Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-48/2023 11.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1977-ci ildə Zаqаtаlа şəhərində аnаdаn оlmuş, Azərbaycan Respublikası vətəndaşı, оrtа təhsilli, еvli, işsiz, məhkumluğu olmayan, Zаqаtаlа rayonu, Çökək kəndində yaşayan, barəsində barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə 11 oktyabr 2023-cü il tarixdə saat 17:00-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 35,432 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək əldə edərək üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində Zaqatala rayonu Çökək kəndində həmin narkotik vasitəni satış məqsədi olmadan qanunsuz daşıyarkən Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmiş və həmin gün saat 13:05dən saat 13:23-dək olan müddət ərzində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibində bir ədəd qara rəngli sellofana bükülmüş şəxsi istehlak miqdarından artıq, yəni 35,432 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, yuxarıda göstərilən ünvanda ailəsi birlikdə yaşayır. Təxminən 1-2 ildir ki, o narkotik vasitələrdən vaxtaşırı olaraq istifadə edir. Rəsmi olaraq heç bir yerdə işləmir, lakin dolanışığını təmin etmək üçün iş olduqda fərdi olaraq rəngsaz işləyir, iş olmadığı vaxtlarda isə dəmir yığıb satır. Yахın vахtlаrdа, yəni 28 iyun 2023-cü il tаriхdə Zаqаtаlа rаyоnu Göyəm kəndi ərаzisində yеrləşən məişət tullаntılаrı pоliqоnundа qаrа mеtаl qırıntılаrı tоplаdığı zаmаn qаrа rəngli sеllоfаn bükümü tаpmış və o həmin bükümü аçdıqdа içərisində qаrа rəngli, nаrkоtik vаsitə olan tiryəkə bənzər mаddə olduğunu görmüşdür. Dаhа sоnrа özünün istifаdəsi üçün cibinə qоyub sахlаmışdır. 29 iyun 2023-cü il tаriхdə sааt 12 rаdələrində o, yаşаdığı Zаqаtаlа rаyоnu Çökəkоbа kəndində yaşadığı küçənin bаş tərəfində оlduğu zаmаn ona bir nеçə nəfər mülki gеyimdə оlаn şəхslər yахınlаşıb özlərini təqdim еdərək onu pоlis şöbəsinə dəvət еtmişdirlər. O pоlis şöbəsinə gəldikdən sоnrа ona nаrkоtik vаsitələrin istifаdəsində və dаşınmаsındа şübhəli оlduğu barədə məlumat verildikdən sonra vəkillərin siyаhısı təqdim оlunmuş və o növbətçilik cədvəlinə uyğun оlаrаq ona vəkil təqdim еtməsini xahiş etmişdir. Dаhа sоnrа ona vəkil Turаl İsаyеv təqdim оlunmuş və o üzərində qаnunsuz sахlаdığı nаrkоtik vаsitə olan tiryəki təqdim еtmişdir. Sоnrа onun təqdim еtdiyi tiryək еlеktrоn tərəzi vаsitəsi ilə çəkilərək kаğız zərfdə qаblаşdırılаrаq möhürlənmişdir. Suallara cavab olaraq Təqsirləndirilən şəxs yаşаdığı еvdə və yахud bаşqа yеrdə hеç bir nаrkоtik tərkibli mаddələr saxlamadığını, nаrkоtik vasitəni öz istifаsi üçün üzərində sахlаdığını, heç kimə istifadə etmək üçün narkotik vasitə vermədiyini və heç kimdən çəkmək üçün narkotik vasitə almadığını bildirmişdir. Hazırda törətdiyi əmələ görə peşman olmuşdur. Əməlini etiraf etməsini, peşman olmasını nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla qohum deyil və ədavəti yoxdur. O, Zaqatala rayon PŞ-də işləyir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin istifadəsində və üzərində daşımasında şübhəli olduğundan xx.xx.2023-cü il tarixdə saat 12:00-da Zаqаtаlа rayonu, Çökəkoba kəndi ərazisində onun və CAB-nin əməliyyаt müvəkkili, polis leytenantı Şahid3 tərəfindən saxlanılaraq Zаqаtаlа RPŞ-nə gətirilmişdir. Zаqаtаlа RPŞ-də Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və istifadə etməsində əsaslı şübhələr olduğu bildirilərək onun şübhəli şəxs qismində saxlamnılması barədə məlumat verildikdən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək öz şəxsi hesabına müdafiəçi tutmaq üçün vəsaitinin olmadığını bildirərək, dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmiş və ona dövlət hesabına təyin edilmiş müdаfiəçi Müdafiəçi təyin edilmişdirdir. Müdаfiəçinin iştirаkı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi bахış kеçirilmiş və bахış zаmаnı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qara rəngli sellofan bükümü çıxardıb təqdim edərək içərisində qara deyilən narkotik vasitə olduğunu və həmin narkotik vasitəni 28 iyun 2023-cü il tarixdə Zaqatala rayonu, Göyəm kəndi ərazisində yerləşən məişət tullantıları poliqonundan metal yığıdığı zaman tapdığını bildirmişdir. Həmin qara rəngli sellofan büküm açılıb içərisinə baxıldıqda sellofanın içərisində qara rəngli, spesifik iyə malik, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkə bənzər maddə olduğu müəyyən edilmiş və daha sonra o Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı H.Uvuzuovun əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd açar aşkar edilərək iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs üzərindən qadağan olunmuş hər hansı maddə, vasitə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə büküldüyü sellofanla birlikdə elektron tərəzidə çəkilərək çəkisinin 35,68 qram olduğu müəyyən edilmiş və həmin maddə еkspеrtizаyа göndərilməsi üçün qаblаşdırılmışdır. Sonda bu bаrədə prоtоkоllаr tərtib еdilərərk iştirаkçılаr tərəfindən imzаlаnmışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Zaqatala RPŞ-in əməkdaşı Şahid1 da Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İş materallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş 29 iyun 2023-cü il tarixli şübhəli şəxsin üzərində “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə saat 13:05-dan saat 13:23-dək olan müddət ərzində vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra isə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qara rəngli sellofan bükümü çıxardıb təqdim edərək içərisində qara deyilən narkotik vasitə olduğunu bildirmişdir. Həmin qara rəngli sellofan büküm açılıb içərisinə baxıldıqda sellofanın içərisində qara rəngli, spesifik iyə malik, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkə bənzər maddə olduğu müəyyən edilmiş və aşkar edilmiş maddə büküldüyü sellofanla birlikdə elektron tərəzidə çəkilərək çəkisinin 35,68 qram olduğu müəyyən edilmiş və ağ zərfə qoyularaq möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitəni 28 iyun 2023-cü il tarixdə Zaqatala rayonu, Göyəm kəndi ərazisində yerləşən məişət tullantıları poliqonundan metal yığıdığı zaman tapdığını bildirmişdir. Sonda baxış zamanı qeydə alınmış videogörüntü 01 ədəd DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Şəxsi axtarış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət, vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X8 Bölməsinin verdiyi 30 iyun 2023-cü il tarixli 17/514 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə tiryəkə bənzər maddə...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 35,432 qram olan maddə xaş-xaş bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə -tiryəkdir. Təhqiqata sərf edildi 0,100 qr, qalıq 35,332 qr. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişin surətindən görünür ki, 30 iyun 2023-cü il tarixli 17/514 saylı ekspert rəyinə dair aparılmış təhqiqatın dəyəri 71.94 manat təşkil edir. İş materiallarında olan Zaqatala rayon X2 Hüquqi Şəxsin 06 iyul 2023-ci il tarixli, PHŞ-6-78/2-765/2023 nömrəli məktubundan görünür ki, Uvuzov X5 Rayon X2 Hüquqi Şəxsin Poliklinika şöbəsinin psixatriya kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 14 iyul 2023-cü il tarixli 1188 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Tərkibində tiryək alkaloidləri saxlayan narkotik vasitələrdən istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Şübhəli olan şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 iyun 2023-cü il tarixdə saat 12:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 01 iyul 2023-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 01 iyul 2023-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin həbsdən azad edilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, o, Zaqatala RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Uvuzov X5 rayon məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiya) 143.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə azad olunmuşdur. İş materallarında olan Zaqatala RİHB-nın Göyəm kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5-82-22(2-82)2023 nömrəli arayışdan görünür ki, təqsirləndirilən şəxs Uvuzov X5 Çökəkoba kəndində yaşayır, ailə tərkibi həyat yoldaşı X7, oğlu 2004-ci il təvəllüdlü X4 ibarətdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon İcra Hakimiyyəti başçısının Göyəm kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 3-cü bəndinə görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin Qərarın 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə hesab edir ki, yuxarıda şərh edilən cinayət əməlinin törədilməsində Təqsirləndirilən şəxs təqsirli olması onun özünün məhkəmədə verdiyi etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər obyektiv halları ilə məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 35,432 qram çəkidə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək əldə edərək üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində Zaqatala rayonu Çökək kəndində həmin narkotik vasitəni satış məqsədi olmadan qanunsuz daşıyarkən Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmiş və həmin gün saat 13:05-dən saat 13:23-dək olan müddət ərzində üzərində vəkilinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibində bir ədəd qara rəngli sellofana bükülmüş şəxsi istehlak miqdarından artıq, yəni 35,432 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları nəzərə alır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməklə törətdiyi cinayət əməlindən peşmançılıq hisləri keçirməsi, bir daha cinayət əməli törətməyəcəyinə söz verməsi, ailəsinin yeganə qazanc mənbəyi olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən həmin Məcəllənin 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, əməlini etiraf etməsi onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Onun əməlində cəzanı ağırlaşdıran halların mövcud olmaması, şəxsiyyəti, etdiyi əməlin az ağır cinayətlər qrupuna aid olması bunu deməyə əsas verir. Bu baxımdan Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən əməlini etiraf etməsi və əməlindən peşman olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Zaqatala rayonu, Çökəkoba yerləşən fərdi yaşayış evində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zaqatala və Qax rayonu ərazilərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 29 iyun 2023-cü il tarixdən 01 iyul 2023-cü il tarixədək 2 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator narkoloji ekspertizasının rəyinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə pofilaktiki qeydiyyata alınmalıdır. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilən və Zaqatala Rayon Polis Şöbəsində saxlanılan ekspert tədqiqatından sonra 01 (bir) ədəd zərfdə olan təhqiqatdan sonra qalıq çəkisi 35,332 qram xaş-xaş bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə -tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman video çəkilişin görüntüsü olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs alınaraq, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və maddi zərər yoxdur. Qeyd olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 384-cü maddələrinə əsaslanaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 29 iyun 2023-cü il tarixdən 01 iyul 2023-cü il tarixə qədər həbsdə saxlandığı 2 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Zaqatala və Qax rayonu ərazilərinin hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yeri olan Zaqatala rayonu Çökəkoba kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Zaqatala Mərkəzi Rayon X6 Şəxsinə göndərilsin. İş üzrə maddi sübut olan və Zaqatala Rayon Polis Şöbəsində saxlanılan ekspert tədqiqatından sonra 01 (bir) ədəd zərfdə olan təmiz çəkisi 35,332 qram xaş-xaş bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə -tiryək hökm qanuni qüvvəyə mindikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman video çəkilişin görüntüsü olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat təşkil edən məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs alınaraq, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT- BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(033)-48/2023
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-48/2023
11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver