Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-4/2025 23.06.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 Əli qızının katibliyi, Dövlət ittihamçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə İdаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-196/2023 saylı, xx.xx.2023cü il tarixli hökmünə əsasən qəti olaraq 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 barəsində "xxxx" qətimkan tədbiri seçilmiş, hazırda X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 23 iyun 2025-ci il tarixdə, saat 10:30-da Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o vahid qəsdlə əhatə olunan tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə yalan vədlər verib inandıraraq Zərərçəkmiş şəxs Kanadaya viza almaqda köməklik edəcəyi adı ilə ondan 18 iyul 2023-cü il tarixdə özünə məxsus olmaqla istifadəsində olan "Leobanka” aid **********160161 nömrəli plastik kart hesabına Zaqatala şəhəri F.Əmirov küçəsində yerləşən “Araz” adlı supermarketdəki “Milliön” terminalından 425 (dörd yüz iyirmi beş) manat pul, eyni tarixdə “Birbank” mobil tətbiqi vasitəsilə həmin plastik kart hesabına 1513 (bir min beş yüz on üç) manat pul, 19 iyul 2023-cü il tarixdə Zazqatala şəhəri Zərifə Əliyeva küçəsində yerləşən “Bazarstore” adlı supermarketdəki “Milliön” terminalından 145 (bir yüz qırx beş) manat pul, eyni tarixdə “Birbank” mobil tətbiqi vasitəsilə həmin plastik kart hesabına 280 (iki yüz səksən), 273 (iki yüz yetmiş üç) və 150 (bir yüz əlli) manat pulu plastik kart hesabına mədaxil etdirməklə Zərərçəkmiş şəxs pulunu ələ keçirməklə sonuncuya ümumilikdə 2786 (iki min yeddi yüz səksən altı) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslə sosial şəbəkələrdə tanış olmuşdur. Kənanın sosial şəbəkədə Məhəmməd adlı bir tanışı olmuş, onun da Məhəmmədlə münasibəti olmuş, elə Məhəmməd onu Kənanla tanış etmişdir. O, da həmin vaxt Kanadaya getmək istəmiş, lakin alınmamışdır. O, QİÇS xəstəliyindən əziyyət çəkir. İki dəfə xəstəliyi ağırlaşmış və xəstəxanada olmuşdur. Xəstəliyi səbəbindən borcunu qaytarmaq istəsə də, qaytara bilməmişdir. Hazırda mebel sexində iş tapmışdır. Əlavə işdə də işləyərək borcunu qaytara bilər, lakin ayağındakı elektron nəzarət vasitəsi buna imkan vermir. Himayəsində həmçinin anası var. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmış, ona vurduğu ziyanı ödəmişdir. Bağışlanmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. O, Vasiflə dostu Məhəmməd vasitəsilə tanış olmuşdur. O, ilk öncə Litva üçün sənəd düzəltmiş, lakin öz səhvindən gedə bilməmişdir. Vasif Məhəmmədə yazıb demişdir ki, “mən özüm artıq Kanadada oluram və Kanada vətəndaşıyam, istiyirsənsə səni Kanadaya təmənnasız apararam”. Məhəmməd özü getmək istəməmiş, ona təklif etmişdir, o da razılaşmışdır. Məhəmməd onun nömrəsini Vasifə vermiş, onlar telefonda görüntülü danışdışmışdırlar. Vasif sadəcə sənədlər üçün 250 dollar lazım olduğunu demiş, o da göndərmişdir. Daha sonra Vasif əlavə pullar istəmişdir. Onun adından Kanada səfirliyində qeydiyyatdan keçmiş və Kanada səfirliyindən ona mail gəlmiş, o həqiqətən inanmışdır. Daha sonra imtina gəldiyində aldadıldığını anlamış, pulunu geri tələb etmişdir. Zərərşəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin ödənildiyini bidirərək, bağışlanmasını məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis X2 baş müstəntiqi, polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş 18 aprel 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən Zaqatala Rayon Polis Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, təxminən 1 həftə öncə Raul Cəlilzadə kimi tanıdığı bir nəfər şəxsə Kanadaya getməyinə kömək etmək üçün 2786 manat məbləğində pul göndərmiş, lakin daha sonra inandırıcı gəlmədiyindən pulu geri istəmişdir. Pulu istəsə də, həmin şəxs müxtəlif bəhanələr gətirərək pulu göndərməmişdir. Odur ki, 2786 manat pulun geri alınması üçün köməklik xahiş edir. İş materiallarına əlavə edilmiş 29 avqust 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs pulunun mənimsənilməsi, ona qarşı dələduzluq edilməsi xüsusatı təsdiq olunmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon prokuroru Rasim Musayev tərəfindən qəbul edilmiş 07 mart 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə” qərardan görünür ki, Zaqatala Rayon Polis X2 baş müstəntiqi, polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş 29 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş 18 may 2024-cü il tarixli “cinayət işinin icraatının dayandırılması haqqında” qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığından işin icraatı dayandırılmışdır. İş materiallarına əlavə edilmiş 31 may 2024-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnərək istintaqı davam etdirilmişdir. İş materiallarına əlavə edilmiş 31 may 2024-cü il tarixli “sənədin cinayət işinə əlavə edilməsi haqqından” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi sənəd “Leobank”a məxsus mobil tətbiqdən Təqsirləndirilən şəxs əldə etdiyi müştəriyə dair rekvizitləri əks etdirir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi 178.1-ci maddəsinə tövsif edilib, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməyib, 234.2-cü maddə 234.1-ci maddəyə tövsif edilmiş, 02 il azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, 66.3-cü maddə dair müddəalar hökmdən xaric olunmuş və qəti 02 il azadlıqdan məhrum etmə cəzası saxlanmış, xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycn Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 10 faizi dövlət nəfinə müsadirə edilməklə 09 ay, 12 gün müddətə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2018-ci il tarixli hökmdən zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilmişdir. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay 17 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən xitam verilmiş verilmiş və Təqsirləndirilən şəxs cinayət məsuliyyətndən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 16 oktyabr 2018-ci i il tarixli, 1(060)-324/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi təqsirli bilinərək, qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 21 sentyabr 2018-ci il tarixdən 16 oktyabr 2018-ci il tarixədək həbsdə saxlandığı 26 (iyirmi altı) gün müddət bir günə üç gün hesablanmaqla ona təyin edilən cəzadan çıxılmış və üzərində qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 9 (doqquz) ay 12 (on iki gün) müddətində islah işləri cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 1(060)-196/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmış və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 1(060)-177/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilmiş və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş 03 iyun 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqından” qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutlar kifayət etmiş hesab olunması, ibitdai istintaq üzrə Raul Cəlilzadə Təqsirləndirilən şəxs kimi tanınması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkib əlamətləri olduğu üçün ona həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edərək ittiham elan olunması, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməsinə görə əvvəl məhkum olunmasından sonra yenidən qəsdən cinayət törətməsi əməlin residivi kimi qiymətləndirilməməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin tərkib əlaməti olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 08 iyun 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqından” qərardan görünür ki, Təqsirləndirilən şəxs Aərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 08 iyun 2024-cü il tarixli “cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqından qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 16 saylı xasiyyətnamədən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 2019-cu il tarixdən "xxxx" Mənzil-Tikinti Kooperativində yəni Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 7, mənzil 11-də anası X8 ilə yaşayır, yaşadığı dövr ərzində qonşuları ilə normal münasibətdə olmuşdur. Kooperativə onunla bağlı yazılı və ya şifahi şikayət daxil olmamışdır. Həmçinin həmyaşıdları ilə normal xasiyyəti olmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 15 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 5 yaşayır. İş materiallarına əlavə edilmiş "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 14 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi özündən və anasından ibarətdir. İş materiallarına əlavə edilmiş 16 iyul 2024-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnərək istintaqı davam etdirilmişdir. İş materiallarına əlavə edilmiş 16 iyul 2024-cü il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, xx.xx.1987-ci ildə Azərbaycan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən verilmiş 04-01/08-537 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü, ünvan 6 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs həqiqətən Respublika QİÇS-lə Mübarizə Mərkəzində xx.xx.2015-ci il tarixdən qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 1(033)-4/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri "xxxx" qətimkan tədbiri ilə əvəz edilərək, barəsində axtarış elan edilmiş, cinayət işi təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-13-118/2-11880/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri ərazisində tutularaq X3 yerləşdirilməsi üçün Zaqatala RPŞ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 13 iyun 2025-ci il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri ərazisində saxlanılaraq Zaqatala RPŞ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş 21 iyun 2025-ci il tarixli, 21-2/3-3460 saylı məktubdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü, ünvan 7 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 8vanında yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək Sumqayıt şəhər məhkəməsinin 1(060)-196/2025 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü il 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Sözügedən hökm xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almış, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Probasiya Şöbəsinə daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzasının xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 01 il 11 ay hissəsini çəkmiş, 01 il 26 gün hissəsi çəkilməmiş qalmışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlamış xx.xx.2025-ci il tarixli teleqramdan görünür ki, Təqsirləndirilən şəxs ona dəyən zərəri tamamilə qarşılamışdır. Heç bir şikayəti yoxdur. Bağışlanmasını xahiş edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs QÇİS xəstəliyindən əziyyət çəkməsini, özünü təqsirli bilməklə törətdiyi cinayət əməlindən peşmanlıq hissi keçirməsini onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sonuncu cinayət əməlini 19 iyul 2023-cü il tarixdə, yəni barəsində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-196/2023 saylı hökmü çıxdıqdan və xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini aldıqdan sonra cəzanın çəkilməmiş hissəsi ərzində törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Belə olan halda Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)- 196/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 02 (iki) il 11 (on bir) 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 26 (iyirmi altı) gün hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 6 (altı) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq hazırkı hökmlə təyin ediləcək cəza ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsi ilə azadlıqdan məhrumetmə növündə cəza qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmçinin cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan– xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində Zaqatala Rayon Məhkəməsinin 1(033)-4/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. İş üzrə mülki iddia, məhkəmə xərclərinin və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-196/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən qəti olaraq təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 26 (iyirmi altı) gün hissə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 6 (altı) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq təyin edilmiş cəzalar qismən toplanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Zaqatala Rayon Məhkəməsinin 1(033)-4/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddianın, məhkəmə xərclərinin və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 gün müddətinə Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan), 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(033)-4/2025
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-4/2025
23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver