Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 1(033)-48/2021 18.08.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyev Fərrux Elman oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Rafiq Ələkbər oğlunun, Təqsirləndirilən şəxs1 müdafiəçisi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Şərifov Samir Cuma oğlunun, Təqsirləndirilən şəxs2 müdafiəçisi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Rəcəbov Rəcəb Mömin oğlunun, Təqsirləndirilən şəxs3 müdafiəçisi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Mahmudov Afər Hacıməmməd oğlunun, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 ondan ötrü təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, Elgün Aydın oğlu və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında metal kimi satıb qazanc əldə etmək məqsədilə Zərərçəkmiş şəxs məxsus, 1 ton çəkisi, 13 ton tutumu, dəmir materialdan olan su çənini qanunsuz olaraq ələ keçirmək qərarına gələrək 05 iyul 2021-ci il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi QAZ 31029 markalı, ** LH *** dövlət nömrə nişanlı avtomaşınla Zərərçəkmiş şəxs məxsus torpaq sahəsinin yaxınlığına gəlmiş, aralarında qabaqcadan əldə edilmiş razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 həmin əraziyə hər hansı şəxs gələcəyi halda bu barədə qrup üzvlərinə məlumat verməklə təhlükəni aradan qaldırmaq üçün ərazini kənardan müşahidə etmiş, o isə Təqsirləndirilən şəxs2 idarə etdiyi yuxarıda qeyd edilən avtomaşınla ətrafı taxta dirəklərlə hasarlanmış, maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş torpaq sahəsinə, yəni başqa saxlanc yerinə qanunsuz daxil olmuş, həcmi iri olduğundan həmin su çəninin nəqliyyat vasitəsi ilə aparılması mümkün olmadığından o və Təqsirləndirilən şəxs2 həmin çəni özləri ilə gətirdikləri metalkəsən avadanlıqla hissələrə doğramış, bundan sonra Təqsirləndirilən şəxs3 da köməkliyi ilə birlikdə doğranmış hissələri həmin avtomaşına yığıb torpaq sahəsindən çıxarmaqla gizli talayaraq zərərçəkmiş şəxsə qəsdən 1000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 ondan ötrü təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında metal kimi satıb qazanc əldə etmək məqsədilə Zərərçəkmiş şəxs məxsus, 1 ton çəkisi, 13 ton tutumu, dəmir materialdan olan su çənini qanunsuz olaraq ələ keçirmək qərarına gələrək 05 iyul 2021-ci il tarixdə, saat 15 radələrində onun idarə etdiyi QAZ 31029 markalı, ** LH *** dövlət nömrə nişanlı avtomaşınla Zərərçəkmiş şəxs məxsus torpaq sahəsinin yaxınlığına gəlmiş, aralarında qabaqcadan əldə edilmiş razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 həmin əraziyə hər hansı şəxs gələcəyi halda bu barədə qrup üzvlərinə məlumat verməklə təhlükəni aradan qaldırmaq üçün ərazini kənardan müşahidə etmiş, Təqsirləndirilən şəxs1 isə onun idarə etdiyi yuxarıda qeyd edilən avtomaşınla ətrafı taxta dirəklərlə hasarlanmış, maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş torpaq sahəsinə, yəni başqa saxlanc yerinə qanunsuz daxil olmuş, həcmi iri olduğundan həmin su çəninin nəqliyyat vasitəsi ilə aparılması mümkün olmadığından o və Təqsirləndirilən şəxs1 həmin çəni özləri ilə gətirdikləri metalkəsən avadanlıqla hissələrə doğramış, bundan sonra Təqsirləndirilən şəxs3 da köməkliyi ilə birlikdə doğranmış hissələri həmin avtomaşına yığıb torpaq sahəsindən çıxarmaqla gizli talayaraq zərərçəkmiş şəxsə qəsdən 1000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 ondan ötrü təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, tamah niyyəti ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında metal kimi satıb qazanc əldə etmək məqsədilə Zərərçəkmiş şəxs məxsus, 1 ton çəkisi, 13 ton tutumu, dəmir materialdan olan su çənini qanunsuz olaraq ələ keçirmək qərarına gələrək 05 iyul 2021-ci il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi QAZ 31029 markalı, ** LH *** dövlət nömrə nişanlı avtomaşınla Zərərçəkmiş şəxs məxsus torpaq sahəsinin yaxınlığına gəlmiş, aralarında qabaqcadan əldə edilmiş razılaşmaya əsasən o, həmin əraziyə hər hansı şəxs gələcəyi halda bu barədə qrup üzvlərinə məlumat verməklə təhlükəni aradan qaldırmaq üçün ərazini kənardan müşahidə etmiş, Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 isə sonuncunun idarə etdiyi yuxarıda qeyd edilən avtomaşınla ətrafı taxta dirəklərlə hasarlanmış, maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş torpaq sahəsinə, yəni başqa saxlanc yerinə qanunsuz daxil olmuş, həcmi iri olduğundan həmin su çəninin nəqliyyat vasitəsi ilə aparılması mümkün olmadığından Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 həmin çəni özləri ilə gətirdikləri metalkəsən avadanlıqla hissələrə doğramış, bundan sonra onun da köməkliyi ilə birlikdə doğranmış hissələri həmin avtomaşına yığıb torpaq sahəsindən çıxarmaqla gizli talayaraq zərərçəkmiş şəxsə qəsdən 1000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə hazırlıq iclasında Zaqatala Rayon Vəkil Bürosunun vəkili Şərifov Samir Cuma oğlu məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, cinayət işi üzrə cinayət təqibi səthi, qeyri-obyektiv, bir tərəfli, təqsirləndirilən şəxsi müdafiə hüququndan məhrum etmək, qanunsuz olaraq azadlıqdan məhrum etmək dolayısıyla da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarını kobud surətdə pozmaq yolu ilə aparılmışdır. Cinayət işini materiallarında məlum olur ki, iş üzrə zərərçəkmiş şəxsin ərizəsindən sonra, yəni, 06 iyul 2021-ci il tarixdə, saat 18:15-də iş üzrə cinayət təqibini həyata keçirən müstəntiq tərəfindən “Cinayət işinin başlanması haqqında” qərar qəbul edilmişdir. Yenə də iş materiallarından görünür ki, iş üzrə cinayət təqibini həyata keçirən müstəntiq tərəfindən Zaqatala RPŞ-nin CAB-nə cinayət hadisəsəsini törədən şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi məqsədi ilə əməliyyat tapşırığı verilmiş (əməliyyat tapşırığı işdə yoxdur) və Zaqatala RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili polis baş leytinantı Şəhriyar Məmmədov tərəfindən raportla cinayət hadisəsini törətdikləri iddia olunan şəxslərin hazırki iş üzrə təqsiləndirilən şəxslər olmasını bildirmişdir. Cinayət işinin başlanmasının üzərində 15 dəqiqə keçdikdən sonra, yəni, 06 iyul 2021-ci il tarixdə, saat 18:30-da təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 iş üzrə cinayət təqibini həyata keçirən müstəntiq tərəfindən tutulmuşdur. Bütün bu istintaq hərəkətlərinin (cinayət işinin başlanılması, əməliyyat tapşırığının verilməsi, əməliyyat müvəkkilinin cinaəyəti törətməsi iddia olunan şəxslərin dairəsini müəyyən etməsi, onların Zaqatala RPŞ-yə gətirilməsi və tutulmaları) 15 dəqiqə ərzində həyata keçirilməni inandırıcı hesab etmir və hesab edir ki, qeyd olunan hal iş üzrə təqsirləndirilən şəxslərin müdafiə hüququnu pozmağa yönəlmişdir. Zaqatala rayon prokuroru ədliyyə müşaviri Rasim Musayev tərəfindən təsdiq edilmiş hazırki iş üzrə “İttiham aktı”nın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri ittihama aktında qeyd edilməmişdir. Belə ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs1 verilmiş ittihamda qeyd olunur ki, “.... Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında metal kimi satıb qazanc əldə etmək məqsədilə Zərərçəkmiş şəxs məxsus, 1 ton çəkisi, 13 ton tutumu, dəmir materialdan olan su çənini qanunsuz olaraq ələ keçirmək qərarına gələrək 05 iyul 2021-ci il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi QAZ 31029 markalı, ** LH *** dövlət nömrə nişanlı avtomaşınla Zərərçəkmiş şəxs məxsus torpaq sahəsinin yaxınlığına gəlmiş, aralarında qabaqcadan əldə edilmiş razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 həmin əraziyə hər hansı şəxs gələcəyi halda bu barədə qrup üzvlərinə məlumat verməklə təhlükəni aradan qaldırmaq üçün ərazini kənardan müşahidə etmiş, o isə Təqsirləndirilən şəxs2 idarə etdiyi yuxarıda qeyd edilən avtomaşınla ətrafı taxta dirəklərlə hasarlanmış, maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş torpaq sahəsinə, yəni başqa saxlanc yerinə qanunsuz daxil olmuş, həcmi iri olduğundan həmin su çəninin nəqliyyat vasitəsi ilə aparılması mümkün olmadığından o və Təqsirləndirilən şəxs2 həmin çəni özləri ilə gətirdikləri metalkəsən avadanlıqla hissələrə doğramış, bundan sonra Təqsirləndirilən şəxs3 da köməkliyi ilə birlikdə doğranmış hissələri həmin avtomaşına yığıb torpaq sahəsindən çıxarmaqla gizli talayaraq zərərçəkmiş şəxsə qəsdən 1000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir.” Göründüyü kimi, ittiham aktında cinayətin törədilməsi yeri qeyd edilməmişdir. Həmin hal iş üzrə digər təqsirləndirilən şəxslərə elan edilmiş ittihamda da öz əksini tapmışdır. Halbuki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 289.3-cü maddəsində qeyd olunur ki, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilir: 289.3.1. cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar; 289.3.2. təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar; 289.3.3. təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar; 289.3.4. təqsirləndirilən şəxsi səciyyələndirən hallar; 289.3.5. zərər çəkmiş şəxsi səciyyələndirən hallar; 289.3.6. təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar. Həmçinin həmin Məcəllənini 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: -303.3.6. cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması; Bundan başqa cinayət işinin materiallarında 193-cü səhifədə olan “Əmlakın qiymətlənidirilməsi barədə” arayış əsasında oğurlandığı iddia edilən dəmir metaldan olan su çəninin dəyərini müəyyən edilmişdir. Hansı ki, qeyd olunan arayışın nə tarixi, nə də qeydiyyat nömrəsi vardır. Müdafiə tərəfi olaraq hesab edir ki, oğurlandığı iddia edilən dəmir metaldan olan su çəninin dəyəri hazırki iş üzrə mühüm əhəmiyyət kəsb edir. Belə ki, hətta məhkəmə istintaq zamanı belə bir cinayətin törədilməsi sübut olunsa belə, əmlakın dəyəri 100 manatdan aşağı olacağı təqdirdə cinayət məsuliyyətini istisna edəcək hal olacaqdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində deyilir ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Göstərilənləri nəzərə alaraq, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət işinin baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və iş üzrə cinayət təqibini həyata keçirən müstəntiq barəsində xüsusi qərar qəbul edilməsini və hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı Rafiq Əliyev vəsatətə etiraz etməyərək, müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Şərifov Samir Cuma oğlunun vəsatətinin təmin olunmasını, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilməsini və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını təklif etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və onların müdafiəçiləri Zaqatala Rayon Vəkil Bürosunun vəkilləri Rəcəbov Rəcəb Mömin oğlu və Mahmudov Afər Hacıməmməd oğlu hər biri ayrıayrılıqda vəsatətin təmin olunması və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsinə etirazlarının olmamalarını bildirdilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində qeyd olunmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. İş materiallarında olan Zaqatala RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru Bahadır Muradov tərəfindən qəbul edilmiş 23 iyul 2021-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri-əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında metal kimi satıb qazanc əldə etmək məqsədilə Zərərçəkmiş şəxs məxsus, 1 ton çəkisi, 13 ton tutumu, dəmir materialdan olan su çənini qanunsuz olaraq ələ keçirmək qərarına gələrək 05 iyul 2021-ci il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi QAZ 31029 markalı, ** LH *** dövlət nömrə nişanlı avtomaşınla Zərərçəkmiş şəxs məxsus torpaq sahəsinin yaxınlığına gəlməsi, aralarında qabaqcadan əldə edilmiş razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 həmin əraziyə hər hansı şəxs gələcəyi halda bu barədə qrup üzvlərinə məlumat verməklə təhlükəni aradan qaldırmaq üçün ərazini kənardan müşahidə etməsi, onun isə Təqsirləndirilən şəxs2 idarə etdiyi yuxarıda qeyd edilən avtomaşınla ətrafı taxta dirəklərlə hasarlanmış, maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş torpaq sahəsinə, yəni başqa saxlanc yerinə qanunsuz daxil olması, həcmi iri olduğundan həmin su çəninin nəqliyyat vasitəsi ilə aparılması mümkün olmadığından o və Təqsirləndirilən şəxs2 həmin çəni özləri ilə gətirdikləri metalkəsən avadanlıqla hissələrə doğraması, bundan sonra Təqsirləndirilən şəxs3 da köməkliyi ilə birlikdə doğranmış hissələri həmin avtomaşına yığıb torpaq sahəsindən çıxarmaqla gizli talayaraq zərərçəkmiş şəxsə qəsdən 1000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi qeyd edilsə də, Zərərçəkmiş şəxs məxsus torpaq sahəsinin harada yerləşməsi, yəni Təqsirləndirilən şəxs1 ona istinad edilən cinayət əməlini ərazi olaraq harada törətməsi qeyd olunmamış, dolayısıyla Təqsirləndirilən şəxs1 verilmiş ittihamda cinayətin törədildiyi yer göstərilməmişdir. Bununla da, həmin qərar müstəntiq tərəfindən qanunun tələblərinin kobud surətdə pozulması ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 223.1-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən bu Məcəllənin 223.1-ci maddəsində nəzərdə tutulmuş sübutlar olduqda müstəntiq şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Yenə Həmin Məcəllənin 223.1 və 223.3.2-ci maddələrinə əsasən əxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. Bundan başqa cinayət işinin 193-cü səhifəsində olan möhürün üzərində sahibkar Tahirov Bahəddin Şərif oğlu sözləri yazılmış tarixi və nömrəsi qeyd olunmayan məktubdan müəyyən edilir ki, 13 ton tutumlu dəmir metaldan olan istifadə edilmiş çənin qiyməti 1000 manat təşkil edir. Həmin məktubun bilavasitə cinayətin tövsüfünə təsir etmək qüvvəsi olduğundan çənin tutumunun nəyin əsasında 13 ton olduğu, çənin istifadə üçün yararlı olub-olmaması, həmin çənin metal kimi və ya doğranmamışdan əvvəl çən kimi qiymətinin 1000 manat olması, eləcə də Tahirov Bahəddinin hazırki iş üzrə mütəxəssis olubolmaması müəyyən edilmir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə istintaq orqanı oğurlanmış əşyanın qiymətləndirilməsi ilə əlaqədar ekspert və ya müətəxəssis rəyi almalı idi. Bundan başqa məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktının təsviri-əsaslandırıcı hissəsində qeyri-konkretliyə yol verildiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 289.3-cü maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri digər mühüm hallarla yanaşı göstərilməli olduğu halda qanunun həmin tələbləri pozularaq cinayət işi üzrə ittiham aktının təsviri-əsaslandırıcı hissəsində “Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında metal kimi satıb qazanc əldə etmək məqsədilə Zərərçəkmiş şəxs məxsus, 1 ton çəkisi, 13 ton tutumu, dəmir materialdan olan su çənini qanunsuz olaraq ələ keçirmək qərarına gələrək 05 iyul 2021-ci il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi QAZ 31029 markalı, ** LH *** dövlət nömrə nişanlı avtomaşınla Zərərçəkmiş şəxs məxsus torpaq sahəsinin yaxınlığına gəlmiş, aralarında qabaqcadan əldə edilmiş razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 həmin əraziyə hər hansı şəxs gələcəyi halda bu barədə qrup üzvlərinə məlumat verməklə təhlükəni aradan qaldırmaq üçün ərazini kənardan müşahidə etmiş, o isə Təqsirləndirilən şəxs2 idarə etdiyi yuxarıda qeyd edilən avtomaşınla ətrafı taxta dirəklərlə hasarlanmış, maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş torpaq sahəsinə, yəni başqa saxlanc yerinə qanunsuz daxil olmuş, həcmi iri olduğundan həmin su çəninin nəqliyyat vasitəsi ilə aparılması mümkün olmadığından o və Təqsirləndirilən şəxs2 həmin çəni özləri ilə gətirdikləri metalkəsən avadanlıqla hissələrə doğramış, bundan sonra Təqsirləndirilən şəxs3 da köməkliyi ilə birlikdə doğranmış hissələri həmin avtomaşına yığıb torpaq sahəsindən çıxarmaqla gizli talayaraq zərərçəkmiş şəxsə qəsdən 1000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər” kimi göstərilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 289.3 və 289.3.1-ci maddələrinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ( bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntu hesab edilir, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası CPM-nin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması kimi kobud pozuntuya yol verdikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir. Sözügedən Məcəllənin 299.1-cu maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.2-ci maddəsinə görə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında, aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə məsələyə baxılır. Həmin Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır. Bu Məcəllənin 306.2-ci maddəsinə görə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda aşağıdakı hallar mövcud olduqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: Cinayət işinin materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 4(033)-28/2021 saylı, 08.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 21 avqust 2021-ci il tarixdə bitir. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yerinin göstərilməməsi, nəticədə cinayət işi üzrə tərtib edilmiş ittiham aktının Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud qanun pozuntuları kimi qiymətləndirilməli və məhkəməyədək icraat zamanı bu pozuntular aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından Zaqatala Rayon Vəkil Bürosunun vəkili Şərifov Samir Cuma oğlunun vəsatəti qismən təmin edilməli, cinayət işinin baxılmasına xitam verilməli, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı və onun həbsdə saxlanılma müddəti 20 (iyirmi) gün, yəni 11 sentyabr 2021-ci il tarixədək uzadılmalıdır. Beləliklə, məhkəmə ilkin dinləmələri keçirib, iş materiallarını yoxlayıb hesab edir ki, iş üzrə ibtidai istintaq zamanı CPM-nin 289.3-cü maddəsinin tələbləri pozulduğundan Azərbaycan Respublikasının CPM-nin 303.3.6-cı maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməli və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 300, 303 və 306-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Vəsatət qismən təmin edilsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Vəsatət qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılaraq həbsdə saxlanılma müddəti 20 (iyirmi) gün, yəni 11 sentyabr 2021-ci il tarixədək uzadılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(033)-48/2021
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №1(033)-48/2021
18.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver