Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-52/2022 15.11.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, dövlət ittihаmçısı- Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X5 şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1991-ci ildə Zaqatala rayonu, Qandax kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu, Qandax kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 17:00-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayının ortalarında Zaqatala rayonu Qandax kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin yarpaqlarını yığıb həmin kənddə yerləşən yaşadığı fərdi yaşayış evinin həyətində qurutmaqla satış məqsədi olmadan, yəni öz istifadəsi üçün qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda – 486,29 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə etmiş, həmin narkotik vasitənin 6,29 qram çəkidə olan hissəsini 01 ədəd kibrit qutusunda qablaşdıraraq üzərində, qalan hissəsini isə Zaqatala rayonu Qandax kəndində yerləşən, özünə məxsus “Master” adlı kafedə satış məqsədi olmadan qanunsuz olaraq saxlamış, 21 iyul 2022-ci il tarixdə, saat 18:30 radələrində Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən həmin kafedə saxlanılaraq Zaqatala RPŞ-yə gətirilmiş, polis şöbəsində həmin gün saat 19:34-dən 19:50-dək olan müddət ərzində üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibində 1 ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 6,29 qram, həmin gün saat 21:16-dan 21:30-dək olan müddət ərzində “Master” adlı həmin kafeyə baxış keçirilərkən mətbəx otağında 1 ədəd qara rəngli sellofan torbanın içərisində təmiz çəkisi 480,0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, ailəlidir, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Belə ki, o özünə məxsus olan və yaşadığı Qandax kəndində yerləşən “Master” adlı kafeni işlədir. Həmin kafeni çayxana kimi işlədir. Himayəsində üç azyaşlı övladı var. O, 2-3 il olar ki, narkotik vasitələrdən vaxtaşırı istifadə edib və hazırda da istifadə edir. 2022-ci ilin iyul ayının ortalarında o gölə gedən vaxt, yolun Qandax kəndi ərazisində olan meşəlik sahədən keçən vaxt, meşə ərazisində yabanı halda yetişmiş çətənə bitkilərinin olduğunu görmüş, kolların yarpaqlarını qurudub istifadə edə biləcəyini düşünmüşdür. Saat təxminən 11 radələri olmuş, həmin vaxt tək olmuşdur. O həmin çətənə bitkisinin yarpaqlarını qoparıb sellofan torbaya yığmış, özü ilə gölə aparmışdır. Həmin gün axşam saatlarında evə gətirib evin həyətində sərib qurutmuşdur. Bir hissəsini kibrit qutusuna yığıb istifadəsi üçün üzərində gəzdirmiş və özünə lazım olduqda istifadə etmiş, digər hissəsini isə özünə məxsus olan Zaqatala rayonu Qandax kəndi ərazisində yerləşən «Master» adlı kafenin mətbəxində olan şkafın siyirməsində gizlətmişdir. 21 iyul 2022-ci il tarixdə saat 18:30 radələrində o özünə məxsus kafedə olduğu zaman bir neçə polis əməkdaşı kafeyə gəlmiş, onu Zaqatala rayon Məhkəməsinin qərarı ilə tanış etdikdən sonra Zaqatala RPŞ-nə aparmışlar. Orada ona təqdim edilmiş vəkil Müdafiəçi iştirakı ilə üzərində şəxsi axtarış aparılmış və o cibində 1 ədəd kibrit qutusunun içərisində olan çətənə bitkilərini, yəni qurutduğu marixuananı təqdim etmişdir. Bundan sonra müvafiq protokol tərtib edilmiş və həmin kibrit qutusu zərfə qoyularaq qablaşdırılmışdır. Həmin çətənə bitkiləri kibrit qutusu ilə birlikdə elektron tərəzi vasitəsi ilə çəkilmiş və 8.7 qram çəkidə olması müəyyən edilmişdir. Sonra isə onun iştirakı ilə işlətdiyi kafeyə baxış keçirilmiş və kafenin mətbəxində olan şkafın alt hissəsindən ona məxsus narkotik vasitə olan sellofan torbada 485 qram qurudulmuş marixuana aşkar edilrək götürülmüşdür. O, vaxtaşırı marixuanadan istifadə etdiyi üçün həmin çətənə bitkilərini aşkar etdikdə özünün istifadəsi üçün yığmış və öz istifadəsi üçün saxlamışdır. Onun narkotik vasitəni satmaq fikri olmamışdır. İlk dəfədir ki, cinayət əməli törədir, etdiyi hərəkətdən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, Zaqatala RPŞ-nə Zaqatala rayon Qandax kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, saxlaması və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatı daxil olduqdan sonra Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə və işlətdiyi “Master” adlı kafeyə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli, 5(033)-45/2022 nömrəli məhkəmə qərarı alınmışdır. Yenidən 21 iyul 2022-ci il tarixdə alınmış əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs yalnız üzərində və işlətdiyi özünə məxsus “Master” adlı kafedə narkotik vasitə saxlaması müəyyən edilmişdir. 21 iyul 2022-ci il tarixdə o, Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirləri keçirilməsi, həmçinin Təqsirləndirilən şəxs cinayət əməlini ifşa edilməsinə icazə verilməsi üçün Zaqatala RPŞ-nin rəisinə raportla məruzə etmişdir. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə Zaqatala RPŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil edilmişdir. 21 iyul 2022-ci il tarixli, Ə 159-201-22 nömrəli əmrə əsasən qrupa rəhbərlik etmək ona həvalə edilmişdir. Əməliyyat qrupunun üzvləri Zaqatala RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, CAB-nin kiçik inspektoru, polis baş serjantı Şahid3 və TB-nin təhqiqatçısı, polis mayoru Namiq Orucov olmuşdur. 21 iyul 2022-ci il tarixdə saat 18 radələrində əməliyyat qrupunun üzvləri ona məxsus avtomaşınla Təqsirləndirilən şəxs özünə məxsus Zaqatala rayonu Qandax kəndində yerləşən “Master” adlı kafedə olduğunu müəyyən edib kafeyə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs kafedə olmuşdur. O, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz saxlanılması və dövriyyəsində şübhəli olduğunu bildirib onu, Zaqatala rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(033)-45/2022 nömrəli məhkəmə qərarı ilə tanış etmiş, sonra Təqsirləndirilən şəxs Zaqatala RPŞ-nə aparmışlar. Polis şöbəsində təhqiqatçı Namiq Orucovun xidməti iş otağında dəvət olunmuş vəkil Müdafiəçi iştirakı ilə, video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunun içərisində qurudulmuş marixuanaya bənzər yaşıl rəngli bitki kütləsini çıxarıb təqdim etmişdir. Bundan sonra həmin bitki kütləsi elektron tərəzidə çəkilərək kibrit qutusu ilə birlikdə ümumi çəkisinin 8,7 qram olduğu müəyyən olunmuşdur, sonra zərfə qablaşdırılaraq götürülmüş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Bu barədə tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı evdə və yaxud başqa yerdə narkotik tərkibli maddələrinin olub olmaması barədə sual verilmiş, Təqsirləndirilən şəxs ona məxsus Zaqatala rayonu Qandax kəndində yerləşən “Master” adlı kafenin mətbəxində olan şkafın alt hissəsində narkotik tərkibli marixuana gizlətdiyini bildirmiş və onu polisə təqdim edə biləcəyini demişdir. 21 iyul 2022-ci il tarixdə saat 21 radələrində o, əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, kiçik inspektor Şahid3, kriminalist polis kapitanı Məhəmməd Mehtiyev, təhqiqatçı Namiq Orucov, Müdafiəçi, şübhəli şəxs Təqsirləndirilən şəxsla birlikdə Zaqatala rayonu Qandax kəndində yerləşən “Master “ adlı kafeyə getmişlər. Şübhəli şəxs Təqsirləndirilən şəxs kafenin mətbəxində olan şkafın altından qara rəngli sellofan torba çıxarıb onlara təqdim etmişdir. Torbanın içərisində yaşıl rəngli, qurudulmuş, spesifik iyə malik, çətənə bitkisinə bənzər yaşıl rəngli bitki olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin yaşıl rəngli, kəskin iyli bitki kütləsinin nə olduğunu soruşduqda, o həmin bitkinin yabanı şəkildə yetişmiş çətənə bitkisi, marixuana olduğunu bildirmiş, həmin bitkini 2022-ci ilin iyul ayının ortalarında yaşadığı Qandax kəndinin ətrafında yerləşən meşəlik ərazidən aşkar edərək, budaqlarının yarpaqlarını qopararaq şəxsi istifadəsi üçün yığdığını, yaşadığı evə aparıb qurutduğunu və vaxtaşırı istifadə etdiyini bildirmişdir. Həmin çətənə bitkisinə bənzər yaşıl bitki torbada elektron tərəzidə çəkilmiş və 485 qram olması müəyyən edilmişdir. Sonra qablaşdırılaraq götürülmüş və bu barədə müvafiq protokol tərtib olunmuş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Sonra isə həmin bitki kütləsinin tərkibinin müəyyən olunması məqsədilə ekspertizaya göndərilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmiş və Şahid1 ifadəsinə uyğun ifadə verərək onun ifadəsində göstərdiklərini təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş 21 iyul 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, onun əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunun içərisində şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 8,7 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş 21 iyul 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus Zaqatala rayonu Qandax kəndində yerləşən “Master” adlı kafeyə baxış keçirilmiş, kafenin mətbəxində Təqsirləndirilən şəxs saxladığı 1 ədəd qara rəngli sellofan torbanın içərisində təmiz çəkisi 485 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsi tərəfindən verilmiş məhkəmə bioloji ekspertizasının 22 iyul 2022-ci il tarixli 17/575 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...» sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi - 6,29 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində «Təqsirləndirilən şəxs məxsus... kafenin mətbəxindən aşkar edilmiş...» sözləri adlar və imzalar yazılmış qara rəngli sellofan torbanın içərisindəki, təmiz çəkisi - 480,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd kibrit qutusunda və 01 (bir) ədəd qara rəngli sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər səhiyyə idarəsinin rayonlararası narkoloji dispanserinin 28 iyul 2022-ci il tarixli 1061 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə edir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomanya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispansrdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 21 iyul 2022-ci il tarixli qərardan və həmin tarixli protokoldan görünür ki, Muradov X9 RPŞ-in TB-nin təhqiqatçısı X8 tərəfindən həmin gün saat 19:10-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 23 iyul 2022-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 23 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxsin həbsdən azad edilməsi haqqında qərardan görünür ki, Muradov X9 Rayon Polis X7 Yerindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Zaqatala Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına zərərçəkmiş şəxslə barışdıqları üçün xitam verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Qandax kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və onun barəsində nümayəndəliyə heç bir şikayət olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala RİHB-nın Qandax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi özü, yoldaşı X1, 2016-cı il təvəllüdlü qızı-X10, 2019-cu il təvəllüdlü qızı-X11 və 2020-ci il təvəllüdlü qızı-X3 ibarətdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş AZE11231757 nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.2016-cı il tarixdə doğulmuş Mələk Muradovanın atası Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş AA1193373 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.2019-cu il tarixdə doğulmuş Dilək Muradovanın atası Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala RİHB-nın Qandax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 26 iyul.2022-ci il tarixdə verilmiş AZ-T seriyalı 212720 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə anadan olmuş X4 atası Təqsirləndirilən şəxsdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və baxış protokolları, maddi sübut və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayının ortalarında Zaqatala rayonu Qandax kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin yarpaqlarını yığıb həmin kənddə yerləşən yaşadığı fərdi yaşayış evinin həyətində qurutmaqla satış məqsədi olmadan, yəni öz istifadəsi üçün qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda – 486,29 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə etmiş, həmin narkotik vasitənin 6,29 qram çəkidə olan hissəsini 01 ədəd kibrit qutusunda qablaşdıraraq üzərində, qalan hissəsini isə Zaqatala rayonu Qandax kəndində yerləşən, özünə məxsus “Master” adlı kafedə satış məqsədi olmadan qanunsuz olaraq saxlamış, 21 iyul 2022-ci il tarixdə, saat 18:30 radələrində Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən həmin kafedə saxlanılaraq Zaqatala RPŞ-yə gətirilmiş, polis şöbəsində həmin gün saat 19:34-dən 19:50-dək olan müddət ərzində üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibində 1 ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 6,29 qram, həmin gün saat 21:16-dan 21:30-dək olan müddət ərzində “Master” adlı həmin kafeyə baxış keçirilərkən mətbəx otağında 1 ədəd qara rəngli sellofan torbanın içərisində təmiz çəkisi 480,0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə qeyd edir ki, himayəsində üç azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, onun üzərində saxlayaraq daşıdığı narkotik vasitələrin və psixiatrop maddələrin çəkisinin şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını, şəxsin azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılmalı, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbsə alınmalı, cəzasının əvvəli həbsə alınacağı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, onun barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilən və Zaqatala Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd kibrit qutusunun içərisində şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 6,29 qram, “Master” adlı kafenin mətbəxində saxladığı 1 ədəd qara rəngli sellofan torbanın içərisində təmiz çəkisi 480,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın ekspertizadan qaytarılmış qalığı, yəni 486,25 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 34,55 manat məbləğində eksperiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 21 iyul 2022-ci il tarixdən 23 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində 23 iyul 2022-ci il tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı tarixdən, yəni, 15 noyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilən və Zaqatala Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd kibrit qutusunun içərisində şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 6,29 qram, “Master” adlı kafenin mətbəxində saxladığı 1 ədəd qara rəngli sellofan torbanın içərisində təmiz çəkisi 480,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın ekspertizadan qaytarılmış qalığı, yəni 486,25 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №1(033)-52/2022
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-52/2022
15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver