Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 1(033)-47/2023 20.09.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə israfil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Müdafiəçi – Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1990-ci il tarixdə Zaqatala rayonu, Yuxarı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, məhkum olunmamış, Zaqatala rayonu, Yuxarı Tala kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 20 sentyabr 2023-cü il tarixdə saat 15:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o, 22 aprel 2023-cü il tarixdə 20:36 radələrində texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi Vaz-2106 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı evdən çıxaraq ikinci dərəcəli yol hesab edilən yaşadığı küçə ilə hərəkət edib yolayrıcına çatdıqda eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı istiqamətindən asılı olmayaraq yol verməli olduğu halda həmin tələblərə riayət etməyib “X9” Azərbaycan Respublikası Qanunun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq qeyd olunan tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq Zaqatala şəhərinə getməkdən ötrü sola dönmə işığın yandırmaqla baş yol hesab edilən Yevlax-Zaqatala-Gürcüstan yolunun Zaqatala rayonu ərazisindən keçən 127-ci kilometrliyinə çıxıb hərəkətinə davam etdirmək istəyən zaman həmin yol ilə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi Tufan M50 markalı motosiklet ilə toqquşmuş, hadisə nəticəsində Zərərçəkmiş şəxs kəskin peritonitlə müşahidə olunan nazik bağırsağın zədələnməsi, sağ bud sümüyü boynunun qapalı yerdəyişən sınığı, sağ qamış sümüyünün qapalı yerdəyişən sınığı, sağ topuq sümüyünün sınığı, sağ diz oynağında əzilmiş-cırılmış yara kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid xəsarət yetirməklə avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ona elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Vaz 2106 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı Şahinə məxsudur. Avtomobil idarə etmək üçün BC katerqoriyal sürücülük vəsiqəsi var. 22 aprel 2023-cü il tarixdə saat 21:00 radələrində qardaşı Şahinə məxsus məxsus Vaz 2106 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə qardaşı ilə birlikdə yaşadığı evdən çıxıb yaşadığı kənddə yerləşən Məscidə namaz qılmaq üçün getmişdir. Avtomobildə özündən başqa qardaşı Şahin olmuşdur. O qabaqda yanında əyləşmişdir. Yolayrıcın çatıb əsas yola çıxan zaman avtomobilin sürətini azaldıb sağ və sol istiqamətlərdən maşın gəlib gəlmədiyində baxmışdır. Yol boş olmuşdur. Sol tərəfdən gələn 2 avtomobilin keçməsini gözləmişdir. Həmin avtomobillər gəlib qarşısından keçdikdən sonra hərəkət etməyə başlamışdır. Bir qədər irəli, yola doğru hərəkət etmişdir ki, qəflətən avtomobilin ön hissəsi ilə nəsə vurmağını hiss etmişdir. Həmin vaxta motosikleti görməmişdir. Dərhal avtomobildən düşdükdə idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə motosikletin sağ yan hissəsi ilə dəyib toqquşduğunu görmüşdür. Bundan sonra motosikletin sürücüsü adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs xəstəxanaya yola salmışdır. Özü isə hadisə yerində qalıb polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Tərtib olunmuş protokolla və sxemlə tanış olub digər iştiraklarla birlikdə imza etmişdir. Bundan başqa ifadəsində olan avtomobildə heç bir texniki problem olmadığnı, tam saz vəziyyətdə olduğunu, sürücülük vəsiqəsi olduğunu bildirmişdir. O, ifadəsində maşını təxminən saatda 10-15 km/saat sürətlə idarə etdiyini, hadisə zamanı təhlükəsizlik kəmərini taxdığını, ayıq olduğunu, həmin vaxtı maşında ondan başqa qardaşı Şahin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin Zərərçəkmiş şəxs dəymiş zərəri ödədiyini, onunla barışdığını, əməlindən səmimi peşmanlıq hissi keçirdiyini, məhkəməyə təqdim etdiyi ərizəni nəzərə alaraq barəsində olan cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 3 ilə yaxındır ki, sürücülük vəsiqəsi tələb olunmayan Tufan M50 model olan motosikleti idarə edir. Həmin motosiklet 49 kub olduğundan onu idarə etmək üçün sürücülük vəsiqəsi tələb edilmir və dövlət qeydiyyat nişanı alınması zəruri deyildir. 24 aprel 2023-cü il tarixdə saat 21 radələrində idarə etdiyi Tufan M50 model motosikleti ilə Zaqatala şəhərində hərəkətə olmuşdur. Həmin vaxt Zaqatala şəhərində Bayraq meydanı adlanan ərazidən “Şimşək kruqu” adlanan əraziyə gedirdi. O, motosikletdə tək olmuşdur. Zaqatala şəhərində, “Tala məscidi “ adlanan ərazi istiqamətində hərəkət edirdi. Qarşısındada 1 avtomobil olmuşdur. Hərəkətdə olan zaman motosikletinin işıqları yanılı vəziyyətdə idi, o, “Saloğlu” mebel dükkanına çatmamış birinci küçədən Vaz-2106 markalı avtomobilin yola çıxmaq üçün gözləməsini görmüşdür. Həmin vaxt o, yolun sağ hissəsindəki küçədən yola çıxmışdır. Vaz-2106 markalı avtomobilin qarşısıda hazırda xatırlamadığı avtomobilin gözləməsini görüb onu da gördüyünü və gözləyəcəyini düşünmüşdür. Həmçinin hərəkət üstünlüyünün onda olduğunu bildiyi üçün hərəkətinə davam etmişdir. Həmin küçə ilə kəsişməyə çatan zaman küçədən yola çıxan Vaz-2106 markalı avtomobil qarşısındakı avtomobili gözləyib buraxdıqdan sonra qəflətən yola çıxmışdır. Bu vaxt yolun əks istiqamətinə çıxaraq qəzanın qarşısını almaq istəmişdir. Lakin Vaz-2106 markalı avtomobilin sürücüsü görmədiyi üçün avtomobilin ön hissəsi ilə sağ ayağından vurmuşdur. Daha sonra isə idarəetməni itirmiş və yıxılmışdır. Həmin vaxt yaxınlıqdan keçən təcili yardım avtomobili onu Zaqatala RMX-na aparmışdır. Orada ilkin yardım olduqdan sonra müalicəsi Bakı şəhərində davam etdirilmişdir. Sürücü Təqsirləndirilən şəxs ona müalicəsinə köməklik etmişdir. Sürücü Təqsirləndirilən şəxs onun xəstəxana xərclərini ödədimişdir, ondan heç bir şikayət və tələbi yoxdur, onlar barışmışlar. İbtidai İstintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclas zalında elan edilmiş Şahid ifadəsindən məlum olur ki, Vaz 2106 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində qardaşı Şabanla birlikdə ona məxsus Vaz 2106 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evdə çıxıb yaşadığı kənddə yerləşən Məscidə namaz qılmaq üçün getmişlər. Avtomobili qardaşı Şaban idarə edirdi. O osə, qabaqda onun yannda əyləşmişdir. Yolayrıcına çatıb əsas yola çıxan zaman qardaşı Şaban avtomobilin sürətini azaldıb sağ və sol istiqamətlərdən maşınların gəlib gəlmədiyində baxmışdır. Yol boş olmuşdur. Qardaşı Şaban yoldan keçən iki avtomobilin gözləmişdir. Həmin iki avtomobil qarşısında soldan sağa doğru keçmişdir. Bundan sonra isə qardaşı sola dönmək üçün hərəkətə başlamışdır. Bundan sonra isə anidən Zaqatala şəhəri istiqamətindən gələn bir ədəd motosikletlə toqquşmuşdur. Olduğu avtomobilin qabaq sağ hissəsi ilə motosikletin sağ yan hissəsi ilə dəyib toqquşmuşdur. Bundan sonra qardaşı motosikletin sürücüsü adın sonradan öyrəndiyi Zərərçəkmiş şəxs xəstəxanaya yola salmışdır. Özü isə hadisə yerində qalıb polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Bundan başqa ifadəsində qardaşı Şaban avtomobili hadisə zamanı 10-15 km/saat sürətlə idarə etdiyini, Şaban ayıq olduğunu bildirmişdir. İş materiallarında olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 22 may 2023-cü il tarixli qərardan görünür ki, Zöhrab Abdullazadə tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 163 nömrəli sərxoşluq hallarının tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs ayıqdır. İş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ 2106 minik” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X4 X8 134 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – kəskin peritonitlə müşahidə olunan nazik bağırsağın zədələnməsi, sağ bud sümüyü boynunun qapalı yerdəyişməyən sınığı, sağ qamış sümüyünün qapaılı yerdəyişən sınığı, sağ topuq sümüyünün sınığı, sağ diz oynağında əzilmiş cırılmış yara bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir.
2. Həmin xəsarətlər qərarın təsviri hissəsində qeyd edilən müddətdə və şəraitdə, eləcə də yardım üçün Zaqatala RMX PHŞ-nə daxil olduğunu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənmişdir.
3. Vət. Musayevin bədənində yuxarıda qeyd edilmiş xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 8/1222 nömrəli məhkəmə yol nəqliyyat hadisələri ekspertiza rəyindən görünür ki, 1a. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Vaz-2106 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X9” Azərbaycan Respublikasının Qanunun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 8/1222 saylı, xx.xx.2023-cü il tarixli ekspert tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat təşkil etmişdir. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zaqatal RMX-dan daxil olmuş məktubdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü, Ömərov X3 RMX PHŞ-nin Narkoloji və Psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zaqatala RİHB-nin Yuxarı Tala KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5-82-39/2-547/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən nümayəndəliyin Yuxarı Tala kənd sakinidir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon İcra Hakimiyyəti başçısının Yuxarı Tala kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş BDYPİ-dən daxil olmuş məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1990-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə ( xx.xx.2031-ci il tarixədək etibarlı olan) BC 670409 nömrəli “B1, B, C1,C” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük vəsiqəsi hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmayıb. İş materiallarında olan Zərərçəkmiş şəxs notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışlar, ona dəymiş zərər tam ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Zaqatala Rayonu “AVTOSERVİS 100” sexlərinin rəhbəri X6 tərəfindəv verilən xx.xx.2023-cü il tarixli 45 nömrəli avtomobillərə dəymiş zərər aktından görünür ki, Zərərçəkmiş şəxs məxsus motosikletə dəymiş zərər ümumililikdə 765 manatdır. İş materiallarına olan cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin cinayət işi Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi, polis mayoru Mehman Şükürov tərəfindən icraata qəbul edərək istintaqı davam etdirilmişdir. İş materiallarına olan cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin cinayət işi Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi, polis kapitanı Abdulla Xəlilov tərəfindən icraata qəbul edərək istintaqı davam etdirilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus ərizədən məlum olur ki, o zərərçəkmiş şəxslə barışmışdır və ona görə də Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X2 ona istinad edilən cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsi və zərərçəkmiş şəxslərin ifadələri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X5 rəyi və cinayət işində olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeydinin 2-ci bəndinə əsasən Məcəllənin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi ilə əlaqədar məhkəmənin qərarının icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zaqatala rayon Polis Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Yuxarıda qeyd olunan normanın məzmunundan da göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutulub X1, (KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış Şahid məxsus “VAZ 2106 minik” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid, Zərərçəkmiş şəxs məxsus Motosklet Tufan M50 markalı motosikletin isə Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39,43.3 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1.-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və ona vurduğu ziyanı tamamilə ödədiyi üçün xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri müəyyən edildiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zaqatala rayon Polis Şöbəsinə müraciət olunsun. İş üzrə ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutulub X1, (KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Şahid məxsus “VAZ 2106 minik” markalı, **-BG- *** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid, Zərərçəkmiş şəxs məxsus Motosklet Tufan M50 markalı motosikletin isə Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim Vüqar Məmmədov