Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 1(033)-41/2023 31.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu sədrlik etməklə, məhkəmə iclasının katibi X2 katibliyi, dövlət ittihamçısı - Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, rəsmi işsiz, Tərtər rayonu, Ələsgərli ərazi dairəsi, Yenikənd kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Qobu kəndində yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında saat 15:30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i : Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayında tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq aldatma yolu ilə ələ keçirmək məqsədilə real imkanlara və əlaqələrə malik olmadığı, zərərçəkmiş şəxsin xeyrinə hər hansı iş görmək niyyəti olmadığı halda Zaqatala rayonu, Aşağı Tala kənd sakini Zərərçəkmiş şəxs işlədiyi Şirvan rayonu X1 Zaqatala rayonu X3 dəyişəcəyinə yalan vəd verib aldatmış, Zərərçəkmiş şəxs Zaqatala rayonu, Aşağı Tala kəndində “Selin” marketin içərisində yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs "xxxx" ASC-yə məxsus kart hesabına xx.xx.2022-ci il tarixdə 2525 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat və xx.xx.2022-ci il tarixdə 500 manat olmaqla, cəmi 4025 (dörd min iyirmi beş) manat göndərmiş və sonuncu Zərərçəkmiş şəxs 4025 (dörd min iyirmi beş) manat pulunu aldatma və etibardan suiistifadə etməklə ələ keçirərək sonuncuya maddi ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmə baxışı iclasında dindirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun tanışı Şahid arvadıdır. O, Şahid uzun müddətdir ki, tanıyır. Tahiri tanıdığı vaxtdan onunla mütəmadi olaraq telefon əlaqəsi saxlayaraq yay aylarında istirahət etmək məqsədilə Zaqatala rayonuna gəlirdi. 2022-ci ilin iyun ayında Tahir onun istifadəsində olan ***-***-**- ** mobil telefonuna zəng vuraraq söhbət zamanı arvadı Rənanın hazırda Şirvan şəhərində MDM-də işlədiyini, gedib-gəlməkdə yollarda qaldığını və əziyyət çəkdiyini deyərək Rənanın iş yerini Zaqatala rayonunda yerləşən MDM-nə, yaxud RMX-na dəyişmək istədiyini deyərək ona köməklik etməyini istəmişdir. Həmin vaxt o Bakı şəhərində tanıdığı iş adamlardan xahiş edib bacardığı kömək edəcəyini demişdir. Həmin vaxtdan bir neçə gün keçdikdən sonra Tahir onunla yenidən telefon əlaqəsi saxlayaraq işin nə yerdə olduğunu soruşmuş və o Tahirə həmin vaxt Bakı şəhərində olan tanıdığı iş adamı ilə danışdığını və işın başlanğıcı üçün 2500 manat pulun lazım olduğunu deyərək adına olan "xxxx"a aid plastik karta həmin pulu göndərməsini xahiş etmişdir. Tahir xx.xx.2022-ci il tarixdə "Million" elektron terminal vasitəsi ilə 2500 manat pulu adına olan karta göndərmişdir. Tahir həmin 2500 manat pulu ona göndərdikdən sonra onunla telefon əlaqəsi saxladıqda o, Tahirə həmin vaxt pulun çatdığını deyərək işin uzun çəkəcəyini və təxminən bir ay müddətinə gözləməsini bildirmişdir. Müəyyən vaxt keçdikdən sonra o xəstələnərək Bakı şəhəri, M.Qasımov adına Respublika Klinik xəstəxanasında qarın boşluğundan əməliyyat olunmuşdur. O əməliyyat olunduqdan sonra ev şəraitində müalicə alarkən həmin vaxt Tahir onunla telefon əlaqəsi saxladıqda o Tahirə hazırda əməliyyat olunaraq yataqda olduğunu və eyni zamanda həmin iş ilə bağlı söhbətlərin davam etdiyini yalan danışaraq səbirli olmasını xahiş etmişdir. O, Tahirlə danışdığı vaxtdan bir neçə gün keçdikdən sonra Tahirə yenidən zəng vurub işi tezləşdirmək üçün əlavə 1500 manat pulun lazım olduğunu demişdir. Tahir ona həmin 1500 manat pulu qısa müddətdə iki dəfəyə Bakı şəhərinə ona məxsus bank kartına göndərmişdir. Həmin vaxt onun maddi vəziyyəti ilə bağlı problemləri və borcu olduğuna görə Tahirin ümumilikdə ona göndərdiyi 4025 manat pulun bir hissəsini öz istifadəsi üçün xərcləmiş, qalan hissəsini isə borcu olan yerlərə vermişdir. O Şahid köməklik etmək fikrinin olduğunu, lakin sonradan problemlərinin yarandığı üçün həmin pulu özünə xərcləmişdir. O, Tahirdən iş düzəltmək məqsədi ilə götürdüyü 4025 manat pulu heç bir iş adamına verməmiş, çünki onun iş adamı kimi təqdim etdiyi tanışı olmamışdır. O, hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəməklə onunla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, hazırda ailəsi ilə birlikdə Zaqatala şəhərində yaşayır. O, xx.xx.2008-ci il tarixdən bu günədək Şirvan şəhər MDM-də cərrahiyə şöbəsində tibb bacısı vəzifəsində çalışmışdır. Tərtər rayon sakini Təqsirləndirilən şəxs əri Şahid tanışıdır. X7 təxminən 2005-ci ildən tanıyır. Həmin vaxtdan Aqilin əri Tahirlə münasibəti yaranmışdır. Aqil həmin vaxtdan əri Tahirlə mütəmadi olaraq telefon əlaqəsi saxlayaraq yay aylarında istirahət etmək məqsədilə Zaqatala rayonuna gəlirdi. Təqsirləndirilən şəxs bu müddət ərzində əri Tahirə özünü hansısa mətbuatda jurnalist kimi işlədiyini demişdir. O hazırda işlədiyi Şirvan şəhər MDM-də ayda 12 gün fasilərlə növbəyə düşür, 18 gün isə evdə olur. O hər dəfə Şirvan şəhərinə işə gedib gəlməkdə əziyyət çəkdiyi üçün 2022-ci ilin iyun ayında evdə əri Tahirlə söhbət edən zaman o Tahirə Şirvan şəhərindən yaşadığı Zaqatala rayonuna işini dəyişdirmək istədiyini bildirmişdir. Aralarında olan söhbətdən sonra Tahir işini dəyişmək məqsədilə Zaqatala RMX-na müraciət etsə də, xəstəxanadan ona yer olmadığını bildirmişlər. Həmin ərəfədə əri Tahir tanışı Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlayaraq söhbət zamanı onun işini Zaqatala rayonuna dəyişmək istədiyini dedikdə həmin vaxt Aqil Tahirə onun Bakı şəhərində Səhiyyə Nazirliyində tanışı olduğunu deyərək köməklik edəcəyini bildirmişdir. Həmin vaxtdan bir neçə gün keçdikdən sonra Aqil Tahirlə telefon əlaqəsi saxlayaraq Səhiyyə Nazirliyində olan tanışı ilə danışdığını və işin həll olunması üçün ilkin olaraq 2500 manat pulu təcili özünün adına olan "xxxx"a aid plastik karta göndərməsini xahiş etmişdir. Aqil əlavə olaraq kompensasiya tutulmaması üçün 25 manat əlavə ödənilməsini bildirərək pulu çıxardan zaman 2500 manat götürə bilməsini demişdir. O, xx.xx.2022-ci il tarixdə əri Tahirlə birlikdə Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində yerləşən “SELİN” marketin qarşısındakı “Milliön” elektron terminal vasitəsi ilə 2525 manat pulu Təqsirləndirilən şəxs adına olan karta göndərmişdir. Onlar pulu göndərdikdən sonra Tahir Aqillə telefon əlaqəsi saxlamış və Aqil həmin vaxt pulun çatdığını deyərək təxminən 15 gün gözləməyini bildirmişdir. 15 gün keçdikdən sonra Aqil Tahirlə telefon əlaqəsi saxlayaraq işin düzəlməsi istiqamətində söhbətləri davam etdirdiyini deyərək əlavə 2000 manat pul lazım olacağını demişdir. Həmin vaxt Tahir ona hazırda onun dediyi məbləğin olmadığını deyərək 1500 manat pulu göndərə biləcəyini demişdir. Aqil razılaşaraq həmin 1500 manatı göndərməsini bildirmiş və eyni zamanda qalan 500 manat pulu isə Aqilin dediyinə görə özü düzəldəcəyini və həmin 500 manatı iş düzəldikdən sonra ona qaytarmasını Tahirə demişdir. Onlar həmin 1500 manat pulu iki dəfəyə Aqilə göndərmişlər. 1000 manat pulu xx.xx.2022-ci il tarixdə, 500 manatı isə xx.xx.2022-ci il tarixdə yerləşən “SELİN” marketin qarşısındakı “Milliön” elektron terminal vasitəsi göndərmişlər. Onlar həmin pulu Aqilə göndərdikdən sonra dəfələrlə telefon əlaqəsi saxlayaraq işin nə yerdə olduğunu soruşduqda Aqil həmin vaxt müxtəlif bəhanələrlə yayınaraq işin düzələcəyini deyərək narahat olmamalarını bildirmişdir. Tahir hər ay Aqillə telefon əlaqəsi saxlayaraq iş barədə maraqlanmış və Aqil də hər dəfə hər ayın 15-i işin düzələcəyini bildirərək yalan vədlər vermişdir. Məhkəmə zamanı isə Təqsirləndirilən şəxs 4025 manat pulu ona ödəmişdir. Ona görə də təqsirləndirilən şəxslə barışmış və onu bağışlamışdır. Ona dəymiş ziyanın tam olaraq ödənildiyini, onunla barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək və zərərçəkmiş şəxs qismində dindirilmiş arvadı- Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə verərək onun verdiyi ifadəni təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş Qaraşov X4 rayon məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli hökmü ilə Аzərbаycаn Rеspublikаsı CM-nin 178.1-ci mаddəsi ilə təqsirli bilinərək 1800 manat cərimə cəzasına məhkum edilmiş, Tərtər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cərimə cəzası aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 il islah işləri cəzası ilə əvəz edilmiş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş “Qətimkan tədbirinin seçilməsi haqqında” 12 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublikası Psixatriya Xəstəxanası” X6 xx.xx.2023-cü il tarixli, 7216 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Respublikası Psixatriya Xəstəxanası” X6 X6 psixatriya kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Tərtər rayon İcra Hakimiyyəti Başçısının Ələsgərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 346 nömrəli 21 iyun 2023-cü il tarixli arayışdan görünür ki, Qaraşov X5 rayonu Qobu kəndi Təzə məhəllədə yaşayır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Tərtər rayon İcra Hakimiyyəti Başçısının Ələsgərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, kənddə yaşadığı dövrdə nümayəndəliyə onun barəsində heç bir şikayət daxil olmayıb. Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənmişdir. Onun barəsində heç bir şikayət və tələbi yoxdur. Bu səbəbdən onun barəsində olan cinayət təqibinə xitam verilməklə cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş edir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi, onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında verdikləri ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, cinayət işinin icraatına xitam verilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Həmin Məcəllənin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə işin hallarını, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin işin icraatına xitam verilməsini xahiş etmələrini, cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, maddi ziyan və mülki iddia yoxdur. Qeyd olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-cü maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin tələbinə əsasən, onun barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, maddi ziyan və mülki iddianın olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim Tural Həsənov.
Məhkəmə qərarları › İş №1(033)-41/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №1(033)-41/2023
31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver