Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-51/2022 18.10.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, dövlət ittihаmçısı- Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx.xx.1994-ci ildə Azərbaycan Respublikası Zaqatala rayonu Muxax kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, rəsmi işsiz, əvvəllər məhkum olmamış, Zaqatala rayonu Muxax kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən əldə etdiyi, tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını şəxsi istifadəsi üçün 2022-ci ilin mart ayında yaşadığı Zaqatala rayonu Muxax kəndində yerləşən fərdi yaşayış evinin həyətində əkmiş və həmin toxumlardan əmələ gəlmiş xeyli miqdarda, tərkibində narkotik maddələr olan bitkilərə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə qanunsuz olaraq qəsdən kultivasiya etmiş, yetişmiş həmin bitkilərdən 02 ədədinin yarpaqlarını 2022-ci ilin may ayında toplayıb yaşadığı həmin evdə kustar üsulla qurutmaqla satış məqsədi olmadan, qanunsuz olaraq qəsdən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 5,87 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə bitkisindən hazırlanmış narkotik vasitəqurudulmuş marixuana əldə etmiş və yaşadığı həmin evdə satış məqsədi olmadan qanunsuz olaraq saxlamış, 12 avqust 2022-ci il tarixdə Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən həmin fərdi yaşayış evinə və evin həyətinə baxış keçirilərkən aqrotexniki qaydada qulluq göstərilmiş, yaş vəziyyətdə ümumi çəkiləri 645 qram olan 11 ədəd əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi, həyətyanı torpaq sahəsində yerləşən altıaçıqda olan soyuducunun üzərində isə təmiz çəkisi 5,82 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, yaşadığı kənddə fərdi təsərrufatla məşgul olurdu. 2020-ci ildən narkotik vasitə olan marixuanadan istifadə edir, istifadə etdiyi narkotik tərkibli çətənə bitkilərin toxumunu yaşadığı Muxax kəndinin ərazisində yerləşən çöl sahələrində yabanı halda bitən çətənə bitkilərindən əldə etmiş, həmin yabanı halda bitən çətənə bitkisindən o, təxminən 20 ədəd toxum toplamışdır. 2022-ci ilin mart ayında yaşadığı evin həyətyanı sahəsində tərəvəz məhsulları əkdiyi yerdə topladığı çətənə bitkisinin toxumlarını əkmişdir. Həmin toxumlardan 11 (on bir) ədəd çətənə bitkisi yetişmiş, o, həmin bitkilərə aqrotexniki qulluq etmiş, sulamış, alağını təmizləmişdir. xx.xx.2022-ci il tarixdə o, evdə olarkən Zaqatala RPŞ-nin əməkdaşları evə gəlmişlər. Onlar onun yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkib-yetişdirməyi barədə məlumat əldə etdiklərini və bu səbəbdən də evin həyətinə baxış keçirəcəklərini bildirmişlər. O buna etiraz etməmiş və həyətyanı sahəyə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə vermişdir. Bundan sonra polis əməkdaşları onun və aqronomun iştirakı ilə həyətə baxış keçirmişlər. Baxış zamanı o, çətənə bitkilərini əkib-becərdiyi yeri polis əməkdaşlarına göstərmişdir. Evin həyətində tərəvəz əkdiyi yerdə əkib-becərdiyi 11 ədəd çətənə bitkisi aşkar edilmiş və aqronom həmin bitkilərə baxdıqdan sonra onlara aqrotexniki qulluq edilməsi barədə rəy vermişdir. Bundan sonra həmin bitkilər polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq yenidən sayılmış və 1 ədəd sintetik kisəyə qablaşdırılaraq bağlanmış və möhürlənmişdir. Bundan başqa tərəvəz əkdiyi yerin yanında yerləşən altıaçıqda olan soyuducunun üzərində həyətdə əkib-becərdiyi çətənə bitkilərinin yarpaqlarını yığıb qurudaraq əldə etdiyi qurudulmuş marixuana aşkar edilmişdir. Həmin marixuana onun iştirakı ilə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 8,2 qram olması müəyyən edilmiş, həmin marixuananın fotoşəkilləri çəkildikdən sonra 1 ədəd ağ zərfə qablaşdırılmış və bağlanıb möhürlənərək götürülmüşdür. Baxış keçirilən zaman video çəkiliş aparılmış və baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, o, protokol tərtib edildikdən sonra onunla tanış olmuş, əlavə qeydi olmamış və protokolu imzalamış, o bundan sonra polis əməkdaşları ilə Zaqatala RPŞ-ə gəlmiş, orada onu Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilərək tutmuşlar. Ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman üzərində qanunsuz predmet aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş və o, protokolla tanış olaraq imzalamışdır. O, ifadəsində əlavə olaraq göstərdi ki, narkotik vasitə istifadəçisidir, evinin həyətində çətənə bitkilərini əkməkdə məqsədi həmin bitkilərin yarpaqlarını qurudaraq narkotik vasitə qismində istifadə etmək olmuşdur. Soyuducunun üzərində olan narkotik vasitəni də şəxsi istifadəsi üçün hazırlayaraq orada saxlamışdır. Yabanı halda bitən çətənə bitkisindən o, təxminən 20 ədəd toxum toplamış, 2022-ci ilin mart ayında yaşadığı evin həyətyanı sahəsində tərəvəz məhsulları əkdiyi yerdə topladığı çətənə bitkisinin toxumlarını əkmiş, həmin toxumlardan 13 (on üç) ədəd çətənə bitkisi yetişmiş, o, həmin 13 ədəd toxumlardan 2 ədədinin təxminən may ayının əvvələrində yarpaqlarını yığıb quruduraq narkotik vasitə marixuananı şəxsi istifadəsi üçün əldə edib saxlamışdır. Etdiyi hərəkətdən peşmandır. Göstərdiklərinin və ağır xəstə olmasının nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 2010-cu ildən DİO-da xidmət edir. 2018-ci ildən etibarən isə Zaqatala rayon polis şöbəsinin X1 baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Zaqatala rayon Muxax kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik xassəli çətənə kolları əkib becərməkdə şübhəli olduğu üçün onun, polis kapitanı Şahid2, polis kapitanı Şahid3 və Qax regional labarotoriya ekspertiza sertifikatlaşdırma mərkəzinin baş aqronomu İsayev Şahid Vahid oğlunun iştirakı ilə Zaqatala rayon Muxax kənd sakini Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış keçirilməsi və götürülməsi aparılmış, baxışdan əvvəl Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz hər hansı bir bitkilərin əkilib-əkilmədiyini soruşduqda o, həmin həyətyanı torpaq sahəsində qanunsuz narkotik tərkibli çətənə bitkilərini əkdiyini deyərək könülllü göstərəcəyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus yaşayış evinin həyətinə girişdə olan dəmir qapıdan keçdikdə həyətyanı torpaq sahənin 0.06 ha olması, orada tərəvəz məhsulları və meyvə ağaclarının əkildiyi müşahidə edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə giriş qapısından təxminən 40 metr önə gedərək evin sağ tərəfində yerləşən tərəvəz məhsulları əkdiyi torpaq sahəsində əkdiyi 11 (on bir) ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkiləri göstərərək həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu bildirmişdir. Bitkilərin dibləri alaqdan təmizlənmiş, torpağı boşaldılmış vəziyyətdə olması və 11 (on bir) ədəd boyu 60x90 sm olan narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər aşkar edilmişdir. Bundan əlavə həmin həyətyanı torpaq sahəsində yerləşən altıaçıqda olan soyuducunun üzərində isə ümumi çəkisi 8.2 qram təşkil edən narkotik tərkibli çətənə kolunun qurudulmuş yarpağına oxşar kütlə aşkar edilmişdir. Baxış zamanı iştirak edən aqronom-mütəxəssis Şahid İsayev bildirmişdir ki, Təqsirləndirilən şəxs göstərdiyi bitkilər narkotik tərkibli çətənə bitkiləridir və həmin bitkilərə aqro-texniki qaydada qulluq göstərilmişdir. Aşkar edilmiş 11 (on bir) ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər kökündən çıxarılaraq 1 ədəd sintetik kisədə və həyətyanı torpaq sahəsində yerləşən altıaçıqda olan soyuducunun üzərində aşkar edilmiş ümumi çəkisi 8.2 qram narkotik vasitəyə bənzər qurudulmuş vasitə 1 (bir) ədəd zərfdə qablaşdırılaraq Zaqatala RPŞ-nin təhqiqatçısı, polis mayoru Şahlar Məmmədov tərəfindən götürülmüşdür. Bundan əlavə həmin həyətyanı sahədə baxış keçirilərkən qanunla qadağan edilmiş maddə, əşya və bitkilər aşkar edilməmiş, bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Zaqatala RPŞ-nin xidməti otağında Təqsirləndirilən şəxs üzərində müdafiəçisi Müdafiəçiov Momin oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə onun narazılığının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, heç bir etirazı yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində qeyd edilmiş hüquq və vəzifələri izah edilmiş, video və foto çəkilişdən istifadə ediləcəyi elan edilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunsuz saxladığı narkotik vasitə, həmçinin cinayət xarakterli digər əşya və predmetlər vardırsa onları təqdim etsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən onun üzərindən heç bir qanunsuz narkotik vasitə və yaxud cinayət xarakterli əşya və predmetlər aşkar edilməmiş və bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmiş və Şahid1 ifadəsinə uyğun ifadə verərək onun ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş baxış keçirilməsi haqqında 12 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Zaqatala RPŞ-nin əməkdaşları, polis mayoru Şahid1, polis kapitanı Şahid2, polis kapitanı Şahid3 və Qax regional labarotoriya ekspertiza sertifikatlaşdırma mərkəzinin baş aqronomu İsayev Şahid Vahid oğlunun iştirakı ilə Zaqatala rayon Muxax kənd sakini Təqsirləndirilən şəxs Muxax kəndində yerləşən həyətyanı torpaq sahəsinə baxış keçirilməsi və götürülməsi aparılmış, baxış zamanı Təqsirləndirilən şəxs torpaq sahəsində qanunsuz hər hansı bir bitkilərin əkilib-becərilmədiyini soruşduqda, o, həmin həmin həyətyanı torpaq sahəsində qanunsuz narkotik tərkibli çətənə bitkilərini əkdiyini bildirərək könüllü göstərəcəyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus yaşayış evinin həyətinə girişdə olan dəmir qapıdan keçdikdə həyətyanı torpaq sahənin 0.06 ha olması, orada tərəvəz məhsulları və meyvə ağaclarının əkildiyi müşahidə edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə giriş qapısından təxminən 40 metr önə gedərək evin sağ tərəfində yerləşən tərəvəz məhsulları əkdiyi torpaq sahəsində əkdiyi 11 (on bir) ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkiləri göstərərək həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu bildirmişdir. Bitkilərin dibləri alaqdan təmizlənmiş, torpağı boşaldılmış vəziyyətdə olması və 11 (on bir) ədəd boyu 60-90 sm olan narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər aşkar edilmişdir. Bundan əlavə həmin həyətyanı torpaq sahəsində yerləşən altıaçıqda olan soyuducunun üzərində isə ümumi çəkisi 8.2 qram təşkil edən narkotik tərkibli çətənə kolunun qurudulmuş yarpağına oxşar kütlə aşkar edilmişdir. Baxış zamanı iştirak edən aqronommütəxəssis Şahid İsayev bildirmişdir ki, Təqsirləndirilən şəxs göstərdiyi bitkilər narkotik tərkibli çətənə bitkiləridir və həmin bitkilərə aqro-texniki qaydada qulluq göstərilmişdir. Aşkar edilmiş 11 (on bir) ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər kökündən çıxarılaraq 1 ədəd sintetik kisədə və həyətyanı torpaq sahəsində yerləşən altıaçıqda olan soyuducunun üzərində aşkar edilmiş ümumi çəkisi 8.2 qram narkotik vasitəyə bənzər qurudulmuş vasitə 1 (bir) ədəd zərfdə qablaşdırılaraq Zaqatala RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Şahlar Məmmədov tərəfindən götürülmüşdür. Bundan əlavə həmin sahədə baxış keçirilərkən qanunla qadağan edilmiş maddə, əşya və bitkilər aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunmuş və iştirak edən şəxslərə ucadan oxunmuş. İştirak edən şəxslər tərəfindən heç bir əlavə və qeyd daxil olmadan imzalanmışdır. Aqronom mütəxəssis Şahid İsayev tərəfindən 12 avqust 2022-ci il tarixdə verilmiş rəydən görünür ki, Zaqatala rayonu Muxax kəndi ərazisində həmin kənd sakini Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsində, təxminən 6x10m olan sahədə 11 (on bir) ədəd narkotik tərkibli bitki olan çətənə bitkiləri aşkar edilmişdir. Aşkar edilmiş çətənə bitkilərinin boyu 60-90 sm olmaqla bitkilərə aqrotekniki qaydada qulluq göstərilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsi tərəfindən verilmiş məhkəmə bioloji ekspertizasının 13 avqust 2022-ci il tarixli 17/650 nömrəli rəyində göstərilmişdir ki, 1. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs məxsus və yaşadığı evin həyətyanı torpaq sahəsindən çıxarılmış 11 (on bir) ədəd...” yazısı olan sintetik kisənin içərisindəki, yaş vəziyyətdə ümumi çəkiləri-645,0 qram olan 11 (on bir) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Şahid isayevin 12 avqust 2022-ci il tarixli rəyinə əsasən 11 (on bir) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. 2. Tədqiqata təqdim olunmuş, üzərində “... Təqsirləndirilən şəxs məxsus və yaşadığı evin həyətində yerləşən altıaçıqdan götürülmüş bir ədəd kibrit qutusunda...” yazısı olan zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi-5,87 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər səhiyyə idarəsinin rayonlararası narkoloji dispanserinin 19 avqust 2022-ci il tarixli 1210 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 12 avqust 2022-ci il tarixli qərardan və həmin tarixli protokoldan görünür ki, Rəcəbov X5 RPŞ-in TB-nin təhqiqatçısı X4 tərəfindən həmin gün saat 19:40da Azərbaycan Respublikası CM-in 234.1-ci və 237.1-ci maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 14 avqust 2022ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 14 avqust 2022ci il tarixli təqsirləndirilən şəxsin həbsdən azad edilməsi haqqında qərardan görünür ki, Rəcəbov X5 Rayon Polis X3 Yerindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala Şəhər Mərkəzi X6 Şəxs tərəfindən verilmiş 19 avqust 2022-ci il tarixli məktubdan görünür ki, Rəcəbov X5 RMX PHŞ-nin Poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda deyil. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat sorğu kartotekasında heç bir məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Muxax kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və baxış protokolları, maddi sübut və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etdiyi, tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını şəxsi istifadəsi üçün 2022ci ilin mart ayında yaşadığı Zaqatala rayonu Muxax kəndində yerləşən fərdi yaşayış evinin həyətində əkmiş və həmin toxumlardan əmələ gəlmiş xeyli miqdarda, tərkibində narkotik maddələr olan bitkilərə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə qanunsuz olaraq qəsdən kultivasiya etmiş, yetişmiş həmin bitkilərdən 02 ədədinin yarpaqlarını 2022-ci ilin may ayında toplayıb yaşadığı həmin evdə kustar üsulla qurutmaqla satış məqsədi olmadan, qanunsuz olaraq qəsdən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 5,87 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə bitkisindən hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana əldə etmiş və yaşadığı həmin evdə satış məqsədi olmadan qanunsuz olaraq saxlamış, 12 avqust 2022-ci il tarixdə Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən həmin fərdi yaşayış evinə və evin həyətinə baxış keçirilərkən aqrotexniki qaydada qulluq göstərilmiş, yaş vəziyyətdə ümumi çəkiləri 645 qram olan 11 ədəd əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi, həyətyanı torpaq sahəsində yerləşən altıaçıqda olan soyuducunun üzərində isə təmiz çəkisi 5,82 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2№ li qərarının 19-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir. Əkmə dedikdə, qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya kollarıni hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır.Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməsə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin dispozisiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma kimi əlamətlər nəzərdə tutulmuş, CM-in 237.1-ci maddəsinin dispozisiyasında isə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama kimi əlamətlər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 fevral 2013-cu il tarixli qərarında göstərilən “CM-in 237.1-ci maddəsi ilə əməlin tövsif edilməsi üçün narkotik tərkibli bitkilərin, onların hissələrinin istehlak və ya satış məqsədi ilə toplanması əhəmiyyət kəsb etmir” fikri CM-in 234-cü maddəsində nəzərdə tutulan “əldə etmə”, “daşıma” və ya “saxlama” anlayışını istisna etmir. Həmin qərar CM-in 237.1-ci maddəsinin müstəqil elementi olan “toplama" sözünü istehsal və ya təsərrüfat prosesi kimi deyil, hüquqi mənada izah etmişdir. Yəni, həmin Qərarda əkib-yetişdirilmədə iştirak etməyən şəxsin çətənə kollarını və ya onun hissələrini toplaması belə həmin şəxsin CM-in 237-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli olması müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməllərində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməsi tövsiyə olunmuşdur. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, əməlini səmimi etiraf etməsi onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Onun əməlində cəzanı ağırlaşdıran halların mövcud olmaması, şəxsiyyətini, özünün həyat şəraiti, etdiyi əməlin az ağır cinayətlər qrupuna aid edilməklə, xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az təhlükəli olması, törətdiyi əmələ görə səmimi peşman olması bunu deməyə əsas verir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs hazırki iş üzrə təyin edilən cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq qismən toplanmaqla ona qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs 12 avqust 2022-ci il tarixdə tutularaq 14 avqust 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hesablanmalı, onun barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə Zaqatala-Qax rayonları ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və narkomaniyadan məcburi müalicə olunmalıdır. O, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut qismində tanınaraq Zaqatala RPŞ-nin saxlanc yerinə saxlanılan 11 ədəd, ekspert tədqiqatından sonra qalıq qalmış 644,45 qram çəkidə narkotik tərkibli çətənə bitkiləri, 5,82 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 34,55 manat məbləğində eksperiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasınа, həmin Məcəllənin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasınа məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilən cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti cəza olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 12 avqust 2022-ci il tarixdə tutularaq 14 avqust 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Zaqatala-Qax rayonları ərazisini, eləcə də saat 23:00-dan saat 06:00-dək yaşayış yeri olan Zaqatala rayonunun Muxax kəndində yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Zaqatala Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkomaniyadan məcburi müalicə olunsun. O, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınaraq Zaqatala RPŞ-nin saxlanc yerinə saxlanılan 11 ədəd, ekspert tədqiqatından sonra qalıq qalmış 644,45 qram çəkidə narkotik tərkibli çətənə bitkiləri, 5,82 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində eksperiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №1(033)-51/2022
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-51/2022
18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver