Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-42/2023 11.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, dövlət ittihаmçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, tərcüməçi X4, Təqsirləndirilən şəxs, onun müdafiəçisi və Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü ildə Ukrayna Respublikası, Odessa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşqul olqn, Zaqatala rayonu, Yuxarı Tala kəndində qeydiyyatda olmaqla, həmin ünvanda da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında saat 15:30-da baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan nömrəsi silinmiş, keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda istehsal olunmuş, 24 kalibrli ZK modelli, çaxmaqlı, hamar tək lüləli, lüləsi və qundağı kustar üsulla kəsilmiş bir ədəd odlu yivsiz ov tüfənginin kəsiyini qanunsuz olaraq əldə edib gəzdirməklə idarə etdiyi **-TX-*** dövlət qeydiyyat nişanlı, “Tofaş” markalı avtomobilinin arxa saxlanc yerində saxlayıb Zaqatala rayonu, Yuxarı Tala kəndinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 24 may 2023-cü il tarixdə saat 18:25 - də yuxarıda qeyd edilən ünvanda idarə etdiyi **-TX-*** dövlət qeydiyyat nişanlı, “Tofaş” markalı avtomobilin yanında saxlanılaraq avtomobillə birlikdə Zaqatala Rayon Polis Şöbəsinə gətirilmiş və orada həmin gün saat 20:46-dan etibarən özünün iştirakı və razılığı ilə avtomobilə baxış keçirilən zaman avtomobilin arxa saxlanc yerindən bir ədəd qara rəngli parçanın içərisində texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan nömrəsi silinmiş keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda istehsal olunmuş, 24 kalibrli ZK modelli, çaxmaqlı, hamar tək lüləli, lüləsi və qundağı kustar üsulla kəsilmiş bir ədəd odlu yivsiz ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü , Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 24 may 2023-cü il saat 18:25-də Zaqatala rayonu, Yuxarı Tala kənd ərazisində idarə etdiyi **-TX-*** qeydiyyat nişanlı “Tofaş” markalı avtomobilin yanında olduğu zaman ona 4 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişdilər. Sonra ondan özünü təqdim etməyini xahiş etmişlər. O, özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları ona qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Sonra barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Daha sonra onu Zaqatala Rayon Polis Şöbəsinə dəvət etmişlər. O buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Zaqatala Rayon Polis Şöbəsinə avtomobillə birlikdə gətirilmişdir. O, müdafiəçi ilə təmin edilmişdir. Ona hüquq və vəzifələrim izah edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl ona şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, o buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o üzərində odlu silah, döyüş sursatları, o cümlədən digər qanunla qadağan edilmiş əşya və predmetlər olmadığını bildirmiş, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 125 manat pulu və şalvarının sol yan cibindən 01 ədəd avtomobil açarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 125 manat pul və avtomobil açarı özünə geri qaytarıldı. Şifahi sorğu zamanı hazırda üzərində odlu silah, döyüş sursatları olmasa da, hazırda Zaqatala Rayon Polis Şöbəsinin inzibati binasının həyətində saxlanılan, idarə etdiyi **-TX-*** qeydiyyat nişanlı “Tofaş” markalı avtomobildə 01 ədəd tüfəng saxladığını və həmin avtomobilə baxış keçirələcəyi halda tüfəngi təqdim edə biləcəyini və bununla bağlı idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış bitdikdən sonra bu barədə protokol tərtib edildi ucadan oxunduqdan sonra düzgün olduğu üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra onun icazəsi və razılığı ilə idarə etdiyi **-TX-*** qeydiyyat nişanlı “Tofaş” markalı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı ona təklif edildi ki, idarə etdiyi **-TX-*** qeydiyyat nişanlı “Tofaş” markalı avtomobildə odlu silah, döyüş sursatı, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra o idarə etdiyi avtomobildə odlu silah tüfəng saxladığını bildirmiş və avtomobili açaraq baxışa təqdim etmişdir. Daha sonra avtomobilin arxa saxlanc hissəsindən 01 ədəd qara rəngli parçada olan dəmir predmeti təqdim etmişdir. Həmin qara rəngli parça açılarkən içərisində 01 ədəd tüfəng aşkar edilmişdir. Daha sonra **-TX-*** qeydiyyat nişanlı “Tofaş” markalı avtomobilin yük yerindən aşkar edilmiş 01 ədəd tüfəng polis əməkdaşları tərəfindən aşkar edildiyi 01 ədəd qara rəngli parçada qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış davam etdirilərkən idarə etdiyi avtomobildən digər əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı 01 ədəd tüfəngi təxminən 1 ay əvvəl Oğuz rayonu ərazisindən çayın içərisindən tapdığı, hər hansı məqsədlər üçün istifadə etmədiyini, heç kimə vermədiyini, özündə olmasından heç kimin məlumatının olmadığını, başqa şəxslərin əlinə keçməməsi üçün yerini dəyişmək məqsədi ilə avtomobilində saxladığını bildirmişdir. Etdiyi hərəkətdən peşmandır, himayəsində azyaşlı övladları var, ailənin yeganə qazanc mənbəyidir. Göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis polkovnik-leytenantıdır. 24 may 2023-cü il tarixdə Zaqatala rayonu, Yuxarı Tala kəndində qeydiyyatda olmaqla, həmin ünvanda da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edərək saxlaması, eyni zamanda üzərində daşıyaraq gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq özü, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 Əlibala oğlu, Şahid3 və təhqiqatçı X5 ibarət əməliyyat qrupu yaradıldı və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 24 may 2023-cü il tarixdə əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Zaqatala rayonu, Yuxarı Tala kəndidə gedilmişlər. Həmin ünvanda olan zaman, yəni 24 may 2023-cü il tarixdə saat 18 radələrində zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin **-TX-*** dövlət qeydiyyat nişanlı, “Tofaş” markalı avtomobilin yanında olduğunu görmüşlər. Odur ki, həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, özlərini təqdim etmiş və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edərək saxlaması, eyni zamanda üzərində daşıyaraq gəzdirməsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu Zaqatala RPŞ-yə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Zaqatala RPŞ-yə gətirmişlər. İdarənin inzibati binasının xidməti otaqlarının birində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Murad Azayev tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş və həmin şəxsin şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilərək, ona hüquq və vəzifələri izah edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və Təqsirləndirilən şəxs buna heç bir etirazını bildirməmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edildi ki, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə versin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində odlu silah, döyüş sursatları, o cümlədən digər qanunla qadağan edilmiş əşya və predmetlər olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunla qadağan olunan əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hazırda üzərində odlu silah, döyüş sursatları olmasa da, hazırda Zaqatala Rayon Polis Şöbəsinin inzibati binasının həyətində saxlanılan, idarə etdiyi **-TX-*** qeydiyyat nişanlı “Tofaş” markalı avtomobildə 01 ədəd tüfəng saxladığını və həmin avtomobilə baxış keçirələcəyi halda tüfəngi təqdim edə biləcəyini və bununla bağlı idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra tədbir iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs Zaqatala Rayon Polis Şöbəsinin inzibati binasının həyətində saxlanılan idarə etdiyi **-TX-*** qeydiyyat nişanlı “Tofaş” markalı avtomobilə baxış keçirməyə getmişlər. Baxış keçirilməsindən öncə Təqsirləndirilən şəxs baxışın video çəkilişdən istifadə edilməklə həyata keçirilməsi, o cümlədən baxışda iştirak edən şəxslərin adları barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs baxış iştirakçılarına və baxışın video çəklişdən istifadə edilməklə həyata keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edildi ki, idarə etdiyi **-TX-*** qeydiyyat nişanlı “Tofaş” markalı avtomobildə odlu silah, döyüş sursatı, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə odlu silah tüfəng saxladığını bildirmiş və avtomobili açaraq baxışa təqdim etmişdir.Daha sonra Təqsirləndirilən şəxs avtomobilin arxa saxlanc hissəsindən 01 ədəd qara rəngli parçada olan dəmir predmeti təqdim etmişdir. Həmin qara rəngli parça açılarkən içərisində 01 ədəd qəhvəyi rəngli tüfəng tipli predmet aşkar edilmişdir. Daha sonra **-TX-*** qeydiyyat nişanlı “Tofaş” markalı avtomobilin yük yerindən aşkar edilmiş 01 ədəd tüfəng tipli silaha oxşar dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan aşkar edildiyi 01 ədəd qara rəngli parçada qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən digər əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 01 ədəd tüfəngə oxşar dəmir predmeti təxminən 1 ay əvvəl Oğuz rayonu ərazisindən çayın içərisindən tapdığını, hər hansı məqsədlər üçün istifadə etmədiyini, heç kimə vermədiyini, özündə olmasından heç kimin məlumatının olmadığını, başqa şəxslərin əlinə keçməməsi üçün yerini dəyişmək məqsədi ilə avtomobilində saxladığını bildirmişdir . Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X10 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edərək şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən məlum olur ki, o, şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 24 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs BMCMİ-nin əməkdaşları tərəfindən Baş İdarənin inzibati binasına gətirilmiş və Baş İdarədə təhqiqatçı X11 tərəfindən Cuma Şixamirovun üzərinə keçirilmiş şəxsi axtarış zamanı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hazırda üzərində odlu silah, döyüş sursatları olmasa da, hazırda Zaqatala Rayon Polis Şöbəsinin inzibati binasının həyətində saxlanılan, idarə etdiyi **-TX-*** qeydiyyat nişanlı “Tofaş” markalı avtomobildə 01 ədəd tüfəng saxladığını və həmin avtomobilə baxış keçirələcəyi halda tüfəngi təqdim edə biləcəyini və bununla bağlı idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 25 may 2023-cü il tarixli 23/39412 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda istehsal olunmuş 24 kalibrli ZK modelli, çaxmaqlı, hamar tək lüləli ov tüfəngidir, yivsiz odlu silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmişdir və hal-hazırda öz təyinatını itirmiş 24 kalibrli ov tüfənginin kəsiyidir, yivsiz odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 24 may 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 may 2023-cü il tarixdə saat 18:25-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-795/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 24 may 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası Publik hüquqi şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 25 iyul 2023-cü il tarixli cinayət işi üzrə materialın ayrılması haqqında qərardan görünür ki, hazırki cinayət işinin materiallarından odlu silahın əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə ayrıca material ayrılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il azadlıqda məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə hökm dəyişdirilərək, əməli CM-nin 221.3-cü maddəsindən CM-nin 221.2.1-ci maddəsinə tövsüf edilərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2014-cü il il hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay azadlıqda məhrum etmə cəzasına məhkum edilmiş. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il azadlıqda məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Tala kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 13 iyun 2023-cü il tarixdə verilmiş 5- 82-39/2-702/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi özündən, arvadı X12, oğlu 2012-ci il tarixdə doğulmuş X9 və 2022-ci il tarixdə doğulmuş X1 ibarətdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, 04 avqust 2012-ci ildə doğulmuş X3 valideynləri atası Təqsirləndirilən şəxs və anası X6r. İş materiallarına əlavə edilmiş Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, 24 yanvar 2022-ci ildə doğulmuş X2 valideynləri atası Təqsirləndirilən şəxs və anası X7r. İş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Tala kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 13 iyun 2023-cü il tarixdə verilmiş 5- 82-39/2-703/2023 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 228.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda şərh edilən və ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, həm də şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və cinayət işinin digər obyektiv halları ilə məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağın olmasın, özünü təqsirli bilməklə törətdiyi cinayət əməlindən səmimi peşimançılıq hisləri keçirməsi, ailəsinin yeganə qazanc mənbəyi olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum ediləcəyinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun şübhəli şəxs qismində tutulduğu 24 may 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş 24 kalibrli ZK modelli, lüləsi və qundağı kustar üsulla kəsilmiş odlu silah olan 01 ədəd ov tüfənginin kəsiyi məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra DİN-nin Silah- Sursat Anbarına təhvil verilməli, 02 ədəd DVD disk isə cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərclərinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli tutulduğu tarixdən, yəni 24 may 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. İş üzrə üzrə maddi sübutlar – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş 24 kalibrli ZK modelli, lüləsi və qundağı kustar üsulla kəsilmiş odlu silah olan 01 ədəd ov tüfənginin kəsiyi məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra DİN-nin Silah- Sursat Anbarına təhvil verilsin. İş üzrə maddi sübut olan 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərclərinin, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov.
Məhkəmə qərarları › İş №1(033)-42/2023
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-42/2023
11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver