Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-53/2021 19.10.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 08 avqust 1992-ci ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, Zaqatala rayonu, Cimcimax kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs 2021-ci ilin may ayında aralarında intim münasibətlər olan Zaqatala rayonu, Yuxarı Çardaxlar kənd sakini Zərərçəkmiş şəxs istifadəsində olan “Samsung Galaxy A10 ” markalı mobil telefonun “Whatsapp” mobil tətbiqi vasitəsi ilə ona göndərdiyi çılpaq vəziyyətdə və cinsiyyət orqanını əks etdirən fotoşəkillərini özünə məxsus “Samsung” markalı mobil telefonunun yaddaşına köçürməklə saxlamış, 09 iyun 2021-ci il tarixdə yaşadığı Zaqatala rayonu, Cimcimax kəndində olan zaman tamah niyyəti ilə özgə əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs çılpaq vəziyyətdə və cinsiyyət orqanını əks etdirən fotoşəkillərini göndərib mesajlar yazaraq bu barədə yaxın qohumlarına və kənd sakinlərinə xəbər verəcəyi, həmin fotoşəkilləri kənd sakinləri arasında və internet vasitəsilə nümayiş etdirib barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək vahid niyyətlə 30 manat məbləğində pul verməsini qəsdən hədəqorxu ilə tələb etmiş, daha sonra 10 iyun 2021-ci il tarixdə, saat 10 radələrində tələb etdiyi 30 manat məbləğində pulun 5 manat məbləğində hissəsinə Zərərçəkmiş şəxs kontur alıb göndərməsini hədə-qorxu ilə tələb etdiyi üçün sonuncu həmin gün saat 14 radələrində 843 393 398 2195 şifrəli, 5 manatlıq Azercell Sim kontur kartının şəklini çəkib “Whatsapp” mobil tətbiqi vasitəsi ilə ona göndərmiş, bundan sonra o, tələb etdiyi pulun 5 manatını Zərərçəkmiş şəxs güzəştə gedərək yerdə qalan 20 manat məbləğində hissəsini haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə qanunsuz olaraq hədə-qorxu ilə tələb etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs mobil nömrəsini əvvəllər işlədiyi firmadan sifariş vermək üçün kənd camaatı arasında soraqlaşaraq öyrənmiş, istifadəsində olan 050 668 13 71 və 050 336 31 71 mobil nömrələri ilə Aytənin istifadəsində olan 070 511 37 16 mobil nömrəsi ilə əlaqə saxlamışdır. Onun Aytənin evlənib boşanmasından məlumatı olsa da, Aytənin onun evli olmasından məlumatı olmamışdır. O, Aytəni sevdiyini deyərək inandırmış, Aytənlə tanış olduqdan təxminən 10 gün sonra may ayının əvvələrində ilk dəfə Aytənlə yaşadıqları evin həyətində yerləşən fındıq bağının altında təbii yolla cinsi əlaqədə olmuşdur. 2021-ci ilin may ayının əvvəllərində o, Aytəndən bir ədəd çılpaq şəkilini göndərməsini istədikdə Aytən ona inandığı üçün tamamilə çılpaq şəklini çəkib atmışdır. Bundan sonra o, Aytəndən bir neçə ədəd cinsiyyət orqanının şəkillərini çəkərək göndərməsini istədikdə Aytən də ona inandığı üçün cinsiyyət orqanının şəkilini çəkib atmış və həmin şəkillərə baxaraq cinsi ehtirasını təmin etmişdir. Aytən onun evli olduğunu bildikdən sonra onunla əlaqəni kəsmək istəmiş, o isə yaxın vaxtlarda boşanacağını dediyi üçün Aytən onunla əlaqəni kəsməmişdir. O, həmin müddətdən sonra mütəmadi olaraq təxminən 9-10 dəfə Aytənin yaşadığı evə getmiş, Aytənə evlərinə getməzdən əvvəl gəlməsi barədə məlumat vermiş, Aytənlə yaşadıqları evin baxçasında yerləşən fındıq ağaclarının və odun yığdıqları damın çardağının altında cinsi əlaqədə olmuşdur. O, təxminən 5-6 dəfə Aytənlə təbii yolla və bir-iki dəfə Aytənlə qeyri təbii yolla cinsi əlaqədə olmuş, ancaq Aytən hamilə qalmasın deyə sperma ifrazını kənara tökmüşdür. Həmçinin 3-4 dəfə ayaqüstə Aytən ayaqlarını bir-birinə sıxmış, o da ayaqlarının arasına cinsiyyət orqanını soxaraq ehtirasını təmin etmişdir. O, Aytəngilə gedən zaman pul kisəsini çayın içərisinə salmış, bu barədə Aytən bildikdən sonra ona kömək üçün 1000 manat pul verə biləcəyini demiş, ancaq o, Aytənin təklifi ilə razılaşmamışdır. Sonuncu dəfə tutulmamışdan təxminən 2 həftə əvvəl Aytənlə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. O, 2021-ci ilin may ayının ortalarında ayrı-ayrı vaxtlarda Aytənin çılpaq şəkillərini qohumları Cavanşir və Alikə göstərmiş, qohumları Cavanşir və Alikin də Aytəndən xoşu gəlmədiyi üçün onun etdiyi hərəkəti pis qarşılamamışlar. Hətta o, bir dəfə həqiqətən Aytənlə görüşdüyünü sübut etmək üçün Aliklə birlikdə Aytənin yaşadığı evə getmiş, Alik evin içərisinə keçmiş, o isə Aytəni bir neçə dəfə mesaj yazaraq evdən çölə çıxarmışdır. Bundan sonra Alik Aytənlə söhbət edərək onunla münasibətini sonlandırmasını istəmişdir. Aytən ona nəyə görə şəkilləri Alikə göstərməsini soruşanda, o, şəkilləri siləcəyini Aytənə söz vermişdir. 09.06.2021-ci il tarixdə o, həmişə olduğu kimi Aytənlə görüşərək qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəmiş, o, Aytənə zəng edərək, həmçinin mesajlar yazaraq bu barədə dedikdə Aytən ona evdə tək olacağını bildirib, gəlməsinə razılıq vermişdir. O, dağa gedəcəyi üçün Aytəndən 30 manat pul istəmiş, Aytən ona 30 manat pulu olmadığını dedikdən sonra birazda pivə içdiyi üçün Aytənlə kobud danışmağa başlamışdır. O, mobil telefonunda olan çılpaq şəkillərini Aytənə ataraq 30 manat pul vermədiyi halda həmin şəkilləri bütün kənddə və sosial şəbəkələrdə yayacağını demiş, Aytən də ona 20 manat pulunun olmasını dedikdə o razılaşmış və axşam gəlib götürəcəyini demişdir. O, həmin gün yaşadığı kənddən çıxaraq Aytənin yaşadığı evin yanına getmiş, ancaq nə qədər mesaj yazsa, zəng etsə də Aytən cavab verməmişdir. O, əsəbi halda Aytənə hədə ilə dolu mesajlar yazmış və Aytənə başına oyun açacağını demişdir. Səhəri gün, yəni 10.06.2021-ci il tarixdə Aytən ona zəng edərək baş verənləri izah etmiş və atası ilə getdiyi üçün gələ bilmədiyini demişdir. O isə Aytəndən tələb etdiyi 30 manatın 5 manatlıq hissəsinə ona kontur vurmasını istəmiş, Aytən ona kənddə kontur olmadığını dediyi zaman Aytənin onu aldatmasını zənn etmiş və Aytənə 1 saat müddətində kontur tapmayacağı halda rüsvay edəcəyini demişdir. Aytən də günorta saat 14 radələrində 5 manatlıq Azercell sim kontur alıb kodunu pozaraq ona şəkilini çəkib yollamışdır. O, Aytənə tələb etdiyi 30 manatın 5 manatını kontura, 5 manatını isə hörmət etdiyi üçün çıxdığını bildirib, 20 manat pul tələb etmişdir. O, 20 manatı götürüb 10 günlük dağa gedəcəyini bildirmiş, Aytənə mütləq düzəltməli olduğunu əks təqdirdə ondan inciməməsini demişdir. Aytən də 20 manatlıq əskinazın şəklini çəkib ona atdıqda Aytənə gəlib pulu götürəcəyini bildirmişdir. Həmin axşam o, Aytənin yaşadığı evin qarşısına getsə də, Aytən onun mesajlarına cavab verməmiş və zənglərini açmamış, bundan sonra o, öz yaşadığı evə getmişdir. Çılpaq şəkilləri ona Aytən göndərmiş, o da Aytənlə görüşməyən zaman həmin şəkillərə baxıb cinsi ehtirasını təmin etmişdir. O, Aytənlə könüllü olaraq cinsi əlaqədə olmuş, Aytənə heç bir zorakılıq və şəkillərdən istifadə edərək təsir etməmişdir. O, çılpaq şəkillərini yaymaqla hədə-qorxu gələrək Zərərçəkmiş şəxs 30 manat pul tələb etmiş, daha sonra 30 manatın 5 manatlıq hissəsinə Aytənə kontur almasını demişdir. Aytən ona 5 manatlıq kontur kartının şəklini çəkib atmış, yerdə qalan hissəsinin 5 manatını istəməmiş və Aytəndən 20 manat pul tələb etmişdir. Zərərçəkmiş şəxs çılpaq çəkillərini yayacağı ilə hədələyərək 1000, 500, 200 manat pul tələb etməmişdir. Etdiyi hərəkətlərdən peşmandır. Ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı sonuncu verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə tanış olduqdan sonra mütəmadi olaraq könülü olaraq təbii yolla və arxa nahiyəsindən cinsi əlaqədə olmuş, Elxan onunla cinsi əlaqədə olmaq üçün çılpaq şəkillərindən istifadə etməmişdir. Təqsirləndirilən şəxs onunla münasibətdə olması və onda çılpaq şəkillərinin olması barədə qohumları Alik və Cavanşirə demişdir. Buna görə də, Elxanla aralarında olan münasibətlər soyumuş, o, Elxanın şəkilləri silməsini zənn etmişdir. Lakin Elxan həmin şəkillərdən istifadə edərək 09.06.2021-ci il tarixdə kimi ondan heçnə tələb etməmişdir. 09.06.2021-ci il tarixdə Elxan ona mesajlar yazaraq onunla arxa nahiyəsindən cinsi əlaqədə olmaq istəməsini demiş, o da özü də istədiyi üçün Elxana axşam gəlməsini və evdə tək olacağını bildirmişdir. Ancaq sonradan Elxan ondan 30 manat pul istəmiş, o, Elxana ilk öncə 30 manat pulu olmadığını dedikdən sonra Elxan onunla kobud danışmağa başlamışdır. Elxan ona çılpaq şəkillərini ataraq 30 manat pul vermədiyi halda həmin şəkilləri bütün kənddə və sosial şəbəkələrdə yayacağını demişdir. O da Elxana 20 manat pulunun olmasını dedikdə Elxan razılaşmış və axşam gəlib götürəcəyini demişdir. Həmin gün o, atası ilə qonaq getdiyi üçün Elxan gəlsə də, onunla görüşə bilməmişdir. O, evə gələn zaman Elxanın mesajlarını görmüş, Elxan dəfələrlə onu hədələyərək başına oyun açacağını yazmışdır. Səhəri gün, yəni 10.06.2021ci il tarixdə o, Elxana cavab yazaraq baş verənləri izah etmiş, Elxan isə ondan tələb etdiyi 30 manatın 5 manatlıq hissəsinə ona kontur vurmasını istəmiş, o da özünə də lazım olduğu üçün mağazadan kontur olub-olmaması barədə soruşmuş, ona kontur olmadığını demişlər. Buna görə də, Elxana kənddə kontur olmadığını demiş, Elxan da ona 1 saat müddətində kontur tapmayacağı halda onu rüsvay edəcəyini demişdir. O da günorta saat 14 radələrində 5 manatlıq Azercell sim kontur alıb kodunu pozaraq Elxana şəkilini çəkib yollamış, Elxan ona tələb etdiyi 30 manatın 5 manatını kontura, 5 manatını isə ona hörmət etdiyi üçün çıxdığını bildirib, ondan 20 manat pul tələb etmişdir. Elxan 20 manatı götürüb 10 günlük dağa gedəcəyini bildirmiş, o, Elxana çalışıb düzəldəcəyini deyən zaman ona mütləq düzəltməli olduğunu əks təqdirdə, ondan inciməməsini demişdir. O da Elxanı sakitləşdirmək üçün 20 manatlıq əskinazın şəklini Elxana çəkib atmış, bundan sonra Elxanın ondan hədə-qorxu gələrək istifadə etməsini gördüyü üçün polisə şikayət etmək qərarına gəlmişdir. Elxanla həmin gün görüşməmiş və 11.06.2021-ci il tarixdə polisə şikayət etmişdir. O, ifadəsinə əlavə olaraq göstərdi ki, Elxan içərisində 1000 manat pul olan pul kisəsini itirmiş, onun da həmin vaxtlar Elxanla münasibəti yaxşı olmuş, o da Elxana kömək olsun deyə özü pul verməyi təklif etmişdir. Elxanla öz könüllü razılığı ilə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmuş, sonuncu dəfə də Elxanla 2021-ci ilin may ayının sonlarında qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Ancaq münasibətləri soyuduğu üçün daha sonra cinsi əlaqədə olmamış, 09.06.2021-ci il tarixdə Elxan onunla cinsi əlaqədə olmaq istəsə də, o, Elxanla cinsi əlaqədə olmamışdır. 09.06.2021-ci il tarixdə Elxan ondan 30 manat pul tələb etmişdir. 10.06.2021-ci il tarixdə tələb etdiyi 30 manatın 5 manatlıq hissəsinə kontur göndərməsini tələb etmişdir. O da 5 manatlıq konturun şəklini çəkərək Elxana göndərmiş, daha sonra Elxan tələb etdiyi 30 manatın 5 manatını kontura, 5 manatını isə ona görə çıxmışdır və ondan 20 manat pul tələb etmişdir. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bibisi qızıdır. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanımış, Elxanla eyni kənddə yaşamışlar. Onun Elxanla münasibəti pis olmuş, Elxan əxlaqsız insan olmuş, Elxan əxlaqsızcasına kənddə yaşayan qadınlarla kimliyindən asılı olmayaraq münasibət yaratmaq istəmiş və buna görə də kəndin camaatı tərəfindən sevilməmişdir. O da bir müddət əvvəl yaşadığı evin qarşısına sərxoş gəldiyi üçün Elxanı qovmuş, Elxanı qovan zaman ona əvəzini çıxacağını demişdir. Təxminən 1 həftə sonra 2021-ci ilin may ayının ortalarında o, otlaq sahəsində olan zaman Elxan onun yanına gəlmiş, Elxan ona Aytənin tamamilə çılpaq şəklini mobil telefonunda göstərmişdir. Elxan ondan heyf çıxmaq üçün belə bir hərəkət etməsini demiş, o, Elxandan şəkili silməsini istəsə də, Elxan şəkili silməyəcəyini bildirmişdir. O da özünə problem yaratmamaq üçün Elxana heçnə etməmişdir. Səhəri gün o, Aytənə zəng edərək Elxanla münasibətinin olub-olmadığını və Elxana çılpaq şəklini kimin göndərməsini soruşmuşdur. Aytən ağlayaraq ona Elxana inandığı üçün bir müddət danışdığını, çılpaq şəkili özünün göndərməsini demişdir. O da Aytənə Elxanın evli biri olduğunu və onunla münasibəti kəsməsini tapşırmışdır. Aytən ondan Elxanda olan çılpaq şəkillərini sildirməsini xahiş etmiş və Aytənə Elxanla söhbət edəcəyini demişdir. O, Elxanla görüşərək Aytənin şəklini silməsini istəmiş və Aytənin özünə nəsə edə biləcəyini demişdir. Elxan ona şəkili silməyəcəyini demiş, bir neçə gün sonra Aytən ona zəng edərək xalasıoğlu Alikin də şəkildən xəbərinin olmasını demişdir. Aytənin deməsinə görə Alikin onların yaşadığı evə gələrək şəkili görməsini demiş, o da Aytəni sakitləşdirmək üçün yaşadığı evə getmiş, Aytənə Elxanın şəkili silməyəcəyini və tək yolunun polisə şikayət etmək olmasını demişdir. Bundan bir neçə gün sonra Aytənin polisə şikayət etməsi ona məlum olmuşdur. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Aytən ona Elxanın nə tələb etməsi barədə konkret olaraq heçnə deməmiş, sadəcə olaraq ondan şəkillərini sildirməyə kömək etməsini istəmişdir. Elxan ona Zərərçəkmiş şəxs çılpaq şəklini göstərərək ondan heyf çıxmasını bildirmişdir. Aytənin nömrəsini Elxana verməmiş, Elxan ondan heyfli olduğu üçün onu şərləmiş və biabır etmək istəmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Aytən 2020-ci ildə ailə həyatı qurub 2 ay sonra boşanmış, Aytənin anası Lalə Yahyayeva 22.07.2019-cu il tarixdə ölmüş, həmin müddətdən sonra Aytən onunla birlikdə yaşamışdır. Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər tanımamış, Elxanla heç bir münasibəti, düşmənçiliyi və ədavəti olmamışdır. 10.06.2021-ci il tarixdə yaşadığı evdə olan zaman qardaşının arvadı Sevinc gəlmiş, Sevinc Aytən haqqında onunla söhbət etmək istəməsini bildirmişdir. Sevincin deməsinə görə Zaqatala rayonu, Cimcimax kəndindən olan Elxan adlı şəxs təxminən 1 ay müddətdir ki, Aytənlə mobil telefon vasitəsi ilə danışmışdır. Sevincin deməsinə görə həmin Elxan adlı oğlan Aytəni şantaj edərək pul və kontur tələb etmiş, Aytən də həmin Elxan adlı şəxsə 5 manat kontur göndərmişdir. Elxan adlı şəxs isə Aytəndən əl çəkməyərək yenə də pul tələb etmiş, o da Aytəndən bu barədə maraqlananda Aytən ona Sevincin düz danışmasını demişdir. Buna görə də səhəri gün, yəni 11.06.2021-ci il tarixdə Aytən Zaqatala rayon polis şöbəsinə gedərək ərizə ilə müraciət etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun ərinin qardaşı qızıdır. Aytən 2020-ci ildə ailə həyatı qurub 2 ay sonra boşanmışdır. Aytənin anası Lalə Yahyayeva 22.07.2019-cu il tarixdə ölmüş, həmin müddətdən sonra Aytən atası Şəmsəddin ilə birlikdə yaşamışdır. Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər tanımamış, Elxanla heç bir münasibəti, düşmənçiliyi və ədavəti olmamışdır. 10.06.2021-ci il tarixdə yaşadığı evdə olan zaman Aytən ağlaya-ağlaya gəlmiş, Aytəndən nə baş verməsini soruşan zaman Aytən Elxan adlı şəxslə 1 ay müddətdir ki, sevgili kimi danışdığını və Elxanla yaxın münasibətdə olmasını demişdir. Aytən Elxana etibar edərək çılpaq şəkillərini göndərməsini, Elxanın isə hazırda həmin çılpaq şəkillərlə onu şantaj edərək kontur və pul istəməsini bildirmişdir. O, Aytənin mobil telefonunda olan mesajlara baxmış və həqiqətən də Elxan adlı şəxsin Aytəni şantaj edərək pul və kontur istəməsini görmüşdür. Aytən də həmin şəxsə 5 manatlıq kontur kartının şəklini və 20 manat pulun şəklini göndərmişdir. O da Aytənə həmin şəxsə pul verməməsini tapşırmış və polisə şikayət etmək lazım olmasını bildirmişdir. O, bu barədə Aytənin atası Şəmsəddinə demək qərarına gəlmiş, Aytənlə birlikdə yaşadıqları evə getmiş, Şəmsəddinə baş verənlər barədə danışmışdır. Buna görə də səhəri gün, yəni 11.06.2021-ci il tarixdə Aytən Zaqatala rayon polis şöbəsinə gedərək ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs hədə-qorxu gələrək Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olması və əvvəllər də pul tələb etməsi barədə məlumatı olmamış və Aytən ona bu barədə heçnə deməmişdir. Məhkəmə iclası zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki,Zərərçəkmiş şəxs onun xalası qızıdır. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanımış, Elxanla eyni kənddə yaşamış, onun Elxanla münasibəti yaxşı olmuşdur. 2021-ci ilin may ayının 15-də o, qışlaqdan kəndə düşmüş, kənddə olan zaman Elxan ona yaxınlaşaraq Aytənin çılpaq şəklini və cinsiyyət orqanı şəkillərini göstərmişdir. Elxan Aytənin əxlaqsızlıq etdiyini və onunla da münasibətdə olduğunu bildirmişdir. O, ilk öncə inanmamış, Elxandan həqiqətən Aytənlə münasibətdə olmasını ona sübut etməsini istəmişdir. Onlar birlikdə Aytənin yaşadığı evə getmişlər, Elxan küçədə gözləmiş, o, evə girmişdir. Aytənə ilk öncə heç bir söz deməmiş, o, evdə olan zaman Elxan Aytənə mesajlar yazmış, o, özünü bilməməzliyə vurmuş, axşam vaxtı Aytən iki dəfə evin həyətinə çıxmışdır. Hər dəfə təxminən 15-20 dəqiqə evin həyətində olmuş, Aytən evə qayıdandan sonra o, Aytəndən kiminlə danışmasını soruşmuş, Aytən Lahıc kəndindən biri ilə danışmasını demişdir. O, Aytənə ona yalan danışmamasını, Elxanla münasibətindən xəbərinin olduğunu demişdir. Aytənə Elxanın evli olduğunu deyib münasibəti kəsməsini istəmişdir. Aytən iki dəfə çölə çıxıb Elxanla görüşməsini etiraf etmiş, ancaq onların cinsi əlaqədə olmalarını bilməmişdir. Aytəndən Elxana çılpaq şəkillərini niyə göndərməsini soruşmuş, Aytən ona bir səhv etdiyini, Elxana inandığı üçün şəkilləri göndərməsini demişdir. O, Aytənə Elxanın nömrəsini bloka saldırmışdır. Aytən ona bir daha Elxanla münasibətdə olmayacağına dair söz vermiş, bundan sonra o, bacısıgilə getmiş, daha sonra qışlağa qayıtmışdır. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Aytən ona Elxanın ondan nəsə tələb etməsi barədə konkret olaraq heçnə deməmişdir. Elxan ona Zərərçəkmiş şəxs çılpaq şəklini göstərərək Aytənin onunla cinsi əlaqədə olmasını demişdir. Təqsirləndirilən şəxs Aytən Yahyayevanın şəklini başqa kimlərə göstərməsi barədə məlumatı olmamışdır. İşdə olan 11 iyun 2021-ci il tarixli götürmə aparılması və baxış keçirilməsi haqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus 1 ədəd Samsung Galaxy A10 markalı mobil telefona baxış zamanı müəyyən edildi ki, mobil telefonun daxilində 070 *** ** ** mobil nömrəsi vardır. Mobil telefonda Whatsapp mobil tətbiqində arxivlənmiş mesaj hissəsində Təqsirləndirilən şəxs istifadəsində olan +99450 *** ** ** mobil nömrəsi ilə qeydə alınmış mesajların və səsli mesajların məzmunundan görünür ki, 09.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arxa nahiyəsindən cinsi əlaqədə olmağı təklif edir. Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs ilə razılaşaraq cinsi əlaqədə olmağa razılaşır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 30 manat pul istəyir. Zərərçəkmiş şəxs həmin məbləğdə pulu olmadığını bildirdikdən sonra Təqsirləndirilən şəxs 30 manat pulu verməyəcəyi halda Zərərçəkmiş şəxs lüt şəkillərini Yuxarı Çardaxlar kəndi ərazisində yaşayan şəxslərə, qohumlarına yayacağı ilə bağlı hədələyir. Bundan sonra Zərərçəkmiş şəxs 30 manat pul verəcəyi ilə bağlı Təqsirləndirilən şəxs ilə razılaşır. Təqsirləndirilən şəxs pulun hazır olub-olmadığını soruşan zaman Zərərçəkmiş şəxs 20 manat düzəldə bilməsini bildirir. Həmin gün Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə görüşmədiyi üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəfələrlə hədəli mesajlar göndərərək 30 manat verməyəcəyi halda şəkillərini yayacağını bildirir. 10.06.2021-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs şəkillərini yayacağı ilə hədələyərək tələb etdiyi 30 manatın 5 manatlıq hissəsinə kontur vurmasını Zərərçəkmiş şəxs bir saat vaxt ərzində hədə-qorxu ilə tələb edir. Zərərçəkmiş şəxs isə kontur tapacağı halda 1 saata atacağını bildirir. 1 saat müddət başa çatdıqdan sonra Təqsirləndirilən şəxs yenidən kontur tələb etdikdə Zərərçəkmiş şəxs kənddə kontur tapa bilmədiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yalan danışmasını bildirərək bir daha şəkillərini yayacağı ilə bağlı Zərərçəkmiş şəxs hədələyir, çox peşman olacağını bildirir və 5 manatlıq kontur tələb edir. 10.06.2021-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs 843 393 *** **** seriya nömrəli 5 manatlıq Azercell Sim kontur kartının şəkilini çəkib göndərir. Bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs razı olub-olmadığını soruşan zaman, Təqsirləndirilən şəxs tələb etdiyi 30 manatın 5 manatını kontur göndərdiyi və 5 manatını da Zərərçəkmiş şəxs üçün çıxmasını bildirərək 20 manat pulu verməsini Zərərçəkmiş şəxs tələb edir. Zərərçəkmiş şəxs pul düzəltməyə çalışacağını bildirdiyi zaman Təqsirləndirilən şəxs axşam gələcəyini, mütləq pulu düzəltməli olmasını, əks halda şəkillərini sosial şəbəkələrdə, kənd ərazisində yaycağını bildirir. 10.06.2021-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs B75122988 seriya nömrəli 20 manatlıq əskinazın şəkilini çəkib atır. Təqsirləndirilən şəxs axşam saatlarında gəlib həmin 20 manatlıq əskinazı götürəcəyini bildirir. Götürmə və baxış zamanı Zərərçəkmiş şəxs məxsus 1 ədəd Samsung markalı mobil telefondan mesajların mətnlərindən 21 ədəd çıxarışlar edilərək cinayət işinə əlavə edilmişdir. Həmin mobil telefondan 25 ədəd səsli mesajlar 1 ədəd DVD diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. İşdə olan 11 iyun 2021-ci il tarixli götürmə aparılması və baxış keçirilməsi haqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd Samsung markalı mobil telefona baxış zamanı müəyyən edildi ki, mobil telefonda 050 *** ** ** mobil nömrəsi vardır. Mobil telefonun fotoşəkillərin saxlanc yeri, yəni “Gallery” hissəsində 3 ədəd çılpaq şəkil vardır. Həmin çılpaq şəkillərdən ikisində cinsiyyət orqanları əks olunmuşdur. 1 ədəd tamamilə çılpaq şəkil isə Zərərçəkmiş şəxs məxsusdur. 843 393 *** **** seriya nömrəli 5 manatlıq Azercell Sim kontur kartının və B75122988 seriya nömrəli 20 manatlıq əskinazların şəkilləri də saxlanc yerinin digər bölməsindən aşkar edildi. Mobil telefonun şəkillərinin saxlanc hissəsində digər səxslərə aid çılpaq şəkillər və mobil telefonun digər hissələrində cinayət işi üzrə əhəmiyyət kəsb məlumat müəyyən edilmədi. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həmin çılpaq şəkillər ilə hədə-qorxu gəlməsini bildirdi. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus bir ədəd Samsung markalı mobil telefondan iki ədəd cinsiyyət orqanlarının əks olunduğu şəkillər və 1 ədəd tamamilə Zərərçəkmiş şəxs məxsus çılpaq şəkil kağız zərfdə qablaşdırılaraq cinayət işinə əlavə edilmişdir. 843 393 *** **** seriya nömrəli 5 manatlıq Azercell Sim kontur kartının və B75122988 seriya nömrəli 20 manatlıq əskinazların şəkilləri çıxarışlar edilərək cinayət işinə əlavə edilmişdir. İşdə olan Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsi tərəfindən verilmiş 211 nömrəli 13.06.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədəni üzərində hər hansı bir xəsarət müəyyən edilmədi. Zərərçəkmiş şəxs qızlıq bəkarəti pərdəsinin tamlığı pozulmuşdur. Pozulma müyinədən iki həftədən əvvəl olduğuna görə, müddətini təyin etmək olmur. Zərərçəkmiş şəxs anal yolunda şakar edilmiş xəsarət gərginləşmiş kişi cinsiyyət üzvünün anal yoluna zorla yeridilməsinə uyğun gəlir, müayinədən 12-15 gün əvvəl əmələ gələ bilərdi. İşdə olan Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsi tərəfindən verilmiş 28 iyul 2021-ci il tarixli 351 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qəbiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 avqust 2021-ci il tarixli 4/999 nömrəli ekspert rəyindən görünür ki, Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı tədqiqatı tələb olunan danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Fonoqramlardakı danışıqların qeydə alındığı akustik şərait açıq və qapalı şərait üçün xarakterikdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı tədqiqatı tələb olunan danışıqlarda 1 nəfər kişi cinsinə məxsus şəxs iştirak etmişdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı tədqiqatı tələb olunan danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi- Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlarda montaj əlamətləri müəyyən olunmadı. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində məlumat aşkar edilməmişdir. İşdə olan 11 iyun 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs saat 21:00-da Azərbaycan Resppublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Zaqatala Rayon Məhkəməsini 13.06.2021-ci il tarixli 2(033)-23/2021 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilən şəxs-08 avqust 1992-ci ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Zaqatala rayonu, Cimcimax kəndində qeydiyyatda olan və yaşamış Təqsirləndirilən şəxs barəsində 11 iyun 2021-ci il tarixdən hesablanmaqla 3 (üç) ay, yəni 11 sentyabr 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Zaqatala RİHB-nin Mamrux İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyinə dəfələrlə şikayət daxil olmuşdur, həm ailə münaqişələrinin yaranmasında və yaşadığı kənddə problemli şəxs kimi tanınır. Evlidir, iki övladı vardır, hal-hazırda Cimcimax kəndində yaşayır. İşdə olan Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 17 iyun 2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 789540 nömrəli doğum haqqında Şəhadətnamədən görünür ki, 08.06.2016-cı il tarixdə anadan olmuş X4 atası Təqsirləndirilən şəxsdur. İşdə olan Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 14 avqust 2018-cı il tarixdə verilmiş AZ-İV seriyalı 136592 nömrəli doğum haqqında Şəhadətnamədən görünür ki, 09.06.2018-ci il tarixdə anadan olmuş X5 atası Təqsirləndirilən şəxsdur. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən 01.07.2021-ci il tarixdə verilmiş ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə könüllü olaraq cinsi əlaqədə olmuşdur. Onun iradəsi əleyhinə Təqsirləndirilən şəxs hərəkət etməmişdir. Ona qarşı zor tədbiq etməmişdir. Hədə etməmiş, köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmamışdır. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən 02.07.2021-ci il tarixdə və 19 oktyabr 2021-ci il tarixdə verilmiş ərizələrdən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır və ondan heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış protokolu, maddi sübut və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin may ayında aralarında intim münasibətlər olan Zaqatala rayonu, Yuxarı Çardaxlar kənd sakini Zərərçəkmiş şəxs istifadəsində olan “Samsung Galaxy A10 ” markalı mobil telefonun “Whatsapp” mobil tətbiqi vasitəsi ilə ona göndərdiyi çılpaq vəziyyətdə və cinsiyyət orqanını əks etdirən fotoşəkillərini özünə məxsus “Samsung” markalı mobil telefonunun yaddaşına köçürməklə saxlamış, 09 iyun 2021-ci il tarixdə yaşadığı Zaqatala rayonu, Cimcimax kəndində olan zaman tamah niyyəti ilə özgə əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs çılpaq vəziyyətdə və cinsiyyət orqanını əks etdirən fotoşəkillərini göndərib mesajlar yazaraq bu barədə yaxın qohumlarına və kənd sakinlərinə xəbər verəcəyi, həmin fotoşəkilləri kənd sakinləri arasında və internet vasitəsilə nümayiş etdirib barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək vahid niyyətlə 30 manat məbləğində pul verməsini qəsdən hədəqorxu ilə tələb etmiş, daha sonra 10 iyun 2021-ci il tarixdə, saat 10 radələrində tələb etdiyi 30 manat məbləğində pulun 5 manat məbləğində hissəsinə Zərərçəkmiş şəxs kontur alıb göndərməsini hədə-qorxu ilə tələb etdiyi üçün sonuncu həmin gün saat 14 radələrində 843 393 398 2195 şifrəli, 5 manatlıq Azercell Sim kontur kartının şəklini çəkib “Whatsapp” mobil tətbiqi vasitəsi ilə ona göndərmiş, bundan sonra o, tələb etdiyi pulun 5 manatını Zərərçəkmiş şəxs güzəştə gedərək yerdə qalan 20 manat məbləğində hissəsini haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə qanunsuz olaraq hədə-qorxu ilə tələb etmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, etdiyi əmələ görə səmimi peşmançılığını, ilk dəfə cinayət törətməsini, zərər şəkmiş şəxslə barışıq əldə etməsini və zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını, himayəsində 2 azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin barəsində CM-nin 70 və 62-ci maddəsinin tətbiq edilməklə ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, cəzasının əvvəli həbsə alındığı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, onun barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd Samsung Galaxy A10 markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra onun özünə geri qaytarılmalıdır. İş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd Samsung markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra onun nümayəndəsinə təhvil verilməlidir. İş üzrə 300 (üç yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir.Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli həbsə alındığı tarixdən, yəni 11 iyun 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd Samsung Galaxy A10 markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra onun özünə geri qaytarılsın İş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd Samsung markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra onun nümayəndəsinə təhvil verilsin. İş üzrə 300 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №1(033)-53/2021
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-53/2021
19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver