Məhkəmə qərarları › İş №1(033)-50/2022

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-50/2022

25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-50/2022 25.10.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, dövlət ittihamçısı - Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxxxx 1970-ci ildə Zaqatala rayonu Muxax kəndində andan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Zaqatala rayonu, Zəyəm kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs: 28 avqust 1992-ci ildə Balakən rayonu Tülü kəndində andan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə saat 16:30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İsayev X13 Famil Aslan oğlu ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qazanc əldə etmək məqsədilə, yəni tamah niyyəti ilə kəsiləcək ağacların yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyətdə olmadığını aşkar şəkildə bildikləri halda 05 aprel 2022-ci il tarixdə, saat 11 radələrində Zaqatala rayonunun Muxax kəndinin ərazisində Zaqatala-Qax avtomobil yolunun Qax rayonu istiqamətində sol kənarında, dövlət mülkiyyətində olan sənayə, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı, həmin yolun mühafizə zonasına düşən torpaq sahəsində yerləşən və diametrləri 75 sm və 62 sm olan 02 ədəd qovaq cinsinə, diametri 15 sm olan 01 ədəd söyüd cinsinə məxsus olmaqla ümumilikdə 03 ədəd yaş, köküstə və meşə fonduna daxil olmayan ağacların mühərrikli ağac mişarı ilə qəsdən kəsilməsinə nail olmaqla təbiətə xeyli miqdar hesab edilən 3800 (üç min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qazanc əldə etmək məqsədilə, yəni tamah niyyəti ilə kəsiləcək ağacların yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyətdə olmadığını aşkar şəkildə bildikləri halda 05 aprel 2022-ci il tarixdə, saat 11 radələrində Zaqatala rayonunun Muxax kəndinin ərazisində Zaqatala-Qax avtomobil yolunun Qax rayonu istiqamətində sol kənarında, dövlət mülkiyyətində olan sənayə, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı, həmin yolun mühafizə zonasına düşən torpaq sahəsində yerləşən və diametrləri 75 sm və 62 sm olan 02 ədəd qovaq cinsinə, diametri 15 sm olan 01 ədəd söyüd cinsinə məxsus olmaqla ümumilikdə 03 ədəd yaş, köküstə və meşə fonduna daxil olmayan ağacların mühərrikli ağac mişarı ilə qəsdən kəsilməsinə nail olmaqla təbiətə xeyli miqdar hesab edilən 3800 (üç min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin mart ayının sonlarında ona tanımadığı bir nəfər zəng edərək özünü Təqsirləndirilən şəxs2 kimi təqdim etmiş, taxta yeşik düzəltmək üçün ağac aldığını, onun ağac satması barədə məlumat əldə etdiyini söyləyərək həmin ağacları satıb-satmadığını soruşmuşdur. O da satmaqdan ehtiyat etdiyini Familə bildirmiş və bunu izah edərək həmin ağacların bələdiyyə mülkiyyətində olan torpaqda yerləşdiyini, ağacların kəsilməsinə icazə verilməsi üçün istər Ekologiya və Təbii Sərvətlər, istərsə də Muxax bələdiyyəsinə və kənd icra nümayəndəliyinə müraciət etdiyini, lakin həmin yerlərdən ona mənfi cavab verildiyini demişdir. O zaman Famil ona “hər şeyə görə mən cavabdehəm, sən narahat olma” demiş, belə olduğu halda o ağacları satmaq barədə Famillə razılaşmışdır. Ondan sonra Famil ona zəng edərək ağacların olduğu yeri dəqiqləşdirmiş, o da telefonda həmin yeri təsvir etmiş, Famil də ağacların olduğu yerə gedib baxmışdır. İlk öncə o bir “Qazel” markalı yük avtomobili ağac oduncağı üçün 200 AZN Famildən pul istəmişdir, Famil razılaşmadıqda 20 AZN endirim edəcəyini bildirmişdir. Bundan sonra Famil, ona xərclərinin çox olduğunu bildirərək 100 AZN təklif etmişdir, o isə bu məbləğlə razılaşmamışdır. O zaman Famil, 150 AZN təklif etmiş, bu məbləğlə isə razılaşmışdır. Yekun olaraq bələdiyyə mülkiyyətində yerləşən torpaq sahəsindəki ağac oduncaqlarının “Qazel” markalı yük avtomobili ilə bir reysi üçün 150 AZN-ə Familə satmaq barədə danışmışlar. Daha sonra Famil, 05 aprel 2022-ci il tarixdə ağacları kəsmək üçün “Qazel” markalı yük avtomobili ilə ağacların olduğu əraziyə gəlmiş, onu həmin əraziyə çağırmış, o da ağacların olduğu yerə getmişdir. O əraziyə çatanda, yəni saat 11 radələrində Famil tanımadığı 2 nəfərlə əraziyə gəlmiş, 2 ədəd böyük ağacı artıq kəsmişdir. Həmin adamların birinin matorçu, digərinin isə fəhlə olduğunu orada başa düşmüşdür. O, Familə digər ağacları da göstərərək hansıların onun üçün uyğundursa kəsə biləcəyini dedikdə Famil kəsdiyi iki ağacdan əlavə 3-4 ağacı da almaq istədiyini bildirmişdir. Daha sonra Famil kəsdiyi iki ağacın oduncaqlarının bir reys miqdarında olacağını bildirərək ona təxminən 100-150 AZN pul versə də, o götürməmiş və ağacları daşıyıb qurtardıqdan sonra gəlib ondan pulu götürəcəyini deyərək oradan uzaqlaşmış, evinə getmişdir. Evində olarkən Famil ona zəng edərək 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin işçilərinin əraziyə gəldiyini və onun da oraya gəlməyinin zəruri olduğunu bildirmişdir. O da Familə “hər şeyə mən cavabdehəm” dediyini xatırladaraq indi də cavabını verməsini və gəlməyəcəyini telefonda ona bildirmişdir. Daha sonra Muxax bələdiyyəsinin sədri Şahid6 ona zəng edərək həmin yerə çağırdığından ağacların kəsildiyi yerə getmiş, əraziyə çatanda Famil və özü ilə gətirdiyi iki nəfərdən başqa Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən 2 nəfər adını bilmədiyi nümayəndənin və Şahid6 həmin ərazidə olduğunu görmüşdür. 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin adını bilmədiyi işçisi protokol tərtib etmiş və ondan izahat almışdır. Daha sonra bələdiyyə sədri və RETSİ-nin nümayəndələri kəsilmiş ağacın oduncaq hissələrini muhafizə edilmək üçün “Qazel” markalı həmin yük maşınına yığdıraraq aparmış, Şahid6 ona kəsilmiş ağacların budaqlarının avtomobil yolunun üzərinə düşən hissələrini təmizləməyini tapşırmış, o da oğlu Şahid8 oğlunu çağıraraq həmin ərazini təmizləmişdir. Daha sonra o, həmin ağacın budaqlarından istifadə etməklə ərazinin çəpərini möhkəmlətmişdir. Məbləğ barəsində aralarında bazarlıq getdiyi üçün izahatında yanlışlıqla 100 AZN demişdir. Belə ki, Famil 100 AZN-ə almaq istəyirdi, o isə əvvəl 200 AZN istədiyini bildirmiş, sonra 20 AZN endirim etmiş, yekun olaraq isə 150 AZN-ə razılaşmışlar. Yekunda onlar ərazidən 3 ədəd ağac kəsiblər. Onlardan 2-si böyük, 1-i isə daha ensizdir. Ağacların ikisi qovaq, biri isə söyüd cinsinə aiddir. Ağacların kəsildiyi ərazi bələdiyyənin mülkiyyətindədir. Həmin ərazini bacısı Asiya Əminovanın əri Rəsul Əminov, oğlanları Mahir Əminov və Mehman Əminovun köməyi ilə çəpərləmişdir. Onlar həmin ərazini istifadə edirdilər, daha sonra Bakı şəhərində yaşayan bacısının oğlanları ona həmin ərazini istifadə etməyini və ərazini baxımsız qoymamağını tapşırmışdır. O da həmin ərazini 2-3 ildir istifadə edir və hər il bələdiyyənin verdiyi hesaba 50 AZN ödəniş edir. Təəssüf ki, həmin ödənişləri etməyini təsdiq edən sənəd təqdim edə bilmir. 2021-ci ildə ərazidə arpa, bu il isə qarğıdalı əkmişdir. Həmin ərazidən istifadə etməyi ilə bağlı heç bir sənədi və hər hansısa müqaviləsi yoxdur. Rəsul Əminov həmin ərazini bələdiyyələr yaranmazdan qabaqdan istifadə edir, o Zəyəm bələdiyyəsinin dövründə həmin ərazinin istifadəsi ilə bağlı müqavilə bağlamışdır. Həmin müqavilə əsasında ödənişləri o ödəyibdir. Son 2-3 ildir ki, həmin ərazini ona veriblər, ona görə ödənişləri o keçirir. Həmin ərazini o İlkin adlı şəxsə və onun biriqadasına şumlatdırmış və qarğıdalı əkdirmişdir. Sözügedən ərazidə əkin prosesində 3 növ traktor işləmişdir. Hansı traktor sürücüsünün ağaclara zərər vurduğunu və ya ağacları kökündən çıxardığını bilmir. Traktor sürücülərindən yalnız İlkini tanıyır, o işlərin görülməsində onunla razılaşmışdır. Həmin ərazidə bir də Seyfuddin adlı ekskavatorçu işləmişdir. Belə ki, əkin əkmək üçün ərazini səliqəli vəziyyətə gətirmək üçün ərazidə bitən xırda ağacları təmizlənməsi üçün o Seyfuddin ilə danışmışdır. Seyfuddin də ekskavatoru ilə gələrək ərazidəki bitkiləri ekskavatorun ön hissəsindəki buldozer deyilən lapatkası ilə sıyırmışdır. Buna görə də həmin vaxtı da ərazinin sol tərəfindəki xırda ağaclar zədələnə və məhv edilə bilərdi. O həmin əraziyə gedəndə artıq oradan ağacları kəsmişdirlər, matorçu Qurban ondan ağacların onun olub-olmadığını soruşmuş, o da ağacların onun olduğunu demişdir. Ərazinin mülkiyyət növü barədə o Familə bildirərək ağacların bələdiyyənin ərazisində olduğunu demişdir. Qurban və ya Ramazan ondan ərazi barədə nəsə, eləcə də ərazinin mülkiyyət növünü soruşmamışlar, o da deməmişdir. O həmin vaxtı elə bilirdi ki, Qurban və Ramazan da ərazinin bələdiyyəyə məxsus olduğunu bilir, çünki o bunu Familə demişdir. Lakin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onları saxladıqdan və bələdiyyə tərəfindən o həmin əraziyə çağırıldıqdan sonra Qurban və Ramazanın Famillə söhbətindən başa düşmüşdür ki, onlar ərazinin bələdiyyəyə məxsus olduğunu bilməyiblər. Belə ki, həmin vaxt Ramazan və Qurban narazı halda Famildən ərazinin sənədlərinin olması və icazə alması barədə niyə onları aldatdığını soruşmuşlar. Buna görə də belə başa düşmüş ki, Famil onları aldadıb. O həmin ərazidə ağacları kəsməyin qanunsuz olduğiunu bilirdi. Belə ki, o ərazidə əkin əkdiyinə görə həmin ağacların kəsilməsində maraqlı idi. Ağacları əkin sahəsinə kölgə saldığına görə onları kəsdirmək istəyirdi. Bununla bağlı hətta 3 il əvvəl həm kənd icra nümayəndəsindən, həm bələdiyyədən, həm də 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən şifahi qaydada maraqlanmışdır. Hər 3 idarə ona bildirmişdir ki, ərazi onun mülkiyyətində olmadığı üçün ağacları kəsmək olmaz. O bunu ağacları almaq istəyəndə Təqsirləndirilən şəxs2 də demişdir. Famil ondan ağacları almaq istədikdə bildirmişdir ki, ağacları kəsməyə icazə yoxdur, həm kənd icra nümayəndəliyindən, həm bələdiyyədən, həm də 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən maraqlanmışdır və icazə verməyiblər. Famil də “narahat olma, mən özüm icazələri alacam, hər şey mənlikdir, mən cavabdehəm” demişdir. Famil ağacları kəsməyə gələn günü də bir də ondan dəqiqləşdirmə etmişdir. Famil ona ”Ekologiya və polislə də danışmışam, həll eləmişəm, narahat olma, mən cavabdehəm” demişdir. Ağacları kəsibkəsməməklə bağlı 3 il əvvəl Zəyəm kənd icra nümayəndəsi Şahid4 və Muxax bələdiyyəsinin sədri Şahid5 maraqlanmışdır. 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən isə kimdən maraqlandığını xatırlamır. Ağacların kəsildikdən və 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən hadisənin aşkar edilməsindən sonra həmin əraziyə çağırıldıqda Təqsirləndirilən şəxs2 orada idi. Bələdiyyə sədri Şahid6 ona niyə icazə almadan ağac kəsdirdiyini soruşduqda bildirmişdir ki, Famil ona “icazələri özüm həll etmişəm və danışmışam” demişdir. Həmin vaxtı Şahid6 yanında da Familə “deyirdin ki, hər şeyə görə mən cavabdehəm, niyə bəs cavabını verə bilmirsən, kəsə bilsəydim özüm kəsərdimdə, sənə dedim ki, icazə vermirlər mənə, ekologiya ilə də, polislə də danışmışam deyirdin, indi niyə səsini çıxarmırsan?” demişdir. Həmin vaxtı Famil başını aşağı salmış və heç bir cavab verməmişdir. Zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödəmişdir və onunla barışıq əldə olunmuşdur. Etdiyi hərəkətlərdən peşmandır. Göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 ilə əvvəldən tanışlığı olmayıb. Ancaq, 2022-ci ilin aprel ayının əvvəlində ********** mobil nömrəsi ilə ona zəng edilmiş, zəng edən şəxs özünü Təqsirləndirilən şəxs1 kimi təqdim etmişdir. Zəng zamanı Əli ona satmaq istədiyi ağaclarının olduğunu bildirmiş, almaq istəyib-istəmədiyini ondan soruşmuşdur. O da almaq niyyətinin olduğunu və baxmaq istədiyini Əliyə bildirmişdir. Telefon danışığı zamanı Təqsirləndirilən şəxs1 ona ağacların olduğu yeri dəqiq təsvir edərək Zaqatala – Qax yolunun Çobankol kəndindən keçən hissəsində Zaqatala rayon mərkəzindən Qax istimətinə gedərkən yolun solunda, iki körpünün arasında ağacların olduğunu bildirmişdir. O da taksi şoferi olan əmisi oğlu X10 ilə birlikdə həmin əraziyə getmişdir. Telefonla Təqsirləndirilən şəxs1 zəng edərək ağacları dəqiqləşdirmiş, Əli ona bildirmişdir ki, 6 ədəd qovaq ağacıdır, ağacların olduğu ərazinin və ağacların onun özünə məxsus olduğunu və satdığını qeyd etmişdir. Həmin vaxtı Əli özü əraziyə gəlməmiş, qiymət məsələsində də Əli bir Qazel markalı yük maşını həcmində ağacı 180 AZN-ə satdığını bildirmişdir. O, isə 180 AZN-nin yüksək rəqəm olduğunu bildirərək endirim etməsini xahiş etmiş, belə olduqda Əli, bir Qazel markalı yük maşını həcmində ağacı ona 150 AZN-ə verə biləcəyini bildirmişdir. O da Əli ilə razılaşmışdır. Bundan bir neçə gün sonra, xx.xx.2022-ci il tarixində mərhum əmisi Elşan Cukqurayevə məxsus ** BF *** dövlət nömrə nişanlı “Qazel” markalı yük avtomobilini idarə edərək motorist Şahid1 və fəhlə Şahid2 ilə birlikdə ağacları kəsməyə getmişdir. Əraziyə çatdıqda Təqsirləndirilən şəxs1 zəng edərək ağacların olduğu əraziyə gəlməsini istəmiş, o da həmin əraziyə gələrək kəsmələri üçün onlara 6 ədəd ağacı təkrar göstərmiş, evdə işlərinin olduğunu bildirərək ağac oduncaqlarını yük avtomobilinə yığıb qurtaran kmi ona məlumat vermələrini tapşıraraq ərazini tərk etmişdir. Həmin vaxtı o təkrarən ağacların ona məxsus olub-olmadığını soruşmuş, o da ağacların da ərazinin də özünə məxsus olduğunu bir daha demişdir. Orada olan danışıqlarına görə yük avtomobili dolduqdan sonra Təqsirləndirilən şəxs1 əraziyə təkrar gəlməli, ona isə 150 AZN ödəniş edərək ağacları aparacaqlarına dair razılaşmışlar. Ərazidə 2 ağac kəsdikdən sonra onu həmin yerdə də 62 sm-lik hissələrə doğrayıb yük maşınına yığmağa başlamış, bu 2 ağacdan başqa diametri onlarla müqayisədə kiçik olan 1 ədəd ağac da kəsmiş, kəsdikləri 3 ağacın 2-si birbaşa onun göstərişi ilə kəsilməklə onun göstərişi ilə kəsilən 2 ağaca münasibətdə diametri daha ensiz olan digər 1 ağac – motorist Şahid1 tərəfindən kəsiləcək 2 ağaca maneçilik törətdiyi üçün onun tapşırığı ilə kəsilmişdir. Həmin diametri ensiz ağac ona lazım deyildi, çünki onun çürük hissəsi var idi. Onun planı belə idi ki, göstərişi ilə kəsilən 2 ağac bir Qazel yük maşını həcmində olacaqdır, həmin ağac oduncaqlarını aparıb sərfəli qiymətə sata bilsəydi, gəlib digər ağacları da Əlidən alacaqdır. Onlar ağacları kəsdikləri zaman iki nəfər şəxs əraziyə yaxınlaşaraq özlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi idarəsinin işçiləri kimi təqdim etmişlər. O Təqsirləndirilən şəxs1lə əlaqə saxlayaraq onu əraziyə çağırmış, Təqsirləndirilən şəxs1 ona “ekologiya mənə nəzarət etməkdənsə gedib meşəyə nəzarət etsin” demiş və gələcəyini bildirmişdir. Daha sonra əraziyə yaxınlaşan ekologiyanın işçilərinin Nümayəndə və Hikmət adlı 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin mütəxxəssisləri olduğunu öyrənmişdir. Həmin şəxslər Muxax bələdiyyəsinin sədri Şahid6 da ağacların kəsildiyi əraziyə çağırmış, Şahid6 da əraziyə gələrək ərazinin bələdiyyəyə məxsus olduğunu onlara bildirmişdir. Həmin yerdə ekologiyanın işçiləri akt tərtib etmiş və ondan izahat almış, daha sonra kəsilmiş oduncaqları mühafizə etmək üçün yük avtomobilinə yığılaraq Muxax bələdiyyəsinin sədri Şahid6 göstərişi ilə Muxax kənd İcra nümayəndəliyinin yanında yerləşən fərdi yaşayış evinin həyətinə boşaltmışlar. Təqsirləndirilən şəxs1 ağacları kəsdiyi ərazinin və ağacların ona məxsus olduğunu bildirdiyi üçün o həmin ağacları kəsmişdir. Həmin 2 böyük və 1 balaca ağacın kəsildiyi üçün peşmandır. Əgər bilsəydi ki, ağaclar onun deyil və ya ərazi bələdiyyəyə məxsusdur, heç vaxt həmin ağacları kəsməzdi. O Təqsirləndirilən şəxs1lə danışıqlar apardıqda X10 onun yanında deyildi. Orxan Cukqurayev taksi sürücüsüdür və ondan onu Zaqatalaya gətirməsini xahiş etmişdir. Ağacların kəsildiyi ərazidə o telefonla danışanda Orxan Cukqurayev avtomobilin yanında, yəni ondan xeyli uzaqda idi. O isə avtomobildən düşüb əraziyə yaxınlaşmışdır. Buna görə də onun Təqsirləndirilən şəxs1lə nə danışdığını Orxan Cukqurayevin eşitməsi mümkün deyildi. O heç bir yerdə işləmir və ailəsini dolandırmaq üçün həmin ağacları kəsib Balakən rayonunda yeşik hazırlayan taxtaşalban sexlərinə satmağı planlaşdırırdı. Heç kəslə həmin ağacların satışı ilə bağlı razılığa gəlməmişdir. Ancaq yük maşını dolandan sonra Balakəndə yerləşən sexlərə apararaq oduncaqları göstərib qiymət danışacaqdı. Bu ağacları kəsənə qədər Şahid1 və Şahid2 ilə heç vaxt görüşməmiş və ya hansısa iş görməmişdir. O ağacları kəsdirmək və daşımaq üçün kömək axtaranda bu şəxslərdən Şahid1 motorçu, Şahid2 isə fəhləlik etdiyini öyrənmiş, onların əlaqə nömrələrini dost-tanışdan axtararaq tapmış, zəng edərək Zaqatalada bir şəxsin özünə məxsus olan ağaclarını satdığını və özünün aldığını bildirərək, ağacları Zaqatala rayonundan kəsib Balakən rayonuna aparmağa ona köməklik etmələrini xahiş etmişdir. Onlarla olan danışığına görə Şahid1 20 AZN, Şahid2 isə 10 AZN ödəniş edəcəkdi. Onlar hər ikisi də ağacların və ağacların yerləşdiyi ərazinin kimin olduğunu ondan soruşmuş, o isə onlara ağacların və onların yerləşdiyi ərazinin mülkiyyətçisindən ağacları aldığını, narahat olmağa heç bir əsas olmadığını bildirmişdir. O ağacları kəsməzdən öncə Təqsirləndirilən şəxs1 ərazinin onun olmasını təsdiq edən heç bir sənəd tələb etməmişdir. O, ağacları kəsməzdən öncə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən, icra hakimiyyətindən və ya həmin ərazi üzrə kənd bələdiyyəsindən ağacların kəsilməsi ilə bağlı, mülkiyyət, eləcə də icazə məsələləri ilə bağlı heç bir dəqiqləşdirmə etməmişdir. Kəsilən ağacların Zaqatala - Qax avtomobil yoluna yaxın yerləşdiyini nəzərə alaraq yoldan ağacların kəsildiyi əraziyə qədər məsafəsini ölçməmiş və heç bir ölçü işi aparmamışdır. Şahid1 ağacları kəsməzdən qabaq onun və Şahid2 yanında ağacların və onların yerləşdiyi ərazinin kimin olması barədə Təqsirləndirilən şəxs1 sual ünvanlamış, Əli isə cavabında onun ərazisi olduğunu demişdir. Yekunda həmin ərazidən 3 ədəd ağac kəsmişlər. Onlardan 2-si böyük, 1-i isə daha ensizdir. Təqsirləndirilən şəxs1 ona ağacları kəsməyə icazənin olmamasını, həm kənd icra nümayəndəliyindən, həm bələdiyyədən, həm də 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən maraqlanması və icazə verməmələrini deməsi, onun isə Təqsirləndirilən şəxs1 “narahat olma, mən özüm icazələri alacam, hər şey mənlikdir, mən cavabdehəm” deməsi həqiqəti əks etdirmir. O, sadəcə Təqsirləndirilən şəxs1 “polislə danışmışam, problem olmayacaq” demişdir. Qurban adlı Zaqatala RPŞ-nin əməkdaşı ilə danışmış, şəhid ailəsi olduğunu bildirmiş, bir avtomobil qanuni olaraq kəsəcəyi ağac oduncaqlarını Balakən rayonuna aparmağı planlaşdırdığını bildirmiş, Qurban da şəhid ailəsi olduğu üçün ona qanunidirsə apar, problem olarsa zəng edərsən demişdir. Həmin polis əməkdaşına heç bir şey vəd etməmiş və hər hansısa ödəniş etməmişdir. Sadəcə şəhid ailəsi olduğunu deməklə Qurbandan köməklik etməsini xahiş etmişdir. O şəhid ailəsinin üzvü deyildir, X5 onun xalasının oğludur. Təqsirləndirilən şəxs1 həqiqətən də ağacları kəsdiyi gün ondan dəqiqləşdirmə aparmışdır, ancaq o Təqsirləndirilən şəxs1 “polislə danışmışam, həll eləmişəm, narahat olma, mən cavabdehəm” demiş, ekologiya sözünü işlətməmişdir. Ağacların satış qiymətini razılaşanda o Təqsirləndirilən şəxs1 “xərcim çox çıxır, yol-irizi də danışmışam, 100 Azn elə” demişdir, planında o idi Zaqatala rayonundan Balakən rayonuna aparanda yolda avtomobili saxlayarlar və xərci çıxar deyə elə demişdir. Təqsirləndirilən şəxs1 bu şəkildə desə də faktiki olaraq kiməsə yola görə pul verməmişdir. Onu yolda polis saxlasa idi, şəhid ailəsinin üzvü olduğunu deyəcək, əgər buraxmasaydılar xalasına zəng edərək onun danışmasını istəyəcək, yenə də alınmasaydı polis əməkdaşı Qurbana da deyəcəkdir. O ağacları kəsdikdən və 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən hadisənin aşkar edilməsindən sonra Təqsirləndirilən şəxs1 əraziyə çağırıldıqda Əli həmin vaxtı ona “ekologiya və polislə də danışmışam deyirdin, indi niyə səsini çıxarmırsan?” demiş, o da Təqsirləndirilən şəxs1 “mən polislə də danışmışam demişdim, ekologiya ilə yox” demişdir. Hadisə yerində Şahid2 doğranmış ağac oduncaqlarını yük maşınına yığır, Şahid1 isə doğrayırdı. O onların hər ikisinə kömək edirdi, yəni o da kəsmə, doğrama və yığma işini görür, metrə ilə ağacın gövdəsinin üzərində ölçü apararaq Qurbana haradan kəsmək lazım olduğunu bildirirdi. O Şahid1 “icazələr alınıb və səlahiyyətli şəxslərlə danışıb razılığa gəlmişəm, haqları da verilib, narahat olma”, “narahat olma sənədlər də qaydasındadır, hamısının haqqı da verilb, heç bir problem də olmayacaq, olsa da mənlikdir” demişdir. Ancaq faktiki olaraq hər hansısa səlahiyyətli şəxslərlə danışıb haqlarını verməmişdir. Belə demişdir ki, qorxmasınlar və onunla Zaqatala rayonuna ağac kəsməyə gəlsinlər. Şahid1 “torpağın sənədləri də var və icazə də alınıb, hər şey qanunidir” də demişdir, ancaq icazə məsələsi ilə, eləcə də torpağın sənədləri ilə maraqlanmamışdır. Şahid1 belə deməkdə məqsədi o olmuşdur ki, ürəkli olsun, qorxmasın və onunla ağac kəsməyə gəlsin. O bunları həm Şahid1, həm də Şahid2 demişdir. O başa düşür ki, onlar fəhlə adamlardır, icazə alınıb deməsəydi heç vaxt onunla gəlməyəcəklər. Şahid1 Təqsirləndirilən şəxs1lə torpağın sahibinin o olub-olmadığını dəqiqləşdirdikdən sonra təkrar ona “sonra başqasının olar, problem olar, dəqiq onundur mu?” demiş, o da Şahid1 “narahat olma, onundur, kəs” demişdir. Kəsilmiş ağacları taxta-şalban sexlərinə satmağı planlaşdırdığını və heç kəslə razılığa gəlmədiyini, Balakən rayonunda sexlərə apararaq oduncaqları göstərib qiymət danışacağını bildirsə də, onun atasının həyətində taxta çəkən sex həqiqətən də vardır, lakin atası səhhəti ilə əlaqədar işləmir. Ona görə başqa sexlərə verəcəkdi. Şahid1 və Şahid2 bildirmişdir ki, əgər ağac oduncaqlarının həcmi bir yox, iki reys olsa onda mərhum əmisinin Zaqatala rayonunda yerləşən taxta sexinə aparacaqdır. Ancaq o sex də əmisi Elşan Cukqurayev rəhmətə getdiyindən bəri işləmir. Planı sonra oduncaqları həmin sexdən yığıb təkrar Balakən rayonuna aparmaq olub. Çünki, iki reysi ardıcıl etməyə maşının gücünün çatıb-çatmayacağından əmin deyildi. 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları onları saxlayanda Şahid1 və Şahid2 “narahat olmayın, danışmışam, buraxacaqlar” demişdir. Əslində isə heç kimlə danışmamışdır, sadəcə qorxmasınlar deyə belə demişdir. Zaqatala rayon prokurorluğuna izahat vermələri və cinayət işi başlanandan sonra ifadə vermələri üçün dəvət ediləndə o Şahid1 və Şahid2 “hər şeyi həll eləmişəm, narahat olma, qorxma get, danışmışam, məsələni yoluna qoymuşam” deməmiş, lakin gedin izahatınızı verin, yerdə qalan şeylər danışılıb yoluna qoyulacaq demişdir. Bundan əlavə, ağacların kəsildiyi ərazi Zaqatala rayonunun Muxax kəndinin ərazisidir. Zərərçəkmiş şəxsin nümayəndəsi ilə aralarında barışıq olmuşdur, vurulmuş maddi zərər tamamilə ödənilmişdir. Göstərdiklərinin nəzərə alınmasını, lakin dəymiş zərərin ödənilməsinə baxmayaraq ona bəraət verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlətə dəymiş ziyanı hər biri ayrı-ayrılıqda 1900 manat olmaqla, cəmi 3800 manat pul vəsaitini Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına tam şəkildə ödəmişlər. Onların borcları qalmamışdır. Onlara qarşı şikayət və tələbləri yoxdur. Qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs2 mərhum əmisi Elşad adlı şəxslə 10 il tanışlığı olub, Famili isə son 3-4 aydır ki, tanıyır. Famil 2022-ci ilin aprel ayının əvvəlində ona Zaqatala rayonunda ağac aldığını, torpağın sahibi ilə danışıb, razılığa gəldiyini, onu kəsib gətirmək lazım olduğunu və narahat olmağa ehtiyac olmadığını bildirmişdir. Famil ona kəsməkdə köməklik etməyinin müqabilində 20 AZN pul verəcəyini bildirmiş, o da razılaşmışdır. Famil xx.xx.2022-ci il tarixində onu və fəhlə Şahid2 “Qazel” markalı yük maşını ilə Zaqatala gətirmiş, Çobankol kəndində kəsilməli ağacları göstərmişdir. Əraziyə çatanda Famil torpağın sahibi olduğu bildirdiyi Təqsirləndirilən şəxs1 zəng edərək onu da əraziyə çağırmış, Təqsirləndirilən şəxs1 də əraziyə gəlmiş, ərazinin yolla paralel çəpəri boyunca, eləcə də sahənin sağ və solunda olan ağacları kəsib apara biləcəklərini onlara demiş, evdə işlərinin olduğunu bildirmiş, ağacları kəsdikdən və oduncaqları yük maşınına yığdıqdan sonra gəlməsi üçün ona xəbər etmələrini tapşıraraq çıxıb getmişdir. Famil o zaman Əliyə hər hansısa ödəniş etməmişdir. Daha sonra onlar 2 böyük diametrli və 1 kiçik diametrli olmaqla 3 ədəd ağac kəsmiş, sonra böyük diametri ağacları 62 sm-lik hissələrə doğramışlar. Orada kəsdiyi kiçik diametri ağacı isə böyük diametrli yanındakı ağacı kəsməyinə mane olduğu üçün Familin göstərişi ilə kəsmişdir. Həmin oduncaqları Familin onları ərazi gətirdiyi ** BF *** dövlət nömrə nişanlı “Qazel” markalı yük avtomobilinə yığarkən 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin iki nəfər işçisi əraziyə gəlib onları dayandırmışlar. Famil və əraziyə daha sonradan gəlmiş Muxax bələdiyyəsinin sədri Şahid6 Təqsirləndirilən şəxs1 zəng edərək onu əraziyə çağırmış, o da əraziyə gəlmişdir. 7 saylı RETSİ-nin əməkdaşları onlardan izahat almış və daha sonra onlar kəsilmiş ağacların oduncaqlarını yığaraq bələdiyyə sədri Şahid6 göstərdiyi əraziyə boşaltmışlar. Bundan sonra onlar evə qayıtmışlar. O ağacların kəsildiyi ərazinin bələdiyyəyə məxsus olduğunu bilməmişdir. Ağacların bələdiyyəyə məxsus olduğunu bildiyi halda ağacları kəsməzdi, Famil ona ağacları Əli adlı sahibindən 150 AZNə aldığını bildirdiyinə görə onunla birlikdə ağacları kəsməyə getmişdir. Hadisə yerində o əsasən kəsmə və doğrama işinə baxmış, Famil də kəsməli olduğu ağacın doğranmalı olduğu hissələrini metrə ilə ölçü tutaraq ona göstərmiş, Şahid2 isə oduncaqları Familin onları gətirdiyi “Qazel” markalı yük avtomobilinə yığmışdır. Yük avtomobilinə yığarkən də o da, Famil də Ramazana köməklik etmişlər. Ağacları motor deyə adlandırdıqları benzinlə işləyən mühərrikli ağac mişarı ilə kəsmişlər. Həmin ağac kəsmə hadisəsi olduqdan sonra qorxduğu üçün mişarı 20 manata bazarda tanımadığı şəxsə satmışdır. O qanunsuz ağac kəsməmək üçün dəqiqləşdirmə edərək Famildən torpağın və ağacların kəsilməsi ilə bağlı sənədlərin olub-olmamasını soruşmuş, Famil də ona torpağın sənədləri də var və icazə də alınıb demişdir. Famil ona hər şeyin qanuni olmasını və narahat olmağa heç bir əsas olmadığını bildirmişdir. O Familə “2 uşağım var, sabah problem olar, dəqiqləşdirmisənmi ki, bu ağacları kəsmək olar?” demiş, Famil isə cavabında ona “icazələr alınıb və səlahiyyətli şəxslərlə danışıb razılığa gəlib, haqları da verilib, narahat olma” demişdir. O Familə birdə “bax deyirsən ki, Zaqataladan Balakənə aparacağıq, yolda bizi saxlayacaqlar, sənədləri yoxlayacaqlar, heç bir problem olmayacaq?” demiş, Famil isə cavabında “narahat olma sənədlər də qaydasındadır, hamısının haqqı da verilb, heç bir problem də olmayacaq, olsa da mənlikdir” demişdir. O ağacları kəsməzdən qabaq Təqsirləndirilən şəxs1 ağacların kimə məxsus olduğunu dəqiqləşdirmiş, Əli isə ona ağacların özünün olduğunu bildirmişdir. Bundan sonra həmin vaxtı Əlinin yanında dayanan Famildən də eyni sualı birdə soruşaraq “sonra başqasının olar, problem olar, dəqiq onundur mu?” demiş, Famil də cavabında ona “narahat olma, onundur, kəs” demişdir. Yalnız bundan sonra o ağacları kəsməyə başlamışdır. Həmin vaxtı ilk dəfə idi ki, Famillə ağac kəsməyə getmişdir. Onda da sənədləri və icazəni alınmadığını bilsə idi heç vaxt getməzdi. Hətta o ağacları kəsməzdən qabaq Familə israr etmişdir ki, ərazinin sahibi kimdirsə onu çağırsın ki, özü onlara ağacları göstərsin. Famil isə kiminsə gəlməyinə ehtiyac olmadığını deyərək ağacları kəsməsini tapşırmış, lakin o israr etdiyi üçün Famil Əlini əraziyə çağırmalı olmuşdur. Hətta o Əlinin onlar ağacları kəsən zaman yanlarında durmalarını israr etmişdir. Ancaq Əli onların yanında dayanmamış və “narahat olmayın işiniz qurtaranda zəng edərsiz” deyib getmişdir. Onunla razılığa gələn zaman Famil demişdir ki, ağacları Zaqatala rayonundan kəsib Balakən rayonuna aparacaqlar. Həmin vaxtı çox da dəqiqləşdirmə aparmamışdır. Sonradan isə Familin həyətində taxta sexi olduğunu və onu Familin özünün işlətdiyini öyrənmişdir. Hadisə yerində ağacları kəsib yük maşınını yığanda Famil onlara demişdir ki, əgər ağac oduncaqları çox olsa, yəni yük maşını ilə bir yox, iki reys olsa Zaqatala rayonunda mərhum əmisi Elşadın taxta sexi var ki, ora boşaldacaqdır. 7 saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları onları saxlayanda, ağacları qanunsuz kəsdiklərini bildirəndə Famillə bu barədə söhbət etmişdir. Həmin vaxt da Familə ərazinin sənədlərinin olduğunu və ağacları kəsməklə bağlı icazəsinin olduğunu onlara deməsini ona xatırladaraq niyə yalan dediyini soruşmuşdur. Həmin vaxt Famil ona və Şahid2 “narahat olmayın, danışmışam, haqlarını vermişəm, buraxacaqlar” demişdir. Daha sonra izahatlarının alınması üçün Zaqatala rayon prokurorluğuna çağırılanda Famillə təkrar danışmış, niyə onları belə bir işin içərisinə saldığını soruşduqda Famil yenə də “hər şeyi danışmışam, narahat olmayın, çağıranda get, qorxma, məsələni həll eləmişəm” demişdir. Bundan sonra cinayət işi başlanılanda və ifadəsinin alınması üçün prokurorluğa çağırılanda yenə də Təqsirləndirilən şəxs2lə danışmış, Famil yenə də ona “hər şeyi həll eləmişəm, narahat olma, qorxma get, danışmışam, məsəni yoluna qoymuşam” demişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs2 təxminən 1 aydır ki, tanıyır. Belə ki, Familin Orxan adlı qonşularına ot biçməyə getdikdə orada Famillə tanış olmuşdur. Famil xx.xx.2022-ci il tarixində ona Zaqatala rayonunda ağaclar aldığını, onu kəsib gətirmək lazım olduğunu bildirmişdir. O ağacları kimdən aldığını soruşduqda Famil ağacları sahibindən aldığını və narahat olmağa ehtiyac olmadığını ona bildirmiş, kəsəcəyi ağacların doğranmış oduncaqlarını yük maşınına yığmağı müqabilində ona 5-10 AZN ödəniş edəcəyini demiş, o da Famillə razılaşmışdır. Famil xx.xx.2022-ci il tarixində saat 11 radələrində onu və motorçu Şahid1 “Qazel” markal yük maşını ilə Zaqatala rayonuna gətirmiş və Çobankol kəndində kəsilməli ağacları göstərmişdir. Onlar əraziyə çatanda Famil torpağın sahibi olduğunu bildirdiyi Təqsirləndirilən şəxs1 zəng edərək onu da əraziyə çağırmış, Təqsirləndirilən şəxs1 də əraziyə gəlmiş, hansı ağacları kəsib apara biləcəklərini onlara göstərmişdir. Həmin vaxtı motorçu Şahid1 Təqsirləndirilən şəxs1 ağacların kimə məxsus olduğunu soruşduqda Təqsirləndirilən şəxs1 ağacların özünün olduğunu bildirmişdir. Bundan sonra Qurban təkrar Famildən eyni sualı soruşaraq dəqiqləşdirmə aparmış, Famil də “narahat olma, sahibi burdadır, kəs” demişdir. Bundan sonra Qurban ağacları kəsib doğramağa, o isə oduncaqları yük maşınına yığmağa başlamışdır. Oduncaqları yük maşınına yığarkən 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin iki nəfər işçisi əraziyə gəlib onları dayandırmışlar. Daha sonra Famil Təqsirləndirilən şəxs1 zəng edərək onu əraziyə çağırmış, o da əraziyə gəlmişdir. 7 saylı RETSİ-nin əməkdaşları onların hər birindən izahat almışlar. Bundan sonra isə onlar kəsilmiş ağacların oduncaqlarını yığaraq muhafizə edilməsindən ötrü bələdiyyə sədri Şahid6 göstərdiyi əraziyə boşaltmış, daha sonra evə qayıtmışlar. O ağacların kəsildiyi ərazinin bələdiyyəyə məxsus olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs1 ağacların ona məxsus olduğunu, Famil isə ağacları sahibindən, yəni Təqsirləndirilən şəxs1 aldığını dediyi üçün Familə köməklik etməyə razılaşmışdır. Famil ağacları neçəyə Təqsirləndirilən şəxs1 almasını isə bilmir. Ağacların doğranmış hissələrini Qazel markalı yük maşınına yığmağı və bələdiyyə sədrinin göstərdiyi yerə boşaltmağı müqabilində ona heç kəs ödəniş etməmiş, Famil 5 AZN təklif etsə də bu şəkildə sonda narazıçılıq yarandığı üçün o götürməmişdir. O kəsilmiş ağac oduncaqlarını yük maşınına yığmaqla məşğul olmuş, ona həmin ağac oduncaqlarını yük avtomobilinə yığarkən Famil də Qurban da köməklik etmişdir. Qurban əsasən kəsmə və doğrama işinə baxmış, Famil də həm kəsmə işində, həm də yük yığma işində köməklik etmişdir. Bundan başqa Famil ağacı kəsdirdikdən sonra ağacın gövdəsi üzərində metrə tutmaqla Qurbana ağacın doğramalı olduğu hissələrini göstərirdi. Famildən torpağın və ağacların kəsilməsi ilə bağlı sənədlərin olubolmaması barədə dəqiqləşdirmə etmiş və bu barədə Famildən soruşmuşdur. Famil ona “icazə alınıb, sənədləri, hər şeyi yerli yerindədir və qaydasındadır, narahat olmağa heç bir əsas yoxdur, lazım olan şəxslərə də haqları da çatıb” demişdir. O Familə bildirmişdir ki, sonra problem olar dəqiqləşdirmisənmi? Cavabında Famil ona bildirmişdir ki, hər şey qanunidir və narahat olmağa heç bir əsas yoxdur. O Familə birdə “Zaqataladan Balakənə gətirəndə yolda bizi saxlayacaqlar, problem olmayacaq ki?” demiş, Famil də cavabında ona “danışmışam hər kəslə, hər şeyi yoluna qoymuşam, haqları da çatıb, problem olmayacaqdır, olsa mənlikdir, narahat olmayın” demişdir. O ağaclar kəsməzdən qabaq Təqsirləndirilən şəxs1 ağacların kimə məxsus olduğunu dəqiqləşdirməmiş, belə ki, onun yanında Qurban Təqsirləndirilən şəxs1lə danışdığına və onun verəcəyi sualları Qurbanın onun yanında Təqsirləndirilən şəxs1 verdiyinə görə təkrar eyni sualları verməmişdir. Şahid1 Təqsirləndirilən şəxs1 ağacların kimə məxsus olduğunu onun yanında soruşmuş, Təqsirləndirilən şəxs1 də ağacların ona məxsus olduğunu bildirmişdir. Qurban bundan sonra onun yanında Təqsirləndirilən şəxs2 yenidən dəqiqləşdirərək demişdir ki, “sonra başqasının olar, problem olar, dəqiq onundurmu?”, Famil isə Qurbana cavabında “narahat olma, onundur, özü də burdadır, kəs” demiş, yalnız bundan sonra Qurban ağacları kəsməyə başlamışdır. Onun həmin ərazinin mülkiyyət növü barədə heç bir məlumatı yoxdur. O torpağın sənədlərinin olub-olmamasını, icazə alınıb-alınmamasını Famildən dəqiqləşdirmiş, Famil də ona torpağın sənədləri qaydasında olduğunu, özünün yoxladığını, icazələri də aldığını, eyni zamanda hər şey qaydasındadır və narahat olmağa heç bir ehtiyac yoxdur demişdir. Famil ona bildirmişdir ki, ekologiya və polislə də danışıb məsələni yoluna qoyubdur. Məhz buna görə də o həmin vaxtı Famillə Zaqatala rayonuna gəlmişdir. 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ağacları kəsdikləri gün onları saxlayanda və izahatlarını alanda Familin onları aldatdığını başa düşmüşdür. Təqsirləndirilən şəxs2lə həmin ağacları kəsməzdən əvvəl nə ağac kəsməyə, nə də başqa bir iş görməyə getməmişdir. Sənədlərin olmadığını və ağacı kəsmək üçün icazənin alınmadığını bilsəydi, heç vaxt Famillə ora getməzdi. Onlar ağacları kəsməyə gedəndə Famil Qurbana ağacları göstərərək kəsməsini istəmişdir. Ancaq Qurban kəsməmiş, Famildən ağacların sahibini həmin əraziyə çağırmasını istəmiş, Famil etiraz etsə də Şahid1 israrı nəticəsində Əlini Famil həmin əraziyə çağırmışdır. X22r ağacları kəsən və aparan zaman yanlarında durmasını israr etmişdir, ancaq Əli yanlarında dayanmamış və “narahat olmayın işiniz qurtaranda zəng edərsiz deyib” getmişdir. Famillə söhbət edəndə Famil bildirmişdir ki, bir reys həcmində oduncaq olsa Zaqatala rayonundan Balakən rayonuna, yəni həyətinə aparacaqdır. Əgər oduncaq bir reysdən çox olsa onda Zaqatala rayonunda mərhum əmisi Elşadın taxta çəkən sexi var ki, ora boşaldacaqdır. O ilk dəfə Famillə tanış olanda, yəni onlarla qonşuluqda ot biçəndə Familgilin həyətində taxta çəkən sex olduğunu və Familin həmin sexi özünün işlətdiyini görmüşdür. Sexin işlədiyinin səsi də aydın eşidilirdi. Ona görə belə hesab etmişdir ki, ekologiyanın işçiləri onları dayandırmasaydı Famil oduncaqları həyətinə aparacaq və daha sonra sexdə çəkəcəkdir. 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onları saxlayanda, ağacları qanunsuz kəsdiklərini bildirəndə Təqsirləndirilən şəxs2lə bu barədə söhbət etmişdir. Elə həmin vaxt da Familə onlara niyə yalan söylədiyini o da, Qurban da demiş, Famil isə cavabında “narahat olmayın, danışmışam, haqlarını vermişəm, buraxacaqlar” demişdir. Daha sonra izahatlarının alınması üçün Zaqatala rayon prokurorluğuna çağırılanda Famillə danışmış, Famil ona “hər şeyi danışmışam, narahat olmayın, yoluna qoymuşam məsələni” demişdir. Bundan sonra cinayət işi başlanılanda və ifadəsinin alınması üçün prokurorluğa çağırılanda yenə də Təqsirləndirilən şəxs2lə danışmış, Famil yenə də ona “hər şeyi həll eləmişəm və məsələni yoluna qoymuşam” demişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zaqatala RPŞ-nin PPX bölüyündə polis nəfəri olaraq işləyir. Ona daha əvvəl tanıdığı, adının təxminən Elşad olduğu şəxsin telefon nömrəsindən təxminən 3 ay əvvəl zəng gəlmişdir. Elşadı daha əvvəllər ortaq dostları vasitəsilə tanımış, ancaq təxminən 5-6 ay qabaq Elşad rəhmətə getmişdir. Mərhumun nömrəsindən zəng edən şəxs özünün Təqsirləndirilən şəxs2 olduğunu bildirmiş və mərhum Elşadın onun əmisi olduğunu qeyd etmişdir. Famil ona telefonda “mərhum əmimim Zaqataladakı evindən əşyaları və istifadədən sonra yerində biraz qalmış odunu gətirmək istəyirəm, yolda problem etməzlər ki?” demiş, o da cavabında sürücülük vəsiqəsinin olub-olmadığını soruşmuşdur. Famil ona sürücülük vəsiqəsi olduğunu bildirmiş, o isə Familə “sürücülük vəsiqəsi varsa problem olmaz” demişdir. Bundan başqa Famildən “iri qabaritli yük daşımırsan ki?” soruşmuş, Famil də cavabında ona “yox daşımıram, ancaq bir dənə şkaf görünə bilər, onu saxlayıb kimsə problem yaratmaz ki?” demişdir. O da Familə “yox yəqin ki, heç bir problem olmaz” demişdir. Təqsirləndirilən şəxs2 və digərlərinin Zaqatala rayonunda ağac kəsməsi barədə heç bir məlumatı yoxdur. Bu barədə onunla heç vaxt danışmamış və hər hansısa söhbət etməmişdir. Təqsirləndirilən şəxs2 odun gətirmək istədiyini bildirəndə odun barədə ona sual vermiş, odunun nə olduğunu və haradan haraya apardığını soruşmuşdur. Təqsirləndirilən şəxs2 ona mərhum əmisinin Zaqatala rayonunda yerləşən həyətində istifadə edilmiş, ancaq yerində qalmış az miqdarda odun olduğunu, o odunu da əşyalarla birlikdə Balakən rayonuna mərhum əmisinin Balakəndə yaşadığı evinə aparacağını demişdir. Təqsirləndirilən şəxs2 ona ağac kəsəcəyi barədə hər hansısa məlumat verməmişdir. Əgər Famil elə bir şey desə idi, o qanunla müəyyən olunmuş qaydada tədbirlər görməsini təmin edərdi. Famil sadəcə ona mərhum əmisinin Zaqataladakı həyətindən istifadədən sonra yerində biraz qalmış odunu və əşyaları mərhum əmisinin Balakəndəki həyətinə boşaldacağını demişdir. Həqiqətən Təqsirləndirilən şəxs2 onunla danışmışdır, ancaq ona “bir avtomobil qanuni olaraq kəsəcəyi ağac oduncaqlarını Balakənə aparmağı planlaşdırdığını” deməmişdir. Ümumiyyətlə Famil ona ağac kəsəcəyini deməmiş, o da Familə problem olarsa ona zəng etməsini də deməmişdir. Təqsirləndirilən şəxs2 ondan hər hansısa yardım istəməmiş və o da ona heç bir vəd verməmişdir. Təqsirləndirilən şəxs2 ona hər hansısa ödəniş etməmiş və hər hansısa ödənişin edəcəyinə dair vəd də verməmişdir. Ümumiyyətlə o Təqsirləndirilən şəxs2 tanımır, ancaq aralarında telefon danışığı olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zaqatala – Qax avtomobil yolunun sol tərəfində ağacların kimlər tərəfindən və nə zaman kəsilməsi barədə məlumatlı deyildir. Həmin ərazidə ağacların kəsilməsini yalnız Təqsirləndirilən şəxs1 barəsində onun qeydiyyatda olduğunu ünvan və ailə tərkibi barədə arayışların, eləcə də barəsində ətraflı tərtib edilmiş xasiyyətnamənin rayon prokurorluğuna təqdim edilməsi barədə Zaqatala rayon prokurorluğundan Zəyəm kənd inzibati ərazi nümayəndəliyinə məktub daxil olanda bilmişdir. Həmin ərazini faktiki istifadə edən Təqsirləndirilən şəxs1 təxminən 3 il qabaq ona müraciət etmiş, həmin ərazidə ağacları kəsmək üçün icazə istəmişdir. O da Təqsirləndirilən şəxs1 icazə verə bilmədiyini, həmin ərazinin onun mükiyyətində olmamasını və həmin ərazidən ağac kəsməyin qanunsuz olduğunu demişdir. Ona icazə verilmədiyini görəndə Təqsirləndirilən şəxs1 bələdiyyə və ekologiya ilə də məsələhətləşəcəyini bildirib çıxıb getmişdir. Təqsirləndirilən şəxs2 adlı şəxsi tanımır və belə adlı şəxslə heç vaxt görüşməmişdir. Təqsirləndirilən şəxs2 adlı şəxs ondan hər hansısa məsələ ilə əlaqədar icazə istəməmiş və o da ona hər hansısa icazə verməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zaqatala – Qax avtomobil yolunun Çobankol kəndinən keçən ərazisində yolun sol tərəfində ağacların kəsildiyi ərazi Muxax bələdiyyəsinin mülkiyyətindədir. Həmin ərazini hal-hazırda Təqsirləndirilən şəxs1 istifadə etməkdədir. Ağacların kəsilməsi ilə bağlı məlumatı 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Nümayəndə almışdır. Belə ki, Nümayəndə xx.xx.2022-ci il tarixində ona zəng edərək Zaqatala-Qax avtomobil yolunun Çobankol kəndindən keçən hissəsində yolun sol tərəfində ağacların kəsildiyini və ora gəlməyinin zəruri olduğunu bildirmişdir. Həmin əraziyə getdikdə Nümayəndə və tanımadığı 4-5 nəfəri görmüşdür. Rəşad ağacı kəsən şəxs qismində ona Təqsirləndirilən şəxs2 göstərmişdir. Təqsirləndirilən şəxs2 ağacı nə üçün kəsdiyini soruşduqda o cavab verə bilməmişdir. Sonra Təqsirləndirilən şəxs1 zəng edərək onu əraziyə çağırmış, o da ağacların kəsildiyi əraziyə gəlmişdir. Təqsirləndirilən şəxs1 nə üçün ağacı başqasına satdığını soruşduqda ona Təqsirləndirilən şəxs2 “mən cavabdehəm narahat olma” dediyini, ona görə satdığını, kəsmək üçün icazə istəsə də verilmədiyini, kəsilmiş ağacların bələdiyyə mülkiyyətində yerləşməsi barədə vaxtında Familə məlumat verdiyini, lakin Familin hər şeyin onluq olduğunu, narahat olmamasını, həm polis, həm də ekologiya idarəsi ilə məsələləri həll edəcəyini ona dediyini bildirmişdir. Əli eyni zamanda onun yanında Familə “sənə demişdim ki, bura bələdiyyənin ərazisidir, mən icazə istəmişdim verməmişdilər, sən dedin ki, hər şey mənlikdir, danışmışam, niyə mənə yalan demisən? Mənə hər şeyə görə cavabdehəm deyirdin, niyə indi cavab vermirsən?” demişdir. Həmin yerdə Nümayəndə izahatlar alaraq, təhvil-təslim aktı ilə ağacların kəsilərək doğranmış oduncaqlarını ona təhvil vermişdir. O da həmin oduncaqları Muxax kənd icra nümayəndəliyinin arxasında yerləşən, Muxax kənd icra nümayəndəliyində sosial işçi kimi işləyən Şahid9 Cərrullah oğlunun həyətinə boşaltdırmışdır. Həmin oduncaqlar hal-hazırda da həmin həyətdə mühafizə olunur. Təxminən 20 ildir ki, ağacların kəsildiyi ərazi Təqsirləndirilən şəxs1 qohumu Rəsul Əminovun istifadəsində olmuşdur. Hal-hazırda həmin ərazini faktiki olaraq Təqsirləndirilən şəxs1 istifadə edir. Torpağın həmin şəxslər tərəfindən istifadəsi ilə bağlı bələdiyyə ilə hər hansısa müqavilə bağlanmamışdır. Torpağın onlar tərəfindən istifadə olunmasını o qanunsuz ağac kəsmə hadisəsi baş verəndən sonra öyrənmiş, həmin vaxta qədər onun bu barədə məlumatı olmamışdır. Rəsul Əminov hal-hazırda ağacların kəsildiyi ərazinin yaxınlığında yerləşən Muxax bələdiyyəsinə məxsus torpaq sahəsinin icarə haqqını ödəmişdir. Ancaq o ödənişlərin ödənildiyini və onun müqavilə olmadan ərazini istifadə etdiyini qanunsuz ağac kəsmə hadisəsi baş verəndən sonra öyrənmişdir. Təqsirləndirilən şəxs1 isə həmin ərazini istifadə etdiyinə görə hər hansısa ödəniş bələdiyyəyə ödəməmişdir. O bələdiyyələrin fəaliyyətinə nəzarət məqsədilə yarandılmış BAMS proqramı ilə daxil olanda yalnız Təqsirləndirilən şəxs1 öz torpaqları ilə bağlı 2017-2022-ci illərdə torpaq vergisi ödədiyini, 2018-ci ildə isə bələdiyyə mülkiyyətinin icrarəsinə görə 6 AZN 80 qəpik ödəniş etdiyini müşahidə etmişdir. Ancaq həmin ərazi Zəyəm kəndində yerləşir və ağacların kəsildiyi ərazi ora deyildir. Həmin ödəniş etdiyi ərazini Əli hal-hazırda istifadə etmir. Ağacların kəsildiyi ərazi ilə bağlı isə onun Muxax bələdiyyəsinə hər hansısa ödəniş etdiyi, eləcə də iddia etdiyi kimi 50 AZN ödəniş keçirməsi həqiqəti əks etdirmir. Əgər iddia etdiyi kimi hər il 50 AZN ödəniş etsəydi BAMS proqramında o çıxmalı idi. Bu ərazinin zəbt olunduğunu ağac kəsmə hadisəsi baş verdikdən sonra öyrəndiyi üçün hüquq mühafizə orqanlarına həmin vaxta qədər müraciət etməmişdir. Ancaq məlumat əldə etdikdən sonra ərazini faktiki istifadə edən şəxsə, yəni Təqsirləndirilən şəxs1 məktub göndərmişdir ki, ya ərazinin istifadəsini dayandırsın, ya da ki, ərazinin istifadəsinə dair bələdiyyəyə müraciət etsin. Təqsirləndirilən şəxs1 də onun müraciəti əsasında bələdiyyəyə sənədləşmə işləri ilə bağlı müraciət edib, o da onu müraciəti əsasında növbəyə almışdır. Həmin ərazinin Muxax bələdiyyəsinə məxsus olduğunu o ağaclar kəsilən günü Nümayəndə ona zəng edərək həmin əraziyə çağırdıqdan sonra həmin yerdə öyrənmişdir. Belə ki, Nümayəndə demişdir ki, bura Muxax bələdiyyəsinin mülkiyyətinə aid olmalıdır. O həmin vaxtı Muxax bələdiyyəsinin torpaq mütəxəssisi Həmzə Şabanovdan dəqiqləşdirmə aparmış, o da bildirmişdir ki, böyük ehtimal ki, bura Muxax Bələdiyyəsinin ərazisidir. O da Həmzə Şabanova inanmış, ərazinin Muxax bələdiyyəsinə məxsus olmasına dair arayışı da həmin məlumat əsasında vermişdir. 2020-ci ilin yanvar ayından etibarən Muxax bələdiyyəsinin sədridir. 1996-cı ildə torpaq islahatı olmuş, 2003-cü ildə onun dürüstləşməsi olmuş, 2017ci ildə isə elektronlaşma getmişdir. Hər qeyd olunan tədbirlər görüləndə çoxsaylı bir-biri ilə ziddiyətli vəziyyətlər yaranmışdır. Hal-hazırda da Zaqatala rayonu ərazisində sadə vətəndaşlar arasında da məhkəmədə çəkişmələr davam etməkdədir. Gedən islahatların yekununda bələdiyyənin ərazisini təsdiq edən yekun xəritə onlara təqdim edilməmişdir. Belə ki, o bələdiyyə sədri seçildikdən etibarən bələdiyyədə Muxax bələdiyyəsinə məxsus ərazilərin təsdiqlənmiş xəritəsi olmayıb. O sədr seçiləndə digər bələdiyyələrlə maraqlandıqda öyrənmişdir ki, Zaqatala rayonunda digər bələdiyyələrin də təsdiqlənmiş xəritələri mövcud deyildir. Ağacların kəsildiyi vaxtda nə elektron qaydada, nə də hər hansısa formada təsdiq edilmiş əlində xəritənin olmaması yerin mülkiyyətini müəyyən etməyini çətinləşdirmişdir. Bu eyni zamanda onun həmin əraziyə nəzarət etməyini də imkansız edir. Çünki ora nəzarət etməsi üçün bələdiyyənin ərazisini dəqiq bilməlidir. O həmin ərazidə cəmi 3 dəfə olmuş, birinci dəfə ağaclar kəsiləndə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşı Nümayəndə tərəfindən çağırıldıqda ora getmişdir. İkinci və üçüncü dəfə isə prokurorluq tərəfindən baxışda iştirak etməyə dəvət olunanda o əraziyə getmişdir. Bundan başqa həmin ərazidə olmamışdır. O, əlavə olaraq göstərdi ki, xx.xx.2022-ci il tarixində Muxax bələdiyyəsi adından 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 120 nömrəli məktub yazmışdır. Həmin məktubda Təqsirləndirilən şəxs1 istifadə etdiyi və ağacların kəsildiyi ərazinin Muxax bələdiyyəsinin mülkiyyətində olmasını təsdiq etmişdir. Halbuki, sonradan tərəfindən dəqiqləşdirilmə edilmiş və ağacların kəsildiyi ərazinin Zaqatala – Qax avtomobil yolundan 24-25 m məsafədə yerləşdiyini müəyyən etmişdir. Bununla da apardığı dəqiqləşdirmə zamanı ona aydın olmuşdur ki, 3 ədəd ağacın kəsildiyi ərazi Muxax bələdiyyəsinin mülkiyyətinə deyil, dövlət mülkiyyətinə aiddir. Həmin ərazi Zaqatala-Qax yolunun mühafizə zonasına düşür. Bundan başqa həmin vaxt oradakı ağacları özü bir-bir saymamışdır. Belə ki, ağaclar kəsildiyinə görə ağacların tay-budaqları əraziyə töküldüyündən və ağacın kəsildiyi ərazi çəpərin ortasında, kollu ərazidə yerləşdiyindən həmin məktubu verdiyi vaxt özünün sayma imkanı olmamışdır. O, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin həmin vaxtı şifahi müraciəti əsasında belə bir məktub yazmışdır. xx.xx.2022-ci il tarixində ağacların kəsildiyi ərazidə keçirilən baxışda iştirak etmiş və orada kəsilən ağacların sayının 3 olduğunu və onların 75 sm, 62 sm diametrli qovaq və 15 sm diametrli söyüd ağacı olduqlarını müşahidə etmişdir. Bundan əlavə rayon prokurorluğuna verdiyi izahatında və ifadəsində Zaqatala-Qax avtomobil yolunun Çobankol kəndindən keçən hissəsində yolun sol tərəfindəki ərazinin istifadəsi ilə hər hansısa müqavilənin olmamasını bildirmişdir. Tərəfindən əvvəlki illərə aid sənədlərə təkrar baxış keçirildikdə 2017-ci ilin Muxax Zəyəm kəndi Muxax bələdiyyəsinin vergi hesablama kitabının Zəyəm kəndində qeydiyyatda olan vətəndaşlar hissəsində 116-cı sıra nömrəsində X11 adı və onun istifadəsində 0.94 ha əkin sahəsinin olduğu qeyd olunmuşdur. Sözügedən ərazi hal-hazırda dövlət reyesterində örüş sahəsi kimi adlandırılsa da, həmin kitabda əkin sahəsi, ödənişlər hissəsində qoruq ərazisi kimi nəzərə alınmış və “D.g Qoruq” kimi qeyd olunmuşdur. “D.g Qoruq” qeydi “digər gəlir qoruq” deməkdir. Həmin qrafaya baxdıqda Rəsul Əminovun 2017-ci ilə qalıq borcunun olmadığı görünməkdədir. Bundan əlavə kitabın həmin hissəsində Rəsul Əminovun 2017-ci ildə 24 manat qoruq ərazisinə görə ödənişin hesablandığı və “D.g Q” qrafasına əsasən 24 manat ödədiyi müşahidə edilir. Həmin “D.g Q” qeydi də digər gəlir qoruq mənasını verir. Kitabda adları olan vətəndaşların həmin ərazidən torpaq sahəsini müqavilə əsasında istifadə edildiyini təxmin etmək mümkündür. X31 hər hansısa müqaviləsi bələdiyyədə axtarılarkən üzə çıxmamışdır. Ola bilər ki, onun həqiqətən də həmin ərazinin istifadəsinə dair Zəyəm bələdiyyəsi ilə müqaviləsi olsun, ancaq Zəyəm bələdiyyəsi Muxax bələdiyyəsinə birləşdiriləndə Zəyəm kəndindən sənədlər Muxax kəndinə daşınanda itmiş olsun. Eyni zamanda Muxax bələdiyyəsinin inzibati binası istifadəyə yararsız olduğundan təxminən 2013-ci ildə köhnə binadan hal-hazırda Muxax bələdiyyəsinin fəaliyyət göstərdiyi Muxax İcra nümayəndəliyinin balansında olan binaya köçərkən də müqavilə itmiş ola bilər. Belə ki, bələdiyyənin köhnə sənədlərindən bəzilərini indiyə qədər axtaranda tapa bilmirlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid8 oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zaqatala –Qax avtomobil yolunun sol tərəfində atası Təqsirləndirilən şəxs1 faktiki istifadə etdiyi torpaq sahəsində ağacların kəsilməsi ilə bağlı məlumatı yoxdur. Atası-Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixində evə gələrək ona həmin sahədə təmizlik işərini görmək lazım olduğunu bildirmiş və o da atası ilə birlikdə həmin əraziyə getmişdir. Əraziyə çatanda ərazidə ağacların kəsilməsi nəticəsində tay-budaqların, şaxının və çırpı dedikləri kiçik hissələrinin ətrafa səpələndiyini və hətta Zaqatala – Qax avtomobil yolunun hərəkət hissəsinə töküldüyünü görmüşdür. Həmin vaxt atası ilə oranı təmizləmiş, əsasən çəpərə əlavə etməklə çəpəri möhkəmləndirmişlər. Ağacların orada kimlər tərəfindən kəsildiyini bilmir və bu barədə maraqlanmamışdır. O həmin əraziyə atası ilə birlikdə getmişdir, onlar ora gedəndə artıq orada heç kəs yox idi və ağacı kəsən şəxslər oradan çıxıb getmişdilər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid9 Cərullah oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid1 və Şahid2 tanımır, onlarla heç vaxtı münasibəti olmayıbdır. Zaqatala-Qax avtomobil yolunun sol tərəfində yerləşən ərazidə ağacların kəsilməsi bağlı məlumatı yoxdur. Muxax bələdiyyəsi tərəfindən kəsilmiş ağac oduncaqları mühafizə olunmaqdan ötrü onun həyətinə boşaldılmışdır. O, Muxax inzibati ərazi nümayəndəliyində çalışdığı, evi həm Muxax inzibati ərazi nümayəndəliyinə, həm də Muxax bələdiyyəsinin inzibati binasına yaxın olduğu üçün ağacların oduncaqlarının yaşadığı fərdi yaşayış evinin həyətində mühafizə olunmasına heç bir etirazı olmamışdır. Həmin ağac oduncaqları indi də həyətində qalmaqdadır və heç kəs həmin ağac oduncaqlarının bir dənəsi də istifadə etməmişdir. Məhkəmə iclası zamanı elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, hal-hazırda 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsində məsləhətçi müfəttiş vəzifəsində işləyir. xx.xx.2022ci il tarixində 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xidməti ərazisinə aid olan Zaqatala rayonunda iş yoldaşı Şahid7lə reyd keçirərkən Zaqatala - Qax avtomobil yolunun Çobankol kəndindən keçən hissəsində, yolun sol tərəfində “Qazel” markalı ** BF *** nömrəli avtomobilin yolun kənarında dayandığını, 3 nəfər tanımadığı şəxsin isə həmin yük avtomobilinə ağac oduncaqlarını yığdığını müşahidə etmişlər. Həmin şəxslərə yaxınlaşaraq onların ərazidən 2 ədəd ağac kəsdiyini görmüşlər. Bundan sonra onların ağac kəsilməsi ilə əlaqədar icazə sənədlərinin olub-olmamasını maraqlanmış, onlar isə hər hansısa icazə sənədlərinin olmadığını bildirmişlər. Onlar ilk öncə ərazinin Çobankol bələdiyyəsinə aid olduğunu ehtimal etdiklərindən Çobankol bələdiyyə sədri Abdurahman Hacıyevlə əlaqə yaratmışlar. Abdurahman Hacıyev əraziyə gələrək ağacların kəsildiyi ərazinin Çobankol bələdiyyəsinə deyil, Muxax Bələdiyyəsinə aid olduğunu bildirmişdir. O da Muxax Bələdiyyəsinin sədri Şahid6 zəng etmiş və onu ağacların kəsildiyi əraziyə dəvət etmişdir. Şahid6 tanımadığı 2 nəfərlə birlikdə həmin əraziyə gəlmiş, Şahid6 ağacların kəsildiyi ərazinin Muxax bələdiyyəsinə aid olub-olmadığını soruşduqda o da dəqiq bilmədiyini bildirmişdir. Daha sonra Şahid6 yanındakı tanımadığı yoldaşlar Şahid6 ərazinin Muxax bələdiyyəsinin mülkiyyətində olduğunu bildirmişlər. Şahid6 ərazinin Muxax bələdiyyəsinin mülkiyyətində olduğunu bildirdikdən sonra ərazinin onun sədri olduğu bələdiyyəyə məxsus olması ilə razılaşmışdır. Belə olduğu halda o, Şahid6 ağacların kəsildiyi ərazinin Muxax bələdiyyəsinin mülkiyyətində olması barədə arayış təqdim etməsini xahiş etmiş və Elvin də bu barədə arayışı ona təqdim etmişdir. Bununla yanaşı o, əraziyə yaxınlaşanda orada olan 3 nəfərin kimliyini Şahid7lə birlikdə müəyyən etmişlər. Belə ki, onlar Təqsirləndirilən şəxs2, Şahid1 və Şahid2 olmuşlar. Yerində onların izahatını aldıqda Təqsirləndirilən şəxs2 ağacları Təqsirləndirilən şəxs1 icazəsi ilə kəsdiyini, digər iki şəxs Şahid1 və X7 isə ona köməklik etməsi üçün gətirdiyini bildirmişdir. Onların hər birinin izahatı alınaraq materiala əlavə edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 əraziyə dəvət olunmuş, Təqsirləndirilən şəxs1 həmin ağacların onun icazəsi ilə Təqsirləndirilən şəxs2 kəsdiyini etiraf etmiş və yazılı izahat vermişdir. Bundan sonra onlar Şahid6la təhviltəslim aktı bağlamaqla ağac oduncaqlarını ona təqdim etmişlər. Daha sonra Zaqatala rayon prokurorluğu tərəfindən əraziyə baxış keçiriləndə onun iş yoldaşı, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi Əfqan Şibliyev iştirak etmiş və ərazidə 2 deyil, 3 ağacın kəsildiyi aşkar edilmişdir. Bunun səbəbi həmin ərazinin kol-kos ilə əhatə olunması və onların akt tərtib edərkən 3-cü ağacın gözlərindən yayınması olmuşdur. Belə ki, ərazinin kol-kos olduğuna görə xx.xx.2022-ci il tarixində 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi Əfqan Şibliyev də iştirak etdiyi baxışda aşkar olunan 3 ağacın 1-ini, yəni 62 sm-lik qovaq ağacını gözündən yayındırmışdır. Onun tərəfindən tərtib olunan 67355 nömrəli aktda 16 sm-lik qovaq ağacı kimi qeyd etdiyi ağac isə əslində söyüd ağacı olub və onun diametri 15 sm olub. O, həmin ağacı aktda qeyd edərkən texniki olaraq səhvən 15 sm yox, 16 sm kimi qeyd etmişdir. Həmin ərazi kol-kosla örtülü olduğundan ağacın cinsini düzgün müəyyən edə bilməyib qovaq kimi qeyd etmişdir, əslində isə o ağac söyüd cinsinə aid olub. Onun etmiş olduğu 1 sm-lik texniki səhv ziyanın hesablanmasında hər hansısa dəyişikliyə səbəb olmur. Həm qovaq ağacı, həm də söyüd ağacı qırmızı kitaba düşmədiyindən, akt tərtib etdiyi zaman ağacın cinsində etdiyi texniki səhv də ziyanın hesablanmasına təsir göstərməmişdir. Məhkəmə iclası zamanı elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zaqatala – Qax avtomobil yolunun sol tərəfində ağacların kəsilməsi ilə bağlı heç bir məlumatı yoxdur. Həmin ərazidə ağacların kəsilməsini Zaqatala rayon prokurorluğuna dəvət olunanda öyrənmişdir. 2016-ci ildən 2019-ci ilə qədər Muxax bələdiyyəsinin sədri vəzifəsində işləmiş, sədrlik etdiyi dövrdə ağacların kəsilməsinin qatı əleyhidarı olmuşdur. Təqsirləndirilən şəxs1 kənd sakini olaraq tanıyır. Təqsirləndirilən şəxs1 təxminən 3 il əvvəl, o Muxax bələdiyyəsinin sədri vəzifəsində işəyəndə bələdiyyəyə yaxınlaşmış və ondan şifahi qaydada məsləhət almışdır. Təqsirləndirilən şəxs1 ondan ağac kəsmək üçün icazə istəmiş, o da Əliyə icazə verməmişdir. O, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ağacları kəsmək olmaz, yalnız bəzi hallarda 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəyi əsasında budanmaya icazə verilir ki, onun da şərtlərini həmin idarənin əməkdaşları ilə dəqiqləşdirmək lazımdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi ilə məsələhətləşəcəyini bildirmiş və çıxıb getmişdir. Təqsirləndirilən şəxs2 adlı şəxsi tanımır və həmin adlı şəxslə heç vaxt görüşməmişdir. O bələdiyyə sədri olduğu dövrdə Təqsirləndirilən şəxs1 və ya Rəsul Əminova bələdiyyənin hər hansısa torpağını istifadə etmələri üçün verməmişdir. Ancaq kolxoz dövründən əhaliyə torpaqlar verilmişdir ki, vətəndaşlar da həmin torpaqları kolxoz dağıldıqdan sonra da istifadə etmişlər. Onun Muxax bələdiyyəsinin sədri işlədiyi müddətdə bələdiyyənin ərazisinin dəqiq müəyyənləşdirilmiş və təsdiq edilmiş xəritəsi olmamışdır. Bu səbəbdən də əgər həmin şəxslər bələdiyyənin ərazisini istifadə etmiş olsaydılar da həmin ərazinin bələdiyyəyə məxsus olduğunu onların müəyyən etmələri mümkünsüz idi. Cinayət işi üzrə məhkəmə baxış iclasına şahid qismində dəvət edilmiş Şahid7 xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclası zamanı elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Nümayəndə ifadəsinə oxşar məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 05 aprel 2022-ci il tarixli 67355 nömrəli aktdan görünür ki, Zaqatala rayonu Zəyəm kənd sakini Təqsirləndirilən şəxs1 istifadə etdiyi bələdiyyə mülkiyyətinə məxsus köküstə yaş olmaqla 2 ədəd 16 və 75 diametrində olan qovaq ağacların dib kökündən qanunsuz olaraq kəsilməsi faktı aşkar edilmişdir. Həmçinin sözügedən ərazidə 1 ədəd söyüd cinsinə məxsus ağacın üst çətir budaqlarının qovaq ağaclarının kəsilməsi zamanı üzərinə yıxılaraq zədələndiyi müəyyən edilmişdir. Zəyəm kənd sakini Təqsirləndirilən şəxs1 həmin ağacların onun icazəsi ilə Balakən rayonu Tülü kənd sakini Təqsirləndirilən şəxs2 tərəfindən kəsildiyini bildirmişdir. Həmin ərazidən qovaq cinsinə aid ağacların kəsilməsi zamanı doğranmış və ərazidə olan Qazel markalı ** BF *** dövlət nömrə nişanlı yük avtomobilinə yığılmış oduncaq araşdırma başa çatanadək müvəqqəti mühafizə olunması üçün Zaqatala rayonu Muxax kənd Bələdiyyəsinin sədri Şahid6 təhvil verilmişdir. İş materiallarında olan 28 aprel 2022-ci il tarixdə hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Zaqatala rayonu ərazisində Zaqatala-Qax avtomobil yolu ilə kəsişən, həmin ərazidə yaşayan əhali tərəfindən “Böyük çay” adlanan çayın üzərində yerləşən körpüdən Zaqatala rayon mərkəzi istiqamətində 150 m məsafədə olan və Zaqatala-Qax avtomobil yolunun sol tərəfində yerləşən ərazidir. Ərazi ağac, kolkos və ağac materialla hasarlanmışdır. Ərazidə əkin əkmək üçün şumlamanın həyata keçirildiyi müşahidə edilmişdir. Əraziyə giriş ağac materialından hazırlanmış darvaza vasitəsilədir. Hadisə yerində baxış keçirilən zaman baxışda iştirak edən Zaqatala rayon Muxax kənd bələdiyyəsinin sədri Şahid6 ağacların kəsildiyi ərazinin Muxax kənd bələdiyyəsinin mülkiyyətində olduğunu bildirmişdir. Hadisə yerində, Zaqatala-Qax avtomobil yolunun sol tərəfində, yola paralel olan çəpər boyunca 3 ədəd ağacın kəsildiyi müşahidə edilmişdir. Aşkar edilmiş diametri 75 sm və 62 sm olan ağacların qovaq cinsinə, diametri 15 sm olan ağacın isə söyüd cinsinə məxsus olduğu, hər 3 ağacın yaş kök üstündə olduğu və 1 aydan daha qısa müddətdə kəsildiyi baxışda iştirak edən 7 saylı RETSİ-nin məsləhətçi müfəttişi vəzifəsində işləyən X15 tərəfindən bildirilmişdir. Həmin ərazidə zədələnmiş söyüd ağacı müşahidə edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 kəsdiyi ağacın həmin söyüd ağacının üzərinə düşdüyünü bildirmişdir. Baxış zamanı Zaqatala-Qax avtomobil yoluna paralel, ağacların kəsildiyi çəpərdə istifadə olunan ağacların kəsilmiş qovaq ağaclarının budaq hissələri olduğu baxışda iştirak edən mütəxəssis X15 tərəfindən bildirilmişdir. Bundan əlavə hadisə yerində ərazinin sol tərəfində ərazidə aparılmış şumlama zamanı məhv edilmiş və zədələnmiş ağaclar aşkar edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 bu ağacların onun tərəfindən məhv edilmədiyini və zədələnmədiyini bildirərək onun ağacı kəsdiyi zaman ərazinin şumlanmadığını qeyd etmişdir. Ərazinin sol tərəfində aşkar edilən məhv edilmiş diametri 14 sm olan ağacın söyüd, diametri 8 sm, 8 sm, 6 sm və 6 sm olan ağacların akasiya, diametri 4 sm olan ağacın isə tut cinsinə məxsus olduğu 7 saylı RETSİ-nin məsləhətçi müfəttişi vəzifəsində işləyən X15 tərəfindən bildirilmişdir. Həmin hissədə müşahidə edilən zədələnmiş diametri 4 sm, 6 sm və 8 sm olan ağacların da akasiya cinsinə məxsus olduğu baxışda iştirak edən mütəxəssis X15 tərəfindən bildirilmişdir. Hadisə yerinə baxış zamanı baxışda iştirak edən Zaqatala rayon Muxax kənd bələdiyyəsinin sədri Şahid6 bildirmişdir ki, ağacların kəsilmiş oduncaqları muhafizə olunmaqdan ötrü Muxax kənd bələdiyyəsinin inzibati binasının yaxınlığında, Muxax kənd icra nümayəndəliyinin inzibati binasının isə arxasında yerləşən, Muxax kənd icra nümayəndəliyində sosial işçi kimi çalışan Şahid9 Cərullah oğluna məxsus fərdi yaşayış evinin həyətinə boşaldılmış və orada mühafizə edilməkdədir. Bu səbəbdən də həmin əraziyə baxış keçirilməkdən ötrü baxış iştirakçıları ilə birlikdə Muxax kənd icra nümayəndəliyinin inzibati binasının arxasında yerləşən Şahid9 Cərullah oğluna məxsus ərazinin qarşısına gedilmişdir. Şahid9 Cərullah oğlunun dəvəti ilə onun mülkiyyətində olan fərdi yaşayış evinin həyətinə daxil olunmuş və həmin həyətdə ağac oduncaqları aşkar edilmişdir. Aşkar edilən oduncaqların Zaqatala – Qax avtomobil yolunun sol tərəfində hadisə yerində kəsilən ağaclara məxsus olduğu baxışda iştirak edən mütəxəssis X15 tərəfindən bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 iyun 2022ci il tarixli 9/3961 nömrəli ekpert rəyindən görünür ki, 9 ədəd ağaca görə ümumilikdə təbiətə dəymiş ziyanın məbləği 4430 manat müəyyən edilmişdir. Həmin ekspert rəyindən görünür ki, hadisə yerində kəsilmiş 3 ədəd ağaca (diametri 15 sm olan söyüd və diametri 62 sm və 75 sm olan qovaq) görə təbiətə (150+1500+2150) 3800 manat, məhv edilmiş 6 ədəd ağaca görə isə (80+200+200+150) 630 manat zərər dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il **********25 nömrəli məktubdundan görünür ki, kəsilmiş 3 ədəd ağacın yerləşdiyi ərazinin Zaqatala-Qax şosse yolunun mühafizə zonasına düşməsi və həmin ərazinin dövlət mükiyyətində olması bildirilmişdir. Bundan əlavə həmin məktubla ərazidə aşkar edilmiş məhv edilmiş və zədələnmiş ağacların yerləşdiyi torpaq sahəsinin Zaqatala rayonu Muxax bələdiyyəsinin mülkiyyətində aid kənd təsərrüfatı təyinatlı örüş ərazisinə düşdüyü qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşdə olan Zaqatala Rayon İHB-nın Zəyəm kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan xx.xx.2022-ci il tarixli Balakən Rayon İHB-nın Tülü kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan xx.xx.2022-ci il tarixli Balakən Rayon İHB-nın Tülü kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibi özü, 1993-cü il təvəllüdlü arvadı-X12, 2015-ci il təvəllüdlü qızı-X4, 2019-cu il təvəllüdlü qızı-X8 və 2021-ci il təvəllüdlü qızı-X1 ibarətdir. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 26 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 26 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 21578 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən 7 saylı regional ETSİ-nin hesabına 1900 manat ödəniş edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 26619 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən 7 saylı regional ETSİ-nin hesabına 1900 manat ödəniş edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli 1125 nömrəli arayışından görünür ki, 1(033)-50/2022 nömrəli cinayət işi üzrə 3800 manat ziyan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlətə dəymiş ziyandan heç bir borcları qalmamışdır. Təqsirləndirilən şəxs2 məhkəmə iclası zamanı verdiyi ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə təqsirli bilməmiş, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətmədiyini bildirmişdir. Lakin iş materiallarından görünür ki, İsayev X13 Famil Aslan oğlu ilə şahid qismində üzləşdirmə zamanı sonuncunun Təqsirləndirilən şəxs1 yalnız polislə danışmışam, narahat olmamasını deməsinə baxmayaraq Təqsirləndirilən şəxs1 ifadəsini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha ağacların yerləşdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasını, bələdiyyə, icra nümayəndəliyi və ekologiyadan maraqlandığını və ağacları kəsilməsinə dair icazənin verilmədiyini Təqsirləndirilən şəxs2 bildirdiyini, sonuncunun ona ekologiya və polislə danışdığını və hər şeyə görə cavabdeh olduğunu birdirdiyini qeyd etmiş, eləcə də 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən saxlanıldıqda Təqsirləndirilən şəxs2 yalan danışdığının ona aydın olmasını bildirmişdir. Bundan əlavə təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 sonuncunun üzünə qarşı bir daha eyni xüsusatları təsdiq etmiş, Təqsirləndirilən şəxs2 isə onun Təqsirləndirilən şəxs1 zəng etməsi nəticəsində tanış olmalarını etiraf etmişdir. Yusubov X9 Famil Aslan oğlu ilə üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 Şahid6 yanında ona ərazinin bələdiyyəyə məxsus olmasını öncədən dediyini xatırlatmadığını bildirsə də, Şahid6 ifadəsini bir daha təsdiq edərək Famil Cukquryayevin üzünə qarşı bildirmişdir ki, onun yanında Təqsirləndirilən şəxs1 ağacların yerləşdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasını, bələdiyyə, icra nümayəndəliyi və ekologiyadan maraqlandığını və ağacları kəsilməsinə dair icazə verilmədiyini Təqsirləndirilən şəxs2 öncədən dediyini xatırlatmışdır. Təqsirləndirilən şəxs2 Şahid1 ilə üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 polislə və ekologiya danışmasını və səlahiyyətli şəxslərə haqq verildiyini Şahid1 deməsə də sonuncuya ağacları kəsməklə bağlı icazə sənədlərinin və torpağın sənədlərinin qaydasında olduğunu və səlahiyyətli şəxslərlə danışılıb dediyini bildirmişdir. Şahid1 isə ifadəsini təsdiq etmiş və Təqsirləndirilən şəxs2 ona polislə və ekologiya ilə danışmasını, icazə sənədlərinin və torpağın sənədlərinin qaydasında olduğunu, səlahiyyətli şəxslərə danışıldığını və haqqlarının verildiyini bildirdiyini Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha demişdir. Şahid1 üzləşdirmə zamanı eyni zamanda sonradan Təqsirləndirilən şəxs2 ona yalan danışdığının başa düşdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs2 Şahid2 ilə üzləşdirmə zamanı ağacları kəsməklə bağlı icazə və sənədlərin qaydasında olduğunu Şahid2 dediyini etiraf etmişdir. Təqsirləndirilən şəxs2 Şahid2 ekologiya və polislə danışıb, bütün məsələləri yoluna qoyduğunu və lazım olan şəxslərə haqqlarının çatdığını demədiyini bildirsə də, Şahid2 ifadəsini bir daha təsdiq etmiş və Təqsirləndirilən şəxs2 üzünə qarşı ona ekologiya və polislə danışıb bütün məsələləri yoluna qoyduğunu, icazələrin alındığını, sənədlərinin qaydasında olduğunu, lazım olan şəxslərə də haqqları çatıb dediyini bildirmiş və 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən saxlanıldığı zaman Təqsirləndirilən şəxs2 onu aldatdığını başa düşdüyünü qeyd etmişdir. Bu xüsusatlar məhkəmə istintaqı zamanı da bir daha təkrarlanaraq öz təsdiqini tapmışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadələrinin dəlilləri ilə razılaşmır. Çünki, məhkəmənin fikrincə Təqsirləndirilən şəxs2 bu xüsusatlarla bağlı verdiyi ifadələri, eləcə də bununla bağlı göstərdiyi dəlilləri obyektiv gerçəkliyi əks etdirmədiyindən inandırıcı qəbul edilməməli və təqsirləndirilən şəxsin bu ifadəsi özünü müdafiə xarakteri daşıyan ifadə kimi qiymətləndirilməlidir. Məhkəmə onun verdiyi ifadələrinə hüquqi qiymət verərək şahidlərin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdikləri ifadələrini və digər sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs2 bu xüsusatla bağlı məhkəmədə verdiyi ifadələri iş materiallarında olan ekspertiza rəyi, şahidlərin, digər təqsirləndirilən şəxsin ifadələri, 7 saylı regional ETSİ-nin hesabına 1900 manat ödəniş etməklə könüllü olaraq dəymiş zərəri ödəməsi və məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübutlarla təkzib edilir və onlar, belə bir ifadə verməklə törətdiyi cinayət əməlinə görə ala biləcəyi cəzadan yayınmağa çalışır. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla (təqsirləndirilən şəxsin, şahidlərin ibtidai istintaq və məhkəmədə verdikləri ifadələrlə, eksperiza rəyi, işdə olan digər sənədlərlə) təqsirləndirilən şəxslərin məlum cinayət əməlini törətmələri heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxslərin onlara istinad olunan cinayəti törətdiklərini deməyə kifayət qədər əsas verir. Beləliklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda şərh edilən onlara istinad edilən cinayət əməllərini törətmələri özlərinin ifadələri ilə yanaşı, həm də zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və cinayət işinin digər obyektiv halları ilə məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Belə ki, İsayev X13 Famil Aslan oğlu ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qazanc əldə etmək məqsədilə, yəni tamah niyyəti ilə kəsiləcək ağacların yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyətdə olmadığını aşkar şəkildə bildikləri halda 05 aprel 2022-ci il tarixdə, saat 11 radələrində Zaqatala rayonunun Muxax kəndinin ərazisində Zaqatala-Qax avtomobil yolunun Qax rayonu istiqamətində sol kənarında, dövlət mülkiyyətində olan sənayə, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı, həmin yolun mühafizə zonasına düşən torpaq sahəsində yerləşən və diametrləri 75 sm və 62 sm olan 02 ədəd qovaq cinsinə, diametri 15 sm olan 01 ədəd söyüd cinsinə məxsus olmaqla ümumilikdə 03 ədəd yaş, köküstə və meşə fonduna daxil olmayan ağacların mühərrikli ağac mişarı ilə qəsdən kəsilməsinə nail olmaqla təbiətə xeyli miqdar hesab edilən 3800 (üç min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qazanc əldə etmək məqsədilə, yəni tamah niyyəti ilə kəsiləcək ağacların yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyətdə olmadığını aşkar şəkildə bildikləri halda 05 aprel 2022-ci il tarixdə, saat 11 radələrində Zaqatala rayonunun Muxax kəndinin ərazisində Zaqatala-Qax avtomobil yolunun Qax rayonu istiqamətində sol kənarında, dövlət mülkiyyətində olan sənayə, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı, həmin yolun mühafizə zonasına düşən torpaq sahəsində yerləşən və diametrləri 75 sm və 62 sm olan 02 ədəd qovaq cinsinə, diametri 15 sm olan 01 ədəd söyüd cinsinə məxsus olmaqla ümumilikdə 03 ədəd yaş, köküstə və meşə fonduna daxil olmayan ağacların mühərrikli ağac mişarı ilə qəsdən kəsilməsinə nail olmaqla təbiətə xeyli miqdar hesab edilən 3800 (üç min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və onlar, həmin maddələr ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməsi tövsiyə olunmuşdur. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Onların əməlində cəzanı ağırlaşdıran halların mövcud olmaması, şəxsiyyətini, özlərinin həyat şəraiti, etdikləri əməlin az ağır cinayətlər qrupuna aid edilməklə, xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az təhlükəli olması, dəymiş zərəri tamamilə ödəmələri bunu deməyə əsas verir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs1 cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə Zaqatala-Qax rayonları ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs2 cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və himayəsində 3 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə Balakən-Zaqatala rayonları ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə 50 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Zaqatala rayonu Muxax kənd sakini Şahid9 Cərullah oğlunun yaşadığı evin həyətində saxlanılan qanunsuz kəsilmiş 3 ədəd ağacın 3 kub metr həcmində oduncağı hökm qanuni qüvvəsini aldıqdan sonra müsadirə edilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X27 Təsərrüfatı Mərkəzinə təhvil verilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasınа məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Zaqatala-Qax rayonları ərazisini, eləcə də axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yeri olan Zaqatala rayonunun Zəyəm kəndində yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Zaqatala Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasınа məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Balakən-Zaqatala rayonları ərazisini, eləcə də axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yeri olan Balakən rayonunun Tülü kəndində yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti Balakən Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Balakən Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq məhkəmə ekspertiza mərkəzinə (X3, Kod : 210005; VÖEN **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; VÖEN **********; hesab № AZ34CTRE********************) ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Zaqatala rayonu Muxax kənd sakini Şahid9 Cərullah oğlunun yaşadığı evin həyətində saxlanılan qanunsuz kəsilmiş 3 ədəd ağacın 3 kub metr həcmində oduncağı hökm qanuni qüvvəsini aldıqdan sonra müsadirə edilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X27 Təsərrüfatı Mərkəzinə təhvil verilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar