Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 1(033)-47/2025 28.10.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızı sədrliyi, Məhkəmə iclasının katibi X3 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Zaqatala rayon Dardoqqaz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Zaqatala rayon Dardoqqaz kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində toplanmış məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına məhkəmənin binasında saat 17:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, 25 sentyabr 2025-ci il tarixdə, saat 13 radələrində Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə onunla qonşuluqda yaşayan əmisi Hudul Həsənovun yaşadığı, Zaqatala rayonu Dardoqqaz kəndində yerləşən evinin həyətindəki altıaçıqda arvadı Zərərçəkmiş şəxs ilə ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı qisas almaq niyyəti ilə üz nahiyəsinə yumruqla zərbələr vuraraq sonuncunun burun üstündə şişkinlik, hər iki göz altında qançır, burun sümüyünün qapalı yerdəyişməyən sınığı ilə müşahidə edilən, ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət yetirmişdir. Məhkəmə baxışı iclasında dindirilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2008-ci il tarixdə Zaqatala rayon Maqov kənd sakini Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Ailə həyatı qurandan sonra Zümrüdlə Dardoqqaz kəndində valideyinləri ilə, daha sonra yaxınlıqda yerləşən özünə verilmiş ayrıca evdə yaşamışdır. Birgə nikahlarından 3 övladı vardır. Birgə yaşadıqları dövürdə qısqanclıq zəminində, eləcə də Zümrüdün evdə ona yemək vermədiyi üçün, geyim əşyalarımı yumadığı üçün onunla mütamadi olaraq mübahisələri olmuşdur. Təxminən 2 il əvvəl Zərərçəkmiş şəxs ondan boşanmaq üçün məhkəməyə müraciət etmiş, lakin bir müddət keçəndən sonra barışmışlar. xx.xx.2025-ci il tarixdə saat 13 radələrində Zaqatala rayon Dardoqqaz kəndində yerləşən mağazadan 2 (iki) şüşə “Xırdalan” pivəsi alıb həmin mağazanın qarşısında içmişdir. Daha sonra mağazadan çıxıb öz evinə getmişdir. O, evin arxasında fındıq yığan arvadı Zümrüdün yanına yaxınlaşıb anası Şəhadəti niyə həyətlərinə buraxmadığını, mübahisə etdiyini soruşmuşdur. Həmin vaxt aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Zümrüd fındıq bağından çıxıb yan qonşusu olan əmisi Hudul Həsənovun həyətyanı sahəsinə getmişdir. O, Zümrüdün arxasınca gedərək həmin həyətdən çıxıb getməsini tələb etmişdir. Orada təkrar Zümrüdlə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Zümrüd ona xoşagəlməz sözlər dediyi üçün əsəbləşib onun qollarından tutmuş, sonra əlinin içi ilə qəsdən Zümrüdün burnuna bir dəfə zərbə vurmuş və itəliyib “get evə” demişdir. Həmin vaxt ora anası Şəhadət gəlmiş və onun çıxıb getməsini tələb etmiş və o, çıxıb getmişdir. Bundan əlavə o, hadisənin 10 dəqiqə davam etdiyini və hadisəni kənardan anası Şahid1 gördüyünü, mübahisə zamanı Zümrüdün ona vurmadığını, məhkəmə tibbi ekspertizadan keçməyi könüllü imtina etdiyini qeyd etmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışlar, ona vurduğu ziyanı ödəmiş və zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs (şikayət vermiş şəxs) Zərərçəkmiş şəxs oğlu təhqiqat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 2008-ci il tarixdə Zaqatala rayon Dardoqqaz kənd sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Ailə həyatı qurandan sonra onunla Dardoqqaz kəndində 3 otaqlı fərdi yaşayış evində yaşayırlar. Birgə nikahlarından 3 övladları vardır. Təqsirləndirilən şəxs təxminən 2018-ci ildən mütamadi olaraq spirtli içki içib sərxoş vəziyyətdə evə gələrək qısqanclıq zəminində onunla mübahisə edir. xx.xx.2025-ci il tarixdə saat 13 radələrində yaşadığı evin arxasında olan fındıq bağında tək fındıq yığmışdır. O, fındıq yığarkən mobil telefonunda musiqiyə qulaq asmışdır. Həmin vaxt Hasil sərxoş vəziyyətdə bağa gəlib ona yaxınlaşmışdır. O, Hasilin mobil telefonla onu çəkdiyini görüb zarafat üçün əli ilə rəqs hərəkəti etmişdir. Həmin vaxt Hasil onun telefonda musiqiyə qulaq asmağına qısqanaraq onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı o, fındıq bağından çıxıb yan qonşusu olan Hasilin əmisi evinin həyətinə keçmişdir. Həmin vaxt Hasilin ondan əvvəl həmin həyətə çatdığını görmüşdür. Hasil onun əmisinin həyətinə keçdiyini bəhanə gətirib onunla mübahisə etmiş və belinə, burnuna yumruqla zərbələr vurub onu döymüşdür. Onların mübahisə səslərinə eyni həyətdə yaşayan qayınanası Şahid1 gəlmiş və Hasili ayırıb öz evinə aparmışdır. O, burnundan gələn qanı görüb tibbi yardım almaq üçün Zaqatala rayon mərkəzi xəstəxanasına getmişdir. Bundan əlavə o, hadisəni Şahədət Həsənova gördüyünü, hadisənin 10 dəqiqə davam etdiyini, mübahisə zamanı Hasilə vurmaq istəsədə vura bilmədiyini qeyd etmişdir. Hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Məhkəmə Tibbi Ekspertizası və PA X4 Şəxs Balakən şöbəsinin xx.xx.2025-ci il tarixli 231 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibb müayinəsi zamanı aşkar edilən xəsarətlər-burun üstündə şişkinlik, hər iki göz altında qançır, burun sümüyünün qapalı yerdəyişməyən sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər, ümumilikdə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Göyəm Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 5-82- 22/2-512/2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi özündən, arvadı Zərərçəkmiş şəxs, 2011-ci il təvəllüdlü oğlu Şahid2, 2016-cı il təvəllüdlü oğlu X2, 2021-ci il təvəllüdlü oğlu X1 ibarətdir. İş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Göyəm Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsindən əlavə, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizanın rəyi, eləcə də işin digər obyektiv halları ilə tam sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, təhqiqat zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödədiyini, onunla barışdığını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs da məhkəməyə ərizə təqdim edərək, zərərçəkmiş şəxslə barışdığını, ona vurduğu ziyanı tamamilə ödədiyini və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Republikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1-ci və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs - Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə aradan qaldırmışdır. Belə olan halda Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını məhkəmə qanuni, ədalətli və əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 344-347, 356, 358, 384 və 385-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA A L D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə əsasən, onun barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №1(033)-47/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №1(033)-47/2025
28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver