Məhkəmə qərarları › İş №1(033)-43/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №1(033)-43/2023

22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 1(033)-43/2023 22.08.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs – X6, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 və onun müdafiəçisi Zaqatala Rayon Vəkil Bürosunun vəkili X10 iştirakları ilə, X3 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X6 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. X8 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 10 iyul 2023-cü il tarixdə sonradan X5 olduğunu bildiyi X5 istagram sosial şəbəkəsində “elon.more8” adlı səhifədən “-animal friendly” adlı səhifəsində küçə itlərinin öldürülməsi ilə bağlı yerləşdirdiyi videonun şərh bölməsində onu təhqir edərək şikayət ərizəsində qeyd etdiyi sözləri yazaraq onu təhqir edib. Bundan sonra “elon.more8” səhifəsini işlədən həmin şəxs instagram sosial şəbəkəsində yazaraq telefon nömrəsini istəmişdir. Həmin şəxsə öz telefon nömrəsini göndərdirmişdir. Nömrəni göndərdikdən sonra ***-***-**-** nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng gəlmişdir. Ona zəng edən X5 özünü Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşı kimi təqdim edərək adının Aygün olduğunu, “elon.more8” adlı səhifədən “-animal friendly” adlı səhifədə yerləşdirdiyi həmin videonun şərh bölməsində şərəf və ləyaqətini alçaldan rəyləri özü yazdığını bildirmişdir. Bununla əlaqədar olaraq o Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edərək X4 barəsində tədbir görülməsini xahiş etmiş. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 iyul 2023-cü il tarixli 3-16-17/9/2-ƏNQ-42/2023 saylı məktubunda X3 Penitensiar Xidmətdə işləməməsi bildirilmişdir. Bundan sonra o, “elon.more8” adlı səhifədən kimin istifadə etdiyini müəyyən etmək üçün Zaqatala rayon Polis Şöbəsinə müraciət etmişdir. İzahatında “elon.more8” adlı səhifənin kimə məxsus olduğunu bilmədiyini, Aygün adlı qadını tanımadığını, “elon.more8” adlı səhifənin Aygün adlı qadının istifadəsində olub-olmadığını bilmədiyini bildirmişdir. Və instagram sosial şəbəkəsində “elon.more8” adlı səhifədən “-animal friendly” adlı səhifədə yerləşdirdiyi videonun şərh bölməsinə şərəf və ləyaqətini alçaldan rəylər yazaraq, onu ən ağır sözlərlə təhqir edən şəxsi müəyyən edib barəsində tədbir görülməsini xahiş etmişdir. Şikayətin əsasında izahatı alınmış X1 gizlətməmiş, instagram sosial şəbəkəsində “elon.more8” adlı səhifəfınin saxta olmadığını, ona məxsus olduğunu, həmin səhifədən özü istifdadə etdiyini, 10 iyul 2023-cü il tarixdə instagram sosial şəbəkəsində animal friendly” adlı səhifənin Zaqatala şəhərində sahibsiz küçə itlərinin öldürülməsi ilə bağlı paylaşdığı videonun şərh bölməsində rəy yazdığını, bundan sonra öz istifadəsində olan 055-811-55 nömrəsindən onun 070-333- 80-70 nömrəsinə zəng etdiyini etiraf etmişdir. X2 etdiyi təhqirləri danmış, sadəcə “küçə itlərinə qarşı necə mübarizə aparaq” məzmunlu rəy yazdığını bildirmişdir. Zaqatala rayonu Polis Şöbəsi təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X12 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 iyul 2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X8 xüsusi ittiham qaydasında şikayəti müdafiə edərək barəsində şikayət verilmiş şəxs X3 təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 ilk öncə X8 onu təhqir etməsini və bundan sonra o X7 təhqir etdiyini bildirmişdir. Özünü təqsirli bilmədiyini göstərərək onun barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, Bakı şəhərinin Nəsimi rayonunda yaşayır, saytda olan yazıları da Bakı şəhərində yaşadığı evdə olarkən yazmışdır. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 müdafiəçisi Zaqatala Rayon Vəkil Bürosunun vəkili X13 xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin məcəllənin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 293-3.1-293.3.7-ci maddələrinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilir. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1 - 293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin dispozisiyasında təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin qeyd olunan müddəalarına uyğun olmayaraq tərtib edilmişdir. Belə ki, xüsusi ittiham qaydasında şikayətdən görünür ki, barəsində şikayət verilmiş şəxsin əməlində törədilmiş cinayət barədə məlumatlar, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada, nə vaxt və necə törədilməsi halları müəyyən edilməmişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının CPM-nin 88.4.1-ci maddəsinin tələbinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək şikayət vermiş şəxsin vəzifəsidir. Lakin, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs qanunvericliklə üzərinə düşən vəzifələri icra etməyərək şikayət ərizəsinin forma və məzmununda qüsurlara yol verməklə tərtib edildiyi müəyyən edilmişdir. Belə ki, xüsusi ittiham qaydasında şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada törədilməsi barədə məlumat göstərilməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsində imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının CPM-nin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə Q ə r a r a a l d ı: X3 barəsində Azərbaycan Respublikasının 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair X6 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar