Məhkəmə qərarları › İş №1(033)-48/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №1(033)-48/2025

28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 1(033)-48/2025 28.01.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Zərifə Faiq qızının sədrliyi, X8 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Zaqatala rayonu Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu Muğanlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 10:10-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 13,64 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamış, 31 iyul 2025-ci il tarixdə, saat 10:50 radələrində həmin narkotik vasitəni satış məqsədi olmadan Zaqatala şəhəri A.Həmidov küçəsində üzərində qanunsuz daşıyarkən Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və qeyd edilən tarixdə, saat 10:50-dan 11:01-dək həmin ərazidə üzəri yoxlanılarkən əynindəki qısa qol köynəyin sol cibindəki 01 ədəd sellafon bükümdə təmiz çəkisi 13,64 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək bildirdi ki, narkotik aludəçisi olmasa da arada narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Zaqatala şəhəri avtoşkola adlanan ərazinin arxasından keçən Tala çayına tək çimməyə getmiş, çayın kənarından 01 ədəd şəffaf sellofan bükükmdə qurudulmuş marixuanaya bənzər kütlə aşkar etmiş, həmin sellafon bükümə baxadna narkotik vasitə qurudulmuş marixuana olduğunu iyindən hiss etmiş və istifadə etmək üçün götürüb üstündə gəzdirmiş, həmin gün saat 14 radələrində çaylaqda, siqaret tütünü ilə tapdığı marixuananı qarışdırıb çəkmiş, bundan sonra həmin kütləni üstündə saxlamış, 31 iyul 2025-ci il tarixdə həmin bükümlə evdən çıxıb çaylağa çimməyə gedərkən Zaqatala A.Həmidov küçəsinə çatanda polis əməkdaşları ona yaxınlaşmış, narkotik vasitələrin üzrində daşınmasında və istifadəsində şübhəli olduğumu bildirmişlər. Üzərində axtarış aparanda əynimdəki qısaqol köynəyin sol cibində olan kütləni onlara təqdim etmiş, həmin kütlə orada eletkron tərəzidə çəkiləndə ümumi çəkisi 13,97 qram təşkil etmiş, elektron tərəzidə çəkildikdən sonra polis əməkdaşları tərəfindən bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdınlıb götürülmüş, zərfin üzərinə o da imza etmiş, sonra həmin tarixdə həmin küçədə öz razılığı ilə üstünü yoxlamışlar, başqa qeyri qanuni əşya aşkar olunmamış, bundan sonra Zaqatala rayon Polis şöbəsinə getməyi təklif etmişlər. O, heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Zaqatal rayon Polis Şöbəsinə gəlmiş, polis şöbəsində müvafiq sənədləşmə aparılandan sonra həmin sənədlərlə birlikdə təhqiqatçıya təqdim etmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən ona vəkil təqdim edilmiş, videoçəkilişdən istifadə edilməklə vəkilin iştirakı ilə hüquq və vəzifələrim izah edilmiş, təhqiqatçı tərəfindən hər hansı fiziki və psixi təzyiqə və təsirə məruz qalıb-qalmamağı soruşulmuş, polis əməkdaşları trəfindən hər hansı fiziki və psixi təsirə və təzyiqə məruz qalmadığını bildirmişdir. Bundan sonra bir az əvvəl polis əməkdaşları tərəfindən saxlanılarkən üstündə aşkar olunan bir ədəd sellofan bükümdə olan qurudulmuş marixuananın qoyulduğu bir ədəd zərf təhqiqatçı tərəfindən açılaraq baxış keçirilmiş, baxış keçirildikdən sonra elektron tərəzidə çəkilmiş, sellofan bükümdə olan qurudulmuş marixuana 13,96 qram olmuş, həmin kütlə tərəzidə çəkildikdən sonra əvvəl qoyulduğu bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, o da imza etmiş, təhqiqatçı tərəfindən götürülmüş, sonda protokol tərtib olunmuş, protokola o da imza etmişdir. Üzərində aşkar edilmiş qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirmiş, yaşadığı evdə və yaxud başqa yerdə narkotik tərkibli başqa maddə saxlamamış, həmin narkotik maddəni çay kənarından taparaq götürdüyü zaman yanında heç kim olmamış, barəsində əməliyyat-axtarış tədbirləri aparılarkən, təhqiqat və istintaq dövründə rəsmiləşdirmə zamanı ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmiş, narkotik maddələrin satışı ilə məşğul olmamış, narkotik vasitə saxladığını heç kim bilməmiş, bu barədə heç kimə heç nə deməmiş, həmin narkotik vasitədən heç kimə verməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, Zaqatala RPŞ-nin X1 əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin istifadəsində və üzərində daşımasında şübhəli olması barədə Zaqatala rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupuna daxil olmuş əməliyyat məlumatı əsasında Zaqatala RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 və Zaqatala RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid3 ilə birlikdə xx.xx.2025-ci il tarixdə saat 10:50 radələrində tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Zaqatala şəhər A.Həmidov küçəsində müəyyən edib saxlamışlar. Özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirib, videoçəkilişdən istifadə edilməklə üzərində narkotik tərkibli maddələrin qanunsuz daşımasında və istifadəsində şübhəli olunduğunu bildirdikdən sonra üstünün yoxlanılmasını bildirmişlər. Videoçəkilişi Zaqatala RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid3 etmiş, videoçəkilişdən istifadə edilməklə tərəfindən Təqsirləndirilən şəxs saxlanıldığı yerdə hüquq və vəzifələri izah edilmiş, həmin yerdə üzərində nə kimi qanunsuz əşya və ya narkotik maddə varsa könüllü təqdim etmək təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki göy rəngli qısaqol köynəyin sol cibindən bir ədəd sellofan bükümdə olan kütləni çıxarıb təqdim edərək həmin bir ədəd sellofan bükümdə qurudulmuş marixuana olduğunu bildirmiş, bundan başqa üstündə heç bir qeyri qanuni əşya olmadığını demiş, Təqsirləndirilən şəxs iştirakı ilə həmin sellofan büküm açılıb içərisinə baxış keçirilmiş, sonra sellofan bükümdə olan kütlə elektron tərəzidə çəkilmiş, dəqiq neçə qram olduğu yadında qalmamış, elektron tərəzidə çəkildikdən sonra həmin bir ədəd sellofan bükümdə olan kütlə 1 ədəd ağ rəngli zərfdə qablaşdırılıb möhürlənmiş, götürülmüş, zərfin üzərinə iştirakçılar və Namir özü də imza etmiş, bundan sonra Namirin özünün razılığı ilə üstü yoxlanılmış, başqa qeyri-qanuni əşya aşkar edilməmiş, Təqsirləndirilən şəxs üstünün yoxlanılması həmin tarixdə, yəni xx.xx.2025-ci il tarixdə həmin yerdə saat 11:01-də başa çatdırılmış, orada şifahi sorğu zamanı Namir üstündə aşkar olunan qurudulmuş marixuananı bir gün əvvəl xx.xx.2025-ci il tarixdə Zaqatala şəhər «avtoşkola» adlanan ərazinin arxasından keçən «Tala» çayına tək çimməyə gedəndə tapdığını və öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra müvafiq sənədləşmə aparılması üçün Namirə onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər və polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üstünün yoxlanılması barədə protokol tərtib edilmiş, protokola iştirakçılar və Namir özü də imza etmiş, Namirin üstünün yoxlanılması barədə videogörüntüləri sözündə əks etdirən bir ədəd DVD disk protokola əlavə edilmiş, daha sonra Təqsirləndirilən şəxs, üzərində aşkar olunmuş bir ədəd zərfdə olan quruldulmuş marixuanaya bənzər kütlə ilə və müvafiq sənədləşmə ilə birlikdə raportla təhqiqatçıya təqdim edilmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs vəkil təqdim edilmiş, videoçəkilişdən istifadə edilməklə vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilmiş, videoçəkilişi Zaqatala RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid3 etmiş, təhqiqatçı tərəfindən Namirə hər hansı fiziki və psixi təzyiqə və təsirə məruz qalıb-qalmamağı soruşulmuş, polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi təsirə və təzyiqə məruz qalmadığını bildirmiş, bundan sonra bir az əvvəl saxlanılarkən Namirin üstündə aşkar olunan bir ədəd sellofan bükümdə olan qurudulmuş marixuananın qoyulduğu bir ədəd zərf təhqiqatçı tərəfindən açılaraq baxış keçirilmiş, elektron tərəzidə çəkilmiş, dəqiq neçə qram olduğu yadında qalmamış, həmin kütlə tərəzidə çəkildikdən sonra əvvəl qoyulduğu bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, Namir özü də imza etmiş, təhqiqatçı tərəfindən götürülmüş, təhqiqatçı tərəfindən bu barədə müvafiq protokol təritib edilmiş, oxunmuş, iştirakçılar və Namir özü də imza etmişdir. Təqsirləndirilən şəxs tərəfilərindən saxlanınlıb polis şöbəsinə gətiriləndə onun yanında heç kim olmamış, tək olmuş, Təqsirləndirilən şəxs narkotik maddə satıb-satmaması tərəfilərindən əməliyyat yolu ilə yoxlanılmış, öz təsdiqini tapmamışdır. Məhkəmə iclası zamanı şahidlər Şahid2 və Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edərək Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş 31 iyul 2025-ci il tarixli videoçəkilişlə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyanın götürülməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş video çəkilişdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 10:50-də Zaqatala RPŞ-nin NMQ-nun və CAB-nin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs Zaqatala şəhər A.Həmidov küçəsində saxlanıldığı yerdə hüquq və vəzifələri izah edilmiş, üstünün yoxlanılması zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qolu qısa köynəyin sol cibindən bir ədəd sellofan bükümü təqdim etmiş, içərisində qurudulmuş marixuana olduğunu bildirmiş, təqdim edilmiş bir ədəd sellofan bükümdə olan narkotik vasitə elektron tərəzidə çəkilmiş çəkisi 13,97 qram olmuş, müvafiq qaydada qablaşdırılaraq götürülmüş, istintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə protkola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 31 iyul 2025-ci il tarixli əməliyyat tədbiri keçirilməsinə müvəkkil edilmiş şəxs tərəfindən təqdim olunmuş əşyalara baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş video çəkilişdən görünür ki, Zaqatala RPŞnin Təhqiqat bölməsinin təhqiqatçısı, NMQ-nun və CAB-nin əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq bir ədəd zərfdə qablaşdırılaraq götürülümuş narkotik vasitə qurudulmuş marixuanaya baxış keçirilməsi üçün zərf açılmış, elektoron tərəzidə çəkilmiş, sonra yenidən həmin zərfə qoyularaq müvafiq qaydada qablaşdırılaraq götürülmüş, istintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon X5 Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli, PHŞ-6-7-78/2-985-2025 nömrəli məktubundan görünür ki, Talıbov X6 rayon X5 X7 şöbəsinin psixatrik və narkoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Ədliyyə Nazirliyiyi Məhkəmə X3 Regional Bölməsinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2025ci il tarixli 17/565 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «xx.xx.2025-ci il tarixdə Zaqatala rayon sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş marixuanaya bənzər kütlə” yazısı, digər yazılar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 13,64 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 17 sentyabr 2025-ci il tarixli 1479 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Zaqatala rayon X5 Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli, PHŞ-6-7-78/2-985-2025 nömrəli məktubundan görünür ki, Talıbov X6 rayon X5 X7 şöbəsinin psixatrik və narkoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsin tutması haqqında 31 iyul 2025-ci il tarixli qərardan və həmin tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 10:50-dən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 02 avqust 2025ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən AZ-İİ 967753 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2007-ci il tarixdə anadan olmuş X2 atası Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİ 523122 nömrəli Doğum haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2010-cu il tarixdə anadan olmuş X4 atası Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala RİHBnin Muğanlı ərazi Nümayəndəliyi tərəfindən verilmiş 02 sentyabr 2025-ci il tarixli 5-82-31/2- 238/2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2007-ci və 2010-cü təvəllüdlü övladları vardır. Qeyd olunan məlumatlar Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə də yoxlanılaraq öz təsdiqi tampışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə istintaqında, həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarına əsasən amnistiya tətbiq ediləcək şəxslərin dairəsinə aiddir. Ona görə də onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) Həmin Qərarın 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) Həmin Qərarın 19.5-ci bəndinə əsasən Amnistiya Azərbaycan Respublikası Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində məhkəmələr tərəfindən tətbiq edilir Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Məhkəmə, həmçinin qeyd edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025ci il tarixli Qərarının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər Təqsirləndirilən şəxs münasibətdə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə təqdim edərək özünü tam təqsirli bildiyini və «Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının müvafiq bəndinin tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tətbiq edilməsinə dair ərizə təqdim etməklə razılıq verməsini, Amnistiya aktının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin ona münasibətdə müəyyən edilməməsini, habelə əməlində başqa bir cinayətin tərkibinin olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, sözügedən amnistiya aktına əsasən onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Zaqatala Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş, bir ədəd sellofan bükümdə 13,64 qram qurudulmuş marixuananın, ekspertiza tədqiqatından sonra qalıq 13,59 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 34,55 (otuz dörd manat əlli beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 39.1.12, 43.3, 175.5, 321.2.1, 346, 347.1 maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16-cı və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, Zaqatala Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş, bir ədəd sellofan bükümdə 13,64 qram qurudulmuş marixuananın, ekspertiza tədqiqatından sonra qalıq 13,59 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 34,55 (otuz dörd manat əlli beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar