Məhkəmə qərarları › İş №1(033)-39/2021

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-39/2021

21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-39/2021 21.09.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, dövlət ittihаmçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: xx xxxx 1980-ci ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, 2 övlad atası, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilməmiş, Zaqatala rayonu Qazangül qəsəbəsində pasport qeydiyyatında olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : 11 iyun 2021-ci il tarixdə saat 19 radələrində orta dərəcəli sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs Zaqatala rayonu Qazangül qəsəbəsində yerləşən, Şahid3 məxsus «Görüş» kafesinin arxa həyətində yerləşən ayaq yoluna getdiyi zaman tanışları Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1 yeyib-içmələrini görüb onlara söz ataraq getmişdir. Bir qədər sonra Zərərçəkmiş şəxs təkrar olaraq ayaq yoluna getdiyi zaman onlara yenə söz atmış və bu səbəbdən yüngül dərəcəli sərxoş vəziyyətdə olan Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yaranmışdır. Bu zaman Təqsirləndirilən şəxs onun sifətindən sillə ilə vurub fiziki ağrılar yetirərək çıxıb getməsini tələb etmiş, həmin vaxt yanlarında olan Şahid2 və Şahid1 onları ayıraraq Zərərçəkmiş şəxs yola salmışlar. Təqsirləndirilən şəxs onu sillə ilə vurmasından əsəbləşən Zərərçəkmiş şəxs Şahid4 icarəyə işlətdiyi kafeyə keçmiş və orada yerləşən ayaq yolundan Təqsirləndirilən şəxs ünvanına söyüşlər söyməyə başlamışdır. Onlar arasında yaranmış mübahisə Zərərçəkmiş şəxs təşəbbüsü ilə yaransa da Təqsirləndirilən şəxs insanların çoxluq təşkil etdiyi, ictimai yer sayılan, Zaqatala rayonu Qazangül qəsəbəsində yerləşən, Şahid4 icarəyə işlətdiyi kafedə cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş ümümi davranış qaydalarına etinasızlıq göstərməklə, əxlaq normalarından kənara çıxaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək Zərərçəkmiş şəxs sifət nahiyəsindən qəsdən yumruqla vurub sol gözətrafında qançır və bel nahiyəsində sıyrıqla müşayiət edilən, sağlamlığına zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək fiziki zor tətbiq etmişdir. Məhkəmə iclası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, onun barəsində şikayət etmiş Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşayır, onun Zərərçəkmiş şəxsla qonşu kimi münasibəti vardır, heç bir düşmənçilik ədavəti yoxdur. 11 iyun 2021-ci il tarixdə saat 19 radələrində yaşadığı Qazangül qəsəbəsi ərazisində yerləşən «Görüş» kafesində olan masada əyləşib tanışları İslam və Şüküranla yemək yeyib araq içdikləri zaman qonşuluqda yaşayan Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə onların masasının yanından keçdikdə ona söyüşlərlə sataşmışdır. Bu zaman o, Həsilin sərxoş vəziyyətdə olmasını nəzərə alaraq baş qoşmamış və Həsili yola salmışdır. Həsil qonşuluqda yerləşən kafeyə keçsə də sonradan yenədə onların masasının yanına gəlmiş və yenə də ona söyüşlər söymüşdür. Bu zaman o, yerindən duraraq Həsilin sifətindən iki dəfə sillə vurduqda onunla birlikdə yeyib içən İslam, Şüküran və tanımadığı şəxslər onları sakitləşdirib Həsili «Görüş» kafesinin yanında olan Eldəniz adlı şəxsin işlətdiyi kafeyə aparmışlar. Həsil həmin kafeyə getdikdən sonra onlar yeyib içməyə davam etmişlər, lakin həmin kafelər yanaşı olduğundan Həsil həmin kafenin ayaq yoluna keçərək oradan uca səslərlə onun ünvanına nalayıq var-yox söyüşləri söyməsini eşitmişdir. Həmin vaxt o, ətrafda olan şəxsləri və Həsilin uca səslərlə ona var-yox söyüşləri söyməsinə dözə bilməmiş və masadan duraraq həmin kafenin ayaq yoluna getmişdir. O, Həsilin ayaq yolunda olmasına baxmayaraq Həsilin yaxasından tutaraq ayaq yolundan çıxarmış və sifətindən bir dəfə yumruqla vurmuşdur. Bu zaman Həsil yerə yıxılmış və ora gələn şəxslər onu yenidən kafeyə aparmışlar, o, kafedə yeyib içməyə davam etmişdir. Daha sonra Həsil yenə də söyüşlər işlətdiyi üçün digər kafedə olan şəxslər Həsili evinə aparmışlar, bir qədər sonra isə onu Zaqatala RPŞ-nə dəvət etdikdə Həsilin şikayət etməsini öyrənmişdir. İslam, Şüküran və o, yeyib içdikləri zaman Həsil onların əyləşdiyi masanın yanından keçdikdə yeyib içdiklərinin haram olmasını və burunlarından gəlməsini demiş, onlar Həsilin sərxoş vəziyyətdə olmasını nəzərə alaraq baş qoşmamışlar və o, Həsildən istirahətlərini pozmamasını və çıxıb getməsini xahiş etmişdir. Həsil digər kafeyə keçmiş, lakin bir neçə dəqiqə sonra yanında bir nəfər tanımadığı şəxslə yenə də onların əyləşdiyi masanın yanından keçdikdə eyni qayda da burunlarından gəlsin demişdir. O, bir daha Həsilə çıxıb getməsini dedikdə Həsil ona söyüşlərlə cavab vermişdir. Buna görə də o, yerindən durub Həsilin sifətindən iki dəfə sillə vurmuşdur. Bundan sonra Həsil digər kafeyə keçib oradan onun ünvanına uca səslərlə söyüşlər söydüyü üçün Həsilin ardınca gedərək onun sifətindən yumruqla vurmuşdur. Etdiyi hərəkətdən peşmandır. Himayəsində iki azyaşlı uşağı var, zərərçəkmiş şəxsdən onu bağışlamasını xahiş edir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs qonşuluqda yaşayan kimi tanıyır, onun Əyyubla düşmənçilik və ədavəti yoxdur. 11 iyun 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı Qazangül qəsəbəsində yerləşən evində yemək yeyərək bir qədər araq içmişdir. Bundan sonra saat 19 radələrində qəsəbədə yerləşən «Görüş» kafesinə getmiş və orada bir neçə bakal pivə içmişdir. O, kafenin arxa həyətində olan ayaq yoluna keçdiyi zaman qonşuları Şüküran, İslam və Əyyubun yeyib içmələrini görmüşdür. O, onların əyləşdiyi masanın yanından keçdiyi zaman hər üçü ilə münasibəti olduğu üçün zarafatla burnunuzdan gəlsin deyərək ayaq yoluna keçmiş, sonra yenidən kafeyə qayıtmışdır. Bundan bir qədər sonra yenə özünü narahat hiss etdiyi üçün yenidən ayaq yoluna keçmiş və yenə də Əyyubgilin əyləşdiyi masanın yanından keçdikdə onlara söz atmışdır. Onun zarafatından əsəbləşən Təqsirləndirilən şəxs yerindən durub onun üzərinə hücum etmiş və sifətindən sillə ilə vurmuşdur. Bu zaman orada olan Şüküran, İslam və başqa şəxslər Təqsirləndirilən şəxs ondan uzaqlaşdırmışlar və o, həmin kafedən çıxıb qonşuluqda yerləşən Eldəniz adlı şəxsin işlətdiyi kafeyə keçmişdir. O, həmin kafedə də əyləşmiş və pivə içməyə başlamış, bir qədər sonra onun yanına tanışı Natiq gəlib əyləşmiş və çay içməyə başlamışdır. Bundan sonra o, yenə də ayaq yoluna keçmiş və Əyyubun onu sillə ilə vurması yadına düşdüyü üçün, eyni zamanda həmin kafelər yanaşı olduğu üçün uca səslə danımışdır, sərxoş vəziyyətdə olduğundan nə dediyini xatırlamır. O, ayaq yolunda olduğu zaman Əyyub ora gələrək onu ayaq yolundan yarımçıq dartıb çıxararaq şalvarının qarşısını bağlamağa imkan verməmiş və sifətindən möhkəm yumruq zərbəsi vurmuşdur. Əyyubun yumruq zərbəsinin təsirindən yerə yıxılmış və demək olar ki, bir neçə saniyəlik huşunu itirmişdir. Bundan sonra ora toplaşmış şəxslər onu yerdən qaldırıb şalvarını geyinməyə köməklik etmişlər, Mobil adlı şəxs özünə məxsus taksi ilə onu yaşadığı evə aparmışdır. O, bir qədər evdə olmuş, güzgüdə sifətinə baxaraq sol göz altı nahiyəsinin partlamasını görüb daha da əsəbləşmiş və Azərbaycan Respublikası DİN-nin «102» xidmətinə zəng edərək şikayət etmişdir. Hadisə vaxtı sərxoş vəziyyətdə olduğu üçün Təqsirləndirilən şəxs onu vurduğu zaman ətrafda kimlərin olub-olmamasını xatırlamır. Əyyub Ramzanovun himayəsində iki azyaşlı uşağı var və buna görə onu bağışlayır, ondan hər hansı şikayət və tələbi yoxdur və ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, hər ikisi ilə münasibətləri yaxşıdır, heç biri ilə düşmənçiliyi və ədavəti yoxdur. 11 iyun 2021-ci il tarixdə saat 19 radələrində o, yaşadığı Qazangül qəsəbəsi ərazisində yerləşən «Görüş» kafesinin qarşısına getmişdir. Orada qonşuları Şahid2 və Təqsirləndirilən şəxsla rastlaşmışlar. Bu zaman qərara gəlmişlər ki, birləşib kafedə yemək hazırlatdırıb bir qədər araq içsinlər. Bir qədər sonra onların süfrəsi hazır olmuş və onlar kafenin həyətində olan masada əyləşib yemək yeyərək araq içməyə başlamışlar. Həmin vaxt Zərərçəkmiş şəxs onların əyləşdiyi masanın yanından keçib ayaq yoluna getdiyi zaman onlara burnunuzdan gəlsin deyib keçmişdir. Onlar Həsilin sərxoş vəziyyətdə olmasını nəzərə alaraq Həsilə məhəl qoymamışlar və yeyib içməyə davam etmişlər. Bir neçə dəqiqə sonra Həsil yanında bir nəfər tanımadığı şəxslə yenə onların masasının yanından keçdikdə yenə də onlara sataşmağa başlamışdır. Həmin vaxt Əyyub Həsilə istirahətlərini pozmamasını və çıxıb getməsini demişdir. Bunlara baxmayaraq Həsil getməmişdir. Bu zaman Əyyub masadan duraraq ona yaxınlaşmış və sifətindən sillə ilə vuraraq çıxıb getməsini demişdir. Həmin vaxt İslamla o, Əyyubu sakitləşdirib yerinə otuzdurmuşlar, Həsili isə yanında olan şəxs aparmışdır. Həsil getdikdən sonra da onlar yeyib içməyə davam etmişlər. «Görüş» kafesinin yanında yerləşən Eldəniz adlı şəxsin işlətdiyi kafedən Həsilin Əyyubun ünvanına nalayıq söyüşlər söyməsini eşitməmişlər. Yeyib içdikləri zaman Təqsirləndirilən şəxs əsəbi halda Eldənizin işlətdiyi kafeyə getdiyini görmüşdür. Onlar Təqsirləndirilən şəxs ardınca getmişlər, lakin Eldənizin kafesində yerləşən ayaq yolunun qarşısına çatdıqda artıq Əyyubun Həsili vurmasını və Həsilin yerdə olmasını görmüşlər. Həmin vaxt o, Əyyubu sakitləşdirib yenidən «Görüş» kafesinə gətirmiş, öz masalarında əyləşib yeyib içməklərini davam etdirmişlər. Onlar bir qədər yeyib içdikdən sonra çıxıb öz evlərinə getmişlər. Onlar yeyib içdikləri kafedə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu zaman Həsilin yanında onun tanımadığı şəxs var idi, digər kafedə isə bir qədər şəxslər olsada o, Əyyubu sakitləşdirdiyi üçün orada konkret olaraq kimlərin olmasına fikir verməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, onun özünə məxsus Zaqatala rayonu Qazangül qəsəbəsi ərazisində yerləşən «Görüş» kafesi vardır, həmin kafeni uzun illərdir ki, özü işlədir. Kafedə ondan başqa bir nəfər qadın işçi də vardır, lakin demək olar ki, kafeyə gələn müştərilərə onun özü qulluq edir. 11 iyun 2021-ci il tarixdə saat 19 radələrində kafeyə üç nəfər Qazangül sakinləri, İslam, Şüküran və Əyyub gəlmişlər, yemək yeyəcəklərini bildirmişlər. Bu səbəbdən o, İslam, Şüküran və Əyyub üçün kafenin arxa həyətində yerləşən çardağın altında süfrə hazırlamış və onlar orada əyləşib yemək yeyərək araq içməyə başlamışlar. Onlar arxa həyətdə oturduqları zaman kafenin zalında başqa müştərilər çay və pivə içmişlər, həmin müştərilər arasında Həsil də olmuş və Həsil də pivə içmişdir. O, mətbəxdə yemək hazırladığı zaman arxa həyətdə səs-küy eşitmiş, arxa həyətə çıxdıqda bir nəfər tanımadığı şəxsin Həsili aparmasını görmüşdür. Nə baş verməsini soruşduqda Həsilin İslamgilin masasının yanından keçdiyi zaman sataşmasını və buna görə də Əyyubla mübahisə etmələrini öyrənmişdir. Həmin vaxt Həsil sərxoş vəziyyətdə olmuş və özünü idarə edə bilməmişdir. Bu səbəbdən o, Həsili öz kafesindən çıxarmış, bir qədər söhbət edərək evə getməsini xahiş etmiş, lakin Həsil onun xahişini nəzərə almadan onun kafesinin yanında yerləşən, Eldəniz adlı şəxsin işlətdiyi kafeyə keçmişdir. Bundan bir qədər sonra o, öz kafesində müştərilərə qulluq etdiyi zaman bir qədər şəxslərin Eldənizin işlətdiyi kafeyə toplaşmasını görüb nə baş verməsini öyrəndikdə ona məlum olmuşdur ki, Əyyub həmin kafeyə gedərək Həsili vurmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, Zaqatala şəhərində yerləşən, «Azərsun» şirkətinə məxsus fındıq zavodunda fəhlə işləyir və dolanışığı çətin olduğundan əlavə olaraq icarəyə çayxana götürüb işlətməyi düşünmüşdür. Yaşadığı Qazangül qəsəbəsində yerləşən Şahid3 məxsus «Görüş» kafesinə bitişik Məmməd Şitayevə məxsus kafe vardır, lakin bir neçə müddətdir ki, həmin kafeni heç kim işlətməmişdir. O, Məmməd Şitayevlə görüşüb həmin kafeni icarəyə götürmək istədiyini bildirmiş, lakin Məmmədlə ilkin olaraq razılığa gəlmişlər ki, ona bir neçə müddət vaxt versin ki, o, kafenin normal işləyib-işləməməsini yoxlasın. Məmməd Şitayev ona bir ay müştəri yığmaq üçün sınaq vaxtı vermiş və 18 may 2021-ci il tarixdən o, həmin kafeni götürüb işlətməyə başlamışdır. 11 iyun 2021-ci il tarixdə saat 19 radələrində kafeyə tanıdığı Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə gəlmişdir. Bu zaman Həsil bir bakal pivə sifariş vermiş və o, bir bakal pivə süzüb Həsilə vermişdir. Bundan sonra o, mətbəxə keçib öz işi ilə məşğul olmuş və bir qədər sonra kafenin həyətində səs-küy eşitmişdir. O, mətbəxdən çıxdıqda Şüküran və digərlərinin ayaq yoluna tərəf qaçmalarını görmüşdür. O, da onların ardınca qaçmış və ayaq yolunun qarşısında Həsilin sifətinin zədələnmiş vəziyyətdə yerdə oturmasını görmüşdür. Eyni zamanda ora toplaşmış şəxslər Təqsirləndirilən şəxs onun işlətdiyi kafedən çıxarıb aparmışlar və o, nə baş verməsini soruşduqda Əyyubun Həsili vurduğunu demişlər. Həmin vaxt o, mətbəxə keçərək su gətirib Həsilə ilk tibbi yardım göstərməklə sifətini yumuşdur. Bundan bir qədər sonra orada olan taksi sürücüsü Mobil Həsili onun işlətdiyi kafedən götürüb evinə aparmışdır. Sonradan ona məlum olmuşdur ki, Həsil ilk öncə İbrahimin kafesində Əyyuba sataşdığı üçün aralarında mübahisə olmuş və buna görə də Əyyub onu sillə ilə vurmuş, daha sonra Həsil oradan çıxaraq onun işlətdiyi kafeyə gəlmişdir. Kafenin ayaq yolunda da Əyyub Həsili vurmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibb Ekspertizası və Patoloji-Anatomiya Birliyi” X6 Zaqatala şöbəsinin 18 iyun 2021-ci il tarixli 213 saylı ekspert rəyində göstərilmişdir ki, Vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol gözətrafında qançır və bel nahiyəsində sıyrıq - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcə də yardım üçün xəstəxanaya müraciət etdiyi vaxtdan az əvvəl olmaqla 11.06.2021-ci il tarixdə əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan 11 iyun 2021-ci il tarixli 176 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. İş materallarına əlavə edilmiş Zaqatala Bələdiyyəsi tərəfindən 17 iyun 2021-ci il tarixdə verilmiş 266 №-li xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şikayət və narazılıqlar daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 12.08.2008-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 134323 nömrəli Doğum haqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 26.06.2008-ci il tarixdə anadan olmuş X3 atası Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 24.02.2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 411588 nömrəli Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 26.01.2010-cu il tarixdə anadan olmuş X1 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o Təqsirləndirilən şəxsla barışmışdır və ondan heç bir tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxsin ittiham olunduğu və təqsirli bilindiyi xuliqanlıq cinayətinin nəzərdə tutulduğu CM-in 221-ci maddəsinin mənasına görə xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəbə və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsirkarın niyyəti ondan ibarət olur ki, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalıq, özünnəmüştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeyidlik xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin xarakterik cizgiləridir. Elə bu mövqedən yanaşsaq, deyə bilərik ki, hadisənin ümumi mənzərəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin davranışı və niyyəti barədə məhkəmədə dindirilmiş şəxslərin ifadələrində göstərilənlər birmənalı olaraq onu deməyə əsas verir ki, cinayət hadisəsinin başlanması cəmiyyətə hörmətsizlik, ictimai dəyərlərə biganəlik motivləri ilə baş vermişdir. Yəni cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs insanlar arasında uzun müddətdən bəri bərqərar olmuş və mövcud olan etik-davranış qaydalarını pozmaqla, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq nümayiş etdirməklə heç bir əsaslı səbəb olmadan mübahisə edərək zərərçəkmiş şəxsə zor tətbiq etməklə xuliqanlıq etmişdir. Eyni mövqe B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli Qərarında nümayiş etdirilmişdir. Belə ki, burada göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirinin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər-təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Məhkəmə onu da qeyd edir ki, iş materillarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyməsi nəticəsində ictimai qaydanın pozulub-pozulmasının və ora toplaşmış şəxslərin şəxsiyyətlərinin əməliyyat yolu ilə müəyyən edilməsi üçün 14.06.2021ci il tarixdə RPŞ-nin CAB-nə əməliyyat tapşırığı verilmişdir. Zaqatala RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis leytenantı Seymur Yusubovun 17.06.2021-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyməsi Zaqatala rayonu Qazangül qəsəbəsində yerləşən, Şahid4 icarəyə işlətdiyi kafedə olmuş, həmin dalaşma nəticəsində ictimai qayda kobud surətdə pozulmuş, kafedə istirahət edən vətəndaşların normal istirahəti pozulmuş, Təqsirləndirilən şəxs hərəkətlərinə çox sayda vətəndaşlar yığışaraq tamaşa etmişlər, orada Şüküran, Mobil və Eldəniz adlı şəxslər olmuşlar. Beləliklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, 11 iyun 2021-ci il tarixdə saat 19 radələrində orta dərəcəli sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs Zaqatala rayonu Qazangül qəsəbəsində yerləşən, Şahid3 məxsus «Görüş» kafesinin arxa həyətində yerləşən ayaq yoluna getdiyi zaman tanışları Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1 yeyib-içmələrini görüb onlara söz ataraq getmişdir. Bir qədər sonra Zərərçəkmiş şəxs təkrar olaraq ayaq yoluna getdiyi zaman onlara yenə söz atmış və bu səbəbdən yüngül dərəcəli sərxoş vəziyyətdə olan Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yaranmışdır. Bu zaman Təqsirləndirilən şəxs onun sifətindən sillə ilə vurub fiziki ağrılar yetirərək çıxıb getməsini tələb etmiş, həmin vaxt yanlarında olan Şahid2 və Şahid1 onları ayıraraq Zərərçəkmiş şəxs yola salmışlar. Təqsirləndirilən şəxs onu sillə ilə vurmasından əsəbləşən Zərərçəkmiş şəxs Şahid4 icarəyə işlətdiyi kafeyə keçmiş və orada yerləşən ayaq yolundan Təqsirləndirilən şəxs ünvanına söyüşlər söyməyə başlamışdır. Onlar arasında yaranmış mübahisə Zərərçəkmiş şəxs təşəbbüsü ilə yaransa da Təqsirləndirilən şəxs insanların çoxluq təşkil etdiyi, ictimai yer sayılan, Zaqatala rayonu Qazangül qəsəbəsində yerləşən, Şahid4 icarəyə işlətdiyi kafedə cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş ümümi davranış qaydalarına etinasızlıq göstərməklə, əxlaq normalarından kənara çıxaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək Zərərçəkmiş şəxs sifət nahiyəsindən qəsdən yumruqla vurub sol gözətrafında qançır və bel nahiyəsində sıyrıqla müşayiət edilən, sağlamlığına zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək fiziki zor tətbiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında məһkəməyədək sadələşdirilmiş icraat materialları üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.4-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması və zərərçəkmiş şəxslə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, törətdiyi əməli səmimi etiraf etməklə peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasının əvvəli onun aylıq qazancından tutulmaların başladığı vaxtdan hesablanmalı, cəzasını iş yerində çəkməlidir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasının əvvəli cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların başladığı vaxtdan hesablansın. Cəzasını iş yerində çəksin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar