Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 1(033)-39/2023 17.07.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ikinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı оğlunun, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs qızının iştirakları ilə, xx xxxx 1978-ci il tarixdə Zaqatala rayonu Göyəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 azyaşlı övladı olan, orta təhsilli, əvvəllər məhkumluğu olmayan, bərbərlik fəaliyyəti ilə məşğul olan, Zaqatala rayonu Göyəm kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına məhkəmənin binasında saat 17:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, 07 iyun 2023-cü il tarixdə saat 10 radələrində Zaqatala rayonu mərkəzi bazarı ərazisində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncu yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə zərbə endirməklə ona sağ göz ətrafında qançır, burunun yumşaq toxumalarının əziyi və burun sümüyünün qapalı cüzi yerdəyişmiş sınığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxışı iclasında dindirilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zaqatala rayon bazarında özünə məxsus bərbərxanada bərbərlik fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs onunla eyni bazarda qəssablıq fəaliyyəti və toyuq və ət məhsullarının satışı ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat təxminən 10 radələrində o, işlədiyi bərbərxananın yanındakı yemək üçün qutab satılan kafeyə yaxınlaşmış və həmin kafeyə sifariş verərkən Yusif kafenin içərisindən çıxaraq ona yaxınlaşmışdır. Həmin kafe bazarın içərisində ara küçədə insanların az keçdiyi yerdə yerləşir. Yusif ona toyuq və ət məhsullarını ondan almadığının səbəbini soruşmuş və ondan alver etməyib balakənlilərdən alver etdiyi bildirmişdir. O, isə Yusifə cavabında kimdən alver edəcəyini yaxşı bildiyini demişdir. Bu zaman onların arasında mübahisə yaranmışdır. Həmin an onlar bir-birinin yaxasından tutmuş və Yusif onun dodaq nahiyəsindən kəllə zərbəsi vurmuşdur. Buna görə də, o, özünü müdafiə etmək üçün Yusifin sağ göz nahiyəsindən yumruqla zərbə vurmuşdur. Daha sonra o, hadisə yerindən ayrılaraq uzaqlaşmışdır. Hazırda Zərərçəkmiş şəxsla barışmışlar, ona vurduğu ziyanı ödəmiş və zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs (şikayət vermiş şəxs) Zərərçəkmiş şəxs təhqiqat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zaqatala rayon bazarında toyuq və ət məhsulları satdığı özünə məxsus mağazası vardır. Təqsirləndirilən şəxs isə Zaqatala rayon bazarında özünə məxsus obyektdə bərbər işləyir və eyni zamanda Göyəm kəndində kafe işlədir. xx.xx.2023-cü il tarixdə saat təxminən 10 radələrində o, işlədiyi mağazadan çıxaraq bazarda ara küçədə yerləşən adını bilmədiyi kafeyə səhər yeməyi üçün getmişdir. Həmin kafe bazarın içərisində ara küçədə insanların az keçdiyi yerdə yerləşir. O, həmin kafedə yemək yeyib çıxdıqdan sonra həmin kafe ilə qonşuluqda olan bərbər İlqar da işlədiyi bərbərxananın qarşısında dayanmışdır. O, Təqsirləndirilən şəxs salam verərək işlədiyi kafe üçün ondan toyuq və ət məhsullarının almamasının səbəbini soruşmuşdur. İlqar isə cavabında ona ət və toyuq məhsullarını haradan almalı olduğunu bildiyini deyərək aqressiv şəkildə cavab vermişdir. Bu zaman onların arasında mübahisə yaranmışdır. Həmin an onlar bir-birinin yaxasından tutmuş və o, əsəbləşərək İlqarın dodaq nahiyəsindən kəllə zərbəsi vurmuşdur. İlqar isə qarşılığında sağ əli ilə onun burun nahiyəsindən yumruqla zərbə vurmuşdur. Daha sonra o, bərbərxananın qarşısından ayrılaraq uzaqlaşmışdır. Həmin vaxt onun burnundan qan açılmışdır. O, əl-üzünü yuyaraq dərhal bazardan çıxıb Polis Şöbəsinə gələrək İlqar tərəfindən döyülməyi barədə şikayət etmişdir. Hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibb Ekspertizası və X6 publik hüquqi şəxsin Zaqatala rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 158 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibb müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər: sağ göz ətrafında qançır, burunun yumşaq toxumalarının əziyi və burun sümüyünün qapalı cüzi yerdəyişmiş sınığı – bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insanın bədəninin hissələrinin (əl və s.) təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəbə olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Göyəm Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 13 iyun 2023-cü il tarixdə verilmiş 5- 82-22/2-453/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi özündən, arvadı X1, 2003-cü il təvəllüdlü qızı X3, 2006-cı il təvəllüdlü qızı X4, 2015-ci il təvəllüdlü oğlu X5 ibarətdir. İş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Göyəm Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 13 iyun 2023-cü il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qızı yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsindən əlavə, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizanın rəyi, eləcə də işin digər obyektiv halları ilə tam sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, təhqiqat zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödədiyini, onunla barışdığını, ondan heç bir şikayəti və tələbinin olmadığını bildirməklə bunların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs da məhkəməyə ərizə təqdim edərək, zərərçəkmiş şəxslə barışdığını, ona vurduğu ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Republikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1-ci və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs - Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə aradan qaldırmışdır. Belə olan halda Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını məhkəmə qanuni, ədalətli və əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 344-347, 356, 358, 384 və 385-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA A L D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə əsasən, onun barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №1(033)-39/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №1(033)-39/2023
17.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver