Məhkəmə qərarları › İş №1(033)-4/2022

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-4/2022

11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-4/2022 11.01.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Tural Həsən oğlunun sədrliyi, Qarayev Timur Abdulməcidoviçin oğlunun katibliyi, Dövlət ittihamçısı - Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, tərcüməçi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Zaqatala rayon Məhkəməsinin 01.05.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Zaqatala rayon Əliabad qəsəbəsində qeydiyyatda olmaqla tutulanadək həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cinayət işi üzrə ibtidai istintaq materiallarına görə Təqsirləndirilən şəxs 23 iyul 2021-ci il tarixdə saat 12 radələrində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,120 qram çəkidə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamış, həmin gün saat 16:30 radələrində Zaqatala rayonu, Əliabad qəsəbəsində üzərində qanunsuz daşıyarkən Zaqatala rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Zaqatala rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və saat 18:23 radələrində üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli şalvarın sağ ön cibində bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,120 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, bundan əvvəl də bir dəfə təqsiri olmadığı təqdirdə əsassız yerə tutularaq məhkum olunmuşdur. 23.07.2021-ci il tarixdə səhər saat 12 radələrində polis əməkdaşları onun yaşadığı evə gələrək Zaqatala Rayon Polis Şöbəsinin rəisinin onu çağırdığını demişlər. O, da səbəbini soruşduqda onunla işi olduğunu bildirmişlər. Sonra onlarla məcburiyyət qarşısında qalaraq razılaşıb, onların avtomobilinə oturub şəhərə tərəf gəlmişlər. Yolda o fikrindən daşındığını, getmək istəmədiyini, avtomobili saxlayaraq onu buraxmalarını demişdir. Lakin, onu buraxmamışlar. Beləliklə, polis əməkdaşlarına məxsus avtomobildə polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getməli olmuşdur. Bu zaman o, avtomobilin arxa oturacağında oturmuş, avtomobili isə polis əməkdaşlarından biri idarə etmişdir. Onunla birlikdə, yəni sağında və solunda, avtomobilin arxa oturacağında iki nəfər polis əməkdaşı əyləşmişdir. Sonra nahar vaxtı olduğu üçün şəhərdə kafedə oturub yemək yemək istəmişlər. Onlar birlikdə kafedə oturmuşlar. Kafedə oturan zaman polislər ona təklif etmişlər ki, spirtli içki içsin. O, da içmək istədiyindən spirtli içki də içmişdir. Bundan sonra onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona narkotik vasitə verərək onu boynuna almasını, həmin maddənin özünə aid olmasını deməsini, 2 gün şöbədə qaldıqdan sonra onu azad edəcəklərini bildirmişlər. Bundan sonra həmin şəxslər ona şüşə deyilən maddəni vermişlər. Hansı ki, o, şüşəni birinci dəfədir ki, görürdü. Zaqatala Rayon Polis Şöbəsində hər şeyin danışıldığını və ona pul və yemək içməyin də veriləcəyi deyilmişdir. Ona həmin psixotrop maddənin özünə aid olmadığını deyərsə ona qarşı ifadə verəcək şahid tapılacağını və onun ifadəsi alınmaqla təqsirləndirildiyi maddənin ağırlaşdırılacağı bildirilmişdir. Daha sonra Zaqatala Rayon Polis Şöbəsində onun üzərində videoçəkiliş vasitəsilə axtarış aparılmış və əvvəldən polis əməkdaşları tərəfindən ona verilmiş şüşə adlı maddə onun şalvarının cibindən çıxarılmışdır. Videoçəkilişdə onu necə öyrətmişlərsə o cür də hərəkət etmişdir. Amma ona Fərid söz vermişdir ki, heç bir cinayət işi olmayacaqdır, onu iki günə buraxacaqlar. Bundan sonra Fəridə demişdir ki, ona buraxılacağını söz vermişdir, bəs nə oldu? Cavabında Fərid ona bildirmişdir ki, 48 saat saxlanılıb, buraxılacaq. Lakin buraxılması əvəzinə Zaqatala Rayon Məhkəməsinə aparılmış və məhkəmə qərarı ilə barəsində «həbs» növündə qətimkan tədbiri seçilmişdir. Barəsində həbs seçildikdən sonra yenə də, Fəridə buraxılmadığını bildirmiş, Fərid isə ona iki aydan buraxılacağını bildirmişdir. Buraxılacağına inandığı üçün bütün sənədləri imzalamışdır. İşin məhkəmə baxışı zamanı verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, saxlanıldığı vaxt və bundan sonrakı müddətdə əlləri qandallanmayıb. Videoçəkiliş isə saxlanıldıqdan xeyli sonra aparılıb. Əgər üzərində narkotik vasitə və ya hər hansı başqa qanunsuz əşya olsa idi, onu saxlanıldıqdan sonrakı müddətdə rahatlıqla üstündən ata bilərdi. O bildirdi ki, videoçəkilişdən əvvəl kafeyə getmiş, sonra polis şöbəsində rahatçılıqla hərəkət etmiş və orada tək olmuşdur. Beləliklə, əgər üstündə narkotik vasitə olsaydı onu ata bilərdi. Videoçəkilişə baxıldıqdan sonra proses iştirakçılarının sullarına cavab olaraq göstərdi ki, Sual- videoçəkilişdə başı ilə nə işarə edirdi? Cavab- o, Şahid1 narkotikin ona aid olmadığını və onunla yenidən söhbət etmək istədiyini bildirmək üçün başı ilə ona işarə etmişdir. Sual- Polis əməkdaşı onu qapı tərəfdən gətirən zaman onunla pıçıltı ilə nəsə danışır, sonra Elgüc sən qapıdan qayıdırsan, aranızda nə danışırdız? Cavab-bununla bağlı bildirir ki, Şahid1 narkotikin ona aid olmasını deməsini bildirir. Ona sual verilir-videoçəkilişin qapıdan əks edən görüntüsündən görünür ki, həmin otaqda qabaq stolunda söykənərək dayanan şəxs ona əli ilə işarə edir, burada ona həmin şəxsin nə demək istədiyi soruşulur. O, isə cavabında bildirir ki, işarə edən şəxs narkotikin ona aid olmasını deməsini bildirir. Ona sual verilir-ona yenidən təhqiqatçı nə məqsədlə üzərində daşıması barədə sual verir. Videoçəkilişin qapıdan əks edən görüntüsündən görünür ki, həmin otaqda pəncərənin qabağında dayanan şəxs əlini ağzına tərəf apararaq Elgüc sənə əli ilə bir neçə dəfə işarə edir. Sən də həmin şəxsə tərəf baxırsan, burada sənə polis əməkdaşının nə demək istədiyi soruşulur. Bununla bağlı Təqsirləndirilən şəxs bildirir ki, işarə edən şəxs narkotikin ona aid olmasını deməsini və çəkmək üçün saxladığını deməsini işarə edir. Sonda təqsirli olmadığını, himayəsində qoca anasından başqa kimsənin olmamasını, əvvəllər narkotik vasitələrdən istifadə etsə də, artıq istifadə etmədiyini, polislərin çağırışı ilə polislərlə şöbəyə getdiyini, üzərində narkotik vasitə olmadığını bildirərək, məhkəmədən heç bir təqsiri olmadığına görə barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. İbtidai istintaq zamanı etirafedici ifadəsinin verməsi ilə əlaqədar proses iştirakçılarının suallarına cavab olaraq, qeyd olunan ifadələrin müstəntiq tərəfindən yazıldığını, ona göstərilmiş qorxu və təzyiq nəticəsində həmin ifadələri imzaladığını bildirdi. Eyni zamanda onun üzərində axtarış aparılan zaman sərxoş olduğunu, milliyətcə gürcü olduğunu, tədqiqatçının nə danışdığını tam şəkildə anlamadığını, tərcüməçi olsa da ona polislərin danışdığını tərcümə etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zaqatala rayon polis X1 qrupunun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Zaqatala rayon Əliabad Qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik maddə qəbul etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş məlumat əsasında 23.07.2021-ci il tarixdə polis şöbəsinin rəhbərliyinə raportla məruzə etdikdən sonra əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə Zaqatala rayon Əliabad qəsəbəsində xidmətdə olarkən günortadan sonra Təqsirləndirilən şəxs yolun kənarında görüb ona yaxınlaşaraq özünü təqdim edib Zaqatala rayon polis şöbəsinə dəvət edib raportla polis şöbəsinin rəhbərliyinə məruzə edərək Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddə istifadəsində və üzərində daşımasında şübhəli olduğundan Zaqatala rayon Əliabad qəsəbəsində saxlanılaraq polis şöbəsinə dəvət olunduğunu, eləcə də həmin şəxsin üzərinə baxış keçirilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Məlumatın yoxlanılması TB-nin təhqiqatçısı polis kapitanı Vüsal Əliyevə həvalə olunmuşdur. Bundan sonra TB-nin təhqiqatçısı Vüsal Əliyev tərəfindən vəkil dəvət olunaraq vəkilin və tərcüməçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində olan hüquq və vəzifələri izah olunaraq video çəklişdən istifadə ediləcəyi elan olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı TB-nin təhqiqatçısı polis kapitanı Vüsal Əliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı narkotik vasitə, həmçinin cinayət xarakterli digər əşyalar və predmetləri təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ ön cibindən 1 ədəd selofan büküm çıxarıb təqdim etmiş, həmin büküm açılarkən bükümün içərisində ağ rəngli kristal şəkilli narkotik vasitə olan metamfetaminə bənzər kütlə aşkar edilmiş, həmin kütlə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilərkən ümumi çəkisi 1,2 qram olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitə olan metamfetamini sellofan bükümlə birlikdə 23 iyul 2021-ci il tarixdə Zaqatala rayon Əliabad qəsəbəsində yolun kənarından tapdığını bildirmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə matafetaminə bənzər kütlə qablaşdırılıb Zaqatala RPŞ-nin 62 nömrəli möhürü ilə möhürlənərək məhkəmə bioloji ekspertizasına göndərilməsi məqsədi ilə götürülmüşdür. Təqsirləndirilən şəxs yalnız qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şəhruddin oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xususatları təsdiq etdi. Əlavə olaraq suallara cavab olaraq bildirdi ki, o, əməliyyat məlumatına əsasən Fəridlə birlikdə nahardan sonra Əliabad qəsəbəsinə getmiş, orada Təqsirləndirilən şəxs görmüşlər. Onu narkotik vasitənin istifadəsində şübhəli olduğu üçün polis şöbəsinə dəvət etmişlər. Elgüc və o avtomobilin arxa oturacağında əyləşmiş, Fərid isə avtomobili idarə etmişdir. Bundan sonra birbaşa polis şöbəsinə gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zaqatala RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir, polis serjantıdır. 23.07.2021-ci il tarixdə o, polis şöbəsində olarkən TB-nin təhqiqatçısı polis kapitanı Vüsal Əliyev onu dəvət edərək bir nəfər şübhəli şəxsin üzərinə şəxsi axtarış aparılarkən video çəkilişdən istifadə etməsini xahiş etmişdir. Vüsal Əliyevin təklifi ilə razılaşıb polis şöbəsinin nəzdində olan “Panasonic” markalı video kamera ilə çəkilişə başlamışdır. Vüsal Əliyev tərəfindən vəkil dəvət olunaraq vəkilin iştirakı ilə sonradan tanıdığı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq videoçəkilişdən istifadə ediləcəyi elan edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı TB-nin təhqiqatçısı polis kapitanı Vüsal Əliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı narkotik vasitə, həmçinin cinayət xarakterli digər əşyaları və predmetləri təqdim etməsi təklifi olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ ön cibindən 1 ədəd selofan büküm çıxarıb təqdim etmiş, polis əməkdaşları tərəfindən həmin büküm açılarkən bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetamin aşkar edilmiş, həmin kütlə polis əməkdaşları tərəfindən sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilərkən ümumi çəkisi 1,2 qram olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş psixotrop maddə olan metamfetamini sellofan bükümlə birlikdə 23 iyul 2021-ci il tarixdə Zaqatala rayon Əliabad qəsəbəsində yolun kənarından tapdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən aşkar edilmiş psixotrop maddə metamfetamin qablaşdırılaraq Zaqatala RPŞ-nin 62 nömrəli möhürü ilə möhürlənərək məhkəmə bioloji ekspertizasına göndərilməsi məqsədi ilə götürülmüş, bundan sonra şəxsi axtarış zamanı aparılmış video çəkilişə aid görüntülər 01 ədəd diskə köçürülürək qablaşdırılıb protokola əlavə edilmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Zaqatala RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X4 ifadəsində göstərdi ki, 23 iyul 2021-ci il tarixdə onun tərəfindən vəkil dəvət olunaraq vəkilin və tərcüməçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, bundan sonra ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində olan hüquq və vəzifələri izah olunaraq video çəkilişdən istifadə ediləcəyi elan olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı narkotik vasitə, həmçinin cinayət xarakterli digər əşyalar və predmetləri təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ ön cibindən 1 ədəd selofan büküm çıxarıb təqdim etmiş, həmin büküm açılarkən bükümün içərisində ağ rəngli kristal şəkilli narkotik vasitə olan metamfetaminə bənzər kütlə aşkar edilmiş, həmin kütlə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilərkən ümumi çəkisi 1,2 qram olduğu müəyyən edilmişdir. Bununla bağlı həmin tarixdə şəxsi axtarış haqqında protokol da tərtib olunmuşdur. Şəxsi axtarış aparılarkən qanunverciliyin tələblərinə riayət olunmuşdur. Proses iştirakçılarının suallarına cavab olaraq təhqiqatçı bildirdi ki, videoçəkilişdə işarə edən şəxs polis şöbəsinin qarşısında olan bağbana işarə edir, daha sonra bildirdi ki, ola bilsin ki, pəncərədən çöldə kimsə otaqda olan şəxslərə işarə edir. Psixotrop maddə aşkar olunduqdan dərhal sonra onun əynində olan şalvarın digər ciblərini hansı səbəbdən dərhal yoxlamaması barədə suala cavab verə bilmir. Cinayət işinin materiallarının 33-34-cü vərəqlərində olan 23 iyul 2021-ci il tarixli “Şəxsi axtarış haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində qanunsuz saxladığı maddə, narkotik vasitə, həmçinin cinayət xarakterli digər əşya və predmetlər vardırsa onları təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ ön cibindən çıxarıb 1 ədəd sellofan büküm təqdim etmişdir. Həmin büküm açıldıqda onun içərisində ağ rəngli kristal şəkilli narkotik vasitə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 1,2 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərində aşkar edilən həmin kütlə ağ rəngli zərfə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Eləcə də, şəxsi axtarış zamanı video çəkilişə aid görüntülər DVD diskə köçürülərək qablaşdırılıb protokola əlavə edilmişdir. Cinayət işinin materiallarının 35-ci vərəqində olan, şəxsi axtarış və götürmənin aparılmasını əks etdirən DVD diskin məhkəmədə nümayişi zamanı müəyyən olunmuşdur ki, ilk öncə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması elan olunur (saat 18:23). Bu zaman DVD diskin 19-cu saniyəsində polis əməkdaşı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs qoruyucu tibbi vasitəni üzünə qaldırması bildirilir. Burada isə açıq-aşkar Təqsirləndirilən şəxs hərəkətlərindən sərxoş olması görünür. Sonra axtarışda iştirak edən şəxslər özlərini təqdim edən zaman da təqsirləndirilən şəxs (diskin 01:19-cu dəqiqəsi) “Elgücəm” də deyərək cavab verir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı əvvəlcə təqsirləndirilən şəxsə üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı predmet varsa könüllü surətdə təqdim olunması təklif olunur. Təqsirləndirilən şəxs üzərində hər hansı əşya olmamasını bildirir, təkrar soruşulur, yenə də təqsirləndirilən şəxs üstündə olmadığını bildirir. (diskin 06:48-07:10-cu dəqiqəsi) Bundan sonra Təqsirləndirilən şəxs başını iki dəfə sağa əyərək polis əməkdaşlarına çölə çıxmalarını bildirir. (diskin 07:11-ci dəqiqəsi) O, cibində ancaq siqaret və alışqan olduğunu bildirir. Bundan sonra polis əməkdaşı onun qolundan tutaraq cibindəkiləri gəlib çıxarmasını bildirir. Bundan sonra Elgüc stola yaxınlaşan kimi əlini sağ cibinə ataraq bükülünü stolun üstünə qoyur (diskin 07:39-cu dəqiqəsi). Onun cibindən çıxan bükülünü açan zaman Elgüc bu hadisələri gülməklə qarşılayır. Təhqiqatçı Təqsirləndirilən şəxs bükülünün nə olduğunu soruşur (diskin 09:17-ci dəqiqəsi). O, isə fikirləşir, cavabında “nəbilim səndə” deyərək cavab verir (diskin 09:32-ci dəqiqəsi). Sonra təhqiqatçı qışqıraraq yenidən soruşur. Elgüc isə şüşə, şüşə deyərək cavab verir (diskin 09:41-ci dəqiqəsi). Təhqiqatçı nə üçün istifadə etdiyini soruşur, təqsiləndirilən isə cavabında “mən istifadə edən deyiləm, prosta” deyərək cavab verir (diskin 09:53-cü dəqiqəsi). Təhqiqatçının haradan əldə etmisən sualına tapılıb deyə, yenidən suala yenə də tapılıb da cavab verərək otaqdan çıxmaq üçün qapıya tərəf gedir (diskin 10:05-ci dəqiqəsi). Bu zaman polis əməkdaşı onu qapı tərəfdən gətirən zaman onunla pıçıltı ilə nəsə danışır, sonra Elgüc qayıdır (diskin 10:11ci dəqiqəsi). Sonra aşkar olunan bükülü elektron tərəzidə çəkilir. Təhqiqatçı Təqsirləndirilən şəxs müraciət edərək bunu haradan əldə etdiyini soruşur. O isə cavabında bilmirəm heç nədi, tapmışam deyir. Sonra ondan nə məqsədlə üzərində daşıdığını soruşur. O, isə fikirləşir cavab vermir. Lakin videoçəkilişin qapıdan əks edən görüntüsündən görünür ki, həmin otaqda qabaq stolunda söykənərək dayanan şəxs Elgücə əli ilə işarə edir (diskin 12:01-ci dəqiqəsi). Elgüc isə gözlərini həmin şəxsə tərəf çevirir və ona başı ilə səssiz reaksiya verir, cavab vermir. Sonra zərf təhiqatçı tərəfindən yazılır, üstü Təqsirləndirilən şəxs, Müdafiəçi, tərcüməçi Eldar Musayev və təhqiqatçı Vüsal Əliyev tərəfindən imzalanır. Sonra psixotrop maddəyə bənzər kütlə qablaşdırılır və zərfə qoyularaq möhürlənir. Bundan sonra təhqiqatçı tərəfindən Elgücdən başqa üstündə nə olması soruşulur. O isə cavabında heç bir şey olmadığını bildirir. Onun üstü təhqiqatçı tərəfindən axtarılır. Bundan sonra yenə də, Elgücdən üzərində aşkar olunmuş maddə ilə bağlı nə deyə bilməsi soruşulur (diskin 17:23-cü dəqiqəsi). O isə bir daha olmaz deyərək qırağa çəkilir. Təhqiqatçı ondan yenidən soruşur. O, tərcüməçiyə baxaraq azərbaycan dilində çətinlik çəkdiyini bildirir. Gürcü dilində tərcüməçi onun dediklərini tərcümə edərək deyir “bilmirəm nədi, yolda izdə tapdım, götürdüm deyir” (diskin 18:05-ci dəqiqəsi). Elgücə yenidən təhqiqatçı nə məqsədlə üzərində daşıması barədə sual verir. Videoçəkilişin qapıdan əks edən görüntüsündən görünür ki, həmin otaqda pəncərənin qabağında dayanan şəxs əlini ağzına tərəf apararaq Elgücə əli ilə bir neçə dəfə işarə edir. Elgüc də həmin şəxsə tərəf baxır (diskin 18:23-cü dəqiqəsi). Ondan sonra Elgüc təsadüf olduğunu üzərinə götürdüyünü deyir. Elgüc sonra hər hansı narazılığının olmadığını bildirir. Sonra çəkiliş protokol tərtib olunması üçün dayandırılmışdır (saat 18:43 dəqiqədə). Təhqiqatçı videoçəkilişə baxıldığını və bununla bağlı Elgücün fikrini soruşur (saat 18:53). Yenidən təhqiqatçı Elgücdən üzərindən çıxanın nə olduğunu soruşur. Polis əməkdaşı Şahid1 Elgücə tərcüməçiyə de tərcümə eləsin deyərək Elgücə bildirir (diskin ikinci çəkilişi 00:48-ci dəqiqə). Elgüc tərcüməçidən onun adı nə idi deyə soruşur, tərcüməçi də təhqiqatçıdan soruşur (diskin ikinci çəkilişi 00:55-ci dəqiqə). Sonra təhqiqatçı tərcüməçi vasitəsilə Elgücə həmin əşyannın narkotik vasitə-şüşə olduğunu təsdiqlədirlər (diskin ikinci çəkilişi 01:06-cı dəqiqə). Bundan sonra təhqiqatçı şəxsi axtarışın qurtarmasını və videoçəkilişin başa çatdığını elan edir (saat 18:55). Cinayət işinin materiallarının 44-cü vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17/534 saylı 24 iyul 2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş... sellofan büküm.......” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 1,120 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Cinayət işinin materiallarının 43-cü vərəqində olan “ekspertiza xərclərinə dair bildiriş”dən görünür ki, 17/534 saylı 24 iyul 2021-ci il tarixli aparılmış tədqiqatının dəyəri 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat təşkil edir. Cinayət işinin materiallarının 10-cu vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 23 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 iyul 2021-ci il tarixdə saat 18:10-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 52-ci vərəqində olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 25 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin materiallarının 70-72-ci vərəqlərində olan Zaqatala Rayon Məhkəməsinin 25 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 23 iyul 2021-ci il saat 18:00-dan hesablanmışdır. Cinayət işinin materiallarının 79-cu vərəqində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 07.08.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin 01.05.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarının 124-128-ci vərəqlərində olan Zaqatala Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli 1(033)-22/2018 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarının 107-ci vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin 10 avqust 2021-ci il tarixli, 940 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarının 113-118-ci vərəqlərində olan “Sübutların qiymətləndirilməsi haqqında” 19.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış bir bükümdə 1,070 qram çəkidə psixotrop maddə metamfetamin cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Zaqatala RPŞ-nin saxlama anbarına məsul saxlanca verilməsi, cinayət işi üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizanın, məhkəmə-narkoloji ekspertizanın rəyləri və şahid ifadələri istintaq materiallarına uyğun verildiyi üçün sübut növü kimi tanınması və cinayət işinə əlavə edilməsi, qərarın surətinin prosessual rəhbərliyi həyata keçirən Zaqatala rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrıayrılıqda, həm də məcmusuna qanuniliyi, mötəbərliliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. İlk öncə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətə baxılan zaman məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Zaqatala RPŞ-in İstintaq Bölməsinin müstəntiqi, polis mayoru X3 Azərbaycan Respublikası CPM-in 223.3 və 223.3.2-ci maddələrinin tələblərini pozaraq, 25.07.2021ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərarda təqsirləndirilən şəxsə verilən ittihamda Təqsirləndirilən şəxs 23.07.2021-ci il tarixdə saat 12 radələrində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, yəni 1,120 qram psixotrop maddə olan metamfetamin əldə edərək saxlamasını göstərsə də, Zaqatala rayon polis şöbəsi əməkdaşlarının hansı saatda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Zaqatala rayonu Əliabad qəsəbəsində saxlanılmasını və onun Zaqatala rayon polis şöbəsinin inzibati binasına hansı saatda gətirilməsini qeyd etməmişdir. Bununla bağlı məhkəmə tərəfindən xüsusi qərar çıxarılaraq Daxili İşlər Nazirliyinin rəhbərliyinə göndərilmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs yenidən ittiham verilərək onun həmin gün 16:30 radələrində Zaqatala rayonu, Əliabad qəsəbəsində üzərində qanunsuz daşıyarkən Zaqatala rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Zaqatala rayon polis şöbəsinin inzibati binasına gətirilməsi qeyd edilmişdir. Məhkəmə istintaqı zamanı da müəyyən edilmişdir ki, saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti saxlanıldığı vaxtda və yerdə deyil, saxlanıldıqdan bir neçə saatdan çox vaxt keçdikdən sonra polis şöbəsində xidməti otaqda keçirilmişdir. Həmçinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs saxlanıldığı anda dərhal deyil, hətta saxlanıldığı vaxtdan bir neçə saat sonra, ən azı üçdörd saat sonra Zaqatala RPŞ-nin inzibati binasına gətirilmiş və orada üzərinə axtarış keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılması ilə şəxsi axtarışın keçirilməsi arasında bir neçə saatdan çox vaxtın keçməsi həmin sübutun onun cibinə “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. O da qeyd olunmalıdır ki, əgər sonuncunun üzərində psixotrop maddə və ya hər hansı başqa qanunsuz əşya olsa idi, onu saxlanıldıqdan sonrakı müddətdə rahatlıqla üstündən ata bilərdi. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan dərhal sonra polis şöbəsinə gətirilməsi və onun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin onun saxlanıldığı yerdə keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Azərbaycan Respublikası CPM-nin 51-ci maddəsinə əsasən cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokol və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafik neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audio yazılarda, fonoqramlarda, video və kino çəkiliş lentlərində, planlarda, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olunmalıdır. Cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişinin və nəticələrinin protokollaşdırılması, bir qayda olaraq, cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir. Cinayət təqibi üzrə prosessual hərəkətin aparılması haqqında protokol bu hərəkətin gedişi zamanı və ya qurtardıqdan bilavasitə sonra həmin hərəkəti aparan təhqiqatçı, müstəntiq, prokuror və ya digər müvəkkil edilmiş şəxs tərəfindən tərtib edilir. Cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin protokolu əllə tərtib edilə, çap oluna, protokollaşdırılması üçün digər texniki vasitələrdən, o cümlədən elektron texnikasından istifadə edilə bilər. Protokolda doldurulmamış sətirlər və səhifələr pozulmalı, ona əlavələr, pozmalar və düzəlişlər xüsusi qeyd olunmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, CPM-nin 51 və 247.1-ci maddələrinin tələblərinə əməl olunmamış və 23.07.2021-ci il tarixli “Şəxs axtarış və götürmə haqqında” protokolda axtarış və ya götürmədə iştirak etmiş şəxslərin doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, yaşadığı və qeydiyyatda olduqları yer göstərilməmiş, həmçinin onun üzərindən başqa hər hansı əşyanın aşkar olunubolunmaması protokolda göstərilməmiş, həmçinin Zaqatala RPŞ-nin təhqiqatçısı, polis kapitanı Vüsal Əliyev tərəfindən tərəfindən tərtib edilmiş 23.07.2021-ci il tarixli “müdafiəçinin təqdim edilməsi haqqında” protokolun tərtib edilmə saatı göstərilməmiş, yalnız müdafiəçi orderinin götürülmə saatı orderdə 17:50 olaraq göstərilmişdir. Belə olan halda müdafiəçinin həmin gün məhz saat neçədə Təqsirləndirilən şəxs təqdim edilməsi naməlum olaraq qalmışdır. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 147.6-cı maddəsinə görə, tutulma haqqında protokol onu tərtib edən vəzifəli şəxs, tutulan şəxs və tutulma haqqında protokolun imzalanması üçün tutulan şəxsə təqdim edilməsində iştirak etmiş müdafiəçi qismində dəvət edilmiş vəkil tərəfindən imzalanır. Azərbaycan Respublikası CPM-nin 153.1-ci maddəsinə əsasən cinayət təqibi orqanı hər hansı şəxs tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 153.2-ci maddəsinin tələblərindən görünür ki, tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək, tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı və onu tutulma protokolu ilə tanış etməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli, habelə tutulma ilə bağlı digər vəzifələri yerinə yetirməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətləri həyata keçirən polis əməkdaşı tutulmuş və ya həbsə alınmış şəxsi təxirə salınmadan polis orqanına gətirməli, tutulma və ya həbsə alma faktını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada protokollaşdırmalı, tutulmuş və ya həbsə alınmış şəxsi bu protokolla tanış etməli, hər bir tutulma və ya həbsə alma faktını müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir. Azərbaycan Respublikası CPM-nin 148.1-ci maddəsinə əsasən cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması onun cinayət törətməsinə bilavasitə şübhə yarandığı və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduğu hallarda həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 148.2-ci maddəsinə görə, şəxsin cinayət törətməsinə bilavasitə şübhə yarandıqda təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror onun tutulmasını şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalandıqda; zərər çəkmiş, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədildiyini birbaşa göstərdikdə; şəxsin bədənində, üzərində, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda tətbiq edə bilər. Azərbaycan Respublikası CPM-nin 148.3-cü maddəsinə əsasən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduqda o, təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror tərəfindən hadisə yerindən qaçıb gizlənməyə, yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənməyə cəhd göstərdikdə, daimi yaşayış yeri olmadıqda və ya başqa ərazidə yaşadıqda və ya şəxsiyyəti müəyyən edilmədikdə tutula bilər. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və toplanmış sübutlara qiymət verilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 23.07.2021-ci il tarixində saat 12 radələrində Azərbaycan Respublikası CPM-nin 148.1 və 148.2-ci maddələrində nəzərdə tutulmuş şübhəli şəxsin tutulması əsasları olmadan qanunsuz saxlanılaraq Azərbaycan Respublikası Zaqatala RPŞ-nin inzibati binası gətirilmiş, saxlanıldığı andan müdafiəçi ilə təmin olunmamış (müdafiəçi həmin gün saat 17:50-də order götürmüşdür), CPM-nin 153-cü maddəsində nəzərdə tutulmuş vəzifələr yerinə yetirilməmiş, hüquq, vəzifələri və məsuliyyəti dərhal izah edilməmiş, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparıldıqdan sonra müvəqqəti saxlama yerinə keçirilmiş, eyni zamanda Zaqatala Rayon Polis X1 Qrupunun baş əməliyyat müvəkkili polis mayoru Şahid1 23.07.2021-ci il tarixli qərarı ilə, 23.07.2021-ci il tarixdə, Zaqatala rayonu Əliabad qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz əməlini ifşa etmək məqsədi ilə təxirəsalınmadan əməliyyat axtarış tədbiri keçirilməklə üzərinə baxış keçirilməsi və qəbul olunmuş qərаrın müvafiq tədbir aparıldıqdan sonra 48 sааt müddətində məhkəmə nəzаrətini həyаtа keçirən məhkəməyə və ibtidаi аrаşdırmаyа prоsessаl rəhbərliyi həyаtа keçirən prokurora təqdim edilməsi qərаrа аlınmışdır. Zaqatala RPŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovnik-leytenantı Daşqın Quliyev tərəfindən 23 iyul 2021-ci il tаrixli, 201-17344-1221 sаylı məktublа 23 iyul 2021-ci il tarixdə Zaqatala rayonu Əliabad qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmadan keçirilmiş əməliyyat-axtarış tədbirinə dair qəbul edilmiş qərаrın surəti 26 iyul 2021-ci il tarixdə Zaqatala Rаyоn Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12.02.2015-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalı və ehtiyac olduğu halda əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna uyğun əldə olunduqda və CPM-nin tələblərinə uyğun təqdim edildikdə və məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Təqsirsizlik prezumpsiyası prinsipini təsbit edən Azərbaycan Respublikası CPMnin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır», «Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır», «Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür». Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən «Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır». Eyni Məcəllənin 349.5.1-ci maddəsinin məzmunundan görünür ki, məhkəmənin cinayət işi üzrə gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə cinayət-prosessual qanunvericiliyin yuxarıda istinad olunan və s. aidiyyəti müddəalarını rəhbər tutaraq qeyd edir ki, hər bir halda təqsirləndirilən şəxsin Cinayət Qanununun konkret maddəsi ilə təqsirini ittiham tərəfi sübuta yetirməli, bununla bağlı təqdim edilən sübutlar mötəbər olmalı, şəxsin təqsirliliyinə şübhə yaratmamalıdırlar. Bununla əlaqədar ilk növbədə qeyd olunur ki, iş üzrə sübutların toplanması çoxsaylı və kobud qanun pozuntularına yol verilməklə həyata keçirilmişdir. Zaqatala Rayon Polis X1 Qrupunun baş əməliyyat müvəkkili polis mayoru Şahid1 23.07.2021-ci il tarixli qərarı ilə, 23.07.2021-ci il tarixdə, Zaqatala rayonu Əliabad qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz əməlini ifşa etmək məqsədi ilə təxirəsalınmadan əməliyyat axtarış tədbiri keçirilməklə üzərinə baxış keçirilməsi və qəbul olunmuş qərаrın müvafiq tədbir aparıldıqdan sonra 48 sааt müddətində məhkəmə nəzаrətini həyаtа keçirən məhkəməyə və ibtidаi аrаşdırmаyа prоsessаl rəhbərliyi həyаtа keçirən prokurora təqdim edilməsi qərаrа аlınmışdır. Əməliyyat müvəkkilinin həmin qərarının məzmunundan Təqsirləndirilən şəxs qərar qəbul edildiyi məqamda Zaqatala Rayon Polis şöbəsinə artıq gətirildiyi və orada olduğu (saxlanıldığı) görünür. Məhkəmənin 27 iyul 2021-ci il tarixli qərarı ilə Zaqatala RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkklili, polis mayoru Şahid1 23 iyul 2021-ci il tarixli Zaqatala rayonu Əliabad qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz əməlini ifşa etmək məqsədi ilə təxirəsalınmadan əməliyyat axtarış tədbiri keçirilməklə üzərinə baxış keçirilməsinə dair qərarı yoxlanılmadan geri qaytarılmışdır. Həmin qərarla müəyyən edilmişdir ki, əməliyyat axtarış tədbirlərinin siyahısını müəyyən edən «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin 4-cü hissəsində şəxsin üzərinə baxış keçirilməsi əməliyyat-axtarış tədbiri nəzərdə tutulmamışdır. Eyni zamanda Məhkəmənin qərarı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirlərini əks etdirən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 445.1-ci maddəsində şəxsin üzərinə baxış keçirilməsi əməliyyat-axtarış tədbirinin məhkəmə qərarı əsasında həyata keçirilməsi nəzərdə tutulmamışdır. Ona görə də, məhkəmə 26.07.2021-ci il tarixdə daxil olmuş Zaqatala RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkklili, polis mayoru Şahid1 23 iyul 2021-ci il tarixli “əməliyyat-axtarış tədbirlərini həyata keçirilməsinə dair” qərarının qanuniliyi və əsaslılığını məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qərar qəbul edilməsini mümkünsüz hesab etmişdir. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin 4-cü hissəsinin tələbinə görə də Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər, cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Həmin Qanunun 16-cı maddəsinin 1-ci hissəsinin tələbinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar həmin Qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Qanunvericiliyin tələbindən görünür ki, «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş hallarda Cinayət-Prosessual Məcəlləsinin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan keçirilməli, daha sonra əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. Bu hal «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin kobud pozuntusu kimi qiymətləndirilməlidir. Belə olan halda həmin əməliyyat-axtarış tədbirinin nəticələri qanuni sayıla bilməzlər. İş materiallarından görünür ki, Zaqatala RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən 23 iyul 2021-ci il tarixli “Şəxsi axtarış haqqında” protokol tərtib olunmuşdur. Cinayət işinin materiallarına maddi sübut kimi əlavə edilmiş DVD diskdəki videoyazıdan da görünür ki, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması elan olunur (saat 18:23). Bu zaman DVD diskin 19-cu saniyəsində polis əməkdaşı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs qoruyucu tibbi vasitəni üzünə qaldırması bildirilir. Burada isə açıq-aşkar Təqsirləndirilən şəxs hərəkətlərindən sərxoş olması görünür. Sonra axtarışda iştirak edən şəxslər özlərini təqdim edən zaman da təqsirləndirilən şəxs (diskin 01:19-cu dəqiqəsi) “Elgücəm” də deyərək cavab verir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı əvvəlcə təqsirləndirilən şəxsə üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı predmet varsa könüllü surətdə təqdim olunması təklif olunur. Təqsirləndirilən şəxs üzərində hər hansı əşya olmamasını bildirir, təkrar soruşulur, yenə də təqsirləndirilən şəxs üstündə olmadığını bildirir. (diskin 06:48-07:10-cu dəqiqəsi) Bundan sonra Təqsirləndirilən şəxs başını iki dəfə sağa əyərək polis əməkdaşlarına çölə çıxmalarını bildirir. (diskin 07:11-ci dəqiqəsi) O, cibində ancaq siqaret və alışqan olduğunu bildirir. Bundan sonra polis əməkdaşı onun qolundan tutaraq cibindəkiləri gəlib çıxarmasını bildirir. Bundan sonra Elgüc stola yaxınlaşan kimi əlini sağ cibinə ataraq bükülünü stolun üstünə qoyur (diskin 07:39-cu dəqiqəsi). Onun cibindən çıxan bükülünü açan zaman Elgüc bu hadisələri gülməklə qarşılayır. Təhqiqatçı Təqsirləndirilən şəxs bükülünün nə olduğunu soruşur (diskin 09:17-ci dəqiqəsi). O, isə fikirləşir, cavabında “nəbilim səndə” deyərək cavab verir (diskin 09:32-ci dəqiqəsi). Sonra təhqiqatçı qışqıraraq yenidən soruşur. Elgüc isə şüşə, şüşə deyərək cavab verir (diskin 09:41-ci dəqiqəsi). Təhqiqatçı nə üçün istifadə etdiyini soruşur, təqsiləndirilən isə cavabında “mən istifadə edən deyiləm, prosta” deyərək cavab verir (diskin 09:53-cü dəqiqəsi). Təhqiqatçının haradan əldə etmisən sualına tapılıb deyə, yenidən suala yenə də tapılıb da cavab verərək otaqdan çıxmaq üçün qapıya tərəf gedir (diskin 10:05-ci dəqiqəsi). Bu zaman polis əməkdaşı onu qapı tərəfdən gətirən zaman onunla pıçıltı ilə nəsə danışır, sonra Elgüc qayıdır (diskin 10:11ci dəqiqəsi). Sonra aşkar olunan bükülü elektron tərəzidə çəkilir. Təhqiqatçı Təqsirləndirilən şəxs müraciət edərək bunu haradan əldə etdiyini soruşur. O isə cavabında bilmirəm heç nədi, tapmışam deyir. Sonra ondan nə məqsədlə üzərində daşıdığını soruşur. O, isə fikirləşir cavab vermir. Lakin videoçəkilişin qapıdan əks edən görüntüsündən görünür ki, həmin otaqda qabaq stolunda söykənərək dayanan şəxs Elgücə əli ilə işarə edir (diskin 12:01-ci dəqiqəsi). Elgüc isə gözlərini həmin şəxsə tərəf çevirir və ona başı ilə səssiz reaksiya verir, cavab vermir. Sonra zərf təhiqatçı tərəfindən yazılır, üstü Təqsirləndirilən şəxs, Müdafiəçi, tərcüməçi Eldar Musayev və təhqiqatçı Vüsal Əliyev tərəfindən imzalanır. Sonra psixotrop maddə qablaşdırılır və zərfə qoyularaq möhürlənir. Bundan sonra təhqiqatçı tərəfindən Elgücdən başqa üstündə nə olması soruşulur. O isə cavabında heç bir şey olmadığını bildirir. Onun üstü təhqiqatçı tərəfindən axtarılır. Bundan sonra yenə də, Elgücdən üzərində aşkar olunmuş maddə ilə bağlı nə deyə bilməsi soruşulur (diskin 17:23-cü dəqiqəsi). O isə bir daha olmaz deyərək qırağa çəkilir. Təhqiqatçı ondan yenidən soruşur. O, tərcüməçiyə baxaraq azərbaycan dilində çətinlik çəkdiyini bildirir. Gürcü dilində tərcüməçi onun dediklərini tərcümə edərək deyir “bilmirəm nədi, yolda izdə tapdım, götürdüm deyir” (diskin 18:05ci dəqiqəsi). Elgücə yenidən təhqiqatçı nə məqsədlə üzərində daşıması barədə sual verir. Videoçəkilişin qapıdan əks edən görüntüsündən görünür ki, həmin otaqda pəncərənin qabağında dayanan şəxs əlini ağzına tərəf apararaq Elgücə əli ilə bir neçə dəfə işarə edir. Elgüc də həmin şəxsə tərəf baxır (diskin 18:23-cü dəqiqəsi). Ondan sonra Elgüc təsadüf olduğunu üzərinə götürdüyünü deyir. Elgüc sonra hər hansı narazılığının olmadığını bildirir. Sonra çəkiliş protokol tərtib olunması üçün dayandırılmışdır (saat 18:43 dəqiqədə). Təhqiqatçı videoçəkilişə baxıldığını və bununla bağlı Elgücün fikrini soruşur (saat 18:53). Yenidən təhqiqatçı Elgücdən üzərindən çıxanın nə olduğunu soruşur. Polis əməkdaşı Şahid1 Elgücə tərcüməçiyə de tərcümə eləsin deyərək Elgücə bildirir (diskin ikinci çəkilişi 00:48-ci dəqiqə). Elgüc tərcüməçidən onun adı nə idi deyə soruşur, tərcüməçi də təhqiqatçıdan soruşur (diskin ikinci çəkilişi 00:55-ci dəqiqə). Sonra təhqiqatçı tərcüməçi vasitəsilə Elgücə həmin əşyannın narkotik vasitə-şüşə olduğunu təsdiqlədirlər (diskin ikinci çəkilişi 01:06-cı dəqiqə). Bundan sonra təhqiqatçı şəxsi axtarışın qurtarmasını və videoçəkilişin başa çatdığını elan edir (saat 18:55). Videoyazıdan da göründüyü kimi, təhqiqatçı tərəfindən təqsirləndirilən şəxsə üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı predmet varsa könüllü surətdə təqdim olunması təklif olunur. Təqsirləndirilən şəxs üzərində hər hansı əşya olmamasını bildirir, təkrar soruşulur, yenə də təqsirləndirilən şəxs üstündə olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs başını iki dəfə sağa əyərək polis əməkdaşlarına çölə çıxmalarını bildirir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirir ki, o, Şahid1 narkotikin ona aid olmadığını və onunla yenidən söhbət etmək istədiyini bildirmək üçün başı ilə ona işarə etmişdir. Bundan sonra polis əməkdaşı onun qolundan tutaraq cibindəkiləri gəlib çıxarmasını bildirir. Təhqiqatçı nə üçün istifadə etdiyini soruşur, təqsiləndirilən isə cavabında “mən istifadə edən deyiləm, prosta” deyərək cavab verir. Təhqiqatçının haradan əldə etmisən sualına tapılıb deyə, yenidən həmin suala yenə də tapılıb da cavab verərək otaqdan çıxmaq üçün qapıya tərəf gedir. Polis əməkdaşı onu qapı tərəfdən gətirən zaman onunla pıçıltı ilə nəsə danışır, sonra Elgüc qayıdır. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirir ki, Şahid1 narkotikin ona aid olmasını deməsini bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs müraciət edərək bunu haradan əldə etdiyini soruşur. O isə cavabında bilmirəm heç nədi, tapmışam deyir. Sonra ondan nə məqsədlə üzərində daşıdığını soruşur. O, isə fikirləşir cavab vermir. Lakin videoçəkilişin qapıdan əks edən görüntüsündən görünür ki, həmin otaqda qabaq stolunda söykənərək dayanan şəxs Elgücə əli ilə işarə edir. Elgüc isə gözlərini həmin şəxsə tərəf çevirir və ona başı ilə səssiz reaksiya verir, cavab vermir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirir ki, işarə edən şəxs narkotikin ona aid olmasını deməsini bildirir. Elgücə yenidən təhqiqatçı nə məqsədlə üzərində daşıması barədə sual verir. Videoçəkilişin qapıdan əks edən görüntüsündən görünür ki, həmin otaqda pəncərənin qabağında dayanan şəxs əlini ağzına tərəf apararaq Elgücə əli ilə bir neçə dəfə işarə edir. Elgüc də həmin şəxsə tərəf baxır. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirir ki, işarə edən şəxs narkotikin ona aid olmasını deməsini və çəkmək üçün saxladığını deməsini bildirir. Ondan sonra Elgüc təsadüf olduğunu üzərinə götürdüyünü deyir. Sonra çəkiliş protokol tərtib olunması üçün dayandırılmışdır (saat 18:43 dəqiqədə). Bundan sonra çəkiliş təzələnir. Təhqiqatçı videoçəkilişə baxıldığını və bununla bağlı Elgücün fikrini soruşur (saat 18:53). Yenidən təhqiqatçı Elgücdən üzərindən çıxanın nə olduğunu soruşur. Polis əməkdaşı Şahid1 Elgücə tərcüməçiyə de tərcümə eləsin deyərək Elgücə bildirir. Elgüc tərcüməçidən onun adı nə idi deyə soruşur, tərcüməçi də təhqiqatçıdan soruşur. Sonra təhqiqatçı tərcüməçi vasitəsilə Elgücə həmin əşyanın narkotik vasitə-şüşə olduğunu təsdiqlədirlər. Bundan sonra təhqiqatçı şəxsi axtarışın qurtarmasını və videoçəkilişin başa çatdığını elan edir. Təhqiqatçı axtarış zamanı olan hadisələrə hər hansı reaksiya vermir, bundan irəli gələn məsələləri aydınlaşdırmağa heç bir cəhd göstərmir. Bundan başqa, sözügedən videoçəkilişdə psixotrop maddəyə bənzər kütlənin aşkar edilməsindən sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanıldığı, şalvarının ciblərinə, boyun hissəsinə baxıldığı qeydə alınsa da, videoçəkilişdə qeyd olunanların yalnız disk üzərində qeydə alınması və protokolda yazılanlar ilə üst-üstə düşmədiyi məlum olur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş təhqiqatçı isə video görüntülərdə əks olunanlarla əlaqədar proses iştirakçılarının suallarına – videoçəkilişdə işarə edən şəxsin gah polis şöbəsinin qarşısında olan bağbana işarə etdiyini, gah da pəncərədən çöldə kiminsə otaqda olan şəxslərə işarə etdiyini bildirmiş, həmçinin psixotrop maddə aşkar olunduqdan dərhal sonra onun əynində olan şalvarın digər ciblərini hansı səbəbdən dərhal yoxlamamasını izah edə bilməmişdir. Bundan başqa, ilk çəkiliş protokol tərtib olunması üçün dayandırılmışdır (saat 18:43 dəqiqədə). Sonra çəkiliş təzələnir. Təhqiqatçı videoçəkilişə baxıldığını və bununla bağlı Elgücün fikrini soruşur (saat 18:53). Göründüyü kimi, 20 dəqiqəlik videoçəkiliş qurtardıqdan 10 dəqiqə keçdikdən sonra təhqiqatçı çəkiliş zamanı axtarışda iştirak edən şəxslərə videoçəkilişə baxıldığını, hətta bu zaman ərzində protokolun da tərtib edildiyini bildirir. Həmin şəxslər də videoçəkilişə baxdıqlarını təsdiq edirlər. Lakin videoçəkiliş qurtarması ilə yenidən ikinci çəkilişin başlaması saatına baxdıqda görünür ki, videoçəkilişə ümumiyyətlə baxılmamış, protokol da qabaqcadan və ya daha sonra tərtib olunmuşdur. Göründüyü kimi, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış zamanı ona polis əməkdaşları tərəfindən təsirlər olmuş, üzərindən aşkar edilmiş psixotrop maddənin ona aid olması barədə dəfələrlə yönəldici işarələr edilmiş, sübutların əldə edilməsi zamanı onun hüquqlarını məhdudlaşdırmaqla və təsirlər göstərilməklə psixotrop maddənin ona aid edilməsi görüntüsü yaradılmış, aldatma yolu ilə psixotrop maddənin Təqsirləndirilən şəxs aid olmasını təsdiq etdirməyə çalışmışlar. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq tərəfindən sübut növü kimi qəbul edilən 23.07.2021-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokol, şahid ifadələri sübut kimi qəbul edilə bilməz, onlar sübutların siyahısından çıxarılmalı və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinin tələblərinə görə əhəmiyyətsiz hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.1 və 124.1.2.-ci maddələrinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2 və 124.2.1-ci maddələrinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri sübut kimi qəbul olunur Həmin Məcəllənin 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən «İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda» həmçinin «istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda» əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Eyni Məcəllənin 125.3-cü maddəsinə əsasən «Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz». Həmin Məcəllənin 137-ci maddəsinə əsasən «Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər». Həmin Məcəllənin 246.3-cü maddəsinə əsasən şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. İşin faktik hallarından görünür ki, Təqsirləndirilən şəxs münasibətdə əməliyyataxtarış tədbirləri həyata keçirilərkən və üzərində şəxsi axtarış və götürmə aparılarkən «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası CPM-nin aidiyyəti tələbləri kobud şəkildə pozulmuşdur Göstərilənləri, o cümlədən təqsirləndirilən şəxsin dəlillərini, əməliyyat axtarış tədbirinin, şəxsi axtarış və götürmənin kobud qanun pozuntuları ilə həyata keçirildiyini, axtarış və götürmə zamanı iştirakçıların davranışını, sual və cavabların məzmununu, videoyazıda, habelə tərtib olunmuş sənədlərdə kifayət qədər çox ziddiyyət və qeyrimüəyyənlik olduğunu məcmu şəkildə qiymətləndirərək məhkəmə hesab edir ki, əməliyyat axtarış tədbirinin, habelə şəxsi axtarış və götürmənin nəticələri əsaslı şübhələr yaratdığına görə mötəbər deyil və iş üzrə sübut kimi qəbul edilə bilməzlər. İstənilən bir halda qeyd olunur ki, məhkəmənin hazırkı iş üzrə vəzifəsi təqsirləndirilən şəxsin şəxsiyyətinə və mənəvi keyfiyyətlərinə deyil, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinin tələbinə uyğun olaraq ona qarşı irəli sürülmüş ittihama qiymət verməkdən ibarətdir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən «Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər». İşin faktik hallarından göründüyü kimi təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə ona ittiham olunan cinayət əməlini etiraf etməmişdir. Polis əməkdaşı olan şahidlər təqsirləndirilən şəxsdən fərqli məzmunlu ifadələr vermişlər. Məhkəmə bunu qeyd etməklə yanaşı, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi halının əməliyyat-axtarış təbdiri və ilkin prosessual hərəkətlərin nəticəsi ilə təsdiq olunmadığını vurğulayır və hesab edir ki, polis əməkdaşları olan şahidlərin ifadələri təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılması üçün əsas sayıla bilməzlər. Məhkəmə iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib olunmuş 23.07.2021-ci il tarixli “şəxsi axtarış və götürmə barədə” adlı protokol və videoçəkiliş mümkün olmayan sübut kimi qiymətləndirilərək CPM-nin 125.2-ci maddəsinin tələblərinə əsasən sübut kimi qəbul edilə bilməz və əhəmiyyətsiz hesab edilir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası CPM-nin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin sübutların mümkünlüyünü müəyyən edən 125.1-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. CPM-nin 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaq hərəkətinin keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan həmin hərəkətin həyata keçirilməsi halı da aiddir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa Məhkəməsi “Radçikov Rusiya Federasiyasına qarşı” qərarında istintaqın natamamlığı və birtərəfli aparılmasına istinad edərək təqsirləndirilən şəxs haqqında çıxarılmış bəraət hökmünün yuxarı məhkəmə instansiyasında ləğv edilməsinə nail olan prokurorluq orqanlarının hərəkətləri ilə bağlı bildirmişdir ki, şikayətçinin işi üzrə “istintaqın natamam və birtərəfli olması və səhvən bəraətə gətirib çıxarması” haqqında bəyanat mahiyyət etibarilə – məhkəmə səhvləri olmadığı, səlahiyyətlərdən sui-istifadə edilmədiyi, maddi hüququn tətbiqində səhvlər olmadığı təqdirdə - məhkəmə araşdırmasında əhəmiyyətli pozuntunun mövcudluğunu göstərmir (“Bratyakin Rusiya Federasiyasına qarşı” şikayətlə bağlı qərar). Əks təqdirdə istintaq orqanları tərəfindən ibtidai istintaqın lazımi səviyyədə keçirilməməsinin nəticələrinin yükü tamamilə şikayətçinin üzərinə qoyulardı və ən əhəmiyyətlisi odur ki, yalnız istintaq prosedurunda qüsurların və ya səhvlərin olması ilə bağlı təkcə mülahizə, onların kiçik və əhəmiyyətsiz olduğundan asılı olmayaraq, ittiham orqanları üçün artıq baxılmış və yekun qərar çıxarılmış işlər üzrə icraatın təzələnməsi haqqında vəsatətlər verməklə səlahiyyətlərindən sui-istifadə üçün sərhədsiz imkanlar yaradardı. Bu prosedurdan suiistifadə imkanının təhlükəli olması hazırkı şikayətə əsas olan işlər kimi işlərdə xüsusilə ciddidir, çünki ittiham tərəfi istintaqın qüsurlarını görərək və məhkəmədən həmin işin əlavə istintaq edilməsi üçün qaytarılması haqqında vəsatət vermək imkanına malik olduqları halda bu imkandan istifadə etməməyə üstünlük vermiş, bunun əvəzinə (kassasiya) nəzarət qaydasında hüquqi müdafiə vasitəsinə müraciət etmişlər. Bu işlə bağlı Avropa Məhkəməsi hesab etmişdir ki, dövlət hakimiyyət orqanlarının səhvləri və ya qüsurları təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Başqa sözlə, istintaq orqanlarının və ya hətta məhkəmələrin səhvləri ilə bağlı riskləri dövlət daşımalıdır və belə səhvlər maraqlı şəxsin (təqsirləndirilən şəxsin) hesabına aradan qaldırıla bilməz. Beləliklə, bu işdə Avropa Məhkəməsi hesab etmişdir ki, şikayətçinin işi üzrə bəraət hökmünün ləğv edilməsi məhkəmə səhvinin və ya ədalət mühakiməsinin həyata keçirilməsi zamanı yol verilən səhvin aradan qaldırılması məqsədini daşımamış, sadəcə, təkrar məhkəmə araşdırması və işin yenidən baxılması məqsədi üçün istifadə edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarından biri olan “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə 10.04.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üzərinə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər.Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir.Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli, 2 saylı qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə, tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Beləliklə məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan “metamfetamin”in aşkar edilib götürülməsi ilə bağlı istintaq hərəkətləri qanunun tələblərinin kobud surətdə pozulması ilə aparılmış, videoçəkiliş zamanı kobud pozuntulara yol verilmiş, polis əməkdaşlarının qanunsuz təsiri nəticəsində ittiham tərəfinin sübut kimi istinad etdiyi şəxsi axtarış haqqında protokol tərtib edilərək videoçəkiliş aparılmış, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar məhkəməyə təqdim edilsə də, qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edildiyindən qərarın qanuniliyi yoxlanılmadan geri qaytarılmış, onun üzərinə şəxsi axtarış və götürmə saxlanıldığı vaxtda deyil, bir neçə saat sonra polis şöbəsində xidməti otaqda keçirilmiş, azadlığı faktiki məhdudlaşdırıldığı andan barəsində tutulma protokolu tərtib edilməmiş, tutulmuş şəxs təxirə salınmadan polis orqanının müvəqqəti saxlama yerində qeydiyyata alınmamış, axtarış və ya götürmədə iştirak etmiş şəxslərin doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, yaşadığı və qeydiyyatda olduqları yer göstərilməmiş, həmçinin təqsirləndirilən şəxsin üzərindən başqa hər hansı əşyanın aşkar olunub-olunmaması protokolda göstərilməmiş, şəxsi axtarış və götürmə istintaq hərəkəti haqqında protokolun surətinin barəsində istintaq hərəkəti aparılan şəxsə və ya onun yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə və ya təmsil etdiyi şəxsə, onlar olmadıqda isə ərazisində istintaq hərəkəti aparılan mənzil-istismar təşkilatının nümayəndəsinə verilməsi təmin olunmamış və bununla Azərbaycan Respublikası CPMnin 247.1.3., 247.1.9. və 247.4-cü maddələrinin tələbləri kobudcasına pozulmuşdur. Həmçinin şahid ifadələri ilə ittiham tərəfinin digər sübut kimi istinad etdiyi sənədlər və videoçəkilişdə aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. «Qаvаzov Bolqаrıstаnа qаrşı» iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur. «Mаhmudov Rusiyаya qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq аffirmаnti, non necаnti insumbit probаtion (sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Əsaslı şübhələr dedikdə şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı olan şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. Yəni, təqsirsizlik prezumpsiyası tələb edir ki, şübhəli və ya təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunsun. Аzərbаycаn Rеspublikаsı Cinayət Prosessual Məcəlləsinin 1-ci maddəsinə görə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa etmək və cinayət məsuliyyətinə cəlb etmək mümkün olsun, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın. Həmin Məcəllənin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq, həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq, cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Həmin Məcəllənin 28.2-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Həmin Məcəllənin 32.2.7-ci maddəsinə görə, məhkəmə tərəfindən hökm yalnız cinayət prosesi tərəflərinin iştirakı bərabər əsaslarla təmin edilməklə tədqiq olunmuş sübutlarla əsaslandırılır. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəlarının pozulması yol verilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 42.1.4-cü maddəsinə əsasən «təqsirliliyi sübuta yetirilmədikdə» məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.4-cü maddəsinə əsasən bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsində isə qeyd olunur ki, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayət törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora göndərir. Həmin Məcəllənin 357.0.1-ci maddəsinə əsasən məhkəmənin hökmü ilə ona bəraət verildikdə məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.05.2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxstəqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aiddir. Eyni Məcəllənin 197.2-ci maddəsinə əsasən «Bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və təqsirləndirilən şəxsə hazırkı hökmlə bəraət verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 71,94 manat dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs psixotrop maddə aşkar edilməsi halının sübuta yetirilmədiyinə dair qənaətə gəlməklə yanaşı hesab edir ki, həmin psixotrop maddənin mənbəyinin müəyyən edilməsi və bununla bağlı aşkara çıxarılacaq digər halların cinayət prosessual qanunvericilik çərçivəsində araşdırılması zəruridir. Ona görə də iş üzrə maddi sübut kimi tanınmış, 01 ədəd zərfdə sellofanda bükülü 1,070 qram çəkidə psixotrop maddə olan metamfetaminin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilməsi faktının araşdırılması və ona hüquqi qiymət verilməsi üçün zəruri materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd zərfdə sellofanda bükülü 1,070 qram çəkidə psixotrop maddə olan metamfetamin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilməsi faktı araşdırılana qədər Zaqatala Rayon Polis Şöbəsinin saxlancında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edildiyinə görə və bununla əlaqədar qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdığı üçün Azərbaycan Respublikası CPM-nin 36.2, 175.2 və 353.5.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməli, eyni zamanda Təqsirləndirilən şəxs onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesinin videogörüntülərini əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 347-ci, 349-350-ci, 353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Bəraət verilmiş Təqsirləndirilən şəxs onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd zərfdə sellofanda bükülü 1,070 qram çəkidə psixotrop maddə olan metamfetaminin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilməsi faktının araşdırılması və ona hüquqi qiymət verilməsi üçün zəruri materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd zərfdə sellofanda bükülü 1,070 qram çəkidə psixotrop maddə olan metamfetamin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilməsi faktı araşdırılana qədər Zaqatala Rayon Polis Şöbəsinin saxlancında saxlanılsın. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesinin videogörüntülərini əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar