Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-55/2021 30.11.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu sədrliyi, məhkəmə iclasının katibi X8, dövlət ittihаmçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs-xx xxx 1987-ci ildə Zaqatala rayonu, Göyəm kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, 2 azyaşlı uşağı olan, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Zaqatala rayonu, Göyəm kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə ittiham elan olunmuşdur ondan ötrü ki, o, X14 İdarəsində sürücü vəzifəsində işləməklə texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsinin ona həvalə edilməsinə baxmayaraq həmkəndli olduqları üçün heç bir xərc tələb etmədən 12.06.2021-ci il tarixdə X12 və Şahid2 müraciətləri əsasında Zaqatala rayonu Qazangül qəsəbəsindəki sonuncunun tanışı X9 məxsus torpaq sahəsindən dəmir materialdan hazırlanmış çəni Şahid2 rayonun Göyəm kəndində yerləşən evinə gətirmək barədə razılığa gələrək, 14.08.2020-ci il tarixli aktla ona təhkim edilmiş “Kamaz” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı kranı işlədiyi idarənin hər hansı bir səlahiyyətli şəxsinə məlumat vermədən təmir adı ilə özbaşına idarənin ərazisindən çıxarıb Zaqatala rayonu Qazangül qəsəbəsində dəmir çəni Şahid1 idarə etdiyi Zaqatala Kommunal Müəssisələri Kombinatının balansında olan 62-T-659 dövlət qeydiyyat nişanlı traktorun qoşqusuna qoyub birlikdə Göyəm kəndinə gələrək saat 15 radələrində həmin çəni Şahid2 məxsus həyətyanı sahəyə yerləşdirmək məqsədi ilə “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 saylı “Tikinti norma və qaydaları”nın 2.10 bəndinin, “Avtomobil nəqliyyatında əməyin mühafizə qaydaları”nın 17.1, 17.2 bəndlərinin və “Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları”nın 9.4.13, 9.5.19 bəndlərinin, eləcə də özüyeriyən strelası olan kran sürücüləri üçün təhlükəsizllik texnikası təlimatının 26-cı bəndinin kranın hərəkət etdirici, fırlandırıcı və qaldırma mexanizmlərinin işlədiyi vaxt kranın üstünə çıxaq və ya oradan düşməyə icazə verilməməsi, həmin təlimatın 27-ci bəndinin kranın işlədiyi zonada kənar adamların olmasının, həmin təlimatın 35-ci bəndinin “v” yarımbəndinin kran işləyərkən adamlara kranın platformasında dayanmağın qadağan olunması barədə tələblərini kobud surətdə pozaraq kənar şəxsin, yəni X1 üzərində olmasına əhəmiyyət vermədən cinayətkarcasına etinasızlıqla kranın idarəetmə kabinasını hərəkətə gətirmiş, kabinanın arxa tərəfinin, yəni tros blokunun Şəmsəddin İgidova dəyməsi nəticəsində ehtiyatsızlıqdan sonuncunun ölümü ilə birbaşa səbəbli əlaqəli olan, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik bel nahiyəsində şişkinlik, sağ tərəfdə oma-çanaq nahiyəsindən başlayaraq sağ budun orta 1/3-nə qədər böyük ölçüdə qançır və sıyrılmış yaralar, qarnın aşağı şöbəsinin sol yan hissəsində qançır və sıyrılmış yaralar, sol budunda sıyrıqlar, sol böyrək ətrafı piy toxumasında qansızmalar, oma sümüyünün zirvəsinin və büzdüm sümüyünün, sol oma-qalça sümüyünün darağının, sağ qasıq sümüyünün yuxarı şaxəsinin, sağ oturaq sümüyünün çoxsaylı, qapalı yerdəyişən sınıqları, sağ bud sümüyünün qapalı yerdəyişən sınığı xəsarətləri almasına, ixtisaslı tibbi yardım üçün Zaqatala RMX PHŞ-na aparılsa da, edilmiş tibbi yardıma baxmayaraq həmin xəstəxanada saat 19:20-də oma sümüyünün zirvəsinin və büzdüm sümüyünün, sol oma-qalça sümüyünün darağının, sağ qasıq sümüyünün yuxarı şaxəsinin, sağ oturaq sümüyünün çoxsaylı, qapalı yerdəyişən çoxsaylı sınıqları və sağ bud sümüyünün qapalı yerdəyişən sınığı nəticəsində baş vermiş travmatik şokdan ölməsinə səbəb olmuşdur. Məhkəmə baxışı iclasında dindirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2012-ci ildə Jalə Məmmədova ilə ailə həyatı qurmuşdur. Bu nikahdan 2 övladı vardır. 2020-ci ildə isə məhkəmə qaydasında boşanmışdır. Aylıq olaraq 248 manat aliment ödəyir. 2020-ci ilin avqust ayından X14 İdarəsində sürücü kimi işləyir. BC kateqoriyalı sürücülük vəsiqəsi və kran sürmək üçün sertifikatı olduğu üçün işə qəbul olunan gündən ona KAMAZ markalı, ** AC *** dövlət qeydiyyat nişanlı kran təhkim edilmişdir. O, ancaq Suvarma sistemləri idarəsi tərəfindən həyata keçirilən işlər zamanı zərurət olduqda həmin krandan istifadə edə bilər. Kranın qarajdan çıxmasına ancaq yol vərəqəsi ilə icazə verilir. Həmin kranın yanacağı və ehtiyyat hissələri dövlət tərəfindən ayrılır. Ay ərzində təqribən 10-15 dəfə idarənin işləri üçün krandan istifadə edilir. X18 uşaq yaşlarından tanımış, aralarında heç vaxt mübahisə, dava dalaş, narazılıq olmamış, anası Şəmsəddinin müəlliməsi olmuşdur. Şəmsəddinin öldüyü günə qədər münasibətləri yaxşı olmuş, 12.06.2021-ci il tarixdə həmkəndlisi Şamil və Şəmsəddin sonuncuya məxsus Niva markalı avtomobillə onun işlədiyi idarəyə gəlmişlər. Onlarla görüşüb söhbət edən zaman Şamil ona Qazangül qəsəbəsində su çəni olduğunu, həmin su çənini yaşadığı evə gətirmək istədiyini demişdir. Şamillə münasibəti olduğundan həmçinin həmkəndli olduğu üçün ona çəni həyətinə gətirə biləcəyini demişdir. Bundan sonra Şamil və Şəmsəddin sonuncuya məxsus Niva markalı avtomobilə minib birlikdə onu gözləmişlər, o isə idarənin qarajına keçib KAMAZ markalı ** AC *** dövlət qeydiyyat nişanlı kranı təmirə apardığını deyib idarədən çıxmışdır. Şəmsəddinin idarə etdiyi avtomobilin ardınca gedib Qazangül qəsəbəsinə çatmışdır. Orada dəmir materialdan hazırlanmış çəni götürmüş, bir qədər sonra isə digər həmkəndlisi Mehrab idarə etdiyi traktorla onların olduğu yerə gəlmişdir. Çəni Mehrabın idarə etdiyi traktorun qoşqusuna qoyub birlikdə Şamilin yaşadığı Göyəm kəndindəki evinə getmişlər. Şamilin həyətində talvar olduğu üçün onun həyətinə deyil, qonşu Fəridin həyətinə girmişlər. Mehrab traktoru mal tövləsinin yanında saxlamış, o isə kranı geri verib sürücü kabinasını həyətin çıxışında olan darvaza istiqamətində saxlamışdır. Kranın ayaqlarını açıb, hər birinin dayağını bərkitdikdən sonra sürücü kabinası ilə kranın idarə etmə kabinasının arasında yerləşən motorun radiatorunun çəlləyində suyunun az olduğunu görüb, mühərrikin qızmaması üçün təqribən 5 litr su əlavə etmişdir. Çəlləkdən mühərrikin radiatoruna daimi olaraq su axaraq sistemi soyudur. Çəlləyə suyu əlavə etdikdən sonra kranın kabinasına əyləşən zaman Şəmsəddinin su dolu vedrə ilə krana tərəf gəldiyini görüb ona su tökməməsini, özünün tökdüyünü, su olduğunu demişdir. Bu zaman Şəmsəddin onun dediklərinə məhəl qoymayaraq kranın üzərinə çıxaraq ona görə narahat olmamasını, işini görməsini demişdir. Bundan sonra Şəmsəddin radiatora su tökməyə başlamışdır. O, elə bu vaxt kranın kabinasını döndərib işə başlamaq istəyən zaman Şəmsəddinin “ayağım sındı” deyərək qışqırmağını eşitmişdir. Tez kranı saxlayıb kabinadan boylandıqda onun yerdə uzandığı və əli sol tərəfini tutaraq “ayağım” deyərək qışqırdığını görmüşdür. Dərhal onun yanına düşüb nə baş verdiyini soruşduqda Şəmsəddin kabinanın dönəndə tros blokunun ona dəydiyi üçün kranın ayağına dəyib yerə yıxıldığını demişdir. Yaxınlıqda olan vedrədən su götürüb onun ayağına və əl-üzünə su vurmuşdur. Elə bu vaxt Şamillə Mehrab da onların yanına gəlmişdir. Şəmsəddin səhhəti ilə əlaqədar onu çox danışdırmayıb təcili tibbi yardıma zəng etmişlər. Təcili tibbi yardım birqadası gələrək Şəmsəddini rayon mərkəzi xəstəxanasına aparmışdır. O, isə dərhal idarənin kranı ilə şəxsi iş görməyi bilinməsin deyə tez idarəyə gedib kranı qaraja qoyaraq taksi ilə Şəmsəddinin arxasınca xəstəxanaya getmişdir. Bir qədər sonra isə Şəmsəddinin aldığı xəsarətdən ölməsini eşitmişdir. Kran ona təhkim olunan zaman köməkçi təyin edilməmişdir. Onun kranın kabinasının arxasını görməsi mümkün deyildir. Şəmsəddinə su tökməməsini bildirdiyi üçün onun kranın kabinasından uzaq dayanacağını fikirləşmişdir. Kranın kabinasından arxa tərəfi görmək üçün bir pəncərə vardır. Qalan hissəni isə yükü qaldırmaq üçün nəzərdə tutulmuş tros bloku məhdudlaşdırır. Şəmsəddinin də deməsinə görə ona həmin hissə dəymişdir. İdarədən kranı ancaq yol vərəqəsi ilə çıxarmaq mümkündür. Yol vərəqəsi mexanik Nail tərəfindən krana baxış keçirildikdən sonra yazılır. Hadisə baş verən günə qədər heç vaxt kranı idarədən çıxarmamışdır. 12.06.2021-ci il tarixdə Şəmsəddinlə Şamil ona müraciət etdikdən sonra kömək etmək qərarına gəlmişdir. Çünki birinci dəfə idi ki, Şəmsəddinlə Şamil ona nəyəsə görə müraciət etmişlər. Sadə bir iş olduğunu, təmir adı ilə idarədən çıxıb Şəmsəddingilin dediyi işi tez görüb qayıdacağını, heç kimin bilməyəcəyini fikirləşmişdir. Hadisə olan zaman orada o özü, Şəmsəddin, Mehrab və Şamil olmuşdur. Şamillə Mehrab onlardan bir qədər aralıda dayanmışlar. Onların hadisəni görüb görmələri barədə heç bir məlumatı yoxdur. 2021-ci ilin iyun ayının əvvəlində ona texniki təhlükəsizlik qaydaları izah edilmişdir. Bununla əlaqədar jurnala da imza etmişdir. İşlədiyi idarədə texnika və avadanlıqların təmiri ilə məşğul olan ustalar vardır. Ona təhkim edilmiş kran Kamaz markalı yük avtomobilinin bazası üzərində quraşdırılmışdır. İdarədə olan ustalar da yalnız kranın avtomobilə aid hissəsini təmir edə bilirlər. Kran ayrı bir xüsusi qurğudur. Həmin hissənin təmirini idarənin ustaları bacarmır. Zərərçəkmiş şəxsin hüquqi varisi olan atası ilə barışmış və sonuncu onu bağışlamışdır. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi X10 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, X21 onun oğludur. 12.06.2021-ci il tarixdə Göyəm kənd sakini Mehrab onun istifadəsində olan nömrəsinə zəng edərək oğlu Şəmsəddinin həmkəndlisi Fəridin həyətində krandan yıxılaraq xəsarət almasını bildirmişdir. Bundan sonra o, Mehrabın dediyi yerə tərəf gedərkən yolda təcili tibbi yardım avtomobili ilə rastlaşmış, həmin təcili tibbi yardım avtomobilinin oğlu üçün çağırıldığını güman edib onunla birlikdə Fəridgilin həyətinə getmişdir. Həyətə daxil olduqda kran və traktoru görmüş, oğlu isə kranın arxa tərəfindən yerdə uzanıqlı halda olmuşdur. Oğlunu görən kimi “bunun burada nə işi var” deyə soruşduqda oğlu ona narahat olmamasını, yaxşı olduğunu demişdir. Bundan sonra təcili tibbi yardım avtomobili ilə oğlu xəstəxanaya aparılmışdır. Onun səhhəti ilə əlaqədar Şəmsəddindən hadisənin necə baş verməsini maraqlana bilməmişdir. Tibbi yardıma baxmayaraq oğlu 12.06.2021-ci il tarixdə vəfat etmişdir. Oğlunun ölümü ilə əlaqədar şikayəti yoxdur. Kranın, eləcə də Mehrabın idarə etdiyi traktorun hansı vəziyyətdə olmasını xatırlamır. Təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Şəmsəddin İgidov və Təqsirləndirilən şəxs onun həmkəndliləridir. Onlarla arasında heç bir narazılıq, mübahisə və ədavət yoxdur. Həmçinin Təqsirləndirilən şəxsla Şəmsəddin İgidovun da bir biriləri ilə münasibətləri yaxşı olmuşdur. Onların nə vaxtsa probleminin olmasını nə eşitmiş, nə də ki görmüşdür. 12.06.2021-ci il tarixdə həmkəndlisi Şahid2 ona müraciət edərək səhv etmirsə 3 ton həcmində olan dəmir materialdan hazırlanmış su çənini Qazangül qəsəbəsindən götürüb yaşadığı evə gətirməyini demişdir. Həmkəndlisi olduğu üçün onunla görülən işin müqabilində pul tələb etməmişdir. Bundan sonra Zaqatala Kommunal Müəssisələri Kombinatının balansında olan “Belarus – 80” markalı 62 T 659 dövlət qeydiyyat nişanlı traktorla çəni götürmək üçün Qazangül qəsəbəsinə getmişdir. Oraya çatdıqda digər həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi kranla Şamilin həyətinə aparmaq istədiyi su çənini yuxarı qaldırıb saxlamışdır. X21 da özünün idarə etdiyi Niva markalı avtomobillə orada olmuşdur. Su çənini idarə etdiyi traktorun yük yerinə yerləşdirdikdən sonra Göyəm kəndinə gəlmişlər. Lakin kran Şamilin həyətinə girə bilmədiyi üçün qonşu Fəridin həyətinə girmişlər. Fəridin həyətinə girdikdən sonra o, mal tövləsinə qədər irəliləyib dayanmışdır. Ardınca isə Nail idarə etdiyi kranla gəlmişdir. O, həyətə daxil olan zaman Şəmsəddin İgidovun da həyətdə olmasını görmüşdür. Şamil öz həyətinə keçib su çənini qoymağa görə yer müəyyən etmək üçün onunla müzakirə etmişdir. Bu vaxt Nail öz kranının yanında olmuşdur. Çən isə onun idarə etdiyi traktorun qoşqusunda olmuşdur. Yalnız troslar çənin qulplarına keçirilmiş halda olmuşdur. Şəmsəddinin isə harada dayanması barədə heç bir məlumatı yoxdur. Şamillə söhbət edən zaman qışqırıq səsi eşidib, səsə tərəf qaçdıqda Şəmsəddinin yerə yıxıldığını, ona yaxınlaşdıqda əli ilə sol tərəfini tutduğunu görmüşdür. Bu zaman Şəmsəddin ağrıyan yerlərinə su qoymağı dediyi üçün dərhal onun ağrıyan yerlərinə su qoymuşlar. Şamil təcili tibbi yardıma zəng etmişdir. Bundan sonra Şəmsəddinin atası Məhəmmədə zəng edərək oğlunun yıxılıdığını Fəridgilin həyətinə gəlməsini bildirmişdir. Bir qədər sonra təcili tibbi yardım stansiyasının həkimlər briqadası, ardınca isə Məhəmməd gəlmiş, Şəmsəddini həkimlər ilkin müayinə edərək təcili olaraq xəstəxanaya aparmışlar. Onların ardınca getmişlər. Nail isə bir qədər sonra xəstəxanaya gəlmişdir. Nəyə görə gec gəlməsini maraqlandıqda Nail kranı işlədiyi idarənin qarajına qoymaq üçün getdiyini bildirmişdir. Baş vermiş hadisə vaxtı orada o özü, kran sürücüsü Nail, Şəmsəddin İgidov və Şahid2 olmuşdur. X22 Qədirovla dost kimi münasibətləri vardır. Ola bilər ki, elə belə baxmağa gəlmişdir. Şəmsəddin İgidovun maddi imkanı normaldır, fəhlə və yaxud usta işləmir. Kənd təsərrüfatı ilə məşğul olur. O, Şəmsəddin İgidovun harada dayanmasını görməmişdir. Baş vermiş hadisədən sonra da Naillə söhbət edən zaman o da, mərhum Şəmsəddinin harada dayanmasını görmədiyini demişdir. Hadisə vaxtı Şəmsəddin İgidov kiminləsə mübahisə etməmiş, həmin vaxt ümumiyyətlə mübahisə olmamışdır. Traktorun şəxsi məqsədlər üçün istifadə edilməsinə ona icazə verilmişdir. Şamilin həyətinə traktorla çən aparan zaman işlədiyi qurumun heç bir səlahiyyətli şəxsinə bu barədə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, X21 onun həmkəndlisidir, həmişə münasibəti yaxşı olmuş, aralarında heç vaxt narazılıq, mübahisə və ədavət olmamışdır. Təqsirləndirilən şəxs da onun həmkəndlisidir. Onunla da münasibəti normaldır. Heç vaxt aralarında narazılıq olmamışdır. Şəmsəddinlə Nailin də münasibəti yaxşı olmuşdur. Onların arasında narazılığın olmasını eşitməmiş, görməmişdir. Nail bildiyi qədəri ilə X14 idarəsində kran sürücüsü işləyir. Təqribən bir neçə ay əvvəl ehtiyac olduğu üçün Qazangül qəsəbəsindən tanışı X2 etmirsə 3 ton həcmində dəmir materialdan hazırlanmış su çəni almışdır. Aldığı gündən də çən elə Qazangül qəsəbəsində tanışı X9 məxsus torpaq sahəsində qalmışdır. Şəmsəddinin də bu barədə məlumatı olmuşdur. 12.06.2021-ci il tarixdə təqribən saat 11- 12 radələrində Göyəm kəndində yerləşən çayxanada Şəmsəddin onu görüb çay içməyə dəvət etmişdir. Onunla oturub çay içərək söhbət edən zaman “bu gün də evdəsən işə getmirsən, gəl, Naillə danışaq sənin çəni gətirək” demişdir. Belə olduqda Şəmsəddinə kran danışdığını, Nailin sürdüyü kranın onun həyətinə girə bilməyəciyini dedikdə sonuncu ona cavab olaraq qonşu həyətdən çəni Nailin qoya biləcəyini deyərək işin ucuz başa gələcəyini bildirmişdir. Buna görə də Şəmsəddinlə razılaşmışdır. Həmin gün təqribən 14 radələrində Şəmsəddinlə görüşüb ona məxsus Niva markalı avtomobillə Nailin işlədiyi idarəyə gedib, Qazangül qəsəbəsindən çəni götürüb onun həyətinə qoyması barədə danışmışlar. Bu zaman Nail həmkəndli olduqlarını deyərək heç bir qiymət danışmadan işi görəcəyini bildirmişdir. Bundan sonra birlikdə Qazangül qəsəbəsinə getmişlər. Yolda olarkən Şəmsəddin digər həmkəndlisi Mehraba zəng edərək idarə etdiyi traktorla birlikdə Qazangül qəsəbəsinə gəlməsini deyərək “Qazangüldən çəni götürüb Şamilin həyətinə qoymaq lazımdır” bildirmişdir. Qazangül qəsəbəsində çəni Mehrabın idarə etdiyi traktorun qoşqusuna yerləşdirdikdən sonra Göyəm kəndinə getmişlər. Onun həyətinə Nailin idarə etdiyi kran iri qabaritli olduğu üçün girə bilmədiyinə görə qonşu Fəridin həyətinə girmişdir. Mehrab traktorunu mal tövləsinin yanında saxlamış, Nail də ondan bir qədər aralıda dayanmışdır. Bundan sonra o, öz həyətinə keçib çəni hara yerləşdirmək barədə səhv etmirsə hasarın üstündə dayanan Mehrabla söhbət etmişdir. Elə bu zaman güclü qışqırıq səsi eşidib Nailin idarə etdiyi krana tərəf qaçdıqda Şəmsəddinin krandan yıxılmasını görmüşdür. Dərhal ona yaxınlaşıb nə baş verməsini maraqlandıqda Şəmsəddin “əzdi məni, belim ovuldu” demişdir. Bundan sonra dərhal təcili tibbi yardım stansiyasına zəng vurub hadisə barədə məlumat verərək həkim göndərilməsini bildirmişdir. Həkimlər gələnə qədər Şəmsəddinlə söhbət edərək ona su vermiş, bu zaman Şəmsəddin sol tərəfində şiddətli ağrı olduğunu həmin hissəyə toxunmamağını demişdir. Bir qədər sonra isə həkimlər gələrək Şəmsəddini xəstəxanaya aparmışlar. Müayinə edib qurtardıqdan bir neçə dəqiqə sonra Şəmsəddinin öldüyünü bildirmişlər. O hadisə baş verən zaman kranın hansı vəziyyətdə olmasına fikir verməmişdir, hazırda da xatırlaya bilmir. Hadisə vaxtı o özü, kran sürücüsü Nail, Şəmsəddin İgidov və Mehrab olmuşdur. Şəmsəddin İgidovun onunla yaxın münasibəti olduğu üçün tez-tez onun evinə gəlib getmişdir. Şəmsəddin həmin gün orada heç bir iş görməmiş, həmçinin aralarında iş görülməsi barədə razılıq olmamışdır. O, Şəmsəddin İgidovun ancaq yerə yıxılmasını görmüşdür. Xəsarət almamışdan qabaq harada dayanması barədə heç bir məlumatı yoxdur. Hadisə vaxtı ümumiyyətlə mübahisə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 2020-ci ilin fevral ayından X14 İdarəsində mühəndis mexanik kimi işləyir. 2020-ci ilin sentyabr ayından 2021-ci ilin yanvar ayına qədər vətən müharibəsində tağım komandiri olaraq iştirak etmişdir. X14 İdarəsinin mühəndis mexaniki kimi onun vəzifəsi qurğu, sistem və obyektlərin fasiləsiz və texniki cəhətdan düzgün istismarını və etibarlı işini, tələb olunan səviyyədə və daimi işlək vəziyyətdə saxlanmasını təmin etmək, təmir qaydalarına uyğun olaraq qurğu, sistem və avadanlıqlara baxış keçirmək, onların sınaq və profilaktik işlər planının hazırlanmasında iştirak etmək, bu planların yerinə yetirilməsini təmin etmək, qurğu və avadanlıqların təmirlərarası xidmət işlərini, onların vaxtı-vaxtında və keyfiyyətli təmiri və modernləşdirilməsində iştirak etmək, təmir işlərinin aparılmasında materiallardan səmərəli istifadə olunmasını təmin etmək, müəssisənin yenidən qurulması, texniki cəhətdən gücləndirilməsi, texnoloji proseslərin avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi, yeni vasitələrin, texnika və texnologiyaların tətbiqi, ətraf mühitin mühafizəsi müəssisənin səmərəliliyinin artırılması üzrə işlərdə iştirak etmək, avadanlıqların tez xarab olması, boş dayanmaları və qəzaların baş vermə səbəblərinin öyrənilməsində və onların aradan götürülməsi və qarşısının alınması üzrə tədbirlərin işlənib hazırlanması, eləcə də tətbiqi işlərində iştirak etmək, az effektli avadanlıqların yüksək məhsuldarlıqlarla əvəz olunması, plandankənar təmir və boş dayanmaların azaldılması yeni proqressiv təmir metodlarının tətbiqi yolu ilə təmir xərclərinin azaldılması üzrə tədbirlərin işlənib hazırlanması və tətbiqi işlərində iştirak etmək, istifadəsiz avadanlıqlar müəyyənləşdirildikdə onların başqa yerdə istifadə olunması üçün fəaliyyət göstərən avadanlıqların istismarının yaxşılaşdırılması üzrə, əməyin mexanikləşdirilməsi və qabaqcıl təcrübənin tətbiqi, təmir-xidmət işçilərinin əməyinin təşkilinin təkmilləşdirilməsi əsasında təmir işlərinin təşkili üzrə tədbirlər görmək, təmir işlərinin yerinə yetirilməsində əmək mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl olunmasını təmin etmək, avadanlıqların istismarı və təmirində təhlükəsizlik, lazımi iş şəraitinin yaradılması, qurğu və avadanlıqların işinin yaxşılaşdırılması üzrə səmərələşdirici təkliflərin müzakirəsində iştirak etmək qəbul edilmiş səmərələşdirici təkliflərin tətbiqini təşkil etmək, müəssisənin avadanlıqlarında, bina və qurğularında təmir xidmətini həyata keçirən şöbə və bölmələrin işçilərinə köməklik göstərməkdən ibarətdir. İdarəni tərk edən hər bir texnikaya tərəfindən baxış keçirilərək yol vərəqəsi yazılır. Həmin texnika yenidən idarəyə qayıtdıqda təkrarən baxış keçirilib idarənin qarajına yerləşdirilir. Təqsirləndirilən şəxs onun işlədiyi idarədə kran sürücüsü kimi işləyir. Nailə “Kamaz 53605” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı kran saz vəziyyətdə 14.08.2020-ci il tarixli aktla təhkim edilmişdir. Onunla arasında hər hansı bir ədavət və düşmənçilik yoxdur. Şəmsəddin İgidovun adını isə baş vermiş hadisədən sonra eşitmişdir. Nə onunla, nə də onun ailə üzvləri ilə arasında heç bir münasibət olmamışdır. 12.06.2021-ci il tarixdə idarədə olan texnikaların təmir işləri görüldüyündən təmirə nəzarət etmək həmçinin, növbəti iş həftəsi üçün zəruri olan işlərini görmək məqsədi ilə idarəyə getmişdir. İdarədən yol vərəqələri ancaq həftənin iş günləri üçün verilir. Yalnız fövqəladə hal baş verərsə, məsələn sel yaranarsa dövlətə dəyə biləcək ziyanı mümkün qədər azaltmaq məqsədi ilə qeyri iş günləri texnikanın idarədən çıxarılması mümkündür. 12.06.2021-ci il tarixdə idarəyə baş çəkib təmir işlərinə nəzarət etdikdən sonra qarajda olan texnikaların yerindən tərpədilməməsi barədə göstəriş verib evinə getmişdir. Həmin gün axşam saatlarında Nailin ona təhkim edilmiş ** AC *** dövlət qeydiyyat nişanlı kranla şəxsi məqsədləri üçün iş görərkən hadisə baş verdiyini və nəticədə adının sonradan Şəmsəddin İgidov olduğunu bildiyi şəxsin ölməsi barədə məlumat verilmişdir. Bundan sonra Naillə əlaqə saxlayıb nəyə görə qeyri iş günündə, həmçinin rəsmi icazə olmadan öz şəxsi məqsədi üçün kranı qarajdan çıxarmasına iradını bildirdikdə sonuncu ona heç bir cavab verə bilməmişdir. İdarənin bütün işçilərinə texnik təhlükəsizlik və əməyin mühafizəsi qaydaları texniki təhlükəsizlik üzrə mühəndis tərəfindən izah edilmişdir. Təqsirləndirilən şəxs kran sürücüsü kimi tabeliyində olduğundan Nailə onun tərəfindən qeyd etdiyi qaydalar sonuncu dəfə 03.06.2021-ci il tarixdə izah edilmiş və bu barədə müvafiq jurnalda qeydiyyat aparılmışdır. Həmin təlimat Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən əməyin mühafizəsinə həmkarlar ittifaqlarının ictimai nəzarəti adlı metodik vəsaitdə əks olunmuşdur. Vəsaitdə əks olunmuş özüyeriyən strelası olan (avtomobil, tırtıllı, pnevmotəkərli) kran sürücüləri üçün təhlükəsizlik texnikası təlimatına görə kranın hərəkət etdirici, fırlandırıcı və qaldırma mexanizmlərinin işlədiyi vaxt kranın üstünə çıxmaq və ya oradan düşməyə icazə verilmir. Kranla hər hansı bir hərəkət etməzdən əvvəl kran sürücüsü kranın işlədiyi zonada kənar adamların olmadığına əmin olmalıdır. Yükün qaldırılmasından qabaq yükün yaxınlığında olan kənar şəxslərin, hətta yüktutucu vasitələrindən istifadə edən şəxsin strelanın enməsi mümkün ola bilən yerdən çəkilmələri xəbərdar edildikdən sonra və kran işlədiyi zonada adamların olmamasına əmin olduqda sürücü işləri apara bilər. Kran işləyərkən adamlara kranın platformasında dayanmaq qadağandır, kranın fırlanan və fırlanmayan hissələrinin arasında dayanmaq olmaz. Onların məsuliyyəti ancaq iş vaxt idarə tərəfindən görülən işlər zamanı yaranır. Ümumiyyətlə nəinki Nailə, heç bir şəxsə idarənin əmlakından şəxsi məqsədlər üçün istifadə edilməsinə şərait yaradılmamışdır. Qarajda çilingərlər vardır. Həmin ustalar qarajda olan texnikaların təmiri ilə məşğul olurlar. İdarədə işlədiyi müddətdə kran təmirə getməmiş, daim saz vəziyyətdə olmuşdur. İdarədə olan çilingərlər kranın yalnız avtomobilə aid olan hissəsinin təmirini bacarırlar. Kran ayrıca xüsusi bir qurğu olduğundan kranın trosunda strelkasında və s. problemlər yaranarsa idarədə olan çilingərlər həmin hissələrin təmirini bacarmırlar. Əvvəllər Təqsirləndirilən şəxs ona təhkim edilmiş “Kamaz 53605” markalı krandan şəxsi məqsədləri üçün istifadə etməmiş və yaxud həmin kranla təmir adı ilə idarə ərazisini tərk etməmişdir. Ümumiyyətlə kran sürücüsünə köməkçi, vəzifə təlimatına əsasən müəyyən edilsə də, işlədiyi idarədə sürücüyə heç bir köməkçi ştatı nəzərdə tutulmamışdır. Yanacağın təmin edilməsi ilə əlaqədar idarə ilə "xxxx" QSC arasında 18.12.2020-ci il tarixli müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən 400950 manat dəyərində neft məhsulu X14 İdarəsinə təhvil verilir. İdarənin balansında olan texnikalara zərurət yarandığı halda yanacaq və sürtkü yağları cədvəl tərtib olunmaqla verilir. Sonuncu dəfə Təqsirləndirilən şəxs 2021-ci ilin iyun ayının 11-də 60 litr dizel yanacağı verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, hazırda X14 İdarəsinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası mühəndisi vəzifəsində işləyir. Əsas vəzifəsi iş vaxtı əməyin mühafizəsi və təhlükəsizlik texnikası normalarına riayət edilməsinə nəzarət etməkdən ibarətdir. Bununla əlaqədər olaraq hər bir işçiyə həmin normalar izah edilmiş, müvafiq jurnalda qeydiyyat aparılmışdır. Sonuncu dəfə təlimatlandırma onun tərəfindən 03.06.2021-ci il tarixdə aparılmışdır. Kran sürücüsü kimi Təqsirləndirilən şəxs mexanik Şahid3 tabeliyində olduğundan onun tərəfindən hər ikisinə təlimat verilmişdir. Təqsirləndirilən şəxs da öz növbəsində yenidən təlimat keçmiş və Təqsirləndirilən şəxs bu barədə jurnala imza etmişdir. Təqsirləndirilən şəxs onun işlədiyi idarədə kran sürücüsü qismində çalışır. Ona da kran sürücüsü ilə əlaqədar təlimat keçmişdir. Həmin təlimat Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən əməyin mühafizəsinə həmkarlar ittifaqlarının ictimai nəzarəti adlı metodik vəsaitdə əks olunmuşdur. İdarədə kran köməkçisi ştatı yoxdur. Özüyeriyən strelası olan kran sürücüləri üçün təhlükəsizlik texnikası təlimatının 27-ci bəndinə görə kranla hər hansı bir hərəkət etməzdən əvvəl kran sürücüsü əmin olmalıdır ki, onun köməkçisi və təcrübə keçən şəxs təhlükəsiz yerdədir və kran işlədiyi zonada kənar adamlar yoxdur. Həmçinin Təqsirləndirilən şəxs izah edilmişdir ki, kran işləyərkən adamlara kranın platformasında dayanmaq qadağandır, kranın fırlanan və fırlanmayan hissələrinin arasında dayanmaq olmaz. Kranla iş görülən zaman kran sürücüsü ona izah edilmiş təlimata uyğun olaraq təhlükəsizlik qaydalarına riayət etməlidir, əgər kənar müdaxilələr olarsa dərhal işi saxlamalıdır. İş görən zaman bütün məsuliyyət kran sürücüsünün üzərinə düşür. İş materiallarında olan 12 iyun 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Zaqatala rayonu Göyəm kəndi ərazisində fərdi yaşayış evidir. Həyətə giriş boz rəngli dəmir materialdan hazırlanmış darvazadandır. Həyətə daxil olduqda əsaslı təmir tikinti işlərinin aparıldığı müşahidə olunur. Həyətdə mal-qara saxlanması üçün tövlə olduğu müşahidə olunur. Həyətə daxil olanda sağ tərəfdə yerləşən hasar dəmir torlar sökülmüşdür. Tövlənin qarşısında qoşqulu göy rəngli traktor vardır. Traktorun qoşqusunda dəmir materialdan hazırlanmış çən yerləşdirilmişdir. Traktor Belarus markalıdır. Baxışda iştirak edən Şahid1 bildirdi ki, qarmaqlar Təqsirləndirilən şəxs idarə etdiyi krana məxsusdur. Çən Qazangül qəsəbəsindən Göyəm kəndinə su ilə birgə gətirilmişdir. Qeyd edilən xüsusatlardan başqa araşdırma üçün əhəmiyyət kəsb edən hər hansı hala rastlanılmamışdır. İşdə olan 12 iyun 2021-ci il tarixli 175 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, 1987-ci ildə doğulmuş Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu aşkar edilməmişdir. İşdə olan Zaqatala Rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE seriyalı 12382810 nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, 01.08.2015-ci il tarixdə anadan olmuş X11 atası Təqsirləndirilən şəxsdur. İşdə olan Zaqatala Rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE seriyalı 12382806 nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, 31.08.2012-ci il tarixdə anadan olmuş X13 atası Təqsirləndirilən şəxsdur. İşdə olan 6 nömrəli Bakı Peşə Liseyi tərəfindən verilmiş AS seriyalı 001287 nömrəli ilk peşə-ixtisas təhsili haqqında Sertifikatdan görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2015-ci ildə avtomobil kran sürücüsü ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan 14.08.2020-ci il tarixli aktdan görünür ki, Zaqatala SSİ-nin balansında olan Avtokran “Kamaz53605” markalı 62AC524 dövlət nömrə nişanlı yük avtomobilini istismar üçün sürücü Təqsirləndirilən şəxs saz vəziyyətdə təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X25 07 nömrəli 12 iyun 2021-ci il tarixli ekspert rəyindən görünür ki, X3 meyitində aşkar olunmuş xəsarətlər: Bel nahiyəsində şişkinlik (hematoma), sağ tərəfdə oma-çanaq nahiyəsindən başlayaraq sağ budun orta 1/3-nə qədər böyük ölçüdə qançır və sıyrılmış yaralar, qarnın aşağı şöbəsinin sol yan hissəsində qançır və sıyrılmış yaralar, sol budunda sıyrıqlar, sol böyrək ətrafı piy toxumasında qansızmalar, oma sümüyünün zirvəsinin və büzdüm sümüyünün, sol oma-qalça sümüyünün darağının, sağ qasıq sümüyünün yuxarı şaxəsinin, sağ oturaq sümüyünün çoxsaylı, qapalı yerdəyişən sınıqları, sağ bud sümüyünün qapalı yerdəyişən sınığı – bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Zaqatala rayon Mərkəzi Xəstəxanasına gətirilməsindən bir qədər əvvəl, 12.06.2021-ci il tarixdə əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqələri vardır və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Bu xəsarətlərin qərarda göstərilən şəraitdə əmələ gələ bilmələri mümkündür. Ş.M.İgidovun ölümü 12.06.2021-ci il tarixdə saat 19:20-də Zaqatala RMX PHŞ-də baş vermişdir. Ş.M.İgidovun ölümünə səbəb oma sümüyünün zirvəsinin və büzdüm sümüyünün, sol oma-qalça sümüyünün darağının, sağ qasıq sümüyünün yuxarı şaxəsinin, sağ oturaq sümüyünün çoxsaylı, qapalı yerdəyişən çoxsaylı sınıqları və sağ bud sümüyünün qapalı yerdəyişən sınığı nəticəsində baş vermiş travmatik şok olmuşdur. Ş.M.İgidovun meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsindən verilmiş 13.07.2021ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zaqatala RİHB-nin Göyəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin 26 iyul 2021-ci il tarixli 10/3439 nömrəli ekspert rəyindən görünür ki, kran sürücüsü Təqsirləndirilən şəxs ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə vaxtaşırı olaraq (ildə bir dəfədən az olmayaraq) bilik səviyyəsinin yoxlamaları (attestasiyaları) keçirilmədiyi halda onun sərbəst işləməsinə icazə verildiyinə, həmin avtokranın xəttə çıxmaq üçün yol vərəqəsi tərtib edilmədən idarənin qarajından özbaşına çıxmasına nəzarət aparılmadığına və hadisə zamanı “Kamaz” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtokranın kabinəsinin hərəkət zonasında kənar şəxsin (zərərçəkmiş X7) olmasına baxmayaraq yük boşaltma işləri aparıldığına görə, baş vermiş hadisə ilə əlaqədar “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 saylı “Tikinti norma və qaydaları”-nın 1.20, 2.10 bəndlərinin, “Avtomobil nəqliyyatında əməyin mühafizə qaydaları”-nın 2.13, 17.1, 17.2 bəndlərinin, “Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları”-nın 9.4.13, 9.5.19 bəndlərinin və cinayət işi materiallarında olan “Baş mexanikin vəzifələri”-nin 9, 12 bəndlərinin tələbləri pozulmuşdur ki, bu hadisənin baş verməsinin texniki səbəbidir. Heç bir şəxsə məlumat vermədən özbaşına xəttə çıxdığına və hadisə zamanı “Kamaz” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtokranın kabinasının hərəkət zonasında kənar şəxsin (zərərçəkmiş X7) olmasına baxmayaraq yük boşaltma işləri apardığına görə “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 saylı “Tikinti norma və qaydaları”nın 2.10 bəndinin, “Avtomobil nəqliyyatında əməyin mühafizə qaydaları”nın 17.1, 17.2 bəndlərinin və “Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları”nın 9.4.13, 9.5.19 bəndlərinin tələbləri X14 İdarəsinin kran sürücüsü Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. İşdə olan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X4 ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, cinayət işinə əlavə olunmuş sənədlər və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs X14 İdarəsində sürücü vəzifəsində işləməklə texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsinin ona həvalə edilməsinə baxmayaraq həmkəndli olduqları üçün heç bir xərc tələb etmədən 12.06.2021-ci il tarixdə X12 və Şahid2 müraciətləri əsasında Zaqatala rayonu Qazangül qəsəbəsindəki sonuncunun tanışı X9 məxsus torpaq sahəsindən dəmir materialdan hazırlanmış çəni Şahid2 rayonun Göyəm kəndində yerləşən evinə gətirmək barədə razılığa gələrək, 14.08.2020-ci il tarixli aktla ona təhkim edilmiş “Kamaz” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı kranı işlədiyi idarənin hər hansı bir səlahiyyətli şəxsinə məlumat vermədən təmir adı ilə özbaşına idarənin ərazisindən çıxarıb Zaqatala rayonu Qazangül qəsəbəsində dəmir çəni Şahid1 idarə etdiyi Zaqatala Kommunal Müəssisələri Kombinatının balansında olan 62-T-659 dövlət qeydiyyat nişanlı traktorun qoşqusuna qoyub birlikdə Göyəm kəndinə gələrək saat 15 radələrində həmin çəni Şahid2 məxsus həyətyanı sahəyə yerləşdirmək məqsədi ilə “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 saylı “Tikinti norma və qaydaları”nın 2.10 bəndinin, “Avtomobil nəqliyyatında əməyin mühafizə qaydaları”nın 17.1, 17.2 bəndlərinin və “Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları”nın 9.4.13, 9.5.19 bəndlərinin, eləcə də özüyeriyən strelası olan kran sürücüləri üçün təhlükəsizllik texnikası təlimatının 26-cı bəndinin kranın hərəkət etdirici, fırlandırıcı və qaldırma mexanizmlərinin işlədiyi vaxt kranın üstünə çıxaq və ya oradan düşməyə icazə verilməməsi, həmin təlimatın 27-ci bəndinin kranın işlədiyi zonada kənar adamların olmasının, həmin təlimatın 35-ci bəndinin “v” yarımbəndinin kran işləyərkən adamlara kranın platformasında dayanmağın qadağan olunması barədə tələblərini kobud surətdə pozaraq kənar şəxsin, yəni X1 üzərində olmasına əhəmiyyət vermədən cinayətkarcasına etinasızlıqla kranın idarəetmə kabinasını hərəkətə gətirmiş, kabinanın arxa tərəfinin, yəni tros blokunun Şəmsəddin İgidova dəyməsi nəticəsində ehtiyatsızlıqdan sonuncunun ölümü ilə birbaşa səbəbli əlaqəli olan, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik bel nahiyəsində şişkinlik, sağ tərəfdə oma-çanaq nahiyəsindən başlayaraq sağ budun orta 1/3-nə qədər böyük ölçüdə qançır və sıyrılmış yaralar, qarnın aşağı şöbəsinin sol yan hissəsində qançır və sıyrılmış yaralar, sol budunda sıyrıqlar, sol böyrək ətrafı piy toxumasında qansızmalar, oma sümüyünün zirvəsinin və büzdüm sümüyünün, sol oma-qalça sümüyünün darağının, sağ qasıq sümüyünün yuxarı şaxəsinin, sağ oturaq sümüyünün çoxsaylı, qapalı yerdəyişən sınıqları, sağ bud sümüyünün qapalı yerdəyişən sınığı xəsarətləri almasına, ixtisaslı tibbi yardım üçün Zaqatala RMX PHŞ-na aparılsa da, edilmiş tibbi yardıma baxmayaraq həmin xəstəxanada saat 19:20-də oma sümüyünün zirvəsinin və büzdüm sümüyünün, sol oma-qalça sümüyünün darağının, sağ qasıq sümüyünün yuxarı şaxəsinin, sağ oturaq sümüyünün çoxsaylı, qapalı yerdəyişən çoxsaylı sınıqları və sağ bud sümüyünün qapalı yerdəyişən sınığı nəticəsində baş vermiş travmatik şokdan ölməsinə səbəb olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barşıq əldə etməsini, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini və himayəsində 2 azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin barəsində CM-nin 70 və 62-ci maddəsinin tətbiq edilməklə ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməli, cəzasının əvvəlinin onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməsi də ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz, belə ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin 26 iyul 2021-ci il tarixli 10/3439 nömrəli ekspert rəyindən görünür ki, heç bir şəxsə məlumat vermədən özbaşına xəttə çıxdığına və hadisə zamanı “Kamaz” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtokranın kabinasının hərəkət zonasında kənar şəxsin (zərərçəkmiş X7) olmasına baxmayaraq yük boşaltma işləri apardığına görə “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 saylı “Tikinti norma və qaydaları”nın 2.10 bəndinin, “Avtomobil nəqliyyatında əməyin mühafizə qaydaları”nın 17.1, 17.2 bəndlərinin və “Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları”nın 9.4.13, 9.5.19 bəndlərinin tələbləri X14 İdarəsinin kran sürücüsü Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Nəticədə zərərçəkmiş X7 ölümünə səbəb olmuşdur. Buna görə də, məhkəmə təqsirləndirilən şəxsin müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan müəyyən müddətə məhrum edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlarla yanaşı məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs 100 (bir yüz) manat ekspertiza xərcinin alınaraq dövlət büdcəsinin hesabına ödənilməsini, həmçinin, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmasını əsaslı hesab edir. İş üzrə maddi sübutun və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 09 (doqquz) ay müddətə tikinti, meliorasiya və su təsərrüfatı sahəsində rəhbər və maddi-məsul vəzifə tutma və yükqaldırıcı nəqliyyat vasitəsini (kran) idarə etmə hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutun, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrli̇ k edən Tural Həsənov
Məhkəmə qərarları › İş №1(033)-55/2021
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-55/2021
30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver