Məhkəmə qərarları › İş №1(033)-52/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №1(033)-52/2023

10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 1(033)-52/2023 10.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumkuğu olmayan, dülgər işləyən, Zaqatala rayonu Yuxarı Tala kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, 20 avqust 2023-cü il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs ilə qonşusu Təqsirləndirilən şəxs arasında Zaqatala rayonu Yuxarı Tala kəndində yaşadıqları evin yaxınlığında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs başına və sifətinə yumruqla zərbələr vuraraq sonuncuya təpə nahiyəsində əzilmiş-cırılmış yara xarakterli, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığa yüngül zərər vurmaya aid, ənsə nahiyəsində və sol qulaq seyvanında sıyrılmış yara, sol göz ətrafında qançır xarakterli, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmə baxışı iclasında dindirilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2000-ci ildən dülgərliklə məşğul olub ailəsini dolandırır. Dülgərliklə məşgul olan qonşusu Zərərçəkmiş şəxs ilə əvəllər heç vaxt ədavəti və mübahisəsi olmayıb. Təxminən 2006-cı ildən Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən “MTS” idarəsinin yanında mərhum Əhməd Əhmədovun icarəyə götürdüyü dülgər sexində işləməyə başlamışdır. 2023-cü ilin may ayında həmin sexə qonşusu İlham işləməyə gəlmişdir. Təxminən xx.xx.2023-cü il tarixdə Əhməd Əhmədov vəfat etmiş və sexdə onun yarımçıq sifarişləri qalmışdır. O, həmin sifarişləri İlhamın tamamlamasını xahiş etmişdir. İlham bir sifarişi yerinə yetirmişdir. Həmin sifarişi tamamlayanda İlhama 50 manat pul vermiş və sonuncu həmin pulun 5 manatını ona qaytararaq borcunu vermişdir. Daha sonra mərhum Əhmədin yarımçıq qalan tapçan sifarişini İlhama tamamlamasını xahiş etmiş və ona sifariş verən Əhməd adlı müştəri tapçan düzəltmək üçün mərhum Əhmədə 100 manat nağd pul verdiyini, 20 manatı isə sifarişi yekunlaşandan sonra verməli olduğunu izah etmişdir. Mərhum Əhməd həmin sifarişin 4 ədəd ayağını hazırlamış, geri qalan hissəsini düzəltmək üçün materialı almamışdır. İlham həmin sifarişi 20 manat müqabilində yekunlaşdırmağı razılaşmışdır. Daha sonra Əhməd sifariş verdiyi tapçan üçün sexə gələrək İlhamla danışdığını, ona taxta material gətirdiyini və 20 manat boya üçün verdiyini bilmişdir. Təxminən 4-5 günə İlham Əhmədin sifarişini yekunlaşdırıb təhvil vermişdir. Həmin gün İlham ona Əhmədin sifariş verdiyi tapçanı götürəndə zəhmət haqı üçün ona verəsi 50 manat pulu mərhum Əhmədin oğlu Elçinə verdiyini bildirib Elçinin mobil nömrəsini ondan istəmişdir. O, İlhama Elçinin mobil nömrəsini versədə, Əhmədin tapçan üçün razılaşdığı 120 manat pulu verdiyindən onun sözünü zarafat kimi gəbul etmişdir. Bir gün sonra Elçin ona zəng edib mərhum atası Əhmədin yas mərasimini keçirdiyindən maddi vəziyyəti yaxşı olmadığını, İlhamın ondan 50 manat pul istədiyini bildirmişdir. O, İlhamın mərhum Əhmədə 70 manatdan 4 ay sexin icarə pulunu vermiyərək Elçindən pul istədiyinə görə əsəbləşmişdir. Buna görə o, Elçinə həmin pulu özünə verdiyini İlhama deməsini bildirmişdir. Bundan sonra İlham onun xəbəri olmadan sexə gətirdiyi öz əşyalarını aparmış və həmin gündən ona “whatsap” mobil tədbiqi ilə təhqiredici sözlər yazmağa başlamışdır. xx.xx.2023-cü il tarixdə saat 22 radələrindən İlham ona “whatsap” mobil tədbiqi ilə təkrar təhqiredici səsli mesajlar göndərərək onu söhbət etməyə dəvət etmişdir. O, İlhamın mesajlarına əsəbləşərək yaşadığı evin qarşısına çıxmışdır. Həmin vaxt İlhamın yaşadığı evin yanından keçdiyini görmüş və ona yaxınlaşıb göndərdiyi təhqir mesajlarına görə iradını bildirmişdir. İlham ona “yaxşı etmişəm” deyəndə əsəbləşib ona sillə vurmuş və öz həyətinə keçmişdir. İlham onun arxasınca gəlib ünvanına nalayiq ifadələr demişdir. Həmin vaxt o, darvazanın yanında İlhamın üzünə, başına yumruqla zərbələr vurmuşdur. Bundan sonra İlham öz evinə çıxıb getmişdir. Bundan əlavə həmin mübahisə 3-5 dəqiqə davam etdiyini, kənardan heç kimin görmədiyini, İlhama vuranda əlində heç bir alət olmadığını qeyd etmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Odur ki, barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs ibtidai istintaq vaxtı vermiş olduğu və məhkəmə prosesində elan olunmuş ifadəsindən məlum olmuşdur ki, təxminən 30 ildir dülgərliklə məşğul olub ailəsini dolandırır. Dülgərliklə məşgul olan qonşusu Təqsirləndirilən şəxsla əvəllər heç bir ədavəti və mübahisəsi olmayıb. Təxminən 2023-cü ilin iyun ayından Təqsirləndirilən şəxsla Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən “MTS" idarəsinin yanında mərhum Əhməd Əhmədovun icarəyə götürdüyü dülgər sexində işləməyə başlamışlar. xx.xx.2023-cü il tarixdə Əhməd Əhmədov vəfat etmişdir və sexdə onun yarımçıq gördüyü işlər qalmışdır. O, işə gələndə Məhəmməd ona mərhum Əhmədin 2 ədəd oturacaq sifarişi yarımçıq qaldığını və həmin işdən 50 manat pul veriləcəyini, 50 manat pulun 40 manatını ona, qalan 10 manatını isə özünə götürəcəyini bildirmişdir. O, həmin şərtlə razılaşıb işi görüb təhvil vermiş və 40 manat pulu Məhəmməddən almışdır. Daha sonra Məhəmməd Əhmədin başqa bir yarımçıq işi olduğunu bildirərək müştərinin özü yaxınlaşacağını demişdir. Təxminən 2 gündən sonra sifariş verən Əhməd adlı şəxs gəlib ona mərhum Əhmədə sifariş verdiyi tapçanı 120 manata razılaşdığını, 100 manat pulu ona nəğd verdiyini bildirmişdir. O, mərhum Əhmədin gördüyü işlərə baxdıqda sexdə həmin sifarişin yalnız 4 ayağı olduğunu, lakin sifarişi başa çatdırmaq üçün taxta materialın olmadığını görmüş, Əhməd ona materialı alıb gətirmiş və 20 manat lak boyası üçün nəğd pul vermişdir. Bundan sonra o, həmin sifarişi bitirib Əhmədə bu barədə məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə Əhməd gəlib sifarişini götürmüş və ona mərhum Əhmədin oğlu ilə görüşəndə gördüyü iş üçün 50 manat pul verəcəyini demişdir. Bundan sonra o, Əhməddən pul istəməmiş və mərhum Əhmədin oğlu Elçinə zəng edib bu barədə soruşmuşdur. Elçin Əhmədin ona dediklərini təsdiq etmişdir. Daha sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Elçinə borcu olmuş, Elçinin ona çatdırası 50 manat pul vəsaiti ilə Məhəmməd öz borcunu bağlamışdır. Bundan sonra o, Məhəmmədə zəng edib bu barədə soruşmuş, sonuncu onunla mübahisə edərək Əhmədin verdiyi sifariş özünün olduğunu, hansı səbəbdən müştəriyə təkrar material aldırdığını soruşaraq ünvanına nalayiq ifadələr demişdir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində yaşadığı evin yaxınlığında yerləşən kafedə tək araq və pivə içmişdir. Daha sonra saat 21 radələrində yaşadığı evdə tək araq içmiş və “whatsap” mobil tədbiqi ilə Məhəmmədə səsli mesaj göndərərk “pulumu niyə yiyibsən” deyib söymüş və söhbət etməyə dəvət etmişdir. Həmin tarixdə saat 23 radələrində o, evdən çıxıb mağazaya getmiş və geri qayıdanda yaşadığı evin yaxınlığında Məhəmmədlə rastlaşmışdır. Həmin vaxt Məhəmməd “sən kimsən mənə söyüş söyüsən” deyib üstünə gəlib yumruqla gözünə zərbə vurmuşdur. Həmin zərbədən o, yerə yıxılmış, Məhəmməd isə onun üstünə yıxılıb boğazından tutmuşdur. Bundan sonra Məhəmməd durub öz evinə doğru getmişdir. O, Məhəmmədin yaşadığı evin qarşısına çatanda Məhəmməd yaşadığı evin çöl darvazasından çıxıb təkrar onun başına yumruq zərbələri vurub ona xəsarət yetirmişdir. O, həmin zərbələrdən Məhəmmədin əlində nə isə olduğunu zənn etmişdir. Bundan sonra Məhəmməd öz evinə keçmiş və o, təxminən 30-40 metr aralıda olan öz evinə getmişdir. Bundan əlavə o, həmin mübahisənin 3-5 dəqiqə davam etdiyini, kənardan heç kimin görmədiyini , mübahisə zamanı Məhəmmədin əlində hər hansı bir alət görmədiyini, sonuncuya vurmadığını qeyd etmişdir. O, Məhəmməddən polisə şikayət etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Məhkəmə Tibbi Ekspertizası və PA X5 Şəxsin Zaqatala rayon şöbəsinin 02 sentyabr 2023cü il tarixli 315 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibb müayinəsi zamanı aşkar edilən xəsarətlər-təpə nahiyəsində əzilmiş-cırılmış yara, ənsə nahiyəsində və sol qulaq seyvanında sıyrılmış yaralar, sol göz ətrafında qançır-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gəlməyə uyğun olub, dərəcəsinə görə, təpə nahiyəsində əzilmiş-cırılmış yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, ənsə nahiyəsində və sol qulaq seyvanında sıyrılmış yaralar, sol göz ətrafında qançır isə birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən verilmiş tələbnamədən görünür ki, vət. Təqsirləndirilən şəxs xx.xx.1999-cu ildə Azərbaycan Respublikası CM-nin 242-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. İş materiallarında olan notariat qaydasında təsdiq olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini, ondan heç bir şikayətinin və tələbinin olmadığını bildirməklə, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Tala kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 06 sentyabr 2023-cü il tarixdə verilmiş 5-82-39/2-1089/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi özündən, arvadı X4, oğlu 2002-ci il tarixdə doğulmuş X3 və 2004-cü il tarixdə doğulmuş X2 ibarətdir. İş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Tala kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 06 sentyabr 2023-cü il tarixdə verilmiş 5-82-39/2-1091/2023 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsindən əlavə, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizanın rəyi, eləcə də işin digər obyektiv halları ilə tam sübuta yetirildi. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12-ci və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış icraat materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tututlan cinayət əməlini törətmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərəçəkmiş şəxslə barışdığına və zərərçəkmişə vurduğu ziyanı aradan qaldırdığına görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə məhkəmə iclasında xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İşdə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 43.3, 173, 344-347, 356, 358 və 384-cü maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyinə görə onun barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar