Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-4/2024 23.01.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Bayramova Aytac Elşad qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1983-cü ildə Zaqatala rayonu Qandax kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işsiz, xx.xx.2021-ci il tarixdə Zaqatala rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli hökm dəyişdirilmədən saxlanılmış və AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü,9-cu,23-cü bəndlərinə əsasən cəzası 06 ay azaldılaraq üzərində 06 ay A.M.E cəzası saxlanımış, cəzasının sonu ilə xx.xx.2022-ci il tarixdə azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya üzərindən götürülməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, və xx.xx.1978-ci ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, evli, işsiz, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3rəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrin dair cinayət işinə 23 yanvar 2024-cü il tarixdə saat 16:30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə toplanmış istintaq sübutları ilə təqsirləndirilir ondan ötrü ki, o, silah qismində istifadə olunan əşyadan istifadə edib, qabaqcadan əlbir olmuş bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törətməklə xuliqanlıq etmişdir. İstintaq orqanının gəldiyi nəticəyə əsasən, Təqsirləndirilən şəxs1 alkoqol sərxoşluğu vəziyyətində Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə əsaslı səbəb olmadığı halda, yəni dostları X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 v ə 313-cü maddələri ilə təqsirləndirilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin icraatında olan ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs olmasından bəhanə kimi istifadə edib, 26 iyun 2023-cü il tarixdən 27 iyun 2023-cü il tarixə keçən gecə sonuncunun sakini olduğu Zaqatala şəhəri, Füzuli küçəsinə gələrək həmin küçədəki 4 saylı evdə yaşayan Zərərçəkmiş şəxs qışqıraraq küçəyə çağırmış, sonuncu ilə birlikdə ailəsi, eləcə də həmin küçədə qonşuluqda qardaşlarının yaşamalarına, əhalinin sıx məskunlaşmasına məhəl qoymayaraq ətrafdakılara özlərinin üstünlüyünü və müstəsna şəxsiyyət olduqlarını göstərmək məqsədilə evindən küçəyə çıxmış Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər işlədib ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, habelə yumruq və təpiklərlə, eləcə də Təqsirləndirilən şəxs2 qəsdi və belə bir niyyəti olmadığı halda üzərində gəzdirdiyi – silah qismində istifadə edilən, istintaqa məlum olmayan küt əşya ilə çoxsaylı zərbələr endirib təpə nahiyəsində və alt dodağında bir ədəd əzilmiş yaralar, baş beyin silkələnməsi xarakterli, birlikdə və ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya, sağ gicgah nahiyəsində bir ədəd, ənsə nahiyəsində bir ədəd, sağ baldırında üç ədəd və sol baldırında üç ədəd sıyrıq xarakterli, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirib üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olmuş bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törətməklə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 alkoqol sərxoşluğu vəziyyətində Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə əsaslı səbəb olmadığı halda, yəni dostları X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 v ə 313-cü maddələri ilə təqsirləndirilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin icraatında olan ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs olmasından bəhanə kimi istifadə edərək 26 iyun 2023-cü il tarixdən 27 iyun 2023-cü il tarixə keçən gecə sonuncunun sakini olduğu Zaqatala şəhəri, Füzuli küçəsinə gələrək həmin küçədəki 4 saylı evdə yaşayan Zərərçəkmiş şəxs qışqıraraq küçəyə çağırmış, sonuncu ilə birlikdə ailəsi, eləcə də həmin küçədə qonşuluqda qardaşlarının və digər qonşularının yaşamalarına, əhalinin sıx məskunlaşmasına məhəl qoymayaraq ətrafdakılara özlərinin üstünlüyünü və müstəsna şəxsiyyət olduqlarını göstərmək məqsədilə evindən küçəyə çıxmış Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər işlədib ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, habelə yumruq və təpiklərlə qəsdən çoxsaylı zərbələr endirib təpə nahiyəsində və alt dodağında bir ədəd əzilmiş yaralar, baş beyin silkələnməsi xarakterli, birlikdə və ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya, sağ gicgah nahiyəsində bir ədəd, ənsə nahiyəsində bir ədəd, sağ baldırında üç ədəd və sol baldırında üç ədəd sıyrıq xarakterli, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirib üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o Raminlə bir yerdə oturub yeyib-içmişdir. Daha sonra siqaretinin olmadığı bildirmiş, siqaret almaq üçün mağazaya düşmüşlər. Mağazaya gedərkən Ramin qabaqda olmuş, o isə arxadan gələrək elə bilmişdir ki, onlar mağazaya gedirlər. Onun həmin vaxt İsagilə getmək fikri olmamışdır. Ramin ondan xeyli aralı getdiyi üçün o, bir də görmüşdür ki, Ramin dalaşır . Ramin İsanı bəlkə də çağırmış amma o eşitməmişdir. Onun İsa olmasını da sonra bilmişdir. Ayırmaq niyyəti ilə yanlarına getmiş və elə ayırmaq niyyəti ilə də Raminə vurmuşdur, dalaşdıqları üçün ola bilsin İsaya da dəymişdir. Daha sonra qadınlar çıxmış, qonşular çıxıbsa da bilmir. O ümumiyyətlə bilməmişdir ki, Ramin dalaşmağa gedib, elə bilmişdir ki, mağazaya gedirlər, sadəcə olaraq Ramin qabaqda gedirmiş. Raminin belə bir fikri olduğundan onun xəbəri olmamışdır. İsanı o, Zaqataladan olan yerlisi kimi tanımış, salam-sağolu olmuşdur. Onun əlində heç bir əşya olmamışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq vaxtı verdiyi ifadəsindən məlum olur ki, o, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində ünvan 4 ünvanında yaşadığı evdə olarkən tanışı Ramin ona zəng vuraraq “Dədə Qorqud” adlanan yerə çağırmış və o, Raminin yanına getmişdir. Orada dükandan hərəsinə 2 ədəd “Go” adlı spirtli içki alıb içmiş və sonra onun Vaqif adlı tanışı onlara yaxınlaşmışdır. Daha sonra üçü Car kəndində yerləşən “Ləzzət” adlı restorana getmiş və orada yeyib-içmişlər. Təxminən saat 23:30 radələrində onlar şəhərə qayıtmış və Vaqif onlardan ayrılıb evinə getmişdir. Raminlə o şəhərin “Meydan” adlanan yerinə gəlib mağazadan hərəsinə 2 ədəd “Go” adlı spirtli içki almış və həmin dükanda siqaret olmadığı üçün onlar ara küçələrlə “Balakən qapı” adlanan yerdə Samir adlı şəxsin işlətdiyi dükana getmək qərarına gəlmişlər. O, içkili olduğu üçün özünü narahat hiss etmiş və yavaş hərəkət etməyə çalışmışdır. Ramin ondan bir neçə metr qarşıda getmişdir. Ramin hazırda fəaliyyət göstərməyən köhnə yanğın söndürmə məntəqəsinin qarşısını keçib dayanmış, o da Raminin dayandığını görüb dayanmışdır. Daha sonra isə Ramin kiminləsə dalaşdığını görmüş və həmin vaxt qaranlıq olduğu üçün o, Raminin dalaşdığı şəxsi tanımamışdır. O, həmin şəxslərə yaxınlaşıb ayırmaq istəmiş, lakin ayıra bilmədiyini görüb yumruqla hər ikisinə vurmağa başlamışdır. Daha sonra ora bir-iki qadın gəlmiş və onlar mübahisəni dayandırıb oranı tərk etmişlər. Onlar oradan uzaqlaşdıqdan sonra o, Ramindən kimlə və nə üçün dalaşdığını soruşduqda Ramin makler kimi tanınan İsa ilə dalaşdığını və dalaşmasına səbəb İsanın ona Şəki Məhkəmə Kompleksində “fahişə” deməsi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 əlavə olaraq bildirmişdir ki, 1955-ci il təvəlldülü anası X12 1-ci qrup əlildir və onun himayəsindədir . Etdiyi əməldən peşmandır. Suallara cavab olaraq Təqsirləndirilən şəxs1 mübahisə zamanı əlində hər hansı kəsici, deşici və bərk predmet olmadığını, Raminlə İsanın mübahisə etdiyi yerə yaxınlaşan zaman şalvarının remeni olmadığı və ip ilə bağlandığı üçün şalvarının düşməməsi üçün ipini düzəltdiyini, İsanın baş nahiyəsinə yumruq zərbələri ilə vuran zaman əlinin bükülərək yumruq formasında olması videogörüntüdə görünən parıldayan əşyanın qolundakı saatın olduğunu, mübahisədən sonra gedərkən arxa tərəfdən görüntüdə hər iki əli ilə şalvarının düşməməsi üçün ipini düzəltdiyini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, bir neçə ay əvvəl Şəki Apellyasiya Məhkəməsinə getmişdir. İcrada işi olmuşdur. Zaur adlı şəxslə qarşılaşmış yol yoldaşı kimi onunla getmişdir. Həmin gün Zaur və İsanın məhkməsi olmuş, vaxtının olması səbəbindən oturub qulaq asmışdır. Məhkəmədən çıxanda İsa ilə oğlu ona yaxınlaşmış, vəkil də hardasa 20 metr kənarda üzü onlara tərəf baxırmış, İsanın oğlu əlini onun çiyninə qoyaraq nalayiq ifadələr işlətmiş, telefon nömrəsini də götürmüşlər, öz vəkilləri də kənardan baxırmış. Hadisə günü içkili olduğu üçün həmin insident yadına düşmüşdür. O, özünü təqsirli bilir, İsa nalayiq ifadələr işlətdiyi üçün vurmuşdur. Rəşad isə onu ayırmaq üçün ona vurmuşdur. O, ifadəsində daha sonra bildirmişdir ki, İsa və oğlu ilə aralarında heç bir düçmənçilik və ədavəti olmamışdır. Zaurla isə vəkil Müdafiəçi1 ofisində tanış olmuşdur. Belə ki, Samir müəllim başqa bir işdə onun vəkili olmuşdur. Hadisə vaxtı onlar işçkili olmuşlar. O da Rəşad da çox içmişlər. Belə ki, araq və spirtli içki olan “Go” içkisini, qatmışlar. “Go” işkisi onun əlində olmuş, hadisə zamanı qapının qabağına qoymuş, gedərkən də götürmüşdür. Hadisə vaxtı Rəşadın əlində heç bir əşya olmamışdır. Samirin mağazsına tərəf gedəndə, birdən yadına düşmüşdür ki, o, İsanı çağırmışdır ki, görüşüb Şəkidəki hadisəni aydınlaşdırsın. Bu zaman İsa maşından düşüb, tam qarşısına çıxmışdır, əgər İsa qarşısına çıxmsaydı o çıxıb gedəcəkdi. İsa dodağının altıdan nalayiq ifadələr işlədərək gəlmiş, o da içkili olduğu üçün onu vurmuşdur. Peşmandır, ağsaqqal adamdır gərək vurmayaydı, söhbət edərdi. Onu İsanın oğlu söymüşdür, içkili olduğu və İsa qarşısına çıxdığı üçün onu vurmuşdur. İsa isə onu evinin qarşısında onu gecə çağırdığı üçün söymüşdür. Həmçinin hadisə zamanı əlində heç bir əşya olmamışdır. Aralarındakı dava 5-10 saniyə çəkmişdir. İsaya zərbələri sadəcə o vurmuşdur. Evdən iki qadının çıxdığını görüb onlar getmişlər. Qonşular da hadisə vaxtı orda olmuşlar. Ümumiyyətlə ora gedəndə İsanı döymək fikri olmamışdır. Rəşad isə heç nə bilməmişdir. O özünü təqsirli bilir. Həmçinin söyüş olmasaydı, bunlar olmayacaqdı. Peşmandır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq vaxtı verdiyi ifadəsindən məlum olur ki, təxminən 20 gün bundan öncə ona məxsus torpaq sahəsi ilə əlaqədar çıxarılmış qərarın icra edilməməsi səbəbilə əlaqədar şikayət etmək üçün Şəki probasiya şöbəsinə getmiş və oradan da Şəki Apelyasiya Məhkəməsinin dəftərxanasından tanışının xahişi ilə qətnamə götürməli olmuşdur. O orada Zaqatala rayon sakinləri İsa və Zauru görmüşdür. O, Şəki şəhərindən Zaqatala şəhərinə qayıtmaq üçün Zaurdan onu da aparmasını xahiş etmişdir. Zaur da bildirmişdir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosessi var, orada iştirak etdikdən sonra apara bilər. O məhkəmə prosesinin açıq şəkildə aparıldığını görüb Zauru gözlədiyi üçün məhkəmə prosesində iştirak etmişdir. Həmin prosesdə zərərçəkmiş qismində iştirak edən Zərərçəkmiş şəxs prosesdən sonra məhkəmə binasının həyətində oğlu Elmir ilə ona yaxınlaşmış və ona “fahişənin prosesində iştirak etməyə gələn özü fahişədir” demişdir. O İsa ilə Elmirdən nizam-intizamlı olmalarını tələb etmiş və həmin vaxt Elmir ondan telefon nömrəsini götürmüş və “zəng vuracam danışarıq” deyərək getmişdir. Sonra nə İsa nə də ki oğlu Elmir ona zəng vurmamışdır. Daha sonra o, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Yuxarı Tala kənd sakini “Rıjı” ləqəbli Vüqar adlı tanışı və həmin vaxt Vüqarın yanında olan tanımadığı digər iki nəfərlə Zaqatala rayonu Danaçı kənd avtomobil yolunun üzərində yerləşən Həsrət adlı şəxsə məxsus kafeyə yeyib-içməyə getmışdir. Saat 16:00 radələrinədək həmin kafedə yeyib-içdikdən sonra o, Vüqarla şəhərə qayıtmışdır. Şəhərə qayıdıb Vüqarla "Görüş” adlanan kafedə oturub pivə içmış və Vüqar pivə içdikdən təxminən 30 dəqiqə sonra çıxıb getmışdır. O, saat 19:00 radələrinədək “Görüş” adlanan kafedə tək oturmuş və sonra həmin kafedən çıxıb Çingiz Atalov küçəsi ilə Faiq Əmirov küçəsinin kəsişməsində yerləşən Məhəbbət adlı qadının işlətdiyi çayxanaya getmişdir. Həmin çayxanada saat 21:00 radələrinədək oturmuş və çayxanaya gələn tanımadığı müxtəlif şəxslərlə domino oynamışdır. Daha sonra oradan çıxıb təxminən saat 22:00 radələrində şəhərin “Dədə Qorqud" meydanı adlanan yerinə getmiş və zəng vurub “Bandit” ləqəbli Rəşad adlı tanışını “Dədə Qorqud” meydanına çağırmışdır. Orada Rəşadla hərəsinə 2-3 ədəd “Go” adlı spirtli içki içmiş və sonra Rəşadın Vasif adlı tanışı onlara yaxınlaşmış və onlar Car kəndində yerləşən “Ləzzət” adlı restorana getmişlər. Orada yemək yeyib spirtli içki içdikdən sonra saat 23:30 radələrində şəhərə qayıtmışlar. Vasif onlardan ayrılıb evinə getmişdir. Rəşadla o şəhərin “Meydan” adlanan yerinə gəlib mağazadan hərəsinə 2 ədəd “Go” adlı spirtli içki almışdır. Həmin vaxt o, İsa ilə Elmirin ona Şəki Ağır Cinayətlər məhkəməsinin həyətində “fahişə” deməsini xatırlamış və gedib İsa ilə Elmiri döymək qərarına gəlmişdir. Lakin bu barədə Rəşada deməmışdır. Sonra Rəşadla o, İsanın yaşadığı Fizuli küçəsinə getmiş. Rəşad özünü narahat hiss etdiyi üçün ondan biraz geridə gəlmiş, o Rəşaddan öncə təxminən saat 23:45 radələrində İsanın evinin yerləşdiyi küçəyə çatmışdır. O yol kənarında dayanmış avtomobillərin araxasına keçib İsanın və ya Elmirin küçəyə çıxmasını gözləməyə başlamış və bir müddət gözlədikdən sonra İsanı evdən küçəyə çağırmaq qərarına gəlmişdır. O, İsanın evinin qarşısına gəlmiş və küçədə dayanıb "İsa” deyərək qışqırmışdır. Rəşad həmin vaxt ondan təxminən 20 metr kənarda dayanmışdır. İsa onun səsini eşidib küçəyə çıxmış və ona yaxınlaşmışdır. Yaxınlaşdığı zaman o, İsaya heç nə demədən onun sifət nahiyəsinə bir dəfə yumruqla vurmuş və İsa həmin vaxt açıq vəziyyətdə olan darvazadan qonşusunun həyətinə keçmışdır. O, İsanın arxasınca həyətə daxil olub orada İsanın sifət və baş nahiyəsinə yumruqla vurmuşdur. İsa həmin vaxt dizləri üstə yerə çökmüş, sonra Rəşad həmin vaxt həyətə daxil olmuş və Rəşadla o həyətdə İsaya yumruq təpik zərbələri vurmuşdur. Səs-küyə qonşuların həyətə çıxdığını görüb Rəşadla oradan uzaqlaşmışdır. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində yaşadığı evdə olduğu zaman arvadı Şahid2 ona bildirmişdir ki, kimsə küçədə onun adını çəkərək çağırır. O, dərhal yaşadığı evdən qapının qarşısına çıxmış və xx.xx.2023-cü il tarixdə Şəki Ağır Cinayətlər məhkəməsində ona qarşı dələduzluq etdiyinə görə Azərbaycan Respublikasının CM-178.3.2-cü maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmiş X14 məhkəməsinin hazırlıq iclasında onun yanında oturan Ramin adlı şəxsin həmin küçədə yerləşən digər evinin qapısını döyürək onun adını çağırdığını görmüşdür. Bu zaman Ramin ona tərəf gələrək “Zaurdan salamlar” deyib onun sifət nahiyəsinə yumruqla vurmuşdur. Ramin onu yumruqla vuran zaman o, qardaşları Arif və Bayramın birgə yaşadığı evin həyətinə yıxılmışdır. Bu zaman Ramin nalayiq söyüşlər söyərək onun baş və bədəninə yumruq və təpiklərlə zərbələr vumuş, o, yerə yıxıldıqdan sonra zərbələrdən özünü qorumaq məqəsədilə əlləri ilə baş nahiyəsini qucaqlamışdır. Daha sonra o, başqa bir şəxsin də onun baş və bədən nahiyyəsinə bərk predmetlə zərbələr endirdiyini hiss etmişdir. Səs-küyə öncə qardaşı Abdullayev Bayramın arvadı Şahid3, sonra isə digər qardaşı Şahid1, daha sonra isə qardaşı Bayram da çölə çıxmışdır. Bu zaman Ramin və onu döyən digər şəxs ondan əl çəkib çıxıb getmiş və o, xəsarət aldığı üçün arvadı Şahid2 DİN-in “102” xidmətinə və təcili tibbi yardıma müraciət etmişdir. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs hadisənin öncə qardaşları Arif və Bayramın yaşadığı evin qarşısında, sonra isə onların həyətinin girişində təxminən 4-5 dəqiqə davam etdiyini, hadisə zamanı əlləri ilə zərbələrdən özünü qorunmaq üçün baş nahiyəsini qucaqladığı üçün hadisəni kiminsə görüb-görmədiyini, lakin hadisədən sonra ətrafında qardaşı Bayram və arvadı Sevinc, digər qardaşı Arif, arvadı Gülnaz olduğunu görmüş, Şəki Ağır Cinayətlər məhkəməsinin həyətində nə o, nə də ki oğlu Raminə “fahişənin prosesində iştirak etməyə gələn özü fahişədir” sözlərini demədiyini bildirmişdir. Hazırda o, təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı şikayət və tələbi yoxdur, nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, qaynı İsa onun yaşadığı evin qonşuluğunda yaşayır. xx.xx.2023-ci il tarixdə saat 23:55 radələrində yaşadığı ünvanda yatarkən darvazanın bərkdən çırpıldığını və səs-küyün gəldiyini eşitmişdir. O, dərhal yerindən durub çölə çıxmış və yaşadığı evin həyətində içəri tərəfində darvazanın yanında tanımadığı iki nəfər şəxsin qaynı İsanın baş və bədənin müxtəlif nahiyələrinə təpik və yumruqlarla zərbələr vurduğunu görmüşdür. O, dərhal qışqırmış və həmin şəxslər onu görən kimi İsanı döyməyi dayandırıb darvazadan çölə çıxmışlar. Həmin şəxslərdən birinin əlində dəqiq görmədiyi parıltılı nəsə olmuş və o, həmin şəxsin əlindəki parıltılı olan əşyanı ön tərəfdən kəmərinin yanına yerləşdirdiyini görmüşdür. O, qapıdan çölə çıxanda İsanın arvadı Gülnaz da onun qarşısına çıxmışdır. Gülnaz dərhal ona polisə məlumat verməsini demişdir. Həmin şəxslər gedən zaman onlardan biri əlində boş içki qabını onların üstünə atmış və həmin şəxslər getdikdən sonra hadisə yerinə digər qaynı Arif də çıxmışdır. Daha sonra o TTYS-na, Gülnaz isə polisə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, qonşuluğunda Füzuli 6 ünvanında qaynı Bayram, Füzuli 6A ünvanında isə digər qaynı Şahid1 yaşayır. Yaşadığı evin yanındakı darvazadan içəri daxil olduqda qaynları Bayramla Arifin birgə istifadə etdikləri kiçik həyət vardır və həmin həyətə daxil olduqda sol tərəfdə Füzuli 6 ünvanında Bayramın, sağ tərəfində Füzuli 6 A ünvanında isə Arifin evi yerləşir. Hər iki evin həyət darvazası birgə istifadə etdikləri həyətdəndir. 26.06 2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 00 radələrində küçədə “İsa” deyərək qışqıran səs olduğundan əri İsa evdən küçəyə çıxmış. İsa küçəyə çıxdıqdan təxminən bir neçə dəqiqə sonra Bayramla Arifin birgə istifadəsində olan həyətdə İsanın qışqıraraq qardaşı Bayramı səslədiyini eşitmiş və buna görə evdən küçəyə çıxaraq İsanın olduğu Bayramla Arifin birgə istifadəsində olan həyətə getmişdir. O həmin vaxt küçədə Bayramla Arifin birgə istifadəsində olan həyətin darvazasının qarşısında X5 olduğunu görmüş və Bayramla Arifin birgə istifadə etdikləri həyətə doğru qaçdığı zaman X39 küçəsi istiqamətində addımlamağa başlamışdır. O Bayramla Arifin birgə istifadəsində olan həyətin darvazasının qarşısına çatdığında həyətdən küçəyə adlarını sonra bildiyi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onların arxasınca isə Sevincin çıxdığını görmüşdür. Raminlə Rəşad piyada Şəhriyar küçəsi istiqamətində getmişdirlər. Bayramla Arifin birgə istifadəsində olan həyətə daxil olduğu zaman İsanının sifət və baş nahiyəsində xəsarətlər olduğunu görmüş. O dərhal DİN-nin “102” xidmətinə və təcili tibbi yardıma müraciət etdim Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, qardaşı İsa ailəsi ilə birlikdə onların yaşadığı evin qonşuluğunda yaşayır. Digər qardaşı Bayram isə ailəsi ilə birlikdə onunla eyni həyətdə ayrı-ayrı mənzillərdə yaşayır. xx.xx.2023-ci il tarixdə saat 00 radələrində yaşadığı ünvanda yatmağa hazırlaşırmış və evin işıqlarını söndürüb həyətin işıqlarını söndürmək üçün həyətə çıxanda qardaşı Bayramın arvadı Sevincin qışqırdığı eşitdir. O, elə zənn etmişdir ki, Sevinc kimləsə yüsək səslə danışır. O həyətin işığını söndürməyə gedən zaman Sevincin yaşadığı evin darvazasının bərkdən çırpıldığını eşitmiş və o dərhal onun yaşadığı həyətdən qardaşı ilə onun yaşadığı ümumi həyətə çıxmışdır.O həyətə çıxan zaman görmüşdür ki, qardaşı ümumi həyətin qapısının içəri tərəfində yerdə oturub və baş və ağız nahiyyəsində qan izləri görmüşdür. Daha sonra isə həyətdən çölə çıxdıqda İsanın arvadı Gülnazı və Bayramın arvadı Sevinci həyətin çöl tərəfində görmüşdür. O onlardan nə baş verdiyini soruşduqda onlar bildirmişdirlər ki, iki nəfər tanımadıqları şəxs İsanı döyüb getmişdirlər. Daha sonra gəlinlər bu barədə polisə məlumat vermiş. O hadisənin necə baş verdiyini və kimlər tərəfindən törədildiyini görməmişdir və dəqiq məlumatım yoxdur. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis şöbəsinin, İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X18 tərəfindən qəbul edilmişi 13 iyul 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 27 iyun 2023-cü il tarixli 268 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs2 orta dərəcəli sərxoş olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 177 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-təpə nahiyəsində və alt dodağında 1 (bir) ədəd əzilmiş yaralar, baş beyin silkələnməsi, sağ gicgah nahiyəsində 1 (bir) ədəd, ənsə nahiyəsində 1 (bir) ədəd, sağ baldırında 3 (üç) ədəd və sol baldırında 3 (üç) ədəd sıyrıqlar - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcə də yardım üçün Zaqatala RMX-ya müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə, təpə nahiyəsində və alt dodağında əzilmiş yaralar, baş beyin silkələnməsi birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, sağ gicgah, ənsə nahiyələrində, sağ və sol baldırlarında olan sıyrıqlar isə birlikdə və avrı-ayrılıqda sağlamlığa ZƏRƏR VURMAYAN xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş 14 iyul 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1958-ci il təvəllüdlü, ünvan 9 ünvanında yaşayan Zərərçəkmiş şəxs qismində tanınmışdır. Qərar zərərçəkmiş şəxsə elan edilməklə, hüquq və vəzifələri izah olunmaqla, qərarın surəti ona təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş 14 iyul 2023-cü il tarixli “zərərçəkmiş şəxsin nümayəndəsinin tanınması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs nümayəndəsi qismində Nümayəndə tanınmış, ona hüquq və vəzifələri izah edilmişdir. İş materiallarına əlavə edilmiş 14 iyul 2023-cü il tarixli “diskin məzmununa baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, diskin içərisində 04 ədəd videogörüntü faylı mövcuddur. Qeyd edilən videogörüntülərə baxış zamanı müəyyən edilmişdir ki, 01 adlı 57 saniyəlik videogörüntüdə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs məxsus digər yaşadığı evin qapısını döydüyü, daha sonra Zərərçəkmiş şəxs yaşadığı evdən çıxaraq Təqsirləndirilən şəxs2 tərəf getdiyi və onların birlikdə kamera görüntüsünün görüntü dairəsindən çıxaraq ağacın arxasına keçdiyi müşahidə olunmuşdur. 02 adlı 01 dəqiqə 22 saniyəlik videogörüntüdə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qardaşları Arif və Bayramın yaşadığı evin qarşısından keçərək getdiyi, onun arxası ilə Təqsirləndirilən şəxs1 gələrək İsanın qardaşlarının yaşadığı evin qarşısında ağacın arxa hissəsində dayandığı və bir neçə saniyə sonra Rəsul adlı şəxsin oradan keçən zaman Rəşadın onu yanına çağıraraq bir neçə saniyə söhbət etdiyi, daha sonra Rəşadın Rəsulun yanından ayrılaraq İsanın qardaşlarının yaşadığı evin qapısına yaxınlaşdığı və yaxınlaşan zaman sağ əli ilə kəmərinin sol tərəfindən nəsə götürdüyü, onun arxası ilə Rəsulun gələrək qapıya yaxınlaşmadan düz getdiyi müşahidə olunmuşdur. 03 adlı 23 saniyəlik videogörüntüdə 02 adlı videogörüntünün ardı olaraq Rəsulun İsanın qardaşlarının evinin qarşısından keçib gedən zaman Ramin və Rəşadın geri qayıdaraq çıxıb getməsi və onların arxası ilə İsanın arvadı Gülnaz və Bayramın arvadı Sevincin çıxaraq nəsə deyərək hərəkət etməsi və bu zaman Raminin arxaya çönərək əlində olan “Go” spirtli içkinin boş qabını atması müşahidə olunmuşdur. 04 adlı 04 dəqiqə 28 saniyəlik video görüntüdə İsanın qardaşları Arif və Bayramın yaşadığı evin həyətinin içəri tərəfində Ramin və Rəşadın İsanı təpik və yumruqlarla vurduqları, Rəşadın sol əlində siqaret olduğunu, sağ əli ilə isə İsanın başına və bədəninin müxtəlif nahiyyələrinə sağ əlindəki naməlum predmeti əlində saxlayaraq həmin əlini yumruq formasında saxlamaqla İsanın başına zərbələr vurduğu müşahidə olunmuşdur. Baxış keçirilən 01 ədəd disk qablaşdırılaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 14 iyul 2023-cü il tarixli “üzləşdirmə aparmaq haqqında” protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə şahid Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. İş materiallarına əlavə edilmiş 15 iyul 2023-cü il tarixli “məcburi gətirmə haqqında” qərardan görünür ki, cinayət işi üzrə xx.xx.1983-cü ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, rəsmi işsiz, ünvan 4 ünvannda yaşayan Təqsirləndirilən şəxs1 dindirilməsi və digər istintaq hərəkətlərinin aparılması zərurəti yarandığıdan məcburi qaydada Zaqatala RPŞ-nin İB-nə gətirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 17 iyul 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, icraatda olan ********* nömrəli cinayət işi üzrə təaqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və həmin maddədə nəzərdə tutulan ittihamın ona elan edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 17 iyul 2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarışın elan edilməsi haqqında” qərardan görünür ki, xx.xx.1983-cü ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmuş, rəsmi işsiz, ünvan 4 ünvannda yaşayan, barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar çıxarılmış Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilməsi və tutulacağı təqdirdə Zaqatala RPŞ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 29 iyul 2023-cü il tarixli “könüllü təqdim edilmiş əşyanın götürülməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən könüllü təqdim edilmiş “Go” spirtli içkinin qutusu protokol tərtib olunaraq götürülmüşdür. İş materiallarına əlavə edilmiş 15 avqust 2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Rəsulov X22 rayon ərazisində tutularaq Zaqatala RPŞ-yə gətirilmiş və MSY-yə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 16 avqust 2023-cü il tarixli “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs xx.xx.1983-cü ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkum olunmuş, rəsmi işsiz, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 02-Ə saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş, xx.xx.2023-cü il tarixli 177 nömrəli rəydə göstərilən xəsarətlər ekspertizaya təqdim edilmiş içki qabı (banka) ilə yetirilməyə az inandırıcıdır. Odur ki, həmin xasarətlərin yetirilmə mexanizminin istintaq orqanı tərəfindən araşdırılması daha məqsədə uyğundur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X40 “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş 21 avqust 2023-cü il tarixli PHŞ-6-78/2-934/2023 saylı məktubdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü ünvan 10 ünvanda yaşayan Rəsulov X22 RMX PHŞnin Psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X40 “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş 21 avqust 2023-cü il tarixli PHŞ-6-78/2-933/2023 saylı məktubdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü ünvan 12 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şərifov X20 RMX PHŞ-nin Psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala Rayon Zaqatala Bələdiyyəsi tərəfindən verilmiş 22 avqust 2023-cü il tarixli 382 saylı xasiyyətnamədən görünür ki, ünvan 13 ünvanda yaşayan Təqsirləndirilən şəxs1 barəsində yaşadığı ərazidən Zaqatala Bələdiyyəsinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala Rayon Zaqatala Bələdiyyəsi tərəfindən verilmiş 22 avqust 2023-cü il tarixli 380 saylı xasiyyətnamədən görünür ki, ünvan 12-da yaşayan Təqsirləndirilən şəxs2 barəsində yaşadığı ərazidən Zaqatala Bələdiyyəsinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Şərifov X20 Rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 213-cü maddəsinin 2 hissəsi; 41-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına 01 (bir) il müddətə şərti sınaq müddəti ilə məhkum edilmiş, Şərifov X20 Rayon Məhkəməsinin 29 avqust 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 1120 saylı “ Əfv” sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə hökm dəyişdirilib və Cinayət Məcəlləsinin 221.3-cü maddəsidən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş və 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildən həbsdə olması nəzərə alınaraq cəza müddəti bitdiyinə görə məhkəmə zalından azad edilmişdir. Rəsulov X22 Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 69.3cü, 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 3 (üç) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Rəsulov X27 Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə hökm ləğv edilib, cinayət işi yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2021-ci il tarixli hökm dəyişdirilmədən saxlanmışdır. Rəsulov X22 rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 69.3-cü, 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli hökm dəyişdirilmədən saxlanılmış və AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4,9,23 bəndlərinə əsasən cəzası 06 ay azaldılaraq üzərində 06 ay A.M.E cəzası saxlanımış, cəzasının sonu ilə xx.xx.2022-ci il tarixdə azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya üzərindən götürülməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5-82-12/2-1030/23 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibi arvadı, iki oğlu və bir qızından ibarətdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon VVADQ şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 ilə X15 06 oktyabr 1997-ci ildə nikahlarını bağlamışdırlar. Nikahdan sonra ərə Şərifov, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə doğulmuş X21 atası Təqsirləndirilən şəxs2, anası X7r. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, xx.xx.2005-ci il tarixdə doğulmuş X16 atası Təqsirləndirilən şəxs2dur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5-82-12/2-1134/23 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi anası, arvadı, bir oğul evladdan ibarətdir. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-nın Yuxarı Tala kənd inzibati ərazi idairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə doğulmuş X3 atası X8, anası X9r. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə X17 xx.xx.2021-ci ildə nikahlarını bağlamışdırlar. Nikah bağlandıqdan sonra ərə Rəsulov, arvada Rəsulova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(033)-33/2021 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs1 22 yanvar 2021-ci il tarixdən 22 aprel 2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 03 (üç) ay həmin cəzadan çıxılmış və onun üzərində qəti cəza olaraq 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 29 avqust 2014-cü il tarixli 1(033)-23/2014 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancının 20 (iyirmi) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, məhkum Təqsirləndirilən şəxs2 2013-cü il sentyabrın 21-dən 23-dək tutulub saxlanıldığı cəmi 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən islah işləri cəzasının müddətinə bir günə üç gün hesabı ilə hesablanaraq, həmin cəzadan çıxılmış və ona qəti olaraq qazancının 20 (iyirmi) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla, 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə islah işləri cəzası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş 08 sentyabr 2023-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsinə əsasən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmişdir. İş materiallarına əlavə edilmiş 11 sentyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, icraatda olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. İş materiallarına əlavə edilmiş 11 sentyabr 2023-cü il tarixli “qətimkan tədbirinin dəyişdirilməsinə dair” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri növü ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş 13 sentyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş 13 sentyabr 2023-cü il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki,230410035 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs xx.xx.1978-ci ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu qanunla müəyyən edilmiş qayda da ödənilmiş, orta təhsilli, evli, işsiz, ünvan 14 ünvanında qeydiyyatda olmaqla, Zaqatala şəhəri, F.Əmirov 37, ev 20 ünvanında kirayə yaşayan Təqsirləndirilən şəxs2 barəsində “ polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 3 saylı X6 tərəfindən verilmiş 14 sentyabr 2023-cü il tarixli 3-17-1/2-211905/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 İlaqr oğlu İ dərəcəli əlilliyi olan şəxsə (anası-X12) qulluq etdiyinə görə 100 manat (bir yüz manat) Prezident təqaüdü alır. Müddət: Daimi İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(107)-175/2022 saylı qərarından görünür ki, Dövlət ittihamçısı, ədliyyə müşaviri X26 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsinə və X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Balakən Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 1(019)-14/2021 saylı hökmü baraət verilmiş şəxs Təqsirləndirilən şəxs1 münasibətdə dəyişdirilmədən saxlanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala rayon Zaqatala Bələdiyyəsi tərəfindən verilmiş 11 sentyabr 2023-cü il tarixli 406 saylı xasiyyətnamədən görünür ki, ünvan 16 ünvanda yaşayan Zərərçəkmiş şəxs barəsində yaşadığı ərazidən Zaqatala Bələdiyyəsinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş 29 sentyabr 2023-cü il tarixli “diski məzmununa baxış keçirilməsi barədə” protokoldan görünür ki, baxış zamanı həmin disk xidməti otaqda olan "Fujitsu" markalı notbukun disk oxuyucu qurğusuna daxil edilmiş və kompüterin yaddaşında olan "KMplayer" proqramından istifadə edilməklə diskin məzmununda olan 01 ədəd video görüntülərə baxış keçirilmişdir. VİD-20230922-VA0005 adlı 52 saniyəlik video görüntünün 43-cu saniyəsində havanın gündüz vaxtı Zaqatala şəhəri, "Kapital Bank"ın qarşısında dayanan dövlət qeydiyyat nişanı və markası dəqiq bilinməyən X19 məxsus olduğunu Zərərçəkmiş şəxs iddia etdiyi tünd bənövşəyi rəngli nəqliyyat vasitəsinə Təqsirləndirilən şəxs2 yaxınlaşaraq əyləşdiyi və avtomobilin hərəkət edərək getdiyi müşahidə olunmuşdur. İş materiallarına əlavə edilmiş 02 oktyabr 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd “Go” spirtli içki qabı maddi sübut kimi tanınmış və Zaqatala RPŞ-nin maddi sübutların saxlanma anbarına saxlanca verilmişdir. Baxış protokolları, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, videogörüntülərin saxlandığı 03 ədəd disk və məhkəmə-tibbi ekspertizanın rəyləri ittihamın təsdiq edilməsində əhəmiyyətli olduqlarından sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 03 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, icraatda olan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismidə cəlb edilməsi və ona həmin maddə ilə yenidən ittiham elan olunması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-118/2-23090/23 saylı məktubdan görünür ki, ********* nömrəli cinayət işi üzrə baş vermiş cinayət hadisəsinin video görüntülərini özündə əks etdiriən 01 ədəd diski Zaqatala Rayon Məhkməsinə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, dəymiş ziyan ödəilmişdir, heç bir tələb və şikayəti yoxdur. Cəza təyin edilərkən nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, 23 yanvar 2024-cü il tarixə, 16:30-a təxirə təxirə salınmış məhkəmı baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəkdir, iştirakı olmadan məhkəmə iclasının keçirilməsi, əvvəlki məhkəmə iclasında təqdim edilmiş barışıq ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. CM-in 3-cü maddəsinə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərinin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011 -ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını,cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən və qiymətləndirilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı işin faktiki hallarını düzgün müəyyən etməmiş, Təqsirləndirilən şəxs1 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsifində səhvə yol vermişdir. Belə ki, xüliqanlıq cinayətinin əsas (sadə) tərkibi CM-in 221.1-ci maddəsinin dispozisiyasında “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasına görə isə, həmin maddədə nəzərdə tutulmuş cinayətin tövsifedici əlaməti kimi silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunması çıxış edir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə CM-nə edilmiş dəyişikliyə görə, CM-nin 221.3-cü maddəsi aşağıdakı yeni redaksiyada verilmişdir: “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, CM-in 221.3-cü maddəsi (1 dekabr 2017-ci il tarixinədək qüvvədə olmuş) xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı silah və silah qismində istifadə edilən əşyaların anlayışına və onların tətbiqi məsələsinə aydınlıq gətirilməsini də zəruri hesab etmişdir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının 30 dekabr 1997-ci il tarixli Qanunu (bundan sonra – “Xidməti və mülki silah haqqında” Qanun) Azərbaycan Respublikasında xidməti və mülki silahın və onun sursatının dövriyyəsi, habelə onun müstəsna hallarda tətbiqi ilə yaranan hüquq münasibətlərini tənzimləyir. Göstərilən Qanunun 2-ci maddəsinə görə silah – canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir. CM-in 221.3cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Silah qismində istifadə edilən əşyaların” anlayışına Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli Qərarında aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrufat-məişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülməsinin səbəbi onun “Zərərçəkmiş şəxs qışqıraraq küçəyə çağırmış, sonuncu ilə birlikdə ailəsi, eləcə də həmin küçədə qonşuluqda qardaşlarının yaşamalarına, əhalinin sıx məskunlaşmasına məhəl qoymayaraq ətrafdakılara özlərinin üstünlüyünü və müstəsna şəxsiyyət olduqlarını göstərmək məqsədilə evindən küçəyə çıxmış Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər işlədib ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, habelə yumruq və təpiklərlə, eləcə də Təqsirləndirilən şəxs1 qəsdi və belə bir niyyəti olmadığı halda üzərində gəzdirdiyi – silah qismində istifadə edilən, istintaqa məlum olmayan küt əşya ilə çoxsaylı zərbələr endirib təpə nahiyəsində və alt dodağında bir ədəd əzilmiş yaralar, baş beyin silkələnməsi xarakterli, birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya, sağ gicgah nahiyəsində bir ədəd, ənsə nahiyəsində bir ədəd, sağ baldırında üç ədəd və sol baldırında üç ədəd sıyrıq xarakterli, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirib üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq” etməsi olmuşdur. Məhkəmə yuxarıda göstərilənləri araşdıraraq qeyd etməyi zəruri hesab edir ki, Zərərçəkmiş şəxs təqdim etdiyi ittihamı təsdiq edən sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmiş, içərisində 04 ədəd videogörüntü faylı mövcud olan 1 ədəd diskə məhkəmə istintaqında keçirilmiş baxış nəticəsində İsanın qardaşları Arif və Bayramın yaşadığı evin həyətinin içəri tərəfində Rəşadın sol əli ilə İsanın çiyin hissəsindən tutaraq sağ əlindəki naməlum predmeti əlində saxlayaraq həmin əlini yumruq formasında saxlamaqla həmin predmetlə İsanın başına zərbələr vurduğu müşahidə olunmur. Belə ki, video görüntülərdən müəyyən olunmuşdur ki, Rəşadın sol əlində “siqaret” olmuş və həmin əli ilə İsanın çiyin hissəsindən tutaraq sağ əlini yumruq formasında sıxaraq İsanın başına zərbələr vurmuş lakin həmin əlində naməlum predmentin olması video görüntüdə aşkar edilmir. Bundan başqa, məhkəmə-tibbi ekspertizasının 18 avqust 2023-cü il tarixli 02-Ə saylı rəyində də göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş, xx.xx.2023-cü il tarixli 177 nömrəli rəydə göstərilən xəsarətlərin ekspertizaya təqdim edilmiş içki qabı ("Go" spirtli işki qabı) ilə yetirilməsi az inandırıcıdır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittihamda zərərçəkmiş şəxsə silah qismində istifadə edilən, istintaqa məlum olmayan küt əşya ilə çoxsaylı zərbələr endirməsini qeyd etsə də, bu hal ibtidai istintaq orqanı tərəfindən dindirlən kənar şahidlərin ifadələri ilə təsdiq olunmamış, ümumiyyətlə istintaq orqanı tərəfindən dindirilən şəxslərin dairəsi müstəsna olaraq zərərçəkmiş şəxsin özü, təqsirləndirilən şəxslər və hadisənin şahidi olan ailə üzvləri ilə məhdudlaşdırmışdır, video diskə baxarkən kənar şəxslərin hadisə yerinin yaxınlığından keçdikləri görünsə də lakin onların şəxsiyyətləri müəyyən olunmamış, izahatları alınmamışdır. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi qərarında göstərilmişdir ki, Zərərçəkmiş şəxs bir ədəd “Go” spirtli içki qabını istintaqa təqdim edərək Təqsirləndirilən şəxs1 onun baş nahiyyəsinə məhz həmin “Go” spirtli işki qabı ilə vurduğunu bildirmişdir. Bu səbəbdən istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd “Go” spirtli içki qabı maddi sübut kimi tanınmış və Zaqatala RPŞ-nin maddi sübutların saxlanma anbarına saxlanca verilmişdir. İbtidai istintaq orqanı həmin qabın Rəşadın əlində olduğu güman edilən naməlum predmet və ya istintaqa məlum olmayan küt əşya kimi qeyd etsə də, video diskə baxış zamanı hadisə vaxtı Rəşadın əlində hər hansı küt əşya kimi istifadə olunan predmetin olduğu sübuta yetirməmişdir. Belə olan halda hansı səbəbdən istintaq orqanı tərəfindən “Go” spirtli içkinin qabını maddi sübut kimi tanıması və həmin maddi sübutun cinayətin predmeti kimi baş vermiş hadisə ilə səbəbli əlaqəsi istintaq tərəfindən göstərməmişdir. Beləliklə də, məhkəmə prosesində Təqsirləndirilən şəxs1 əlində hər hansı küt əşyanın olduğu müəyyən edilmədiyi üçün onun əməlində CM-nin 221.3-cü maddəsinin tərkibi yaranması şübhəlidir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli CM-in 221.3-cü maddəsi ilə tövsif oluna bilməz. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının işin faktiki halları və Təqsirləndirilən şəxs1 əməlləri barədə gəldiyi nəticələr Azərbaycan Respublikası CPM-in 143- 146-cı maddələrinin tələblərinə uyğun olaraq kifayət qədər araşdırılmamış, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirliliyi barədə yekun nəticəyə gələrkən topladığı sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə görə şəxsin təqsirli olmasına şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. CPM-in 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, ittiham tərəfinin təqdim etdiyi yuxarıda qeyd olunan sübutlar bazası mötəbərliliklə yalnız Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə qarşı CM-in 221.2.1-ci maddəsində əks olunan cinayətin əlamətlərini olması üçün kifayət edir və cinayət-prosessual qanunun təsvir edilən, eləcə də ittihamın sübut olunmasında yaranan, aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən CPM-in 146.3-cü maddəsi ilə uzlaşan yanaşma kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs1 əməli CM-in 221.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 221.2.1-ci maddəsi ilə qiymətləndirilməli olduğu halda, istintaq orqanı əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, işin faktiki hallarına uyğun olmayan, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs1 əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif etmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs1 əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən, həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif etməyi qanuni və əsaslı sayır. CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X10 haqqında» X1 və İnsan Hüquqları Üzrə Arvopa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 10-cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X4 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3, 349.4 və 349.5-ci maddələri). CPM-in 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 346.1-ci maddəsinə əsasən, hökm çıxarılarkən müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə toplanmış sübutları obyektiv, qərəzsiz araşdıraraq və hüquqi qiymət verərək Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, məhkəmə baxışının nəticəsi olaraq təqsirləndirilən şəxsin əməli daha yüngül cinayət əməlinə tövsif edilməli, yəni Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən, həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi baxış keçirilmiş disk ilə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 CM-nin 221.2.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Həmçinin məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, onlara obyektiv hüquqi qiymət verərək, Azərbaycan Respulikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 verilmiş ittiham tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CMin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 sonuncu məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda yenidən qəsdən az ağır cinayət əməli törətdiyi üçün əməlində cinayətin residivi mövcuddur. Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivinin olması CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, həmçinin həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən İ dərəcəli əlilliyi olan anasına qulluq etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətlər yaradır və buna görə onun barəsində daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 25 may 2009-cu il tarixli Qərarı). CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs1 istinad edilən CM-nin 221.2.1-ci maddəsi ilə müəyyən edilmiş daha ciddi cəza növü azadlıqdan məhrum etmə olmaqla son həddi 3 il olduğundan ona bu maddə ilə təyin olunacaq cəza müvafiq olaraq həmin müddətin yarısından, yəni 1 il 6 aydan az ola bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, o əvvəllər məhkum olunmuş, hazırda məhkumluğu olan şəxs hesab edildiyindən məhkəmə belə nəticəyə gəlir ki, ona əməlində olan residivə görə cəza təyin edilməklə, cəzanın məqsədinə nail olmaq mümkündür. CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkilmə müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 221.2.1-cü maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaq şərtilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, o cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə həbsdə saxlanmışdır. Odur ki, onun tutulduğu 2 gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. CPM-in 155.3.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, təqsirləndirilən şəxs barəsində seçiləcək “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 23 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 221.2.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 59.1.4cü maddəsinə əsasən onun himayəsində iki azyaşlı uşağının olmasını, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, həmçinin həmin Məcəllənin 59.2-ci maddəsinə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Məkhəmə Təqsirləndirilən şəxs2 cəzanı yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yeri olan Zaqatala şəhəri, F.Əmirov 37, ev 20 ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, Zaqatala rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Zaqatala RPŞ-nin maddi sübutların saxlama anbarında saxlanılan bir ədəd “Go” spirtli içki qabı məhv edilməli, iş üzrə sübut kimi tanınmış 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 15 avqust 2023-cü il tarixdən 16 avqust 2023-cü il tarixə qədər həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 23 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X11 yerləşdirilməsi üçün Zaqatala Rayon Polis Şöbəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş cəzanı yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yeri olan Zaqatala şəhəri, F.Əmirov 37, ev 20 ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, Zaqatala rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə maddi sübut 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut – Zaqatala RPŞ-nin maddi sübutların saxlama anbarında saxlanılan bir ədəd “Go” spirtli içki qabı məhv edilsin. Hökmdən onun elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan (Təqsirləndirilən şəxs1 hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(033)-4/2024
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-4/2024
23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver