Məhkəmə qərarları › İş №1(033)-40/2021

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-40/2021

13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-40/2021 13.07.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx.xx.1960-cı il tarixdə Zaqatala rayonu, Danaçı kəndində anadan olmuş, Zaqatala rayon xalq məhkəməsinin 28.02.1979-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 215, 143, 207 maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cazanın sonu ilə azad olunmuş, Zaqatala rayon xalq məhkəməsinin 21.02.1984-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 314-cü maddəsinin 2-ci hissəsi ilə, 143-cü maddəsinin 3-cü hissəsi ilə, 83-cü maddəsinin 3-cü hissəsi ilə, 15-83 maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cazanın sonu ilə azad olunmuş, Zaqatala rayon xalq məhkəməsinin 13.11.1989-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 226-1-ci maddəsinin 1-ci hissəsi ilə və 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cazasının sonu ilə azad olunmuş, Zaqatala rayon xalq məhkəməsinin 27.05.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 144-cü maddəsinin 1-ci hissəsi ilə və 207-ci maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 13.12.2003-cü il tarixdə Binəqədi rayon məhkəməsinin qərarı ilə 03 ay 08 gün vaxtından əvvəl şərti azad olunmuş, Zaqatala rayon məhkəməsinin 08.11.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 01 il islah işləri cəzasına məhkum olunmuş, Zaqatala rayon məhkəməsinin 16.12.2016-cı il tarixli hökmü ilə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 11.09.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, subay, işləməyən, Zaqatala rayonu Danaçı kəndində qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində 11 ədəd polietilen torbaların içərisindəki torpaqlarda (ümumi təmiz çəkisi 3.96 qram olan) əkib-becərilməsi qadağan edilmiş hündürlükləri 2sm-dən 12sm-dək narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib yetişdirmiş, 17 may 2021-ci il tarixdə saat 23 radələrində Zaqatala RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin narkotik tərkibli çətənə bitkiləri yaşadığı evin həyətyanı torpaq sahəsində polis əməkdaşları tərəfindən aşkar edilib götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir, o, Zaqatala rayonu Danaçı kəndində tək yaşayır. Şəxsi istifadəsi üçün təxminən 16 aprel 2021-ci il tarixində yaşadığı evin həyətyanı sahəsində sellofandan 23 ədəd xüsusi dibçəklər hazırlamış, hazırladığı dibçəklərin 11 ədədinə çətənə bitkisinin toxumlanını əkmişdir. O, əkdiyi toxumlar olan 11 ədəd dibçəyi həyətinin bir tərəfində otların arasında saxlamış, digər 12 ədəd dibçəkləri və bir ədəd kavçuk qabı isə toxum tapıb əkmək üçün balaca dəmirlərlə hazırladığı və üzərinə sellofan örtdüyü istixanaya qoymuşdur. 11 ədəd dibçəklərə toxumların bitməsi üçün hər gün su tökmüş, lakin onun əkdiyi toxumlardan bir dibçəkdə bitki çıxışı olmamış, qalan 10 ədəd dibçəkdə isə çətənə bitkisinin şitilləri çıxmışdır. O, həmin şitillərin böyüməsi üçün hər gün su tökmüşdür. 17 may 2021-ci il tarixdə saat təxminən 22:30 radələrində kənddə olan vaxt polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmiş və onu Zaqatala rayon polis şöbəsinə dəvət etmişlər. Zaqatala rayon polis şöbəsində şübhəli şəxs kimi tutulmuş və ona dövlət hesabına müdafiəçi təyin edilmiş, müdafiəçinin iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı o üstündə olan 1 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq və 1 ədəd 1 manatlıq əskinaslar olmaqla 26 manat pul, 10 qəpik və bir ədəd «Samsung» markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Bundan sonra onun üzərinə baxış keçirilmiş və ondan heç bir qanunsuz əşya və narkotik vasitə aşkar edilməmişdir. Əvvəllər dəfələrlə məhkum olunduğu üçün polis əməkdaşlarının həyətyanı torpaq sahəsində əkmiş olduğu çətənə bitkisinin şitillərindən məlumatları olduğunu başa düşdüyü üçün polis əməkdaşlarının üzərindən şübhəsini tam çəkmək üçün yaşadığı evin həyətyanı sahəsində çətənə bitkisi əkdiyini bildirmişdir. Məqsədi dibçəkləri polis əməkdaşlarına göstərmək və bununla ona qarşı olan şübhələrini boşa çıxartmaq olmuşdur. Bundan sonra polis əməkdaşları ilə birlikdə Zaqatala rayonu Danaçı kəndinə yaşadığı evə getmiş, yaşadığı evin həyətyanı sahəsində əkilməmiş boş olan 13 ədəd dibçəyi polis əməkdaşlarına göstərmişdir. Həmin vaxt dibçəklərdə çətənə bitkilərinin toxumlarını əkdiyini, lakin bitmədiyini bildirmişdir. Həmin dibçəklər ekspertizaya göndərilməsi üçün bir ədəd kisəyə qoyularaq qablaşdırılmışdır. Bundan sonra polis əməkdaşları onun yaşadığı evin həyətyanı sahəsini axtarmağa başlamışdır. Polis əməkdaşları göstərmiş olduğu dibçəklərdən bir qədər aralıda otların arasında gizlətmiş olduğu 11 ədəd polietilen sellofandan hazırladığı dibçəkləri tapmışdır. Həmin 11 ədəd dibçəklərdən 10 ədədində çətənə şitilləri bitmiş, bir ədəd dibçəkdə isə toxumlardan ikisi bitmişdir. Həmin 11 ədəd dibçək ekspertizaya göndərilməsi üçün bir ədəd kisəyə qoyularaq qablaşdırılaraq, möhürlənmiş və imzalanmışdır. Törətdiyi əməlindən peşmandır. Göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, 2010-cu ildən DİO-da xidmət edir. 2018-ci ildən isə Zaqatala rayon polis şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Zaqatala rayonu, Danaçı kənd sakini Təqsirləndirilən şəxs onun xidmət etdiyi ərazidə yaşadığı üçün əvvəllər tanımış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 17 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, üzərində gəzdirməsində və yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsində şübhəli olduğu üçün Zaqatala rayonu Danaçı kəndi ərazisində saxlanılaraq Zaqatala rayon polis şöbəsinə dəvət edilmişdir. Zaqatala rayon polis şöbəsində Təqsirləndirilən şəxs gətirməyi barədə raport yazmış və Zaqatala rayon polis şöbəsində müdafiəçinin iştirakı ilə təhqiqatçı, polis mayoru Şahlar Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl təhqiqatçı X4 Lülüyevə üzərində qanunsuz saxladığı narkotik vasitə, silah və cinayət xarakterli digər əşyalar olduğu halda təqdim etməsini təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı narkotik vasitə və yaxud başqa əşyalar olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən 1 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq və 1 ədəd 1 manatlıq əskinaslar olmaqla 26 manat pul, 10 qəpik və bir ədəd «Samsung» markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan vaxt narkotik maddə, psixotrop vasitə və ya başqa qanunsuz əşya aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Zaqatala rayonu Danaçı kəndində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan dirrik sahəsinin sol tərəfində olan hündür otların içərisində 12 ədəd polietilen torbadan düzəldilmiş dibçəklər və bir ədəd şəffaf plastik qutuları göstərərək həmin qablara torpaq dolduraraq narkotik vasitə olan çətənə bitkilərinin toxumlarını əkdiyini, lakin həmin toxumların bitmədiyini bildirmişdir. Həmin vaxt baxışda iştirak edən alim-aqranom Şahid İsayev həmin dibçəklərə aqrotexniki qulluq edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 12 ədəd polietilen salafandan xüsusi düzəldilmiş dibçəklər və bir ədəd şəffaf plastik qutu ekspertizaya göndərilməsi üçün ağ rəgli sintetik kisəyə qoyularaq qablaşdırılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində başqa çətənə bitkilərinin şitillərinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən vaxt həmin yerdən bir qədər aralıda 11 ədəd polietilen torbalardan düzəlmiş dibçəklər olduğu müəyyən edilmişdir. Həmin dibçəklərə baxan vaxt dibçəklərin birində bitki çıxmamış, 1 ədəd dibçəkdə iki ədəd narkotik tərkibli çətənə bitkisinin şitili, qalan 9 ədəd dibçəklərinin hər birində isə bir ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri olduğu müəyyən edilmişdir. Həmin narkotik tərkibli çətənə bitkilərinin şitilləri 2-12 sm hürdürlükdə olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin çətənə şitillərini özünün əkdiyini və sonra isə bitməsi üçün qulluq etdiyini bildirmişdir. Həmin vaxt baxışda iştirak edən alim-aqranom Şahid İsayev həmin dibçəklərdə bitən çətənə bitkilərinin şitillərinə aqrotexniki qulluq edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 11 ədəd polietilen salafandan xüsusi düzəldilmiş dibçəklər ekspertizaya göndərilməsi üçün bir ədəd ağ rəgli sintetik kisəyə qoyularaq qablaşdırılmış, protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclası zamanı elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki o Şahid1 oğlunun ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, 2012-ci ildən DİO-da xidmət edir. 2020-ci ilin avqust ayından Zaqatala rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 17 may 2021-ci il tarixdə Zaqatala rayon polis şöbəsində sutkalıq xidmətdə olan vaxt cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində və çətənə bitkilərinin əkib-becərilməsində şübhəli olan Zaqatala rayonu Danaçı kənd sakini Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə X5 tərəfindən müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, o həmin baxışda iştirak etməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsinə baxış keçirilməsi üçün Zaqatala rayonu Danaçı kəndinə getmiş, həmin vaxt o da xidmətdə olduğuna görə baxışda iştirak etmək üçün Təqsirləndirilən şəxs yaşadığı Danaçı kəndinə getmişdir. X5 tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan dirrik sahəsinin sol tərəfində bitmiş hündür otların içərisində 12 ədəd polietilen torbadan xüsusi düzəldilmiş dibçəkləri və bir ədəd şəffaf plastik qutunu göstərərək həmin qablara torpaq dolduraraq narkotik vasitə olan çətənə bitkilərinin toxumlarını əkdiyini, lakin həmin toxumların bitmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 12 ədəd polietilen salafandan xüsusi düzəldilmiş dibçəklər və bir ədəd şəffaf plastik qutu ekspertizaya göndərilməsi üçün ağ rəgli sintetik kisəyə qoyularaq qablaşdırılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində başqa çətənə bitkilərinin şitillərinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən vaxt həmin yerdən bir qədər aralıda 11 ədəd polietilen torbalar olduğu müəyyən edilmiş, həmin dibçəklərə baxan vaxt dibçəklərin birində bitki çıxmamış, 1 ədəd dibçəkdə iki ədəd narkotik tərkibli çətənə bitkisinin şitili, qalan 9 ədəd dibçəklərinin hər birində isə bir ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri olduğu müəyyən edilmişdir. Həmin narkotik tərkibli çətənə bitkilərinin şitilləri 2-12 sm hürdürlükdə olmuş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin çətənə şitillərini özünün əkib qulluq etdiyini bildirmişdir. Həmin vaxt baxışda iştirak edən alim-aqranom Şahid İsayev həmin dibçəklərdə bitən çətənə bitkilərinin şitillərinə aqrotexniki qulluq edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 11 ədəd polietilen salafandan xüsusi düzəldilmiş dibçəklər ekspertizaya göndərilməsi üçün bir ədəd ağ rəgli sintetik kisəyə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Şahid3 verdiyi ifadəyə oxşar məzmunda ifadə verdi. İş materiallarına əlavə edilmiş 18 may 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı maddə, narkotik vasitə, həmçinin cinayət xarakterli digər əşya və predmetlər vardırsa onları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində qanunsuz saxladığı narkotik vasitə və yaxud başqa əşyalar yoxdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ arxa cibindən 1 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq və 1 ədəd 1 manatlıq əskinazlarda olmaqla ümumilikdə 26 manat pul, şalvarın arxa sol cibindən 1 ədəd 10 qəpik, şalvarın ön sağ cibindən «Samsung» markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış zamanı qanunsuz maddə, vasitə və əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq, 1 ədəd 1 manatlıq əskinazlarda olmaqla ümumilikdə 26 manat pul, 1 ədəd 10 qəpik və «Samsung» markalı mobil telefonu ona geri qaytarılmışdır. Üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində hal-hazırda əkib-becərdiyi narkotik xassəli bitkilər olduğunu bildirmişdir. İş materallarına əlavə edilmiş 18 may 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zaqatala şəhəri Danaçı kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus yaşayış evinə, həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ev Zaqatala rayonu Danaçı kəndində yerləşir. Həmin evin həyətyanı torpaq sahəsinin giriş qapısı dəmir barmaqlıqlardandır. Girişin sağ tərəfində mal tövləsi yerləşir. Həyətyanı torpaq sahəsi 18 sotdur. Baxışdan əvvəl Təqsirləndirilən şəxs həyətyanı sahədə narkotik tərkibli çətənə bitkisinin əkilib əkilmədiyi, əkilibsə könüllü təhvil verməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs becərdiyi çətənə bitkilərinin olduğunu bildirmiş və yerini göstərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dəmir barmaqlardan içəri həyətyanı torpaq sahəsinə daxil olaraq getməyə başlamışdır. Təxminən 15 metr öndə dirrik sahəsinin sol tərəfindəki hündür otların içərisində 12 ədəd polietilen torbadan düzəldilmiş dibçəklər və bir ədəd şəffaf plastik qutu içərisi torpaqla doldurulmuş dibçəkləri göstərmişdir. Həmin dibçəklərin kənarında 60x60 istixana şəraiti üçün yer hazırlanması müşaidə edilir. Eyni zamanda Təqsirləndirilən şəxs həmin dibçəklərdə narkotik vasitə olan çətənə bitkilərinin toxumlarını əkdiyini, lakin həmin toxumların bitmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs həyətində çətənə kollarının olub-olmaması soruşulmuş, o, başqa çətənə kollarının olmadığını bildirmişdir. Daha sonra həyətə baxış keçirilmiş və 10 metr öndə 11 ədəd polietilen torbalardan düzəlmiş dibçəklər aşkar olunmuş, həmin dibçəklərə baxan vaxt dibçəklərin birində bitki çıxmamış, 10 ədəd dibçəklərin hər birisində iki ədəd narkotik tərkibli çətənə bitkisinin şitili olmaqla ümumilikdə 11 ədəd təxminən 2-12 sm hürdürlükdə narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər müşahidə edilmişdir. Baxışda iştirak edən aqronom mütəxəssis Şahid İsayev həmin dibçəklərə aqrotexniki qulluq edildiyini bildirmişdir. Narkotik tərkibli çətənə kollarından aşkar olunmuş 11 ədəd sellofan torbada dibçəklər ağ rəngli şüşədə qablaşdırılaraq götürülmüşdür. İş materiallarına əlavə edilmiş X6 X1 baş aqronomu Şahid İsayev tərəfindən 18.05.2021-ci il tarixdə verilmiş rəydən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş, 11 ədəd polietilen torbadan hazırlanmış dibçəklərdən birində çıxış olmamış, birində 2 ədəd şitil çıxmış, 9 ədədində isə 1 ədəd olmaqla cəmi 11 ədəd təxminən 2-12 sm hündürlüyündə çətənə kollarının olması müəyyən edilmiş, bitkilərin polietilen torbada əkilməsi, şitil vəziyyətinə gətirilməsi onun aqrotexniki qaydada qulluq olunmasına dəlalət edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X7 Bölməsinin 18 may 2021-ci il tarixli 17/351 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərinə yapışdırılmış ağ kağıza «… Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 11 (on bir) ədəd ….. » sözləri yazılmış sintetik kisənin içərisindəki 11 (on bir) ədəd polietilen torbaların içərisindəki torpaqlarda əkilmiş vəziyyətdə olan, hündürlükləri 2 sm-dən 12 sm-dək, ümumi təmiz çəkiləri 3.96 qram olan 11 (on bir) ədəd bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Aqronom mütəxəssis Şahid İsayevin 18 may 2021-ci il tarixli rəyinə əsasən 11 (on bir) ədəd çətənə (kannabis) bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, içərisində bitki aşkar edilməyən dibçəklərdə çətənə (kannabis) bitkisinin toxumları aşkar edilmədi. İş materallarına əlavə edilmiş 17 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 may 2021-ci il tarixdə saat 23:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında 19 may 2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri narkoloji dispanserinin 08 iyun 2021-ci il tarixli 690 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Lülüyev X2 rayon xalq məhkəməsinin 28.02.1979-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 215, 143, 207 maddəsinin 2 hissəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cazanın sonu ilə azad olunmuş, Zaqatala rayon xalq məhkəməsinin 21.02.1984cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 314 maddəsinin 2 hissəsi ilə, 143 maddəsinin 3-cü hissəsi ilə, 83 maddəsinin 3-cü hissəsi ilə, 15-83 maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cazanın sonu ilə azad olunmuş, Zaqatala rayon xalq məhkəməsinin 13.11.1989-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 226-1 maddəsinin 1-ci hissəsi ilə və 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cazasının sonu ilə azad olunmuş, Zaqatala rayon xalq məhkəməsinin 27.05.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 144-cü maddəsinin 1-ci hissəsi ilə və 207-ci maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 13.12.2003-cü il tarixdə Binəqədi rayon məhkəməsinin qərarı ilə 03 ay 08 gün vaxtından əvvəl şərti azad olunmuş, Zaqatala rayon məhkəməsinin 08.11.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 01 il islah işləri cəzasına məhkum olunmuş, Zaqatala rayon məhkəməsinin 16.12.2016-cı il tarixli hökmü ilə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 11.09.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 1(033)-82/2016 nömrəli 16 dekabr 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materallarına əlavə edilmiş Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Danaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 09 iyun 2021-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ictimaiyyət arasında nüfuz və hörmətə sahib deyildir. Beləliklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində 11 ədəd polietilen torbaların içərisindəki torpaqlarda (ümumi təmiz çəkisi 3.96 qram olan) əkibbecərilməsi qadağan edilmiş hündürlükləri 2sm-dən 12sm-dək narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib yetişdirmiş, 17 may 2021-ci il tarixdə saat 23 radələrində Zaqatala RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin narkotik tərkibli çətənə bitkiləri yaşadığı evin həyətyanı torpaq sahəsində polis əməkdaşları tərəfindən aşkar edilib götürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2№ li qərarının 19-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir. Əkmə dedikdə, qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya kollarıni hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır.Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin əvvələr də müxtəlif əməllərə görə cinayət məsuliyyətinə dəfələrlə cəlb edilib məhkum olunmasını, şəxsin azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, onun şübhəli şəxs qismində tutularaq saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılmalı, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbsə alınmalı, cəzasının əvvəli həbsə alınacağı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, onun barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ona CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və narkomaniyadan məcburi müalicə olunmalıdır. O, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut qismində Zaqatala RPŞ-nin saxlanc yerinə saxlanılan 01 ədəd zərfdə 3.96 qram çəkidə 11 ədəd çətənə bitkisinin şitilləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 34,55 manat məbləğində eksperiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 17 may 2021-ci il tarixdən 19 may 2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla cəmi 2 (iki) gün həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində 19 may 2021-ci il tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli həbsə alındığı tarixdən, yəni, 13 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkomaniyadan məcburi müalicə olunsun. O, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə 34,55 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə maddi sübut qismində Zaqatala RPŞ-nin maddi sübutlar otağında saxlanılan 01 ədəd zərfdə 3,96 qram çəkidə 11 ədəd çətənə bitkisinin şitilləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar