Məhkəmə qərarları › İş №1(033)-5/2025

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-5/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-5/2025 15.01.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1990-cı ildə Ağsu rayon Pirhəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağsu rayon Pirhəsənli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 15 yanvar 2025-ci il tarixdə, saat 15:30-da Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs ilə telefonla danışarkən sonuncunun oğlu Şahid2 işsiz olması barədə məlumatı əldə etdikdən sonra Zərərçəkmiş şəxs məxsus əmlakı tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə 2021-ci ilin sentyabr ayının əvvəllərində istifadə etdiyi ***-***-**-** nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrəsinə zəng edib sonuncunun oğlu Şahid2 Fövqəladə Hallar Nazirliyinə yanğınsöndürən kimi işə düzəldə biləcəyini, 700 manat maaş alacağı barədə yalan vəd verib bu adla aldatmaqla, yəni zərərçəkmiş şəxsin xeyrinə faktiki olaraq hər hansı iş görmədiyi və ümumiyyətlə reallıqda belə bir niyyəti də olmadığı halda 2021-ci ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs yaşadığı Zaqatala rayon Gözbarax kəndindəki evdə 3000 manat, daha sonra Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə Zaqatala şəhər X26 küçəsindəki 3 ünvanındakı «Bazarstore» mağazasında olan «eManat» ödəmə terminalı vasitəsilə 400 manat, xx.xx.2021-ci il tarixdə Zaqatala şəhər X26 küçəsindəki 3 ünvanındakı «Bazarstore» mağazasında olan «eManat» ödəmə terminalı vasitəsilə 80 manat, xx.xx.2021-ci il tarixdə Zaqatala şəhər X26 küçəsindəki 3 ünvanındakı «Bazarstore» mağazasında olan «e- Manat» ödəmə terminalı vasitəsilə 100 manat, xx.xx.2021-ci il tarixdə Zaqatala şəhər X26 küçəsindəki 3 ünvanındakı «Bazarstore» mağazasında olan «eManat» ödəmə terminalı vasitəsilə 30 manat, xx.xx.2021-ci il tarixdə Zaqatala şəhər X26 küçəsindəki 3 ünvanındakı «Bazarstore» mağazasında olan «eManat» ödəmə terminalı vasitəsilə 300 manat, xx.xx.2021-ci il tarixdə Zaqatala şəhər X26 küçəsindəki 3 ünvanındakı «Bazarstore» mağazasında olan «e-Manat» ödəmə terminalı vasitəsilə 2000 manat bir, 1200 manat bir, 500 manat bir olmaqla cəm 3700 manat, xx.xx.2021-ci il tarixdə Zaqatala şəhər X26 küçəsindəki 3 ünvanındakı «Bazarstore» mağazasında olan «eManat» ödəmə terminalı vasitəsilə 300 manat olmaqla Təqsirləndirilən şəxs adına olan, "xxxx"-a aid 4189 8000 8069 8689 nömrəli hesaba göndərdiyi ümumilikdə 4910 manat məbləğində pulunu, xx.xx.2021-ci il tarixdə Zaqatala şəhər F.Əmirov küçəsindəki «Araz» supermarketdəki olan «MilliÖn» ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs tanışı X10 adına olan 6****4373 nömrəli “Kapital Bank”a aid hesaba 700 manat, xx.xx.2021-ci il tarixdə Zaqatala şəhər S.S. Qurbanov küçəsi 3 ynvandakı «Bazarstore» mağazasında olan «MilliÖn» ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs tanışı Şahid4 adına olan 4****4354 nömrəli “Kapital Bank”a aid hesaba göndərdiyi 290 manat olmaqla ümumilikdə 8900 manat pulu vahid niyyətlə ələ keçirərək qəsdən xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq vaxtı, mart ayının 26-sında müstəntiq İlqar müəllim ona zəng vuraraq 8900 manat yox, 11900 manat borcu olduğu, yəni 8900 manatın bank vasitəsi ilə, 3000 manatın isə əldə aldığını bildirmişdir. Mart ayının 27-si "xxxx"-dan çıxarışları əldə edərək, 2000 manat pulla Mehrab müəllimin qəbuluna getmiş, qəbul zamanı Mehrab müəllim 2000 manat pulu ondan almış, həmin məbləğin 1000 manatının onu zəhmət haqqı olmasını demiş və tərəflər arasında üzləşmə olacağını bildirmişdir. O, ittihamda qeyd edilən zərərin 5900 manatı ilə razılaşır, istintaq zamanı verdiyi 2000 manat pulun həmin ziyandan çıxılaraq 3900 manat məbləğində nəzərə alınmasını xahiş edir. Həmçinin "xxxx"-ın çıxarışlarından da görünür ki, onun borcu 8900 yox, 5900 manat təşkil edir. İstintaqdan iyul ayının 21-də ona zəng edib bank çıxarışlarının gəldiyini bildirmiş və birinci gün Şöbəyə gəlməsini istəmişdirlər. Bank çıxarışlarına baxış zamanı 5900 manat pulun zərərçəkmiş şəxsdən aldığını demişdirlər və ümumilikdə 8900 manat zərər hesablamışdırlar. Lakin 3000 manata dair hər hansı sübutu təqdim etməmişdirlər. Zərərçəkmiş şəxs həmin 3000 manatı ələ verdiyini bildirsə də, bu hər hansı sübutla təsdiq olunmamışdır. Həmçinin ittiham aktı 5900 manat ziyan qeyd edilməklə tərtib edilmiş, o, həmin aktı oxumaqla imza etmişdir. Lakin onun 1000 manatı Mehrab müəllimdən istəməsinə dair izahatından sonra müstəntiq İlqar müəllim səhər-səhər onu çağıraraq prokurorun yanına gedəcəyini bildirmiş, Kəmalə xanımla onu prokurorun qəbuluna aparmışdırlar. Qəbuldan sonra ittiham aktının 5900 manat yazılmış vərəqi cırılmış, eynidən 8900 manat ziyan yazmışdırlar. O, faktlara əsasən sübut olunan 5900 manat pulun kartına köçürüldüyünü qəbul edir və həmin borcun da 2000 manatı istintaq zamanı qaytarmışdır. Qeyd edilən pulları isə kimisə işə düzəltmək məqsədi ilə qətiyən almamışdır, əksinə “Sehirli Dad” kolbasa şirkətində işlədiyi zaman həmin şirkətdə müəyyən kompaniyalar olmuş, 2-3 manata kolbasaları alımış, daha sonra isə mağazalara 11 manata vermişdir. Kəmalə xanımla da xətir-hörməti olduğundan onala da əldə etidiyi qazancı bölüşmək istəmişdir. Həmin pulu da kolbasa zavoduna verərək, əvəzində mal almışdır, lakin mal mağazalardaşox satılmamış, geri qaytarılmışdır. Nəticə pulu geri qaytara bilməmişdir. Odur ki, həmin pulu kimisə iş düzəltmək adı ilə almasını qətiyən qəbul etmir. Bildirir ki, 5900 manatı qəbzlə almış, lakin 3000 manat zərərçəkmiş əlyazma ilə yazılmşıdır. Müstəntiq İlqar müəllim bank çıxarışlarını əldə edərək, 3000 manat pulun göndərilmədiyi bildirmişdir. Vurulmuş zərərdən ödənilmiş 2000 manatın, himayəsində iki azyaşlı uşağın olmasının nəzərə alnmasını məhkmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun oğlunu Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək üçün ondan ümumilikdə 10 000 manat məbləğində pul istəmişdir. O, həmin məbləğdən 3000 manatını nəğd, 5900 manatını isə bank vasitəsi ilə göndərmişdir, qalan məbləği ödəyə bilməmişdir. O, dəfərlərlə yoldaşının xəstəliyi ilə bağlı Təqsirləndirilən şəxs aldığı pulu geri qaytarılmasını istəsə də, təqsirləndirilən şəxs tərəfindən hər hansı ödəniş edilməmişdir. Yoldaşı isə müalicəyə pulları olmadığı üçün vəfat etmişdir. Pulun verilməsini təsdiq edən bank sənədləri iş materiallarına əlavə edilmişdir. İttiham aktında qeyd edilən zərərin ona qaytarılmasını xahiş edir. Həmin pulu bankdan borc alaraq ona vermişdir. Onların maddi durumları çox ağırdı, o, əməliyyat olmuşdur, övladı işləmir, yoldaşı vafat etmişdir, təkdir və artıq 3 ildir ki, bu işin arxasınca gedir. Məhkəmədən işin yekunlaşdırılmasını, ödədiyi pulun geri qaytarılmasını xahiş edir. Bildirir ki, bir qəbzin üzərində 3000 manat əvəzinə, 300 yazılmışdır. Həmin pulları isə oğlunun işə düzəltməsi üçün təqsirləndirilən şəxs vermişdir. O, pulun tam şəkildə ödənilməsini, əks təqdirdə təqsirləndirilən şəxsin tutulmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır, belə ki, anası “Gilan Holding”də aşpaz işləyən zaman Elvində orda işləmiş, evlərinə gəlib-getmişdir. Bu hadisədə anası ona pulu vermiş, o isə aparat vasitəsilə ödənişdləri etmişdir. Pulu hissə-hissə göndərmişdirlər, sonda hesablandıqda isə 8900 manat göndərildiyi məlum olmuşdur. Hadisə ilə bağlı bildirir ki, bir gün anası ona zəng edərək qardaşını işə düzəltmək üçün ona pul verə bilib-bilməyəcəyini soruşmuş, anası borc xərc edib pul tapacağını və qardaşını Fövqəladaya işə düzəltmək üçün Elvinə verəcəyini bildirmişdir. O, anasına köməklik etmək üçün başqa tanıdıqları adamdan köməklik istəmişdir. Lakin bu barədə yoldaşına heç bir məlumat verməmişdir. Bütün bunların nəticəsində yoldaşı boşanmaq üçün məhkəməyə ərizə vermişdir, 3 ay uşaqlar ataların görməmişdir, təqsirləndirilən şəxsə görə ailəsi dağılmaq həddinə gəlmişdir. Bildirir ki, təqsirləndirilən şəxs onlarda olmuş, evlərində qalmışdır. Bu səbəbdən ona güvənib, qardaşını işə düzəltməsi üçün ona pul vermişdirlər. Onlar Elvinə üç il borcunu hissə-hissə ödəməsi üçün vaxt vermişdirlər, atası ona görə ciyərindən əməliyyat olunmuşdur. Hər səfərində pulu vermək adı ilə onları aldatmışdır. Ağsuya getdikdə isə, təqsirləndirilənin qardaşı onu təhqir etmişdir. Həmçinin istintaqa təqdim edilmiş çekdə rəqəmlər silinmiş, üzərinə 3000 manat qeyd edilmişdir. Həmin 3000 manatın təsdiq edilməsi üçün tərəflərindən bankdan çıxarış alınmışdır. Tutuşdurularsa, təsdiq olunacaqdır. Həmin 3000 manatı yoldaşı ilə birgə bankdan götürüb, elə birbaşa bank vasitəsilə anasının verdiyi hesaba göndərilmişdir. Təqsirləndirilən şəxs isə prokuroru, polisi şərləyərək, guya ondan pul aldıqlarını deyir, hər kəsi yanlış çıxarıb, özünü haqlı göstərir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, nəğd olaraq verilən 3000 manatı anası onun yanında vermişdir. Qeyd edir ki, zərərin tam şəkildə ödənilməsini, əks təqdirdə təqsirləndirilən şəxsin tutulmasını xahiş edir. İstintaq dövrü təqsirləndirilən şəxs anasına 1000 manat pul vermişdir. Zərər ödənilmədiyindən atasının müalicəsi mümkün olmamış, təqsirləndirilən şəxsə görə atası vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi rayonda baş vermiş zərzələ nəticəsində tanımışdır, zərərçəkmiş şəxs isə anasıdır. Bildirir ki, təqsirləndirilən şəxs zərzələdən sonra şirkətdə işləyən zaman onlarda qalmışdır. Bir gün təqsirləndirilən şəxs zəng vuraraq ondan işləyib-işləməməsi soruşmuş, o isə işləmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə X9 iş olduğunu, maaşının 700 manat olduğunu, kirə xərcinin isə Nazirlik tərəfindən qarşılandığını bildirmiş, qardaşının onu işə düzəldəcəyini demiş, o isə razılaşmışdır. Daha sonra anası danışmışdır, o işdən gəldikdə isə anası onun işi üçün Elvinin 10000 manat pul istədiyini bildirmişdir. Elvinə pul verilərkən anasının yanında olmamış, ümumilikdə Elvinə 8900 manat miqdarında pul verilmişdir. Təqsirləndirilən şəxs 1-2 aya işə düzəldəcəyini bildirmiş, lakin düzəltməmişdir. O özü isə təqsirləndirilən şəxsdən pul tələb etməmişdir. Pulu verən anası olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır, həmkənlisidir. Lakin zərərçəkmiş şəxsi tanımır. Bildirir ki, Təqsirləndirilən şəxs tanıyır, bir kənddən olmuşdurlar, həmçinin ikisi də Xirdalanda yaşayır. Bəzən görüşüb çay içmişdirlər. Üç il bundan əvvəl görüşdükləri zaman Elvin ondan kartını istəmiş, ona gələsi pul olduğunu bildirmiş, pulu kartdan çıxardıqdan sonra geri qaytaracağını demişdir. O da kartı Elvinə vermişdir. Elvin pulu çıxardıqdan sonra kartı geri qaytarmışdır. Onun ümumiyyətlə məslədən xəbəri olmamışdır. 2024-cü ilin aprel ayında Zaqatala Rayon Polis Şöbəsinə onu çağırdıqlarında ona aydın olmuşdur ki, onun kartına 290 manat pul göndərilmişdir. O, isə izahatında həmin puldan xəbərdar olmadığını bildirmiş, zərərçəkmiş şəxsi də tanımadığını qeyd etmişdir. Məhkəmə iclasında istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 elan edilmiş ifadəsindən görünür ki, yuxarıda göstərilən ünvanda valideynləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs xalasıdır, Zaqatala rayon Gözbarax kəndində yaşayır. X14 xalası Kəmalənin oğludur. Ağsu rayon sakini Təqsirləndirilən şəxs tanımır, qohum deyildir, ədavəti yoxdur. Dəqiq tarixi yadında olmayan vaxtı 2022-ci ilin sonlarında xalası Kəmalə ona demişdir ki, qızı Nərgizlə birlikdə Bakı şəhərinə gedirlər, o da onlarla birlikdə getsin, alası pulu var, həmin pulu Bakıdan alıb qayıdacaqlar. Kəmalə ona demişdir ki, Elvin adında şəxs onun oğlu Vidadini işə düzəltmək adı ilə pul alıb lakin aldadıb işə düzəltməyib. Tanımadığı taksi ilə birlikdə Bakı şəhərinə getmişdirlər. Ağsu rayonuna çatanda Kəmaləyə zəng gəlmişdir ki, pul yoxdu gəlmə. Kəmaləyə kim zəng etdiyini bilməmişdir, Kəmalə ilə danışırdı. Kəmalə dedi ki, pul verəsi adamdır, deyir ki, gəlmə pul yoxdur. Səhv etmirsə, adını Elvin dedi. Xalası dedi ki, gedək Ağsu rayonunda evinə anasına, qardaşına desinlər, onun pulunu qaytarsın. Dəqiq ünvanını bilmir, ünvanı xalası Kəmalə tapmışdır. Qapını döymüş, lakin açan olmamışdır. Sonra həmin adamın qardaşı Ziya Kəmaləyə zəng edib demişdir ki, gözləyin gəlir. Sonra Ziya evlərinin yanını deyil, başqa ünvanı demiş həmin yerdə Ziya ilə xalası Kəmalə görüşmüşdür. Elvin yox idi. Ziya Kəmaləyə dedi ki, narahat olma pulunuzu verəcək. Xalasının qızı Nərgiz və xalası Kəmalə Ziyadan qardaşı Elvin onlardan aldığı pulu istəyəndə aralarında mübahisə olmuşdur, Ziya Nərgizin ünvanına söyüş söymüşdür. Sonra söhbət zamanı Ziya qardaşının Kəmalədən aldığı pulu qataracağını bildirmişdir. O taksidə oturmuş, maşından yerə düşməmişdir. Sonra onlar geri Zaqatalaya qayıtmışdırlar. Bundan sonra nə baş verdiyini bilməmişdir. O xalasından soruşanda demişdir ki, Elvin xalasının oğlu Vidadini işə düzəltmək adı ilə pul almışdır, lakin dəqiq neçə manat pul aldığını bilmir. Demişdir ki, Elvinin deməsinə görə Vidadi ayda 700 manat maaş alacaqdır. Lakin aldadıb pullarını ələ keçirmişdir. Elvin Vidadini hansı işə düzəldəcəyini bilmir. Məhkəmə iclasında istintaq dövründə şahid qismində dindirilmiş X3 elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs doğma qardaşıdır. Elvin hal hazırda heç bir yerdə iləmir, Abşeron rayon Xırdalan şəhərində AAF park yaşayış kompleksinin yaxınlığında dəqiq ünvanını bilmədiyi evdə yaşayır. Zərərçəkmiş şəxs və Şahid1 əvvəllər tanımamış, qohum deyil, ədavəti yoxdur. Onları qardaşı Elvinlə aralarında pul söhbəti olandan sonra tanımışdır. Belə ki, dəqiq tarixi yadında olmayan vaxtı təxminən 2022-ci ilin yaz aylarında qonşulardan ona zəng edib demişlər ki, kimsə qapınızı döyür, 2-3 nəfər qadınlardır. Qonşular demişlər ki, qadınlar Elvinin onlara borcu olduğunu demişlər. O, zəng edib qardaşı Elvindən dəqiqləşdirmiş, həmin qadınlardan nömrəsi yadında qalmayan şəxsə zəng edib onların qapısını niyə döydüklərini soruşmuş, həmin qadın qardaşının onlara borcu olduğunu demiş, sonra o, həmin şəxslərlə Ağsu rayon avtovağzalda görüşmüş, üç nəfər qadın və həmin qadınlardan birinin qızının əri, Zaqatala polis şöbəsində işləyən şəxs olmuş, o, məsələni dəqiqləşdirdikdən sonra bilmişdir ki, qardaşı Təqsirləndirilən şəxs qazanc əldə etmək məqsədilə Şahid1 anası Zərərçəkmiş şəxs 5000- 6000 manat arası pul vəsaiti almış, lakin aldığı məbləği geri qaytarmamışdır. Bundan sonra o, Nərgizə məsələni qardaşı ilə həll etməsini və onu narahat etməməsini xahiş etmiş, bir daha qapısına gələcəyi halda polisə müraciət edəcəyini bildirmiş, bundan sonra Şahid1 onun mobil telefonuna zəng edərək onu söyməyə və təhqir etməyə başlamışı, bir müddət ona cavab vermədikdən sonra o da Nərgizə söymüş, Nərgizlə canlı danışıqda deyil Votsap sosial şəbəkəsində onun ünvanına söyüş yazdığına görə o da Votsap sosial şəbəkəsində ona söyüş yazmışdır. Bildirmişdir ki, həmin ailəni o, 2022-ci ilə kimi tanımamış, onların övladının FHN-ə işə düzəlməsi barədə heç kimə söz verməmiş, ümumiyyətələ qardaşının onlardan pul almasından xəbərdar olmamışdır. Həmin qadınlar onların qapısına gələndən təxminən bir ay sonra dəqiq tarixi yadında olmayan vaxtı Nərgiz ona özünün istifadə etdiyi lakin yadında qalmayan nömrəsi ilə zəng edib, atası xəstə olduğunu, onlara kömək etməsini demiş, O, «bir kartım var, həmin karta 300 (üç yüz) manat borcum qalıb siz mənə 300 manat pul göndərin mən kartı bağlayım, sonra həmin kartdan pul çıxardıb sənə kömək edim, başqa cür sənə kömək edə bilmərəm» demiş, Nərgiz həmin 300 manat pulu göndrəcəyini desə də sonradan göndərməmiş, bundan xeyli müddət sonra həmin şəxslərlə heç bir danışığı olmamışdır. Zərərçəkmiş şəxs ifadəsində 2021-ci ilin sentyabr ayında qardaşı Təqsirləndirilən şəxs onun Fövqaladə Hallar Nazirliyində vəzifədə çalışdığınızı bildirib Kəmalənin oğlu Şahid2 Fövqaladə Hallar Nazirliyində işə düzəldəcəyini vəd verib aldadaraq 19 sentyabr 2021-ci ildən 25 sentyabr 2021-ci il tarixədək hissə-hissə olmaqla ümumilikdə 7080 manat pulunu ələ keçirib mənimsəməsi barədə bildirmişdir ki, Zərərçəkmiş şəxs dediklərini təsdiq etmir, qardaşı X5 işə düzəltmək adı ilə pul almamış, həmin şəxslər özləri Ağsuya gələndə qardaşı Elvinin onlara borcu olduğunu demiş, işə düzəltmək barədə heç nə deməmişlər. Onlar sonradan onun FHN-nin Ağsu rayon Dövlət Yanğından mühafizə hissəsində işlədiyini bilib, işinin onun zəif yeri olduğunu bilib belə bir iş uydurmuşlar ki, qorxusundan gətirib onların pullarını versinlər. Qardaşı Elvin işə düzəltmək adı ilə həmin şəxslərdən pul almadığını ona demiş, Zərərçəkmiş şəxs və Şahid1 pulu qaytarmağı barədə vəd verməmiş, aralarında belə bir söhbət olmamışdır. Ortancıl qardaşı Asim FHN-nin X27 regional şöbəsində mülki müdafiə üzrə baş zabit vəzifəsində işlədiyini, Asimlə onların arasında nə söhbət olduğunu bilmədiyini bildirmişdir. Məhkəmə iclasında istintaq dövründə şahid qismində dindirilmiş Şahid6 elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs doğma qardaşıdır. Zərərçəkmiş şəxs və Şahid1 əvvəllər tanımamış, qohum deyil, ədavəti yoxdur, onları görməmişdir. Dəqiq tarixi yadında olmayan vaxtı 2022-ci il yaxud 2023-cü ilin payız ayları olanda istifadə etdiyi ***- ***-**-** nömrəsinə Votsap sosial şəbəkəsi vasitəsilə zəng gəlmiş, qadın olmuş, adını desədə xatırlamamış, Zaqataladan olduğunu bildirib Elvindən şikayətlənib qardaşı Elvin pulunu alıb qaytarmadığı demiş, o, Elvinin həmin şəxsdən neçə manat pul aldığını soruşmamış, nə də o deməmiş, ona qulaq asandan sonra «mən sizi başa düşürəm, o pul batası deyil, sizə qaytarılacaq. Mənim həmin pulu qaytarmağa imkanım yoxdur» demiş, sonra həmin qadınla aralarında heç bir danışığı olmamışdır. Qardaşı Elvin həmin qadından neçə manat pul aldığını və hansı adla aldığını bilmir, bu barədə heç bir məlumatı yoxdur. Onlara «pulunuzu qaytaracam» sözünü deməmiş, bu barədə qardaşı Elvinə irad bildirib aldığı pulu tezliklə qaytarıb ödəməsini bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş prokurorunun müavini- Baş prokuror yanında Korrusiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, İİ dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbov tərəfindən qəbul edilmişi 27 yanvar 2024-cü il tarixli “cinayət işinin başlanması barədə” qərardan görünür ki, toplanmış materiallar əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi cinayət işi başlanmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis X6 müstəntiqi, polis polkovnikleytenantı X19 tərəfindən qəbul edilmiş 12 fevral 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 12 fevral 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. İş materiallarına əlavə edilmiş 15 fevral 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” qərardan görünür ki, 16 vərəqədən ibarət qəbzlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus 4189 8000 8069 8689 nömrəli "xxxx"a aid kart hesabına xx.xx.2021-ci il tarixdə Zaqatala şəhər X26 küçəsindəki 3 ünvanındakı «Bazarstore» mağazasında olan «eManat» ödəmə terminalı vasitəsilə 400 manat, xx.xx.2021-ci il tarixdə Zaqatala şəhər X26 küçəsindəki 3 ünvanındakı «Bazarstore» mağazasında olan «eManat» ödəmə terminalı vasitəsilə 80 manat, xx.xx.2021-ci il tarixdə Zaqatala şəhər X26 küçəsindəki 3 ünvanındakı «Bazarstore» mağazasında olan «eManat» ödəmə terminalı vasitəsilə 100 manat, xx.xx.2021-ci il tarixdə Zaqatala şəhər F.Əmirov küçəsindəki «Araz» supermarketdəki olan «MilliÖn» ödəmə terminalı vasitəsilə X10 adına olan 6****4373 nömrəli “Kapital Bank”a aid hesaba 700 manat, xx.xx.2021-ci il tarixdə Zaqatala şəhər X26 küçəsindəki 3 ünvanındakı «Bazarstore» mağazasında olan «eManat» ödəmə terminalı vasitəsilə 2000 manat, xx.xx.2021-ci il tarixdə Zaqatala şəhər X26 küçəsindəki 3 ünvanındakı «Bazarstore» mağazasında olan «eManat» ödəmə terminalı vasitəsilə 1200 manat, xx.xx.2021-ci il tarixdə Zaqatala şəhər X26 küçəsindəki 3 ünvanındakı «Bazarstore» mağazasında olan «eManat» ödəmə terminalı vasitəsilə 300 manat, xx.xx.2021-ci il tarixdə Zaqatala şəhər S.S. Qurbanov küçəsi 3 ynvandakı «Bazarstore» mağazasında olan «MilliÖn» ödəmə terminalı vasitəsilə Şahid4 adına olan 4****4354 nömrəli “Kapital Bank”a aid hesaba 290 manat pul göndərilmişdir. Bir ədəd qəbzdə göndərilən pul oxunmadığına görə əlyazma ilə 3000 manat yazılmışdır. Digər 7 ədəd qəbzlər isə tutuşdurulduqda təkrar surəti çıxarıldığı müəyyən olunmuşdur. Baxış keçirilərkən aydın oxunan qəbzlərə əsasən Zərərçəkmiş şəxs tərfindən ümumilikdə Təqsirləndirilən şəxs 5070 (beş min yetmiş) manat pul göndərilməsi müəyyən olundu. Bir ədəd qəbzdə göndərilən pulu məbləği oxunmadığına görə əlyazma ilə 3000 manat yazılması nəzərə alınmamışdır. İş materiallarına əlavə edilmiş 13 mart 2024-cü il tarixli “təqsirəndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 13 mart 2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, xx.xx.1990-cı ildə Ağsu rayon, Pirhəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağsu rayon Pirhəsənli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş 13 mart 2024-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs müəyyən edilib tutularaq istintaqa təqdim edilənədək dayandırılmışdır. İş materiallarına əlavə edilmiş 27 mart 2024-cü il tarixli “axtarışda olan şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, keçirilmiş əçəliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində xx.xx.2024-cü il tarixdə saat 14:00 radələrində Təqsirləndirilən şəxs Zaqatala RPŞ-yə könüllü gəlmiş və İB təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 27 mart 2024-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və icraatının davam etdirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair” 27 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 27 mart 2024-cü il tarixli “vəsatətin rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixli vəsatəti özünü müdafiə xarakterli və əsassız olduğundan həmin vəsatət təmin edilmədən rədd edilmişdir. İş materiallarına əlavə edilmiş 27 mart 2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dediklərini təsdiq etməmiş, bildirmişdir ki, Kəmalədən pulu oğlu X15 Nazirliyinə qardaşı Ziyanın vasitəsilə işə düzəltmək adı ilə almamış, eyni zamanda Kəmalədən onun evində üç il bunldan əvvəl sentyabr ayında 3000 (üç min) manat pul almamış, kartına göndərməklə 8080 (səkkiz min səksən) manat pul əldə etməmiş, Kəmalənin onun kartına və tanışları Şahid4 və Davud Mahmudovun kartarı ilə birlikdə göndərdiyi 5900 (beş min doqquz yüz) manat pul əldə etmiş, Kəmalədən pulu əldə etdiyi ərəfədə Hell enerji şirkətində Ağsu rayonu üzrə ekspeditel işlədiyini, Hell enerji şirkətində kapmaniya ilə əlaqədar Kəmalədən alver etimək məqsədilə həmin pulları aldığını, pulu alandan sonra Hell enerji içkilərinin qiymətləri bahalaşdığına görə alver edə bilmədiyini, adını bilmədiyi mağazalarda pullar depozit kimi qaldığını, sonradan həmin pulları mağazalardan yığa bilmədiyini və alver edə bilmədiyini, Kəmalədən aldığı pullar batdığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən istintaq orqanına təqdim edilmiş 27 mart 2024-cü il tarixli ərizədən və qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 27 mart 2024-cü il tarixdə ona dəymiş ziyandan 1000 (bir min) manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ağsu RİHB-nın Pirhəsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 aprel 2024-cü il tarixli 5-34-17/2-3-165/2024 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayonu, Pirhəsənli kəndində qeydiyyatdadır və yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ağsu RİHB-nın Pirhəsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 aprel 2024-cü il tarixli 5-34-17/2-3-164/2024 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi özündən, yoldaşından, qızı və oğlundan ibarətdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ağsu RİHB-nın Pirhəsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs orta məktəbi bitirdikdən sonra 2008-2009-cu illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Ağsu rayonu, Pirhəsənli kəndində fərdi təsərrüfatla məşğul olmuşdur. Kənddə yaşadığı dövrdə özünü nümunəvi aparmışdır, kənd gənclərinin və ağsaqqallarının hörmətini qazanmış, rayon tədbirlərində yaxından iştirak etmişdir. Barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Ağsu rayonu, Pirhəsənli kənd ərazi dairəsində qeydə alınmış 18 mart 2014-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X11 arasında nikah xx.xx.2014-cü il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 11836797 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X4 atası Təqsirləndirilən şəxs, anası Atakişiyeva Sevərdir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 11836797 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxs, anası Atakişiyeva Sevərdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən qəbul edilmiş 14 may 2024-cü il tarixli “ibtidai istintaq müddətinin uzadılması haqqında” qərardan görünür ki, Zaqatala Rayon Polis X7 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 (iki) ay, 05 (beş) ayadək, yəni 20 may 2024-cü il tarixdən 20 iyul 2024-cü il tarixədək uzdılmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 22 aprel 2024-cü il tarixli məktubdan, ona əlavə edilmiş 01 (bir) ədəd DVD diskdən və 26 aprel 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 17:15-də, Zaqatala rayon Əlibayramlı kəndində, xx.xx.2021-ci il tarixdə saat 16:48-də Qax rayon Güllük kəndində, xx.xx.2021-cü il tarixdə saat 19:57-də Qax rayon Güllük kəndində yerləşən inzibati ərazidə danışığı olmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 16 may 2024-cü il tarixli RB02/2067 saylı məktubdan, ona əlavə edilmiş hesabdan çıxarışlardan və 22 may 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 4189 8000 8069 8689 nömrəli "xxxx"a aid kart hesabına «Terminaldan hesaba mədaxil_193056» nömrəli hesabdan xx.xx.2021-cü il tarixdə 400 manat, xx.xx.2021-cü il tarixdə 80 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 30 manat, xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 2000 manat, xx.xx.2021-ci il tarixdə 1200 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 300 manat pul göndərilmməklə 4910 (dörd miş doqquz yüz on) manat pul göndərilmişdir. Rabitəbank ASC tərəfindən göndərilmiş çıxarışa baxış zamanı "xxxx"a məxsus 4189 8000 8069 8689 saylı hesab sahibinin Təqsirləndirilən şəxs məxsus olması müəyyən edilmişdir. Müştəri məlumatları hissəsi çıxarışın birinci vərəqində göstərilmişdir. İş materiallarına əlavə edilmiş 08 iyul 2024-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, xx.xx.1990-cı ildə Ağsu rayon, Pirhəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağsu rayonu, Pirhəsənli kəndində qeydiyytda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış edlan edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 08 iyul 2024-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs müəyyən edilib tutularaq istintaqa təqdim edilənədək dayandırılmışdır. İş materiallarına əlavə edilmiş 22 iyul 2024-cü il tarixli “axtarışda olan şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs qismində axtarışda olan Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdə saat 09:30-da Zaqatala RPŞ-yə könüllü gəlmişdir. İş materiallarına əlavə edilmiş 22 iyul 2024-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və icraatının davam etdirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 22 iyul 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 4189 8000 8069 8689 nömrəli "xxxx"a aid kart vasitəsilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aparılmış aşkarlanan əməliyyatların hesabdan "xxxx" tərəfindən RB02/2067 nömrəli xx.xx.2024-cü il tarixli məktuba əlavə 4 (dörd ) vərəqədən ibarət çıxarışa baxış keçirilməsi barədə protokoldan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs məxsus 4189 8000 8069 8689 nömrəli "xxxx"a aid kart hesabına «Terminaldan hesaba mədaxil_193056» nömrəli hesabdan xx.xx.2021-cü il tarixdə 400 manat, xx.xx.2021-cü il tarixdə 80 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 30 manat, xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 2000 manat, xx.xx.2021-ci il tarixdə 1200 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 300 manat pul göndərilmməklə 4910 (dörd miş doqquz yüz on) manat pul göndərilmişdir. Təqsirləndirilən şəxs bildirdi ki, Zərərçəkmiş şəxs tərəfindən ona aid kart hesabına çıxarışdakı təyinatda yalnız «Terminaldan hesaba mədaxil_193056» nömrəli hesabdan daxil olmuşdur. Digər daxilolmalar kartına başqa hesablardan daxil olan məbləğlərdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs bir dəfə dəqiq tarixi yadında olmayan vaxtı həmkəndlisi Şahid4 kart hesabına 290 (iki yüz doxsan) manat, bir dəfə də dəqiq tarixi yadında olmayan vaxtı tanışı X1 hesabına 700 (yeddi yüz) manat pul göndərmiş, həmin məbləği özü tanışlarının kartalarından çıxardaraq əldə etmişdir. Təqsirləndirilən şəxs daha sonra bildirdi ki, ümumilikdə Zərərçəkmiş şəxs kart vasitəsilə 5900 (beş min doqquz yüz) manat pul göndərmişdir. İş materiallarına əlavə edilmiş 22 iyul 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 2021-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" nömrəsinin ”Azercell Telekom” MMC-dən məhkəmə qərarı əsasında əldə edilən aparılan danışıqların, daxil olan və çıxan zənglərin, daxil olan və çıxan sms mətnlərin, anten məlumatlarına baxış keçirilmiş. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 17:15-də, Zaqatala rayon Əlibayramlı kəndində, xx.xx.2021-ci il tarixdə saat 16:48-də Qax rayon Güllük kəndində, xx.xx.2021-cü il tarixdə saat 19:57-də Qax rayon Güllük kəndində yerləşən inzibati ərazidə danışığı olmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin ərəfədə dəqiq tarixləri yadında qalmayan vaxtı «Sehirli dad» kolbasasını həmin şirkətə məxsus nömrəsi yadında qalmayan ağ rəngli “Ford” yük soyuducu markalı avtomobili ilə Zaqatala və Qax rayonlarına tanıtmaq üçün gəlmişdir, lakin həmin kolbasaları Qax və Zaqatala rayonlarında göstərdiyi mağazalarda tanımamışlar və almamışlar. İş materiallarına əlavə edilmiş 22 iyul 2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş 22 iyul 2024-cü il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs - xx.xx.1990-cı ildə Ağsu rayonu Pirhəsənli kəndində anadan olmuş, Azərbaycan Rspublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Ağsu rayonu, Pirhəsənli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 22 iyul 2024-cü il tarixli “vəsatətin rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixli vəsatəti özünü müdafiə xarakterli və əsassız olduğundan həmin vəsatət təmin edilmədən rədd edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məktubundan görünür ki, Təqsirləndirilən şəxs Lider Group MMC-də işləməmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məktubundan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də (HELL Energy) işləməmişdir. İş materiallarına əlavə edilmiş 23 iyul 2024-cü il tarixli “cinayət işi üzrə sübitların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş xx.xx.2024-cü il tarixli ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılması, Şahid4, X10 və Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsinin tərkibi olmadığınadan barələrində Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Şahid5, Şahid6 və Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsinin tərkibi olmadığınadan barələrində Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 32.4, 312.1-ci maddəsinin tərkibi olmadığınadan barəsində həmin maddə ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsinin tərkibi olmadığına görə barəsində həmin maddə ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, istintaq hərəkəti protokollarına əlavələr, baxış protokolları və digər istintaq sənədləri obyektiv olub cinayət işinin materialları ilə uyğunluq təşkil etdiyindən sübut növü kimi qəbul edilməsi və cinayət işinin materiallarına əlavə edilərək şəxsin məhkəmə məsuliyyətinə verilməsi üçün kifayət hesab olunması qərara alımışdır. İş materiallarına əlavə edilmiş 23 iyul 2024-cü il tarixli “vəsatətin rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş 23 iyul 2024-cü il tarixli vəsatəti təqsirləndirilən şəxsi müdafiə xarakterli və əsassız olduğundan həmin vəsatət təmin edilmədən rədd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 1000 (bir min) manat məbləğində pulu xx.xx.2024cü il tarixdə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət hesab edilir. Həmin Məcəllənin 177-ci maddəsinin qeyd hissəsinə əsasən xeyli miqdar dedikdə 5.000 (beş min) manatdan yuxarı və 50 000 (əlli min) manatdan az olan məbləğ başa düşülür. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit edilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə edilir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan suiistifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Məhkəmə qeyd edir ki, cinayət-hüquq ədəbiyyatında talama cinayətlərini xarakterizə edən, eyni zamanda onları əmlak zərəri ilə müşayiət edilən digər cinayətlərdən ayırmağa imkan verən obyektiv və subyektiv əlamətlər göstərilmişdir. Talama cinayətlərinin obyektiv, yəni cinayətlərin obyektini və obyektiv cəhətlərini səciyyələndirən əlamətlər kimi aşağıdakılar qeyd olunur: - özgə əmlakının ələ keçirilməsi, yəni götürülməsi (zərərçəkmişin əmlakının kütləsindən ayrılması) və (və ya) təqsirkarın özünün və yaxud digər şəxslərin nəfinə keçirilməsi; - götürülmənin və nəfinə keçirilmənin hüquqa zidd olması; - bunların əvəzsiz olması; - cinayətin predmeti kimi özgə əmlakının (əmlaka olan hüququn) çıxış etməsi; - mülkiyyətçiyə və yaxud əmlaka sahiblik edən digər şəxsə birbaşa əmlak zərərinin vurulması. Subyektiv, yəni talama cinayətlərini xarakterizə edən daxili əlamətlərə isə aşağıdakılar aid edilir: - birbaşa qəsd; - tamah məqsədi. Talama cinayətlərindən sayılan dələduzluq Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmişdir. Bu müddəaya və talama cinayətlərinin ümumi əlamətlərini xarakterizə edən əlamətlərə görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki, (əməl hüququn əldə edilməsində deyil, əmlakın ələ keçirilməsində ifadə olunduqda), dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi, əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Məhkəmə qeyd edilənləri və iş materiallarında olan sübutları təhlil edərək qeyd edir ki, hazır ki cinayət işində tərəflər arasında yaranmış münasibətlərdə pulun alınmasında məqsəd aldatma vasitəsilə əmlakın ələ keçirilməsi olmuşdur. Təqsirləndirilən şəxs pulu zərərçəkmiş şəxsin oğlu Şahid2 Fövqəladə Hallar Nazirliyinə qardaşı Ziyanın vasitəsilə işə düzəltmək adı ilə almadığını, Zərərçəkmiş şəxs pulu əldə etdiyi ərəfədə “Sehirli Dad” kolbasa şirkətində işlədiyini, “Sehirli Dad” kolbasa şirkətində kapmaniya ilə əlaqədar Kəmalədən alver etmək məqsədilə həmin pulları borc aldığını, pulu alandan sonra alver edə bilmədiyini, adını bilmədiyi mağazalarda pullar depozit kimi qaldığını, sonradan həmin pulları mağazalardan yığa bilmədiyini, Kəmalədən aldığı pullar batdığını bildirsə də, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məktubundan və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən Məhdud Məsuliyyətli Cəmiyyətlərdə işləməmişdir, və həmin ifadəni məsuliyyətdən yayınmaq üçün vermişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və şahidlərə verilən suallardan aydın olmuşdur ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin oğlu Şahid2 Fövqəladə Hallar Nazirliyinə yanğınsöndürən kimi işə düzəldə biləcəyini vəd edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirib dələduzluq cinayət əməlini törətmişdir. Həmçinin təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs yaşadığı Zaqatala rayon Gözbarax kəndindəki evində 3000 manat məbləğində pulu əlbəəl almadığını bildirsə də, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş məlumatlardan görünür ki, təqsirləndirilən şəxs ittihamda qeyd olunan 2021-ci ilin sentyabr ayının əvvəllərində, yəni, xx.xx.2021-ci il tarixdə saat 17:15-də Zaqatala rayon Əlibayramlı kəndində, xx.xx.2021-ci il tarixdə saat 16:48-də Qax rayon Güllük kəndində, xx.xx.2021-cü il tarixdə saat 19:57-də Qax rayon Güllük kəndində yerləşən inzibati ərazidə danışığı olmuşdur. Eyni zamanda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs 3000 manatı əldən təqsirləndirilən şəxsə verdiyini bildirmiş, şahid qismində dindirilmiş Şahid1 isə həmin zaman zərərçəkmiş şəxsin yanında olduğunu bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə prosesi zamanı 3000 manatı almamasına dair verdiyi ifadəsi onun ittihamın həcminin azalmasına nail olaraq məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə prosesində ziyanın ödənilməsi üçün özü ilə gətirdiyi 2000 manat miqdarında puldan polis əməkdaşlarının ondan 1000 manat zəhmət haqqı kimi pul almasına dair verdiyi ifadəsi heç bir sübutla təsdiq olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə toplanmış sübutlar və verilmiş ifadələr əsasında Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin tərkib əlamətlərinin mövcud olması barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşaq olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, vurulmuş ziyanın 2000 manatını ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarekteri, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq təqsirli bilindiyi cinayət əməlinə görə ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində müəyyən olunmuş hədlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin olunması daha məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan başqa, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 22 aprel 2024-cü il tarixli məktuba əlavə edilmiş 01 (bir) ədəd DVD disk və Zaqatala rayon Prokurorluğu vasitəsilə daxil olmuş və iş materiallarına əlavə edilmiş 16 (on altı) vərəqdən ibarət qəbzlərin surəti hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində cinayət işində saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Zərərçəkmiş şəxs vurularaq ödənilməmiş maddi ziyan tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərcinin və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 15 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X8 yerləşdirilməsi üçün Zaqatala Rayon Polis Şöbəsinə təhvil verilsin. Zərərçəkmiş şəxs vurularaq ödənilməmiş maddi ziyan tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Cinayət iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk və Zaqatala rayon Prokurorluğu vasitəsilə daxil olmuş və iş materiallarına əlavə edilmiş 16 (on altı) vərəqdən ibarət qəbzlərin surəti cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddianın, məhkəmə xərcinin və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 gün müddətinə Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan), 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar