Məhkəmə qərarları › İş №1(033)-48/2022

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-48/2022

22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-48/2022 22.11.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X5 katibliyi, dövlət ittihamçısı - Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, zərər çəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı X2 nümayəndəsi və vəkili Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxx 1968-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmuş, Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsi ev 54 mənzil 12-də qeydiyyatda olmaqla Zaqatala şəhəri Z.Tağıyev küçəsi ev 23-də yaşayan və barəsində xx.xx.2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 15:30-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 01 mart 2022-ci il tarixdə təxminən saat 22:50 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Zaqatala rayonunun ərazisindən keçən 132-ci kilometrliyində idarə etdiyi Vaz-21074 markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobillə 50-55 km/saat sürətlə Balakən rayonu istiqamətindən Zaqatala şəhəri Bayraq meydanı istiqamətində hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, gözü qamaşdıqda sürücü qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalı olduğu halda buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da almayıb yolun sağından sola keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qarşı sağ hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, sağ gicgah sümüyünün qapalı yerdəyişən sınığı, baş beyində əzilmə, qansızma, sol bud sümüyünün orta 1/3-nin açıq sınığı, sol baldır sümüklərinin qapalı yerdəyişmiş sınığı, alın nahiyəsində, sağ yanaq nahiyəsində, alt dodağında, alt çənə nahiyəsində, sol budun orta 1/3-də əzilmiş yaralar, sağ budun yuxarı 1/3-də qançır, sağ baldırın orta 1/3-də və hər iki əlinin arxa səthində sıyrılmış yaraların əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ölümlə nəticələnən ağır zərər vurmuşdur. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, idarə etdiyi Vaz-21074 markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur və onun avtomobilləri idarə etməyə hüquq verən BC dərəcəli sürücülük vəsiqəsi vardır. xx.xx.2022-ci il tarixdə şəxsi işini bitirdikdən sonra idarə etdiyi Vaz-21074 markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı ünvana qayıdırdı. Həmin vaxt o, Vaz-21074 markalı avtomobili Balakən rayonu istiqamətindən Zaqatala şəhəri Bayraq meydanı istiqamətində təxminən 50-55 km/saat sürətlə hərəkət etdirmişdir. Təxminən 22:50 radələrində Yevlax-Zaqatala- Gürcüstan sərhədi yolunun Zaqatala rayonunun ərazisindən keçən 132-ci km-də qarşıda əks hərəkət zolağında hərəkətdə olan avtomobilin işıqları 3-4 saniyə ərzində gözünə düşmüş, bu zaman sonradan adını bildiyi Zərərçəkmiş şəxs iti yerişlə yolun sağından soluna doğru hərəkət edərək özünü idarə etdiyi avtomobilin qarşısına atmışdır. O, hadisənin qarşısını almaq üçün avtomobilin tormoz əyləcindən istifadə etmiş, lakin məsafə yaxın olduğundan idarə etdiyi avtomobilin qarşı hissəsi sağ hisəsi ilə Zərərçəkmiş şəxs vurmuş və o, avtomobilin alın aynasının sağ tərəfindən dəyib yolun sağ ehtiyyat sahəsinə yıxılmışdır. Bundan sonra o, idarə etdiyi avtomobili saxlayıb avtomobildən düşmüş və Zərərçəkmiş şəxs xəsarət aldığını görmüş və ətrafa toplaşan tanımadığı şəxslər təcili tibbi yardıma zəng etmişlər, bir qədər sonra hadisə yerinə gələn təcili yardım əməkdaşları onu Zaqatala şəhər Diaqnostika Mərkəzinə aparmışlar. Özü isə hadisə yerində qalıb hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmiş və tərtib olunmuş protokol və sxemlə tanış olub imza etmişdir. Sonradan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 23:40 radələrində xəstəxanada ölməsi ona məlum olmuşdur. Baş vermiş hadisəni həmin vaxt orada olmuş sonradan adlarını bildiyi Şahid1 və Şahid2 görmüşlər. Etdiyi əməlindən peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etmiş, zərərçəkmiş şəxsin hüquqi varisi onunla barışmaqdan imtina etmiş, ona 25000 manata yaxın pul ödənildikdə onunla barışacağını bildirmişdir. Lakin buna baxmayaraq o, poçt vasitəsilə zərərçəkmiş şəxsin hüquqi varisinin ünvanına 1000 manat pul göndərmişdir. Qeyd edilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Eyni zamanda qeyd edir ki, o, müharibə veteranıdır. O mülki cavabdeh Zərərçəkmiş şəxs Şamil oğlunun mülki iddiasına münasibət bildirərək qeyd edir ki, mülki iddia həddindən artıq şişirdilmiş formada yazılmış, onun bu məbləği ödəmək imkanı da yoxdur. Məhkəmə iclası zamanı zərər çəkmiş şəxsin hüquqi varisi X7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun atası olmuşdur. xx.xx.2022-ci il tarixdə atası Zərərçəkmiş şəxs Yevlax-Zaqatala- Gürcüstan sərhədi yolunun Zaqatala rayonunun ərazisindən keçən 132-ci km-də yolnəqliyyat hadisəsinə düşərək Zaqatala rayon Mərkəzi xəstəxanasına daxil olması barədə məlumat almışdır. Bundan sonra o, Zaqatala RMX-na getmiş və xəstəxanada ona məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 22:50 radələrində vət. Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-21074 markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən rayonu istiqamətindən Zaqatala şəhəri Bayraq meydanı istiqamətində hərəkət edərkən Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Zaqatala rayonunun ərazisindən keçən 132-ci km-də, piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə piyada Zərərçəkmiş şəxs xəsarət alaraq Zaqatala RMX-na daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 23:40 radələrində atası İslamov X1 RMX-da ölmüşdür. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 14528 manat pul və 10000 manat mənəvi ziyan tələb edir. Qeyd etmişdir ki, bununla bağlı məhkəməyə mülki iddia verəcəkdir. Məhkəmə iclası zamanı zərər çəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı X2 nümayəndəsi və vəkili Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 izahatında göstərdi ki, o, zərər çəkmiş şəxsin hüquqi varisi X2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Əlavə olaraq göstərdi ki, zərərçəkmiş şəxsin hüquqi varisinin mülki iddiasını da müdafiə edir. Hesab edir ki, mülki cavabdeh tərəfindən onlara zərər dəymişdir. Belə ki, X6 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, 04 aprel 2022-ci il tarixdə X7 atası-mərhum Zərərçəkmiş şəxs məzar daşının hazırlanmasına görə ona 4000 manat məbləğində pul ödəmişdir. Bundan əlavə, X3 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, X7 atası-mərhum Zərərçəkmiş şəxs cümə axşamı mərasimlərinin keçirmək üçün ünvan 2 ünvanında yerləşən marketdən xx.xx.2022-ci il tarixdə 1200 manat, xx.xx.2022-ci il tarixdə 1280 manat, xx.xx.2022-ci il tarixdə 940 manatlıq qida məhsulları almışdır. Bundan əlavə, X8 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, X7 atası-mərhum Zərərçəkmiş şəxs dəfn mərasimlərini keçirmək üçün xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən marketdən 2250 manat, xx.xx.2022-ci il tarixdə 2468 manat, xx.xx.2022-ci il tarixdə 2390 manatlıq qida məhsulları almışdır. Bundan əlavə, zərərçəkmiş şəxsin hüquqi varisi hesab edir ki, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət hərəkəti nəticəsində atası ölmüş, atasının ölümü ilə bağlı o və ailələri iztirab və sarsıntılar keçirmişlər. Bununla bağlı mənəvi ziyana görə isə 10000 manat pul ödənilməlidir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 14.528 (on dörd min beş yüz iyirmi səkkiz) manat pulun, mənəvi ziyana görə 10000 (on min) manat pulun, ümumilikdə 24.528 (iyirmi dörd min beş yüz iyirmi səkkiz) manat pulun və dövlət büdcəsinə ödənilmiş 163.58 (bir yüz altmış üç manat əlli səkkiz qəpik) manat pulun mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq mülki iddiaçı X4 ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Eyni zamanda, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmamasını nəzərə alaraq ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə işlədiyi sexdən iş yoldaşı Şahid2 ilə birlikdə çıxıb evə gedərkən Zaqatala rayon məhkəməsinə dönən yolun yaxınlığında əvvəllər tanıdığı qonşusu Zərərçəkmiş şəxs içkili vəziyyətdə yolun kənarında dayanan görmüşlər. Sonra onlar ona yaxınlaşaraq orada nə gözlədiyini soruşanda ondan pivə almağı xahiş etmişdir. O, da onun bu istəyini yerinə yetirməmişdir. Söhbət əsnasında Zərərçəkmiş şəxs özünü bir neçə dəfə yoldan keçən maşınların altına atmaq istəsə də İftixarla birlikdə ona mane olmuşlar. Daha sonra onlar onunla sağollaşıb yaşadıqları evə getmək istəyərkən təxminən saat 22:50 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Zaqatala rayonunun ərazisindən keçən 132-ci km-də, Əliheydər qəflətən Balakən rayonu istiqamətindən Zaqatala şəhəri Bayraq meydanı istiqamətində hərəkət edən sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-21074 markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobilin önünə atmışdır. Bundan sonra onlar hadisə baş verən yerə yaxınlaşmış və Əliheydərin xəsarət aldığını görüb onu yolun kənarına çəkmişlər, bir qədər sonra hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşlarına kömək edib Əliheydəri Zaqatala RMX-na yola salmışlar. Sonradan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 23:40 radələrində xəstəxanada ölməsi ona məlum olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xususatları öz ifadəsində təsdiq etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPXA-nın 5-ci tağımının YPX-ti baş inspektoru vəzifəsində işləyir, polis kapitanıdır. O, xx.xx.2022-ci il tarixdə inspektorlar Şahid5 və Şahid4 ilə birlikdə xidmətdə olarkən təxminən saat 22:55 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Zaqatala rayonunun ərazisindən keçən 132-ci km-də, yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. Onlar həmin məlumata əsasən qeyd olunan əraziyə getmişlər, həmin vaxt orada onlara məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 22:50 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-21074 markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən rayonu istiqamətindən Zaqatala şəhəri Bayraq meydanı istiqamətində hərəkət edərkən Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Zaqatala rayonunun ərazisindən keçən 132-ci km-də, piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə piyada Zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri alaraq Zaqatala RMX-na daxil olmuşdur. Bundan sonra o, digər polis əməkdaşları ilə birlikdə hadisə yerini mühafizə edərək baxış keçirilməsində iştirak etmiş və bu barədə tərtib olunmuş protokol və sxemlə tanış olduqdan sonra digər iştirakçılar ilə birlikdə imza etmişdir. Sonradan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 23:40 radələrində xəstəxanada ölməsi ona məlum olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid4 və Şahid5 ibtidai istintaq zamanı verdikləri ifadəni təsdiq edərək şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdiyi xususatları öz ifadələrində təsdiq etdilər. İş materiallarına əlavə edilmiş 01 mart 2022-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış protokolu və əlavə edilmiş sxemə əsasən müəyyən edilmişdir ki, baxış qaranlıq havada keçirilmiş, hadisə yeri Balakən rayonu istiqamətindən Zaqatala şəhəri Bayraq meydanı istiqamətində keçirilmişdir. Hadisənin növü: piyadanı vurma. Hadisə yeri sürücü Təqsirləndirilən şəxs Şamil oğlu tərəfindən göstərilmişdir. Baxış ilə müəyyən edilmişdir: Yol-nəqliyyat hadisəsi yeri: yaşayış məntəqəsi daxilidir. Yolun hərəkət hissəsi düz. Yol örtüyü asfalt-beton. Yol örtüyü quru. Yol örtüyünün eni 8 metrdir. Hərəkət zolaqlarının sayı iki, hərəkət hissəsinin eni 4 x 4 metrdir. Hərəkət hissədə qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa qırıq-qırıq nişanlanma xətt vardır. Hərəkət hissəyə birləşir: sağdan eni 3 metr olan yol çiyini, soldan eni 7 m olan genişlənmiş ərazi, Sonra sağdan Zaqatala rayonu Fındıq zavodu, soldan: tikinti materialları topdan satış obyektləri. Hərəkətin nizamlanma üsulu nizamlanmayan. Yol nişanları zonası deyil. Yol işıqlandırılır. Yolun sağından soluna doğru hərəkət edən piyada Balakən rayonu istiqamətindən Zaqatala şəhəri Bayraq meydanı istiqamətində hərəkət edən VAZ-2107 markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobillə vurulmuşdur. Piyadanın vurulduğu yer müəyən olunmuş və məlum olmuşdur ki, piyadanın vurulduğu yerdən yolun sağ yan kənarına 1,4 m yolun sol yan kənarına 6,6 m yolun sağında yerləşən Fındıq zavoduna dönən yolun sağ küncünə 2,8 m, sol küncünə 15 metrdir. Hadisədən əvvəl piyada yolun sağından soluna doğru hərəkətdə olmuş və vurulana kimi. Hadisə yerində nəqliyyat vasitələrinin vəziyyəti: hadisədən sonra VAZ 2107 markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobil üzü Bayraq meydanı istiqamətində dayanmışdır. Şinlərin izi aşkar olunmamış. Vaz 2107 markalı avtomobilin qabaq alın şüşəsinin qırıqları asfalta tökülüb. Nəqliyyat vasitəsinin ətrafdakı əşyalara toxunma izləri aşkar olunmadı, digər izlər aşkar olunmadı. İzlərin götürülməsi haqqında məlumat aşkar olunmadı, meyitin nəqliyyat vasitəsinin salonunda yerləşməsi-meyit yoxdur. İştirakçıların, o cümlədən sürücülərin baxış protokolunun tərtibi, sxemi, habelə nəqliyyat vasitələrinin nasazlığı haqda ərizə və qeydləri daxil olmamışdır. Baxış zamanı CASİO markalı fotoaparat (video) dan istifadə olunmuşdur. İş materiallarına əlavə edilmiş 02 mart 2022-ci il tarixli 128 nömrəli sərxoşluq vəziyyətinin müayinəsi aktı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi baş verən zaman ayıq olmuşdur. İş materiallarına əlavə edilmiş 02 mart 2022-cu il tarixli 129 nömrəli sərxoşluq vəziyyətinin müayinəsi aktı ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs yol nəqliyyat hadisəsi baş verən zaman orta dərəcəli sərxoş olmuşdur. İş materiallarına əlavə edilmiş AF 603320 seriya nömrəli sürücülük vəsiqəsi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs BC kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmaqla sürücülük vəsiqəsi xx.xx.2029-cu il tarixədək etibarlıdır. İş materiallarına əlavə edilmiş AD 742283 seriya nömrəli nəqliyyat vasitəsini qeydiyyat şəhadətnaməsindən görünür ki, ** VS *** dövlət nömrə qeydiyyat nişanlı, “VAZ 21074 minik” markalı avtomobil X9 məxsusdur. İş materiallarına əlavə edilmiş ƏN-Vİİİ 176224 seriya nömrəli nəqliyyat vasitələrini sərəncam verilməsi haqqında etibarnamə ilə müəyyən edilmişdir ki, X12 ona məxsus ** VS *** dövlət nömrə qeydiyyat nişanlı, “VAZ 21074 minik” markalı avtomobil barəsində Təqsirləndirilən şəxs sərəncam vermək hüququ vermişdir. Etibarnamə xx.xx.2023-cü il tarixədək etibarlıdır. İş materiallarına əlavə edilmiş Zaqatala “Avtoservis 100” Sexlərinin 03 mart 2022-ci il tarixli 18 saylı rəyindən görünür ki, VAZ-2107 markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobilə 624 manat dəyərində ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş Azərbayacan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X19 Zaqatala rayon şöbəsinin 02 mart 2022-ci il tarixli 5 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, vət.Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər:- sağ baldırın orta 1/3-də və hər iki əlinin arxa səthində sıyrılmış yaralar, sağ budun yuxarı 1/3-də qançır, alın nahiyyəsində, sağ yanaq nahiyyəsində, alt dodağında, alt çənə nahiyyəsində, sol budun orta 1/3-də əzilmiş yaralar, sol bud sümüyünün orta 1/3-nin açıq qəlpəli yerdəyişən və sol baldır sümüklərinin orta 1/3nin qapalı yerdəyişən sınığı - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcə də yardım üçün xəstəxanaya daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin dəyməsi nəticəsində törənmələri mümkündür, dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Azərbayacan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X19 Zaqatala rayon şöbəsinin 04 aprel 2022-ci il tarixli 7 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 1.Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər - qapalı kəllə beyin travması, sağ gicgah sümüyünün qapalı yerdəyişən sınığı, baş beyində əzilmə, qansızma, sol bud sümüyünün orta 1/3-nin açıq sınığı, sol baldır sümüklərinin qapalı yerdəyişmiş sınığı, alın nahiyəsində, sağ yanaq nahiyəsində, alt dodağında, alt çənə nahiyəsində, sol budun orta 1/3-də əzilmiş yaralar, sağ budun yuxarı 1/3-də qançır, sağ baldırın orta 1/3-də və hər iki əlinin arxa səthində sıyrılmış yaralar - bərk küt əşyanın (əşyaların) dəyməsi təsirindən törənmişlər, yardım üçün xəstəxanaya daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə hərəkətdə olan avtomobilin qabarıq hissələrinin dəyməsi nəticəsində əmələ gələ bilərdilər, canlı şəxslərdə təyin edildiyi kimi həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilirlər. Mər. Zərərçəkmiş şəxs ölümünə səbəb sol gicgah sümüyünün yerdəyişən sınığı nəticəsində baş beyində əzilmə və qansızma olmuşdur. Ölüm Zaqatala MRXPHŞ-də onun adına tərtib edilmiş xəstəlik tarixində qeyd edildiyi kimi xx.xx.2022-ci il tarixdə saat 23:40 radələrində baş vermişdir, meyitin meyitxanada müayinə olunduğu vaxtdan təqribən 9-11 saat əvvələ uyğun gəlir. Mər. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 016-66031-1222 nömrəli məktubundan görünür ki, Qİİ-nin uçot bazasında 1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AF 603320 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Abbasov X13 Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 168 maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 02 il əməyə mütləq cəlb edilməklə şərti cəza təyin edilmişdir. xx.xx.1999-cu il tarixdə amnistiya ilə cəzadan azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyun 2022-ci il tarixli 8/1331 nömrəli məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, VAZ-21074 markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə edilmiş 07 iyul 2022-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçmək haqqında qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X2 təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 14.528 (on dörd min beş yüz iyirmi səkkiz) manat pulun, mənəvi ziyana görə 10000 (on min) manat pulun, ümumilikdə 24.528 (iyirmi dörd min beş yüz iyirmi səkkiz) manat pulun və dövlət büdcəsinə ödənilmiş 163.58 (bir yüz altmış üç manat əlli səkkiz qəpik) manat pulun mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq mülki iddiaçı X4 ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 31 mart 2020-ci il tarixdə verilmiş MV 01079 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. İş materiallarına əlavə edilmiş 01 noyabr 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs X4 poçt vasitəsi ilə 1000 manat pul məbləği göndərmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, məhkəmə tibbi və məhkəmə yol-nəqliyyat ekspertizalarının rəyləri, hadisə yerinə baxış protokolu, iş materiallarına əlavə edilmiş digər istintaq hərəkətlərinin protokolları və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs 01 mart 2022-ci il tarixdə təxminən saat 22:50 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Zaqatala rayonunun ərazisindən keçən 132-ci kilometrliyində idarə etdiyi Vaz-21074 markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobillə 50-55 km/saat sürətlə Balakən rayonu istiqamətindən Zaqatala şəhəri Bayraq meydanı istiqamətində hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, gözü qamaşdıqda sürücü qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalı olduğu halda buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da almayıb yolun sağından sola keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qarşı sağ hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, sağ gicgah sümüyünün qapalı yerdəyişən sınığı, baş beyində əzilmə, qansızma, sol bud sümüyünün orta 1/3-nin açıq sınığı, sol baldır sümüklərinin qapalı yerdəyişmiş sınığı, alın nahiyəsində, sağ yanaq nahiyəsində, alt dodağında, alt çənə nahiyəsində, sol budun orta 1/3-də əzilmiş yaralar, sağ budun yuxarı 1/3-də qançır, sağ baldırın orta 1/3-də və hər iki əlinin arxa səthində sıyrılmış yaraların əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ölümlə nəticələnən ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsində əks hərəkət zolağında hərəkətdə olan avtomobilin işıqlarının 3-4 saniyə ərzində gözünə düşməsi, bu zaman sonradan adını bildiyi Zərərçəkmiş şəxs iti yerişlə yolun sağından soluna doğru hərəkət edərək özünü idarə etdiyi avtomobilin qarşısına atması, hadisənin qarşısını almaq üçün avtomobilin əyləcindən istifadə etdiyini, lakin məsafənin yaxın olduğundan Zərərçəkmiş şəxs avtomobilin alın aynasının sağ tərəfindən dəyib yolun sağ ehtiyyat sahəsinə yıxılması ilə nəticələnin yol nəqliyyat hadisəsi baş verdiyini göstərmişdir. Məhkəmə onun ifadəsinə hüquqi qiymət verərək, şahidlərin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdikləri ifadələrini və digər sübutları qiymətləndirərək hesab edir ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində bu xüsusatla bağlı göstərdikləri iş materiallarında olan ekspertiza rəyləri, məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübutlarla təkzib edilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs dəymiş ziyanı qismən ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməsi tövsiyə olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halın, onun mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, əməlini etiraf etməsi onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. O da qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs dəymiş ziyanı qismən ödəməkdən başqa, məhkəmə istintaqının sonunadək həm zərərçəkmiş şəxsin hüquqi varisi, həm də onun nümayəndəsi ilə barışıq etməyə sürəkli və davamlı cəhd göstərmiş, lakin zərərçəkmiş şəxs tərəfindən ancaq ona mülki iddiada göstərilən 24528 manat pul ödənildiyi halda onunla barışılacağı bildirilmiş, nəticə etibarı ilə barışmaqdan imtina edilmişdir. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddində cəza təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Onun əməlində cəzanı ağırlaşdıran halların mövcud olmaması, əksinə yuxarıda sadalanan cəzanı yüngülləşdirən hal, şəxsiyyəti, ailəsinin həyat şəraiti, etdiyi əməlin az ağır cinayətlər qrupuna aid edilməklə, xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az təhlükəli olması, törətdiyi əmələ görə səmimi peşman olması bunu deməyə əsas verir. Bu baxımdan Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun əməlindən peşman olmasını, müharibə veteranı olmasını, dəymiş ziyanın qismən ödənilməsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin barəsində CM-nin 70 və 62-ci maddəsinin tətbiq edilməklə onun azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alır və ona Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməsini, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməsini, cəzasının əvvəlinin onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmasını, həmçinin, təqsirləndirilən şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququndan müəyyən müddətə məhrum edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlarla yanaşı məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza xərcinin alınaraq dövlət büdcəsinin hesabına ödənilməsini, həmçinin, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmasını əsaslı hesab edir. Eyni zamanda Vaz-21074 markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxsin maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iddiasının təmin edilməsi barədə iddiasının dəlillərinə gəlincə məhkəmə bununla razılaşmır. Belə ki, məhkəmə istintaqı zamanı Seymur İslamov mülki iddia qaldıraraq vurulmuş maddi ziyanın əvəzi olaraq 14528 manat, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 10000 manat olmaqla, cəmi 24528 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Qeyd olunmalıdır ki, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X2 təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki qaydada məhkəmədə iddia qaldırsa da, həmin tələblə bağlı təqdim olunan sübutları yetərli deyildir. Mənəvi ziyanla bağlı məhkəmə qeyd edir ki, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərında izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır: Həmin Məcəllənin 354.1-ci maddəsinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: iddianın tam və ya qismən təmin edilməsi; iddianın rədd edilməsi; iddianın baxılmamış saxlanması. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Ona görə də, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X2 təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 14.528 manat pulun, mənəvi ziyana görə 10000 manat pulun, ümumilikdə 24.528 manat pulun və dövlət büdcəsinə ödənilmiş 163.58 manat pulun təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X4 ödənilməsi ilə bağlı hazırkı cinayət işi üzrə verdiyi mülki iddia baxılmamış saxlanılmalı, ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə maddi sübutun olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə, 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Vaz-21074 markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X2 təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi zərər tələbinə dair mülki iddiası baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X4 “maddi və mənəvi zərərin ödənilməsi tələbi” ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X2 maddi və mənəvi zərər tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödədiyi 163.58 (bir yüz altmış üç manat əlli səkkiz qəpik) manat dövlət rüsumu dövlət büdcəsindən mülki iddiaçı X4 geri qaytarılsın. İş üzrə maddi sübutun və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar