Məhkəmə qərarları › İş №1(033)-5/2023

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-5/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-5/2023 22.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Ağcabədi rayonunda anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsizdir, əvvəllər məhkum olunmamış, İİ qrup əlil, Ağcabədi rayonu, Salmanbəyli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonunda kirayədə yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 22 fevral 2023-cü il tarixdə saat 15:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, etibardan sui istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs onun göstərdiyi taksi xidmətindən mütəmadi olaraq istifadə etməsi ilə bağlı aralarında yaranmış etibardan və Zərərçəkmiş şəxs arvadı Şahid1 Zaqatala rayonu Cimcimax kənd orta məktəbinə müəllimə kimi işə götürülməsinə köməklik etməsi ilə bağlı ona müraciət etməsindən sui-istifadə edərək həmin şəxsə məxsus əmlakı tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Zərərçəkmiş şəxs yüksək vəzifədə işləyən qohumunun olması və həmin şəxs vasitəsilə bunu həll edəcəyi barədə yalan vədlər verməklə aldadıb, faktiki olaraq isə Zərərçəkmiş şəxs xeyrinə hər hansı iş görmək niyyəti olmadan 2021-ci ilin avqust ayında sonuncunun tanışı Elbrus Çobanzadə vasitəsilə göndərdiyi 800 manat pulu Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisində yerləşən “şimşək dairəsi” adlanan yerdə, həmin tarixdə Zaqatala rayonu Dağlı kəndində 1200 manat, 2021-ci ilin sentyabr ayının əvvəllərində yenə həmin kənddə olmaqla 200 manat, ümumilikdə isə 2200 manat pulunu vahid niyyətlə qəsdən ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2000-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı sol ayağından xəsarət almış və sol ayağının diz hissəsindən yuxarıdan kəsilmişdir. O hazırda 2-ci qrup əlildir və əlilliyi üçün taqaüd alır. 2007-ci il tarixdə sanatoriyada müalicə aldığı zaman arvadi X2 ilə tanış olmuş və tanış olduqdan təxminən 4-5 ay sonra ailə həyatı qurmuşdur. Bu evlilikdən 12 yaşında bir oğlu var. Arvadı K.Mirzalıyeva Zaqatala rayonu, Əlibayramlı kənd sakinidir və o da ailə həyatı qurduqdan sonra Zaqatala rayonunda yaşamağa başlamışdır. 2021-ci il tarixdə taksi fəaliyyəti ilə məşğul olur və həm də Əlibayramlı kəndində icarəyə dükan işlədir. O, Zərərçəkmiş şəxs taksi fəaliyyəti ilə məşğul olduqdan sonra təxminən 3 il əvvəl tanımış, bir neçə dəfə onu müxtəlif ünvanlara aparmış və onunla aralarında münasibət yaranmışdır. Aliq həmdə işlətdiyi dükana ərzaq almaq üçün gəlib gedirdi. Aliq taksi lazım olduqda ona zəng edirdi. Onunla heç bir ədavəti yoxdur. Təqsirləndirilən şəxs arvadının qaraciyər və böyrək xəstəliyindən əziyyət çəkdiyini, onu arada Bakı şəhərinə müaliyəcə aparmişdir. 2021-ci ilin avqust ayında o təkrar olaraq arvadını Bakı şəhərinə müalicəyə aparmaq istəmiş, lakin pulu olmadığı üçün borc pul axtarmışdır. 2021-ci il tarixdə avqust ayında dəqiq tarix yadında qalmadığı vaxtda Aliqi Əlibayramlı kəndində fermaya aparan zaman arvadının müəllimə kimi işə düzəltmək isdədiyini ona bildirmişdir. O, 2200 manat müqabilində bu işi vəzifədə işləyən qohumları vasitəsi ilə düzəldə biləcəyini bildirmişdir. Bu iş üçün o, Aliqdən 2200 manat pul almışdır, lakin onun işini düzəltməyərək pulu arvadının müalicəsinə xərcləmişdir. Hazırda iş məhkəmə baxışında olduğu müddət ərzində o, öz təqaüd kartını Aliqə verərək sonuncu həmin kartdan 540 manat pul çıxartmışdır. Aliqlə aralarında olan razılığa əsasən kart borc qurtaranadək onda qalacaqdır. Başqa cür o, borcu ödəyə bilmir. Əməlindən peşiman olmasını, İİ qrup əlil olmasını, himayəsində bir azyaşlı övladının olmsını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2018-ci ildə Zaqatala rayonu Dağlı kənd sakini Turana Nusalova ilə ailə həyatı qurmuş, həyat yoldaşının valideynləri Dağlı kəndində yaşadığına görə o mütəmadi olaraq Dağlı kandinə gedib-gəlirdi. Dağlı kəndinə gedən zaman tez-tez taksi xidmətindən istifadə etdiyinə görə 2020-ci ildə sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi taksi sürücüsü ilə münasibəti yaranmışdır. Seymur əslən Ağcabədi rayonundan olsa da onun arvadı Zaqatala rayonu Dağlı kəndindən olduğuna göra həmin vaxtlar daimi olaraq Dağlı kəndində yaşayırdı. Onun arvadı Turana Nusalova 2017-ci ildə 1 illik Cimcimax kənd orta məktəbində müəllimə işləyib. Belə ki, o dövlət imtahanında iştirak edərək keçid balını toplamış və həmin vaxt yalnız Cimcimax kənd orta məktəbində müəllimənin analıq məzuniyyətinə çıxması ilə bağlı boş yer olduğuna görə 1 il müddəti olan əmək müqaviləsinə əsasən işə götürülmüşdü. Həmin ərəfədə Turana bir neçə dəfə müəlliməliyə imtahan vermiş, lakin keçid balı toplaya bilməmişdi. 2021-ci ilin iyul ayında Seymurla Dağlı kəndinə gedəndə ona arvadı Turananın keçid balı yığa bilmədiyini və köməklik edə biləcək tanışı varsa ona köməklik etməsini ondan xahiş etmişdir. Seymur isə ona Turanənı rahatlıqla Zaqatala rayon Cimcimax kəndindəki orta məktəbə müəllimə düzəltməyə kömək edəcəyini, keçid balını yığmağa köməklik etmək üçün imtahan mərkəzində tanışı olduğunu bildirərərk köməklik üçün ondan 2200 manat pul istəmişdir. Həmin vaxtlar o, Elbrus Çobanzadə adlı şəxsin, Qax rayonu Suvagil kəndində yerləşən fermasında çoban işləyırmiş və aya 200 manat əmək haqqı alırdı. X10 vermək üçün ilk dəfə 800 manat borca pul almış, 2021-ci ilin avqust ayında o fermada qoyunlara baxdığına görə iş yoldaşı X7 görüşüb ona həmin 800 manat pul verməsini xahiş etmiş və onlar Aşağı Tala kənd ərazisində yerləşən “Şimşək” dairəsi deyilən yerdə görüşərək Elbrus pulu Seymura vermişdir. Lakın o, 800 manatın nə ilə bağlı Seymura verildiyini Elbrusa deməmişdir. 2021-ci ilin avqust ayında o, növbəti dəfə Elbrusdan 1200 manat borca pul götürmüş və Elbrusla aralarında olan razılaşmaya görə o Elbrusdan borc kimi aldığı pulların yerinə fermasında işləməli, o isə ona əmək haqqı verməməli idi. O, Elbrusdan aldığı 1200 manatı Seymurə 31 avqust 2021-ci il tarixdə vermiş və pulu verən zaman qohumu Saleh adlı şəxs də onun yanında olmuşdur. O, Seymurla görüşə Salehlə birgə getsə də, Salehin onun Seymurla görüşməkdə məqsədinin nə olduğu barədə məlumatı olmamışdır. Saleh yalnız görüş zamanı bu barədə məlumat aldə etmişdir. Həmin görüş zamanı o, öz istifadəsində olan “Samsung J5 Prime” markalı telefonla danışıqların səs yazısını qeydə almış və səs yazılarından Seymura 1200 manat pul verməsinin eşidildiyini bildirmişdir. Lakin görüşdan sonra Saleh onu Seymura pul verməkdə qınayaraq pulunu geri almağını tələb etmiş və bildirmişdir ki, müəllimə kimi işə qəbul yalnız dövlət imtahanlarından keçməklə mumkündür, o isə artıq 2000 manat pul verdiyini və gec olduğunu deyib Salehin sözlərinə əməl etməmişdir. 2021-ci ilin sentyabr ayının əvvəllarında o, yenidən iş yerindən 200 manat pul alaraq Dağlı kəndində görüşərək həmin pulu Seymura vermişdir. Seymur həmin pulu alandan sonra Turanənin ali təhsil haqqinda diplomu və şəxsiyyət vəsiqəsinin surətlərini, eləcə də yaşayış yerindən arayışı götürüb 15 sentyabrda imtahan olacağını bildirmişdir. xx.xx.2021-ci ildə isə Seymur ona imtahanın olmayacağını Turanənin birbaşa oktyabr ayında işə gedəcəyini bildirmişdir. Oktyabr ayında isə Turanə işə çıxa bilməmiş və o, X5 ona qarşı dələduzluq etdiyini bilmişdir. 2021-ci ilin oktyabr ayından başlayaraq bu günə kimi X6 onun pulunu qaytarmamış və vəd verdiyi işidə həll etməmişdir. Yalnız cinayət işi məhkəmənin icraatına verildikdən sonra Seymur ona təqaüd kartını verərək vurduğu ziyanın əvəzinə kartdan hər ay pul götürməsini xahiş etmişdir. Bu günə qədər o, kartdan 540 manat miqdarında pul çıxartmışdır. O, təqsirləndirilən şəxslə barışmır, pulun tam həcmdə ödənilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə yaşadığı Dağlı kəndindən Zaqatala şəhərinə getmək üçün kəndin mərkəzidə olan dayanacağa çıxmış, dayanacaqda qohumu Zərərçəkmiş şəxs və onun yanında öncədən tanımadığı şəxsi görmüş, onlara yaxınlaşdıqda həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Seymur Aliqin arvadı Şahid1 Cimcimax kənd orta məktəbinə müəllimə kimi işə düzəldəcəyi barədə söhbət etdiklərini eşitmiş, o həmin vaxt Aliqə müəllimələrin işə qəbulu yalnız imtahanla mümkünlüyü və digər vasitələrlə işə qəbul olmaq mümkün olmadığını bildirmiş, Aliq ona qulaq asmayaraq həmin şəxsə inandığını bildirərək 1200 manat pulu Seymura vermiş, Seymur söhbət zamanı tanışının olduğunu və Turanəni işə düzəldə biləcəyini demişdir. Onlar ayrıldıqdan sonra Aliq ona Seymurla Turanənin işə düzəlməsi barədə 2200 manata razılaşdığını bildirmiş, daha sonra Aliq bu söhbətdən öncə Seymura 800 manat pul verdiyini demişdir. O, Aliqin Seymurla arasında olan danışıqlardan öncədən xəbərinin olmadığını, yalnız xx.xx.2022-ci il tarixdə onlarla təsadüfən Dağlı kəndinin mərkəzində görüşən zaman məlumatının olduğunu bildirmişdir. Şahid3 Aliqin təkrar olaraq 200 manatı Seymura verməsini sonradan Aliqin ona deməsi ilə öyrəndiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2018ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, 2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filalınına daxil olub, 2014-cü il də həmin institu biritmiş, 2017-ci ildə imtahan verərək Cim-Cimax kənd məktəbinə bir illik müqavilə əsasında müəllimə kimi işə başlamış, bir ildən sonra müqavilənin daimi olması üçün təkrar olaraq imtahan vermiş, lakin keçid balını toplaya bilməmiş, bundan sonra bir neçə dəfə imtahan versə də keçid balını toplaya bilməmişdir. 2021-ci ilin avqust ayında əri Zərərçəkmiş şəxs ona Dağlı kəndində taksi fəaliyyəti ilə məşğul olan sonradan şəxsiyyətinin Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin 2200 manat qarşılığında onu imtahandan keçirməyə köməklik edə biləcəyini və işə düzəldəcəyini bildirmiş, əri Aliq onun müəllimə kimi işə götürülməsinə köməklik etməsi üçün borc alaraq Seymura ümumilikdə 2200 manat pul vermiş, Aliq pulu verdikdın sonra Seymur hər dəfə müxtəlif bəhanələr gətirərək işin düzələcəyini bildirsə də, bu günə kimi nə işi düzəltmiş, nə də 2200 manat pulu geri qaytarmışdır. O, sonradan Seymurun dələduz olduğunu və həmin pulu şəxsi ehtiyacları üçün xərclədiyini başa düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ilə eyniməzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizədən məlum olur ki, ona vurulmuş ziyandan 540 manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən məlum olur ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkum olmamışdır. İş materiallarında olan Ağcabədi RİHB-nin Salmanbəyli KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1-382 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Ağcabədi rayonu Salmanbəyli kəndində daimi qeydiyyatda olmaqla hal-hazırda Zaqatala rayonu ərazisində yaşayır. İş materiallarında olan Ağcabədi RİHB-nin Salmanbəyli KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1-381 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi: arvadı- X1, oğlu- 2010 – cu il təvəllüdlü X3 ibarətdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Ağcabədi RİHB-nin Salmanbəyli KİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kənddə yaşadığı müddət ərzində onun tərəfindən ictimai qaydanı pozma halları müşahidə olunmamış, onu barəsində kənd icra nümayəndəliyinə heç bir şikayət ərizəsi daxil olmamışdır. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir və 327.21 manat pensiya məbləği alır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə tam təqsirli olduğu özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin verdikləri ifadələrlə və cinayət işinin bütün materialları ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin böyük ictimai təhlükə törətməyən cinayət olmasını, cinayətin xarakteri və ictimai təhlükəlik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, ailəli olmaqla ailəsinin ona maddi və mənəvi ehtiyacının olmasını, himayəsində azyaşlı övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, İİ qrup əlil olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyandan 540 manat ödəməsini, cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmasını müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CPM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törədilmiş olduğu cinayətin böyük ictimai təhlükə törətməyən cinayət olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın bir qisminin ödənilməsini, sol ayağının diz hissəsindən yuxarıdan kəsilmiş olması ilə əlaqədar 2-ci qrup əlil olması nəzərə alaraq ona cərimə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li Qərarında qeyd edilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirlməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış cinayət hadisəsinin görüntüsünü əks etdirən bir ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir və məhkəmə məsrəfləri yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlin törədilməsində təqsirli bilinərək 1000 (bir min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəsini aldıqdan sonra 1 (bir) ay müddətində müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd səs yazısı olan CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar