Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-47/2022 15.11.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, dövlət ittihаmçısı- Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X5 şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürsunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx.xx.1975-ci ildə Zaqatala rayonu, Qımır kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Ağdam rayon məhkəməsinin xx.xx.2003-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddəsi ilə məhkum olunmuş, məhkumluğu ödənilmiş, işsiz, Zaqatala rayonu, Qımır kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 16:00-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Gözəlov X16 RMX PHŞ-nin tabeliyində olan Danaçı Ailə Sağlamlıq Mərkəzinin rəhbəri Şahid3 və həmin mərkəzdə mühafizəçi vəzifəsində işləyən Şahid2lə aralarında olan şifahi razılaşmaya əsasən 2022-ci ilin aprel ayının sonunda öz fəhlələri ilə birlikdə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, 369 saylı məktubunda qeyd edilmiş Danaçı Ailə Sağlamlıq Mərkəzinin həyətində yerləşən qovaq ağaclarını budayan zaman razılaşmadan kənara çıxaraq meşə qanunvericiliyində nəzərdə tutulan normalara riayət etmədən həmin normaları kobud şəkildə pozmaqla dövlət mülkiyyətinə aid olan Mərkəzin həyətində yerləşən diametri 20 sm olan köküstə yaş 1 ədəd qovaq, diametri 28 sm olan köküstə yaş 1 ədəd qovaq, diametri 32 sm olan köküstə yaş 1 ədəd yunan qozu, diametri 15 sm olan köküstə yaş 1 ədəd tut, diametri 16 sm olan köküstə yaş 1 ədəd tut, diametri 18 sm olan köküstə yaş 1 ədəd tut cinsindən olmaqla ümumilikdə 06 (altı) ədəd ağacı qanunsuz kəsərək təbiətə 1210 (min iki yüz on) manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zaqatala rayonu ərazisində odun alqı-satqısı ilə məşğul olur. Bu məqsədlə odun satan ayrı-ayrı şəxslərdən odunu alıb başqa rayonlardan gəlib Zaqatala rayonunda odun almaq istəyən şəxslərə, eləcə də yeşik sexlərini işlədən adamlara bir az baha qiymətə satır. 2022-ci ilin aprel ayının sonunda Danaçı kənd tibb məntəqəsində təsərrüfat müdiri işləyən Cabbar adlı şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə özünün ***-***-**-** mobil nömrəsindən zəng edərək xəstəxananın həyətində olan qovaq ağaclarının budanmalı olduğunu, bununla bağlı Şəki şəhərində yerləşən ekologiya idarəsindən rəsmi icazə rəyi alındığını bildirmişdir. Həmin şəxslə və tibb məntəqəsinin baş həkimi Pirdas adlı qadınla xəstəxanada görüşmüş, Pirdas Şahid2la birgə ekologiya idarəsindən xəstəxananın həyətində olan 16 ədəd qovaq ağacının budanmasına icazə verilməsi barədə rəyi ona təqdim etmiş, o da həmin sənədlə tanış olmuşdur. Aralarında olan şifahi razılaşmaya əsasən o öz fəhlələri ilə xəstəxananın həyətində olan və yerində ona göstərilən təxminən 11 metrdən 15 metrə kimi olan müxtəlif uzunluqlarda olan 14 qovaq ağacını öz hesabına budamalı, budama işlərini isə rəydə də qeyd olunduğu kimi yerdən 5-6 metr hündürlüyə kimi həyata keçirməli, yəni ağacların yerdən 5-6 metr hündürlüyə kimi olan hissəsinə toxunmamalı, gövdə və budaqlarının bundan sonrakı hissələrini kəsərək ərazidən daşımalı, bunun müqabilində onlara 700 manat məbləğində pul verməli idi. Bir neçə gün sonra həmin yerə gəlmiş, 14 ədəd qovaq ağacını və yanlışlıqla rəydə qeyd olunmayan 01 ədəd palıd ağacını həmin qaydada kəsməklə budamış, yəni yerdən 5-6 metr hündürlüyə kimi olan hissəsinə toxunmamış, qalan hissələrini kəsmişdir. Həmin kəsinti işlərini fəhlə kimi Lahıc kənd sakinləri olan Elvin, Sərxan, Cavid və İlkin adlı şəxslərə gördürmüş və onlara zəhmət haqqı vermişdir. Odunların satışı ilə bağlı əslən Ağdam rayonundan olan və odun alqı-satqısı ilə məşğul olan Anar adlı şəxslə danışmış və odunları həmin şəxsə 1300 manata satmaqla bağlı razılığa gəlmişdir. Ağaclar kəsilən gün həmin şəxs özünün Kamaz markalı, ** HU *** dövlət qeydiyyat nişanlı yük maşını ilə əraziyə gələrək odunları ərazidən götürmüş, kəsdiyi ağacların müqabilində tibb məntəqəsinin baş həkimi Pirdas və təsərrüfat müdiri Cabbar adlı şəxslə razılaşdığı 700 manat pulu ağacları kəsdiyi günün sabahısı saat 12 radələrində tibb məntəqəsinin həyətində Cabbara vermişdir. Lakin pulun verilməsi ilə bağlı ona hər hansı qəbz və ya order verilməmişdir. Kəsdiyi ağaclar qovaq cinsindən olmaqla, yaş köküstə olmuş, yaşları barədə məlumatı yoxdur. Gövdələrinin dib hissələri 1 metr və daha artıq olsa da gövdənin kəsdiyi hissələrində diametrləri 50 sm-dən 70 sm-dək müxtəlif ölçülərdə olmuşdur. Həmin ağacları kəsərkən bir neçəsinin gövdə hissəsi yaxınlıqdakı iki qovaq və bir qoz ağacının üzərinə düşərək onları zədələyib yararsız hala saldığına görə həmin ağacları dibindən kəsməli olmuşdur. Həmin ağacların diametrləri təxminən 20-30 sm olmaqla, cavan, yaş kök üstə ağaclar olmuşdur. Həmin ağacları kəsdiyi yerdən götürməmiş, qeyd olunan ağacları hər hansı qazanc və ya gəlir əldə etmək məqsədilə kəsməmişdir. Budadığı iri gövdəli ağacların gövdəsi onların üzərinə düşüb yararsız hala saldığına görə həmin ağacları kəsməli olmuş, həmin 03 ədəd ağacı kəsdiyinə görə barəsində Şəki şəhərində fəaliyyət göstərən 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin Əfqan adlı əməkdaşı tərəfindən araşdırma aparılmış və barəsində akt tərtib edilmişdir. Bundan başqa həmin vaxt budama zamanı iri gövdəli ağacların budaqlarının üzərinə düşməsi nəticəsində yararsız vəziyyətə düşmüş 03 ədəd diametrləri 15-18 sm olan tut ağaclarını da dib kökündən kəsmiş, həmin ağaclar yaş köküstə olmaqla, cavan ağaclar olmuşdur. Ümumilikdə 21 ədəd ağacın kəsilməsi ilə bağlı onunla Danaçı bələdiyyəsinin sədri arasında hər hansı danışıq olmamış və həmin şəxsi tanımır. Həmin 14 ədəd qovaq ağacını budadığı gün yaxınlıqda, tibb məntəqəsinin həyətində yerləşən su arxının kənarında olan qoz və yalanqoz ağaclarının əvvəllər kəsildiyinin şahidi olmuş, təxminən 6 ədəd ağacın kök hissəsini saymışdır. Ağaclar dibindən kəsilmiş, lakin kökləri yerində olmaqla torpaqdan çölə doğru çıxardılmış vəziyyətdə olmuşdur. Kimlərsə ya ağacları dibindən kəsərək iz itirmək məqsədilə köklərini çıxartmağa çalışsa da çıxara bilməmiş, ya da ağacı traktor və ya ekskavator vasitəsilə dartmaqla aşırtdıqdan sonra gövdəsini dibindən kəsmişdir. Cabbarın ona deməsinə görə həmin ağacları bələdiyyə sədri Amrulla kəsdirmiş və “mənlikdir” deməklə bu işin ona aid olduğunu bildirmişdir. Lakin bələdiyyə sədrinin həmin ağacları kimlərə kəsdirməsi, bu işin qanuni olub-olmaması, həmin ağacları kiməsə satıbsatmaması, müsbət halda kimlərə satması barədə də ona nə isə məlum deyildir. Onun tərəfindən kəsilmiş 21 ədəd ağacdan başqa, digər ağacların kim tərəfindən, nə vaxt və hansı şəraitdə kəsilməsi ilə bağlı məlumatı yoxdur. Xəstəxananın həyətindəki 14 ədəd qovaq ağacının budanma işləri tərəfindən 2022-ci ilin aprel ayının sonunda aparılmış, həmin gün ərazidə o, fəhlələri və xəstəxananın mühafizəçisi Şahid2 olmuş, fəhlələrlə birgə rəydə qeyd olunan 14 ədəd ağacı budamış, Şahid2 isə gördükləri işə nəzarət etmişdir. Həmin gün xəstəxananın rəhbəri Şahid3 orada iştirak etməmiş, budama zamanı qovaq ağaclarının iri gövdələrinin üzərinə düşməsi nəticəsində zədələnmiş ümumilikdə 6 ədəd ağacı özü tək kəsmişdir. Bu barədə ona Şahid3 və ya Şahid2 tərəfindən tapşırıq verilməmiş, həmçinin həmin 6 ədəd ağacı kəsməmişdən öncə onlara məlumat verməmişdir. Şahid3 ümumiyyətlə həmin gün orada olmamış, Şahid2 isə budama işləri aparılan zaman orada iştirak etsə də, rəydə qeyd olunmayan 6 ədəd ağacı kəsən zaman namaz qılmağa getdiyindən ərazidən uzaqlaşdığı üçün buna şahidlik etməmişdir. O ilk öncə Şahid2 3 ədəd olmaqla 2 ədəd qovaq və 1 ədəd qoz ağacını kəsdiyini söyləsə də, daha sonra 6 ədəd ağacı kəsdiyini səbəbini izah etməklə etiraf etmişdir. Zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödəmişdir və onunla barışıq əldə olunmuşdur. Etdiyi hərəkətlərdən peşmandır. Göstərdiklərinin nəzərə alınmasını və onun cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X21 Şəxs Zaqatala Rayon X9 Hüquqi Şəxsin nümayəndəsi Nümayəndə ifаdəsində göstərdi ki, Təqsirləndirilən şəxs tərəfindən Zaqatala RMX PHŞ-nin tabeliyində olan Danaçı Ailə Sağlamlıq Mərkəzinə dəymiş zərər tam ödənilmişdir. Həmin şəxs barədə şikayət və tələbləri yoxdur. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində tanınmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X10 ifаdəsində göstərdi ki, cinayət işi üzrə dövlətə dəymiş 1210 manat ziyan Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs dövlətə dəymiş ziyandan heç bir borcu qalmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, 4 ildir ki, Zaqatala RMX PHŞ Danaçı kənd Ailə Sağlamlıq Mərkəzində mühafizəçi vəzifəsində işləyir. Mühafizəçi kimi vəzifəsi müdriyyətin nümayəndəsi və ya əvəz olunan mühafizəçi ilə birlikdə Danaçı Ailə Sağlamlıq Mərkəzinin bütövlüyünü, yəni kilidlər, bağlama qurğuları, plombların varlığı, yanğın əleyhinə invertarlar, siqnalizasiyanın, telefonların, işıqlanmanın sazlığını yoxlamaqdan ibarətdir. 2022-ci ilin aprel ayının ortalarında Danaçı bələdiyyəsinin sədri Şahid4 iş yerinə gələrək mərkəzin baş həkimi Şahid3 mərkəzin həyətində olan 15 ədəd qovaq və 01 ədəd palıd ağacında budanma işləri aparılmalı olduğunu söyləmişdir. Belə ki, qonşuluqda yerləşən fındıq bağının sahibi olan Kamil adlı şəxs ona müraciət edərək həmin ağacların fındıq bağına kölgə salaraq ziyan verdiyini əsas tutub bələdiyyə mülkiyyətində olduqlarından kəsilməsini ondan xahiş etmiş, bununla bağlı o, ekologiya idarəsindən ağacların budanmasına razılıq verilməsi barədə rəy almışdır. Şahid4 həmin rəyi tanış olmaqları üçün onlara təqdim etmiş, rəydə həqiqətən də Şahid4 dediyi məzmunlu sözlər yazılmışdır. Şahid4 ağacların budanması ilə bağlı əldə ediləcək odun, yəni malmaterialın ona lazım olmadığını, istədikləri kimi istifadə edə biləcəklərini bildirmişdir. Bununla bağlı baş həkim Pirdasla birlikdə Azər adlı odun alqı-satqısı ilə məşğul olan şəxslə görüşüb razılaşmış, aralarında olan razılaşmaya əsasən Azər fəhlələri ilə birlikdə əraziyə gəlib öz hesabına ağacları kəsdirməli, sonra onlara 700 manat pul verməli idi. 2022-ci ilin aprel ayının sonlarında Azər budanmasına icazə verilmiş, mərkəzin həyətində yerləşən 16 ədəd ağacdan 14 ədədini budamış, yəni, ağaclar tam kəsilməmiş, yerdən 5 metr hündürlüyə kimi olan hissəsinə toxunmamış, gövdələrinin bundan sonrakı hissəsini kəsdirərək ərazidən aparmış, bunun müqabilində ona və baş həkimə 700 manat pul vermişdir. Həmin pulla xəstəxananın su probleminə görə həyətində su quyusu qazılmış, xəstəxanaya su matoru və ot çalan mator alınmış, həmçinin Mərkəzin binasının fasadını ağartmaq üçün əhəng alınmış, Mərkəzin binasının çardağına su çəni qoyulmuşdur. Mərkəzin həyətində barama saxlanılan əraziyə elektrik çəkmək üçün elektrik və kabelə müəyyən vəsait xərclənmiş və bütün bu işlərin görülməsi və Mərkəzin həyətinin təmizlənməsi müqabilində fəhlələrə pul verilmişdir. Həmin budanma işlərinin aparılması zamanı kəsilmiş ağacların yaxınlıqdakı ağacların üzərinə düşməsi nəticəsində diametrləri 15 sm və 18-sm olan, bir qoz və iki qovaq ağacı, həmçinin diametrləri 15-18 sm olan 03 ədəd tut ağacı olmaqla ümumilikdə 06 ədəd ağac yararsız hala düşmüşdür. Lakin həmin ağacların diametrlərini dəqiq bilmir. Tut ağaclarının Azər tərəfindən kəsilməsindən sonradan məlumat almış, Ailə Sağlamlıq Mərkəzinin həyətində budanma ilə bağlı çoxlu sayda ağac gövdələri olduğu üçün bunu dəqiq görə bilməmiş, Azərin özü bu barədə ona məlumat vermişdir. Azər həmin ağacları kəsdikdən sonra xəstəxanaya təhvil vermişdir. Xəstəxana qışda odunla isidildiyi üçün 06 ədəd ağac kəilsdikdən sonra onlara verilmişdir. Hazırda həmin ağaclar mərkəzin anbarındadır. O Azərdən həmin ağacları kəsməsini xahiş etməmişdir. 2022-ci ilin aprel ayının əvvəllərində bələdiyyə sədri Amrulla tərəfindən Danaçı kəndində köhnə su kanalında təmizlənmə işləri aparılmış, həmin köhnə su arxının 3 metr hissəsi xəstəxanının həyətindən keçir, su arxı sovet dövründə Qamçaydan Danaçı kəndinin Bertala adlanan hissəsindəki əkin sahələrinə çəkilmişdir. Bu məqsədlə Amrulla tərəfindən əraziyə ekskavator və fəhlələr cəlb edilmiş, ekskavatorun sürücüsü İbrahimxəlil adlı şəxs olmuşdur. Fəhlələrin adlarını isə bilmir. Amrulla tərəfindən həmin işlərin hansı səbəblə görülməsi və ya bununla bağlı hansısa şəxsin bələdiyyəyə müraciət etməsi barədə ona nə isə məlum deyildir. Qeyd edilən arx köhnə arx olmuş və həqiqətən də təmizlənməsinə ehtiyac olmuşdur. Arxın içərisi dolub daralmış, su axını baş verməmişdir. Həmin kanalın təmizlənməsi zərurəti ilə bağlı həmin vaxt Amrullanın göstərişi ilə cəmi 02 ədəd ağac ekskavator vasitəsilə gövdəsindən dartılmaqla kökündən çıxarılmışdır. Biri qoz, digəri yalanqoz cinsinə aid köküstə, yaş və diametrləri 25-30 sm olan ağaclar olmuşdur. Ağacların biri mərkəzin həyətinə, digəri, yəni qoz ağacı isə xüsusi mülkiyyətdə olan adını bilmədiyi şəxsin torpaq sahəsinə düşmüşdür. Həmin ağaclar xəstəxananın həyətində deyil, xəstəxananın həyəti ilə bitişik olan ərazidə yerləşir. Kökündən çıxardılması nəticəsində yıxılaraq xəstəxananın həyətinə düşdüyünə görə Amrulla həmin ağacı oduncaq kimi istifadə etməkləri üçün xəstəxanaya vermiş, o da gələcəkdə odun kimi istifadə etmək məqsədilə ağacı doğratdıraraq anbara yığmışdır. Şahid4 digər qoz ağacını isə gövdəsi həyətinə düşmüş Danaçı kənd sakininə vermişdir. 2022-ci ilin mart ayının sonlarında bələdiyyə sədri Amrulla tərəfindən Danaçı kəndindən keçən asfalt yolun kənarında olan ağaclarda da budanma işləri aparılmışdır. Amrullanın deməsinə görə bununla bağlı ekologiyadan icazə almış, həmin ağaclar qovaq cinsindən yaş ağaclar olub sayları təxminən 9 ədəd olmuşdur. Amrulla həmin ağacların budanması nəticəsində toplanmış odunları və kəsilmiş ağaclar evlərinin qarşısında yerləşən bir neçə Danaçı kənd sakininə, bir ağacın odununu isə Danaçı kəndindən olan bir kasıb ailəyə ev tikintisində istifadə etmək məqsədilə vermişdir. Həmin ağacların bir hissəsini isə qonşu Makov kəndindən olan hansısa şəxsə vermişdir. Həmin şəxsin kim olması barədə məlumatı yoxdur. Şahid4 Azər, Camal və Bazov adlı şəxsə odun satması barədə ona nə isə məlum deyildir. Ailə Sağlamlıq Mərkəzinin həyətindən diametri 32 sm olan 01 ədəd gavalı ağacı, diametrləri 8, 10, 16 sm olan 03 ədəd Qafqaz xurması cinsinə aid ağac 2022-ci iin fevral ayında fəhlə Şaban tərəfindən kəsilmişdir. Qafqaz xurması cinsinə aid ağaclar fındıq ağacının dibində bitdiyindən və ağacın inkişafına maneçilik törətdiyindən fəhlə Şaban tərəfindən kəsilmişdir. Gavalı ağacı isə 2022-ci ilin aprel ayında güclü külək nəticəsində aşmış ağac olduğundan fəhlə Şaban tərəfindən kəsilmişdir. Lakin həmin ağac yaş köküstə olmuşdur. Şaban Fındıqlı kənd sakinidir. O Danaçı Ailə Sağlamlıq Mərkəzində fəhlə işləyir. Diametri 30 sm olan Qafqaz xurması və diametri 16 sm olan yalanqoz cinsinə aid ağacların Şaban tərəfindən kəsilib-kəsilməməsi ilə bağlı dəqiq məlumatı yoxdur. Ümumiyyətlə həmin 02 ədəd ağacın kim tərəfindən kəsilməsini bilmir. Rəydə qeyd olunan xəstəxananın həyətindəki 14 ədəd qovaq ağacının budanma işləri Təqsirləndirilən şəxs tərəfindən qabaqcadan Şahid3 razılaşdırılmış formada 2022-ci ilin aprel ayının sonunda aparılmışdır. Həmin gün ərazidə o, Təqsirləndirilən şəxs və onunla birlikdə əraziyə gələn fəhlələr olmuşdur. Lakin Şahid3 həmin gün budanma prosesində iştirak etməmişdir. Belə ki, bazar günü, yəni qeyri-iş günü olması ilə əlaqədar Şahid3 işdə olmamış, Təqsirləndirilən şəxs tərəfindən aparılan budanma işlərinə nəzarət etmək üçün ona tapşırıq vermişdir. Təqsirləndirilən şəxs fəhlələri ilə birgə rəydə qeyd olunan 14 ədəd qovaq ağacını və rəydə qeyd edilməyən 01 ədəd palıd ağacını budamışdır. Budama zamanı qovaq ağaclarının iri gövdələrinin üzərinə düşməsi nəticəsində zədələnmiş ümumilikdə 6 ədəd ağacı Təqsirləndirilən şəxs özü tək kəsmişdir. Bu barədə Təqsirləndirilən şəxs Şahid3 və ya onun tərəfindən tapşırıq verilməmiş, həmçinin Təqsirləndirilən şəxs həmin 6 ədəd ağacı kəsməmişdən öncə onlara məlumat verməmişdir. Belə ki, Şahid3 ümumiyyətlə həmin gün orada olmamış, o isə budama işləri aparılan zaman orada iştirak etsə də, rəydə qeyd olunmayan 6 ədəd ağac Təqsirləndirilən şəxs tərəfindən kəsilən zaman namaz qılmaq məqsədilə ərazidən uzaqlaşdığı üçün buna şahidlik etməmişdir. Təqsirləndirilən şəxs ona ilk öncə 3 ədəd olmaqla 2 ədəd qovaq və 1ədəd qoz ağacını kəsdiyini söyləsə də, daha sonra əlavə 3 ədəd tut olmaqla 6 ədəd ağacı kəsdiyini etiraf etmiş və səbəbini izah etmişdir. O, Təqsirləndirilən şəxs bu barədə Şahid3 məlumat verəcəyini bildirmiş, növbəti gün Şahid3 xəstəxanada bu barədə məlumat vermişdir. Şahid3 bununla bağlı aidiyyatı qurumlara məlumat verəcəyini söyləmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2lə ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, 2012-ci ildən Zaqatala rayonu Danaçı bələdiyyəsinin sədri vəzifəsində işləyir. Təxminən iki il qabaq Zaqatala rayonu Danaçı bələdiyyəsinə Şəki şəhərində yerləşən 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsindən ərazidə olan təhlükəli ağaclar barədə məlumat verilməsi haqda məktub daxil olmuşdur. Zaqatala-Danaçı asfalt yolunun kənarında yaşayan Danaçı kənd sakinləri X13, X8, X24, X4 və Bəxtiyar Mamayev 2021-2022-ci illər ərzində ayrı-ayrı tarixlərdə şifahi olaraq Danaçı bələdiyyəsinə və şəxsən ona müraciətlər edərək öz həyətyanı torpaq sahələrinə bitişik, Zaqatala - Danaçı yolunun kənarında yerləşən ağacların kəsilməsini xahiş etmişlər. Belə ki, həmin ağaclar kifayət qədər iri gövdəli ağaclar olub küləkli havalarda qırılaraq evlərin və ya insanların üzərinə düşüb təhlükə yaratmaq riski olduqlarına görə ağacların yerləşdiyi ərazinin bələdiyyəyə məxsus olduğunu zənn edib belə bir müraciət edilmişdir. O əraziyə baxış keçirdikdən sonra həmin şəxslərin göstərdikləri ağacların onların yaşadıqları evin həyətinə bitişik və Zaqatala-Danaçı asfalt yolunun kənarında yerləşməklə həmin şəxslərin ailələri və əmlakı ilə yanaşı bu yolun hərəkət iştirakçıları üçün də təhlükə yaratdığını müəyyən etmişdir. Danaçı kəndinin Şimal hissəsində kənd xəstəxanası yerləşir. Həmin xəstəxananın yerləşdiyi inzibati bina Danaçı bələdiyyəsinin mülkiyyətidir və əsas vəsait kimi bələdiyyənin balansındadır. Lakin həmin xəstəxananın yerləşdiyi ərazi dövlət mülkiyyətindədir. Belə ki, həmin ərazinin bələdiyyə mülkiyyəti olması ilə bağlı bələdiyyədə heç bir rəsmi sənəd yoxdur. Yalnız 2003-cü ildə təkrar islahat zamanı kadstr plan və cizgilər əsasında həmin ərazinin bələdiyyə mülkiyyətində olması görünür. Lakin həmin sənədlər rəsmi sənəd olmadığı üçün həmin ərazinin bələdiyyə mülkiyyətini olduğunu təsdiq etmək mümkün deyil. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsindən təqdim edilmiş arayışa əsasən həmin ərazi dövlət mülkiyyətidir. Bələdiyyənin xəritəsi, habelə həmin ərazinin bələdiyyə mülkiyyəti olması ilə bağlı rəsmi sənəd olmadığı üçün, dəqiq baza məlumatları əsasında 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən müəyyən edilmişdir ki, həmin ərazi dövlət mülkiyyətidir. Həmin xəstəxananın həyəti təxminən 2.5 hektardır. Xəstəxananın həyəti ilə bitişik X14 xüsusi mülkiyyətində olan pay torpaq sahəsi yerləşir və həmin şəxs bu torpaq sahəsində fındıq bağı salmışdır. Kamil Kahayev 2021-ci ildə, eləcə də 2022-ci ilin əvvəllərində ona şifahi müraciət edərək xəstəxananın həyətində olan müxtəlif cinsli, əsasən meşə çinarlarından ibarət olan ağacların onun bağına kölgə saldığını və təsərrüfatına ziyan vurduğunu bildirmişdir. O yerində baxış keçirmiş və bunun həqiqət olmasını müəyyən etmişdir. O yuxarıda qeyd edilən iki yerdə ağacların kəsilməsinə icazə verilməsi ilə bağlı 2022-ci ilin mart ayında qeyd edilənlər barədə rəsmi məktubla Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmiş və həmin müraciəti baxılması üçün Şəki şəhərində yerləşən 7 saylı ETSİ-nə göndərilmişdir. Həmin idarənin əməkdaşları müraciət edildikdən təxminən bir həftə sonra əraziyə gəlib hər iki yerə baxış keçirmiş və həqiqətən də təhlükənin mövcudluğu və ağacların kölgə salması səbəbli təsərrüfata ziyan vurması ilə razılaşmışlar. Baxış keçirildikdən təxminən 7 gün sonra ona həmin idarədən xx.xx.2022-ci il tarixli, 369 saylı məktub daxil olmuş və həmin məktubda yol kənarında olan ərazidən 21, xəstəxananın həyətindən isə 16 ədəd ağacın kəsilməklə budanmasına icazə verilməsi əks edilmişdir. Həmin məktub bələdiyyəyə daxil olduqdan sonra o, Zaqatala-Danaçı avtomobil yolunun kəndə doğru gedən istiqamətində sol çiynində olan ərazidən ümumilikdə 21 ədəd ağacın kəsilməsini təşkil etmiş, ağacların 10 ədədini X13 və X1 ilə kəsdirmişdir. Fəhlələri də özləri təşkil etmişlər. Həmin şəxslər ağacların həyətyanı sahələri üçün təhlükə yaradan adlarını yuxarıda qeyd etdiyi şəxslər olmuş, ağaclar kəsildikdən sonra cəmi 21 kub metr odun (material) çıxmış, 10 kub metrini həmin şəxslərin, yəni X13 və X17 özünə vermiş, ağacların 11 ədədini isə Muhuma adlı taxta sexi işlədən və Makov kənd sakini olan şəxsə kəsdirmiş, imkansız olub maddi vəziyyəti ilə bağlı evinin tikintisini davam etdirə bilmədiyi üçün ağacları kəsib tikintidə istifadə etməyə yararlı materialını Danaçı kənd sakini X6 verməyi xahiş etmiş, Mohuma da onunla razılaşıb kəsilən ağaclardan çıxan 4 kubmetr taxta materialı Həmzətə vermişdir. Yerdə qalan materialı isə ağacların kəsilməsi, budanması və ərazinin təmizlənməsi ilə bağlı gördüyü işlərə görə zəhmət haqqı kimi Mohumaya vermişdir. Budama işləri isə 7 saylı ETSİ-dən daxil olmuş 01 aprel 2022-ci il tarixli, 369 saylı məktubun şərtlərinə uyğun, yerdən 5-6 metrdən sonrakı hissəsi ilə bağlı aparılmışdır. Həmin ağacların kəsilməsindən əldə edilmiş material və ya oduncaq hissə bələdiyyə büdcəsinə mədaxil edilməmiş və bununla bağlı bələdiyyənin heç bir xeyri olmamışdır. Şahid2 qeyd etdiyi budanmasına icazə verilmiş Zaqatala-Danaçı yolunun kənarındakı ərazidə olan 9 ədəd ağac ekologiyanın rəyində qeyd olunan budanmasına icazə verilmiş 21 ədəd ağaca aiddir. Həmin ağacların sayı 9 deyil, 21-dir. Həmin ağaclar 2022-ci ilin mart ayının sonunda deyil, 2022-ci ilin aprel ayında budanmışdır. 2020-ci ilin avqust ayında da Zaqatala-Danaçı yolunun kənarında yuxarıda qeyd olunan ağacların yaxınlığında yerləşən ağacların budanmasına icazə verilməsi barədə 7 saylı ETSİ-nə müraciət etmiş və xx.xx.2020-ci il tarixli məktuba əsasən cəmi 14 ədəd ağacın kəsilməsinə icazə verilmişdir. Həmin 14 ədəd ağacdan 4-nün 2020-ci ilin noyabr ayında kəsilməsini təşkil etmişdir. Xəstəxananın həyətindəki ağaclarla bağlı baş həkim Pirdas və təsərrüfat müdiri Cabbarla görüşmüş və onlara 7 saylı ETSİ-dən daxil olmuş 01 aprel 2022-ci il tarixli, 369 saylı məktubu təqdim edərək ağacların özləri tərəfindən kəsilməsini, əldə edilmiş odunu satıb əldə ediləcək gəlirdən xəstəxananın təmirində istifadə edə biləcəklərini və ya odunundan gələcəkdə soyuq aylarda binanın isdilməsində istifadə edə biləcəklərini təklif etmiş, bundan sonra ağacların kəsilməsində faktiki olaraq iştirak etməmiş, sonradan ona təsərrüfat müdirinin ağacların kəsilməsi və odununun satılması ilə bağlı Azər adlı şəxslə danışdığı məlum olmuşdur. Azər fəhlələri ilə birlikdə əraziyə gəlib budanmasına icazə verilmiş 16 ağacdan 14-nü kəsmiş, əldə etdiyi odunun müqabilində baş həkim və Cabbara 700 manat pul vermişdir. Yerdə qalan 02 ədəd ağac isə kəsilməmiş və hazırda da kəsilməmiş qalır. Bu işlər 7 saylı ETSl-dən daxil olmuş 01 aprel 2022-ci il tarixli, 369 saylı məktubun şərtlərinə uyğun, yerdən 5-6 metrdən sonrakı hissəsi ilə bağlı aparılmış, həmin ağacların kəsilməsindən əldə edilmiş mal-material və ya oduncaq hissə bələdiyyə büdcəsinə mədaxil edilməmiş və bununla bağlı bələdiyyənin heç bir xeyri olmamışdır. O, daha sonra göstərdi ki, Danaçı kəndində sovet dövründə çəkilmiş Həsən arxı kimi tanınan və suvarma məqsədləri üçün istifadə edilən su kanalı mövcuddur. Həmin kanal Qaraçaydan Danaçı kəndinin Həsənoba-Bertala adlanan hissəsindəki əkin sahələrinə çəkilmişdir. Həmin suvarma kanalı zibillənmə və digər təbii amillər nəticəsində daralmış və su axını zəifləmişdir. Buna görə 2022-ci ilin aprel ayının əvvəllərində şifahi olaraq Zaqatala Su və Meliorasiya idarəsinin rəis müavini Ceyhun adlı şəxslə danışıb bildirmiş və ondan arxın təmizlənməsini xahiş etmişdir. Arxın təmizlənməsi işləri təxminən aprel ayının sonlarında həmin idarənin işçiləri (ekskavator) tərəfindən həyata keçirilmiş, işlər gedərkən orada olmamış, daha sonra həmin ərazidən keçən zaman xəstəxananın həyətinə düşən hissədə yerləşən, cinslərini bilmədiyi, diametrləri 30-35 və 25-30 sm olan 02 ədəd ağacın kökündən çıxarılmaqla kənara atıldığını görmüşdür. Həmin işləri görən, yəni kanalı həm təmizləyən, həm də enini artıran ekskavator sürücüsü məcbur olub bu işlərin uğurla həyata keçirilməsi zərurəti ilə bağlı ağacları kökündən çıxarmalı olmuş, həmin ağacların onun tərəfindən hər hansı şəxsə, eləcə də Bazov, Azər və Camal adlı şəxslərə satılaraq qazanc əldə etməsi və ya qazanc əldə etmək məqsədilə kəsdirməsi barədə Əlmaniz Ələkbərlinin göstərdikləri yalandır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, 2005-ci ildən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində müxtəlif vəzifələrdə işləmişdir. 2017-ci ildən həmin idarədə məsləhətçi müfəttiş vəzifəsində işləyir. Zaqatala rayonu Danaçı bələdiyyəsinin sədrinin xx.xx.2022-ci il tarixli məktubu ilə bağlı 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, 369 saylı məktubuna əsasən Danaçı bələdiyyəsinin ərazisində Zaqatala-Danaçı avtomobil yolunun sağ tərəfində və Danaçı xəstəxanasının həyətində yerləşən, təhlükə yaradan ümumilikdə 37 ədəd ağacın bioloji inkişafına xələl gətirmədən, gələcək inkişafı pöhrələrlə davam etməsi üçün alt hissədə yerləşən çətir budaqlarına toxunmadan gövdənin üst hissəsindən təhlükəsiz səviyyəyə qədər (5-6 metr) hündürlükdən budanması məqsədə müvafiq hesab edilmiş və işlərin görülməsi Danaçı bələdiyyəsinə həvalə edilmişdir. Lakin sonradan internetdə sosial şəbəkə istifadəçiləri tərəfindən yuxarıda qeyd edilən ünvanlarda ağacların qanunsuz kəsilməsi ilə bağlı videosujetlər yayımlanmış və həmin məlumatların yoxlanılması və bu məqsədlə əraziyə baxış keçirilməsi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən ona tapşırılmışdır. Yerində baxış keçirilərkən yuxarıda qeyd edilən İ ünvanda, yəni Zaqatala-Danaçı avtomobil yolunun sağ tərəfində hər hansı qanunsuz ağac kəsilməsi halının baş verməməsi müəyyən edilmiş, ağaclar budanmış və bu budanma 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, 369 saylı məktubuna uyğun qanunamüvafiq həyata keçirilmişdir. Eləcə də baxış zamanı X7 İdarəsi tərəfindən Zaqatala RMX X26 Danaçı Ailə Sağlamlıq Mərkəzinin yaxınlığından keçən və kənd təsərrüfatı təyinatlı torpaqların suvarılması üçün istifadə edilən kanalının təmizlənməsi işlərinin icrası zamanı kanalın içərisində yalanqoz, qızılağac və qoz cinsindən, diametrləri 4 smdən başlayaraq 36 sm-ə kimi, təxminən 30-a yaxın ağacın qanuni olaraq köklərindən çıxarıldığı müəyyən edilmişdir. Belə ki, Nazirlər Kabinetinin 513 saylı qərarına əsasən yerli əhəmiyyətli suvarma kanallarının dövlət məqsədləri üçün təmizlənməsi işlərinin icrası zamanı ağacların kəsilməsi ilə bağlı müvafiq icazənin alınması tələb edilmir və həmin qərar suvarma sistemləri idarəsinə bununla bağlı səlahiyyət verir. Lakin baxış zamanı Danaçı Ailə Sağlamlıq Mərkəzinin həyətində budanma işlərinin icrası zamanı qanun pozuntusuna yol verildiyi aşkarlanmışdır. Belə ki, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, 369 saylı məktubunda 16 ədəd qovaq cinsindən olan ağacların budanmasına icazə verilsə də, baxış zamanı cəmi 13 ədəd qovaq ağacının qanuni olaraq budandığı, diametri təxminən 36 sm olan 01 ədəd yaş və köküstə palıd ağacının 5-6 metr hündürlükdən qanunsuz kəsilməklə budandığı, yəni zədələndiyi, köküstə və yaş - 02 ədəd 16 sm diametrdə, 01 ədəd 18 sm diametrdə tut cinsindən, 01 ədəd 16 sm diametrdə yalanqoz cinsindən, 01 ədəd 20 sm diametrdə, 01 ədəd 28 sm diametrdə qovaq cinsindən, 01 ədəd 32 sm diametrdə yunan qozu, 01 ədəd 16 sm diametrdə, 01 ədəd 30 sm diametrdə Qafqaz xurması, köküstə və quru 01 ədəd 32 sm diametrdə ərik ağaclarının dib kökündən kəsilərək oduncaq hissələrinin aparıldığı müəyyən edilmişdir. Beləliklə, cəmi 09 ədəd yaş, 01 ədəd quru olmaqla cəmi 10 ədəd ağacın dib kökündən qanunsuz kəsildiyi, 01 ədəd palıd ağacının isə 5-6 metr hündürlükdən qanunsuz kəsilməklə zədələndiyi müəyyən edilmişdir. Ziyan təyin edilməsi barədə sənədi özü tərtib etmiş və dəymiş ziyan 1810 manat təşkil etmişdir. Ziyanın hesablanması Nazirlər kabinetinin 421 saylı qərarına əsasən aparılmış və quru olduğundan 01 ədəd ərik və kəsilməsi 5-6 metr hündürlükdən aparıldığından (dibindən kəsilmədiyindən) 01 ədəd palıd ağacı ziyanın hesablanması zamanı 421 saylı qərara uyğun olaraq nəzərə alınmamışdır. Palıd ağacı ilə bağlı yol verilmiş həmin pozuntu ağacların qanunsuz zədələnməsi sayılır, kəsilməsi hesab edilmir. Belə zədələməyə görə İXM- də məsuliyyət nəzərdə tutulmuşdur. Yoxlama zamanı xəstəxananın mühafizəçisi Cabbar adlı şəxs izahatında həmin ağacların qanunsuz olaraq Qımır kənd sakini Təqsirləndirilən şəxs tərəfindən kəsildiyini bildirsə də, sonuncu izahatında cəmi 02 ədəd ağacın onun tərəfindən qanunsuz kəsildiyini, yerdə qalan 09 ədəd ağacın ona aidiyyətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs 02 ədəd ağacın onun tərəfindən kəsilməsinə haqq qazandırmaq məqsədilə bildirmişdir ki, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, 369 saylı məktubuna əsasən iri gövdəli ağacları budayarkən kəsilmiş ağacların iri gövdələri həmin iki ağacın üzərinə düşərək zədələmiş, o da ağacların yararsız olmasını görüb ağacları dib kökündən kəsmişdir. Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədilə dedikləri inandırıcı deyil. Ağacın iri gövdəsi həmin iki ağacın üzərinə düşməklə ən pis halda budaqlarını qıra və ya zədələyə bilər, heç vaxt yararsız hala sala və ya məhv edə bilməz. Digər tərəfdən isə ağaclar yararsız hala düşmüş olsaydı belə o, həmin ağacların kəsilməsi ilə bağlı 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət etməli, icazə veriləcəyi halda dibindən kəsə bilərdi. Ağacların hamısının Təqsirləndirilən şəxs tərəfindən kəsilməsi ilə bağlı məlumatı yoxdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və Şahid5 ilə oxşar məzmunlu ifadə verərək göstərdi ki, 2018-ci ilin fevral ayından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baş mütəxəssis vəzifəsində işləyir. 31 may 2022-ci il tarixdə hadisə yerinə prokurorluq orqanının əməkdaşı tərəfindən onun və aidiyyatı şəxslərin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı 14 ədəd qovaq ağacı və 01 ədəd palıd ağacının 5 metr hündürlükdən budandığı, digər ağacların isə qanunsuz olaraq dib kökündən kəsilməsi müəyyən edilmişdir. Baxışda iştirak edən Danaçı Ailə Sağlamlıq Mərkəzinin mühafizəçisi Şahid2 budanma zamanı budanmış ağacların gövdələrinin digər ağacların üzərinə düşməsi nəticəsində həmin ağacların zədələndiyini və dib kökündən kəsildiklərini bildirmişdir. Baxış zamanı kəsilmiş ağacların dib köklərinin örtülməsi, habelə hava şəraitinin qızmar isti olması ilə əlaqədar Əfqan Şibiliyev tərəfindən 05 may 2022-ci il tarixdə tərtib edilmiş ağacların diametri ilə həmin gün baxış protokolunda qeyd edilən ağacların diametri arasında uyğunsuz yaranmışdır. Belə ki, diametri 28 sm olan yaş köküstə ağac qovaq cinsinə aiddir. Yunan qozu cinsinə aid yaş köküstə ağacın diametri 30 sm yox, 32 sm, Qafqaz xurması cinsinə aid yaş köküstə ağacın diamteri isə 15 sm yox, 16 sm-dir. Tut cinsinə aid ağacların diamterləri 15, 16, 18 sm olmaqla, hər biri yaş köküstə olan ağaclardır. Qeyd olunan tut ağacları vegetasiya dövründən keçmiş və pöhrələri qurumuş vəziyyətdə olduğu üçün 31 may 2022-ci il tarixdə baxış zamanı həmin ağaclar quru köküstə olan ağaclar kimi qeyd edilmişdir. Əslində isə xx.xx.2022-ci il tarixli aktda qeyd olunduğu kimi həmin ağaclar kəsildiyi dövrdə yaş köküstə olan ağaclar olmuşdur. 22 iyun 2022-ci il tarixdə hadisə yerinə əlavə baxış keçirilən zaman xx.xx.2022-ci il tarixli aktda qeyd olunan ağacların diametrləri və cinsləri ilə xx.xx.2022-ci il tarixdə hadisə yerinə baxış keçirilməsi haqqında protokolda qeyd olunan ağacların diamterləri və cinsləri arasında uyğunsuzluq aradan qaldırılmışdır. Məhkəmə iclası zamanı elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayında Zaqatala rayonunun Danaçı kəndində şəhid ailələri ilə görüş keçirən zaman kənd sakinlərinin bələdiyyə sədrindən narazı olduqlarının şahidi olmuş, ona verilən qeyri-rəsmi məlumata görə bələdiyyə sədri bir çox ağac oğruları ilə əlbir olaraq qiymətli ağacları kəsərək satır. Məlumatı dəqiqləşdirmək məqsədilə Danaçı kənd bələdiyyəsinin ərazisinə getmiş, Danaçı kəndində yerləşən kənd xəstəxanasının ətrafına baxış keçirən zaman verilən məlumatın həqiqət olduğunu müəyyən etmiş, dərhal şəxsi telefonu ilə qanunsuz olaraq kəsilmiş ağacların və ərazinin şəkillərini çəkmiş, həmçinin ərazinin videogörüntüsünü də qeydə almışdır. Baxış zamanı ərazidən qoz, palıd və qovaq ağacların qanunsuz olaraq kəsilməsinin şahidi olmuş, hətta bəzi ağaclar kökdən çıxarılaraq yerinə torpaq tökülmüşdür. Digər ağacların köklərinin üstünə isə iz itirmək məqsədilə torpaq tökülmüşdür. Onun çəkilişindən sonra 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilmiş, ona verilən qeyri-rəsmi məlumata görə həmin ağacların qanunsuz olaraq kəsilməsi rayonun Qımır kənd sakini Azər, xəstəxananın işçisi Cabbar tərəfindən taxta emalı ilə məşğul olan Bazov və bələdiyyə sədri Amrullanın göstərişi ilə həyata keçirilmişdir. Həmin şəxslər fərdi torpaq sahələrində olan ağacları kəsmək üçün bələdiyyə sədrinə müraciət edib arayış götürürlər. Bələdiyyə sədri isə həmin şəxslərə xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən ağacları kəsmək üçün rəy verir. Bələdiyyə sədri 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən ağacları budamaq məqsədilə rəy götürmüş, daha sonra müəyyən ağacların budanmasını təşkil edib digər ağacları qanunsuz olaraq kəsdirmişdir. Həmin ağaclar Danaçı Ailə Sağlamlıq Mərkəzinin və Həsən arxı kimi tanınan suvarma kanalının ətrafından kəsilmişdir. Bələdiyyə sədri Amrulla ekologiya idarəsindən rəy aldıqdan sonra ağacları qanunsuz olaraq kəsdirmişdir. Həmin ağaclar Bazov və Amrullanın sifarişi ilə Azər, Cabbar tərəfindən kəsilmiş, daha sonra Azər və Cabbar adlı şəxs həmin ağacları Bazova satmışdır. Həmin ağaclar ona verilən qeyri-rəsmi məlumata görə 2022-ci ilin aprel ayında kəsilmişdir. Lakin həmin məlumatı təsdiq etmir. Həmin məlumatları ona adlarının çəkilməsini istəməyən kənd sakinləri vermişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 may 2022-ci il tarixli, 67416 nömrəli aktı və həmin akt əsasında tərtib edilmiş hesablama cədvəlindən görünür ki, Danaçı Ailə Sağlamlıq Mərkəzinin ərazisindən müxtəli növ və diametrdə ümumilikdə 9 ədəd yaş köküstə ağacın kəsilməsi nəticəsində təbiətə 1810 (min səkkiz yüz on) manat məbləğində ziyan vurulmuşdur. (Cild 1 səh. 10-11, 14-15) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 31 may 2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri Zaqatala rayonu ərazisində Fındıqlı kəndində yerləşən Ailə Sağlamlıq Mərkəzinin binasının yerləşdiyi ərazidir. Ərazinin sərhədləri boyunca ağacların budanması, kəsilməsi və məhv edilmə halları müşahidə edilir. Hadisə yerində 5 m hündürlükdən kəsilmiş ağaclar aşkar edildi. Həmin yerdə aşkar edilmiş diametri 90, 130, 65, 48, 48, 42, 93, 53, 53, 45, 44, 80, 75, 54 sm olan ağacların qələmə qovaq cinsinə, həmin ərazidə aşkar edilmiş diametri 54 sm olan ağacın isə palıd cinsinə məxsus olduğu, onların hər birinin yaş kök üstündə olduğu mütəxəssis Şahid6 bildirildi. Baxışda iştirak edən Şahid2 həmin ağacların bu ilin aprel ayında budanıldığını bildirdi. Hadisə yerində aşkar edilmiş və dib kökündən kəsili vəziyyətdə olan diametri 28 sm olan ağacın cinsinin qələmə qovaq ağacı olduğu və onun yaş kök üstə olduğu baxışda iştirak edən mütəxəssis Şahid6 tərəfindən bildirildi. Baxışda iştirak edən Şahid2 bildirdi ki, həmin ağac budanma getdiyi zaman budanan ağacların gövdələri onun üzərinə düşməklə həmin ağacı qırdığı üçün sonradan dib kökündən kəsilmişdir. Hadisə yerində dib kökündən kəsili vəziyyətdə aşkar edilmiş diametri 32 sm olan ağacın cır gavalı cinsinə, diametri 30 sm olan ağacın qoz cinsinə məxsus olduğu, hər iki ağacın yaş kök üstündə olduğu baxışda iştirak edən mütəxəssis Şahid6 tərəfindən bildirildi. Baxışda iştirak edən Şahid2 bildirdi ki, həmin gavalı ağacı 2022-ci ilin aprel ayında güclü küləklər əsdiyi zaman qırılmış və daha sonra dib kökündən kəsilmişdir, qoz ağacı isə budanma zamanı budanan ağacların oduncaqları onun üzərinə düşüb qırdığı üçün dib kökündən kəsilmişdir. Hadisə yerində aşkar edilmiş dib kökündən kəsili vəziyyətdə olan diametri 18 sm olan ağacın cinsinin qələmə qovaq ağacı olması və onun quru kök üstə olduğu baxışda iştirak edən mütəxəssis Şahid6 tərəfindən bildirildi. Hadisə yerində aşkar edilmiş dib kökündən kəsilmiş diametri 8, 10, 15 sm olan ağacların Qafqaz xurması cinsinə məxsus olduğu və onların yaş kök üstündə olduğu baxışda iştirak edən mütəxəssis Şahid6 tərəfindən bildirildi. Hadisə yerində aşkar edilmiş dib kökündən kəsilmiş diametri 20, 11 və 14 sm olan ağacların cır tut cinsinə məxsus olduğu və onların quru kök üstündə olduğu baxışda iştirak edən mütəxəssis Şahid6 tərəfindən bildirildi. Bundan əlavə həmin ərazinin sağ tərəfi boyunca dərinləşdirilmiş suvarma kanalı olduğu müşahidə edilir. Həmin kanalın sol tərəfi boyunca bir sıra ağacların dib kökündən çıxarıldığı və kəsildiyi müşahidə edilir. Həmin ağacların diametrlərinin 38 sm və 30 sm olmaları müəyyən edilir. Qeyd olunan ağacların yunan qozu cinsinə məxsus olduğu və eyni tarixdə köklərindən çıxarıldığı və kəsildiyi, hər ikisinin yaş kök üstə olması baxışda iştirak edən mütəxəssis Şahid6 tərəfindən bildirildi. Baxışda iştirak edən Şahid2 bildirdi ki, Danaçı Bələdiyyəsi həmin suvarma kanalını dərinləşdirərkən və təmizlik işləri apararkən həmin ağaclar traktor tərəfindən çıxarılıb, daha sonra kəsilərək Ailə sağlamlıq mərkəzinin anbarına yığılmışdır. Baxışda iştirak edən Şahid2 onu da bildirdi ki, Ailə sağlamlıq mərkəzinin istiliyi odun yanacağı ilə təmin edilir. Bu səbəbdən də kəsilən və budanan ağaclar Ailə sağlamlıq mərkəzinin anbarına yığılmış, daha sonra anbardan qızınmaq üçün istifadə edilmişdir. Həmin anbara və anbarın qarşısına baxış keçirildikdə ağac oduncaqları aşkar edildi, baxışda iştirak edən mütəxəssis Şahid6 həmin oduncaqların kəsilmiş və budanmış ağaclara aid hissələr olduğunu bildirdi. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edildi. (Cild 1, səh. 30-42) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli 369 saylı məktubundan görünür ki, Danaçı bələdiyyəsinin ərazisində Zaqatala-Danaçı avtomobil yolunun sol çiynində yerləşən 21 (iyirmi bir) ədəd qələmə qovaq və Danaçı xəstəxanasının həyətində yerləşən 16 (on altı) ədəd qovaq ağacı olmaqla ümumilikdə 37 ədəd ağacın bioloji inkişafına xələl gətirmədən, gələcək inkişafı pöhrələrlə davam etməsi üçün alt hissədə yerləşən çətir budaqlarına toxunmadan gövdənin üst hissəsindən təhlükəsiz səviyyəyə qədər (5-6 metr) hündürlükdən budanması məqsədə müvafiq hesab edilmişdir. (Cild 1, səh. 62-63) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin 19 may 2022-ci il tarixli, **********64 nömrəli məktubundan görünür ki, Zaqatala rayonu Danaçı kəndi ərazisində yerləşən Danaçı Ailə Sağlamlıq Mərkəzi adlanan tibb müəssisəsinin həyəti dövlət mülkiyyətinə aid ərazidir. (Cild 1, səh. 83) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala rayon Danaçı Bələdiyyəsinin 20 iyun 2022-ci il tarixli, 43 nömrəli arayışından görünür ki, rayonun Danaçı kəndi ərazisində yerləşən Danaçı Ailə Sağlamlıq Mərkəzinin həyəti dövlət mülkiyyətinə aid ərazidir. (Cild 1 səh. 98) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 22 iyun 2022-ci il tarixdə hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri rayonun Danaçı kəndində yerləşən Danaçı Ailə Sağlamlıq Mərkəzinin inzibati binasının ərazisi və həmin ərazinin sağ tərəfi boyunca dərinləşdirilmiş Həsən arxı kimi tanınan suvarma kanalının ətraf ərazisidir. Ərazinin sərhədləri boyunca ağacların budanması və dib kökündən kəsilməsi halları müşahidə edilir. Baxış zamanı diametrləri 42 sm, 44 sm, 45 sm, 48 sm, 48 sm, 53 sm, 53 sm, 54 sm, 65 sm, 75 sm, 80 sm, 90 sm, 93 sm, 130 sm olan ümumilikdə 14 ədəd yaş köküstə qələmə qovaq cinsinə, diametri 54 sm olan 01 ədəd yaş köküstə palıd cinsinə aid ağacların 5 metr hündürlükdən budandığı, yaş köküstə diametrləri 16, 30 sm olan Qafqaz xurması, diametri 32 sm olan yunan qozu, diametrləri 15, 16, 18 sm olan tut, diametri 16 sm olan yalanqoz, diametrləri 20, 28 sm olan qovaq cinsinə, quru köküstə diametri 32 sm olan ərik cinsinə aid ümumilikdə 10 ədəd ağacın dib kökündən kəsilməsi aşkar edilmişdir. Həmçinin baxış zamanı diametri 32 sm olan yaş köküstə cır gavalı cinsinə, diametrləri 8, 10 sm olan yaş köküstə Qafqaz xurması cinsinə aid ağacların dib kökündən kəsilməsi aşkar edilmişdir. Baxışda iştirak edən mütəxəssis Şahid6 31 may 2022-ci il tarixdə hadisə yerinə baxış keçirilən zaman bir neçə ağacın diametri və cinsi ilə bağlı baxış protokoluna yanlış məlumatların daxil edildiyini, baxış zamanı kəsilmiş ağacların dib köklərinin örtülməsi, habelə hava şəraitinin qızmar isti olması ilə əlaqədar ağacların diametrlərinin ölçülməsi ilə bağlı müəyyən çətinliklər yarandığını, məhz bu səbəbdən həmin 09 ədəd ağacın aktda qeyd olunmuş ölçüləri ilə baxış protokolunda qeyd olunmuş ölçülər arasında müəyyən uyğunsuzluq yarandığını, diametri 28 sm olan yaş köküstə ağacın qovaq cinsinə aid olduğunu, yunan qozu cinsinə aid yaş köküstə ağacın diametrinin 30 sm yox, 32 sm olduğunu, Qafqaz xurması cinsinə aid yaş köküstə ağacın diamterinin isə 15 sm yox, 16 sm olduğunu, tut cinsinə aid ağacların diametrlərinin 15, 16, 18 sm olduğunu və hər birinin yaş köküstə olduqlarını, baxış zamanı aktda qeyd edilən müxtəlif cinsi və diametrdə ümumilikdə 9 ədəd ağacdan əlavə 03 ədəd yaş köküstə ağacın - diametri 32 sm olan cır gavalı cinsinə, diametrləri 8, 10 sm olan Qafqaz xurması cinsinə aid ağacların dib kökündən kəsilməsinin müəyyən edildiyini bildirmişdir. Bundan başqa baxış zamanı Danaçı Ailə Sağlamlıq Mərkəzinin inzibati binasının ərazisinin sağ tərəfi boyunca dərinləşdirilmiş Həsən arxı kimi tanınan suvarma kanalının sol tərəfində yaş köküstə diametrləri 30 sm və 38 sm olan yunan qozu cinsinə aid ağacların dib kökündən kəsilməsi aşkar edilmişdir. Baxışda iştirak edən mütəxəssislər Şahid6 və Şahid5 2022-ci ilin aprel ayının əvvəllərində Zaqatala rayon Danaçı Bələdiyyəsinin sədrinin arxın təmizlənməsi ilə bağlı X7 İdarəsinə müraciəti əsasında arxın təmizlənməsi işlərinin təxminən aprel ayının sonlarında həmin idarənin işçiləri (ekskavator) tərəfindən həyata keçirildiyini, qeyd olunan 02 ədəd ağacın arxın təmizlənməsi zamanı kökündən çıxarılaraq kənara atıldığını, idarənin cari təmir işləri balansında olan su təsərrüfatı obyektlərinin suvarma və kollektor-drenaj şəbəkələrinin təmizlənməsi, təmiri, bərpası onların məcrasında, berma və dambasında bitmiş, meliorasiya və irriqasiya tədbirəri zamanı həmin obyektlərin altına düşən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 noyabr 2018-ci il tarixli, 513 nömrəli qərarı əsasında aparıldığından, həmçinin yuxarıda qeyd olunan 14 ədəd qələmə qovaq və 01 ədəd palıd cinsinə aid ağacın 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəyi əsasında 5 metr hündürlükdən budandığından qeyd olunan ümumilikdə 17 ədəd ağacın ziyan təyin edilməsi zamanı nəzərə alınmayacağını, 05 may 2022-ci il tarixli, 67416 nömrəli aktda qeyd olunan 9 ədəd ağacdan əlavə baxış zamanı 3 ədəd ağacın - diametri 32 sm olan cır gavalı cinsinə, diametrləri 8, 10 sm olan Qafqaz xurması cinsinə aid ağacların dib kökündən kəsilməsi müəyyən edildiyindən 3 ədəd ağac üzrə ziyan təyin edilərək müvafiq sənədin istintiqa təqdim ediləcəyini bildirmişlər. (Cild 1 səh. 113- 121) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, 751 nömrəli məktubundan və hesablama cədvəlindən görünür ki, X19 Mərkəzinin inzibati binasının ərazisində 1 ədəd diametri 32 sm olan gavalı, 2 ədəd diametrləri 8 və 10 sm olan Qafqaz xurması cinsinə aid ağacların kəsilməsi nəticəsində təbiətə 520 (beş yüz iyirmi) manat ziyan vurulmuşdur. (Cild 1, səh. 134- 135) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 iyul 2022-ci il tarixli 9/4804 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı RETSİ-nin ƏMMN 05 may 2022-ci il tarixli, 67416 nömrəli, xx.xx.2022-ci il tarixli, 751 nömrəli aktlarına əlavə olunmuş hesablama məlumatlarına əsasən 12 ədəd ağacların kəsilməsindən təbiətə dəymiş ziyanın məbləği 2330,00 manat müəyyən edilir. (Cild 1 səh.226- 228). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş Zaqatala rayonu VVAQ Şöbəsi tərəfindən verilmiş İ-AZ seriyalı 171286 nömrəli xx.xx.2000-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 19 mart 2000-ci il tarixdə anadan olmuş X15 atası Təqsirləndirilən şəxsdur. (Cild 1, səh. 154) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş Zaqatala rayonu VVAQ Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 133841 nömrəli xx.xx.2002-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 28 iyul 2001-ci il tarixdə anadan olmuş X11 atası Təqsirləndirilən şəxsdur. (Cild 1, səh. 155) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş Zaqatala rayon İcra Hakimiyyəti başçısının Çobankol kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (Cild 1 səh. 184) İş materiallarına əlavə edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Ağdam rayon məhkəməsinin xx.xx.2003-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə 2 il 2 ay 6 gün müddətinə azadlıqdan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (Cild 1 səh. 220-221) İş materiallarına əlavə edilmiş 29 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (Cild 2 səh. 23-24) İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 18196 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 7 saylı regional ETSİ-nin hesabına 1210 manat ödəniş edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli 1116 nömrəli arayışından görünür ki, 1(033)-47/2022 nömrəli cinayət işi üzrə dövlətə dəymiş 1210 manat ziyan Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs dövlətə dəymiş ziyandan heç bir borcu qalmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X21 Şəxs Zaqatala Rayon X9 Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli 1002 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zaqatala RMX PHŞ-nin tabeliyində olan Danaçı Ailə Sağlamlıq Mərkəzinə dəymiş zərər tam ödənilmişdir. Həmin şəxs barədə şikayət və tələbləri yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin və şahidlərin ifadələri, ekspert rəyi, baxış protokolu, foto şəkillər və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Gözəlov X16 RMX PHŞ-nin tabeliyində olan Danaçı Ailə Sağlamlıq Mərkəzinin rəhbəri Şahid3 və həmin mərkəzdə mühafizəçi vəzifəsində işləyən Şahid2lə aralarında olan şifahi razılaşmaya əsasən 2022-ci ilin aprel ayının sonunda öz fəhlələri ilə birlikdə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, 369 saylı məktubunda qeyd edilmiş Danaçı Ailə Sağlamlıq Mərkəzinin həyətində yerləşən qovaq ağaclarını budayan zaman razılaşmadan kənara çıxaraq meşə qanunvericiliyində nəzərdə tutulan normalara riayət etmədən həmin normaları kobud şəkildə pozmaqla dövlət mülkiyyətinə aid olan Mərkəzin həyətində yerləşən diametri 20 sm olan köküstə yaş 1 ədəd qovaq, diametri 28 sm olan köküstə yaş 1 ədəd qovaq, diametri 32 sm olan köküstə yaş 1 ədəd yunan qozu, diametri 15 sm olan köküstə yaş 1 ədəd tut, diametri 16 sm olan köküstə yaş 1 ədəd tut, diametri 18 sm olan köküstə yaş 1 ədəd tut cinsindən olmaqla ümumilikdə 06 (altı) ədəd ağacı qanunsuz kəsərək təbiətə 1210 (min iki yüz on) manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1— 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4- cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməsi tövsiyə olunmuşdur. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Onun əməlində cəzanı ağırlaşdıran halların mövcud olmaması, şəxsiyyəti, özünün həyat şəraiti, etdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayətlər qrupuna aid edilməklə, xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az təhlükəli olması, dəymiş zərəri tamamilə ödəməsi bunu deməyə əsas verir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə Zaqatala rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə 100 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasınа məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yeri olan Zaqatala rayonunun Qımır kəndində yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Zaqatala Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin X3, Kod : 210005; VÖEN **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; VÖEN **********; hesab № AZ34CTRE********************) ödənilsin. İş üzrə maddi sübutun, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №1(033)-47/2022
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-47/2022
15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver