Məhkəmə qərarları › İş №1(033)-51/2024

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №1(033)-51/2024

07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 1(033)-51/2024 07.10.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 iştirakı ilə, xüsusi ittiham qaydasında şikayət verən şəxs X2 X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək 05 dekabr 1987-ci il tarixdə Zaqatala rayonu, Yuxarı Tala kəndində doğulmuş, Zaqatala rayonu, Yuxarı Tala kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, orta təhsilli, Azərbaycan Respublikası "TƏBİB" PHŞ, "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" PHŞ-də İT üzrə mütəxəssis vəzifəsində işləyən X3 Azərbaycan Respublikasmm Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrinin sanksiyasmda nəzərdə tutulmuş ən ağır həddə cəza təyin edilməsi, həmin Məcəllənin 66.2-ci maddəsinin tətbiq edilməklə cəzalarının tamamilə toplanması barədə hökm çıxarılmasını xahiş etmişdir. X6 ərizəni onunla əsaslandırmışdır ki, 05 dekabr 1987-ci il tarixdə Zaqatala rayonu, Yuxarı Tala kəndində doğulmuş, Zaqatala rayonu, Yuxarı Tala kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, orta təhsilli X9 Azərbaycan Respublikası "TƏBİB" PHŞ, "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" PHŞ-də İT üzrə mütəxəssis vəzifəsində işləmişdir. O, "Facebook" sosial şəbəkəsində yaratmış olduğu "Roma Aliyev" adlı profillə (səhifə ilə) "Facebook" sosial şəbəkəsində müxətlif qruplarda (kanallarda) və öz səhifəsində, "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" PHŞ-də İT üzrə mütəxəssis vəzifəsini icra edərkən, Zaqatala rayonu ərazisində 25 yanvar 2024-cü il, 18 aprel 2024-cü il, 07 may 2024-cü il və 19 may 2024-cü il tarixlərində, o cümlədən, 2023 və 2024-cü illərdə müxtəlif vaxtlarda Azərbaycan Respublikası "TƏBİB" PHŞ, "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin direktoru X2 ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymış, o cümlədən, həmin sosial şəbəkədə sonuncunu təhqir etmişdir. Bununla da Zaqatala rayonu, Yuxarı Tala kənd sakini X9 Azərbaycan Respublikasmm Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Şikayətə əlavə olunmuş "Facebook" sosial şəbəkəsində Zaqatala rayonu, Yuxarı Tala kənd sakini X3 "Facebook" sosial şəbəkəsində yaratmış olduğu "Roma Aliyev" adlı profillə yazdığı məlumatlardan çıxarışlardan da göründüyü kimi, X1 Emil Heybullah qızını Azərbaycan Respublikası "TƏBİB" PHŞ, "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin direktor müavinləri və digər vəzifəli şəxslərlə birlikdə küllü miqdarda dövlət əlakını mənimsəməkdə, vəzifə səlahiyyvətlərindən sui-istifadədə, rüşvət verməkdə və külli mqidarda rüşvət almaqda ittiham edir, o cümlədən, onu təhqir edir. Zaqatala rayonu, Yuxarı Tala kənd sakini X3 "Facebook" sosial şəbəkəsində yaratmış olduğu "Roma Aliyev" adlı profillə yazdığı məlumatların bir qismi aşağıdakı kimidir: 1. Zaqatala rayonu, Yuxarı Tala kənd sakini X9 "Facebook" sosial şəbəkəsində yaratmış olduğu "Roma Aliyev" adlı profillə 25 yanvar 2024-cü il tarixdə, "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" PHŞ-də İT üzrə mütəxəssis vəzifəsini icra edərkən Zaqatala rayonu ərazisində "zaqatala kafkaz" səhifəsində yazır: "Salam Hər vaxtınız xeyir. Sizə ZAQATALA RAYON MƏRKƏZİ XƏSTƏXANASİ haqqıda burda Baş verənlər haqda danışmaq istəyirəm. X15 və onun ağla sığmaz əməllərindən danışmaq istəyirəm. Bu xanım son vaxtlar tam olaraq xəstəxananı dövlət orqanı kimi yox, şəxsi maraqlarına uyğun idarə edir. Çox uzağa getmirəm. Bir iki ay əvvəl təcili tibbi yardımına sürücü vəzifəsinə iki nəfər alıb ki, hərsindən də 25 min AZN rüvət alıb, bu pullarla da özüə estetik əməliyyatlar edib, istirahətlər də yeyib bitirib. Birdə ayılıb görür ki, bundan başqa pul çatdırmalı olduğu adamlarda var. Belə olanda pulu xərcləyən Tamara Dr vəziyyətdən çıxmaq üçün əl atır daha kirli yollara işçiləri min cür tələyə salaraq heç bir əsası olmayan ərizələr, töhmətlər yazdıraraq buları sıx boğaz edərək işdən çıxarsın yerinə yeni işçilər alsın, əlbət hamıda bilir ki, yeni işçi yeni pullar deməkdi. Adicə xadimə işləmək istəyənlərdən 7 min AZN pul alan Tamara Dr digər vəzifələrdə müəyyən məbləğlər teklif edir ki iş istəyirsən? Ver məbləği gir işə, X16 cibi dolur. Hələ inzibati işlər üzrə müavini Emil Rüstəmovu demirəm, sənd üzərində saxtakarlıqlar edərək mənimsədiyi külli miqdarda malları demirəm, anbardan daşıyıb satdığı malların sayı hesabı yoxdu. Hələ də prokrorluğda bu iş araşdırılır. Bu yazıları təbibin səyfələridədə payaşacam. Bəsdirin daha milləti boğaza yığdız. #TƏBİB rəhbərliyi buna bir əncam qılsın .".................. Azərbaycan Respublikası "TƏBİB" PHŞ, "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin direktoru X7 "Facebook" sosial şəbəkəsində yaradılmış "Roma Aliyev" adlı profilin sahibi barədə tədbir görülməsi məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zaqatala Rayon Polis Şöbəsinə şikayətlə müraciət etmiş və aparılan araşdırma zamanı məlum olmuşdur ki, həmin profilin sahibi Azərbaycan Respublikası "TƏBİB" PHŞ, "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" PHŞ-də İT üzrə mütəxəssis vəzifəsində işləyən, Zaqatala rayonu, Yuxan Tala kənd sakini X5r. Araşdırma mərhələsində izahatları alınmış, 29 iyul 1998-ci il tarixdə Balakən rayonu, Katex kəndində doğulmuş, Balakən rayonu, Katex kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta ixtisas təhsilli X12 və 03 mart 1986-cı il tarixdə Zaqatala rayonunda doğulmuş, ünvan 3 ünvanda yaşayan, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli X10 da “Facebook" sosial şəbəkəsində yaradılmış "Roma Aliyev" adlı profilin sahibinin "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" PHŞ-yə 25 may 2024-cü il tarixli məktubla qeyd olunan şəxsin Zaqatala rayonu, Yuxarı Tala kənd sakini X9 olması bildirilmiş və həmin yazıların onun tərəfindən paylaşıldığını etiraf etmişdirlər. Bundan sonra, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zaqatala Rayon Polis Şöbəsi "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" PHŞ-yə 25 may 2024-cü il tarixli məktubla qeyd olunan şəxsin Zaqatala rayonu, Yuxarı Tala kənd sakini X9 olması bildirilmişdir. Xüsusi ittiham qaydasında şikayətə məhkəmə hazırlıq iclasında baxılması 01 oktyabr 2024-cü il tarixə təyin edilmiş, lakin məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış xüsusi ittiham qaydasında şikayət verən şəxs X6 və onun nümayəndəsi və vəkili Müdafiəçi1 məhkəmə iclasına gəlməmişdirlər. Bu səbəbdən məhkəmə hazırlıq iclası 07 oktyabr 2024-cü il tarixə təxirə salınmış, məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada növbəti dəfə məlumatlandırılmış xüsusi ittihamçı X6 və onun nümayəndəsi və vəkili Müdafiəçi1 təkrarən məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə öncədən məhkəməyə hər hansı məlumat verməmişdir Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən X9 işin məhkəmə baxışına təyin edilməməsini xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti araşdırıb, belə nəticəyə gəlir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyindən məhkəmə baxışının keçirilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən şikayət vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Bu zaman o, xüsusi ittihamçı kimi həmçinin bu Məcəllənin 88.4-cü maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə edir. CPM-nin 315.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimaixüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Həmin Məcəllənin 315.3-cü maddəsinə əsasən zərər çəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham üzrə məhkəmə baxışı zamanı məhkəmə iclasına təkrarən gəlmədikdə cinayət prosesi tərəflərindən birinin xahişi ilə məhkəmə baxışı yenidən təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Lakin belə hallarda zərər çəkmiş şəxs (xüsusi ittihamçı) məhkəmə iclasına üzrlü səbəblərə görə gəlməsinin təkrarən mümkünsüzlüyünü məhkəmə iclası başlananadək məhkəməyə bildirməmişsə, məhkəmə öz qərarı ilə onun barəsində məcburi gətirilmə haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 315.4-cü maddəsinə əsasən xüsusi ittihamçının xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı zamanı üzrlü səbəblərə görə məhkəmə iclasına gəlməsi mümkün olmadıqda, o, məhkəmə iclası başlananadək bu barədə məhkəməyə məlumat verməlidir. Məhkəmə xüsusi ittihamçının məhkəmə iclasına gəlməməsi səbəbini üzrlü hesab etdikdə, cinayət işinin məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Həmin Məcəllənin 315.5-cü maddəsinə əsasən xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı zamanı üzrsüz səbəblərə görə təkrarən məhkəmə iclasına gəlmədikdə, məhkəmənin qərarı ilə cinayət işinin məhkəmədə xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, xüsusi ittihamçı və vəkili heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlmədiyindən və məhkəmə iclasına gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən bu hal xüsusi ittihamçının xüsusi ittiham qaydasında şikayətdən imtina etməsinə bərabər tutulmalı və CPM-nin 315-ci maddəsinin tələbinə əsasən xususi ittihamçı X2 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Xüsusi ittiham qaydasında şikayət verən şəxs X2 barəsində şikayət verilmiş şəxs X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən və şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar