Məhkəmə qərarları › İş №1(033)-5/2024

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-5/2024

10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-5/2024 10.01.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Bayramova Aytac Elşad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Azərbaycan Respublikası Zaqatala rayon Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, subay, himayəsində iki azyaşlı uşağı olan, Zaqatala rayon Muğanlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı verilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 1986-cı ildə Azərbaycan Respublikası Zaqatala rayon Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, subay, himayəsində bir azyaşlı uşağı olan, Zaqatala rayon Muğanlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, və xx xxxxxx 1989-cu ildə Azərbaycan Respublikası Balakən rayon Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Balakən rayon Qazma kəndində qeydiyyatda olmaqla faktiki həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.1 və 32.5, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 10 yanvar 2024-cü il tarixdə saat 17:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 ondan ötrü Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında başqa saxlanc yerinə qanunsuz daxil olub, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə vahid tamah niyyəti ilə həmkəndliləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus qoyunların gecələr nəzarətsiz saxlanılması barədə məlumat əldə etdikdən sonra onları qanunsuz və əvəzsiz ələ keçirmək qərarına gəlmiş, hazırlanmış plana uyğun olaraq Zaqatala rayonunda diqqət çəkməmək məqsədilə cinayətkar niyyəti, oğurluğun törədilmə üsulu və yeri barədə Balakən rayon sakini olan bacısının əri Təqsirləndirilən şəxs3 da məlumatlandırmış və oğurlanacaq qoyunları onlardan götürüb həmin rayonda yerləşən mal bazarında sataraq cinayətin izlərini gizlətməklə onun törədilməsinə köməklik edəcəyi ilə bağlı qabaqcadan sonuncunun razılığını almış, daha sonra qoyunları daşıyıb ərazidən uzaqlaşdırmaq məqsədilə 11 mart 2023-cü il tarixdə həmkəndlisi Şahid2 meşədən odun gətirəcəyi barədə yalan məlumat verməklə həmin şəxsə məxsus at və arabasını ələ keçirmiş, 12 mart 2023-cü il tarixdə kənd sakinlərinin diqqətini özlərinə çəkməmək məqsədilə həmin araba ilə cinayətin törədiləcəyi yerin yaxınlığına, yəni Zaqatala rayonu Muğanlı kəndinin ətrafındakı meşəlik sahəyə gedərək həmin gün saat 02 radələrində qeyd edilən yerə çatıb, havanın tam qaralmasını və cinayətin reallaşdırılması üçün uyğun təhlükəsiz şəraitin yaranmasını gözləmiş, 12 mart 2023-cü il tarixdə, saat 03-04 radələrində həmin at arabası ilə Zaqatala rayonu Muğanlı kəndindən təxminən 1,5 km aralıda yerləşən fermaya yaxınlaşdıqdan sonra alkoqol sərxoşluğu vəziyyətində başqa saxlanc yerinə, yəni həmin fermanın həyətindəki, xırdabuynuzlu heyvanların saxlanıldığı dəmir torla əhatələnmiş arxaca qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs1 məxsus 1400 manat dəyərində 7 baş, Zərərçəkmiş şəxs2 məxsus isə 350 manat dəyərində 1 baş qoyunu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 1400 (bir min dörd yüz) manat, Zərərçəkmiş şəxs2 isə 350 (üç yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayətini etmişdir. Bundan sonra onlar həmin araba ilə heyvanları Balakən rayonu İtitala kəndinə gətirərək 12 mart 2023-cü il tarixdə, saat 06:30 radələrində Təqsirləndirilən şəxs3 təhvil verdikdən sonra Zaqatala rayonu Muğanlı kəndinə qayıtmış, heyvanlar isə həmin kənddə at arabasından Təqsirləndirilən şəxs3 qabacadan tapdığı, istintaq zamanı sürücüsü müəyyən edilməmiş “Moskviç” markalı, pikap formalı maşına yükləndikdən sonra sonuncunun müşayiəti ilə birbaşa Balakən rayonundakı mal bazarına gətirilmiş, həmin bazarda qoyunlar 1200 manat pula satıldıqdan sonra qrup üzvlərinin ümumi razılığı ilə 90 manat xərclərə çıxılmış, yerdə qalan pul isə onlar arasında elə həmin gün bərabər qaydada bölüşdürülmüşdür. Təqsirləndirilən şəxs2 ondan ötrü Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında başqa saxlanc yerinə qanunsuz daxil olub, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə birlikdə vahid tamah niyyəti ilə həmkəndliləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus qoyunların gecələr nəzarətsiz saxlanılması barədə məlumat əldə etdikdən sonra onları qanunsuz və əvəzsiz ələ keçirmək qərarına gəlmiş, hazırlanmış plana uyğun olaraq Zaqatala rayonunda diqqət çəkməmək məqsədilə Təqsirləndirilən şəxs1 cinayətkar niyyəti, oğurluğun törədilmə üsulu və yeri barədə Balakən rayon sakini olan bacısının əri Təqsirləndirilən şəxs3 da məlumatlandırmış və oğurlanacaq qoyunları onlardan götürüb həmin rayonda yerləşən mal bazarında sataraq cinayətin izlərini gizlətməklə onun törədilməsinə köməklik edəcəyi ilə bağlı qabaqcadan sonuncunun razılığını almış, habelə Təqsirləndirilən şəxs1 qoyunları daşıyıb ərazidən uzaqlaşdırmaq məqsədilə 11 mart 2023cü il tarixdə həmkəndlisi Şahid2 meşədən odun gətirəcəyi barədə yalan məlumat verməklə həmin şəxsə məxsus at və arabasını ələ keçirmiş, 12 mart 2023-cü il tarixdə kənd sakinlərinin diqqətini özlərinə çəkməmək məqsədilə həmin araba ilə cinayətin törədiləcəyi yerin yaxınlığına, yəni Zaqatala rayonu Muğanlı kəndinin ətrafındakı meşəlik sahəyə gedərək həmin gün saat 02 radələrində qeyd edilən yerə çatıb, havanın tam qaralmasını və cinayətin reallaşdırılması üçün uyğun təhlükəsiz şəraitin yaranmasını gözləmiş, 12 mart 2023-cü il tarixdə, saat 03-04 radələrində həmin at arabası ilə Zaqatala rayonu Muğanlı kəndindən təxminən 1,5 km aralıda yerləşən fermaya yaxınlaşdıqdan sonra alkoqol sərxoşluğu vəziyyətində başqa saxlanc yerinə, yəni həmin fermanın həyətindəki, xırdabuynuzlu heyvanların saxlanıldığı dəmir torla əhatələnmiş arxaca qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs1 məxsus 1400 manat dəyərində 7 baş, Zərərçəkmiş şəxs2 məxsus isə 350 manat dəyərində 1 baş qoyunu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 1400 (bir min dörd yüz) manat, Zərərçəkmiş şəxs2 isə 350 (üç yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayətini etmişdir. Bundan sonra onlar həmin araba ilə heyvanları Balakən rayonu İtitala kəndinə gətirərək 12 mart 2023-cü il tarixdə, saat 06:30 radələrində Təqsirləndirilən şəxs3 təhvil verdikdən sonra Zaqatala rayonu Muğanlı kəndinə qayıtmış, heyvanlar isə həmin kənddə at arabasından Təqsirləndirilən şəxs3 qabacadan tapdığı, istintaq zamanı sürücüsü müəyyən edilməmiş “Moskviç” markalı, pikap formalı maşına yükləndikdən sonra sonuncunun müşayiəti ilə birbaşa Balakən rayonundakı mal bazarına gətirilmiş, həmin bazarda qoyunlar 1200 manat pula satıldıqdan sonra qrup üzvlərinin ümumi razılığı ilə 90 manat xərclərə çıxılmış, yerdə qalan pul isə onlar arasında elə həmin gün bərabər qaydada bölüşdürülmüşdür. Təqsirləndirilən şəxs3 ondan ötrü Azərbaycan Respublikası CM-nin 32.5, 177.2.1 və 32.5, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o, cinayətin izlərini gizlətməyi və cinayət yolu ilə əldə edilmiş əmlakı əldə etməyi qabaqcadan vəd etməklə başqa saxlanc yerinə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz daxil olaraq oğurluq cinayətinin törədilməsinə köməklik etmişdir. Belə ki, onun arvadının qardaşı Təqsirləndirilən şəxs1 həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə vahid tamah niyyəti ilə həmkəndliləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus qoyunların gecələr nəzarətsiz saxlanılması barədə məlumat əldə etdikdən sonra onları qanunsuz və əvəzsiz ələ keçirmək qərarına gəlmiş, hazırlanmış plana uyğun olaraq Təqsirləndirilən şəxs1 Zaqatala rayonunda diqqət çəkməmək məqsədilə cinayətkar niyyəti, oğurluğun törədilmə üsulu və yeri barədə Təqsirləndirilən şəxs3 da məlumatlandırmış, aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 oğurlanmaqla cinayət yolu ilə əldə edilmiş qoyunları əldə edib Balakən rayonunda yerləşən mal bazarında sataraq cinayətin izlərini gizlətməklə törədilməsinə köməklik edəcəyini qabaqcadan qohumuna vəd etmiş, daha sonra Təqsirləndirilən şəxs1 qoyunları daşıyıb ərazidən uzaqlaşdırmaq məqsədilə 11 mart 2023-cü il tarixdə həmkəndlisi Şahid2 meşədən odun gətirəcəyi barədə yalan məlumat verməklə həmin şəxsə məxsus at və arabasını ələ keçirmiş, 12 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə kənd sakinlərinin diqqətini özlərinə çəkməmək məqsədilə həmin araba ilə cinayətin törədiləcəyi yerin yaxınlığına, yəni Zaqatala rayonu Muğanlı kəndinin ətrafındakı meşəlik sahəyə gedərək həmin gün saat 02 radələrində qeyd edilən yerə çatıb, havanın tam qaralmasını və cinayətin reallaşdırılması üçün uyğun təhlükəsiz şəraitin yaranmasını gözləmiş, 12 mart 2023-cü il tarixdə, saat 03-04 radələrində həmin at arabası ilə Zaqatala rayonu Muğanlı kəndindən təxminən 1,5 km aralıda yerləşən fermaya yaxınlaşdıqdan sonra həmin şəxslər alkoqol sərxoşluğu vəziyyətində başqa saxlanc yerinə, yəni fermanın həyətindəki, xırdabuynuzlu heyvanların saxlanıldığı dəmir torla əhatələnmiş arxaca qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs1 məxsus 1400 manat dəyərində 7 baş, Zərərçəkmiş şəxs2 məxsus isə 350 manat dəyərində 1 baş qoyunu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 1400 (bir min dörd yüz) manat, Zərərçəkmiş şəxs2 isə 350 (üç yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayətini etmişdir. Bundan sonra onlar həmin araba ilə heyvanları Balakən rayonu İtitala kəndinə gətirərək 12 mart 2023-cü il tarixdə, saat 06:30 radələrində Təqsirləndirilən şəxs3 təhvil verdikdən sonra Zaqatala rayonu Muğanlı kəndinə qayıtmış, heyvanlar isə həmin kənddə at arabasından Təqsirləndirilən şəxs3 qabacadan tapdığı, istintaq zamanı sürücüsü müəyyən edilməmiş “Moskviç” markalı, pikap formalı maşına yüklənmiş, bundan sonra o, həmin heyvanları maşınla Balakən rayonundakı mal bazarına gətirib həmin bazarda 1200 manata satmaqla cinayətin izlərini, yəni sübut mənbəyi hesab edilən sözügedən maddi obyektləri gizlətmiş və bu hərəkətləri ilə başqa saxlanc yerinə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz daxil olaraq oğurluq cinayətinin törədilməsində köməkçilik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 yeznəsidir və aralarında düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs2 isə həmkəndlisidir. İş yerinin olmaması, maddi vəziyyətlərinin pis olması səbəbindən əvvəlcə o və Tale ikisi öz aralarında razılaşmaqla o məqsədə gəlmişdirlər ki, İlqarın fermasından oğurluq etsinlər. Daha sonra Tale ilə birgə o Əfrayıla zəng edib telefonda demişdir ki, belə bir iş görmək istəyirlər, yəni qoyun oğurlamaq istəyirlər və onlar razılaşmışdırlar. Əvvəlcədən həmin qoyunların Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus olmasını bilmişdirlər və orada qalan olmadığı, çobanının və ya itinin olmaması səbəbindən oranı seçmişdirlər. Daha sonra qonşusundan at və arabasını götürmüş və fermadan qoyunları aparmışlar. Oğurluq etdikləri tövlə İlqaın tövləsi olmuşdur. Əvvəllər bir ay kimi orda çoban kimi işləmiş lakin sonradan ayrılmışdır. Yəni ora daxil olarkən icazəsi olmamış, qanunsuz olaraq daxil olmuşdur. Bu hadisələri əvvəlcədən planlaşdırmışdırlar. Hadisədən iki gün qabaq, yəni 9- 10-nu, öz küçələrində Tale ilə birgə, saat 4-5 radələrində o öz telefonu olmadığı üçün anasının telefonu ilə Əfrailə zəng etmiş içki barədə heç nə deməsə də, qoyunları İlqarın fermasından götürəcəkləri, satmaq üçün gətirəcəkləri barədə bildirmişdir. Həmçinin bildirmişdir ki, at arabasını da sahibindən yəni, qonşusundan günorta ərəfələrində odun gətirmək adı ilə götürmüş və Əfrailə zəng edən zaman araba həyətlərində olmuşdur. Qeyd etmişdir ki, İkinci Qarabağ müharibəsində iştirak etmiş, 3 ay döyüşdə olmuşdur. Bir medalı vardır. Törərdiyi cinayətin məsuliyyətini dərk edir, peşimançılıq hissi keçirir, zərərçəkmişlərə vurmuş olduqları ziyanı tam ödəmişlər. Təqsirləndirilən şəxs1 ibtidai istintaq vaxtı verdiyi ifadəsindən məlum olur ki, ona qarşı Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 11 mart 2023-cü il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs2h Məcnun oğlu ilə birlikdə axşamtərəfi saat təxminən 17:00 radələrində Muğanlı kəndində görüşmüş və kənddən bir qədər kənarda olan İlqarın fermasından qoyun oğurlamaq qərarına gəlmişlər. Bundan iki gün əvvəl Tale, o və Balakən rayon Qazma kəndində yaşayan bacısı Gülsarənin əri X11 öz aralarında razılaşmışlar ki, İlqarın fermasından oğurluq etsinlər. Əfrayıla o, zəng edib telefonda demişdir ki, kəndin kənarında İlqarın fermasından oğlurluq edəcəklər, onu satmaq olarmı, Əfrayıl onunla razılaşmış və demişdir ki, «oğurlayıb gətirin Balakəndə mal bazarında satacam». Tale və o fermadan oğurladıqları qoyunları aparıb Əfrayıla verməli, o da Balakən mal bazarında satmalı idi. Üçünun arasında razılaşma belə olmuşdur. 11 mart 2023-cü il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs2h Mahmud oğlu ilə birlikdə axşamtərəfi saat təxminən 17:00 radələrində İlqarın fermasından qoyun oğurlamağa getmişlər və oğurluğa gedəndə evdən pendir, kələm turşusu (duzlaq), çörək və Taleh özü ilə 800 qramlıq tamat bankasında meyvə arağı da götürmüşdür. Həmkəndlisi Şahid2 oduna getməsini bildirmiş və ondan bu adla at arabasını almış, sonra Talehlə birlikdə at arabası ilə İlqarın ferması olan yerə meşənin kənarına getmişlər. Oğurluq etməyə gedəndə də Əfrayıla zəng edib demişdir ki, «gedirk İlqarın fermasına qoyun oğurlamağa, bu gun axşam oğurladığımız qoyunları gətirəcəyik». Əfrayıl özü demişdir ki, «İtitala kəndinə kimi gətirin oradan mən sizin qabağınıza çıxıb aparacam» deyib Balakən rayon mal bazarında satacağını bildirmişdir. 12 mart 2023-cü il tarixə kesən gecə saat 02 radələrində İlqarın fermasının yaxınlığında olan meşənin kənarına çatmışlar. Orada Tale ilə birlikdə pendir, kələm turşusu ilə özlərilə götürdüyükləri 800 qramlıq meyvə arağını içmişlər. Bundan sonra gecə saat 03:30 radələrində İlqarın fıermasına oğurluq eitməyə getmişlər. Fermada qoyunlar kənarlarına setka çəkilmiş navesin altındakı ağıla salınmış, qoyunlar salınan ağılın yuxarısı taxta, aşağısı şiferdən olan qapısının üstündən o və Taleh tullanıb içsəriyə keçmişlər. O, əvvəlcə bir baş qoyun tutmuş, sonra Taleh ağıldan çölə çıxmış, tutduğu qoyunu taxta qapının üstündən Talehə vermiş, Taleh orada olan ot kiplərinin ipi ilə qoyunun ayğını bağlamış və ağılın yanında olan at arabasının yanına yığmışdır. Bu qaydada 8 (səkkiz baş) qoyun oğurlayıb Talehə vermiş, Taleh hamısının ayağını iplə bağlayıb at arabasının yanına yığmış, sonra o, ağıldan çıxmış və oradan at arabasının üstünə çıxmış, Taleh oğurladıqları qoyunları ona vermiş, at arabasına yığmışdır. Talehlə birlikdə oğurladıqları 8 (səkkiz) baş qoyunları at arabası ilə Balakən rayon İtitala kəndinə aparanda kəndin «baseyn» deyilən yerində Talehə demişdir ki, «at arabasına ağırlıq edir, sən arabadan düş qayıt kəndə, mən qoyunları aparıb yeznəmə verib gələcəm». Taleh at arabasından düşüb geri Muğanlı kəndinə qayıtmış, 12 mart 2023-cü il tarixdə səhər saat 06:00 radələrində Balakən rayon İtitala kəndinə çatmışdır. Saat 06:30 radələrində yeznəsi Əfrayıl tanımadığı göy rəngli «Moskviç» markalı pikap maşınla gəlmiş, oğurladıqları 8 (səkkiz) baş qoyunları Əfrayıla vermiş, Əfrayıl qoyunları həmin pikapa yığıb aparmışdır. O, at arabası ilə Muğanlı kəndinə qayıtmış, saat təxminən 08:30 radələrində Talehlə birlikdə Balakən rayonuna Qazma kəndinə yeznəsigilə getmiş, yeznəsi Əfrayıl qoyunları Balakən mal bazarında satdığını görmüş, Əfrayıl demişdir ki, qoyunların birini 150 (yüz əlli) manata satıb cəmi 1200 (min iki yüz) manat pul etmişdir. Həmin pulu öz aralarında üç yerə bölmüşlər, ona, Əfrailə və Talehə hərəsinə 370 manat pul düşmüş, qalan 90 manat pulu isə pikapa və onların Balakənə getdikləri taksiyə verdiyi 15 manat pula çıxmışdır. Sonra Taleh və o, geri Zaqatala rayon Muğanlı kəndinə qayıtmışlar. Oğurluqdan əldə etdiyi 370 manat pulu özü üçün xərcləmişdir. Onlar fermadan oğurluq edəndə fermada heç kim olmamış, qoyunlar setka ilə əhatələnmiş ağıla salınmış, oğurluq etməyi heç kim təklif etməmiş, hər ikisi oğurluq etməyə razılaşmışlar. Əfrayıl qoyunları oğurladıqlarını bilmişdir. Əfrayıla o, əvvəlcədən İlqarın fermasında ağıldan qoyun oğurladıqlarını və oğurladıqları qoyunları satmaq lazım olduğunu demişdir. Pikapın sürücüsü qoyunların oğurluq olduğunu bilibbilmədiyni bilmir. Pikapın sürücüsü ondan heç nə soruşmamışdır. Bundan başqa oğurluq etməmiş, İlqarın fermasında qoyunların yanında heç kim qalmadığına, çoban heyvanları ağıla yığıb axşam kəndə gəldiyinə, ferma kənddən təxminən 2-3 km aralıda yerləşdiyinə görə oradan oğurluq etmək qərarına gəlmişlər. Oğurladıqları 8 baş qounlardan yeddi baş dişi 2-3 illik qısır qoyunlar, bir baş isə 2-3 illik erkək arıq qoyun olmuşdur. Oğurladıqları qoyunları Zaqatala rayon Əliabad mal bazarında satası olsaydılar bilinərdi. Ona görə də Balakən mal bazarında satmağı razılaşmışlar ki, oğurluq etdikləri bilinməsin. Əfrayıl özü demişdir ki, «siz oğurlayıb gətirin mən Balakən mal bazarında satacam». Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ifadəsində göstərmişdir ki, hadisə Əfqanın bildirdiyi kimi olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 həmkəndlisidir, Təqsirləndirilən şəxs3lə bu hadisə zamanı tanış olmuşdur, onu Əfqanın yeznəsi kimi tanımışdır. 11 martdan əvvəl onlar oğurluq barədə məsləhətləmişdirlər. Həmçinin hadisə günü də məsləhətləşmişdirlər. Əfqan həm hadisədən əvvəl həm də o gün Əfraillə zəngləşmişdir və oğurluq barədə danışmışlar. 11 mart 2023-cü il tarixdə Əfrailə zəng edən zaman Əfqanla onun yaşadığı küçədə olmuşlar. At arabasının həmkəndlisi Şahid2 məxsus olduğunu bilsə də hadisə günü at arabası Əfqanın həyətində olmuşdur. Zərərçəkmiş şəxslər İlaqra və Əfqana dəymiş ziyanı tam olaraq ödəmişlər. Barələrində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişlər. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 11 mart 2023-cü il tarixdə həmkəndlisi Əfqanla axşamtərəfi saat təxminən 17:00 radələrində yaşadıqları Muğanlı kəndində görüşmüş və kənddən bir qədər kənarda olan İlqarın fermasından qoyun oğurlamaq qərarına gəlmişlər. Bundan təxminən iki gün əvvəl İlqarın fermasına qoyun oğurlamağa getməyi Əfqan, o və Əfqanın Balakən rayon Bedağar kəndində yaşayan bacısının əri Əfrayıl razılaşmışlar. Əfqan Əfrayıla zəng edib kəndin kənarında İlqarın ferması olduğunu, həmin fermada qoyunları ağıla salındığını, fermada heç kim qalmadığını, həmin fermadan qoyun oğurlayıb gətirəcəklərini demiş, oğurladıqları qoyunları satmağın mümkün olub olmadığını soruşmuş, Əfrayıl demişdir ki, «siz oğurlayıb gətirin mən Balakən mal bazarına aparıb satacam». Üçü öz aralarında bu qaydada razılaşmışlar. 11 mart 2023-cü il tarixdə İlqarın fermasından qoyun oğurlamağa gedəndə evdən pendir, kələm turşusu (duzlaq), çörək və özü ilə 800 ramlıq tamat bankasında meyvə arağı da götürmüş, Əfqan həmkəndlisi Şahid2 at arabasını oduna getmək adı ilə almışdır. Əfqanla birlikdə at arabası ilə İlqarın ferması olan yerə meşənin kənarına getmişlər. 12 mart 2023-cü il tarixə keçən gecə saat 02 radələrində həmin yerə çatmışlar. Orada pendir, kələm turşusu ilə özü ilə götürdüyü 800 qramlıq meyvə arağını ikisi birlikdə içmişlər. Bundan sonra gecə saat 03:30 radələrində İlqarın fermasına oğurluq etməyə getmişlər. Fermada qoyunlar kənarlarına setka çəkilmiş navesin altındakı ağıla salınmışdır. Qoyunlar salınan ağılın yuxarısı taxta, aşağısı şiferdən olan qapısının üstündən o və Əfqan tullanıb içsəriyə keçmişlər. Əfqan əvvəlcə bir baş qoyun tutmuş, sonra o ağıldan çölə çıxmışdır. Əfqan tutduğu qoyunu taxta qapının üstündən ona vermiş, orada olan ot kiplərinin ipi ilə qoyunun ayağını bağlamış və at arabasının yanına yığmışdır. Əfqan ağıldan 8 (səkkiz baş) qoyun oğurlayıb ona vermiş, o hamısının ayağını iplə bağlayıb at arabasının yanına yığmış, Əfqan ağıldan çıxıb oradan at arabasının üstünə çıxmış, oğurladıqları qoyunları yerdən götürüb o, Əfqana vermiş, Əfqan at arabasına yığmışdır. Oğurluğa gedəndə də Əfqan Balakən rayon Qazma kəndində yaşayan bacısının əri Əfrayıla zəng edib İlqarın fermasından qoyun oğurlamağa getdiklərini, qoyunları fermadan oğurlayıb gətirəcəklərini demiş, Əfrayıl demişdir ki, «olar oğurlayıb İtitala kəndinə kimi gətirin, mən orada sizi qarşılayıb aparb Balakən rayon mal bazanında satacam». Əfqanla birlikdə oğurladıqları 8 (səkkiz) baş qoyunları at arabası ilə Balakən rayon İtitala kəndinə aparanda kəndin «baseyn» deyilən yerində o, at arabasından düşüb geri qaytmış, Əfqanla belə danışmışlar ki, oğurladıqları qoyüunları tək at arabası ilə İtitala kəndində yeznəsi Əfrayıla verəcəkər, Əfrayıl da aparıb satası idi. Əfqan saat təxminən 08:00 radələrində kəndə qayıtmış, 12 mart 2023-cü il tarixdə səhər saat təxminən 08:30 radələrində Əfqanla birlikdə Balakən rayonuna Əfrayılgilə getmişlər. Əfrayıl qoyunları Balakən mal bazarında satdığını demiş, bildirmişdir ki, qoyunların birini 120-160 manata satıb cəmi 1200 (min iki yüz) manat pul etmişdir. Həmin pulu öz aralarında üç yerə bölmüşlər, ona və Əfqana 370 manat pul düşmüş, Əfrayıl demişdir ki, ona da 370 manat pul düşür. Qalan 90 manat pulu isə pikapa və onların Balakənə gedən taksiyə verdiyi 15 manat pula çıxmışdır. Sonra Əfqan və o, geri Zaqatala rayon Muğanlı kəndinə qayıtmışlar. Oğurluqdan əldə etdiyi 370 manat pulu özü üçün xərcləmiş, fermadan oğurluq edəndə fermada heç kim olmamış, qoyunlar setka ilə əhatələnmiş ağıla salınmışdır. Oğurluq etməyi heç kim təklif etməmiş, hər ikisi razılaşmışlar ki, oğurluq etsinlər. Bundan başqa oğurluq etməmiş, İlqarın fermasında qoyunların yanında heç kim qalmadığına, çoban heyvanları ağıla yığıb axşam kəndə gəldiyinə, ferma kənddən təxminən 2-3 km aralıda yerləşdiyinə görə oradan oğurluq etmək qərarına gəlmişlər. Oğurladıqları 8 baş qounlardan yeddi baş dişi 2-3 illik qısır qoyunlar, bir baş isə 2-3 illik erkək arıq qoyun olmuşdur. Oğurladıqları qoyunları Zaqatala rayon Əliabad mal bazarında satası olsaydılar bilinərdi. Ona görə Balakən rayon mal bazarında satmışlar ki, oğurluq etdikləri bilinməsin. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 32.5, 177.2.1 və 32.5, 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun bu işlərdən xəbəri olmamışdır. xx.xx.2023-cü il tarixdə Əfqan ona zəng etmişdir ki, qonşusu Tale ilə qoyun gətirəcəklər, Balakən bazarında qoyunların satılmasına kömək edə bilərmi. O, həmin günlərdə evdə boş olduğu üçün kömək edəcəyinə razı olmuşdur. Hadisə günü səhər tezdən Əfqan ona zəng edərək bilidirmişdir ki, at arabası yolda qalıb, çəkə bilmir, qabağına maşınla gəlməsini istəmişdir. Yola çıxıb mal bazarına gedən maşını saxladıb, maşınla Əfqanın yanına gedib “İti tala” kəndində qoyunları maşına yükləyib bazara aparmışdır. O, özünü o hissədə təqsirli bilir ki, əvvəlcə qoyunların oğurluq olmasından xəbərsiz olsa da qoyunları satıldıqdan sonra, onların oğurluq olmasından xəbər tutmasına baxmayaraq pulu bölən zaman tamahkarlıq etmişdir, həmin puldan özünə pay götürmüşdür. O, özünü yalnız bu hissə də təqsirli bilir. Həmçinin o, ifadəsində daha sonra bildirmişdir ki, hadisə günü, yəni 11 mart 2023-cü il tarixdə Əfqan anasının telefonu ilə ona zəng etmişdir. Onun istifadə etdiyi nömrə isə yeznəsinin adınadır. Yoldaşı anası ilə həmin telefon vasitəsi ilə tez-tez əlaqə saxlayır, danışırlar, lakin hədisədən iki gün əvvəl danışıbdanışmamalarını xatırlamır. O, məhkəmədən ona himayəsində azyaşlı uğaqlarının olmasını nəzərə alaraq yüngül cəza təyin olunmasını xahiş etmişdir. İbtidai istintaq vaxtı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-in 32.5, 177.2.1 və 32.5, 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12 mart 2023-cü il tarixdə saat təxminən 05:30 radələrindlə evdə olmuş, həmin vaxt qayını Əfqan ona zəng edib at arabası ilə Balakən mal bazarına satmağa 8 baş qoyun gətirdiyini, dostunun qoyunları olduğunu bildirmişdir. O, Balakən rayon İtitala kəndində evdə olduğunu bildirmiş, və maşın taparaq onun qabağına gəlməsini xahiş etmişdir. Balakən rayon Hənifə kənd yolunda mal bazarına gedən tanımadığı pikap moskviç markalı, nömrəsini və sürücüsünü tanımadığı maşını saxlamış, İtitala kəndində olan qoyunları mal bazarına gətrmək lazım olduğunu bildirmiş, həmin pikapın sürücüsü İtitala kəndinə gedib oradan Balakən mal bazarına qoyunları gətirməyə görə 30 manat pul istəmiş, onunla birlikdə Balakən rayon İtitala kəndinə getmiş və orada qayını Əfqanla görüşmüş, Əfqan tək olmuş, at arabası ilə 8 baş qoyunlar gətirmişdir. Qoyunlardan bir baş erkək qoç, qalan yeddi baş qısır qoyunlar olmuşdur. Əfqandan qoyunların sahibini soruşmuş, Əfqan evdə olduğunu, özünün maşını ilə gələcəyini bildirmiş, o, qoyunların oğurluq olmasından şübhələnmiş, lakin qayını olduğuna görə inanmış, həmin heyvanları onunla gedən pikap markalı maşına yığmışlar. Əfqan geri qayıtmış ona demişdir ki, Tale və o, yol maşını ilə gələcəklər. Əfqan ona demişdir ki, «sən qoyunların birini 140-120 manat arası pula satarsan». O, həmin heyvanları Balakən mal bazarına aparmış, qoyunlardan bir baş erkək qoyunu və dörd baş dişi qısır qoyunları satmış, təxminən 970 yaxud 980 manat pul etmiş, iki baş qısır qoyunlar qalmış, həmin vaxt Tale və Əfqan onun yanına mal bazarına gəlmişlər. Tale gəldikləri taksi maşında oturmuş, taksiyə verməyə pulları olmamış, Əfqan yanına gəlmiş, Əfqanla birlikdə qalan iki baş qoyunu ümumilikdə 220 manata tanımadığı şəxslərə satmış, cəmi səkkiz baş qoyunları tanımadığı şəxslərə sataraq, ümumilikdə 1200 (bir min iki yüz) manat pul əldə etmişlər, həmin puldan 30 manat pikapa, 16 manat bazar pulu, 15 manat Əfqan və Tale gəldikləri taksiyə vermiş, yeməyə xərcləmiş, ümumi xərclədikləri pul 90 manat pul olmuşdur, 1200 manat puldan 90 manat xərclərinə çıxdıqdan sonra Balakən rayon Qazma kəndinə onların evinə getmişlər. Evdə qoyunların satışındın əldə etdikləri 1200 manat pulun yerdə qalan 1110 manat pulu üç yerə bərabər bölmüşlər, hərəsinə 370 manat pul düşmüş, həmin vaxt qoyunların oğurluq olduğunu bilmiş, lakin buna baxmayaraq oğurluqdan əldə etdikləri pulu böləndə öz payna düşən pulu götürmüş, Əfqan və Tale öz paylarına düşən pulları götürüb Zaqatala rayon Muğanlı kəndinə getmişlər. Sonradan oğurlanmış qoyunların pulunu zərərçəkmiş şəxsə ödəyəndə payına düşən 370 manat pulu zərərçəkmiş şəxsə ödəmək üçün göndərmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Zaqatala rayon Muğanlı kəndinin kənarında kənddən təxminən 1,5 kilometr aralıda ona məxsus ferma vardır. Həmin fermada 176 (yüz yetmiş altı) baş xırdabuynuzlu heyvanlar saxlayır. Həmin heyvanlardan 85 baş xırdabuynuzlu heyvanlar ona, 91 baş xırdabuynuzlu heyvanlar isə qardaşı oğlu Əfqana məxsusdur. Həmin heyvanları həmkəndlisi X24 tək çobanlıq edib otarır. Axşamlar olanda Tərlan fermada heyvanları dəmir torla əhatələnmiş ağıla salıb Muğanlı kəndinə evə qayıdır. Gecə heyvanlara baxan olmur. 12 mart 2023-cü il tarixdə səhər saat təxminən 08:00 radələrində qardaşı oğlu Əfqan gəlib ona demişdir ki, qoyunlardan 8 baş oğurlanmışdır. O, fermaya getmiş və heyvanların oğurlanmasını bilmiş, heyvanlar ona məxsus olan fermada heyvanların salındığı ağıldan gecə saatlarında naməlum şəxslər tərəfindən oğurlanmışdır. Lakin dəmir tor (setka) və ağılın qapısı sındırılmamışdır. Heyvanları bir-bir sayıb baxanda məlum olmuşdur ki, yeddi baş dişi qoyunlar, bir baş isə iki illik erkək qoyun oğurlanmışdır. Oğurlanmış 7 baş dişi qoyunlar ona məxsusdur. Bir baş erkək qoyun isə qardaşı oğlu Zərərçəkmiş şəxs2 məxsusdur. Oğurlanmış 7 baş qoyunlar təxminən 3-4 illik, hər birinin diri çəkisi 40-50 kiloqramlıq dişi qoyunlar olmuş. Onlardan bir baş 10 gün əvvəl doğub balası ölmüş, qalan 6 baş qoyunlar isə qısır dişi qoyunlar olmuşdur. Həmin qoyunların hər birinin qiyməti 200 (iki yüz) manat olmuş, ümukmilikdə ona 1400 (min dörd yüz) manat maddi ziyən dəymişdir. Qardaşı oğlu Əfqana məxsus bir baş erkək qoyun iki illik erkək qoyun olmaqla diri çəkisi təxminən 60 kq olmuş, həmin bir baş erkək qoyunun qiyməti təxminən 350 (üç yüz əlli) manat olmuşdur. Oğurluq nəticəsində qardaşı oğlu Əfqana 350 (üç yüz əlli) manat maddi ziyən dəymişdir. Bundan sonra onlar bir müddət qoyunları axtarmışlar lakin tapa bilmədiklərinə görə sonradan polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zaqatala rayon Muğanlı kəndinin kənarında kənddən təxminən 1,5 kilometr aralıda əmisi İlqara məxsus ferma vardır. Həmin fermada əmisi İlqar və o, 176 (yüz yetmiş altı) baş xırdabuynuzlu heyvanlar saxlayırlar. Həmin heyvanlardan 85 baş xırdabuynuzlu heyvanlar İlqara, 91 baş xırdabuynuzlu heyvanlar isə ona məxsusdur. Həmin heyvanları həmkəndlisi X24 tək çobanlıq edib otarır. Axşamlar olanda Tərlan fermada heyvanları dəmir torla əhatələnmiş ağıla salıb Muğanlı kəndinə evə qayıdır. Gecə heyvanlara baxan olmur. 12 mart 2023-cü il tarixdə səhər saat təxminən 07:00 radələrində fermaya getmişdir ki, quzuları ana qoyunların yanına buraxıb sonra ayırmağa çobanlıq edən Tərlana kömək etsin. Qoyunları sayanda 8 baş qoyunlar, onlardan 7 baş əmisi İlqara məxsus dişi qoyunlar və ona məxsus bir baş iki illik erkək qoyun oğurlandığını görmüş, qoyunları çobanlıq edən Tərlana tapşırıb əmisigilə gedib qoyunlardan 8 baş oğurlandığını demiş, İlqarla birlikdə fermaya getmiş, əmisi heyvanların oğurlanmasını bilmiş, heyvanlar əmisinə məxsus olan fermada heyvanların salındığı ağıldan gecə saatlarında naməlum şəxslər tərəfindən oğurlanmışdır. Lakin heyvanların salındığı dəmir tor (setka) və ağılın qapısı sındırılmamışdır. Sonra əmisi də heyvanları bir-bir sayıb baxanda məlum olmuşdur ki, yeddi baş dişi qoyunlar, bir baş isə iki illik erkək qoyun oğurlanmışdır. Oğurlanmış 7 baş qoyunlar təxminən 3-4 illik, hər birinin diri çəkisi 40-50 kiloqramlıq dişi qoyunlar olmuş. Onlardan bir baş 10 gün əvvəl doğub balası ölmüş, qalan 6 baş qoyunlar isə qısır dişi qoyunlar olmuş, həmin qoyunların hər birinin qiyməti 200 (iki yüz) manat olmuşdur. Ümukmilikdə əmisi İlqara 1400 (min dörd yüz) manat maddi ziyən dəymişdir. Ona məxsus bir baş erkək qoyun iki illik erkək qoyun olmaqla diri çəkisi təxminən 60 kq olmuş, həmin bir baş erkək qoyunun qiyməti təxminən 350 (üç yüz əlli) manat olmuş, oğurluq nəticəsində ona 350 (üç yüz əlli) manat maddi ziyən dəymişdir. Bundan sonra onlar hevvanları bir müddət axtarmışlar ki, bəlkə qoyunları tapsınlar, lakin tapa bilmədiklərinə görə sonradan əmisi İlqar polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, Zaqatala rayon Muğanlı kəndinin kənarında kənddən təxminən 1,5 kilometr aralıda İlqara məxsus fermada işləyir. Həmin fermada 176 (yüz yetmiş altı) baş xırdabuynuzlu heyvanlar saxlayırlar. Həmin heyvanlardan bir hissəsi İlqara, bir hissəsi ilə İlqarın qardaşı oğlu Əfqana məxsusdur. İlqara və Əfqana məxsus ayrı-ayrılıqda neçə baş xırdabuynuzlu heyvanlar olduğunu dəqiq bilmir. Təxminən 15-16 ildir İlqarın fermasında pulu ilə tək çobanlıq edir. Fermada ondan başqa çobanlıq edən yoxdur. Ayda 240 (iki yüz qırx) manat maaş alır. 240 manat pulun yarısını, yəni 120 manatını İlqar, yarısını, yəni 120 manatını isə Əfqan hər ayın sonunda verirlər. 11 mart 2023-cü il tarixdə hər gün olduğu kimi axşam saat 19:00 radələrində xırdabuynuzlu heyvanları fermada saxlanıldığı ağıla salmış, qapısını iplə bağlamış, heyvanlar fermada kənarları dəmir torla əhatələnmiş navesdə saxlanılır. Sonra Muğanlı kəndinə evinə qayıtmışdır. Gecələr olanda heyvanların yanında heç kim qalmır və gözətçisi olmur. 12 mart 2023-cü il tarixdə səhər saat 07:30 radələrində fermaya getmiş, ondan bir az əvvəl Əfqan getmiş, Əfqan hər səhər gəlib quzuları ana qoyunların yanına buraxmağa və sonra ayırmaqda ona köməklik edib qayıdır. Əfqanla birlikdə fermada olanda at arabasının izini görmüş və şübhələnmiş, sonra Əfqanla birlikdə heyvanları sayanda görmüşlər ki, yeddi baş dişi qoyunlar və bir baş iki illik erkək qoyun olmaqla cəmi səkkiz baş qoyunlar oğurlanmışdır. Əfqan bu barədə əmisi İlqara zəng etmiş, lakin İlqara zəng çatmamış, Əfqan kəndə gedib İlqara demişdir. İlqar gəlmiş və qoyunları o da saymış, həqtqətən 8 baş olmaqla, bir baş erkək və yeddi baş dişi qoyunlar olmadığı, oğurlandığını bilmişlər. Bundan sonra bir müddət axtarmışlar ki, bəlkə qoyunları tapsınlar, lakin tapa bilmədiklərinə görə sonradan İlqar polis şöbəsinə gedib ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, dəqiq tarixi yadında olmayan vaxtı 2023-cü ilin mart ayında Təqsirləndirilən şəxs1 yaşadığı evə tək gəlmiş və ondan at arabasını istəmiş, meşədən özünə odun gətirəcəyini demiş, o, etiraz etməmiş, özünə məxsus at arabasını qoşub Əfqana vermiş, Əfqan at arabası ilə çıxıb getmiş, həmin günün səhərisi günü dəqiq tarixi yadında olmayan vaxtı Əfqan at arabasını gətirb ona qaytarmış, təxminən bir neçə gündən sonra eşitmişdir ki, Əfqan həmkəndlsi Taleh adlı şəxslə ona məxsus at arabası ilə Zərərçəkmiş şəxs1 fermasından 8 baş qoyun oğurlamışlar. Lakin hara apardıqlarını kimə satdıqlarını bilmir, bu barədə heç bir məlumatı olmamışdır. Əfqan bundan əvvəl də çırpıya getmək üçün ondan dəfələrlə at arabası almış, Tale isə ondan at arabası almamışdır. Təqsirləndirilən şəxs2h Məcnun oğlu və Təqsirləndirilən şəxs1 ona məxsus at arabası ilə oğurluq etdiyini əvvəlcədən bilməmiş, bu barədə onlarla əvvəlcədən aralarında heç bir razılıq olmamışdır. İş materiallarına əlavə edilmiş 24 mart 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraatına qəbul edilmişdir. Cinayət işinin başlanmasına səbəb Zaqatala rayonu Muğanlı kənd sakini Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə Zaqatala rayon polis şöbəsinə etdiyi müraciət, əsas isə həmin müraciətlə bağlı toplanmış HK-1/309 nömrəli material olmuşdur. İş materiallarına əlavə edilmiş 24 mart 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş foto cədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 8 baş xırdabuynuzlu heyvanların oğurlandığı hadisə yeri Zaqatala rayonu Muğanlı kəndinin kənarında kənddən təxminən 1,5 km aralıda Zərərçəkmiş şəxs1 məxsus fermada baş vermişdir. Ferma binası torpaq kərpicdən tikilmişdir, dam örtüyü şiferdəndir, qarşı tərəfində ferma binasına bitişik kənarları yerə basdırılmış taxta parçaları və dəmir torla əhatələnmiş açıq arxac vardır, ferma binasının qapısı yoxdur. Zərərçəkmiş şəxs1 billirdi ki, qışda xırdabuynuzlu heyvanları fermaya salırlır. Yazda isə axşam olanda qoyunları və quzuları ferma binasının qarşısında olan dəmir torla əhatələnmiş açıq arxaca salırlar, arxacın qapısına isə şifer söykəyib bağlayırlır, şiferin yuxarı hissəsi isə taxtadandır, Zərərçəkmiş şəxs1 bildirdi ki, 8 (səkkiz) baş xırdabuynuzlu heyvanlar həmin açıq arxacdan xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə oğurlanmış, oğurluq olanda arxacın şiferdən olan qapısı sındırılmamışdır. Oğurlanmış 8 baş qoyunlardan 7 (yeddi ) baş qoyunlar ona məxsus olmuş, 1 (bir) baş erkək qoyun isə qardaşı oğlu Zərərçəkmiş şəxs2 məxsus olmuşdur. Baxış keçirilərkən xırdabuynuzlu heyvanların oğurlandığı arxacın qapısında və dəmir torda sındırılma, zədələnmə əlamətləri aşkar edilməmişdir. Baxış zamanı sübut əhəmiyyətinə malik ola biləcək əşya götürülməmişdir. Baxış zamanı fotoşəkil çəkilmiş, protokol oxunmuş, iştirakçılar tərəfindən əlavə, düzəliş, qeyd daxil olmamış, düzgün yazılmışdır, doğruluğu imzalarla təsdiq olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş 24 mart 2023-cü il tarixli “zərərçəkmiş şəxs kimi tanınma haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış və qərar ona elan olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş 24 mart 2023-cü il tarixli “zərərçəkmiş şəxs kimi tanınma haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış və qərar ona elan olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Muğanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli 115 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs1 həqiqətən Zaqatala rayonunun Muğanlı kənd sakinidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş 11 aprel 2023-cü il tarixli “məcburi gətimə haqqında” qərardan görünür ki, xx xxxxxx 1988-ci ildə Zaqatala rayonu Muğanlı kəndində anadan olmuş, Zaqatala rayonu Muğanlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 Zaqatala rayon polis şöbəsinin İstintaq bölməsinə məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş 17 aprel 2023-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməlin Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş 17 aprel 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə qərarın surəti təqdim edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş 17 aprel 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs- xx xxxxxx 1988-ci ildə Zaqatala rayonu, Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, subay, Zaqatala rayonu Muğanlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş 17 aprel 2023-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması barədə” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs1 müəyyən edilib tutularaq istintaqa təqdim edilənədək dayandırılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Zaqatala Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il işlah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmiş, X7 məhkumluğu olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Əhmədov X26 RPŞ-də Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatına xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmiş, Təqsirləndirilən şəxs2 məhkumluğu olmadığı müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Tərtət Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128, 331.2, 62 331.3, 62, 66.3-cü maddələri ilə təqsirli bilinərək 800 manat cərimə cəzasına məhkum edilmişdir, Təqsirləndirilən şəxs3 məhkumluğu olmadığı müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş xx.xx.2023cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Binəqədi rayon ərazisində tutularaq xx.xx.2023-cü il trixində saat 16:30 radələrində Zaqatala RPŞ-yə gətirilmiş və MSY-yə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş 24 iyun 2023-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və icraata qəbul edilərək istintaqının davam etdirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş 24 iyun 2023-cü il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs- xx xxxxxx 1988ci ildə Zaqatala rayon Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olamyan, subay, Zaqatala rayon Muğanlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş 24 iyun 2023-cü il tarixli “barəsində qətimkan tədbiri seçilmiş şəxsin MSY-dən tutulmadan azad edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs- xx xxxxxx 1988-ci ildə Zaqatala rayon Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olamyan, subay, Zaqatala rayon Muğanlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs1 Zaqatala RPŞ-nin MSY-dən tutulmadan azad edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Muğanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 iyun 2023-cü il tarixli 5-82-31/2-267/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi özü, arvadı və iki oğlundan ibarətdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Muğanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 iyun 2023-cü il tarixli 5-82-31-2-268/2023 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 həqiqətən Zaqatala rayonun Muğanlı kənd sakinidir və Muğanlı kəndində qeydiyyatdadır. Muğanı kənd sakini, ümumi təhsilli Təqsirləndirilən şəxs1 xx.xx.1988-ci ildə Zaqatala rayonun Muğanlı kəndində anadan olmuşdur. Hal-hazırda Zaqatala rayonun Muğanlı kəndində yaşayır və fərdi təsərrüfatla məşğuldur. Ailəlidir, iki uşağı vardır. 2020-ci ilin sentyabr ayında ikinci Qarabağ müharibəsinə getmiş və müharibə veteranıdır. Kənddə yaşadığı dövrdə ictimaiyyət arasında özünü yaxşı aparmış, ictimai işlərdə fəal iştirak etmiş onun barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş AZE seriyalı 11269931 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2013-cü il tarixindən anadan olmuş X12 atası Təqsirləndirilən şəxs1, anası Mehdiyeva Məryəmdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş AZE seriyalı 11269932 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2012-ci il tarixində anadan olmuş X5 atası Təqsirləndirilən şəxs1, anası Mehdiyeva Məryəmdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş AZ-İ seriyalı 817174 nömrəli 04 fevral 2013-cü il tarixində verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə X8 04 fevral 2013-cü il tarixində nikahlarını bağlamışdırlar. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Muğanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 oktyabr 2023-cü il tarixli 5-82-31/2-480/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 övladları Muğanlı kəndində X14 və X25 atası Təqsirləndirilən şəxs1 himayəsində yaşayırlar. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş 02 sentyabr 2022-ci il tarixli, ŞŞMT-00863 nömrəli “mediasiya prosesinə xitam verilməsi barədə” protokoldan görünür ki, mediyasiya prosesində tərəflər, Təqsirləndirilən şəxs1 və X20 uşaqların atanın himayəsində qalması tələbində razılığa gələrək barışıq sazişi bağlamışlar, tərəflər nikahın davam etdirilməsində razılığa gələ bilmədilər, lakin nikahın pozulması məqsədi ilə məhkəməyə müraciət etməyə razılığa gəldilər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş İ-51502 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 “vətən müharibəsi istırakçısı” medalı ilə təltif olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş 68546 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Vətən Müharibəsi X6 üzvüdür. Vəsiqə xx.xx.2021-ci il tarixində verilmişdir və xx.xx.2028-ci il tarixinədək etibarlıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş 05 iyul 2023cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə qərarın surəti təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş 05 iyul 2023cü il tarixli “başqa yerə getməmək haqqında iltizam qətimakan tədbirinin seçilməsinə dair” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam qətimakan tədbiri” seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Muğanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 iyul 2023-cü il tarixli 5-82-31-2-275/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 həqiqətən Zaqatala rayonun Muğanlı kənd sakinidir və Muğanlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Muğanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 iyul 2023-cü il tarixli 5-82-31/2-274/2023 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibi özü və oğlundan ibarətdir. Muğanlı kənd sakini, tam orta təhsilli Təqsirləndirilən şəxs2 xx.xx.1986-cı ildə Zaqatala rayonun Muğanlı kəndində anadan olmuşdur. Hal-hazırda Zaqatala rayonun Muğanlı kəndində yaşayır və fərdi təsərrüfatla məşğuldur. Boşanmışdır, bir övladı vardır. Kənddə yaşadığı dövrdə ictimaiyyət arasında özünü yaxşı aparmış, ictimai işlərdə fəal iştirak etmiş onun barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş AZE seriyalı 11055324 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2009-cu il tarixindən anadan olmuş X29 atası Təqsirləndirilən şəxs2, anası Əhmdova Humaydır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş 05 iyul 2023cü il tarixli “məcburi gətirmə haqqında” qərardan görünür ki, xx.xx.1989-cu ildə Balakən rayon Qazma kəndində anadan olmuş, Balakən rayon Qazma kəndində qeydiyyatda olmaqla yaşayan Əhmədov X10 RPŞ-nin İstintaq bölməsinə məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş 18 iyul 2023cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 32.5, 177.2.1-ci və 32.5, 177.2.3cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə qərarın surəti təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş 18 iyul 2023cü il tarixli “başqa yerə getməmək haqqında iltizam qətimakan tədbirinin seçilməsinə dair” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs – xx xxxxxx 1989-cu ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olamaya, evli, Balakən rayonu Qazma kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam qətimakan tədbiri” seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş 18 iyul 2023cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, X3 Əfrail Süleyman oğlunun üzünə demişdir ki, oğurluq etməmişdən iki gün əvvəl o, Əfrailə demişdir ki, İlqarın fermasndan qoyunlar oğrluayıb at arabası ilə Balakən rayon İtitala kəndinə gətirəcəklər, onları satmaq olarmı, Əfrail ona demişdir ki, «oğurlayıb gətirin mən sizi İtitala kəndində qarşılayıb qoyunları aparıb satacam». Əvvəlcədən oğurlq etməkləri barədə Əfrailə demişlər və bu barədə qabaqcadan aralarında razılıq olmuşdur. 11 mart 2023-cü il tarixdən 12 mart 2023-cü il tarixə keçən gecə Tale ilə birlikdə İlqarın fermasından 8 baş qoyunları oğurlayıb at arabası ilə «baseniya» deyilən yerə kimi getmişlər, ordan Tale qayıtmış və oğlurladığı qoyunları İtitala kəndinə at arabası ilə tək aparmış, İtitala kəndində Əfrail tanımadığı pikap markalı maşınla gəlmiş və oğurladıqları 8 baş qoyanları həmin pikapla aparıb Balakən mal bazarında satmış, pulunu öz aralarında bərabər bölmüşlər hərəsinə 370 manat pul düşmüşdür. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 ifadəsində göstərilənləri qismən təsdiq edərək Əfqan ona əvvəlcədən oğurluq etməkləri barədə məlumat vermədiyini, bu barədə aralarında razılıq olmadığını, xx.xx.2023-cü il tarixdə səhər tezdən Əfqan ona zəng edəndə dostunun qoyunlarını satmağa gətirdiklərini bildirdiyini, Əfqanın qarşına İtitala kəndinə pikpla getdiyini, qoyunları bazarda satandan sonra pulunu böləndə qoyunlar oğurluq olduğunu bildiyini gösiərmişdir. Təqsirləndirilən şəxs3 üzləşdirmə zamanı «Əgər qoyunların sahibi Əfqanın dostu idisə, Əfqan qoyunları tək gətirib sizə təhvil verəndə Əfqanın dostunun, yəni qoyunların sahibinin harada olmasını soruşdunuzmu?” sualına «soruşmadım», «Nəyə görə soruşmadınız?», «Bilmirəm», «Əgər sizin dediyiniz kimidirsə nəyə görə Əfqan sizinlə qohum olduğu halda heç bir təsir və təzyiq olmadan sərbəst şəkildə ifadə verərək oğurluqdan iki gün əvvəl sizinlə oğurluq etmək barədə əvvəlcədən razılaşdığınızı sizin üzünüzə qarşı deyir. Bu barədə nə deyə bilərsiniz?» sualına isə «Bilmirəm» deyərək cavab vermişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş xx.xx.2023cü il tarixli Zaqatala rayonu Muğanlı kənd sakini Zərərçəkmiş şəxs2 tərəfindən ibtidai istintaqda təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğurluq nəticəsində ona vürduqları ziyanı tamamilə ödəmişlər və onunla barışmışdırlar. Onun Təqsirləndirilən şəxs1dan, Təqsirləndirilən şəxs2dan və Təqsirləndirilən şəxs3dan heç bir şikayəti və tələbi yoxdur. Ərizənin nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş xx.xx.2023cü il tarixli Zaqatala rayonu Muğanlı kənd sakini Zərərçəkmiş şəxs1 tərəfindən ibtidai istintaqda təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğurluq nəticəsində ona vürduqları ziyanı tamamilə ödəmişlər və onunla barışmışdırlar. Onun Təqsirləndirilən şəxs1dan, Təqsirləndirilən şəxs2dan və Təqsirləndirilən şəxs3dan heç bir şikayəti və tələbi yoxdur. Ərizənin nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş 850 nömrəli xx.xx.2023-cü il tarixli Balakən RİH Qazma kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş arayışdan görünür ki, X15 həqiqətən Qazma kənd sakinidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş 851 nömrəli xx.xx.2023-cü il tarixli Balakən RİHB-nın Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ailə tərkibi özü, anası, arvadı, iki qızı və bir oğlundan ibarətdir. Azərbaycan Respublikası Balakən rayonunun Qazma kəndində xx.xx.1989-cu ildə anadan olmuş, orta təsilli, X1 qeydiyyatdadır. Ailəlidir. 3 uşağı vardır. Kənddə yaşadığı müddətdə özünü intizamlı aparmış, davranışı ilə yaşıdları arasında hörmət qazanmışdır. Onun barəsində Qazma kənd iznibati ərazi dairəsi üzrə nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş AZ-İ seriyalı 877499 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 və X9 08 noyabr 2013-cü ildə nikahlarını bağlamışdırlar. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş AZE seriyalı 10625142 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2010-cu il tarixindən anadan olmuş X16 atası Təqsirləndirilən şəxs3, anası Mürsəliyeva Gülsarədir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş AZE seriyalı 10624993 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2013-cü il tarixindən anadan olmuş X13 atası Təqsirləndirilən şəxs3, anası Mürsəliyeva Gülsarədir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, xx.xx.2014-cü il tarixindən anadan olmuş X17 atası Təqsirləndirilən şəxs3dir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş Zaqatala rayon Əliabad həftəlik mal bazarının xx.xx.2023-cü il tarixli 17 nömrəli məktubundan görüunür ki, diri çəkisi təxminən 40-50 kq olan 7 baş 3-4 illik dişi qısır qoyunların hər birinin orta bazar qiyməti 12 mart 2023-cü il tarixə 180-200 manat arasında olmaqla ümumilikdə 1260-1400 manat arasında olmuşdur. Diri çəkisi təxminən 60 kq olan 1 baş 2 illik erkək qoyunun orta bazar qiyməti 300-350 manat arasında olmuşdur. Ümumilikdə yuxarıda göstərilmiş 8 baş qoyunların 12 mart 2023-cü il tarixə orta bazar qiyməti 1560 (bir min beş yüz altmış) manat – 1750 (bir min yeddi yüz əlli) manat arasında olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş 25 iyul 2023-cü il tarixli raportdan görünür ki, Zaqatala RPŞ-nin icraatında olan ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 12 mart 2023-cü il tarixdə qaynı Əfqanın və tanışı Taleyin oğurladıqdarı Balakən Rayon İtitala kəndində Balakən mal bazarına apardığı moskviç-pikap markalı avtomobili və sürücüsünü, eyni zamanda Təqsirləndirilən şəxs3 qoyunları satdığı şəxsləri əməliyyat yolu ilə müəyyən olunması istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs3 12 mart 2023-cü il tarixdə qayını Əfqanın və tanışı Taleyin oğurladıqları qoyunları Balakən rayon İtitala kəndində Balakən mal bazarına apardığı moskviç-pikap markalı avtomobili, həmin avtomobilin sürücüsünü və Təqsirləndirilən şəxs3 qoyunları satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş 28 iyul 2023-cü il tarixli “məcburi gətirmə haqqında” qərardan görünür ki, xx xxxxxx 1988-ci ildə Zaqatala rayon Muğanlı kəndində anadan olmuş, Zaqatala rayonu, Muğanlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 Zaqatala RPŞ-nin İstintaq bölməsinə məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş 25 oktyabr 2023-cü il tarixli Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tamamilə ödənmişdir, hazırda onlardan heç bir şikayət və tələbi yoxdur. Üzrlü səbəblərdən yəni, Bakıda işlədiyindən məhkəmə iclaslarında iştirak edə bilmir, yol uzaq olduğundan gedib-gəlməkdə çətinlik çəkir. Ərizəsi nəzərə alınmaqla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yüngül cəza verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş 06 dekabr 2023-cü il tarixli Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tamamilə ödənmişdir, hazırda onlardan heç bir şikayət və tələbi yaoxdur. Ərizəsi nəzərə alınmaqla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yüngül cəza verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş 14 dekabr 2023-cü il tarixli 3-13-118/2-24487/2023 nömrəli Azərbaycan Respublikası DİN Zaqatala Rayon Polis Şöbəsi tərəfində verilmiş məktubdan görünür ki, Zaqatala RPŞ-nin MSY-də saxlanılan şəxslərin uçotu kitabına baxış keçirilərkən müəyyən olunmuşdur ki, Zaqatala RPŞ-nin istintaq bölməsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə axtarışda olan Təqsirləndirilən şəxs1 keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə Bakı şəhəri,Binəqədi rayonu ərazisində tutularaq 16:30 radələrində Zaqatala RPŞyə gətirilmiş və MYS-nə yerləşdirilmişdir. Təqsirləndirilən şəxs1 barəsində “polis nəzarəti altına vermə qətimkan tədbiri seçilərək xx.xx.2023-cü il tarixdə saat 17:15-də MTS-dən azad edilmişdir. Odur ki, cinayət işində təqsirləndirilən şəxsin tutulması haqqında protokolda Təqsirləndirilən şəxs1 ğlunun tutulmasının xx.xx.2023-cü il tarixə yazılmasının təxniki səhv olmasının nəzərə alınması xahiş edilmişdir. Həmçinin bildirilmişdir ki, həmin cinayət işi üzrə digər təqsirləndirilən şəxs Əhmədov X26 RPŞ-də şübhəli şəxs qismində tutulmamış, MSY-nə yerləşdirilməmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etiraf edici, Təqsirləndirilən şəxs3 isə qismən etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs3 ona verilmiş ittihamda özünü qismən təqsirli bilərək, pulu almaqda tamahkarlıq etməsi, tamahın onu pulu götürməkdən imtina etməyə qoymaması barədə ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etiraf edici ifadələrin, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs3 tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, Təqsirləndirilən şəxs3 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs3 ifadəsi əssazsızdır və özünümüdafiə xarekteri daşımışdır. Cəzadan azad olma məqsədi güdmüşdür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1 və 177.2.3cü maddələri ilə, Təqsirləndirilən şəxs3 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 32.5, 177.2.1 və 32.5, 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CMin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı təqsirləndirilən şəxslərin Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-in 32.5, 177.2.1 və 32.5, 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi CM-in 177.2.1 və 177.2.3cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məkhəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 cəzanı yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 32,5, 177.2.1 və 32.5, 177.2.3, maddələri, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3 maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməllərdən peşmançılıq hissi keçirməsini (CM-in 59.2-ci maddəsi), himayəsində iki azyaşlı uşağının olmasını, onlara təkbaşına qulluq etməsi (CM-in 59.1.4-cü maddəsi), zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam olaraq ödəyərək onlarla barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12, 59.1.13-cü maddəsi), yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, “vətən müharibəsi iştirakçısı” olmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs1 üzərinə axşam saat 23:00-dan növbəti gün 07:00-dək yaşayış yeri olan Zaqatala rayonu, Muğanlı kəndində yerləşən evini tərk etməmək, Zaqatala rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 22 iyun 2023cü il tarixdən 24 iyun 2023-cü il tarixədək 2 gün həbsdə saxlanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət təqsirləndirilən şəxsə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi əməllərdən peşmançılıq hissi keçirməsini 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, ona təkbaşına qulluq etməsini, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, təqsirləndirilən şəxsin əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs2 üzrərinə axşam saat 23:00-dan növbəti gün 07:00-dək yaşayış yeri olan Zaqatala rayonu, Muğanlı kəndində yerləşən evini tərk etməmək, Zaqatala rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs3 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi CM-in 32.5,177.2.1 və 32.5, 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs3 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs3 üzərinə axşam saat 23:00-dan növbəti gün 07:00dək yaşayış yeri olan Balakən rayonu, Qazma kəndində yerləşən evini tərk etməmək, Balakən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 22 iyun 2023-cü il tarixdən 24 iyun 2023-cü il tarixədək həbsdə saxlandığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş cəzanı yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzrinə axşam saat 23:00-dan növbəti gün 07:00-dək yaşayış yeri olan Zaqatala rayonu, Muğanlı kəndində yerləşən evini tərk etməmək, Zaqatala rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş cəzanı yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 23:00-dan növbəti gün 07:00-dək yaşayış yeri olan Zaqatala rayonu, Muğanlı kəndində yerləşən evini tərk etməmək, Zaqatala rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 177.2.1 və 32.5, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş cəzanı yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzrinə axşam saat 23:00-dan növbəti gün 07:00-dək yaşayış yeri olan Balakən rayonu, Qazma kəndində yerləşən evini tərk etməmək, Balakən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar