Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 1(033)-54/2023 10.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1978-ci ildə Zaqatala rayonu Danaçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 övlad atası, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi təsərrüfatla məşğul olan, Zaqatala rayonu Danaçı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına məhkəmənin binasında saat 16:30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 04 sentyabr 2023-cü il tarixdə saat 22:00 radələrində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında Zaqatala rayon Danaçı kəndinin ara küçəsində şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı intiqam hissi ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs göz nahiyəsinə yumruq zərbəsi vurmaqla, eyni zamanda zərbənin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılmaqla sol göz altında hematoma-qan yığımı, sağ göz almasının küt zədəsi, gözün konyuktivasında qırmızımtıl qansızma, belinin sağ yuxarı və sağ aşağı hissəsində, sol belinin yuxarısında qançırlar ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxışı iclasında dindirilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək təhqiqat zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşayır. Onun qonşusu Zərərçəkmiş şəxslə həmişə münasibəti yaxşı olmuş və ailəvi gediş-gəlişləri olmuşdur. 04 sentyabr 2023-cü il tarixdə saat təxminən 20 radələrində o, Danaçı kəndində başqasına məxsus fındıq bağında fəhlə kimi işləyərək evə gəlmişdir. Evə gəldikdən bir müddət sonra axşam yeməyi zamanı o, bir qədər də spirtli içki qəbul etmişdir. O, həmin gün saat təxminən 22 radələrində isə gəzmək məqsədilə küçəyə çıxmışdır. O, küçədə gəzərkən qarşı tərəfdən Zərərçəkmiş şəxs gəlməsini görmüşdür. Həmin vaxt o, sərxoş vəziyyətdə olmuşdur. Eyni zamanda 1 həftə əvvəl oğlu Məhərrəm ona bildirmişdir ki, Zərərçəkmiş şəxs onu təhqiredici ifadələrlə təhqir etmişdir. O, Zərərçəkmiş şəxs görəndə oğlunun ona dedikləri yadına düşmüş və o əsəbləşmişdir. Buna görə də, Ariflə bir-birlərinə çatdıqda o, Arifdən oğlunu niyə təhqir etdiyini soruşduqda Arif “yaxşı edib təhqir etmişəm” demişdir. O, özünü saxlaya bilməyib anidən Arifin sol göz nahiyəsindən yumruqla zərbə vurmuş və Arif həmin vaxtı yerə yıxılmışdır. Daha sonra isə o, oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Bir neçə dəqiqə sonra isə o, narahat olmuş və Arifi vurduğu yerə orada olub-olmamasına baxmaq üçün getdikdə Arif həmin yerdə olmamışdır. Buna görə də o, yenidən evə gedərək yatmışdır. Səhəri gün xx.xx.2023-cü il tarixdə isə ona məlum olmuşdur ki, əvvəlki gün axşam radələrində Zərərçəkmiş şəxs yumruqla vurduqdan bir müddət sonra Arif Zaqatala rayon mərkəzi xəstəxanasına müraciət etmiş və Arifin göz nahiyəsi şişmiş, gözünə qan yığılmışdır. O əməlini səmimi etiraf edir, etdiyi hərəkətindən peşmandır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona vurduğu ziyanı ödəmişdir. Odur ki, barəsində başlanmış cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs (şikayət vermiş şəxs) Zərərçəkmiş şəxs təhqiqat zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayır. Təxminən 10 il əvvəl də Təqsirləndirilən şəxslə onun arasında mübahisələr olmuşdur. Lakin sonradan onlar barışmış və ailəvi gediş-gəlişləri yaranmışdır. Son müddətlərdə də onun Murtuzəli ilə arasında münasibəti yaxşı olmuşdur. 04 sentyabr 2023-cü il tarixdə saat təxminən 17 radələrində o, Danaçı kəndində özünə məxsus torpaq sahəsinə ot yığmağa getmişdir. Həmin vaxtı o, özü ilə apardığı yeməyi yeyərək eyni zamanda bir az da spirtli içki qəbul etmişdir. İşini bitirdikdən sonra o, evə gəlmiş, bir müddət sonra evdən çıxıb Danaçı kənd mərkəzinə getmiş və təxminən 22 radələrində isə evə qayıtmışdır. Evə qayıdarkən yaşadığı evin yerləşdiyi küçədə olarkən qarşı tərəfdən Murtuzəli gəlmişdir. Onlar bir-birinə çatdıqda anidən Murtuzəli onun sol göz nahiyəsindən bərk cisimlə zərbə vurmuşdur. Həmin vaxtı o, yerə yıxılmışdır. Yıxılmış vəziyyətdə olduqda da Murtuzəli təpiklə onun belindən 1-2 dəfə zərbələr vurmuş və həmin yerdən uzaqlaşıb getmişdir. Bir müddətdən sonra o, yerdən qalxaraq yol kənarına kimi getdikdə bir nəfər tanımadığı şəxs onu görərək “103”-ə zəng vurub X8 çağırmışdır. Bir müddət sonra isə X8 briqadası onun olduğu yerə gələrək X4 Mərkəzinə aparmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid təhqiqat zamanı verdiyi izahatından görünür ki, Zərərçəkmiş şəxs onun ailəsi ilə qonşuluqda yaşayır. 2023-cü ilin avqust ayının sonlarında o, evin yaxınlığında yerləşən mağazadan çıxaraq evə qayıtdıqda kənd yolunda qarşısına qonşusu Zərərçəkmiş şəxs çıxmışdır. O, Arifi gördükdə salam verib keçərkən Arif ona təhqiredici ifadələr istifadə etmişdir. O, isə Zərərçəkmiş şəxs heç nə demədən evə gəlib atası Murtuzəliyə Zərərçəkmiş şəxs onu təhqir etməsini bildirmişdir. xx.xx.2023-cü il tarixdə 22 radələrində atası məhlədən evə gəldikdən bir neçə dəqiqə sonra atası yenidən küçəyə tələsik çıxdıqda o da atasının arxası ilə küçəyə qaçmış və atasından nə baş verdiyini soruşduqda atası Murtuzəli bir az öncə Zərərçəkmiş şəxs yumruqla vurduğunu, həmin vaxt Arifin yerə yıxıldığını və hazırda Arifin vəziyyətindən narahat olduğu üçün dalınca getdiyini bildirmişdir. Lakin o, atasının Zərərçəkmiş şəxs vurduğu yerə gəldikdə Arif artıq getmişdir. Buna görə də, o, atası Murtuzəli ilə birgə yenidən evə qayıtmışdır. Səhəri gün o, atasından eşitmişdir ki, Arif xəsarət aldığı üçün həmin gün xəstəxanaya müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibb Ekspertizası və X5 publik hüquqi şəxsin Zaqatala rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 281 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibb müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər: sol göz altında hematoma-qan yığımı, sağ göz almasının küt zədəsi – gözün konyuktivasında qırmızımtıl qansızma, belinin sağ yuxarı və sağ aşağı hissəsində, sol belinin yuxarısında qançırlar - küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, ümumilikdə onun sağlamlığın qısa müddətə pozulmasına səbəbə olan sağlamlığa yüngül zərər vurmaya aid edilirlər. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Danaçı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 15 sentyabr 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi özündən, arvadı X2, 2009-cu il təvəllüdlü oğlu Şahid, 2019-cu il təvəllüdlü qızı X1 ibarətdir. İş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Danaçı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 15 sentyabr 2023-cü il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsindən əlavə, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizanın rəyi, eləcə də işin digər obyektiv halları ilə tam sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, təhqiqat zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs maddi ziyan tələbinin olmadığını, onunla barışdığını, ondan heç bir şikayəti və tələbinin olmadığını bildirməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs da məhkəməyə ərizə təqdim edərək, zərərçəkmiş şəxslə barışdığını, ona vurduğu ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxsin onun barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmiş və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Republikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1-ci və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs - Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə aradan qaldırmışdır. Belə olan halda Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını məhkəmə qanuni, ədalətli və əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 344-347, 356, 358, 384 və 385-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA A L D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə əsasən, onun barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №1(033)-54/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №1(033)-54/2023
10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver