Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-45/2025 05.01.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, X12 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X3 və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1983-cü ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, rəsmi işsiz, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu, Çobankol kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 10:20-də məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 22,031 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əldə edib üzərində saxlamış, 28 iyun 2025-ci il tarixdə, saat 17:01 radələrində həmin narkotik vasitəni satış məqsədi olmadan Zaqatala rayonu, Şimşək adlanan ərazidə qanunsuz daşıyarkən Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və həmin ərazidə üzəri yoxlanılarkən əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü falqa bükümdə təmiz çəkisi 22,031 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs X7 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək bildirdi ki, o, əvvəllər narkotik vasitədən istifadə etmişdir. 26 iyun 2025-ci il tarixdə saat 13 radələrində Zaqatala rayonu Muxax kəndi ərazisində yerləşən çöldə odun yığmaq üçün getmişdir. Yol kənarında gəzən vaxt isə o, kolluğun arasında bükülmüş vəziyyətdə olan gümüşü büküm görmüşdür. Ona həmin bükümün içərisində nə olması maraqlı gəldiyi üçün bükümü götürərək açıb içərisinə baxmışdır. Bükümün içərisində qara rəngli maddəyə bənzəyən əvvəllər tanıdığı narkotik maddə olmuşdur. O, həmin narkotik maddəni istifadə etmək məqsədilə gümüşü bükümü cibinə qoymuşdur. Həmin bükümü 2 gün üzərində daşımışdır. 28 iyun 2025-ci il tarixdə saat 17 radələrində o, Zaqatala rayonu Şimşək adlanan əraziyə həmin narkotik maddədən istifadə etmək üçün getmişdir. Həmin vaxt "Şimşək” dairəsi yaxınlığında piyada hərəkət edərkən ona iki nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər və üzərində qanunsuz olaraq əldə edib saxladığı narkotik vasitə, həmçinin cinayət xarakterli digər əşya və predmet olub olmadığını soruşmuşlar. O, həmin vaxt əynindəki göy rəngli şalvarın sağ yan cibindən üzərində daşıdığı gümüşü rəngli bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılıb içərisinə baxış keçirilmişdir. Sonra bükümdəki kütlə elektron tərəzidə çəkildikdə gümüşü rəngli kağız bükümlə birlikdə çəkisinin 22.49 qram olduğu müəyyən edilmişdir. Elektron tərəzidə çəkildikdən sonra həmin büküm 1 ədəd ağ rəngli zərfdə qablaşdırılıb götürülmüşdür. Bundan sonra o, Zaqatala RPŞ-yə gətirilmişdir. Zaqatala RPŞ-də ilk öncə mütəxəssis, daha sonra isə ona hüquqlarının müdafiəsi üçün vəkil təyin edilmişdir. Bundan sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs qismində tutulduqdan sonra içərisində üzərindən aşkar edilərək götürülmüş narkotik maddə olan tiryəkə bənzər kütlə olan zərfə və həmin zərfin içərisindəki kütləyə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Həmin zərfin içərisindəki kütlə təhqiqatçı tərəfindən yenidən elektron tərəzidə çəkilmişdir. Həmin vaxt həmin kütlənin gümüşü rəngli kağız bükümlə birlikdə ümumi çəkisi 22.22 qram təşkil etmişdir. Bundan sonra həmin kütlə həmin zərfə qoyularaq yenidən qablaşdırılmışdır. Verilən suallara cavab olaraq o, hazırda yaşadığınız evdə və yaxud başqa yerdə narkotik tərkibli başqa maddə saxlamadığını, üzərindən aşkar edilərək götürülmüş içərisində narkotik vasitə olan tiryəki özünün istifadəsi üçün cibində gəzdirdiyini, narkotik vasitə olan tiryəki əldə etdiyi zaman yanında heç kim olmadığını, narkotik vasitə əldə edib saxlamağından heç kimin məlumatının olmadığını, barəsində əməliyyat-axtarış tədbirləri aparılarkən, təhqiqat və istintaq dövründə rəsmiləşdirmə zamanı ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyini, bununla əlaqədar hər hansı bir vəsatətinin və şikayətinin olmadığını qeyd etmişdir. Etdiyi hərəkətdən peşmandır və yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, 28 iyun 2025-ci il tarixdə Zaqatala rayonu, Çobankol kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin istifadəsində və üzərində daşınmasında şübhəli olması barədə Zaqatala rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupuna daxil olmuş əməliyyat məlumatı əsasında Zaqatala RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Zaqatala RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3, Zaqatala RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı X11 ilə birlikdə 28 iyun 2025-ci il tarixdə saat 17:01 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Zaqatala rayonu “Şimşək” adlanan ərazidə müəyyən edib saxlamışlar, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib, videoçəkilişdən istifadə edilməklə üzərində narkotik vasitələrin qanunsuz daşımasında və istifadəsində şübhəli olduğunu dedikdən sonra üstünün yoxlanılmasını ona bildirmişlər. Sonra videoçəkilişdən istifadə edilməklə tərəfindən Təqsirləndirilən şəxs saxlanıldığı yerdə hüquq və vəzifələri izah edilmişdir. Videoçəkilişi PPXB-nin polis nəfəri Şaban Ramazanov edirdi. Həmin yerdə Təqsirləndirilən şəxs üzərində nə kimi qanunsuz əşya və ya narkotik maddə varsa könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üstü yoxlanılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli büküm aşkar edilmişdir. Tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə həmin gümüşü rəngli büküm açılıb içərisinə baxış keçirilmiş və spesifik qoxulu tünd qəhvəyi rəngli narkotik vasitə olan tiryəkə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs üstündə başqa heç bir qeyri-qanuni əşya olmadığını demişdir. Sonra bükümdəki kütlə elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 22,49 qram olması müəyyən olunmuşdur. Elektron tərəzidə çəkildikdən sonra həmin büküm 1 ədəd ağ rəngli zərfə qablaşdırılıb möhürlənmiş, götürülmüş, zərfin üzərinə iştirakçılar imza etmişlər, Təqsirləndirilən şəxs özü də imza etmişdir. Orada şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan tiryəkə bənzər kütləni Zaqatala rayonu, Muxax kəndi ərazisində çöllük sahədə işləyərkən tapdığını və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Daha sonra tərəfindən müvafiq sənədləşmə aparılması üçün Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər və onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üstünün yoxlanılması barədə protokol tərtib edilmiş, protokol iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Sonra PPXB-nin polis nəfəri Şaban Ramazanov tərəfindən videolentə alınmış görüntülər bir ədəd DVD diskə köçürülərək həmin protokola əlavə edilməsi üçün təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd zərfdə olan tiryəkə bənzər kütlə müvafiq sənədləşmə ilə birlikdə raportla təhqiqatçıya təqdim edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs vəkil təqdim edilmişdir. Baxışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs baxış keçirilməsi barədə onun narazılığının olub-olmaması soruşulmuşdur. O, bildirmişdir ki, heç bir etirazı yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində qeyd edilmiş hüquq və vəzifələri izah edilmiş, video və foto çəkilişdən istifadə ediləcəyi elan edilmişdir. Baxış zamanı təhqiqata təqdim olunmuş içərisində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik maddə olan tiryəkə bənzər kütlə olan zərfin üzərində “xx.xx.2025-ci il tarixdə vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 (bir) ədəd gümüşü bükümdə içərisində narkotik vasitə tiryəkə bənzər kütlə” sözləri, Təqsirləndirilən şəxs, Şahid3, Şahid2 və onun imzaları olduğu və zərfin Azərbaycan Respublikası DİN-in zərflər üçün 62 nömrəli möhürü ilə möhürləndiyi müşahidə edilmişdir. Həmin zərf təhqiqatçı tərəfindən açılanda içərisində 1 ədəd gümüşü rəngli büküm olduğu müşahidə olunmuşdur. Həmin gümüşü rəngli bükümə baxış keçirilərkən içərisində tiryəkə bənzər kütlə olduğu müşahidə edilmişdir. Təhqiqatçı tərəfindən elektron tərəzidə çəkiləndə kağız bükümdəki tiryəkə bənzər kütlənin gümüşü bükümlə birlikdə ümumi çəkisinin 22.22 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra həmin gümüşü kağız bükümdəki tiryəkə bənzər kütlə yenidən eyni zərfə təhqiqatçı tərəfindən qoyularaq Azərbaycan Respublikası DİN-in zərflər üçün 62 nömrəli möhürü ilə möhürlənərək qablaşdırılmışdır. Təhqiqatçının şifahi sorğusu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tiryəkə bənzər kütləni Zaqatala rayonu, Muxax kəndi ərazisində çöllük sahədə işləyərkən tapdığını və gümüşü bükümün içərisindəki maddəni istifadə etmək üçün üzərində daşıdığını bildirmişdir. Baxış videoçəkilişlə keçirilmişdir. Baxış zamanı qeydə alınmış həmin video və foto görüntülər DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və iştirak edən şəxslərə ucadan oxunmuşdur. İştirak edən şəxslər tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. Verilən suala cavab olaraq, o, Təqsirləndirilən şəxs saxlanılıb polis şöbəsinə gətiriləndə yanında heç kimin olmadığını, tək olduğunu bildirmişdir. Məhkəmə iclası zamanı şahidlər Şahid3 və şahidlər Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edərək Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclası zamanı Şahid4 ifadəsi elan edilərək şahidlər Şahid1, Şahid3 və Şahid2 ifadələrinə uyğun ifadə verdiyi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş 28 iyun 2025-ci il tarixli şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17:01-də Zaqatala RPŞ-nin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs Zaqatala rayonu, Şimşək adlanan ərazidə saxlanıldığı yerdə hüquq və vəzifələri izah edilmiş, üstünün yoxlanılması zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd gümüşü rəngli bükümü təqdim etmiş, içərisində tiryək olduğunu bildirmiş, təqdim edilmiş 1 (bir) ədəd gümüşü rəngli bükümdə olan narkotik vasitə elektron tərəzidə çəkilmiş və çəkisi 22.49 qram müəyyən edilərək, müvafiq qaydada qablaşdırılaraq götürülmüş, istintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 28 iyun 2025-ci il tarixli əməliyyat tədbiri keçirilməsinə müvəkkil olmuş şəxs tərəfindən təqdim olunmuş əşyalara baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə saat 18:18-dən saat 18:31-dək olan müddət ərzində vəkil X9 və polis əməkdaşlarının iştirakı ilə təhqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan tiryəkə bənzər kütlə olan 1 ədəd zərfə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Baxışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs baxış keçirilməsi barədə onun narazılığının olub-olmaması soruşuldu. O, bildirdi ki, heç bir etirazı yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində qeyd edilmiş hüquq və vəzifələri izah edildi, video və foto çəkilişdən istifadə ediləcəyi elan edildi. Baxış zamanı təhqiqata təqdim olunmuş içərisində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik maddə olan tiryəkə bənzər kütlə olan zərfin üzərində “xx.xx.2025-ci il tarixdə vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 (bir) ədəd gümüşü bükümdə içərisində narkotik vasitə tiryəkə bənzər kütlə” sözləri, Təqsirləndirilən şəxs, Şahid3, Şahid2 və qablaşdıran Şahid1 imzaları olduğu və zərfin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zərflər üçün 62 nömrəli möhürü ilə möhürləndiyi müşahidə edildi. Həmin zərf təhqiqatçı tərəfindən açılanda içərisində 1 ədəd gümüşü rəngli büküm olduğu müşahidə olundu. Həmin gümüşü rəngli bükümə baxış keçirilərkən içərisində tiryəkə bənzər kütlə olduğu müşahidə edildi. Təhqiqatçı tərəfindən elektron tərəzidə çəkiləndə kağız bükümdəki tiryəkə bənzər kütlənin gümüşü bükümlə birlikdə ümumi çəkisinin 22.22 qram olduğu müəyyən olundu. Bundan sonra həmin gümüşü kağız bükümdəki tiryəkə bənzər kütlə yenidən eyni zərfə təhqiqatçı tərəfindən qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zərflər üçün 62 nömrəli möhürü ilə möhürlənməklə qablaşdırılmışdır. Təhqiqatçının şifahi sorğusu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tiryəkə bənzər kütləni Zaqatala rayonu, Muxax kəndi ərazisində çöllük sahədə işləyərkən tapdığını və gümüşü bükümün içərisindəki maddəni istifadə etmək üçün üzərində daşıdığını bildirmişdir. Baxış videoçəkilişlə keçirilmişdir. Baxış zamanı qeydə alınmış həmin video və foto görüntülər DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və iştirak edən şəxslərə ucadan oxunmuşdur. İştirak edən şəxslər tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin Şəki Regional bölməsinin məhkəmə-bioloji ekspertizasının 29 iyun 2025-ci il tarixli, 17/2-488 nömrəli rəyindən görünür ki, “...Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd gümüşü falqa bükümdə, təmiz çəkisi - 22,031 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 23 avqust 2025-ci il tarixli, 1332 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, X7 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsin tutması haqqında 28 iyun 2025-ci il tarixli qərardan və həmin tarixli protokoldan görünür ki, X7 həmin gün saat 17:01-dən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 30 iyun 2025-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, X7 barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 30 iyun 2025-ci il tarixli təqsirləndirilən şəxsin həbsdən azad edilməsi haqqında qərardan görünür ki, X1 RPŞ-in X10 azad edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala rayon X6 Hüquqi Şəxsin 08 iyul 2025-ci il tarixli, 18-1-78/2-703/2025 nömrəli məktubundan görünür ki, Zaqatala rayonu, Çobankol kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1983cü il təvəllüdlü Təqsirləndirilən şəxs Zaqatala RMX PHŞ-nin Psixiatrik və Narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs X3 cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxs X5 cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs X3 törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməsi tövsiyə olunmuşdur. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından X5 təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Onun əməlində cəzanı ağırlaşdıran halların mövcud olmaması, şəxsiyyəti, özünün həyat şəraiti, etdiyi əməlin az ağır cinayətlər qrupuna aid edilməklə, xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az təhlükəli olması, törətdiyi əmələ görə səmimi peşman olması bunu deməyə əsas verir. Məhkəmə təqsirləndirilən şəxs X5 hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əldə edib üzərində saxladığı narkotik vasitəsinin həcminin çox olmamasını, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, əməlindən peşman olmasını nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs X3 28 iyun 2025-ci il tarixdən 30 iyun 2025-ci il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hesablanmalı, onun barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs X5 CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və narkomaniyadan məcburi müalicə olunmalıdır. Təqsirləndirilən şəxs X7 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs X7 ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə onun üzərinə Zaqatala rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. X3 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. X5 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut qismində Zaqatala RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş еkspеrtizа tədqiqаtındаn sоnrа qalıq qalmış 01 (bir) ədəd gümüşü rəngli falqa bükümdə qalıq çəkisi 21,931 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 71,94 (yetmiş bir manat doxsan dörd qəpik)manat məbləğində eksperiza xərci təqsirləndirilən şəxs X2 tutulub Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs X3 28 iyun 2025-ci il tarixdən 30 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 4 (dörd) gün müddət həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs X7 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs X7 ona təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə X3 üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yeri olan Zaqatala rayonu Çobankol kəndində yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs X3 cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs X5 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Zaqatala Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs X5 CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs X7 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində Zaqatala RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş еkspеrtizа tədqiqаtındаn sоnrа qalıq qalmış 01 (bir) ədəd gümüşü rəngli falqa bükümdə qalıq çəkisi 21,931 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxs X2 tutulub Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №1(033)-45/2025
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-45/2025
05.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver