Məhkəmə qərarları › İş №1(033)-5/2022

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №1(033)-5/2022

11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 1(033)-5/2022 11.01.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu sədrlik etməklə, məhkəmə iclasının katibi X3 katibliyi, dövlət ittihamçısı - Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 Abdusalam oğlunun və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1981-ci ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Zaqatala şəhəri, A.Həmidov küçəsi döngə 4, ev 5-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə, xx.xx.1968-ci ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Zaqatala şəhəri, S.Bayramov küçəsi ev 42-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Abdusalam oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i : Təqsirləndirilən şəxs1 yaxın münasibətdə olduğu, özünün Dövlət Sosial Müdafiə Fondunun işçisi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının olmasına inandırdığı Təqsirləndirilən şəxs2 qayınanası Zərərçəkmiş şəxs2 əlilliyə görə pensiya təyin olunmasına köməklik göstərməsini ondan xahiş etməsindən istifadə edib Zərərçəkmiş şəxs2 məxsus pul vəsaitini qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Təqsirləndirilən şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs2 həmin işi 1500 manat pul müqabilində görəcəyi barədə yalan vəd verməklə inandırıb, həmin vədinə əməl etmək və sonuncunun xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan 2019-cu ilin noyabr ayının sonlarında Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 vasitəsilə ona göndərdiyi 1500 manat pulunu Təqsirləndirilən şəxs2 yaşadığı, ünvan 1 ünvanında yerləşən evdə aldatma yolu ilə alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs2 bacısı və onun rəfiqəsi olan Şahid1 Abdusalam qızının qardaşının qonşusu olan Zərərçəkmiş şəxs1 əlilliyə görə pensiya təyin olunmasına köməklik göstərməsini ondan xahiş etməsindən istifadə edib Zərərçəkmiş şəxs1 məxsus pul vəsaitini qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Təqsirləndirilən şəxs2 və sonuncunun bacısı vasitəsilə Zərərçəkmiş şəxs1 həmin işi 2500 manat pul müqabilində görəcəyi barədə yalan vəd verməklə inandırıb, həmin vədinə əməl etmək və sonuncunun xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan 2019-cu ilin dekabr ayının ortalarında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 vasitəsilə ona göndərdiyi 1500 manat pulunu Şahid1 yaşadığı, ünvan 2 ünvanında yerləşən evdə aldatma yolu ilə alıb ələ keçirərək təkrarən dələduzluq etmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 arvadı Şahid2 da onun əlilliyə görə pensiya təyin edilməsinə köməklik göstərməsini Təqsirləndirilən şəxs2 xahiş etmiş, sonuncu da öz növbəsində bu barədə Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra sonuncu vahid niyyət olmadan, yəni təkrarən Zərərçəkmiş şəxs1 məxsus pul vəsaitini qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Təqsirləndirilən şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs1 həmin işi 2500 manat pul müqabilində görəcəyi barədə yalan vəd verməklə inandırıb, həmin vədinə əməl etmək və sonuncunun arvadının xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan 2019-cu ilin dekabr ayının sonlarında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 vasitəsilə ona göndərdiyi 1000 manat pulu Şahid1 yaşadığı, ünvan 2 ünvanında yerləşən evdə aldatma yolu ilə alıb ələ keçirərək dələduzluq etmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 yalan vədlərinin təsiri altında həmin şəxsin onun problemlərini həll edəcəyini zənn edərək qardaşı Əfqan Əminovun birinci Qarabağ müharibəsində şəhid olması ilə bağlı sonuncunun ailə üzvlərinə dövlət tərəfindən verilməli olan mənzilin qısa müddət ərzində ayrılmasına Təqsirləndirilən şəxs1 köməklik göstərməsini Təqsirləndirilən şəxs2 xahiş etmiş, sonuncu da bu barədə bacısı Şahid1 vasitəsilə ona məlumat verdikdən sonra o, Zərərçəkmiş şəxs1 məxsus pul vəsaitini qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Təqsirləndirilən şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs1 həmin işi 3000 manat pul müqabilində görəcəyi barədə yalan vəd verməklə inandırıb, həmin vədinə əməl etmək niyyəti olmadan 2020-ci ilin yanvar ayının ortalarında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 vasitəsilə ona göndərdiyi 3000 manat pulunu Şahid1 yaşadığı, ünvan 2 ünvanında yerləşən evdə aldatma yolu ilə alıb ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 övladı X4 Zaqatala Rayon Mərkəzi X7 X12 Yardım Stansiyasına sürücü kimi işə qəbul olunmasına Təqsirləndirilən şəxs1 köməklik göstərməsini Təqsirləndirilən şəxs2 xahiş etmiş, sonuncu da bu barədə ona məlumat verdikdən sonra o, yəni Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 əmlakı qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Təqsirləndirilən şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs1 həmin işi 5000 manat pul müqabilində görəcəyi barədə yalan vəd verməklə inandırıb, lakin həmin vədinə əməl etmək və sonuncunun övladının xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan 2020-ci ilin yanvar ayının sonlarında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 vasitəsilə ona göndərdiyi 5000 manat pulunu Təqsirləndirilən şəxs2 yaşadığı, ünvan 1 ünvanında yerləşən evdə aldatma yolu ilə alıb ələ keçirərək təkrarən dələduzluq etmişdir. Həmçinin yaxın münasibətdə olduğu Şahid3 (Təqsirləndirilən şəxs2 arvadı) Zərərçəkmiş şəxs3 əlilliyə görə pensiya təyin olunmasına köməklik göstərməsini ondan xahiş etməsindən istifadə edib sonuncuya məxsus pul vəsaitini qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Şahid3 vasitəsilə Zərərçəkmiş şəxs3 həmin işi 2000 manat pul müqabilində görəcəyi barədə yalan vəd verməklə inandırıb, həmin vədinə əməl etmək və sonuncunun xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan 2020-ci ilin fevral ayında Zərərçəkmiş şəxs3 Şahid3 vasitəsilə ona göndərdiyi 2000 manat pulunu sonuncunun yaşadığı, ünvan 1 ünvanında yerləşən evdə aldatma yolu ilə alıb ələ keçirərək təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 Abdusalam oğlu Zərərçəkmiş şəxs1 qardaşının Qarabağ müharibəsində şəhid olması ilə bağlı sonuncunun ailə üzvlərinə dövlət tərəfindən ev tikintisinin aparılmasına yaxını Təqsirləndirilən şəxs1 köməklik göstərməsini ondan xahiş etməsindən istifadə edib Zərərçəkmiş şəxs1 məxsus əmlakı qanunsuz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gəlsə də bu barədə Təqsirləndirilən şəxs1, eləcə də sonuncu özü də Zərərçəkmiş şəxs1ya qarşı dələduzluq niyyətində olması barədə ona heç bir məlumat verməmiş, bundan sonra o, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 ilə birbaşa əlaqə qurmaq imkanının olmamasından sui-istifadə edərək, yaranmış həmin vəziyyətdə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 xahişini yerinə yetirməsi üçün onun vasitəsilə 3000 manat pul istəməsinə baxmayaraq o, 2020-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs1 bir qonşu kimi ona olan inamından və etibarından sui-istifadə edərək qeyd edilən məsələyə görə Təqsirləndirilən şəxs1 adından 5000 manat pul alaraq 3000 manatını sonuncuya vermiş, 2000 manatını isə yaşadığı, Zaqatala şəhəri, S.Bayramov küçəsində qanunsuz və əvəzsız olaraq ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə baxışı iclasında dindirilən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 Abdusalam oğlunu təxminən 2019-cu ilin sentyabr ayından tanımış, Adilin bacısı Sevil ilə 10 ilə yaxın müddət ərzində rəfiqəlik edir. Adili də Sevilin vasitəsi ilə tanımışdır. 2019-cu ilin noyabr ayında Sevilin oğlunun nişan mərasimində iştirak edən vaxt Adilin evində qalmış, həmin vaxtdan da Adilin arvadı Günayı tanımışdır. Sonradan Günayla münasibəti yaranmış, münasibət əsnasında Adil onun təqaüd düzəltdiyini bilmişdir. 2019-cu ilin noyabr ayında Adil ona qaynanası Ruqiyyəyə təqaüd düzəltməyə kömək etməyini xahiş etmişdir. O, da Adilin qaynanası Ruqiyyəyə təqaüd düzəltmək üçün 1500 manat pul lazım olduğunu demişdir. Buna görə də Adil 2019-cu ilin noyabr ayının sonlarında yaşadıqları evdə ona 1500 manat pul vermiş, o da həmin pulu götürüb Ruqiyyəyə təqaüd düzəltmək istəmiş, lakin sonradan pandemiya olduğu üçün işlər uzanmışdır. Bundan başqa 2019-cu ilin dekabr ayında Adilin bacısı Sevil ona Adilin qonşusu Hidayət adlı şəxsə də təqaüd düzəltməyə kömək etməyi bildirmişdir. O, da Sevilə öyrənib deyəcəyini bildirmiş, bir neçə gün sonra isə Sevilə düzəldə biləcəyini demişdir. Bundan sonra 2019-cu ilin dekabr ayının təxminən ortalarında Adil ona Sevilin evində əvvəlcə 1500 manat pul verərək qalan hissəsini yəni 1000 manatını isə işi düzəldikdən sonra verəcəyini bildirmişdir. O, da Adillə razılaşmış, təxminən 10 gün sonra Adil ona Hidayətin arvadı üçün də təqaüd düzəltmək üçün 1000 manat da pul verə biləcəyini, qalan hissəsini isə yəni 1500 manatını işi düzəldikdən sonra verəcəyini bildirmiş, o da razılaşmışdır. Bundan sonra Adil 1000 manat pulu Sevilin evində ona vermişdir. Bundan sonra 2020-ci ilin yanvar ayının əvvəllərində Sevil yenə ona zəng vuraraq Hidayətin qardaşının İ Qarabağ müharibəsində şəhid olduğunu, ev növbəsində dayandıqlarını, lakin növbəni pozduqlarını bildirib ondan kömək istəmişdir. O, da Hidayətə maraqlanıb deyəcəyini bildirmişdir. Bir neçə gün sonra o yenidən Sevillə danışaraq Hidayətin evinə görə 3000 manat pul lazım olduğunu demişdir. Bir neçə gün sonra yəni 2020-ci ilin yanvar ayının ortalarında Adil yenə onunla görüşüb Hidayətdən götürdüyü 3000 manat pulu ona vermişdir. Bundan sonra yəni 2020-ci ilin yanvar ayının sonlarında Adil yenə onunla danışaraq Hidayətin oğlunu təcili yardıma işə düzəltməyə kömək etməsini istəmiş, o da Adilə 5000 manat pul vermək lazım olduğunu demişdir. Bir neçə gün sonra Adil onunla yaşadığı evdə görüşərək Hidayətdən aldığı 5000 manat pulu vermiş, həmin vaxt yanlarında başqa adam olmamışdır. Bundan sonra pandemiya düşdüyü üçün o Hidayətin işlərini görə bilməmiş, buna görə də Hidayətdən aldığı pulun 4500 manatını qaytarmış, sonradan Adilin Hidayətdən evlərinin tikilməsi üçün 5000 manat alaraq ona 3000 manat pul verməsini bilmişdir. Bundan başqa 2020-ci ilin fevral ayında Adilin arvadı Günay onunla görüşərək Elnurə adlı qadına təqaüd düzəltmək lazım olduğunu bildirmiş, o da Günaya 2000 manata düzəldə biləcəyini demişdir. Bundan bir neçə gün sonra 2020-ci ilin fevral ayının axırlarında Günay öz evlərində Elnurədən aldığı 2000 manat pulu ona vermiş, həmin vaxt yanlarında başqa adam olmamışdır. Lakin bundan sonra pandemiya düşdüyü üçün o Elnurənin işini düzəldə bilməmiş və aldığı pulu qaytarmışdır. Pulu qaytaran həmin vaxt Günay Elnurədən 2500 manat pul alıb ona 2000 manat pul vermişdir. O, Adildən və bacısı Sevildən təqaüd düzəltmək üçün pul almamış, Adil özü Əfqanıstan müharibəsi iştirakçısı kimi ona təqaüd aldığını demişdir. Sevil həmin pulu ona özündən borc olaraq vermiş, pulun Adilə heç bir aidiyyəti olmamışdır. O, da sonradan Sevilin borcunu özünə qaytarmışdır. Cinayət işində olan qəbz həqiqətən də onun tərəfindən yazılmış, həmin qəbzi özü yazıb imzalamış, həmin qəbzdə qeyd edilənlərdən X2 əri Vahid Əliyevdən 2500 manat pulu borc olaraq almışdır. Vahid onunla qonşuluqda yaşayıb və yaxşı münasibətləri olmuş, X1 da 500 manat pulu borc olaraq Sevilin vasitəsi ilə almışdır. X5 1200 manat pulu təqaüd düzəltmək üçün almış, o həmin vaxt qəbz yazarkən Ruhiyyə Əliyevanı da borc kimi qeyd etmiş, həmin qəbzlərdə Təqsirləndirilən şəxs2 ümumilikdə aldığı 10500 manat pulu isə Adilin vasitəsi ilə Zərərçəkmiş şəxs1 təqaüd düzəltmək, həyətlərində ev tikdirmək və oğlunu təcili yardıma sürücü kimi işə düzəltmək adı ilə almışdır. Həmin pulları Adilin vasitəsi ilə aldığı üçün qəbzdə Adildən borc olaraq aldığını göstərmişdir. Adilin adına yazılmış qəbzdə olan pul Zərərçəkmiş şəxs1 məxsus olmuş, Adilin vasitəsi ilə Zərərçəkmiş şəxs1 və qaynanası Zərərçəkmiş şəxs2 təqaüd düzəltmək və iş düzəltmək üçün pul almışdır. Adilin Hidayətdən və Ruqiyyədən nə qədər pul almasını həmin vaxt bilməmiş, sonradan Adil onun üçün aldığı puldan əlavə Hidayətdən pul almasını bilmişdir. Şahid3 vasitəsi ilə isə ancaq Zərərçəkmiş şəxs3 2000 manat pul təqaüd düzəltmək üçün almış, sonradan Günayın Elnurədən aldığı puldan 300 manatını özünə götürməsini bilmişdir. O, Adil və arvadı Günay Əliyavayadan götürdüyü pullardan hər hansı məbləği verməyi planlaşdırmamış, Zərərçəkmiş şəxs1 nə qədər pulu olmasını bilməmiş, Hidayət bir dəfə Adil vasitəsi ilə ona təqaüd düzəltməsini xahiş etmiş, ona görə Hidayətdən 2500 manat pul almışdır. Bundan sonra Hidayətin həyətində yeni ev tikməyə kömək etmək üçün 3000 manat, bir qədər sonra isə oğlunu təcili yardıma işə düzəltmək üçün 5000 manat pul almış, Zərərçəkmiş şəxs1 10500 manat pulunun olmasını bilməmiş və bu barədə məlumatı olmamışdır. Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs2 o bezdirdikləri üçün «Kapital bank»da hesab nömrələri açmağı bildirmiş, daha sonra isə özü «Kapital Bank»ın ödəmə terminalının qarşısında həmin hesablara Zərərçəkmiş şəxs1 hesabına 275 manat, arvadı Şahid2 hesabına 260 manat, Zərərçəkmiş şəxs2 hesabına 250 manat pul köçürtmüş, həmin vaxt terminalın qarşısında ödəyənin adı və soyadı soruşduqda Lətafət Əliyeva adını yazmışdır. O, hazırda zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam ödəməklə onlarla barışıq əldə etmiş, eyni zamanda cinayət nətcəsində vurulmuş ziyanın 25 faizi miqdarında, yəni 3500 manat məbləğində pul vəsaitini dövlət büdcəsinə ödəmişdir. Zərərçəkmiş şəxslərlə barışdığını, dəymiş ziyanı tam olaraq ödədiyini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini bildirib, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında dindirilən Təqsirləndirilən şəxs2 Abdusalam oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 2019-cu ilin sentyabr-oktyabr ayında tanımışdır. Təqsirləndirilən şəxs1 bacısı Sevilin rəfiqəsi kimi tanımışdır. 2019-cu ilin oktyabr ayında işləmək üçün Bakı şəhərinə getmiş, həmin vaxt bacısı ilə bir yerdə Sevinclə görüşmüş, görüş zamanı Sevinc ondan nə işlə məşğul olmasını soruşmuşdur. O, da Sevincə Bakı şəhərində avtobus sürdüyünü, lakin işin çətin olduğunu bildirmişdir. Həmin vaxt Sevinc ondan veteran kimi nə qədər təqaüd aldığığını soruşduqda o da Sevincə 80 manat aldığını demişdir. Sonra Sevinc ona «sənə 300 manat məbləğində təqaüd düzəldim, get rayonda evində otur» demiş, o da Sevincin sözünə inanmışdır. Həmin vaxt bacısı Sevil onun əvəzinə pul verəcəyini demişdir. Bundan sonra o Zaqatala şəhərinə qayıtmışdır. 2019-cu ilin noyabr ayında bacısı Sevilin oğlunun nişan mərasimində yenə Sevinclə görüşmüş və həmin vaxt bacısı Sevilin ona görə Sevincə 1000 manat pul verməsini bilmişdir. Bundan sonra o təqaüd düzəltmək barədə qonşusu Hidayətə bildirmiş, Hidayət ona təqaüd almağına kömək etməyi xahiş etmişdir. O, da bu barədə 2019-cu ilin dekabr ayında bacısı Sevilə bildirmiş, bacısı Sevil ona Sevinclə danışıb bir söz deyəcəyini bildirmişdir. Təxminən 2-3 gün sonra Sevil ona Sevinclə danışdığını Hidayətin də təqaüd işinə razılıq verdiyini bildirmişdir. Təxminən 2-3 gün sonra Sevil ona Sevinclə danışdığını, Hidayətin də təqaüd işinə razılıq verdiyini bildirmişdir. O, da bu barədə Hidayətə demiş, Hidayət 1500 manat pul verib, qalan 1000 manatını isə iş düzəldikdən sonra verəcəyini demişdir. O, da 1500 manat pulu Hidayətdən alıb Sevilin evində Sevincə vermişdir. Bundan bir neçə gün sonra Hidayət ona arvadı Kifayətə də təqaüd düzəltməyə kömək etməsini Sevincdən xahiş etməyi istəmiş, o da bu barədə Sevincə demişdir. Sevinc də 2500 manata düzəldə biləcəyini bildirmişdir. O, da bu barədə Hidayətə demiş, Hidayət də 1000 manat verə biləcəyini, qalan 1500 manatını isə iş düzəldikdən sonra verəcəyini bildirmişdir. O, Hidayətdən 1000 manat pulu alıb bacısı Sevilin evində Sevincə vermişdir. Bundan bir neçə gün sonra Hidayət ona şəhid qardaşına görə ev növbəsində olduğunu, lakin evin tikilməsinin gecikdiyini bildirərək Sevincin kömək edə biləcəyini soruşmasını xahiş etmişdir. O, da bu barədə bacısı Sevilə demiş, Sevil isə Sevinclə danışıb ona düzəldə biləcəyini deyərək 3000 manat pul istədiyini bildirmişdir. O, da bu barədə Hidayətlə görüşərək Sevincin 5000 manat pul istədiyini demiş, Hidayət də razılaşıb 5000 manat pulu ona vermiş, o da həmin pulun 3000 manatını aparıb Sevilin evində Sevincə vermişdir. Bir neçə gün sonra Hidayət ona oğlunu işə düzəltmək istədiyini bildirərək Sevincin kömək etməsini xahiş etmiş, o da bu barədə Sevincə demiş, Sevinc də ona düzəldə biləcəyini deyərək 5000 manat pul istəmişdir. O, da bu barədə Hidayətə bildirmiş, Hidayət də razılaşmış və təxminən 2-3 gün sonra 5000 manat pulu ona vermiş və o da həmin pulu yaşadığı evdə Sevincə vermişdir. Bundan başqa 2019-cu ilin təxminən noyabr ayında o qaynanası Ruqiyyəyə də təqaüd düzəltmək üçün 1500 manat pul alıb Sevincə vermişdir. Artıq işlərin düzəlmədiyini görüb Sevincdən soruşduqda, Sevinc pandemiyaya görə işlərin yubandığını bildirmişdir. Təxminən 2020-ci ilin sentyabr ayında Sevinc ona təqaüdün düzəldiyini deyərək, pandemiyaya görə bankda hesab açmalı olduğunu bildirmişdir. Buna görə də Kifayət, Ruqiyyə və Hidayət «Kapital Bank»da hesab açaraq hesab nömrəsini Sevincə demiş, bir neçə gün sonra Sevinc onların hesab nömrələrinə müxtəlif məbləğlərdə pul keçirtmiş, lakin sonradan yenə Sevinc onu aldatmağa başlamış, o da buna görə məcbur olub şikayət etmişdir. O, hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəməklə onunla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs2 qonşusudur, onun Təqsirləndirilən şəxs2 ilə yaxın münasibəti olmuşdur. Təqsirləndirilən şəxs1 Adilin vasitəsi ilə tanımışdır. 2019-cu ilin dekabr ayında Təqsirləndirilən şəxs2 ilə işlətdiyi çayxanada görüşən zaman söhbət əsnasında Adil ona Təqsirləndirilən şəxs1 adlı bir qadınla tanış olduğunu və Sevincin ona və ailə üzvlərinə təqaüd düzəltdiyini bildirmişdir. O, Adildən təqaüdü hansı formada düzəltdiyini soruşduqda Sevincin özünün Sosial Müdafiə Fondunda işlədiyini və Bakı şəhərində tanışları olduğunu deyərək 2500 manat pul müqabilində təqaüd düzəltdiyini bildirmişdir. O, da Adilə xəstəliyə görə özünə təqaüd düzəltdirmək istədiyini demiş, Adil də ona maraqlanıb cavab verəcəyini demişdir. Təxminən 2 gün sonra Adil onunla görüşüb Sevincin ona da təqaüd düzəldə biləcəyini demiş, o da bundan sonra Adilə inanıb özünə təqaüd düzəltmək üçün 1500 manat pulu Adilə vermişdir. Adilə 1000 manat pulu isə təxminən 1 ay müddətində verəcəyini demiş, Adil onunla razılaşmışdır. Adil ona Təqsirləndirilən şəxs1 bacısı Sevil ilə 10 ildir ki, tanış olduğunu deyərək bacısına görə Sevincə inandığını bildirmişdir. Onun da Adillə yaxın münasibəti olduğu üçün onun sözünə etibar edib Sevinclə görüşmədən 1500 manat pulu Sevincə verməsi üçün Adilə yaşadığı evin qarşısında vermişdir. Bundan sonra yoldaşı Şahid2 da təqaüd düzəltdirmək üçün Adilə 1000 manat pul vermiş, qalan 1500 manat pulu isə Adilə bir ay müddətində verməsi barədə razılaşmışdır. Bir ay müddətində həmin pulu da yaşadığı evin qarşısında Adilə vermişdir. Eyni zamanda, qardaşı Əfqan Əminov İ Qarabağ müharibəsi zamanı şəhid olduğu üçün o da şəhid ailəsi kimi Zaqatala rayon İcra Hakimiyyətində ev növbəsində dayanmışdır. Bundan bir neçə gün sonra o yenə Adillə oturub söhbət edən vaxt Adil ona Təqsirləndirilən şəxs1 Bakı şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tanışı olduğunu deyərək bütün işləri həll etmək qabiliyyətində olduğunu bildirmiş, o da Adilə şəhid qardaşına görə ev növbəsində olduğunu demiş, Sevincin ona ev tikilməsinə köməklik edə biləcəyini soruşmuşdur. Adil də ona Sevincin kömək edə biləcəyini demişdir. Bundan sonra Adil ona Sevinclə danışaraq bir söz deyəcəyini demişdir. Adillə danışıqlardan təxminən 2-3 gün sonra 2020-ci ilin yanvar ayının ortalarında Adil ona Təqsirləndirilən şəxs1 ilə danışdığını, Sevincin evin tikilməsini təşkil etməyə görə 5000 manat pul istədiyini bildirmiş, o da Adilə inanıb razılıq vermişdir. Təxminən 1-2 gün sonra 5000 manat pulu yaşadığı küçədə Sevincə verməsi üçün Adilə vermişdir. Təxminən 2-3 gün sonra Adillə yenidən söhbət edən vaxt oğlu Məzahirə iş tapmaqda Sevincdən köməklik istəməyi bildirmişdir. Adil də ona Sevinclə danışıb məlumat verəcəyini demişdir. Bundan təxminən 2-3 gün sonra Adil ona Sevinclə görüşüb danışdığını, oğlu Məzahiri Zaqatala rayon Təcili Tibbi yardım Stansiyasında sürücü kimi işə düzəltmək üçün, sürücülük vəsiqəsinə müvafiq kateqoriya almaqla birlikdə 5000 manat pul istədiyini demişdir. O, da sürücülük vəsiqəsi ilə birlikdə 5000 manatın yaxşı pul olduğunu fikirləşərək razılıq vermişdir. Bundan təxminən 2 gün sonra 2020-ci ilin yanvar ayında 5000 manat pulu düzəldib Sevincə verməsi üçün Adilə vermişdir. O, pulları Adilə verdikdən təxminən 4-5 gün sonra Təqsirləndirilən şəxs1 Adilgilin həyətinə gələrək onunla görüşmüş, həmin vaxt Sevinc ondan sənədlərin surətlərini almış və həyətlərində olan evin şəklini çəkmiş, o da Sevincin bu hərəkətlərindən sonra inanmış və Sevinc evin düzəlməsini aprel ayında, oğlunun işə düzəlməsini yanvar ayında, təqaüd düzəlməsini mart ayında həll edəcəyini demişdir. Lakin bir neçə ay keçdikdən sonra Sevinc onları aldatmağa başlamış, o hər dəfə Adildən işlərin düzəlməsini soruşduqda, Adil də ona Sevinclə danışdığını pandemiyaya görə işlərin yubandığını bildirmişdir. O, sonradan Sevincin Adilin vasitəsi ilə bir neçə nəfərdən də təqaüd düzəltmək üçün pul almasını bilmişdir. Təxminən 2020-ci ilin sentyabr ayında o Sevinclə görüşərək işlər düzəlmirsə pulları qaytarmasını istəmiş, Sevinc isə ona təqaüdün düzəldiyini deyərək, pandemiyaya görə bankda hesab açmalı olduğunu, həmin pulun hesabına köçəcəyini bildirmişdir. O, da buna görə özünün və arvadı Şahid2 adına «Kapital bank»da hesab açmış və hesab nömrəsinin şəklini Sevincə göndərmiş, bir neçə gün sonra onun hesab nömrəsinə 272 manat və arvadı Kifayətin hesab nömrəsinə isə 260 manat pul köçmüş, həmin pul Lətafət Məmmədova adlı qadın tərəfindən göndərilmişdir. Sevinc ona pandemiyaya görə təqaüdlərin bu formada verildiyini demişdir. Sevinc söhbət əsnasında 2000 manat məbləğində pulun Adil tərəfindən götürülməsini, 10500 manat pul çatmasını bildirmişdir. Sevinc müxtəlif bəhanələrlə onları aldatmağa başlamış, Sevincin barəsində araşdırma aparılan zaman 2021-ci ilin aprel ayında Adilin deməsinə görə Sevincdən 2500 manat pul alaraq çayxanada ona qaytarmış, bir neçə gün sonra Sevinc yaşadığı evə gələrək 2000 manat pulu ona qaytarmış, Sevinc yerdə qalan pulu xırda-xırda ödəyəcəyini demiş, ancaq Sevinc vədinə əməl etməmişdir. O, da Adilə Sevincə verməsi üçün ümumilikdə 12500 manat pul vermişdir. Sevincin ona 6000 manat verəcəyi qalmışdır. Məhkəmə zamanı isə Təqsirləndirilən şəxs1 qalan 6000 manat pulu da ona ödəmişdir. Ona görə də təqsirləndirilən şəxslərlə barışmış və onları bağışlamışdır. Ona dəymiş ziyanın tam olaraq ödənildiyini, onlarla barışdığını, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxslərin barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs2 kürəkəni, yəni qızı Günayın əridir. Təqsirləndirilən şəxs1 Adilinin bacısı Sevilin rəfiqəsi olmuş, Sevinc bir müddət Adilin yaşadığı evdə yaşamış, həmin müddətdə Sevinc müəyyən şəxslərdən təqaüd düzəltmək və digər adlarla müxtəlif məbləğlərdə pul almışdır. Adil ona təqaüd düzəldilməsi üçün Sevinclə söhbət etmiş, Sevinc də 1500 manat qarşılığında razılaşmışdır. Adil ona Sevincin 1500 manat qarşılığında təqaüd düzəldə biləcəyini demişdir. O, ayda 250 manat təqaüd almalı olmuşdur. Sevinc 3 ay müddətində təqaüdün düzələcəyini vəd etmişdir. Oğlu Vasif isə 25 noyabr 2019-cu il tarixdə öz adına Kapital Bankdan 1500 manat məbləğində kredit götürmüş, həmin gün o pulu Sevincə göndərməsi üçün Adilə vermiş, Adil də pulu bacısı Sevilə vermiş, Sevil də pulu Sevincə göndərmişdir. Bundan sonra o bir neçə dəfə Sevinclə Adilin yaşadığı evdə görüşüb söhbət etmiş, Sevinc ona hər dəfə təqaüdün düzələcəyi barədə vəd vermiş, ancaq Sevinc dediyi müddətlərdə verdiyi vədlərə əməl etməmiş və pandemiya ilə bağlı işlərin gecikməsini demişdir. Sevinc özünə etibar qazanmaq üçün 2020-ci ilin sentyabr ayında işin düzəldiyini demişdir. Sevincin deməsi ilə o öz adına Kapital bankda hesab açdırmış, həmin hesaba Lətafət Məmmədova adlı qadın tərəfindən 250 manat pul köçürülmüşdür. O, da həmin pulu bankdan götürmüş, oktyabr ayında isə pul köçməmiş, Sevincin verdiyi vədlərin yalan olmasını başa düşərək pulunu geri tələb etmişdir. Bundan sonra Sevinc üç ay dalbadal hər ay ona qızı Günay vasitəsi ilə 100 manat pul göndərmiş, o da krediti ödəmişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir. Ona görə də təqsirləndirilən şəxslərlə barışmış və onları bağışlamışdır. Ona dəymiş ziyanın tam olaraq ödənildiyini, onlarla barışdığını, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxslərin barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Şahid3 2019-cu ilin təxminən dekabr ayında tanımış, Şahid3 ilə bir yerdə Bakı şəhərinə avtobusda gedən vaxt tanış olmuşdur. Həmin vaxt Bakı şəhərinə həkimə getmiş, Günay da onunla bir yerdə oturmuşdur. Günay ondan Bakı şəhərinə getmə səbəbini soruşduqda o Günaya xəstəliklə bağlı həkimə getdiyini bildirmişdir. Həmin vaxt Günay ondan nəyə görə təqaüd almadığını soruşmuş, o da Günaya tanışı olmadığı üçün düzəldə bilmədiyini demişdir. Həmin vaxt Günay ona Sevinc adlı bir tanışının olduğunu və Sevincin ona təqaüd düzəltməyə köməklik edə biləcəyini demiş, o da bundan sonra Günaydan onun mobil telefon nömrəsini götürmüşdür. Sonra o Günayla Zaqatala rayonunda görüşmüş və Günay ona təqaüdə çıxmaq üçün 2500 manat pul lazım olduğunu bildirmişdir. O, da Günayla razılaşıb bu barədə əri ilə danışmış və 2020-ci ilin yanvar ayının 14-də Günayın yaşadığı evdə 2500 manat pulu Günaya vermiş, Günay da ona pulu Sevinc adlı tanışına verəcəyini və Sevincin onun təqaüdə çıxmasına köməklik edəcəyini bildirmişdir. Günay ondan pulu alan vaxt 3 aydan sonra təqaüdünün düzələcəyini bildirmişdir. Bundan sonra isə Günayın ona dediyi vaxt yəni 2020-ci ilin mart ayında yenidən Günayla danışmış, Günay isə ona karantin düşdüyü üçün uzandığını bildirmiş, o, bir neçə dəfə Günayla danışdıqdan sonra Sevincin mobil telefon nömrəsini tapıb danışmışdır. O, Sevincə danışıb xəstə olduğunu bildirmiş, bundan sonra Sevinc onunla görüşüb aldığı pulu qaytarmışdır. Ona görə də təqsirləndirilən şəxslərlə barışmış və onları bağışlamışdır. Ona dəymiş ziyanın tam olaraq ödənildiyini, onlarla barışdığını, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxslərin barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən Şahid1 Abdusalam qızı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, fərdi əmək kimi şirniyyat və mürəbbə bişirib satmaqla məşğul olur. Təqsirləndirilən şəxs1 təxminən 10 il müddətdir ki, tanımış, Sevinclə dostluq münasibəti olmuşdur. Sevinc onun yaşadığı evə tez-tez gəlib getmiş, Sevinc ona pensiya fondunda işləməsini demişdir. Həmçinin o Bakı şəhərində Sevinclə birlikdə qalan zaman Sevinc bir neçə şəxslə görüşərək təqaüd kartları verdiyi üçün Sevincin həqiqətən də pensiya fondunda işləməsinə inanmışdır. 2019-cu ilin sentyabr ayında Sevinc müvəqqəti qalmaq üçün onun yaşadığı evə gəlmişdir. Bundan sonra Bakı şəhərinə şirniyyat bişirməyi öyrənmək üçün kurslara getmiş, o tanışının evində qalmış, Sevincin uşağı xəstə olduğu üçün aradabir Sevincin yaşadığı evdə qalmışdır. Həmin ərəfələrdə qardaşı Adil Bakı şəhərində avtobus sürücüsü işləmiş, qardaşı özəl şirkətdə avtobus sürücüsü kimi işə düzəlmək istəmiş, o həmin məsələ ilə bağlı Sevinclə məsləhətləşmişdir. Sevinc qardaşını özəl şirkətdə avtobus sürücüsü kimi işə düzəldə biləcəyini demişdir. Sevincə qardaşı Adilin nömrəsini vermiş, Sevinc Adillə görüşüb söhbət etmişdir. Sevinc qardaşı Adillə görüşüb söhbət etdikdən sonra ona qardaşı Adilə xəstəliyə görə təqaüd düzəldə biləcəyini demişdir. Onun qardaşı Adil Əfqanistan müharibəsi veteranıdır. Sonra qardaşı işdən çıxaraq Zaqatala rayonuna qayıtmış, o da 2019-cu ilin noyabr ayında Zaqatala rayonuna qayıtmışdır. Sevinc onun oğlunun nişan mərasimi ilə əlaqədar Zaqatala rayonuna gəlmiş, 2019-cu ilin noyabr ayında Sevincə qardaşı Adilə təqaüd düzəltməsi üçün 1000 manat pul verməyə boyun olmuşdur. Ancaq qardaşı Adilin xəbəri olmamışdır. Sevincin deməsinə görə 2020-ci ilin mart ayında qardaşı Adilin təqaüdü düzələcəkdi və 300 manata yaxın təqaüd alacaqmış, bundan sonra Sevincin uşağı xəstə olduğu üçün qardaşı arvadı Günay Sevincə onlarda qalmağı təklif etmişdir. Qardaşı Sevincə yaşaması üçün evində ayrıca otaq vermiş, 2019-cu ilin dekabr ayında qardaşı Adil onunla söhbət zamanı Sevincə pul verib vermədiyini soruşmuşdur. O, Sevincə təqaüd düzəltməsi üçün 1000 manat söz verdiyini demiş, qardaşı Adil ondan Sevincin etibarlı olub-olmadığını soruşmuşdur. O, Sevincin gözünün qarşısında bir neçə dəfə müəyyən şəxslərlə görüşərək təqaüd kartı verməsini gördüyünü və etibarlı adam olmasını bildirmişdir. Bundan sonra Sevinc qardaşıgildə yaşadığı müddətdə Adilin tanışları və qohumları ilə əlaqə yaradaraq Adilin vasitəsi ilə müxtəlif şəxslərdən müxtəlif adlarla vədlər verərək pul almış, həmin pullardan yalnız birini qardaşı Adil onun yanında Sevincə vermişdir. Adil Hidayətdən 5000 manat pulu alıb onun yaşadığı evdə Sevincə vermiş, həmçinin Adil Vahid adlı qohumundan bir dəfə 1500 manat, ikinci dəfə 1000 manat məbləğində pul alaraq Sevincə verməsi üçün ona vermişdir. O, Sevincin müxtəlif şəxsləri aldadaraq pul ələ keçirməsini verdiyi vədləri yerinə yetirmədikdən sonra bilmişdir. Qardaşının qonşusu Hidayətdən müxəlif vədlərlə qardaşı Adilin vasitəsi ilə 12500 manat pul almasını bilmişdir. Sevinc onun iştirakı olmadan Elnurə adlı qadından 2500 manat, qardaşının qaynanası Ruqiyyədən 1500 manat pul almışdır. Sevinc həmin pulları ödəyə bilmədiyi üçün 2020-ci ilin oktyabr ayının 1-də onun, qardaşı arvadı Günayın iştirakı ilə öz xətti ilə Aygündən, Aybənizdən, Ruqiyyətdən aldığı pulu 01.11.2020-ci il tarixinə kimi qaytaracağını yazmışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs2 Abdusalam oğlu onun əridir. Təqsirləndirilən şəxs1 2019-cu ilin noyabr ayında baldızı Sevilin oğlunun nişanında tanımışdır. Onların evində yer olduğu üçün Sevinc bir müddət onların yaşadığı evdə yaşamışdır. Sevincin oğlunun xəstəliyinə görə hətta müalicə üçün onu Gürcüstan Respublikasına aparmışlar. Daha sonra Sevinclə birlikdə Bakı şəhərində yaşamışdır. Sevincin balaca uşağına baxmışdır. Sevinc ona gündəlik 20 manat verməli olduğu halda verməmişdir. Sevinc onlarda yaşadığı müddətdə və sonralar onların vasitəsilə tanıdığı şəxslərə özünü Sosial Müdafiə Fondunun əməkdaşı kimi tanıtmışdır. Sevincin onun ərinə və baldızına təqaüd düzəltməsi üçün baldızı Sevildən 2000 manat pul almasını bilir. Sonradan Sevinc əri Adilin vasitəsilə qonşusu Hidayətdən o bildiyi qədəri ilə 12500 manat, anası Ruqiyyədən 1500 manat almışdır. Onun Sevincin digər şəxslərdən nə qədər pul almasını bilmir. Sevinc pulun bir hissəsini baldızı Sevilin, bir hissəsini əri Adilin vasitəsilə almışdır. Ancaq Sevincə onun gözünün qarşısında heç bir məbləğdə pul verilməmişdir. Əri Adil pulu alan zaman bacısı Sevilin evinə gedərək deməsinə görə Sevincə vermiş və ya Sevincə göndərməsi üçün Sevilə vermişdir. Məhkəmə iclası zamanı elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun ifadə verərək onun verdiyi ifadəni təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 19 iyul 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 19 iyul 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Abdusalam oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş “Qətimkan tədbirinin seçilməsi haqqında” 30 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş “Qətimkan tədbirinin seçilməsi haqqında” 04 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Abdusalam oğlu barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 11 yanvar 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən dövlət büdcəsinə 3503 manat ödəniş edilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məhkəmə baxışında təqdim etdiyi ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Abdusalam oğlu ilə barışmışlar, onlara dəymiş ziyan tam olaraq ödənilmişdir. Onların Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs2 Abdusalam oğlunun məhkəmə baxışında təqdim etdiyi ərizədən görünür ki, özünü CM-in 178.1-ci maddəsi ilə təqsirli bilir. Zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və ya tələbi yoxdur. Ona görə də barəsində olan iş üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəmə baxışında təqdim etdiyi ərizədən görünür ki, özünü CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilir. Zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyanı tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və ya tələbləri yoxdur. Eyni zamanda cinayət nətcəsində vurulmuş ziyanın 25 faizi miqdarında, yəni 3500 manat məbləğində pul vəsaitini dövlət büdcəsinə ödəmişdir. Ona görə də barəsində olan iş üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş edir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 Abdusalam oğlu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi, Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onların etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 Abdusalam oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, cinayət işinin icraatına xitam verilməklə təqsirləndirilən şəxslər cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1 -ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə işin hallarını, təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin işin icraatına xitam verilməsini xahiş etmələrini, cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Abdusalam oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və onlar, cinayət məsuliyyətindən azad edilməlidir. Onların barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, maddi ziyan və mülki iddia yoxdur. Qeyd olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-cü maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs2 Abdusalam oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin tələbinə əsasən, onun barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 Abdusalam oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələbinə əsasən, onun barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, maddi ziyan və mülki iddianın olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar