7 iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxxxxxx 1988-ci ildə Zaqatala rayonunun Faldarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Zaqatala rayonunun Faldarlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində Zaqatala şəhəri Vasif İsmayılov küçəsində yerləşən Zərərçəkmiş şəxs istifadə etdiyi çərəz mağazasının pəncərəsinin yapışqan lentlə bərkidilmiş şüşəsini əli ilə itələyib yerə saldıqdan sonra həmin mağazaya girmədən əli ilə mağazada saxlanılan bir kiloqramı 12 (on iki) manat olmaqla cəmi 15 (on beş) kiloqram çəkidə və 180 manat dəyərində fındıq ləpəsini və bir kiloqramı 11 (on bir) manat olmaqla cəmi 8 (səkkiz) kiloqram çəkidə və 88 manat dəyərində qoz ləpəsini götürüb gizli olaraq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 268 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, anası X5, iki azyaşlı uşaqları Aşırqulu Hacıyev və Ağa Hacıyevlə birlikdə yaşayır, uşaqlarının anası Süzana Əhmədova bir ildən artıq olar ki, evdən çıxıb getmişdir.Ona görə də azyaşlı uşaqlarına özü baxır, uzun müddət işsiz olduğu üçün kənddə olan mağazalara borcları yaranmış, lakin borclarını ödəmək üçün pul tapa bilməmiş, xx.xx.2020-ci il tarixdə saat 13 radələrində yaşadığı kənddən marşurut avtobusu ilə Zaqatala şəhər mərkəzi bazarına gələrək bazar ərazisində gəzməyə başlamış, saat 19 radələrində bazarda olan çərəz mağazasını görərək həmin mağazadan oğurluq etmək qərarına gəlmiş, mağazaya yan tərəfindən yaxınlaşaraq pəncərənin yapışqanlı lent yapışdırılan şüşəsini əli ilə itələyib içəri salmış, şüşə yerə düşərək sınmış, bundan sonra başını həmin pəncərədən içəri salaraq alışqanın işığında şüşəsini qırdığı pəncərənin altında sellofan torbalarda fındıq və qoz ləpəsi olduğunu görmüş, mağazaya keçmədən 1 ədəd sellofan torbada fındıq və 1 ədəd sellofan torbada qoz ləpəsini götürərək V.İsmayılov küçəsi ilə “Tala dayanacağı” adlanan yerə getmişdir. Dayanacaqdan tanımadığı taksi ilə qoz və fındıq ləpələrini yaşadığı Faldarlı kəndinə aparmış, həmin qoz və fındıq ləpələrini yaşadığı evdə həyət darvazasının yanına qoymuş, həmin vaxt evdə olan anası və azyaşlı uşaqları həyətə düşmədikləri üçün həmin kisələri görməmiş, xx xxxx 2020-ci il tarixdə səhər saat 07 radələrində həmin içərisində qoz və fındıq ləpələri olan kisələri yaşadığı kənddən Zaqatala şəhərinə gələn avtobusla Zaqatala rayon mərkəzi bazarına gətirmiş, Novruz bayramı ərəfəsi olduğu üçün bazara gedən yolda yerə qoyaraq tanımadığı şəxslərə bir kiloqramını 8 manatdan satmış, ümumilikdə qoz və fındıq ləpəsi bir yerdə 23 kiloqram olmuş, o ləpələri satıb 180 manat pul əldə etmiş, həmin pulla bazardan evə ərzaq məhsulları almışdır. Sonradan polis əməkdaşları həmin oğurluq hadisəsini onun törətdiyini bilərək polis şöbəsinə dəvət etmiş, polis şöbəsində izahatı alınan vaxt həmin hadisəni törətdiyini etiraf etmişdir. Qoz-fındıq mövsümündə həmin mağazaya bir neçə dəfə məhsul satmış, Xədiceyi qiyabi olaraq tanımış, heç bir münasibəti, ədavət və ya düşmənçiliyi olmamış, sadəcə olaraq pula ehtiyacı olduğu üçün oğurluq etmiş, oğurluq edən vaxt o tək olmuş, yanında heç kim olmamış, oğurluğu tək etmişdir. Etdiyi hərəkətlərdən peşmandır. İbtidai istintaq dövründə vurduğu ziyanı zərərçəkmiş şəxsə tam ödəyərək onunla barışıq əldə etmişdir. Göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Bu halda məhkəmə istintaqında Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsinin elan edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə iclası zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, həyat yoldaşı X3 ilə birlikdə yaşayır, 10 ildən artıqdır ki, Zaqatala şəhər mərkəzi bazarında özünə məxsus çərəz mağazasında qoz, fındıq, həmçinin onların ləpələrini alıb satmaqla məşğul olmuşdur. Hər gün səhər saat 9 radələrində mağazanı açmış, günorta saat 13-14 radələrində isə bağlamış, xx xxxx 2020-ci il tarixdə mağazanı saat 16 radələrində bağlayaraq evə getmiş, xx xxxx 2020-ci il tarixdə saat 08 radələrində bazara getdikdə çərəz mağazasının sağ yan pəncərəsinin şüşəsinin sındırılmış vəziyyətdə olduğunu görmüş, mağazasından oğurluq olduğunu bilərək DİN-in 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Bir qədər sonra Zaqatala rayon polis şöbəsinin əməkdaşları gələrək mağazaya baxış keçirmiş, həmin vaxt hadisənin həyacanında olduğu üçün mağazaya dəqiq baxmadan mağazadan bir kiloqramı 8 manat dəyərində 5 kiloqram qoz və 5 kiloqram fındıq ləpəsinin oğurlandığını, ümumilikdə 80 manat dəyərində maddi ziyan dəyməsi barədə ərizəsində göstərmiş, lakin sonradan mağazasında hesablama aparan vaxt mağazasından sintetik kisədə təxminən 15 kiloqram fındıq və selofan kisədə isə 8 kiloqram qoz ləpəsi oğurlanmasını görmüş, buna görə də Zaqatala RPŞ-də təkrar ərizə yazaraq hadisə zamanı 15 kiloqram fındıq, 8 kiloqram qoz ləpəsi oğurlandığını və ona 268 manat məbləğində maddi ziyan dəydiyini bildirmiş, həmin oğurlanmış fındıq ləpəsinin bir kiloqramını 12 manata, qoz ləpəsinin bir kiloqramını isə 11 manata almışdır. İlkin ərizə yazan vaxt isə bir kiloqramını 8 manata almış olduğu qoz və fındıq ləpələrinin oğurlanmasını bildiyi üçün ərizəsində həmin qiyməti göstərmişdir. İlkin ərizə yazan vaxt hadisədən həyəcanlandığı üçün mağazadan dəqiq nə qədər və hansı maldan oğurluq olmasına baxmamış, lakin sonradan mağazada ümümi yoxlama aparan vaxt bir kiloqramını 12 manata aldığı 15 kiloqram fındıq və bir kiloqramını 11 manata aldığı 8 kiloqram qoz ləpəsinin oğurlanmasını bilərək bu barədə əlavə ərizə yazmış, həmin hadisə nəticəsində ona 268 manat maddi ziyan dəymişdir. İşdə olan baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Xədicey Məhəmmədovnaya məxsus çərəz mağazası Zaqatala rayon bazarı tərəfdə fındıq bazarı adlanan ərazidə F.Əmirov küçəsi ilə paralel Tala çayına yaxın ərazıdə yerləşir. Həmin mağazanın sağ tərəfindən paltar bazarı adlanan bazarın geyim əşyaları satılan ərazisinə keçid yolu yerləşir. Çərəz mağazası yerdən 1 mərtəbəli, 6 metrlə 3,5 metr ölçüdədir. Ön tərəfdən həmin mağazanın iki giriş qapısı və ətrafı dəmir çərçivədən pəncərədir. Mağazanın sağ yan tərəfi dəmir çərçivədən pəncərədir. Mağazanın sağ yan tərəfindəki pəncərənin alt şüşəsinin sındırılmış vəziyyətdə olması müşahidə edilir. Mağazaya qapıdan daxil olduqda içəridə üzbəüz divarda divar rəfləri və rəflərdə çərəz yumurta, boş karton qutular, şüşə bankalar, rəfin altından yerdən isə qoz ləpəsinin tökülmüş sərilmiş vəziyyətdə olması müşahidə edilir. Sındırılmış pəncərənin altında isə sellofan torbalarda qoz ləpəsi, oturacaq stul və stol müşahidə olunur. Baxış zamanı Xədicey sınmış pəncərənin altında olan sellofan kisədəki təxminən 5 kilo fındıq və 5 kiloqram qoz ləpəsinin naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Hadisə yerindən əl barmaq izi olan 07 ədəd lent kəsiyi götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2020-ci il tarixli 011-3079-1220 nömrəli məktubundan görünür ki, Zaqatala RPŞ-nin xx.xx.2020-ci il tarixli, 201-4909-1220 nömrəli məktub vasitəsi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinə keçən gecə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus xxxxxxxxxxxxxxında yerləşən çərəz mağazasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2020-ci il tarixdə KTİ-yə daxil olmuş, həmin əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (ADİS-in məlumat bankına Balakən RPŞ və Zaqatala RPŞ-dən daxil olan) xx.xx.1988-ci il tarixdə Zaqatala rayonunda anadan olmuş vət. Təqsirləndirilən şəxs sağ əlin ovucunun əksi ilə eynilik müəyyən edilmişdir. İşdə olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödəmiş və hazırda ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X6 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs keçmiş X13 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.3.3-cü maddəsi ilə təqsirli bilinərək 8 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə cəzası 5 ilə endirilmiş və xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, o, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmünə əsasən Azərbaycan Resppublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələrinə əsasən təqsirli bilinərək 2000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Aşırğulu oğlu Azərbaycan Resppublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 4000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs Aşırğulu oğlunun xx xxxxxx 2015-ci il tarixdə tutulub həbsdə və ev dustaqlığında saxlandığı müddət CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilmiş və üzərində qəti olaraq 2000 manat miqdarında cərimə cəzası saxlanılmışdlr. İşdə olan Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin xx xxx 2020-ci il tarixli 49/7 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Resppublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4 maddələri ilə təqsirli bilinərək qəti olaraq 2000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş və “28 May-Respublika günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016-cı il tarixli Qərarının 1.8-ci bəndi tətbiq edilməklə çəkilməmiş qalan cərimə cəzasından azad edilmişdir. Onun həmin məhkumluqları ödənilmişdir. İşdə olan “xxxxxxxxxxxxxx” ASC-nin xx xxxx 2020-ci il tarixli, 07 nömrəli məktubundan görünür ki, keyfiyyətindən asılı olaraq bir kiloqram fındıq ləpəsinin orta satış qiyməti 12-13 manat, bir kiloqram qoz ləpəsinin orta satış qiyməti isə 4-16 manat təşkil edir. İşdə olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Faldarlı kənd X12 üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmur. İşdə olan Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxx 2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı 138697 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə anadan olmuş Hacıyev Aşırqulu Hakim oğlunun anası X8, atası isə Təqsirləndirilən şəxsdur. İşdə olan Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxx 2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı 138679 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə anadan olmuş Hacıyev Ağa Hakim oğlunun anası X8, atası isə Təqsirləndirilən şəxsdur. Beləliklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində Zaqatala şəhəri Vasif İsmayılov küçəsində yerləşən Zərərçəkmiş şəxs istifadə etdiyi çərəz mağazasının pəncərəsinin yapışqan lentlə bərkidilmiş şüşəsini əli ilə itələyib yerə saldıqdan sonra həmin mağazaya girmədən əli ilə mağazada saxlanılan bir kiloqramı 12 (on iki) manat olmaqla cəmi 15 (on beş) kiloqram çəkidə və 180 manat dəyərində fındıq ləpəsini və bir kiloqramı 11 (on bir) manat olmaqla cəmi 8 (səkkiz) kiloqram çəkidə və 88 manat dəyərində qoz ləpəsini götürüb gizli olaraq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 268 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Oğurluq, yəni yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakının gizli talanmasına görə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və təqsirləndirilən şəxsin himayəsində iki nəfər azyaşlı uşağının olmasını CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, taladığı əmlakın məbləğinin çox olmamasını, törətdiyi əməli etiraf etməklə peşmançılıq çəkməsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə Zaqatala rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə 268 manat maddi ziyanın Zərərçəkmiş şəxs ödənilməsi, həmçinin iş üzrə məhkəmə xərcinin, maddi sübutun, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. X1rşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş 1 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, Zaqatala rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Zaqatala Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. İş üzrə 268 manat maddi ziyanın Zərərçəkmiş şəxs ödənilməsi, həmçinin məhkəmə xərcinin, maddi sübutun, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №1(033)-39/2020
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-39/2020
06.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver