Məhkəmə qərarları › İş №1(033)-4/2023

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-4/2023

15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-4/2023 15.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə əqsirləndirilən şəxs: xx.xx.1980-ci ildə Zaqatala rayonu Lahıc kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, Zaqatala rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 29, 186.2.2-ci maddələri ilə təqsirli bilinərək 04 il 05 ay 02 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməklə cinayətin residivini yaratmış, Zaqatala rayonu Lahıc kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 15:20-də məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs, 24 sentyabr 2022-ci il tarixdə, saat 14:30 radələrində Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zaqatala rayon Lahıc kəndində saxlanılaraq Zaqatala rayon polis şöbəsinə gətirilmiş və üzərində həmin gün saat 15:37-dən 15:44-dək olan müddət ərzində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sol yan cibində bir ədəd şəffaf sellafon bükümdə 2022-ci ilin sentyabr ayının sonlarında Zaqatala rayonu Muğanlı kəndi ərazisində yabanı halda bitmiş çətənə bitkilərinin yarpaqlarını yığıb qurutmaqla qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi, üzərində saxladığı və daşıdığı şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 6,03 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmin gün saat 17:24-dan 17:43-dək olan müddət ərzində yaşadığı Zaqatala rayonu Lahıc kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən evin yataq otağındakı yastığın altında 01 ədəd göy rəngli sellofan torbada 2022-ci ilin sentyabr ayının sonlarında Zaqatala rayonu Muğanlı kəndi ərazisində yabanı halda bitmiş çətənə bitkilərinin yarpaqlarını yığmaqla qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi və həmin evdə saxladığı şəxsi istehlak miqdarından artıq, yəni 1 kq 85 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmamış marixuana və qanunsuz olaraq 2022-ci ilin iyul ayının əvvələrində Zaqatala rayonu Lahıc kəndində taparaq əldə etdiyi və həmin evdə saxladığı 16 kalibrli, “T59850” nömrəli, İJ-18 modelli, 1965-ci ildə Rusiyada zavod üsulu ilə istehsal edilmiş, daxili çaxmaqlı, hamar təklüləli, texniki cəhətdən saz vəziyyətdə olmaqla atəş açmaq üçün yararlı, konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılmış, ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyi olan odlu silah aşkar edilərək götürülmüşdür. Eləcə də Təqsirləndirilən şəxs 29 noyabr 2022-ci il tarixdə saat 10:50 radələrində Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zaqatala şəhərində saxlanılaraq Zaqatala rayon polis şöbəsinə gətirilmiş və üzərində həmin gün saat 11:36-dan 11:55-dək olan müddət ərzində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibində sellofan bükümdə 27 noyabr 2022-ci il tarixdə, saat 16 radələrində Zaqatala rayonu Lahıc kəndində yol kənarından tapmaqla təkrar qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi, üzərində saxladığı və daşıdığı şəxsi istehlak miqdarından artıq, yəni 23,494 qram çəkidə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, təxminən 2-3 ay əvvəl narkotik tərkibli qurudulmuş marixuana istifadə etməyə başlamış, bunun üçün Zaqatala rayonu Lahıc və Muğanlı kəndin çöl və dağlıq ərazisində yabanı halda bitmiş çətənə kollarını toplayıb evdə qurudaraq siqaret kimi istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Zaqatala rayon Lahıc kəndinin girəcəyində olduğu zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin istifadəsində, üzərində daşınmasında şübhəli olduğunu bildirərək onu Zaqatala rayon polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə polis şöbəsinə getməyə könüllü razılaşmış, Zaqatala rayon polis şöbəsində onu şübhəli şəxs qismində tutmuşlar və vəkil Müdafiəçi iştirakı ilə üzərində şəxsi axtarış aparmışlar, şəxsi axtarış zamanı üzərində olan şəffaf selofandakı qurudulmuş marixuananı o, könüllü təqdim etmişdir. Həmin kütlə şəffaf selofanla birlikdə elektron tərəzidə çəkiləndə ümumi çəkisi 6,2 qram təşkil etmişdir. Üzərində olan digər əşyalar ona geri qaytarılmış, şəxsi axtarış zamanı ondan başqa yerdə saxladığı narkotik tərkibli maddə olub-olmadığını soruşduqda o yaşadığı evdə qurudulmuş marixuana olduğunu və könüllü təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra onun razılığı ilə yaşadığı evdə baxış keçirilmiş, baxış zamanı o, yataq otağındakı döşəyin altına qoyduğu sellofan torbadakı kütləni göstərmişdir. Həmin kütləni təxminən 3 gün əvvəl Zaqatala rayon Muğanlı kəndində yerləşən çöl sahəsində yabanı halda bitən çətənə kollarından toplamışdır. Həmin kütlə sellofan torba ilə çəkiləndə ümumi çəkisi 1,110 kiloqram təşkil etmişdir. Bundan sonra ondan yaşadığı evdə başqa hər-hansı bir qanunsuz əşya, maddə olub-olmadığını soruşduqda yaşadığı evdə ov tüfənginin olduğunu bildirmiş və həmin döşəyin altında olan lüləsi kəsilmiş ov tüfəngini polis əməkdaşlarına təqdim etmişdir. O, həmin ov tüfəngini təxminən 2022-ci il iyul ayının əvvələrində yaşadığı kəndin çöl sahəsindən tapmış və bugünə kimi istifadə etməmiş, o, həmin ov tüfəngini tapan zaman patronları olmamışdır. Bundan başqa, o, polis şöbəsindən buraxıldıqdan sonra xx.xx.2022-ci il tarixdə saat təxminən 16:00 radələrində Zaqatala rayon Lahıc kəndində yol kənarında yerdə sellofan büküm olduğunu görmüş, həmin bükümü yerdən götürüb açmış və o, narkotik istifadə etdiyi üçün açdığı bükümün içərisində olan maddənin tiryək olduğunu görmüşdür. Özü narkotik istifadəçisi olduğundan həmin bükümdə olan tiryəki götürüb üzərini yapışdırıcı lentlə bağlayıb cibinə qoymuş və öz şəxsi istifadəsi üçün üzərində daşımağa başlamışdır. 29 noyabr 2022-ci il tarixdə saat təxminən 10:50 radələrində o, Zaqatala şəhəri Ç.Atalov küçəsində yerləşən Görüş kafesinin yaxınlığında olduğu zaman Zaqatala rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşmışlar, polis əməkdaşları ona narkotik vasitələrin istifadəsində və üzərində daşımağında şübhəli olduğunu bildirib onu Zaqatala rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində hüquqlarının müdafiəsi üçün vəkil təyin edilmiş, o, şübhəli şəxs qismində tutulmuş, bundan sonra video çəkilişdən istifadə edilməklə vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış keçirilərkən ona üzərində olan qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuş, o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən üzərində gəzdirdiyi 01 ədəd üzərini yapışdırıcı lentlə bağladığı sellofan bükümdə olan narkotik vasitəni çıxardıb masanın üzərinə qoymuş və içərisində narkotik vasitə tiryək olduğunu və həmin bükümü yaşadığı kənddən yol kənarından tapdığını, öz istifadə üçün üzərində saxladığını və üzərində başqa heç bir qanunsuz əşya və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra üzərində özünün razılığı ilə şəxsi axtarış aparılmış, başqa qeyriqanuni əşya aşkar olunmamışdır. Üzərindən götürülmüş bir ədəd sellofan bükülüdə olan tiryək elektron tərəzidə çəkilmiş və çəkisinin 25,90 qram olduğu müəyyən edilmiş, elektron tərəzidə çəkildikdən sonra təqdim etdiyi kütlə zərfdə qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüşdür. O, ifadəsində əlavə olaraq göstərdi ki, 2022-ci ilin sentyabr ayının sonlarında Zaqatala rayonu Muğanlı kəndi ərazisindəki çöl sahədə yabanı halda bitmiş çətənə bitkilərinin yarpaqlarını yığmış və bir hissəsini qurutmuş, üzərində aşkar edilmiş qurudulmuş marixuana həmin çətənə bitkilərinin qurudulmasından əldə etdiyi narkotik vasitədir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni şəxsi istifadəsi üçün saxlamış, üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitələrin olması barədə heç kəsin məlumatı olmamış, o, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmamış, narkotik vasitələri satış məqsədilə əldə etməmişdir. Evdən aşkar edilərək götürülmüş ov tüfəngi olan odlu silahın atəşə yararlı olduğunu bilirdi, odlu silahı tapan zaman indiki olduğu vəziyyətində idi. O, həmin odlu silahda hər hansı bir konstruktiv dəyişikliklər etməmişdir. Üzərində saxladığı tiryəki xx.xx.2022-ci il tarixdə Zaqatala rayon Lahıc kəndində yerdən tapmış, üzərində narkotik vasitə saxlamağını heç kəs bilməmiş, bu barədə heç kəsə məlumat verməmiş, narkotik vasitənin satışı ilə məşğul olmamış, üzərində aşkar edilmiş narkotik vasitə tiryəki şəxsi istifadəsi məqsədilə saxlamışdır. Əvvəllər dəfələrlə məhkum olunmuşdur. Etdiyi hərəkətlərdən peşmandır. Göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Zaqatala rayon polis şöbəsinin NMQnin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Zaqatala rayonu Lahıc kənd sakini xx.xx.1980-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və üzərində daşıması ilə bağlı şübhəli olduğu üçün o, polis leytenantı Şahid2 və polis serjantı Şahid3 tərəfindən xx.xx.2022-ci il tarixdə saat 14:30 radələrində olduğu Zaqatala rayonu Lahıc kəndi ərazisində saxlanılaraq Zaqatala RPŞ-yə gətirilmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və üzərində daşıması ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmiş, bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş Müdafiəçi ilə təmin olunmuşdur. Zaqatala rayon polis şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə baş təhqiqatçı polis mayoru Kamil Qurbanov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülməsi istintaq hərəkəti keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl baş təhqiqtaçı Kamil Qurbanov ona üzərində qanunsuz saxladığı narkotik vasitə və cinayət xarakterli digər əşyalar olduğu halda təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ cibindən 1 ədəd alışqan, sol yan cibindən isə 1 ədəd şəffaf sellafonda içərisində qurudulmuş marixuanaya oxşar kütlə təqdim etmiş və həmin kütlənin narkotik tərkibli marixuana olduğunu bildirmişdir. Həmin kütlə şəffaf selafonla birlikdə elektron tərəzidə çəkiləndə ümumi çəkisi 6,2 qram təşkil etmiş, həmin kütlə ağ rəngli zərfdə qablaşdırılaraq baş təhqiqatçı, polis mayoru Kamil Qurbanov tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs sağ arxa cibində olan 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq, 5 ədəd 1 manatlıq pul əskinazı və 8 ədəd 10 qəpiyi təqdim etmişdir. Şəxsi axtarış və götürmə zamanı 1 ədəd alışqan, 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq, 5 ədəd 1 manatlıq pul əskinazı və 8 ədəd 10 qəpik Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar olunan qurudulmuş marixuanadan başqa Zaqatala rayon Lahıc kəndində yerləşən yaşadığı evdə qanunsuz olaraq əldə edib saxladığı marixuana vardır, bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmış, üzərindən aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmış və zərfin ağzı möhürlənmiş, bundan sonra Təqsirləndirilən şəxs Zaqatala rayonu Lahıc kəndində yerləşən yaşadığı evə baxış keçirilmişdir. Həmin evin həyəti yol tərəfdən dam örtüyündən və çəpərdən hasarlanmış, çöl darvazadan həyətyanı sahəyə daxil olduqda təxminən 10 metr öndə birmərtəbəli 3 otaqdan ibarət kürsülü ev yerləşir, həmin evin girişində taxtadan qapı və taxta qapıdan içəri daxil olduqda evə çıxan pilləkən olması müşahidə olunur, həmin pilləkəni qalxdıqda sol tərəfdə mətbəx otağı və pilləkənlə üzbəüz seyf qapı yerləşir. Təqsirləndirilən şəxs seyf qapısını açarla açıb içəri daxil olmuş, evə daxil olduqda dəhlizin sol tərəfində boş otaq, dəhlizin başında isə qonaq otağı və qonaq otağının sağ tərəfində yataq otağına giriş qapısı vardır. Təqsirləndirilən şəxs yataq otağına daxil olub sol tərəfdə, otağın küncündə döşəmənin üstündə döşəklər qoyaraq özünə yataq yeri etmiş, o, döşəyin baş tərəfini qaldırıb 1 ədəd göy rəngli sellofan torbanı göstərib içərisində narkotik tərkibli marixuana olduğunu bildirmişdir. Həmin torbaya baxdıqda içərisində narkotik tərkibli marixuanaya oxşar kütlə müşahidə edilmiş və elektron tərəzidə çəkiləndə həmin torba ilə ümumi çəkisi 1,110 kiloqram təşkil etmişdir. Həmin kütlə 1 ədəd kisədə qablaşdırılaraq baş təhqiqatçı, polis mayoru Kamil Qurbanov tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz predmet, maddə və alət olub-olmaması, könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs yaşadığı evdə özünə məxsus ov tüfəngi olduğunu bildirərək həmin ov tüfəngini yataq döşəyini qaldıraraq təqdim etmişdir. Həmin tüfəng lüləsi və qundağı kəsilmiş, tək lülə, lüləsinin döşəkçəsində T59850 nömrə qeyd edilməsi müşahidə edilmiş, aşkar edilmiş ov tüfəngi 1 ədəd kisədə qablaşdırılaraq baş təhqiqatçı, polis mayoru Kamil Qurbanov tərəfindən götürülmüş və möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. O, eyni zamanda bildirmişdir ki, Zaqatala rayonu Lahıc kənd sakini xx.xx.1980-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və üzərində daşıması ilə bağlı şübhəli olduğu üçün polis baş leytenantı Şahid5 və polis baş serjantı Şahid6 tərəfindən xx.xx.2022-ci il tarixdə saat 10:50 radələrində olduğu Zaqatala şəhər ərazisində saxlanılaraq Zaqatala RPŞ-yə gətirilmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və üzərində daşıması ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmiş, bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş Müdafiəçi ilə təmin olunmuşdur. Zaqatala rayon polis şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə təhqiqatçı polis kapitanı Vüsal Əliyev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə başlanılmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl polis kapitanı Vüsal Əliyev ona üzərində qanunsuz saxladığı narkotik vasitə və cinayət xarakterli digər əşyalar olduğu halda təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən yapıştırıcı lentlə bağlamış büküm çıxarıb təqdim edərək həmin bükümdə narkotik vasitə olan tiryək olduğunu bildirmişdir. Həmin büküm açılıb içərisinə baxış keçirilərkən üzəri yapıştırıcı lentlə bağlanmış sellofan içərisində spesifik qoxulu qəhvəyi rəngli narkotik vasitə olan tiryəkə oxşar kütlə olduğu müşahidə edilmişdir. Həmin kütlənin elektron tərəzidə çəkildikdə sellofan və yapıştırıcı lentlə birlikdə ümumi çəkisinin 25,90 qram olduğu müəyyən edilmiş, elektron tərəzidə çəkildikdən sonra həmin kütlə 1 ədəd ağ rəngli zərfdə qablaşdırılıb möhürlənərək təhqiqatçı, polis kapitanı Vüsal Əliyev tərəfindən götürülmüşdür. Üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki gödəkçənin iç sağ cibindən özünə məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi, bir ədəd özünə məxsus Azərbaycan Beynəlxalq Bankının **********438277 nömrəli bank kartı və bir ədəd bank qəbzi aşkar edilmiş, aşkar edilmiş şəxsiyyət vəsiqəsi, bank kartı və qəbz Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan tiryəkə oxşar kütləni 2 gün əvvəl Zaqatala rayonu Lahıc kəndi ərazisində tapdığını və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmiş, bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş şahidlər Şahid2, Şahid4, Şahid3, Şahid5 və Şahid6 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş 24 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı ona üzərində qanunsuz saxladığı narkotik vasitə və cinayət xarakterli digər əşyalar olduğu halda təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ cibindən 1 ədəd alışqan, sol yan cibindən isə 1 ədəd şəffaf sellofanda içərisində qurudulmuş marixuanaya oxşar kütlə təqdim etmiş və həmin kütlənin narkotik tərkibli marixuana olduğunu bildirmişdir. Həmin kütlə şəffaf sellofanla birlikdə elektron tərəzidə çəkiləndə ümumi çəkisi 6,2 qram təşkil etmiş, həmin kütlə ağ rəngli zərfdə qablaşdırılaraq baş təhqiqatçı, polis mayoru Kamil Qurbanov tərəfindən götürülmüşdür. Bundan sonra, Təqsirləndirilən şəxs sağ arxa cibindən 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq, 5 ədəd 1 manatlıq pul əskinazı və 8 ədəd 10 qəpiyi təqdim etmişdir. Şəxsi axtarış zamanı 1 ədəd alışqan, 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq, 5 ədəd 1 manatlıq pul əskinazı və 8 ədəd 10 qəpik Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar olunan qurudulmuş marixuanadan başqa Zaqatala rayon Lahıc kəndində yerləşən yaşadığı evdə qanunsuz olaraq əldə edib saxladığı marixuana vardır. İş materiallarına əlavə edilmiş 24 sentyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ev Zaqatala rayon Lahıc kəndində yerləşir. Evin həyəti yol tərəfdən dam örtüyündən və çəpərdən hasarlanmış, çöl darvazadan həyətyanı sahəyə daxil olduqda təxminən 10 metr öndə bir mərtəbəli 3 otaqdan ibarət kürsülü ev yerləşir, həmin evin girişində taxtadan qapı və taxta qapıdan içəri daxil olduqda evə çıxan pilləkən olması müşahidə olunur. Həmin pilləkəni qalxdıqda sol tərəfdə mətbəx otağı və pilləkənlə üzbəüz seyf qapı yerləşir. Təqsirləndirilən şəxs seyf qapısını açarla açıb içəri daxil olmuş, evə daxil olduqda dəhlizin sol tərəfində boş otaq, dəhlizin başında isə qonaq otağı və qonaq otağının sağ tərəfində yataq otağına giriş qapısı vardır. Təqsirləndirilən şəxs yataq otağına daxil olub sol tərəfdə, otağın küncündə döşəmənin üstündə döşəklər qoyaraq özünə yataq yeri etmişdir. O, döşəyin baş tərəfini qaldırıb 1 ədəd göyrəngli sellofan torbanı göstərib içərisində narkotik tərkibli marixuana olduğunu bildirmişdir. Həmin torbaya baxdıqda içərisində narkotik tərkibli marixuanaya oxşar kütlə müşahidə edilmiş və elektron tərəzidə çəkiləndə həmin torba ilə ümumi çəkisi 1,110 kiloqram təşkil etmişdir. Həmin kütlə 1 ədəd kisədə qablaşdırılaraq baş təhqiqatçı, polis mayoru Kamil Qurbanov tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz predmet, maddə və alət olub-olmaması, könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evdə özünə məxsus ov tüfəngi olduğunu bildirərək həmin ov tüfəngini yataq döşəyini qaldıraraq təqdim etmişdir. Həmin tüfəng lüləsi və qundağı kəsilmiş, tək lülə, lüləsinin döşəkçəsində T59850 nömrə qeyd edilməsi müşahidə edilmişdir. Aşkar edilmiş ov tüfəngi 1 ədəd kisədə qablaşdırılaraq baş təhqiqatçı, polis mayoru Kamil Qurbanov tərəfindən götürülmüş və möhürlənmiş, bu barədə protokol tərtib edilmiş iştirak edən şəxslər tərəfindən heç bir ərizə və şikayət daxil olmamış və protokol iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X5 Bölməsinin 25 sentyabr 2022-ci il tarixli, 17/748 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 1(bir) ədəd predmet 16 kalibirli, “T59850” nömrəli, patronluğunun uzunluğu 70 mm olan, daxili çaxmaqlı, 1965-ci ildə Rusiyada zavod üsulu ilə istehsal edilmiş hamar təklülə odlu ov tüfəngidir, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uygunlaşdırılmış, ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyidir, odlu silah hesab edilir. MEM-in Şəki regional bölməsində müvafiq texniki şərait (tir) olmadığından ekspert qarşısında qoyulmuş “silahın texniki göstəriciləri, atəşə yararlı olub-olmaması müəyyən edilsin” sualını cavablandırmaq olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X5 Bölməsinin 25 sentyabr 2022-ci il tarixli, 17/746 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində ağ kağızda “24 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evdən bir ədəd sellofan torbada aşkar edilərək götürülmüş” sözləri, adlar və imzalar yazılmış sintetik kisənin içərisindəki sellofan torbadakı, təmiz çəkisi 1 kiloqram 85,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində kağızda “xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlə” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi-6.03 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təhqiqata təqdim olunmuş üzərində “24 sentyabr 2022-ci il tarixdə Zaqatala rayon Lahıc kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evdən bir ədəd sellofan torbada aşkar edilərək götürülmüş....” sözləri yazılmış sintetik kisənin içərisindəki sellofan torbada olan qurudulmamış marixuana və təhqiqata təqdim olunmuş üzərində “xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlə” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri narkoloji dispanserinin 05 noyabr 2022-ci il tarixli 1665 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinodlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2022-ci il tarixli, 3/1520 nömrəli rəyindən görünür ki, təhqiqata təqdim edilmiş 1 (bir) ədəd 16 kalibrili “T59850” nömrəli İJ-18” modelli silah hamar (yivsiz) lüləlidir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. İş materiallarına əlavə edilmiş 29 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl polis kapitanı Vüsal Əliyev ona üzərində qanunsuz saxladığı narkotik vasitə və cinayət xarakterli digər əşyalar olduğu halda təqdim etməsini təklif etmiş, Sərdar Ateyev əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən yapıştırıcı lentlə bağlamış büküm çıxarıb təqdim edərək həmin bükümdə narkotik vasitə olan tiryək olduğunu bildirmişdir. Həmin büküm açılıb içərisinə baxış keçirilərkən üzəri yapıştırıcı lentlə bağlanmış sellofan içərisində spesifik qoxulu qəhvəyi rəngli narkotik vasitə olan tiryəkə oxşar kütlə olduğu müşahidə edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkildikdə sellofan və yapıştırıcı lentlə birlikdə ümumi çəkisinin 25,90 qram olduğu müəyyən edilmişdir. Elektron tərəzidə çəkildikdən sonra həmin kütlə 1 ədəd ağ rəngli zərfdə qablaşdırılıb möhürlənərək təhqiqatçı, polis kapitanı Vüsal Əliyev tərəfindən götürülmüşdür. Üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki gödəkçənin iç sağ cibindən özünə məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi, bir ədəd özünə məxsus Azərbaycan Beynəlxalq Bankının **********438277 nömrəli bank kartı və bir ədəd bank qəbzi aşkar edilmiş, aşkar edilmiş şəxsiyyət vəsiqəsi, bank kartı və qəbz Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan tiryəkə oxşar kütləni 2 gün əvvəl Zaqatala rayonu Lahıc kəndi ərazisində tapdığını və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmiş, bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X5 Bölməsinin 29 noyabr 2022-ci il tarixli, 17/869 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitə olan tiryəkə bənzər kütlə” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi-23,494 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vastə-tiryəkdir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir ( İ siyahı). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Atayev X2 Rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 38-ci, 40-cı maddələri, 143-cü maddəsinin 3-cü və 4-cü hissələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Zaqatala Rayon Xalq Məhkəməsinin xx.xx.1996cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 39-cu maddəsi, 143-cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29 186.2, 66.2, 67.1, 76.6.3-cü maddələri ilə təqsirli bilinərək 4 il 5 ay 2 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 16 may 2018-ci il tarixli 1(033)-19/2018 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü və 29, 186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, yenə həmin Məcəllənin 29, 186.2.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, qismən toplanılma yolu ilə ona qəti olaraq, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1ci və 76.6.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin xx.xx.2014-cü tarixli 1(033)-25/2014 nömrəli hökmü ilə təyin olunmuş 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 02 (iki) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair Şəki Rayon Məhkəməsinin 07 iyun 2017-ci il tarixli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs hazırkı hökmü ilə təyin edilən cəzaya Şəki Rayon Məhkəməsinin 07 iyun 2017-ci il tarixli qərarına əsasən, şərti olaraq vaxtından əvvəl azad olunduğu cəzasının çəkilməmiş qalan hissəsi olan 05 (beş) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hökmlərin məcmusu qaydasında tamamilə birləşdirilməklə, onun üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş 24 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2022-ci il tarixdə saat 15:20-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 26 sentyabr 2022-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seşilmişdir. İş materiallarına əlavə edilmiş 26 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsin həbsdən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı Zaqatala RPŞ-nin X3 azad edilmiş, qərar ona 26 sentyabr 2022-ci il tarixdə saat 11:20-də elan edilmişdir. İş materiallarına əlavə edilmiş 29 noyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs 29 noyabr 2022-ci il tarixdə saat 11:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 01 dekabr 2022-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 01 dekabr 2022-ci il tarixli Təqsirləndirilən şəxsin həbsdən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı Zaqatala RPŞ-nin X3 azad edilmiş, qərar ona 01 dekabr 2022-ci il tarixdə saat 11:35-də elan edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Lahıc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmur. İş materiallarına əlavə edilmiş “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X6 tərəfindən 14 oktyabr 2022-ci il tarixdə verilmiş PHŞ/6.78-2-2022-189 nömrəli məktubdan görünür ki, Zaqatala rayon Lahıc kənd sakini xx.xx.1980-ci il təvəllüdlü Atayev X2 rayon X4 Hüquqi Şəxsin poliklinika şöbəsinin psixiatrik kabinetdə qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 1 saylı Cəzaçəkmə Müəssisəsinin 14 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində təyin olunan cəzanın müddəti başa çatdığı üçün cəza sonu ilə azad edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs oğlunun yuxarıda şərh edilən ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, həm də şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinin digər obyektiv halları ilə məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 24 sentyabr 2022-ci il tarixdə, saat 14:30 radələrində Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zaqatala rayon Lahıc kəndində saxlanılaraq Zaqatala rayon polis şöbəsinə gətirilmiş və üzərində həmin gün saat 15:37-dən 15:44-dək olan müddət ərzində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sol yan cibində bir ədəd şəffaf sellafon bükümdə 2022-ci ilin sentyabr ayının sonlarında Zaqatala rayonu Muğanlı kəndi ərazisində yabanı halda bitmiş çətənə bitkilərinin yarpaqlarını yığıb qurutmaqla qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi, üzərində saxladığı və daşıdığı şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 6,03 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmin gün saat 17:24-dan 17:43-dək olan müddət ərzində yaşadığı Zaqatala rayonu Lahıc kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən evin yataq otağındakı yastığın altında 01 ədəd göy rəngli sellofan torbada 2022-ci ilin sentyabr ayının sonlarında Zaqatala rayonu Muğanlı kəndi ərazisində yabanı halda bitmiş çətənə bitkilərinin yarpaqlarını yığmaqla qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi və həmin evdə saxladığı şəxsi istehlak miqdarından artıq, yəni 1 kq 85 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmamış marixuana və qanunsuz olaraq 2022-ci ilin iyul ayının əvvələrində Zaqatala rayonu Lahıc kəndində taparaq əldə etdiyi və həmin evdə saxladığı 16 kalibrli, “T59850” nömrəli, İJ-18 modelli, 1965-ci ildə Rusiyada zavod üsulu ilə istehsal edilmiş, daxili çaxmaqlı, hamar təklüləli, texniki cəhətdən saz vəziyyətdə olmaqla atəş açmaq üçün yararlı, konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılmış, ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyi olan odlu silah aşkar edilərək götürülmüşdür. Eləcə də Təqsirləndirilən şəxs 29 noyabr 2022-ci il tarixdə saat 10:50 radələrində Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zaqatala şəhərində saxlanılaraq Zaqatala rayon polis şöbəsinə gətirilmiş və üzərində həmin gün saat 11:36-dan 11:55-dək olan müddət ərzində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibində sellofan bükümdə 27 noyabr 2022-ci il tarixdə, saat 16 radələrində Zaqatala rayonu Lahıc kəndində yol kənarından tapmaqla təkrar qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi, üzərində saxladığı və daşıdığı şəxsi istehlak miqdarından artıq, yəni 23,494 qram çəkidə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, ekspert rəylərini, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. İş materiallarından göründüyü kimi Atayev X2 Rayon Məhkəməsinin 11 aprel 2014cü tarixli 1(033)-25/2014 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü və 29, 186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Zaqatala Rayon Məhkəməsinin 16 may 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü və 29, 186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci və 76.6.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin xx.xx.2014-cü tarixli 1(033)-25/2014 nömrəli hökmü ilə təyin olunmuş 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 02 (iki) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair Şəki Rayon Məhkəməsinin 07 iyun 2017-ci il tarixli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs hazırkı hökmü ilə təyin edilən cəzaya Şəki Rayon Məhkəməsinin 07 iyun 2017-ci il tarixli qərarına əsasən, şərti olaraq vaxtından əvvəl azad olunduğu cəzasının çəkilməmiş qalan hissəsi olan 05 (beş) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hökmlərin məcmusu qaydasında tamamilə birləşdirilməklə, onun üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir ki, bu da cinayətlərin təhlükəli residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2-ci maddəsinə əsasən cinayətlərin residivi qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin residivə görə cəzanın təyin edilməsini tənzimləyən 65.2-ci maddəsində göstərilir ki, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci və 61.1.1-ci maddələrinə əsaslanaraq, Təqsirləndirilən şəxs əməlinin cinayətin təhlükəli residivini yaratmasını onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən hallar yoxdur. Bütün bunlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 228.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, cəzasını ciddi rejimli cəza çəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut qismində Zaqatala RPŞ-nin saxlanc yerində saxlanılan iş üzrə Təqsirləndirilən şəxs üzərindən və yaşayış evindən götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 1 kiloqram 84,85 qram çəkidə qurudulmamış marixuana, qalıq qalmış 5,98 qram çəkidə qurudulmuş marixuana, qalıq qalmış 23,394 qram tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut qismində Zaqatala RPŞ-nin saxlanc yerində saxlanılan 16 kalibrili T59850 nömrəli ИЖ 18 modelli odlu silah DİN-nin Silah-Sursat Anbarına təhvil verilməlidir. İş üzrə ekspertiza xərci olan 214,76 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilən cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti cəza olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 24 sentyabr 2022-ci il tarixdən 26 sentyabr 2022-ci il tarixədək və 29 noyabr 2022-ci il tarixdən 01 dekabr 2022-ci il tarixədək tutularaq saxlanıldığı 4 (dörd) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 03 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində 01 dekabr 2022-ci il tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı tarixdən, yəni 15 fevral 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində Zaqatala RPŞ-nin saxlanc yerində saxlanılan iş üzrə Təqsirləndirilən şəxs üzərindən və yaşayış evindən götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 1 kiloqram 84,85 qram çəkidə qurudulmamış marixuana, qalıq qalmış 5,98 qram çəkidə qurudulmuş marixuana, qalıq qalmış 23,394 qram tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut qismində Zaqatala RPŞ-nin saxlanc yerində saxlanılan 16 kalibrili T59850 nömrəli ИЖ 18 modelli odlu silah DİN-nin Silah-Sursat Anbarına təhvil verilsin. İş üzrə ekspertiza xərci olan 214,76 (iki yüz on dörd manat yetmiş altı qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilsin. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar