Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 1(033)-40/2023 12.09.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu sədrlik etməklə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1976-cı ildə Zaqatala rayon Axaxdərə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, fərdi əməklə məşğul olan, hazırda Zaqatala rayon Axaxdərə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında saat 16:50-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdə saat 15.00 radələrində alkoqol sərxoşluğu vəziyyətində Zaqatala rayon Car kəndində anası Şahid2 yaşadığı evə gələrək həmin evin qarşısında ögey atası Zərərçəkmiş şəxs onun anası Şahid2 adına götürdüyü kredit pulunu Ü.Məmmədovanın müalicəsinə xərcləmədiyini irad tutub, bu səbəbdən aralarında yaranmış şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs ünvanına söyüb evdən çıxıb getməsini tələb etmiş, Zərərçəkmiş şəxs ona söydüyü söyüşləri Təqsirləndirilən şəxs söyəndə Təqsirləndirilən şəxs əlində olan taxta parçası ilə, daha sonra Zərərçəkmiş şəxs əlində olan, xırdabuynuzlu heyvanları otarmaq üçün istifadə etdiyi əl ağacını alaraq həmin ağacla sonuncunun bədəninin müxtəlif yerlərinə qəsdən vuraraq sol kürək nahiyəsində və sol bazunun yumşaq toxumalarının şişkinliyi və qançırı, sol budun yumşaq toxumalarının şişkinliyi və böyük ölçülü dərialtı hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxışı iclasında dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zərərçəkmiş şəxs anası X1 ikinci əridir. Təxminən 40 il əvvəl onlar uşaq olanda Savalan anası Üneyzətlə evlənmiş, Savalanla Üneyzətin uşaqları olmamışdır. Şahid1 doğma qardaşıdır, başqa bacısı və qardaşı yoxdur. O, ailəsi ilə birlikdə Axaxdərə kəndində, İslam isə anası Uneyzət və Savalanla birlikdə Car kəndində yaşayırlar. Anası Uneyzət xəstədir, müalicəsini o, Savalan və qardaşı İslam etdirirlər. Savalan anası Uneyzətin adına 2023-cü ilin yanvar ayında 2400 manat kredit, bundun başqa içərisində 700 manat pul olan «tam kart» götürmüş, hər ay anasının pensiya kartından pul tutulmuş, 80 manat pul qalmışdır. Anası təxminən 300 manatdan çox pensiya almış, anasının pensiya kartı onda olmuşdur. Sonradan bilmişdir ki, Savalan anasının adına 2400 manat kredit və 700 manatlıq «tam kart» götürüb pulunu xərcləmişdir. Savalandan krediti hansı səbəbə götürməsini soruşanda bəhanə edib nə vaxtsa götürdüyünü, həmin pulu hara xərcləməsini soruşanda isə demədiyini bildirdiyinə görə aralarında narazılıq və mübahisə olmuşdur. Anası xəstə olduğuna görə hər gün anasının yanına gedib baş çəkmişdir. 10 aprel 2023-cü il tarixdə yarım litr araq içmiş, sərxoş vəziyyətdə həmin gün 10 aprel 2023-cü il tarixdə saat təxminən 15:00 radələrində tək Car kəndinə anasıgilə getmiş, evin həyətində Savalanla aralarında yenə anasının adına götürdüyü kredit pulunu hara xərcləməsi üstündə mübahisə baş vermişdir. Həmin vaxt o, anasıgilin həyətində qardaşı İslamla birlikdə tikdiyi tövləni sökmüşdür ki, yerində təzəsini tiksin. O, tövləni sökəndə mübahisələri davam etmiş, anasının adına götürdüyü krediti hara xərclədiyini soruşanda Savalan ona «yaxşı eləmişəm» deyəndə Savalana ana-bacı, var-yox söyüşü etmiş, Savalan da həmin söyüşləri ona demiş, Savalan ona söydüyünə görə əsəbiləşib əlində olan taxta parçası ilə Savalanın bədəninin müxtəlif yerlərinə vurmuş, taxta parçası əlində qırılmış, sonra Savalanın əlində olan nazik çubuğu almış və həmin çubuqla Savalanın bədəninin müxtəlif yerlərinə vurmuşdur. Sonra aralaşıb çıxıb evə anasının yanına getmiş, hadisə zamanı Savalan onu vurmamış, hadisəni kənar şəxslərdən heç kim görməmiş, hadisə anasının yaşadığı evin qarşısında yolda olmuşdur. Törətmiş əməldən peşmandır, zərərçəkmiş şəxsdən üzr istəmiş və barışmışdır. Ona vurduğu ziyanı ödəmişdir. Odur ki, barəsində başlanmış cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs oğulluğudur, yəni arvadı Uneyzətin ondan əvvəlki ərindən olan oğludur. 1984-cü ildə Şahid2 ilə Bakı şəhərində tanış olub orada evlənmiş, 2002-ci ilədək birlikdə Bakı şəhərində, 2002-ci ildə Zaqatala rayon Kebeloba kəndində kirayədə yaşamışlar. Car kəndində hazırda yaşadıqları evin həyətini İlham götürmüş, 2013-cü ildə həmin yerdə ev tikmiş, İlhama 3000 (üç min) manat pul vermişdir ki, həmin torpaqdan pay istəməsin. 2013-cü ildə Car kəndinə köçüb orada yaşamışdır. 1984-cü ildə Uneyzətlə evlənəndə İlham və qardaşı İslam kiçik yaşlarında olmuş, onlara atalıq qayğısı göstərib böyütmüşdür. Hazırda Car kəndində arvadı Uneyzət, və oğulluğu İslamla birlikdə yaşayır. İlham ailəsi ilə birlikdə Axaxdərə kəndində yaşayır. Uneyzətlə birgə nikahından uşaqları olmamışdır. İlhamla əvvəllər münasibəti yaxşı olmuşdur. İslamın və İlhamın arasında əvvəllər torpaq sahəsinin üstündə mübahisələri olumuş, lakin aralarında dava olmamışdır. Onların hər ikisinə «qardaşsınız torpaq üstündə mübahisə etməyin» demiş, sonradan İlham onunla torpaq sahəsi üstündə mübahisə etmiş, demişdir ki, «sənin burada torpağın yoxdur, çıx get burdan». 20 mart 2023-cü il tarixdə İlham evə gəlmiş, həmin vaxt o, xəstə halda yataqda olmuşdur. İlham onun yataq dəstini, paltarlarını çölə atıb çıxıb getməsini bildirmiş, həmin vaxt yataqda onu döymüş o, bu barədə şikayət etmiş, polis şöbəsində təhqiqat bölməsində araşdırma aparılmış, sonda barışıq ərizəsi vermiş, iş yekunlaşmışdır. 10 aprel 2023-cü il tarixdə saat təxminən 15:00 radələrində evdə olmuş, həmin vaxt İlham tək içkili sərxoş vəziyyətdə Car kəndinə onların evinə gəlmiş, İlhamın ağzından araq iyi gəlmiş və hərəkətlərindən sərxoş vəziyyətdə olması aydın hiss olunmuşdur. İlhamla evdə aralarında heç bir mübahisə və dava olmamış, içkili vəziyyətdə gələndə aralarında mübahisə və dava olacağını bilib onu evdə qoyub çölə çıxmış və evinin yaxınlığında çaylaqda qoyunları otarmışdır. Həmin vaxtı İlham onun ünvanına ana-bacı söyüşü söyərək yanına gəlmiş, qoyunları nəyə görə tövləyə saldığını bildirib, onun torpağı olmadığını deyib burdan çıxıb getməsini demişdir. Həyətdə olan tövlənin üstünə çıxıb tövləni sökmüş, ona heç nə deməmiş, İlham tövləni sökəndə ona ana-bacı, var-yox söyüşü söymüş, ona söydüyünə görə o da İlhama söymüş, həmin vaxt İlham oradan taxta parçası götürüb yanına gəlmiş və əlində olan taxta parçası ilə evinin yanındakı yolda kürəyinə, sol tərəf qoluna, ayağına və bədəninin müxtəlif yerlərinə vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt o, İlhamı vurmamış, İlham ayağına taxta parçası ilə vuranda taxta qırılmış, o, yerə oturmuş, həmin vaxt əlində olan taxta parçasını İlham əlindən alıb həmin taxta parçası ilə kürəyinə və bədəninin müxtəlif nahiyyələrinə vuraraq onu döymüş, o, yerə yıxılandan sonra İlham aralaşıb çıxıb getmişdir. Bu barədə DİN-in 102 xidmətinə və Zaqatala polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Yaşadığı yerdə qonşuluqda heç kim olmadığına görə hadisəni kənar şəxslərdən heç kim görməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, onu bağışlamışdır. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ögey atasıdır. Savalan anası Şahid2 ilə təxminən 40 il əvvəl evlənib birlikdə yaşayırlar. X9 rayon Axaxdərə kəndində ailəsi ilə birlikdə yaşayır. O, isə Car kəndində anası Uneyzət və atalığı Savalan ilə birlikdə yaşayır. Anası Uneyzət xəstədir. 10 aprel 2023-cü ildə qardaşı İlhamla atalığı Savalanın arasında baş vermiş dava zamanı o, evdə yatılı olmuşdur. Anası Uneyzət təxminən 327 manat pensiya alır. Dəqiq tarixini bilmədiyi vaxt Savalan təxminən 7-8 ay bundan əvvəl bildiyinə görə 2500 manat pul anasının adına kredit götürmüş, hər ay anasının pensiyasından 80 manat həmin kreditə tutulmuşdur. 10 aprel 2023-cü il tarixdə günorta saatlarında İlham yaşadığı Car kəndinə onların evinə gəlmiş və Savalandan krediti nəyə götürüb xərclədiyini soruşanda anasının müalicəsinə, dərmanlara xərclədiyini bildirmişdir. İlham inandırıcı olmadığını deyəndə aralarında dava olmuş və İlham Savalanı vurmuşdur. O, yatılı olduğuna görə İlham Savalanı nə ilə və harasına vurduğunu bilməmişdir. Həmin vaxt anası Uneyzət evdə olmuşdur. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş şahid qismində ibtidai istintaq zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs birinci ərindən olan oğludur. Zərərçəkmiş şəxs ikinci əridir. 1984-cü ildə Savalanla Bakı şəhərində tanış olub orada evlənmiş, 2002-ci ilədək birlikdə Bakı şəhərində, 2002-ci ildə Zaqatala rayon Kebeloba kəndində kirayədə, 2013-cü ildən Car kəndinə köçüb hazırki evdə yaşamışlar. İlham Zaqatala rayon Axaxdərə kəndində ailəsi ilə birlikdə yaşayır. 10 aprel 2023-cü ildə oğlu İlham onlara gəlmiş, Savalanla mübahisə etmiş, Savalana demişdir ki, «sən çıx get burdan». Nə səbəbə dediyini bilməmiş, sonra çölə çıxmışlar. Xəstə olduğuna görə səhhəti ilə əlaqədar yeriyə bilməmiş, İlhamla Savalanın arasında baş vermiş dava zamanı evdə olmuş, hadisə çöldə olmuş, o, həmin hadisəni görməmiş, ona görə hadisə barədə heç nə deyə bilmir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş 13 aprel 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisə Zaqatala rayon Car kəndində Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında baş vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X10 tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli 90 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs Qarkişi oğlunun bədənində aşkar edilmiş xəsarət - sol kürək nahiyəsində və sol bazunun yumşaq toxumalarının şişkinliyi və qançırı, sol budun yumşaq toxumalarının şişkinliyi və böyük ölçülü dərialtı hematoması - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə ola bilsin, ağac parçası ilə vurma nəticəsində əmələ gələ bilərdilər, sol budunda yuxarıda qeyd edilmiş xəsarətlər dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Zaqatala rayon X6 hüquqi şəxsin 19 may 2023-cü il tarixli, PHŞ/6-78-2-632-2023 nömrəli məktubundan görünür ki, Məmmədov X5 rayon X6 X8 şöbəsinin psixatrik və narkoloji xəstəlikləri kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 24 iyun 2023-cü il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Zaqatala RİHB-in Car kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən verilmiş xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Məmmədov X5 rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib 04 il azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublıkası Milli Məclisin xx.xx.2016-cı il tarixli Amnistiya Qərarının 1.2-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsindən əlavə, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, məhkəmə-tibbi ekspertizanın rəyi, eləcə də işin digər obyektiv halları ilə tam sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, onu bağışladığını, onun barəsində heç bir şikayət və tələbinin olmadığını, barəsində başlanmış cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs da məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxsin onunla barışdığını bildirmiş və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1-ci və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə aradan qaldırmışdır. Belə olan halda Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını məhkəmə qanuni, ədalətli və əsaslı hesab edir. İş üzrə maddi sübut qismində Zaqatala RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd 1,2 metr uzunluğunda 1,5 sm diametrli təbii ağacdan olan qurumuş halda əl ağacı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 344-347, 356, 358, 384 və 385-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə əsasən, onun barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut qismində Zaqatala RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd 1,2 metr uzunluğunda 1,5 sm diametrli təbii ağacdan olan qurumuş halda əl ağacı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №1(033)-40/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №1(033)-40/2023
12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver