Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-53/2022 26.10.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, dövlət ittihamçısı - Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxx 1995-ci ildə Zaqatala rayonu, Əliabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, subay, əvvəllər məhkum olunmamış, Zaqatala Bazar Storedə satıcı işləyən, Zaqatala rayonu, Əliabad qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 17:10-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 07:40 radələrində Yevlax- Zaqatala-Gürcüstan sərhədi yolunun Zaqatala rayonunun ərazisindən keçən 113-cü kilometrliyində idarə etdiyi Vaz-21063 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə Qax rayonu istiqamətindən Zaqatala şəhəri istiqamətində 70-80 km/saat sürətlə hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, əks istiqamətdə öz hərəkət zolağı ilə nəqliyyat vasitəsinin hərəkətdə olmasını nəzərə almalı, ötməyə başlamazdan əvvəl çıxmaq istədiyi hərəkət zolağının kifayət qədər məsafədə boş olmasına və həmin manevrin hərəkətin digər iştirakçıları üçün təhlükə yaratmayacağına əmin olmalı, əks istiqamətdə nəqliyyat vasitəsinin yaxınlaşmasını nəzərə alaraq onun hərəkətinə üstünlük verərək təhlükəsiz keçib getməsini təmin etməli və həmin nəqliyyat vasitəsi keçib getdikdən sonra təhlükəsizliyin təmin olunması şəraitində ötmə əməliyyatına başlamalı olduğu halda buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da almayıb, idarə etdiyi avtomobili əks hərəkət hissəsinə çıxarıb qarşıdan Zaqatala şəhəri istiqamətindən Qax rayonu istiqamətində hərəkət edən Şahid1 idarə etdiyi Ford Transit yük markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan Vaz-21063 markalı avtomobilin salonunda olan sərnişin Zərərçəkmiş şəxs çanaq sümüklərinin, V bel fəqərəsinin, sağ əlin V barmağının proksimal falanqasının, sol baldır sümüklərinin çoxsaylı yerdəyişmiş sınıqları, sol tərəfli hemopnevmotoraks, ağciyərlərin, qaraciyərin, sağ böyrəyin, sidik kisəsinin zədələnməsi, hər iki qasıq, hər iki qalça qanadı, aralıq, tənasül üzvü, hər iki bud-çanaq oynağı nahiyyələrinin, hər iki budun, sol diz oynağı nahiyyəsinin, sol baldırın genişhəcimli hematomaları nəticəsində inkişaf edən travmatik-hemorragik şokun əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ağır bədən xəsarətləri yetirmiş və onun xx.xx.2022-ci il tarixdə saat 07:20 radələrində Bakı şəhərində yerləşən "X6" xəstəxanasında ölməsinə səbəb olmuşdur. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, idarə etdiyi VAZ-21063 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur və onun avtomobilləri idarə etməyə hüquq verən BC dərəcəli sürücülük vəsiqəsi vardır. xx.xx.2022-ci il tarixdə şəxsi işləri ilə əlaqədar əmisi oğlu Zərərçəkmiş şəxs ilə birlikdə idarə etdiyi VAZ-21063 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları Zaqatala rayonu Əliabad qəsəbəsindən çıxıb Zaqatala şəhərinə gedirmişlər. Həmin vaxt Elçin qabaq sağ oturacaqda əyləşmiş və o, VAZ-21063 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili Qax rayonu istiqamətindən Zaqatala şəhəri istiqamətində təxminən 70-80 km/saat sürətlə idarə etmişdir. Təxminən saat 07:40 radələrində Yevlax- Zaqatala-Gürcüstan sərhədi yolunun Zaqatala rayonunun ərazisində keçən 113-cü km-də, Zaqatala rayonu Əliabad qəsəbəsi istiqamətindən Zaqatala şəhəri istiqamətində hərəkətdə olan zaman qarşıda hərəkətdə olan naməlum yük avtomobilini ötmə əməliyyatı aparmağa başlayarkən sonradan adını bildiyi Şahid1 idarə etdiyi Ford Transit markalı ** BO *** dövlət qeydiyyat nişanlı yük avtomobilin gəlməsini görmüş, təxminən 15-20 metrlikdən o, əks hərəkət zolağında Şahid1 idarə etdiyi Ford Transit markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilinin qarşısına çıxmışdır. Həmin vaxt o, hadisənin qarşısını almaq üçün idarə etdiyi VAZ-21063 markalı avtomobilin tormoz əyləcindən istifadə edib sükanı qismən sola çəkmiş, lakin məsafə yaxın olduğundan Şahid1 idarə etdiyi Ford Transit markalı ** BO *** dövlət qeydiyyat nişanlı yük avtomobilin qabaq ön hissəsi ilə idarə etdiyi VAZ-21063 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsindən vurub toqquşmuşdur. Nəticədə o və idarə etdiyi avtomobilin salonunda olan sərnişin Zərərçəkmiş şəxs xəsarət almışlar. Bundan sonra o, huşunu itirmiş və həmin gün təxminən saat 15 radələrində özünə gəlmişdir. Buna görə o, hadisə yerinə baxış keçirilməsində iştirak edə bilməmiş, hazırda o, tərtib olunmuş protokol və sxemlə tanış olmuş, razıdır heç bir narazılığı yoxdur. Sonradan ona idarə etdiyi avtomobilin salonunda olan sərnişin əmisi oğlu Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 07:20 radələrində Bakı şəhərində yerləşən X2 ölməsi məlum olmuşdur. Etdiyi əməlindən peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun əri olmuş və xx.xx.2020-ci il tarixdə birgə nigaha daxil olmuşlar və onların birgə nigahdan bir övladları var. xx.xx.2022-ci il tarixdə təxminən saat 07:30 radələrində əri Zərərçəkmiş şəxs şəxsi işlərli ilə əlaqədar əmisi oğlu Təqsirləndirilən şəxs ilə birlikdə onun idarə etdiyi Vaz-21063 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları Zaqatala rayonu Əliabad qəsəbəsindən çıxıb Zaqatala şəhərinə getmək üçün yola düşmüşlər. Həmin gün təxminən saat 10 radələrində əri Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsinə düşməsi və Zaqatala RMX-na daxil olması barədə ona məlumat verilmişdir. Bundan sonra o, Zaqatala RMX-na getmiş və hadisə barədə maraqlanarkən ona məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 07:40 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Zaqatala rayonunun ərazisindən keçən 113-cu km-də, Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-21063 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə, Qax rayonu istiqamətindən Zaqatala şəhəri istiqamətində hərəkət edərkən əks hərəkət yoluna çıxaraq qarşıdan Zaqatala şəhəri istiqamətindən Qax rayonu istiqamətində hərəkət edən Şahid1 idarə etdiyi Ford Transit yük markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə Vaz-21063 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və onun idarə etdiyi avtomobilin salonunda olan sərnişin əri Zərərçəkmiş şəxs və Ford Transit yük markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 və həmin avtomobildə olan sərnişin Şahid2 xəsarət alaraq Zaqatala RMX-na daxil olmuşlar. Sonradan əri Zərərçəkmiş şəxs aldığı bədən xəsarətlərindən xx.xx.2022-ci il tarixdə saat 07:20 radələrində Bakı şəhərində yerləşən X2 ölmüşdür. Təqsirləndirilən şəxsla barışaraq onu bağışlamışdır, ona ağır cəza verilməsini istəmir, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, idarə etdiyi Ford Transit markalı ** BO *** dövlət qeydiyyat nişanlı yük avtomobili özünə məxsusdur və onun avtomobilləri idarə etməyə hüquq verən B1, B, C1, C dərəcəli sürücülük vəsiqəsi vardır. xx.xx.2022-ci il tarixdə şəxsi işləri ilə əlaqədar tanışı Şahid2 ilə birlikdə idarə etdiyi Ford Transit markalı ** BO *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yaşadıqları Zaqatala şəhərindən çıxıb Zaqatala rayonu Əliabad kəndində yerləşən bazara gedirmişlər. Həmin vaxt Elşən qabaq sağ oturacaqda əyləşmiş və o, Ford Transit markalı ** BO *** dövlət qeydiyyat nişanlı yük avtomobilini Zaqatala şəhəri istiqamətindən Qax rayonu istiqamətində təxminən 40 km/saat sürətlə idarə etmişdir. Təxminən saat 07:40 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Zaqatala rayonunun ərazisində keçən 113-cü km-də, Zaqatala rayonu Əliabad qəsəbəsi istiqamətindən Zaqatala şəhəri istiqamətində hərəkətdə olan sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21063 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin gəlməsini görmüşdür. Təxminən 20-25 metrlikdən Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21063 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin qəflətən əks hərəkət zolağına çıxaraq idarə etdiyi Ford Transit markalı ** BO *** dövlət qeydiyyat nişanlı yük avtomobilin üzərinə gəldiyini görmüş, həmin vaxt o, hadisənin qarşısını almaq üçün idarə etdiyi Ford Transit markalı ** BO *** avtomobilin tormoz əyləcindən istifadə edib sükanını qismən sağa çəkməsinə baxmayaraq məsafə yaxın olduğundan Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21063 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə onun idarə etdiyi Ford Transit markalı ** BO *** dövlət qeydiyyat nişanlı yük avtomobilin qabaq ön hissəsindən vurub toqquşmuşdur. Nəticədə o və idarə etdiyi avtomobilin salonunda olan sərnişin Şahid2 xəsarət almışlar. Bundan sonra onlar avtomobildən çıxmış və həmin vaxt VAZ-21063 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və onun avtomobilinin salonunda olan sərnişin sonradan adını bildiyi Zərərçəkmiş şəxs xəsarət aldığını görmüşlər. Daha sonra ətrafa toplaşan tanımadıqları şəxslər təcili tibbi yardıma zəng vurmuşlar və bir qədər sonra hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları VAZ-21063 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və onun avtomobilinin salonunda olan sərnişin Zərərçəkmiş şəxs Zaqatala RMX-na aparmışlar. Onlar isə yoldan keçən tanımadıqları avtomobillə Zaqatala RMX-na getmişlər. Buna görə o, hadisə yerinə baxış keçirilməsində iştirak edə bilməmiş, hazırda o, tərtib olunmuş protokol və sxemlə tanış olmuş, razıdır heç bir narazılığı yoxdur. Sonradan ona Zərərçəkmiş şəxs xx.xx.2022ci il tarixdə hadisə vaxtı aldığı bədən xəsarətlərindən Baku X2 ölməsi məlum olmuşdur. Qeyd etmişdir ki, hadisə zamanı ona məxsus olan Ford Transit markalı ** BO *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə 7440 (yeddi min dörd yüz qırx) manat zərər dəymişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Şahid1 ifadəsində göstərdiyi xususatları eyni ilə öz ifadəsində təsdiq etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə şəxsi işi ilə əlaqədar Zaqatala şəhərinə gedərkən Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Zaqatala rayonunun ərazisindən keçən 113-cü km-də yol nəqliyyat hadisəsi baş verdiyini görmüş və o hadisə yerinə gələn polis əməkdaşına yaxınlaşıb hadisə barədə məlumat aldıqda ona məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 07:40 radələrində Yevlax- Zaqatala-Gürcüstan sərhədi yolunun Zaqatala rayonunun ərazisindən keçən 113-cu kmdə, Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-21063 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə, Qax rayonu istiqamətindən Zaqatala şəhəri istiqamətində hərəkət edərkən əks hərəkət yoluna çıxaraq qarşıdan Zaqatala şəhəri istiqamətindən Qax rayonu istiqamətində hərəkət edən Şahid1 idarə etdiyi Ford Transit yük markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə Vaz-21063 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs, onun idarə etdiyi avtomobilin salonunda olan sərnişin Zərərçəkmiş şəxs, Ford Transit yük markalı ** BO *** dövlət qeydiyyat nişanlı yük avtomobilin sürücüsü Şahid1 və həmin avtomobilin salonunda olan sərnişin Şahid2 xəsarət alaraq Zaqatala RMX-na daxil olduqları məlum olmuşdur. Sonra isə o, hadisə yerində olan digər hal şahidi və polis əməkdaşı ilə birlikdə hadisə yerinə baxış keçirilməsində axıra qədər iştirak edərək hadisə haqqında tərtib olunmuş protokol və sxem ilə tanış olmuş və digər iştirakçılarla bərabər o, da imza etmişdir. Sonradan ona Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 07:20 radələrində Bakı şəhərində yerləşən X2 ölməsi məlum olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Şahid3 ifadəsində göstərdiyi xususatları eyni ilə öz ifadəsində təsdiq etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, BDYPİ-nin 5-ci tağım üzrə inspektor vəzifəsində işləyir, polis serjantıdır. xx.xx.2022-ci il tarixdə xidmətdə olarkən təxminən saat 07:40 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Zaqatala rayonunun ərazisindən keçən 113-cu km-də, Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-21063 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə, Qax rayonu istiqamətindən Zaqatala şəhəri istiqamətində hərəkət edərkən əks hərəkət yoluna çıxaraq qarşıdan Zaqatala şəhəri istiqamətindən Qax rayonu istiqamətində hərəkət edən Şahid1 idarə etdiyi Ford Transit yük markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə Vaz-21063 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və onun idarə etdiyi avtomobilin salonunda olan sərnişin Zərərçəkmiş şəxs xəsarət alaraq Zaqatala RMX-na daxil olmuşlar. Bundan sonra hadisə yerini mühafizə edərək baxış keçirilməsində iştirak etmiş və bu barədə tərtib olunmuş protokol və sxemə digər iştirakçılar ilə birlikdə imza etmişdir. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 07:20 radələrində Bakı şəhərində yerləşən X2 ölmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol və əlavə edilmiş sxemə əsasən müəyyən edilmişdir ki, baxış günəşli havada Qax rayonundan Zaqatala şəhəri istiqamətində keçirilmişdir. Yolnəqliyyat hadisəsinin yeri yaşayış məntəqəsinə daxili deyil. Yolun hərəkət hissəsi düz. Yol örtüyü asfaltbeton. Yol örtüyü quru. Yol örtüyünün eni 7 metrdir. Hərəkət zolaqlarının sayı iki, hərəkət hissəsinin eni 3,5 x 3,5 metrdir. Hərəkət hissədə qarşı-qarşıya nəqliyyat axınlarını ayırmaq üçün uzununa qırıq nişanlanma xətti vardır. Hərəkət hissəyə birləşir: sağdan eni 2 metr olan yol çiyini, soldan eni 2,5 m olan yol çiyini, Sonra sağdan və soldan ağaclar əkilib-sonu fındıq bağları. Hərəkətin nizamlanma üsulu nizamlanmayan. Yol nişanları zonası deyil. Yol işıqlandırılmır. Toqquşma yeri Qax rayonu istiqamətindən Zaqatala şəhəri istiqamətində hərəkət edən VAZ 21063 markalı ** BL *** DQN-lı avtomobilin hərəkət istiqamətinə görə əks hərəkət zolağında qarşıdan Zaqatala şəhəri istiqamətindən Qax rayonu istiqamətində hərəkət edən Ford Transit yük markalı ** BO *** DQN-lı avtomobilin hərəkət yolunda baş vermişdir. Avtomobillərin toqquşduğu yer müəyyən olundu və məlum oldu ki, toqquşma yerindən yolun sağ yan tərəfinə 6 m yolun sol yan kənarına 1 m-dir. Toqquşmadan sonra hər iki avtomobil yolun sol yan kənarında ehtiyat sahədə dayanmışlar. VAZ 21063 markalı avtomobilin arxa hissəsindən yolun sol yanı kənarına 3,5 m, Ford Transit markalı avtomobilin arxa hissəsindən yolun sol yanı kənarına 1,5 m-dir. Avtomobillər bir-birinə toxunuşlu vəziyyətdə üzü Fındıq bağları istiqamətində dayanmışdır. Toqquşan nəqliyyat vasitələrinin sayı 2. Toqquşan nəqliyyat vasitələrinin hadisədən əvvəlki hərəkət istiqamətləri: VAZ 21063 markalı ** BL *** DQN-lı avtomobil Qax rayonu istiqamətindən Zaqatala şəhəri istiqamətində, Ford Transit yük markalı ** BO *** DQN-lı avtomobili isə Zaqatala şəhəri istiqamətindən Qax rayonu istiqamətində hərəkətdə olmuşdur. Hadisə yerində nəqliyyat vasitələrinin vəziyyəti hadisədən sonra VAZ 21063 markalı və Ford Transit yük markalı avtomobillərin hər ikisi üzü yolun sol kənarında ehtiyat sahədə fındıq bağlarına tərəf dayanmışdır. Tormozlama izləri aşkar olunmadı. Nəqliyyat vasitəsinin sınmış və itmiş hissələrinin mövcudluğu hər iki avtomobilə məxsus ehtiyat hissələri ətrafa səpələnibdir. Nəqliyyat vasitələrinin ətrafdakı əşyalara toxunma izləri aşkar olunmadı. Meyitin nəqliyyat vasitəsi salonunda yerləşməsi meyit yoxdur. İştirakçıların o cümlədən sürücülərin baxış protokolunun tərtibi, habelə nəqliyyat vasitələrinin nasazlığı haqda ərizə və qeydləri daxil olmamışdır. Baxış 12 iyun 2022-ci il tarixdə saat 08:20-də başlamış və 12 iyun 2022-ci il tarixdə saat 09:00-da qurtarmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala rayon mərkəzi xəstəxanasının publik hüquqi şəxs tərəfindən verilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2022-ci il tarixli 281, 282 nömrəli aktlarında Təqsirləndirilən şəxs və Şahid1 həmin tarixdə alkoqol sərxoşluğu vəziyyətinin olmadığı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertin xx.xx.2022-ci il tarixli 09 №-li rəyindən görünür ki, Şahid2 məhkəmə-tibbi ekspertizası zamanı bədəni üzərində aşkar edilmiş xəsarət:- sol kürək nahiyyəsində qançır - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, həmin xəsarət qərarın təsviri hissəsində qeyd edilən müddətdə və şəraitdə, eləcə də yardım üçün xəstəxanaya müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənmişdir. Vət. Osmanovun bədənində aşkar edilmiş sol kürək nahiyyəsində qançır - sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertin xx.xx.2022-ci il tarixli 12 №-li rəyindən görünür ki, Şahid1 məhkəmə-tibbi ekspertizası zamanı bədəni üzərində aşkar edilmiş xəsarət:- hər iki diz oynağı nahiyələrində sıyrıqlar - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, həmin xəsarətlər qərarın təsviri hissəsində qeyd edilən müddətdə və şəraitdə, eləcə də yardım üçün xəstəxanaya müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənmişdir. Vət. Əmircanovun bədənində aşkar edilmiş hər iki diz oynağı nahiyələrində sıyrıqlar sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertin xx.xx.2022-ci il tarixli 11 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədəni üzərində aşkar edilmiş xəsarət:- sol diz oynağında və sağ baldırında əzilmiş-cırılmış yaralar, sağ tərərfli pnevmotoraks - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, həmin xəsarətlər qərarın təsviri hissəsində qeyd edilən müddətdə və şəraitdə, eləcə də yardım üçün xəstəxanaya müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənmişdir. Vət. Bədirovun bədənində aşkar edilmiş sol diz oynağında, sağ baldırında əzilmiş-cırılmış yaralar və sağ tərəfli pnevmotoraks - dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Azərbayacan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X4 Zaqatala rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 10 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədəni üzərində aşkar edilmiş xəsarət:- müştərək travma ilə müşayiət olunan sol tərəfli hemopnevmotoraks, hər iki ağciyərin və qaraciyərin kontuziyası, sağ böyrək üst bölümündə hiperexogen sahə, sağ renal sinusda hemorragik maye, sol baldır sümüklərinin açıq, yerdəyişmiş sınığı, Pelvisdə çoxsaylı sınıq, L 5 səviyyəsində çökmüş sınıq və kardiopulmonar resustasyondan sonrakı vəziyyət - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, həmin xəsarətlər qərarın təsviri hissəsində qeyd edilən müddətdə və şəraitdə, eləcə də yardım üçün xəstəxanaya müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənmişlər. Vət. Bədirovda yuxarıda qeyd edilmiş xəsarətlər dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında əlavə edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin xx.xx.2022-ci il tarixli 016-85941-1222 nömrəli məktubundan görünür ki, Qİİ-nin uçot bazasında 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə (xx.xx.2023-cü il tarixədək müddətə etibarlı olan) AB 795841 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş Azərbayacan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X4 xx.xx.2022-ci il tarixli 52/MEŞ saylı rəyi ilə müəyyən edilmişdir ki, 1.Mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizası zamanı meyitində aşkar edilmiş xəsarətlər- travmatik-hemorragik şokla müşayiət olunan çanaq sümüklərinin, V bel fəqərəsinin, sağ əlin V barmağının proksimal falanqasının, sol baldır sümüklərinin çoxsaylı yerdəyişmiş sınıqları, sol tərəfli hemopnevmotoraks, ağciyərlərin, qaraciyərin, sağ böyrəyin, sidik kisəsinin zədələnməsi, hər iki qasıq, hər iki qalça qanadı, aralıq, tənasül üzvü, hər iki bud-çanaq oynağı nahiyyələrinin, hər iki budun, sol diz oynağı nahiyyəsinin, sol baldırın geniş həcmli hematomaları. sağ əlin V barmağının, sol baldırın cırılmış yaraları, sol budun, döş qəfəsinin sağ-yan səthinin, sol əlin İİİ barmağının əzilmiş-cırılmış yaraları, alın nahiyyəsinin, sağ üst göz qapağının, sağ gicgah-almacıq birləşməsi nahiyyəsinin, hər iki qulaq seyvanının, sağ bazu oynağı nahiyyəsinin, sağ bazunun, sağ dirsək oynağı nahiyyəsinin, sağ saidin, sağ əlin, döş qəfəsinin ön səthinin sağ yarısının, sağ kürək nahiyyəsinin, hər iki budun sıyrıqları, sağ alın-gicgah nahiyyəsinin qançırı bərk-küt əşyanın (əçyaların) təsirindən, başın sağ gicgah nahiyyəsinin, hər iki qulaq seyvanının, kəsilmə xarakterli yaraları, alın nahiyyəsinin səthi kəsilmə xarakterli yarası iti kənara malik predmetin (ola bilsin ki, şüşə parçasının) təsirindən əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə bilavasitə səbəbli əlaqəlidirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində sənişini olduğu avtomaşının salonunda əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. 2. Zərərçəkmiş şəxs ölümünün bilavasitə səbəbi çanaq sümüklərinin, V bel fəqərəsinin, sağ əlin V barmağının proksimal falanqasının, sol baldır sümüklərinin çoxsaylı yerdəyişmiş sınıqları, sol tərəfli hemopnevmotoraks, ağciyərlərin, qaraciyərin, sağ böyrəyin, sidik kisəsinin zədələnməsi, hər iki qasıq, hər iki qalça qanadı, aralıq, tənasül üzvü, hər iki bud-çanaq oynağı nahiyyələrinin, hər iki budun, sol diz oynağı nahiyyəsinin, sol baldırın geniş həcmli hematomaları nəticəsində inkişaf edən travmatikhemorragik şok olmuşdur. Zərərçəkmiş şəxs ölümü xx.xx.2022-ci il tarixdə saat 07:10-da "X6" xəstəxanasında baş vermişdir, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə inkar olunmur. 3. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 8/1855 №- li rəyindən görünür ki, 1a. İstintaq tərəfindən təqdim olunan məlumatlara görə VAZ-21063 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2. Ford Transit yük markalı ** BO ***dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. İş materiallarına əlavə edilmiş 22 avqust 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X3 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı şikayət və tələbi yoxdur. Ona yüngül cəza verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Medalının Vəsiqələrindən görünür ki, Vətən müharibəsində iştirakına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2720 nömrəli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, məhkəmə tibbi və məhkəmə yol-nəqliyyat ekspertizalarının rəyləri, hadisə yerinə baxış protokolu, iş materiallarına əlavə edilmiş digər istintaq hərəkətlərinin protokolları və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 07:40 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Zaqatala rayonunun ərazisindən keçən 113cü kilometrliyində idarə etdiyi Vaz-21063 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə Qax rayonu istiqamətindən Zaqatala şəhəri istiqamətində 70-80 km/saat sürətlə hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, əks istiqamətdə öz hərəkət zolağı ilə nəqliyyat vasitəsinin hərəkətdə olmasını nəzərə almalı, ötməyə başlamazdan əvvəl çıxmaq istədiyi hərəkət zolağının kifayət qədər məsafədə boş olmasına və həmin manevrin hərəkətin digər iştirakçıları üçün təhlükə yaratmayacağına əmin olmalı, əks istiqamətdə nəqliyyat vasitəsinin yaxınlaşmasını nəzərə alaraq onun hərəkətinə üstünlük verərək təhlükəsiz keçib getməsini təmin etməli və həmin nəqliyyat vasitəsi keçib getdikdən sonra təhlükəsizliyin təmin olunması şəraitində ötmə əməliyyatına başlamalı olduğu halda buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da almayıb, idarə etdiyi avtomobili əks hərəkət hissəsinə çıxarıb qarşıdan Zaqatala şəhəri istiqamətindən Qax rayonu istiqamətində hərəkət edən Şahid1 idarə etdiyi Ford Transit yük markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan Vaz-21063 markalı avtomobilin salonunda olan sərnişin Zərərçəkmiş şəxs çanaq sümüklərinin, V bel fəqərəsinin, sağ əlin V barmağının proksimal falanqasının, sol baldır sümüklərinin çoxsaylı yerdəyişmiş sınıqları, sol tərəfli hemopnevmotoraks, ağciyərlərin, qaraciyərin, sağ böyrəyin, sidik kisəsinin zədələnməsi, hər iki qasıq, hər iki qalça qanadı, aralıq, tənasül üzvü, hər iki bud-çanaq oynağı nahiyyələrinin, hər iki budun, sol diz oynağı nahiyyəsinin, sol baldırın genişhəcimli hematomaları nəticəsində inkişaf edən travmatik-hemorragik şokun əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ağır bədən xəsarətləri yetirmiş və onun xx.xx.2022-ci il tarixdə saat 07:20 radələrində Bakı şəhərində yerləşən "X6" xəstəxanasında ölməsinə səbəb olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisinə cinayət nəticəsində dəymiş ziyanı tam ödəməklə onunla barışıq əldə etməsini və hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməsi tövsiyə olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların, onun mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, əməlini etiraf etməsi onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddində cəza təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Onun əməlində cəzanı ağırlaşdıran halların mövcud olmaması, əksinə yuxarıda sadalanan cəzanı yüngülləşdirən hallar, şəxsiyyəti, ailəsinin həyat şəraiti, etdiyi əməlin az ağır cinayətlər qrupuna aid edilməklə, xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az təhlükəli olması, törətdiyi əməllərə görə səmimi peşman olması bunu deməyə əsas verir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs 44 günlük Vətən Müharibəsində iştirak etməsini və müvafiq sərəncamlarla “Suqovuşanın azad olunmasına görə” medalı və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmasını xüsusi olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, torpaqların işğaldan azad edilməsi uğrunda aparılan Vətən Müharibəsində əldə edilən möhtəşəm zəfər azərbaycanlıların milli birliyinin və həmrəyliyinin təcəssümü kimi Vətənimizin şanlı tarixinə yazılmışdır. Təqsirləndirilən şəxs da 44 günlük Vətən Müharibəsində iştirak etmiş, Vətən torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə hər an canından keçməyə hazır olmuş, müqəddəs vətən torpağını mənfur düşmənin işğalından azad edənlərdən olmuşdur. Bu baxımdan Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin barəsində CM-nin 70 və 62-ci maddəsinin tətbiq edilməklə onun azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alır və ona Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməsini, cəzasının əvvəlinin onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmasını, həmçinin, təqsirləndirilən şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququndan müəyyən müddətə məhrum edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlarla yanaşı məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərcinin alınaraq dövlət büdcəsinin hesabına ödənilməsini, həmçinin, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmasını əsaslı hesab edir. Bundan başqa, iş üzrə maddi sübut kimi tanınmış BDYPİ-nin YPXA-nın 718 saylı postun duracağında saxlanılan VAZ-21063 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün qəbzlə Təqsirləndirilən şəxs, BDYPİ-nin YPXA-nın 718 saylı postun duracağında saxlanılan Ford Transit yük markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin isə saxlanılması üçün qəbzlə Şahid1 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış BDYPİ-nin YPXA-nın 718 saylı postun duracağında saxlanılan VAZ-21063 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün qəbzlə Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış BDYPİ-nin YPXA-nın 718 saylı postun duracağında saxlanılan Ford Transit yük markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün qəbzlə Şahid1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №1(033)-53/2022
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-53/2022
26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver