Məhkəmə qərarları › İş №1(033)-54/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №1(033)-54/2025

10.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 1(033)-54/2025 10.03.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmənin iclas katibi X4 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, X3, Veteranları və X5 Birliyinin Ə№006994 vəsiqəsinə əsasən İİİ qrup müharibə əlilliyi olan, Zaqatala rayonu, Sabunçu kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14:20-də məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 14,05 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamış, 15 sentyabr 2025-ci il tarixdə, saat 17:34 radələrində həmin narkotik vasitəni satış məqsədi olmadan Zaqatala rayonu, Yuxarı Tala kəndi ərazisində yerləşən “Şimşək” adlanan yerdə qanunsuz daşıyarkən Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və həmin ərazidə üzəri yoxlanılarkən əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd polietilen bükümdə, təmiz çəkisi 14,05 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək bildirdi ki, o, əvvəllər narkotikdən istifadə etmişdir. 13 sentyabr 2025-ci il tarixdə saat 12 radələrində Zaqatala rayonu, Sabunçu kəndi ərazisində çayın kənarına getmişdir. Çay kənarında gəzən vaxt isə o, daşların arasında bükülmüş vəziyyətdə olan ağ rəngli büküm görmüşdür. Ona həmin bükümün içərisində nə olması maraqlı gəldiyi üçün bükümü götürərək açıb içərisinə baxmışdır. Bükümün içərisində əvvəllər tanıdığı narkotik maddə var idi. O, həmin narkotik maddəni istifadə etmək məqsədilə ağ rəngli bükümü cibinə qoymuşdur. Həmin bükümü 2 gün üzərində daşımışdır. 15 sentyabr 2025-ci il tarixdə saat 17:30 radələrində o, Zaqatala rayonu “Şimşək” adlanan əraziyə həmin narkotik maddədən istifadə etmək üçün getmişdir. Həmin vaxt "Şimşək” dairəsi yaxınlığında piyada hərəkət edərkən ona iki nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər və üzərində qanunsuz olaraq əldə edib saxladığı narkotik vasitə, həmçinin cinayət xarakterli digər əşya va predmet olub olmadığını soruşmuşlar. O, həmin vaxt əynindəki boz rəngli şalvarın sağ yan cibindən üzərində daşıdığı ağ rəngli bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılıb içərisinə baxış keçirilmişdir. Sonra bükümdəki kütlə elektron tərəzidə çəkildikdə ağ rəngli kağız bükümlə birlikdə çəkisinin 17.23 qram olduğu müəyyən edilmişdir. Elektron tərəzidə çəkildikdən sonra həmin büküm 1 ədəd ağ rəngli zərfdə qablaşdırılıb götürülmüşdür. Bundan sonra o, Zaqatala RPŞ-yə gətirilmişdir. Zaqatala RPŞ-də ona hüquqlarının müdafiəsi üçün vəkil təyin edilmişdir. Bundan sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs qismində tutulduqdan sonra içərisində üzərindən aşkar edilərək götürülmüş narkotik maddə olan marixuanaya bənzər kütlə olan zərfə və həmin zərfin içərisindəki kütləyə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Həmin zərfin içərisindəki kütlə təhqiqatçı tərəfindən yenidən elektron tərazidə çəkilmişdir. Həmin vaxt həmin kütlənin ağ rəngli bükümlə birlikdə ümumi çəkisi 17.38 qram təşkil etmişdir. Bundan sonra həmin kütlə həmin zərfə qoyularaq yenidən qablaşdırılmışdır. Verilən suallara cavab olaraq o, heç yerdə narkotik tərkibli başqa maddə saxlamadığını, üzərindən aşkar edilərək götürülmüş içərisində narkotik vasitə olan qurudulmuş marixuananı özünün istifadəsi üçün cibində gəzdirdiyini, o, narkotik vasitə olan qurudulmuş marixuananı əldə etdiyi zaman yanında heç kimin olmadığını, narkotik vasitə əldə edib saxlamağından heç kimin məlumatının olmadığını, barəsində əməliyyat-axtarış tədbirləri aparılarkən, təhqiqat və istintaq dövründə rəsmiləşdirmə zamanı ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyini, bununla əlaqədar hər hansı bir vəsatətinin və şikayətinin olmadığını qeyd etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, 2025-ci ilin sentyabr ayında narkotiklərlə mübarizə qrupunun əməliyyatçısı kömək istəmişdir ki, Təqsirləndirilən şəxs narkotik istifadə etməsi, üzərində saxlaması barədə məlumat var. Şimşək adlı əraziyə getmiş və çəkilişlə Yaşarın üzərinə baxış keçirmişlər. Davud, o, Şaban orada olmuşlar. Saat, tarix yadında deyil amma sentyabr ayı idi. Təxminən 17-18 qram narkotik vasitə olan marixuana onun üzərindən çıxmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, çəkilişdə iştirak etmişdir. Narkotiklə bağlı olub. Şimşək adlanan ərazidə olub. Davud, o, Zakir olmuşlar. Təqsirləndirilən şəxs üzərindən marixuana çıxmışdır. Saxlanıldığı yerdə çəkilişi etmişlər. İstintaqdakı ifadəsini təsdiq edir. Məhkəmə iclasında elan edilmiş məhkəməyədək icraat zamanı Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, 15 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin istifadəsində və üzərində daşınmasında şübhəli olması barədə Zaqatala rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupuna daxil olmuş əməliyyat məlumatı əsasında Zaqatala RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Zaqatala RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid3 ilə birlikdə 15 sentyabr 2025-ci il tarixdə saat 17:34-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Zaqatala rayonu, Şimşək adlanan ərazidə müəyyən edib saxlamışlar, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib, videoçəkilişdən istifadə edilməklə üzərində narkotik vasitələrin qanunsuz daşımasında və istifadəsində şübhəli olduğunu dedikdən sonra üstünün yoxlanılmasını ona bildirmişlər. Sonra videoçəkilişdən istifadə edilməklə tərəfindən Təqsirləndirilən şəxs saxlanıldığı yerdə hüquq və vəzifələri izah edilmişdir. Videoçəkilişi PPXB-nin polis nəfəri Şahid3 etmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs üzərində nə kimi qanunsuz əşya və ya narkotik maddə varsa könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üstü yoxlanılarkən əynindəki boz cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli polietilen büküm aşkar edilmişdir. Tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə həmin ağ rəngli polietilen büküm açılıb içərisinə baxış keçirilmiş və marixuanaya bənzər kütlə olduğu müəyyən olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs üstündə başqa heç bir qeyri-qanuni əşya olmadığını demişdir. Sonra bükümdəki kütlə elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 17,23 qram olması müəyyən olunmuşdur. Elektron tərəzidə çəkildikdən sonra həmin ağ rəngli polietilen büküm 1 ədəd ağ rəngli zərfə qablaşdırılıb möhürlənmiş, götürülmüş, zərfin üzərinə iştirakçılar imza etmişlər, Təqsirləndirilən şəxs özü də imza etmişdir. Orada şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni Zaqatala rayonu, Sabunçu kəndi ərazisində çayın kənarından tapdığını və öz şəxsi istifadəsi üçün saxlayaraq üzərində daşıdığını bildirmişdir. Daha sonra tərəfindən müvafiq sənədləşmə aparılması üçün Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər və polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üstünün yoxlanılması barədə protokol tərtib edilmiş, protokol iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Sonra PPXB-nin polis nəfəri Şahid3 tərəfindən videolentə alınmış görüntülər bir ədəd DVD diskə köçürülərək həmin protokola əlavə edilməsi üçün təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd zərfdə olan qurudulmuş marixuanaya bənzər kütlə müvafiq sənədləşmə ilə birlikdə raportla Təhqiqat Bölməsinin təhqiqatçısı Cəmil Əfəndiyevə təqdim edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs vəkil Müdafiəçi təqdim edilmişdir. Videoçəkilişi Zaqatala RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 etmişdir. Baxışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs baxış keçirilməsi barədə narazılığının olub-olmaması soruşulan zaman o, heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində qeyd edilmiş hüquq və vəzifələri izah edilmiş, video və foto çəkilişdən istifadə ediləcəyi elan edilmişdir. Baxış zamanı təhqiqata təqdim olunmuş içərisində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik maddə olan marixuanaya bənzər kütlə olan zərfin üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş marixuanaya bənzər kütlə” sözləri, Şahid2, Şahid3, Təqsirləndirilən şəxs və onun imzaları olduğu və zərfin Azərbaycan Respublikası DİN-in zərflər üçün 62 nömrəli möhürü ilə möhürləndiyi müşahidə edilmişdir. Həmin zərf təhqiqatçı tərəfindən açılanda içərisində 1 ədəd ağ rəngli büküm olduğu görünmüşdür. Həmin ağ rəngli bükümə baxış keçirilərkən içərisində marixuanaya bənzər kütlə olduğu müşahidə edilmişdir. Təhqiqatçı tərəfindən elektron tərəzidə çəkiləndə marixuanaya bənzər kütlənin kağız büküm ilə birlikdə ümumi çəkisinin 17.38 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra həmin ağ rəngli bükümdəki marixuanaya bənzər kütlə yenidən eyni zərfə təhqiqatçı tərəfindən qoyularaq Azərbaycan Respublikası DİN-in zərflər üçün 62 nömrəli möhürü ilə möhürlənməklə qablaşdırılmışdır. Təhqiqatçının şifahi sorğusu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş marixuanaya bənzər kütləni Zaqatala rayonu, Sabunçu kəndi ərazisində çayın kənarından tapdığını və bükümün içərisindəki maddəni istifadə etmək üçün üzərində daşıdığını bildirmişdir. Baxış video çəkilişlə keçirilmişdir. Baxış zamanı qeydə alınmış həmin video və foto görüntülər DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və iştirak edən şəxslərə ucadan oxunmuşdur. İştirak edən şəxslər tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. Verilən suala cavab olaraq, o, Təqsirləndirilən şəxs saxlanılıb polis şöbəsinə gətiriləndə yanında heç kimin olmadığını, tək olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsi tərəfindən vеrilmiş məhkəmə-bioloji еkspеrtizаsının 16 sentyabr 2025-ci il tarixli, 17/701 nömrəli rəyindən görünür ki, tədqiqаtа təqdim olunmuş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş marixuanaya bənzər kütlə.” yazısı, digər yazılar, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd polietilen bükümdə, təmiz çəkisi-14,05 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair xx.xx.2025-ci il tarixli aktdan görünür ki, HK-1/878 nömrəli cinayət işi üzrə 01 ədəd polietilen bükümdə bitki mənşəli kütlə xx.xx.2025-ci il tarixdə 14,05 qram maddə qəbul edilmiş, 0,05 qram nümunə götürülmüş və 14.00 qram maddə geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 24 noyabr 2025-ci il tarixli, 1858 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş 15 sentyabr 2025-ci il tarixli videoçəkilişlə əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17:34-də Zaqatala RPŞ-nin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs Zaqatala rayonu, Şimşək adlanan ərazidə saxlanıldığı yerdə hüquq və vəzifələri izah edilmiş, üstünün yoxlanılması zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki boz cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd polietilen bükümü təqdim etmiş, içərisində qurudulmuş marixuana olduğunu bildirmiş, təqdim edilmiş 1 (bir) ədəd polietilen bükümdə olan narkotik vasitə elektron tərəzidə çəkilmiş, çəkisi 11,23 qram olmuş, müvafiq qaydada qablaşdırılaraq götürülmüş, videoçəkiliş 01 ədəd “DVD” diskə köçürülməklə protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş 15 sentyabr 2025-ci il tarixli əməliyyat tədbiri keçirilməsinə müvəkkil olmuş şəxs tərəfindən təqdim olunmuş əşyalara baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə saat 18:30-dan saat 18:44-dək olan müddət ərzində vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə təhqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olan 1 ədəd zərfə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Baxışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs baxış keçirilməsi barədə onun narazılığının olub-olmaması soruşulmuşdur. O, bildirmişdir ki, heç bir etirazı yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində qeyd edilmiş hüquq və vəzifələri izah edilmiş, video və foto çəkilişdən istifadə ediləcəyi elan edilmişdir. Baxış zamanı təhqiqata təqdim olunmuş içərisində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik maddə olan marixuanaya bənzər kütlə olan zərfin üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş marixuanaya bənzər kütlə” sözləri, Şahid2, Şahid3, Təqsirləndirilən şəxs və qablaşdıran Şahid1 imzaları olduğu və zərfin Azərbaycan Respublikası DİN-in zərflər üçün 62 nömrəli möhürü ilə möhürləndiyi müşahidə edilmişdir. Həmin zərf təhqiqatçı tərəfindən açılanda içərisində 1 ədəd ağ rəngli büküm olduğu görünmüşdür. Həmin ağ rəngli bükümə baxış keçirilərkən içərisində marixuanaya bənzər kütlə olduğu müşahidə edilmişdir. Təhqiqatçı tərəfindən elektron tərəzidə çəkiləndə marixuanaya bənzər kütlənin kağız bükümlə birlikdə ümumi çəkisinin 17.38 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra həmin ağ rəngli bükümdəki marixuanaya bənzər kütlə yenidən eyni zərfə təhqiqatçı tərəfindən qoyularaq Azərbaycan Respublikası DİN-in zərflər üçün 62 nömrəli möhürü ilə möhürlənməklə qablaşdırılmışdır. Şifahi sorğusu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş marixuanaya bənzər kütləni Zaqatala rayonu, Sabunçu kəndi ərazisində çayın kənarından tapdığını və bükümün içərisindəki maddəni istifadə etmək üçün üzərində daşıdığını bildirmişdir. Baxış video çəkilişlə keçirilmişdir. Baxış zamanı qeydə alınmış həmin video və foto görüntülər DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və iştirak edən şəxslərə ucadan oxunmuşdur. İştirak edən şəxslər tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş Zaqatala rayon X1 Hüquqi Şəxsin 24 sentyabr 2025-ci il tarixli, 18-1-78/2-989/2025 nömrəli məktubundan görünür ki, Zaqatala rayonu, Sabunçu kəndində qeydiyyatda olmaqla, yaşayan xx.xx.1975-ci il təvəllüdlü Yusubov X2 RMX PHŞ-nin Psixiatrik və Narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsinin xx.xx.2026-cı il tarixli arayışından görünür ki, 1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həqiqətən xx.xx.1993-cü il tarixdə keçmiş Zaqatala rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Təqsirləndirilən şəxs döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü il tarixdə “Sağ bazunun 1/3-nin dəlib keçən güllə yarası, bazu sümüyünün sınığı, sol tərəfdə köks qəfəsinin dəlib keçməyən yarası. Sol budun 1/3-də dəlib keçməyən yarası” xəsarətləri almış və xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin 2000-ci il tarixli 95 nömrəli əmrinə əsasən xəstəliklər cədvəlinin İ qrafasının 82c və 84c maddələri ilə dinc dövrdə hərbi xidmətə yararsız müharibə dövrdə məhdud yaralı hesab edilərək ehtiyata verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü il tarixdə “Sağ bazunun 1/3-nin dəlib keçən güllə yarası, bazu sümüyünün sınığı, sol tərəfdə köks qəfəsinin dəlib keçməyən yarası. Sol budun 1/3-də dəlib keçməyən yarası” xəsarətləri almışdır. Qeyd edilən xəsarət “Hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır. ” İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan X3, Veteranları və X5 Birliyi tərəfindən verilmiş ******* nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup müharibə əlilidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsin tutması haqqında 15 sentyabr 2025-ci il tarixli qərardan və həmin tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 17:34-dən Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 17 sentyabr 2025-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala RİHBnin Lahıc kənd ərazi Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Onun törətmiş olduğu cinayət əməli və özü «Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 1.1-ci bəndinin təsiri altına düşür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə təqdim edərək özünü təqsirli bildiyini və «Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarına uyğun olaraq müvafiq bəndinin tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında əməliyyatında iştirak edərək xəsarət almasını nəzərə alaraq hesab edir ki, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 1.1-ci bəndinə əsasən onun barəsində CM-nin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. «Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 24-cü hissəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Bunlara əsasən məhkəmə hesab edir ki, adı çəkilən Qərarının 1.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Zaqatala Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş, bir ədəd polietilen bükümdə 13,64 qram qurudulmuş marixuananın, ekspertiza tədqiqatından sonra qalıq 14,00 qram qurudulmuş marixuana məhv edilməlidir. 2 (iki) ədəd disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 71,86 (yetmiş bir manat səksən altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 39.1.12, 43.3, 175.5, 321.2.1, 346, 347.1 maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.1-cı bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan Zaqatala Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş, bir ədəd polietilen bükümdə 14,00 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. 2 (iki) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 71,86 (yetmiş bir manat səksən altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar