Məhkəmə qərarları › İş №1(033)-49/2022

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-49/2022

29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-49/2022 29.11.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X4 katibliyi, dövlət ittihamçısı - Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxxxx 2003-cü ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, rəsmi işsiz, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu, Muxax kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 15:00-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs qazanc əldə etmək məqsədilə, yəni tamah niyyəti ilə qəsdən 2021-ci ilin aprel ayında yaşadığı Zaqatala rayonu Muxax kəndinin yaxınlığındakı dağlıq sahədə əkdiyi narkotik tərkibli çətənə bitkisinin toxumlarından əmələ gəlmiş həmin bitkinin istifadəyə yararlı hissələrini 2021-ci ilin sentyabr ayının əvvəllərində yığıb həmin ərazidə qurutmaqla satış məqsədi ilə qanunsuz olaraq 8,12 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə etmiş və yaşadığı Zaqatala rayonu Muxax kəndində yerləşən fərdi yaşayış evində saxlamış, həmin narkotik vasitəni 19 aprel 2022-ci il tarixdə 15 manat pul müqabilində Zaqatala rayonu Muxax kəndində tanışı olan həmkəndlisi Şahid6 qanunsuz olaraq satmış, 20 aprel 2022-ci il tarixdə Şahid6 Balakən RPŞ-nin əməkdaşları tərəfindən həmin rayon ərazisində saxlanılmış, şübhəli şəxs qismində tutularaq üzərində həmin gün saat 00:35-dən 01:05-dək olan müddət ərzində Balakən RPŞ-də şəxs axtarış aparılarkən sonuncunun əynindəki cins şalvarın sağ yan kiçik cibində 01 ədəd sellefon bükümdə onun Şahid6 qanunsuz olaraq satdığı həmin narkotik vasitə, yəni təmiz çəkisi 8,12 qram, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zaqatala rayonu Muxax kəndində ailəsi ilə birlikdə yaşayır. Təxminən 02 ildir narkotik vasitə marixuanadan istifadə edir. Əvvəllər istifadə etdiyi narkotik vasitə marixuanadan əldə etdiyi bir neçə ədəd toxumları şəxsi istifadəsi üçün 2021-ci ilin aprel ayında yaşadığı evin yaxınlığında yerləşən dağ ərazisində əkmişdir. Həmin toxumlardan bitmiş 01 ədəd narkotik tərkibli çətənə bitkisinə qulluq edərək böyütmüşdür. 2021-ci ilin sentyabr ayının əvvəllərində isə əkdiyi 01 ədəd narkotik tərkibli çətənə bitkisinin yararlı hissələrindən yığaraq dağ ərazisində qurutmuş və həmin narkotik vasitəni yaşadığı evə aparıb həm şəxsi istifadəsi üçün, həm də gələcəkdə istəyən olsa satmaq üçün saxlamışdır. Saxladığı narkotik vasitə marixuananın bir hissəsini özü istifadə etmiş, qalan hissəsini isə yenidən evdə gizlədib saxlamışdır. 19 aprel 2022-ci il tarixdə səhər saatlarında həmkəndlisi Şahid6 ona “watsupp” proqramı vasitəsi ilə zəng edərək pulunu ödəmək şərti ilə ondan narkotik vasitə marixuana istəmişdir. Lakin, Mehdi narkotik vasitəni hansı məqsədlə istədiyini ona deməmişdir. O da həmin vaxt Mehdiyə evdə narkotik vasitə marixuana gizlədib saxladığını və həmin narkotik vasitəni 15 manata sata biləcəyini demişdir. Bundan sonra o, yaşadığı evdə 01 ədəd sellofan bükümdə gizlədib saxladığı narkotik vasitəni götürmüş və aparıb yaşadığı evin yanında görüşərək Mehdiyə vermişdir. Bunun müqabilində isə Mehdi ona 15 manat pul vermiş və sağollaşıb oradan getmişdir. Daha sonra o, mağazaya gedərək Şahid6 aldığı, yəni Mehdiyə narkotik vasitə sataraq əldə etdiyi 15 manat pulu xərcləmişdir. O, 20 aprel 2022-ci il tarixdə səhər saatlarında yaşadığı evdə olan zaman küçədən kiminsə onu səslədiyini eşitmiş və buna görə küçəyə çıxmışdır. Həmin vaxt Balakən RPŞnin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və narkotik vasitə satmaqda, saxlamaqda şübhəli olduğunu bildirmişlər və onu Balakən RPŞ-nə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Balakən RPŞ-nə gəlmişdir. Polis Şöbəsində ona məlum olmuş ki, Mehdi Balakən şəhəri ərazisində saxlanılaraq Balakən RPŞ-nə gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman onun Mehdiyə satdığı narkotik vasitə marixuana polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Daha sonra Polis Şöbəsində otaqların birində təhqiqatçı Natiq Muradov tərəfindən ona Balakən rayon Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, onun vəkillər siyahısından seçdiyi müdafiəçi X10 Polis Şöbəsinə dəvət olunmuş və bundan sonra o, təhqiqatçı N.Muradov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra təhqiqatçı N.Muradov tərəfindən ona hüquq və vəzifələri izah edilməklə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Sonda təhqiqatçı N.Muradov tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə-bioloji ekspertizasının 20 aprel 2022-ci il tarixli 17/346 nömrəli rəyi ilə tanış olduqdan sonra isə ona məlum olmuşdur ki, şəxsi axtarış zamanı Mehdinin üzərindən aşkar edilmiş, yəni onun Mehdiyə satdığı 01 ədəd şəffaf sellofan bükümdəki narkotik vasitə marixuananın təmiz çəkisi 8,12 qramdır. O, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Sadəcə olaraq Şahid6 19 aprel 2022-ci il tarixdə ondan pulunu ödəmək şərti ilə narkotik vasitə istəyəndə o, özündə olan narkotik vasitə marixunanı Mehdiyə satıb qazanc əldə etmək qərarına gəlmiş və 01 ədəd sellofan bükümdə saxladığı narkotik vasitə marixuananı 15 manat müqabilində Mehdiyə satmışdır. Həmçinin o, yaşadığı ünvanda və ya başqa bir yerdə narkotik vasitə marixuana saxlamamışdır. Həmçinin də onun Şahid6 narkotik vasitə marixuana satmağı barədə başqa heç kimin məlumatı olmamışdır. Əvvəllər o, Şahid6 narkotik vasitə marixuana satmamışdır. Həmçinin o, özü istifadə etdiyi narkotik vasitə marixuananın miqdarını bilməmişdir. Etdiyi hərəkətlərdən peşmandır. Göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Zaqatala rayonu Muxax kəndində atası Səbuhi İsayev, anası Xanım İsayeva və qardaşı Mehman İsayevlə birlikdə yaşayır. Təxminən bir neçə ay əvvəl “İnstagram” sosial şəbəkəsində özünü Qax rayon sakini kimi təqdim edən “Cunayeva” adlı sosial şəbəkə istifadəçisi ilə mesajlaşaraq danışmışdır. Lakin həmin şəxslə heç vaxt görüşməmiş, həmin şəxsi tanımır, adını, telefon nömrəsini və digər anket məlumatlarını bilməmişdir. Təxminən bir neçə ay əvvəl aralarında olan söhbət əsnasında “Cunayeva” adlı sosial şəbəkə istifadəçisi “İnstagram” sosial şəbəkəsində ona mesaj yazaraq şəxsi istifadəsi üçün narkotik vasitə marixuana tapıb verməyini xahiş etmişdir. Buna görə o, 19 aprel 2022-ci il tarixdə narkotik vasitə istifadəçisi olan həmkəndlisi, yəni Zaqatala rayonu Muxax kənd sakini “Rəvan” adlı şəxsə mobil telefon vasitəsi ilə zəng edərək ona pulunu ödəmək şərti ilə narkotik vasitə marixuana tapmasını xahiş etmişdir. Rəvan da özündə narkotik vasitə marixuana olduğunu və ona 15 manata sata biləcəyini demişdir. Daha sonra onlar razılaşmış və təyin etdikləri kimi Rəvanın yaşadığı evin yaxınlığında görüşmüşlər. Həmin yerdə o, Rəvana 15 manat pul verib 1 ədəd sellofan bükümdə narkotik vasitə marixuana almışdır. Bundan sonra o, “Cunayeva” adlı sosial şəbəkə istifadəçisinə “İnstagram” sosial şəbəkəsində mesaj yazaraq narkotik vasitə marixuana aldığını və həmin narkotik vasitəni harada verməli olduğunu soruşmuşdur. Həmin vaxt “Cunayeva” adlı sosial şəbəkə istifadəçisi ona cavab yazaraq hazırda Balakən rayonunda qonaq olduğunu, narkotik vasitəni gətirib Balakən şəhərində yerləşən H.Əliyev adına parkın qarşısında gözləməyini, daha sonra ona ünvan verəcəyini və narkotik vasitəni həmin ünvana aparıb təhvil verəcəyini bildirmişdir. O da razılaşaraq taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi Şahid7 bir tanışı ilə görüşmək üçün özünü Balakən şəhərinə aparıb-gətirməsini xahiş etmişdir. Bundan sonra 19 aprel 2022-ci il tarixdə saat 23 radələrində Şahid7 onu idarə etdiyi VAZ 2106 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhərinə gətirmişdir. Onlar Balakən şəhərinə çatanda Nurlandan avtomobili H.Əliyev adına parkın qarşısında saxlamasını xahiş etmiş və Nurlan avtomobili həmin yerdə saxlamışdır. Daha sonra o, avtomobilin içərisində “Cunayeva” adlı sosial şəbəkə istifadəçisinə “İnstagram” sosial şəbəkəsində mesaj yazaraq H.Əliyev adına parkın qarşısında olduğunu və narkotik vasitəni aparacağı ünvanı yazmasını bildirmişdir. Həmin vaxt “Cunayeva” adlı sosial şəbəkə istifadəçisi ona mesaj yazaraq narkotik vasitənin fotoşəklini çəkib göndərməyini xahiş etmişdir. Buna görə o, Nurlanın görməməsi üçün avtomobildən yerə düşmüş, cibində saxladığı 01 ədəd sellofan bükümdəki narkotik vasitə marixuananın fotoşəklini çəkərək “Cunayeva” adlı sosial şəbəkə istifadəçisinə göndərmiş və yenidən avtomobilə əyləşib gözləmişdir. Bu zaman Balakən RPŞ-nin əməkdaşları onlara yaxınlaşmış, özlərini təqdim edərək üzərlərində və Şahid7 idarə etdiyi VAZ 2106 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirərək onları Balakən RPŞ-nə dəvət etmişlər. Onlar da etiraz etməmiş və Nurlan avtomobili idarə etmiş, polis əməkdaşları ilə birlikdə Balakən RPŞ-nə gəlmişlər. Polis Şöbəsində xidməti otaqların birində təhqiqatçı Natiq Muradov tərəfindən ona Balakən rayon Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, onun vəkillər siyahısından seçdiyi müdafiəçi X1 Şöbəsinə dəvət olunmuş və bundan sonra o, təhqiqatçı N.Muradov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra təhqiqatçı N.Muradov tərəfindən ona hüquq və vəzifələri izah edilməklə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, Rəvandan 15 manata aldığı və əynindəki boz rəngli cins şalvarın sağ yan kiçik cibində saxladığı 01 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan bükümdəki narkotik vasitə marixuana elektron tərəzidə çəkilmiş və üzərindəki sellofanla birlikdə ümumi çəkisi 8,51 qram təşkil etmişdir. Daha sonra təqdim etdiyi 01 ədəd sellofan büküm təhqiqatçı N.Muradov tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Şəxsi axtarış zamanı onun üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Sonda təhqiqatçı N.Muradov tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Şahid7 şübhəli şəxs qismində tutulmuş, üzərində şəxsi axtarış aparılmış və idarə etdiyi avtomobilə də baxış keçirilmişdir. Lakin Şahid7 üzərindən və idarə etdiyi avtomobildən hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra onun narkotik vasitə aldığı həmkəndlisi Təqsirləndirilən şəxs dəvət edilərək Balakən RPŞ-nə gətirilmiş və üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Rəvanın üzərindən hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməsə də, Rəvan ona narkotik vasitə satdığını səmimi etiraf etmişdir. Məhkəmə-bioloji ekspertizasının 20 aprel 2022-ci il tarixli 17/346 nömrəli rəyi ilə tanış olduqdan sonra isə ona məlum olmuş ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümdəki narkotik vasitə marixuananın təmiz çəkisi 8,12 qramdır. Əlavə olaraq göstərdi ki, bəzi vaxtlarda narkotik vasitə marixuanadan istifadə edir. O, üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdəki narkotik vasitə marixuananı “İnstagram” sosial şəbəkəsində tanış olduğu “Cunayeva” adlı istifadəçiyə vermək üçün üzərində saxlamışdır. Həmçinin həmin şəxslər birlikdə narkotik vasitə marixuanadan bir qədər istifadə etməyi düşünmüşdür. Həmçinin bildirmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Həmçinin bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə almamışdır. Rəvanın narkotik vasitə marixuana istifadə etdiyini bilmişdir. “İnstagram” sosial şəbəkəsində tanış olduğu “Cunayeva” adlı istifadəçi ondan narkotik vasitə marixuana istədiyinə görə, o da 19 aprel 2022-ci il tarixdə Rəvana zəng edərək pulunu ödəmək şərti ilə marixuana tapmasını xahiş etmiş, Rəvan da həmin vaxt özündə narkotik vasitə marixuana olduğunu və ona 15 manata sata biləcəyini demişdir. Buna görə o, Rəvana 15 manat pul verib 01 ədəd sellofan bükümdə narkotik vasitə marixuana almışdır. O, üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdəki narkotik vasitə marixuananı “İnstagram” sosial şəbəkəsində tanış olduğu “Cunayeva” adlı istifadəçiyə satmaq istəməmiş, həmin narkotik vasitəni həmin şəxsə pay vermək və bir qədərini də həmin şəxslə birlikdə istifadə etmək istəmişdir. Onun Təqsirləndirilən şəxs narkotik vasitə marixuana almağı və üzərində saxlamağı barədə sadəcə Rəvanın və “Cunayeva” adlı sosial şəbəkə istifadəçisinin məlumatı olmuşdur. Bu barədə başqa heç kimin məlumatı olmamışdır. Taksi fəaliyyəti ilə məşğul olan Şahid7 isə Balakən şəhərinə hansı məqsədlə gəlmələri və onun üzərində narkotik vasitə marixuana olması barədə məlumatı olmamışdır. O, Nurlana Balakən şəhərində şəxsi işi ilə bağlı bir tanışı ilə görüşüb söhbət edəcəyini və geri qayıdacaqlarını demişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid7 oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Zaqatala rayonu Muxax kəndində ailəsi ilə birlikdə yaşayır. Atasına məxsus olan Vaz 210611 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə edərək taksi fəaliyyəti ilə məşğul olur. 19 aprel 2022-ci il tarixdə saat 22 radələrində həmkəndlisi Şahid6 ona zəng edərək idarə etdiyi avtomaşınla özünü Balakən şəhərinə aparmağını bildirmişdir. O da razılaşmış, Mehdi ona bunun qarşılığında 15 manat pul verməli olmuşdur. Bundan sonra o, avtomaşınla Şahid6 Zaqatala rayonunun Muxax kəndindən götürmüş və Balakən şəhərinə gətirmişdir. Daha sonra Mehdi ona avtomaşını Balakən şəhərində yerləşən H.Əliyev adına parkın qarşısında saxlamağını bildirmişdir. O da Mehdinin dediyi yerdə avtomaşını saxlamışdır. Bundan sonra Şahid6 avtomaşından düşərək 5-10 metr uzaqlaşmış, sonra isə geri qayıdaraq avtomaşına əyləşmişdir. Təxminən saat 23:20 radələrində Balakən RPŞ-nin əməkdaşları onun idarə edərək saxladığı avtomaşına yaxınlaşaraq onu üzərində və avtomaşınında, Şahid6 isə üzərində qanunsuz olaraq narkotik vasitə saxlamalarında şübhəli olduqlarından Balakən RPŞ-və aparmışlar. Polis şöbəsində Şahid6 şübhəli şəxs kimi tutmuşlar və üzərinə baxış zamanı 01 ədəd sellofan bükümdə narkotik vasitə aşkar edilmişdir. Daha sonra isə onu şübhəli şəxs kimi tutmuşlar, vəkillər siyahısından seçmiş olduğu vəkil X7 və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya və vasitə aşkar edilməmişdir. Daha sonra isə polis əməkdaşları onun idarə etdiyi Vaz 210611 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirmişlər, baxış zamanı avtomaşından da hər hansı bir qanunsuz əşya və vasitə aşkar edilməmişdir. Onun Şahid6 üzərində narkotik vasitə saxlamağından və haradan əldə etməsindən, narkotiki kimə gətirməsindən ümumiyyətlə xəbəri olmamışdır. Mehdi ona bu barədə heç nə deməmişdir. O, polis şöbəsinə gəldikdən sonra Şahid6 üzərində narkotik vasitə olmasını bilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, hazırda Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 19 aprel 2022-ci il tarixdə Zaqatala rayon Muxax kənd sakini Şahid7 oğlu idarə etdiyi Vaz 21061 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobildə və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan, həmçinin həmin avtomobildə sərnişin qismində əyləşmiş Zaqatala rayon Muxax kənd sakini Şahid6 üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-nin əməkdaşları tərəfindən Balakən rayon polis şöbəsinə dəvət edilmişlər. Şahid6 şübhəli şəxs qismində tutularaq onun üzərində şəxsi axtarış aparılan zaman Şahid6 üzərindən narkotik vasitə qurudulmuş marixuanana aşkar edilərək götürülmüş, həmçinin, Şahid6 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı Zaqatala rayon Muxax kənd sakini Təqsirləndirilən şəxs 15 manat müqabilində aldığını bildirmişdir. Həmin məlumat əsasında Zaqatala rayon Muxax kəndində yaşayan Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ifşa olunması məqsədi ilə 20 aprel 2022-ci il tarixdə tərəfindən Balakən RPŞ-nə dəvət edilmişdir. Təqsirləndirilən şəxs Polis Şöbəsinə gətirildikdən sonra, Təhqiqat Bölməsinin təhqiqatçısı X15 tərəfindən şübhəli şəxs kimi saxlanılmış, daha sonra Təqsirləndirilən şəxs vəkillər siyahısından seçdiyi və ona təqdim edilmiş hüquqlarını dövlət hesabına müdafiə edən Balakən rayon vəkil bürosunun vəkili X6 və polis əməkdaşlarının iştirakları ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə təhqiqatçı Natiq Muradov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və ona üzərində narkotik vasitə yaxud hər hansı qanunsuz əşya olubolmaması barədə sual verilmiş, əgər narkotik vasitə yaxud qanunsuz əşya vardırsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və narkotik vasitə olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayında yaşadığı evin yaxınlığındakı dağda 01 ədəd narkotik tərkibli çətənə bitkisini əkdiyini, 2021-ci ilin sentyabr ayında həmin əkdiyi çətənə bitkisinin yararlı hissələrindən yığaraq qurutduğunu və şəxsi istifadəsi üçün, həmçinin əgər istəyən olarsa gələcəkdə satmaq üçün evində saxladığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs təxminən 2 ildir narkotik vasitədən istifadə etdiyini, saxladığı narkotikin bir hissəsini özü istifadə etdiyini, 01 ədəd sellofan bükümdə isə 19 aprel 2022-ci il tarixdə Muxax kəndi ərazisində həmkəndlisi Şahid6 15 manata satdığını bildirmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı X15 tərəfindən şəxsi axtarış aparılması haqqında protokol tərtib edilmiş, ucadan oxunmuş, hər hansı şikayət daxil olmamışdır. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış prosesi Balakən rayon polis şöbəsinin X2 baş inspektor kriminalisti Şahid2 tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid5 və ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş Balakən RPŞ-nin KTQ-nın baş inspektor kriminalisti Şahid2 ifadələrindən görünür ki, onlar şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclası zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin PPXB-nin tağım komandiri vəzifəsində xidmət edir. 19 aprel 2022-ci il tarixdə saat 23:30 radələrində Balakən şəhəri ərazisində Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4 ilə birlikdə xidmətdə olduğu zaman Balakən şəhəri H.Əliyev prospektində yerləşən Heydər Əliyev adına parkın qaşısında bir nəfər naməlum şəxsin VAZ 21061 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşüb avtomobilin arxa tərəfinə keçərək əlində olan əşyanın şəklini mobil telefon vasitəsi ilə çəkdiyini görmüşdür. Daha sonra həmin şəxs avtomobilə geri oturmuşdur. O və Şahid4 həmin şəxsin hərəkətindən, yəni üzərində narkotik vasitə saxlamasından şübhələnərək avtomobilə yaxınlaşmışlar. Daha sonra özlərini təqdim etmişlər və həmin şəxslərin kim olduqlarını soruşmuşlar. Avtomobildə sərnişin qismində əyləşən şəxs özünün Zaqatala rayon Muxax kənd sakini Şahid6 olduğunu bildirmişdir. Həmçinin avtomobilin sürücüsü də Zaqatala rayon Muxax kənd sakini Şahid7 oğlu olduğunu bildirmişdir. Bundan sonra onlar həmin şəxslərə əyləşdikləri avtomobildə və üzərlərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduqlarını bildirmişlər. Buna görə həmin şəxsləri, yəni Şahid7 oğlunu və Şahid6 Balakən rayon polis şöbəsinə dəvət etmişlər. Daha sonra Şahid7 oğlunun idarə etdiyi Vaz 21061 markalı **- BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Şahid7 və Şahid6 tərəflərindən Balakən rayon polis şöbəsinə gətirilmişlər. Həmçinin Şahid7 oğlunun üzərində və idarə etdiyi Vaz 21061 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə saxlamaqda şübhəli olduğundan, həmçinin həmin avtomobildə sərnişin qismində olan Şahid6 üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan Balakən rayon polis şöbəsinə dəvət edilməsi barədə tərəfindən raportla Balakən rayon polis şöbəsinin rəhbərliyinə məruzə olunmuşdur. Balakən rayon polis şöbəsinin rəhbərliyinin müvafiq göstərişinə əsasən Şahid6 və Şahid7 oğlu əvvəlcə Təhqiqat Bölməsinin təhqiqatçısı X15 tərəfindən şübhəli şəxs kimi saxlanılmış, daha sonra Şahid6 vəkillər siyahısından seçdiyi və təqdim edilmiş hüquqlarını müdafiə edən Balakən rayon vəkil bürosunun vəkili X5 və polis əməkdaşlarının iştirakları ilə Şahid6 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə təhqiqatçı tərəfindən şübhəli şəxs Şahid6 hüquq və vəzifələri izah olunmnuş, üzərində narkotik vasitə yaxud hər hansı qanunsuz əşya olub-olmaması barədə sual verilmiş, əgər narkotik vasitə yaxud qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Şahid6 əynindəki cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoymuş və təqdim etdiyi sellofan bükümün içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Həmin sellofan büküm təhqiqatçı tərəfindən açılan zaman içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən edilmişdir. Şahid6 təqdim etdiyi 01 ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə elektron tərəzidə çəkilmiş və sellofanla birlikdə ümumi çəkisi 8,51 qram təşkil etmişdir. Şəxsi axtarış zamanı Şahid6 üzərindən digər hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Şahid6 üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş maruxuanaya oxşar bitki kütləsini Zaqatala rayon Muxax kənd sakini kimi tanıdığı Təqsirləndirilən şəxs 15 manat pul verməklə aldığını bildirmişdir. Bundan sonra Şahid6 təqdim etdiyi 01 ədəd sellofan büküm təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonra isə şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nın baş inspektor kriminalisti Şahid2 tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Bundan başqa Şahid7 oğlunun vəkillər siyahısından seçdiyi və təqdim edilmiş hüquqlarını müdafiə edən Balakən rayon vəkil bürosunun vəkili X11 və polis əməkdaşlarının iştirakları ilə Şahid7 oğlunun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə təhqiqatçı Natiq Muradov tərəfindən şübhəli şəxs Şahid7 oğluna hüquq və vəzifələri izah olunmuş, üzərində narkotik vasitə yaxud hər hansı qanunsuz əşya olub-olmaması barədə sual verilmiş, əgər narkotik vasitə yaxud qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Şübhəli şəxs Şahid7 oğlu da üzərində narkotik vasitə yaxud qanunsuz əşya olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Şahid7 oğlunun üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış Balakən RPŞ-nin KTQnın baş inspektor kriminalisti Şahid2 tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Şahid7 oğlunun idarə etdiyi Vaz 21061 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Şahid7 oğlu baxış keçirilməmişdən əvvəl idarə etdiyi avtomobilə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Həmçinin bu barədə Balakən rayon polis şöbəsinə ərizə də vermişdir. Baxış zamanı Şahid7 oğlunun idarə etdiyi avtomobildən narkotik vasitə və qadağan edilmiş əşya aşkar edilməmişdir. Daha sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Baxış prosesi Balakən RPŞ-nin KTQ-nın baş inspektor kriminalisti Şahid2 tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid4 şahid qismində dindirilmiş Şahid3 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş 20 aprel 2022-ci il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, daxil olmuş məlumat əsasında saat 00:35-dən saat 01:05-dək olan müddət ərzində iştirakçılar və vəkilin iştirakı ilə Zaqatala rayon Muxax kəndində qeydiyyatda olan, həmin ünvanda daimi yaşayan Şahid6 üzərində şəxsi axtarış keçirilmişdir. 19 aprel 2022-ci il tarixdə Zaqatala rayonu Muxax kənd sakini Şahid7 oğlu üzərində və idarə etdiyi VAZ 210611 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşında qanunsuz olaraq narkotik vasitə saxlamaqda, həmçinin həmin avtomaşında sərnişin qismində əyləşmiş Zaqatala rayonu Muxax kənd sakini Şahid6 üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-nə dəvət olunmuşlar. Şahid6 şübhəli şəxs qismində tutulmuş, vəkillər siyahısından seçdiyi vəkil X5 və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Şahid6 CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış zamanı Şahid6 əynindəki boz rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini çıxarıb təqdim etmiş və həmin bükümdəki bitki kütləsinin narkotik vasitə olduğunu, "İnstagram" sosial şəbəkəsində yazışdığı, özünü Qax rayon sakini kimi təqdim edən, əvvəllər tanıdığı "Cunayeva" adlı istifadəçinin ona sms yazaraq şəxsi istifadəsi üçün narkotik vasitə istədiyini, bu səbəbdən 19 aprel 2022-ci il tarixdə Zaqatala rayonu Muxax kənd sakini Rəvan adlı şəxsdən 15 manata 01 ədəd sellofan bükümdə narkotik vasitə aldığını, "Cunayeva" adlı sosial şəbəkə istifadəçisinin ona Balakən rayonunda qonaq olduğunu, narkotik vasitəni həmin şəxsə vermək üçün Balakən şəhərinə gəldiyini, lakin "Cunayeva" adlı sosial şəbəkə istifadəçisinin ondan narkotik vasitəni götürmək üçün gəlmədiyini, polis əməkdaşlarının onu və sürücü Şahid7 Balakən RPŞ-nə gətirdiklərini, taksi sürücüsü olan Şahid7 onun üzərində 01 ədəd sellofan bükümdə narkotik vasitə saxlamasından xəbərinin olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarış zamanı Şahid6 üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 8,51 qram təşkil etmişdir. Həmin 01 ədəd sellofan büküm 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, üzəri möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Şahid6 üzərindən əlavə qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Həmçinin şəxsi axtarış zamanı Şahid6 üzərində olan 01 ədəd "West" markalı siqaret qutusu, 01 ədəd alışqan, içərisində 70 manat pul olan pul qabı, əlavə 22 manat kağız pul, 60 qəpik dəmir pul və 01 ədəd açar özünə qaytarılmışdır. Şəxsi axtarış Panasonic markalı videokamera vasitəsilə görüntülənmiş, həmin videogörüntü 01 ədəd DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Şəxsi axtarış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət, vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X13 Bölməsinin 20 aprel 2022-ci tarixli 17/346 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət.Şahid6 üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə.” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 8,12 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin 18 may 2022-ci il tarixli 679 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Psixonevroloji Dispanserinin 12 may 2022-ci il tarixli 296 nömrəli rəyində göstərilmişdir ki, ********* saylı cinayət işinin materiallarından, tibbi sənədlərdən (Zaqatala RMX PHŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 449 saylı arayış) və müayinə olunan Təqsirləndirilən şəxs sözlərindən aşağıdakılar aşkar olunur: onun nəslində irsiyyəti ağırlaşdıran psixi xəstələr olmamışdır. Ailədə sayca 2-ci uşaq olmaqla normal keçən hamiləlik və doğuşdan vaxtında və sağlam doğulmuşdur, sonbeşikdir. Erkən fiziki və psixi inkişafı xüsusiyyətsiz keçmişdir. Bir sıra fəsadlaşmamış uşaq infeksion xəstəlikləri keçirməsinə baxmayaraq uşaq xəstəxanasında stasionar müalicədə olmamışdır. Uşaqlıqdan xasiyyətcə sakit, mülayim təbiətli və mehriban bir uşaq olduğunu bildirir. Muxax kənd orta məktəbin 1-ci sinfinə 7 yaşından getmiş və kafi qiymətlərlə oxuyaraq 9 illik təhsil almışdır, sonra təhsilini davam etdirməmişdir. Söylədiyinə görə hərbi xidmətə çağırılarkən Şəki rayon Psixiatriya Xəstəxanasında stasionar müayinədə olmuş və keçirdiyi xəstəliklə əlaqədar olaraq sülh dövründə hərbi xidmətə yararsız hesab edilməklə hərbi xidmətdən möhlət hüququ verilmişdir. Bildirir ki, Zaqatala MRX-nın poliklinikasında psixiatriya kabinetində qeydiyyatda durur. Deməsinə görə əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan xx.xx.2022-ci il tarixli 449 saylı arayışdan məlum olur ki, "Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildən Zaqatala MRX-nın poliklinikasında psixiatriya kabinetində "Emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə" diaqnozu ilə qeydiyyatda durur”. Subaydır. Siqaret çəkir. Spirtli içkilər qəbulunu inkar edir. Psixoaktiv vasitə (narkotik vasitə) olan marixuanadan istifadə etdiyini bildirir. Vərəm, dəri-zöhrəvi xəstəlikləri, kəllə-beyin travması və qıcolma tutmaları keçirmədiyini söyləyir. FİZİKİ VƏZİYYƏTİ: Orta boylu, astenik bədən quruluşludur. Dəri və görünən selikli qişaları quru və təmizdir. Səhhətindən şikayət təqdim etmir. Sol qolunun iç və bayır səthlərində, qarın nahiyyəsində, döş qəfəsinin sol yuxarı hissəsində kəsiklərdən sonrakı çapıqlar, sol əl barmaqlarında döymələr aşkar olunur. Daxili orqanlarında kobud patologiya aşkar olunmur. A/T 130/80 mm. c.s.b. nəbzi dəqiqədə 82 vurğudur, ritmikdir. NEVROLOJİ VƏZİYYƏTİ: Mərkəzi sinir sistemində üzvü mikroorqanik patologiya aşkar olunmur. Göz bəbəkləri bərabərdir, fotoreaksiyası zəifdir. Əzələ-vətər refleksləri canlıdır. Romberq duruşunda davamsızdır, irəli uzadılmış əl barmaqlarında yüngül asmat vardır. Patoloji reflekslər müəyyən olunmur. PSİXİ VƏZİYYƏTİ: Xarici görünüşü səliqəlidir. Zamana, məkana, ətraf mühitə və öz şəxsiyyətinə bələdliyi qənaətbəxşdir. Ünsiyyətə həvəslə daxil olur, bu zaman verilən sualları ətraflı və ardıcıl cavablar verməklə anamnestik məlumatları və olmuş hadisələri xronoloji qaydada çatdırır. İstintaq zamanı verdiyi ifadələri hazırki ekspertiza zamanı da təkrar edir, müdafiə olunaraq bildirir ki, "aşkar edilmiş narkotik vasitəni özümün istifadəm üçün üzərimdə saxlamışdım”. Müayinə zamanı özünü bir müddət sakit aparsa da törətmiş olduğu cinayət əməli barəsində danışarkən həyacanlanır, bu zaman səsinin tonunu ucaldaraq verilən suallara hövsələsiz, acıqlı va kobud şəkildə, lakin adekvat cavablar verir. Keçirilən ekspertizanın məqsədini və mahiyyətini düzgün başa düşür və onun nəticəsinə maraq göstərir. Əhvalı davamsızdır, tez qıcıqlanır, xırda qıcığa nevrotik tipli reaksiyalarla cavab verir. Yaddaşı pozulmayıb. Təfəkkürü aditempindədir. Mülahizə və mühakimələri yetkin və məntiqlidir. Hazırki müayinə zamanı Təqsirləndirilən şəxs qavrama pozğunluğu, kəskin psixoproduktiv simptomatika (hallusinasiya və sayıqlama ideyaları) aşkar etmək mümkün olmur. Özünü psixi xəstə hesab edir, həmçinin bildirir ki, əsəbiliyi də vardır. X3 müayinədə olduğunu və Zaqatala MRX-nın psixiatriya kabinetində qeydiyyatda durduğunu xüsusi nəzərə çatdırır. Emosiyaları və affektiv reaksiyaları ümumən davamsızdır, əsəbiliyə meyillidir, əvvəllər əsəbilik zamanı özünə təkrar xəsarətlər yetirdiyini söyləyir. Düşdüyü vəziyyətə tənqidi münasibət bəsləyir, cinayət əməli törətdiyini və bu əmələ görə cəza almaq ehtimalını başa düşür, törətdiyi əməldən peşman olduğunu bildirir. İntellekti xronoloji yaşına və keçirdiyi həyat tərzinə müvafiqdir. Yuxarıda göstərilənləri nəzərə alaraq komissiya bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırki ekspertiza zamanı EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU, ÖZÜNÜKƏSMƏLƏRLƏ XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.30 xəstəliyi keçirmişdir və keçirir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Zaqatala RMX PHŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 449 saylı arayış), anamnestik məlumatlar və hazırkı ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz, acıqlı və kobud olması, onda əsəbiliyə meyillilik aşkar edilməsi, tez qıcıqlanması, xırda qıcığa nevrotik reaksiya ilə cavab verməsi, əsəbilik zamanı özünə təkrari xəsarətlər yetirməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU, ÖZÜNÜKƏSMƏLƏRLƏ XBT 10 (Psixi va davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.30 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. O hal-hazırda da öz hərəkətlərinin mənası dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs 2021-ci ildə Şəki rayon Psixiatriya Xəstəxanasında qısa müddətli müayinədə olması, xx.xx.2021-ci ildən Zaqatala MRX-nın poliklinikasında psixiatriya kabinetində "Emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə diaqnozu ilə qeydiyyata götürülməsi, keçirdiyi xəstəliklə əlaqədar olaraq sülh dövründə hərbi xidmətə yararsız hesab edilməklə hərbi xidmətdən möhlət hüququ verilməsi (Zaqatala RMX PHŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 449 saylı arayış), istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, ekspertiza zamanı aktiv surətdə müdafiə olunaraq aşkar edilmiş narkotik vasitəni özünün istifadəsi üçün saxladığını bildirməsi, cinayət əməlini törədərkən, istintaq və hazırkı ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, eskpertiza zamanı onda qavrama, yaddaş, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv simptomatika (hallusinasiya va sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması, onda müşahidə edilən emosiya və davranış pozuntularının (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz, acıqlı və kobud olması, onda əsəbiliyə meyillilik aşkar edilməsi, tez qıcıqlanması, xırda qıcığa nevrotik reaksiya ilə cavab verməsi, əsəbilik zamanı özünə təkrari xəsarətlər yetirməsi və s.) az ifadəli olması əsas verir. İş materiallarına əlavə edilmiş 20 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması protokolundan görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2022-ci il tarixdə saat 11:25-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin 4(019)-26/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 20 aprel 2022-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(033)-20/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və o məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Muxax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin 1(019)-74/2022 nömrəli 15 avqust 2022-ci il tarixli hökmündən görünür ki, Şahid6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 20 aprel 2021-ci il tarixdə və 21 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılması, Şahid6 üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Şahid6 üzərinə Zaqatala rayonu Muxax kəndində yerləşən yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zaqatala, Balakən və Qax rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Şahid6 cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Şahid6 ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması, Şahid6 ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surətinin onun yaşayış yeri üzrə Zaqatala rayon X9 Hüquqi Şəxsinə göndərilməsi, Şahid6 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə 34,55 manat ekspertiza xərcinin Şahid6 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X14 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 8,12 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 8,07 qramının məhv edilməsi, Şahid6, Şahid7 oğlunun və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın videogörüntüləri əks olunmuş 03 ədəd DVD diski, Şahid7 oğlunun avtomaşınına keçirilmiş baxışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski və "xxxx" MMC-dən götütrülmüş 01 ədəd CD diskinin hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılması hökm edilmişdir. Həmin hökmlə müəyyən olunmuşdur ki, Şahid6 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, 19 aprel 2022-ci il tarixdə səhər saatlarında Zaqatala rayonu Muxax kəndi ərazisində həmin kənd sakini Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd sellofan bükümdə təmiz çəkisi 8,12 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 15 manat müqabilində alaraq əldə edib qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi məqsədi ilə əynindəki cins şalvarın sağ yan kiçik cibində daşıyıb, Balakən rayon ərazisinə gətirərək üzərində saxlamışdır. 20 aprel 2022-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, 15 manat müqabilində alıb əldə edərək üzərində saxlayıb daşımaqla Balakən rayonu ərazisinə gətirdiyi 01 ədəd sellofan bükümdəki şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 8,12 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana həmin tarixdə saat 00:35 dəqiqədən 01:05 dəqiqəyədək olan müddət ərzində aparılmış şəxsi axtarış zamanı Şahid6 əynindəki cins şalvarın sağ yan kiçik cibindən aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Şahid6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Balakən Rayon Məhkəməsinin 1(019)- 74/2022 nömrəli 15 avqust 2022-ci il tarixli hökmü 06 sentyabr 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Beləliklə Təqsirləndirilən şəxs oğlunun yuxarıda şərh edilən ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, həm də şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinin digər obyektiv halları ilə məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, qazanc əldə etmək məqsədilə, yəni tamah niyyəti ilə qəsdən 2021-ci ilin aprel ayında yaşadığı Zaqatala rayonu Muxax kəndinin yaxınlığındakı dağlıq sahədə əkdiyi narkotik tərkibli çətənə bitkisinin toxumlarından əmələ gəlmiş həmin bitkinin istifadəyə yararlı hissələrini 2021-ci ilin sentyabr ayının əvvəllərində yığıb həmin ərazidə qurutmaqla satış məqsədi ilə qanunsuz olaraq 8,12 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə etmiş və yaşadığı Zaqatala rayonu Muxax kəndində yerləşən fərdi yaşayış evində saxlamış, həmin narkotik vasitəni 19 aprel 2022-ci il tarixdə 15 manat pul müqabilində Zaqatala rayonu Muxax kəndində tanışı olan həmkəndlisi Şahid6 qanunsuz olaraq satmış, 20 aprel 2022-ci il tarixdə Şahid6 Balakən RPŞ-nin əməkdaşları tərəfindən həmin rayon ərazisində saxlanılmış, şübhəli şəxs qismində tutularaq üzərində həmin gün saat 00:35-dən 01:05-dək olan müddət ərzində Balakən RPŞ-də şəxs axtarış aparılarkən sonuncunun əynindəki cins şalvarın sağ yan kiçik cibində 01 ədəd sellefon bükümdə onun Şahid6 qanunsuz olaraq satdığı həmin narkotik vasitə, yəni təmiz çəkisi 8,12 qram, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin barəsində CMnin 70 və 62-ci maddəsinin tətbiq edilməklə onun azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun şübhəli şəxs qismində tutulduğu 20 aprel 2022-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut qismində Balakən RPŞ-də saxlanılan ekspert tədqiqatından sonra qalıq qalmış 8,07 qram qurudulmuş marixuananın Balakən Rayon Məhkəməsinin 1(019)-74/2022 nömrəli 15 avqust 2022-ci il tarixli hökmü ilə məhv edilməsi və həmin hökmlə iş üzrə ekspertiza xərci olan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat pulun Şahid6 tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində 15 iyul 2022-ci il tarixdə seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 20 aprel 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkomaniyadan məcburi müalicə olunsun. O, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində Balakən RPŞ-də saxlanılan ekspert tədqiqatından sonra qalıq qalmış 8,07 qram qurudulmuş marixuananın Balakən Rayon Məhkəməsinin 1(019)-74/2022 nömrəli 15 avqust 2022-ci il tarixli hökmü ilə məhv edilməsi və həmin hökmlə iş üzrə ekspertiza xərci olan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat pulun Şahid6 tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməsi nəzərə alınsın. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar