Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 1(033)-55/2025 21.01.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızı sədrlik etməklə, məhkəmə iclasının katibi X5 qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1982-ci ildə Balakən rayonu İtitala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, üç uşaq atası, orta təhsilli, işsiz, hazırda məhkumluğu olmayan, Balakən rayonu İtitala kəndində qeydiyyatda olmaqla Zaqatala rayonu Fındıqlı kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i : Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 22:00 radələrində Sulxayev X2 rayonu Fındıqlı kəndində yerləşən yaşadığı evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qisas almaq niyyəti ilə arvadı Zərərçəkmiş şəxs başına yumruq zərbələri vurmaqla və sol qolundan tutub dartışdıraraq sonuncuya təpə nahiyəsində 1 (bir) ədəd hematoma (dərialtı qan yığımı) xarakterli dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət və qəsdən sol saidində və sol biləyində 1 (bir) ədəd qançırlar xarakterli birlikdə və ayrı-ayrılıqda “sağlamlığa zərər vurmayan” xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərmişdir ki, 2005-ci ildə Zaqatala rayonu Fındıqlı kənd sakini Zərərçəkmiş şəxs ilə ailə qurmuşdur. Leyla ilə birgə nikahından onun üç övladı vardır. xx.xx.2006-cı il təvəllüdlü qızı X1 şəhərində işləyir və Zaqatala şəhərində yaşayır. Yetkinlik yaşına çatmayan digər iki övladı isə onunla birlikdə yaşayır. O, ailə qurduqdan sonra bir müddət Leyla ilə birlikdə Balakən rayonu İtitala kəndində yaşamışdır. Sonra Zaqatala rayonu Fındıqlı kəndində yeni ev tikmiş və Leyla ilə birlikdə həmin evdə yaşamağa başlamışdır. Təxminən bir ildir Leyla ona bildirmədən, ondan soruşmadan yaşadıqları evdən çıxıb rəfiqəsi Şəhla ilə birlikdə Zaqatala şəhərinə getməyə, zəng vurub soruşduqda ona yerini düzgün deməməyə və evə axşam saatlarında qayıtmağa başlamışdır. Buna görə Leyla ilə aralarında mübahisələri olmuşdur. O, dəfələrlə Leyladan rəfiqəsi Şəhla ilə münasibətini kəsməsini, ondan xəbərsiz Zaqatala şəhərində getməməsini tələb etməyə başlamışdır. Buna baxmayaraq Leyla hərəkətlərinə davam etmişdir. Buna görə də o, Şəhlanın anasını evinə dəvət etmək, Şəhla ilə Leylanın hərəkətləri barədə Şəhlanın anası ilə danışmaq, Şəhlanın anasından Şəhladan Leyla ilə münasibətini kəsməsini tələb etməsini istəmiş və xx.xx.2025-ci il tarixdə saat təxminən 22 radələrində Leylaya rəfiqəsi Şəhla ilə aralarında olan münasibətə son qoymaq üçün Şəhlanın anasını evə qonaq çağıracağını bildirmişdir. Leyla onun Şəhlanın anasını evə dəvət etməsinə narazılıq etmişdir. Buna görə aralarında mübahisə yaranmışdır. Həmin mübahisə zamanı Leyla evdə sobanın yanında olan odunu götürüb ona atmışdır. Odun ona dəyməsədə o, Leylanın hərəkətinə əsəbləşmiş və əsəblərini cilovlaya bilməyib üstünə hücum çəkib Leylanın baş nahiyəsinə təxminən 5-6 dəfə yumuruqla zərbələr vurmuşdur. Leyla həmin an müdafiyə olunmaq üçün əlləri ilə başını tutmuşdur. Bu zaman o, sol qolundan tutub Leylanı dartışdırmışdır. Leyla həmin vaxt onun əlindən çıxıb evdən həyətə qaçmışdır. O, qaçdığı zaman Leylanın bel nahiyəsinə təpik atmışdır. Lakin həmin təpik Leylaya dəyməmiş və Leyla evdən həyətə qaçmışdır. Daha sonra o, Leylanın barəsində şikayət etdiyini bilmişdir. O, izahatında mübahisənin xx.xx.2025-ci il tarixdə saat 22:00 radələrində yaşadığı evin içərisində baş verdiyini, təxminən 10-15 dəqiqə davam etdiyini, Leylanı yaşadığı evin içərisində döydüyünü, Leylanı döydüyünü kənar şəxslərdən heç kimin görmədiyini, mübahisə zamanı Leylanın ona xəsarət və ya fizki ağrı yetirmədiyini göstərmişdir. Onun heç bir şikayəti və tələbi yoxdur. Barəsində amnistiya aktının tətbiq edilməsini xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs (Zərərçəkmiş şəxs göstərmişdir ki, 2005-ci ildə Balakən rayonu İtitala kənd sakini Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur. Rəcəblə birgə nikahından onun üç övladı vardır. xx.xx.2006-cı il təvəllüdlü qızı X1 şəhərində işləyir və Zaqatala şəhərində yaşayır. Yetkinlik yaşına çatmayan digər iki övladı isə onunla yaşayır. O, ailə qurduqdan sonra bir müddət Rəcəb ilə birlikdə Balakən rayonu İtitala kəndində yaşamışdır. Sonra Rəcəblə birlikdə Zaqatala rayonu Fındıqlı kəndində yeni ev tikmiş və Rəcəb ilə birlikdə həmin evdə yaşamağa başlamışdır. Bir müddətdən sonra əri Rəcəb içki içməyə başlamış və bununla əlaqədar aralarında bir neçə dəfə mübahisə yaranmışdır. Daha sonra Rəcəb onun Fındıqlı kəndində yaşayan rəfiqəsi Şəhla ilə daima Zaqatala şəhərində yerləşən parkda boş-boş gəzdiyini, Zaqatala şəhərindən evə gec qayıtdığını, harda olduğu barədə özünə məlumat vermədiyini iddia etmiş və ondan Şəhla ilə münasibətini kəsməsini tələb etməyə başlamışdır. Buna görə aralarında mübahisələr baş vermişdir. Rəcəb xx.xx.2025-ci il tarixdə saat təxminən 22 radələrində ona rəfiqəsi Şəhla ilə aralarında olan münasibətə son qoymaq üçün Şəhlanın anasını evə qonaq çağıracağını bildirmişdir. O, Rəcəbin Şəhlanın anasını yaşadıqları evə dəvət etməsinə narazılığını bildirmişdir. Buna görə Rəcəb əsəbləşmiş və aralarında mübahisə yaranmışdır. Həmin mübahisə zamanı Rəcəb onun üstünə hücum çəkib baş nahiyəsinə təxminən 5-6 dəfə yumuruqla zərbəsi vurmuşdur. O, həmin an müdafiyə olunmaq üçün əllərini başına tutmuşdur. Bu zaman Rəcəb sol qolundan tutub sıxaraq onu dartışdırmağa başlamış və bel nahiyəsinə təpiklə bir dəfə zərbə vurmuşdur. O, həmin vaxt Rəcəbin əlindən çıxıb evdən həyətə qaçmış və Zaqatala şəhərində yaşayan qızı Nailəyə zəng vurub atası tərəfindən döyüldüyünü bildirmişdir. Nailədə onun əri Rəcəb tərəfifdən döyülməsi ilə əlaqədar DİN-in “102” xidməti-zəng mərkəzinə məlumat vermişdir. O, izahatında mübahisənin xx.xx.2025-ci il tarixdə saat 22:00 radələrində yaşadığı evin içərisində baş verdiyini, təxminən 10-15 dəqiqə davam etdiyini, Rəcəbin onu yaşadığı evin içərisində döydüyünü, Rəcəbin onu döyməsini kənar şəxslərdən heç kimin görmədiyini, mübahisə zamanı Rəcəbə xəsarət və ya fizki ağrı yetirmədiyini göstərmişdir.O Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər ödənilmiş, ondan heçbir şikayət və tələbi yoxdur. İş materiallarında olan Məhkəmə Tibbi Ekspertizası və PA X7 Şəxsin Zaqatala rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 408 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibb müayinəsi zamanı aşkar edilən xəsarət: təpə nahiyəsində 1 (bir) ədəd hematoma (dərialtı qan yığımı), sol saidində və sol biləyində 1 (bir) ədəd qançırlar - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə insanın bədənin hissələrinin (əl və s.) təsirindən əmələ gələ bilərdilər, təpə nahiyəsində hematoma (dərialtı qan yığımı) dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, sol saidində və sol bələyində qançırlar isə birlikdə və ayrıayrılıqda sağlamlığa ZƏRƏR VURMAYAN xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zaqatala RİHB-nın Maqov kənd İnzibatı Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-82-28/2-593/2025 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı xx.xx.2026-ci il tarixli ərizəsindən görünür ki, barəsində Azərbaycan Respublikası Milli Məclisin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında müvafiq qərarı ilə 19 dekabr 2025-ci il tarixli qərarının müvafiq bəndinin tətbiq etməklə onu cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər ödənilmiş, ondan heçbir şikayət və tələbi yoxdur. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibəti ilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir; “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) 5.1. icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6-cı və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir və yuxarıda qeyd edilən amnistiya qərarının 5.1-ci bəndi bu cinayətləri törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi Azərbaycan Respublikasının Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, maddi ziyan və mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibəti ilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli qərarının 1.16 və 5.1-ci bəndlərinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməli, iş üzrə maddi sübut, maddi ziyan və mülki iddianın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-cü maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, “Konstitusiya və Suverenlik İli” münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, maddi ziyan və mülki iddianın olmaması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №1(033)-55/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №1(033)-55/2025
21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver