Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-56/2022 06.12.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X4 katibliyi, dövlət ittihamçısı - Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Hacıyev Hı̇ cran İsgəndər oğlunun və onun müdafiəçisi-Zaqatala Rayon Vəkil Bürosunun vəkili X6 iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxxxxx 1984-cü ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, rəsmi işsiz, məhkumluğu olmayan, Zaqatala rayonu, Gözbarax kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Hacıyev Hı̇ cran İsgəndər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 15:00-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirtmək məqsədilə 17 may 2022-ci il tarixdə, saat 08 radələrində alkoqol sərxoşluğu vəziyyətində Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən, dostu Şahid1 keçmiş arvadı Zərərçəkmiş şəxs ilə birlikdə yaşadıqları fərdi yaşayış evinə, yəni yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan istifadə edilmiş, TP – LİNK markalı, TD-W8151N modelli, Çin istehsalı, 9V-0,6A, ağ rəngli, 10 manat dəyərində 01 ədəd modem aparatını (TP-LİNK markalı, T090060-2C1 modelli, Çin istehsalı adaptoru ilə birlikdə), istifadə edilmiş Supermax markalı, FT950 modelli, 100-240 V, 50/60Hz, qara rəngli, 10 manat dəyərində 01 ədəd çanaq anten aparatını (üzərində EUROMAX TV HOT929 yazısı olan pultu ilə birlikdə), istifadə edilmiş 20x13x9,5 sm ölçüdə açıq qəhvəyi rəngli, 25 manat dəyərində 01 ədəd naxışlı mücrünü, uzun müddət istifadə edilmiş, gümüşü–yaşıl rəngli, üzərində "Perm” 230V-50Hz 1800 W yazıları olan, 10 manat dəyərində 01 ədəd ütünü, 140 manat dəyərində 01 ədəd istifadə edilmiş tozsoranı, 585 əyarlı, 3,5 qram çəkidə, türk istehsalı, 397,5 manat dəyərində 01 ədəd qızıl sepi, 75 manat dəyərində 01 ədəd gümüş qol saatını, 75 manat dəyərində 01 ədəd gümüş bilərziyi, 90 manat dəyərində 01 ədəd aliminium qazanı, 60 manat dəyərində 01 ədəd böyük ölçülü aliminium ləyəni, 50 manat dəyərində 01 ədəd orta ölçülü aliminium ləyəni gizli yolla ələ keçirib talamış, həmin vaxt evdə olan istifadə edilmiş 108 ekran ölçülü, 43 düym, Arter markalı, 43AF90G modelli, Özbəkistan istehsalı, 110-240V-500Hz,65W, 300 manat dəyərində 01 ədəd televizoru, istifadə edilmiş 48 sm uzunluqda, qara rəngli, 30 manat dəyərində kranşteynlə (arxalığı ilə) birlikdə götürmək istəsə də oğurladığı yuxarıda qeyd edilən əşyaların çox olması səbəbli asanlıqla daşıya bilməyəcəyini görüb həmin əşyaları götürməmiş, cinayət əməllərini vahid niyyətlə davam etdirərək həmin gün saat 10 radələrində yenidən həmin yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan yuxarıda qeyd edilən 01 ədəd televizoru və 01 ədəd kranşteyni gizli yolla ələ keçirib talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 1272,5 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2008-ci ildə Zaqatala rayon məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Zaqatala rayon kənd sakini Mahmud adlı şəxsi həmin cəzaçəkmə müəssəsindən tanımışdır. 16 may 2022-ci il tarixdə axşam radələrində Mahmud ilə Aşağı Tala kəndində rastlaşmış və onunla görüşmüş, daha sonra söhbət əsnasında Mahmud ilə birlikdə spirtli içki içmək qərarına gəlmişdir. Aşağı Tala kəndi ərazisində yerləşən marketdən spirtli içki və ərzaq alıb Mahmudun yaşadığı ünvana getmiş, həmin evdə aldıqları 1 litr spirtli içkinin yarısını qəbul etdikdən sonra Mahmudun təklifi əsasında həmin evdə qalmışdır. Növbəti gün, yəni 17 may 2022-ci il tarixdə səhər saat 08 radələrində oyanmış və axşamdan yarımçıq qalmış arağı içmiş, təxminən 30 dəqiqə sonra Mahmud ilə birlikdə kəndin mərkəzindəki yola gəlmişdir. Orada Mahmuda onun yaşadığı Gözbarax kəndinə getməyi təklif etməyinə baxmayaraq, Mahmud onunla razılaşmamışdır. Mahmud evdən çıxarkən mənzilin ona aid otaqlarının qapısını bağlamamış, lakin boşanmiş arvadına aid otaqların qapısı kilidli olmuşdur. Daha sonra o, kənd mərkəzində dayanacağın yanında olarkən Mahmudun evindən oğurluq etmək qərarına gəlmiş və Mahmuda təbii ehtiyacını ödəmək üçün sanitar qovşağına getməli olduğunu bildirərək Mahmuda evinə gedəcəyini demədən oğurluq etmək üçün həmin evə geri qayıdaraq evin Mahmuda aid hissəsinə, qapısı açıq olan otağa girmiş və orada oğurlamaq üçün heç nə tapmamışdır. Daha sonra Mahmudun keçmiş arvadına aid olan bağlı otaqlara girmək qərarına gəlmiş və həyətdən dəmir parçası taparaq bağlı olan qapının kilidini sındırıb evə daxil olmuş, oradan bir ədəd 1 ədəd wifi aparatı, 1 ədəd çanaq anten aparatı, 1 ədəd mücrü, 1 ədəd ütü, 1 ədəd tozsoran aparatı, 1 ədəd qızıl sep, 1 ədəd qol saatı, 1 ədəd bilərzik, 1 ədəd qazan və 2 ədəd ləyəni oğurlayıb evdən çıxmışdır. Lakin orada olan bir ədəd televizoru əlində əşyaların çox olması səbəbi ilə daha sonra təkrar ora gələrək götürmək qərarına gəlmişdir. Oğurladığı əşyaları götürüb yola çıxmış və yoldan keçən tanımadığı taksiyə əyləşib Zaqatala şəhər bazarı ərazisində taksidən düşmüşdür. Bazarda tanımadığı şəxsə 1 ədəd qızıl sepi 100 manata, 1 ədəd qol saatını 15 manata, 1 ədəd bilərziyi 10 manata, 1 ədəd qazanı 5 manata, 2 ədəd ləyəni 15 manata, 01 ədəd tozsoranı 30 manata satmışdır. Daha sonra qalan əşyaları bazar ərazisində işlənmiş malların alqı-satqısı ilə məşğul olduğunu bildiyi İsmayıl adlı şəxsin yanına gələrək 1 ədəd markasını bilmədiyi ütünü, 1 ədəd mücrü qabı, 1 ədəd markasını bilmədiyi wifi aparatını, 1 ədəd markasını bilmədiyi çanaq anten aparatını satmaq isdədiyini bildirmişdir. İsmayıl həmin əşyalara baxdıqdan sonra onlardan yalnız ütünü 6 (altı) manat və wifi aparatını 5 manat qarşılığında almışdır. İsmayıl ilə alqı-satqı etdikdən sonra söhbət əsnasında ona satmaq istədiyi televizor olduğunu da bildirmiş, İsmayıl həmin televizoru dükana gətirməsini istəmişdir. O, həmin mağazanı tərk etdikdən sonra çanaq anten aparatı ilə mücrünü sata bilmədiyi üçün üzərində olan idman çantasının içərisində qoyaraq üzərində saxlamışdır. Daha sonra təkrar olaraq Aşağı Tala avtobusuna əyləşərək yenidən kəndə qayıtmış, avtobusdan endikdən sonra Mahmudun evinə getmiş və həyətə daxil olub ətrafda Mahmudun olub-olmadığını yoxlayaraq onu səsləmişdir. Mahmudun evdə olmadığını görüb yenidən evə daxil olmuşdur. Evin qoyub getdiyi kimi olduğunu görmüş, orada heç bir dəyişiklik olmamışdır. Sonra evdən 1 ədəd markasını bilmədiyi televizor oğurlayaraq yenidən evi tərk edərək yol kənarına çıxmış, yolla hərəkət edən tanımadığı taksini saxladıb əyləşərək yenidən İsmayıl adlı şəxsin işlətdiyi dükana getmişdir. Orada ilk öncə o və İsmayıl həmin televizorun işləyib-işləmədiyini yoxlamış, İsmayıl televizordan anlayışı olmadığı üçün yaxınlıqda işləyən ustanı çağırmış, həmin usta televizora baxdıqdan sonra işlək vəziyyətdə olduğunu bildirmişdir. İsmayıl ilk öncə həmin televizoru 150 manata ala biləcəyini bildirmiş, lakin o həmin məbləğin az olduğunu bildirərək 160 manata satmışdır. Pulu İsmayıldan götürdükdən sonra şəhər ərazisində yerləşən müxtəlif kafelərə gedərək spirtli içki qəbul etmişdir. Həmin gün axşam saatlarında polis əməkdaşları onu Zaqatala şəhərində yeni tikilmiş yeraltı piyada keçidinin yanında saxlayıb polis şöbəsinə gətirmişlər. Şöbəyə gətirilən zaman üzərində bir ədəd mücrü qab və bir ədəd çanaq anten aparatı olmuş, lakin pullarını xərclədiyi üçün üzərində pulu qalmamışdır. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməmişdir. Lakin oğurladığı 1 ədəd televizor (kranşteynlə birlikdə), 1 ədəd ütü, 1 ədəd mücrü, 1 ədəd çanaq anten aparatı və 1 ədəd modem aparatı zərərçəkmiş şəxsə qaytarılmışdır. Barəsində yüngül cəza növünün təyin edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, 1993-cü ildə Şahid1 ilə ailə həyatı qurmuş, birgə nikahdan 1994-cü il təvəllüdlü qızı Xəyalə Eyibova və 2004-cü il təvəllüdlü oğlu Haşim Eyibov olmuşdur. Əri Şahid1la 2014-cü ildə məhkəmə qərarına əsasən boşanmış və boşanmalarına baxmayaraq eyni evdə, lakin ayrı-ayrı otaqlarda yaşamağa davam etmişlər. Əşyalardan istifadələri də ayrı olmuşdur. Xəstə olduğu üçün 05 may 2022-ci il tarixdə Bakı şəhərinə getmiş, evi keçmiş əri Şahid1 etibar edə bilməmiş, evə nəzarət etməsini qaynı oğlu Şahid2 xahiş etmişdir. Daha sonra Bakı şəhərinə getmiş və əməliyyat olunması lazım olduğu üçün və əməliyyatın tarixi 2022-ci ilin may ayının ortalarına təyin edildiyindən Bakı şəhərində qalmalı olmuşdur. 17 may 2022-ci il tarixdə, saat 13 radələrində Şahid2 mobil telefon vasitəsi ilə ona zəng edərək onun istifadəsində olan otağının qapısının sındırılması və otaqdan bəzi əşyaların yoxa çıxmasını bildirmişdir. O, bunu öyrəndikdən dərhal sonra Bakı şəhərindən Zaqatala rayonuna yola düşmüş və evə çatıb, istifadəsində olan otaqlara baxdıqda 2019-cu ildə Zaqatala şəhər bazarı ərazisində yerləşən məişət avadanlıqlarının satışı mağazasından 800 manata aldığı 1 ədəd “Artel” markalı televizor (arxalığı ilə birlikdə), televizorla eyni vaxtda 45 manata aldığı 1 ədəd “Super Max” markalı çanaq anten aparatı, 2018-ci ildə 40 manata aldığı 1 ədəd “Tp-link” markalı wifi aparatı, 2020-ci ildə ona hədiyyə verilmiş, həmin vaxtdan bu günədək istifadə edilmiş, işlək vəziyyətdə dəyəri təxminən 25 manat olan 1 ədəd taxtadan hazırlanmış mücrü qab, 70 manata almış olduğu 1 ədəd “PERM” markalı ütü, hazırda markasını xatırlamadığı 2017-ci ildə 140 manata aldığı 1 ədəd tozsoran aparatı, 290 manata almış olduğu 585 əyarlı 3,5 qram çəkidə Türkiyə istehsalı olan 01 ədəd qızıl boyunbağı, 75 manata almış olduğu gümüşdən qadın qol saatı, 75 manata almış olduğu gümüşdən hazırlanmış qolbağı, Zaqatala şəhər bazarından 90 manata aldığı, aliminium materialdan hazırlanmış, böyük ölçülü 1 ədəd qazan (aş qazanı), 60 manata aldığı aliminium materialdan hazırlanmış 1 ədəd böyük ölçülü ləyən və 50 manata aldığı, aliminium materialdan hazırlanmış, 1 ədəd orta ölçülü ləyənin oğurlandığını aşkar etmişdir. O, bundan sonra 18 may 2022-ci il tarixdə ərizə ilə Zaqatala RPŞ-nə müraciət etmişdir. Sonradan bilmişdir ki, Hicran adlı şəxs Mahmudun sərxoşluğundan istifadə edərək qanunsuz olaraq otaqların kilidlərini sındırmaqla evə daxil olmuş və ona aid əşyaları gizli yolla oğurlamışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Ona dəymiş ziyan tam şəkildə ödənilməmişdir. Ona həbs cəzası verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Şahid1 əmisidir, Zərərçəkmiş şəxs isə onun keçmiş arvadıdır. Nüşadə Eyibova 2014-cü ildə məhkəmə qərarı ilə Şahid1 boşanmışdır, onlar bu günə kimi eyni evdə, lakin ayrı-ayrı otaqlarda birlikdə yaşayırlar. Zərərçəkmiş şəxs Bakı şəhərinə getdiyi zaman ondan xahiş edir ki, onun evinə nəzarət etsin. 05 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs səhhətində yaranmış xəstəliyi ilə əlaqədar olaraq Bakı şəhərinə getməli olduğu üçün evdə olmadığı günlər ərzində qonşuluqda yerləşən Zərərçəkmiş şəxs evinə onun xahişi ilə nəzarət etmişdir. Bu səbəbdən o, gün ərzində bir neçə dəfə Zərərçəkmiş şəxs həyətinə keçib nəzarət etmişdir. 17 may 2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs həyətyanı sahəsinə keçmiş, daha sonra isə fərdi yaşayış evinin əsas giriş qapısının açıq olduğunu görüb evə keçmişdir. Zərərçəkmiş şəxs istifadəsindəki otağın qapısında olan kilidin sındırılmış vəziyyətdə olduğunu görmüş və otağa girib baxdıqda divarda olan televizorun yerində olmadığını görmüşdür. Sonra həmin otaqdan yataq otağına keçən qapının da kilidinin sındırılmış vəziyyətdə olduğunu görmüş və Zərərçəkmiş şəxs zəng edərək evdən oğurluq olması barədə məlumat vermişdir. Məhkəmə iclası zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zaqatala rayonu Aşağı Tala kəndində keçmiş arvadi Nüşabə ilə birlikdə eyni evdə olmaqla ayrı-ayrı otaqlarda yaşayır. 2000-ci ildə Zaqatala rayon məhkəməsinin hökmü ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Zərərçəkmiş şəxs ilə 1993-cü ildə ilə ailə həyatı qurmuş, 2014-cu ildə rəsmi qaydada məhkəmə qərarına əsasən boşanmışdır. Bu evlilikdən 1994cü il təvəllüdlü qızları Xəyalə Eyibova və 2004-cü il təvəllüdlü oğulları Həşim Eyibov olmuşdur. Boşanmalarına baxmayaraq həmin tarixdən etibarən Aşağı Talada yerləşən yaşayış evində birlikdə yaşamışlar. 16 may 2022-ci il tarixdə axşam radələrində tanışı Hicran ilə Aşağı Tala kəndində rastlaşmış, daha sonra söhbət əsnasında Hicran üzərində pul olduğunu bildirərək spirtli içki içməyi təklif etmişdir. O, Hicranla razılaşmış və birlikdə spirtli içki içmək qərarına gəlmişlər. Hicran Aşağı Tala kəndi ərazsində yerləşən marketdən spirtli içki və ərzaq aldıqdan sonra onun yaşadığı ünvana getmişlər. Həmin günü evdə aldıqları spirtli içkini qəbul etdikdən sonra gec olduğu üçün Hicrana onun evində qalmasını təklif etmişdir. 17 may 2022-ci il tarixdə səhər saat 10 radələrində oyandıqdan sonra Hicranla birlikdə kəndin mərkəzinə getmişdir. Evdən çıxarkən mənzilin ona aid otaqlarının qapısını bağlamamış, keçmiş arvadı Nüşabəyə aid otaqların qapısı isə kilidli olmuşdur. Kənd mərkəzində olarkən Hicran ona anasının təqaüd kartının onda olduğunu və şəhər mərkəzinə gedib kartdan pul çıxartmaq istədiyini bildirmişdir. Hicran getdikdən sonra o özünə məxsus sahəyə işləməyə getmiş, saat 14 radələrində sahədən evə qayıtmış və evin yaxınlığında küçədə polis əməkdaşları görmüşdür. Polis əməkdaşlarının ona yaxınlaşıb keçmiş arvadının 102 xidmətinə zəng edərək evdən oğurluq olması barədə məlumat verməsini bildirmişdir. Daha sonra o polis əməkdaşları ilə birlikdə yaşadığı mənzilə getmiş və orada evin Nüşabəyə aid iki otağının qapısının kilidinin sındırıldığını görmüşdür. Nüşabəyə aid otaqlarda hansı əşyaların olduğu bilmədiyi üçün oradan dəqiq nələrin oğurlandığı barədə məlumatı olmamışdır. Hicran qəsdən oğurluq etmək niyyəti ilə xx.xx.2022-ci il tarixdə onun yaşadığı kəndə gələrək onunla görüşərək spirtli içki içməyi təklif etmiş, özünün isə oğurluq hadisəsindən məlumatı və oğurluq hadisəsində iştirakı olmamışdır. İşdə olan “Baxış keçirilməsi haqqında” 18 may 2022-ci il tarixli protokoldan görünür ki, baxış Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus həyətyanı sahə və fərdi yaşayış evidir. Həyətyanı sahənin girişi 2 laylı, yaşıl rənglə boyanmış və 1 laylı yaşıl rənglə boyanmış dəmir darvazadandır. Həyətyanı sahəyə daxil olduqda otlaq sahədir, müxtəlif meyvə ağacları vardır. Fərdi yaşayış evi mişar daşı ilə inşa edilməklə 1 mərtəbəlidir, giriş qapısı 1 laylı dəmirdəndir. Evə daxil olduqda dəhliz yerləşir, girişin sağında asılqan şkaf yerləşir. Daha sonra sağda mətbəxin giriş qapısı yerləşir, onunla üz-üzə isə Şahid1 istifadəsində olan otağın giriş qapısı yerləşir. Qarşıda Zərərçəkmiş şəxs istifadəsində olan qonaq otağının giriş qapısı yerləşir. Giriş qapının kilidinin alt hissəsi zədələnmiş vəziyyətdədir və kənar müdaxilənin olunması müşahidə edilir. Otağa daxil olduqda sağda masa və stullar vardır, solda divan, «İran-İslam Respublikasının» istehsalı olan istilik peçi yerləşir. Zərərçəkmiş şəxs otağın sağında olan divarın künc hissəsini təqdim edərək ona məxsus, 800 manata aldığı 1 ədəd 108 sm ekranlı ‘‘Artel” markalı televizorun (arxalığı ilə birlikdə), televizorla eyni vaxtda 45 manata aldığı 1 ədəd “Super Max" markalı çanaq anten aparatının və onların alt hissəsindən 2018-ci ildə 40 manata aldığı 1 ədəd “Tp-link” markalı wifi aparatının oğurlandığını qeyd etmişdir. Bundan başqa, orada olan kamotun üzərindən hazırda dəyəri təxminən 25 manat taxtadan hazırlanmış mücrü qabın oğurlandığını qeyd etdi. Oturacaq otağından Zərərçəkmiş şəxs istifadəsində olan yataq otağının giriş qapısı vardır, həmin qapının da kilidi kəsilərək sındırılmış vəziyyətdədir. Yataq otağına daxil olduqda sağda iki nəfərlik yataq çarpayı, onun qarşısında şfaner və yanında termo vardır. Sol tərəfdə üzəri örtülmüş vəziyyətdə ev əşyaları vardır. Zərərçəkmiş şəxs girişin sol tərəfini təqdim edərək, 2017-ci ildə 140 manata aldığı 1 ədəd tozsoran aparatının, 70 manata aldığı 1 ədəd "PERM” markalı ütünün, 90 manata almış olduğu aliminiumdan hazırlanmış 1 ədəd böyük ölçülü qazanın (aş qazanı), 60 manata aldığı aliminiumdan hazırlanmış 1 ədəd böyük ölçülü ləyənin, 50 manata aldığı aliminiumdan hazırlanmış 1 ədəd orta ölçülü ləyənin oradan oğarlandığını qeyd etdi. Bundan başqa, Zərərçəkmiş şəxs termonun üzərindən 290 manat almış olduğu 3,5 qram çəkidə, Türkiyə istehsalı olan, 585 əyarlı boyunbağının, 75 manata almış olduğu, markasını xatırlamadığı qadın qol saatının, 75 manata almış olduğu, gümüşdən hazırlanmış qolbağın oradan oğurlandığını qeyd etdi. Zərərçəkmiş şəxs ona məxsus, yuxanda qeyd etdiyi əşyaların oğurlanması nəticəsində 1785 manat məbləğində maddi ziyan vurulduğunu bildirdi. İş materiallarında olan əşyanın götürülməsi və baxış keçirilməsi haqqında 19 may 2022-ci il tarixli protokoldan görünür ki, X1 Hicran İsgəndər oğlundan aldığı 1 ədəd “Artel” markalı televizoru (arxalığı ilə birlikdə), 1 ədəd “Пермъ” markalı ütü aparatını, 1 ədəd “TPlink” markalı wifi aparatını könüllü olaraq Zaqatala RPŞ-nin İB-nə təqdim etmiş və həmin əşyalar ondan götürülmüşdür. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş 20 may 2022-ci il tarixli qəbzdən görünür ki, maddi sübut hesab edilən 1 ədəd televizor (arxalığı ilə birlikdə), 1 ədəd ütü, 1 ədəd mücrü, 1 ədəd wifi aparatı, 1 ədəd çanaq anten aparatı, Zərərçəkmiş şəxs Həşim qızına təhvil verilmişdir. İş materiallarında olan Zaqatala Rayon Mərkəzi X7 Şəxsin 04 iyul 2022-ci il tarixli 871 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Zaqatala RMX PHŞ-in poliklinika şöbəsinin psixiatrik və nevroloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2022-ci il tarixli 9/3830 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 05 adda malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 85,00 manat müəyyən edilir. Qərarın təsviri hissəsində göstərilən 02 adda mallar təxminən 697,50 manat müəyyən edilir. Digər 06 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, texniki göstəriciləri, istehsal yeri, istismar müddəti, əmtəə görünüşü, əyarı, çəkisi və s,) barədə məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. -uzun müddət istifadədə olmuş, gümüşü-yaşıl rəngli, üzərində "Pepm", 230V-50Hz 1800W yazıları olan ütünün alt hissəsində və üzərində istismar xarakterli qüsurlar (cızıqlar, qaralma və s.) var-1 ədəd dəyəri 10 manat, -istifadədə olmuş, 48 sm uzunluqda, qara rəngli kranşteynin üzərində istismar xarakterli qüsurlar (cızıqlar, boya qopuqları və s.) olmaqla-1 ədəd dəyəri 30 manat, -istifadədə olmuş, 20x13x9,5sm ölçüdə açıq qəhvəyi rəngli, naxışlı mücrü-1 ədəd dəyəri 25 manat, -istifadədə olmuş, "SuperMax" markalı, "FT950" model, 100-240V 50/60Hz qara rəngli çanaq anten aparatı (üzərində "EUROMAX TV HOT929" yazısı olan pultu ilə birlikdə) - 1 ədəd dəyəri 10 manat, -istifadede olmuş, "TP-LİNK" markalı, "TD W8151N" model, Çin istehsalı olan, 9V-0,6A ağ rengli modem aparatı ("TP-LİNK" markalı, "T090060-2C1" model, Çin istehsalı olan adaptor ilə birlikdə)- 1 ədəd dəyəri 10 manat, -torsovuran aparatı 1 ədəd dəyəri aydın deyil, -türk istehsalı 585 əyarlı olan qızıl sep-3,5 qram 85 manat olmaqla 397,5 qəpik, gümüşdən hazırlanmış qol saatı-1 ədəd dəyəri aydın deyil, -gümüşdən hazırlanmış bilərzik-1 ədəd dəyəri aydın deyil, -gümüşdən hazırlanmış böyük ölçülü qazan-1 ədəd dəyəri aydın deyil, -gümüşdən hazırlanmış böyük ölçülü ləyən-1 ədəd dəyəri aydın deyil, gümüşdən hazırlanmış orta ölçülü ləyən-1 ədəd dəyəri aydın deyil, -istifadədə olmuş,108 ekran ölçülü (43 düym), “Artel” markalı, “43AF90G” model, Özbəkistan istehsalı olan, 110- 240V-500Hz, 65W televizor-1 ədəd dəyəri 300 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 03 sentyabr 2008-ci il tarixli 1(033)-49/2008-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 177.2.2-ci maddəsi ilə əmlakı müsadirə olunmaqla 3 (üç) il müddətinə, 178.2.2 və 178.2.4-cü maddələri ilə əmlakı müsadirə olunmaqla 3(üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplama yolu ilə ona qəti olaraq əmlakı müsadirə olunmaqla 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində tutulmuşdur. İş materiallarında olan 28 avqust 2022-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tıdbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və qərar ona elan edilməklə dərhal MSY-dən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan 29 avqust 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndinə gedilmiş, orada Təqsirləndirilən şəxs təklif edilmişdir ki, ifadəsində göstərdiyi xüsusatları bir daha əyani şəkildə göstərsin və Zərərçəkmiş şəxs məxsus mənzildən oğurladığı əşyaları hansı şəraitdə və necə oğurlamasını göstərsin. Təqsirləndirilən şəxs fərdi yaşayış evinin qapısını açar ilə bağladığı üçün həmin qıfılı orada olan dəmir parçası ilə sındıraraq içəri daxil olmuş və öncə oradan 1 ədəd wifı aparatı, 1 ədəd çanaq anten aparatı, 1 ədəd mücrü, 1 ədəd ütü, 1 ədəd tozsoran aparatı, 1 ədəd qızıl sep, 1 ədəd qol saatı, 1 ədəd bilərzik, 1 ədəd qazan və 2 ədəd ləyəni oğurladığını, daha sonra isə təkrar olaraq evə qayıdaraq 1 ədəd markasını bilmədiyi televizoru da oğurladığnı bildimişdir. İş materiallarında olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə 08 sentyabr 2022-ci il tarixli qərarla müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən qiymətlə razılaşmış, bir ədəd «Antel» markalı televizor 300 manat, bir ədəd kranşteyn 30 manat, bir ədəd Wi-fi aparatı 10 manat, bir ədəd çanaq anten aparatı 10 manat, bir ədəd mücrü qab 25 manat, 1 ədəd “Perm’ 'markalı ütü aparatı 10 manat və 3,5 qram çəkidə 585 əyarlı qızıl boyunbağı 397 manat 50 qəpik olmaqla ümumilikdə 782 manat 50 qəpik və digər məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində mallar haqqında kifayət qədər məlumat (markası, modeli, texniki göstəriciləri, istehsal yeri, istismar müddəti, əmtəə görünüşü, əyarı, çəkisi və s,) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmayan bir ədəd tozsoran aparatını 140 manat, bir ədəd böyük ölçülü aliminium qazanı 90 manat, bir ədəd böyük ölçülü aliminium ləyəni 60 manat, bir ədəd orta ölçülü aliminium ləyəni 50 manat, bir ədəd qadın qol saatı 75 manat və bir ədəd gümüş qolbağı 75 manat dəyərində zərərçəkmiş şəxsin ifadəsində qeyd edilən qiymətləri nəzərə almaqla hesablanaraq ümumilikdə 490 manat olmaqla, məhkəmə əmtəəşünaslıq ekspertizası zamanı qiymətləndirilməsi mümkün olan və olmayan malların oğurlanması nəticəsində ümumilikdə ona 1272 manat 50 qəpik (min iki yüz yetmiş iki manat əlli qəpik) ziyan vurulmasını bildirmişdir. Bu görə də, Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın dəyəri ümumilikdə 1272 manat 50 qəpik (min iki yüz yetmiş iki manat əlli qəpik) kimi qiymətləndirilməlidir. İş materiallarında olan Zaqatala RİHB-nın Gözbarax kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həbsdə olmuşdur, ailəlidir, iki övladı var, arvadı və 2 uşağı 1 ildir ki, ayrı yaşayır. Beləliklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirtmək məqsədilə 17 may 2022-ci il tarixdə, saat 08 radələrində alkoqol sərxoşluğu vəziyyətində Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən, dostu Şahid1 keçmiş arvadı Zərərçəkmiş şəxs ilə birlikdə yaşadıqları fərdi yaşayış evinə, yəni yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan istifadə edilmiş, TP – LİNK markalı, TD-W8151N modelli, Çin istehsalı, 9V-0,6A, ağ rəngli, 10 manat dəyərində 01 ədəd modem aparatını (TP-LİNK markalı, T090060-2C1 modelli, Çin istehsalı adaptoru ilə birlikdə), istifadə edilmiş Supermax markalı, FT950 modelli, 100-240 V, 50/60Hz, qara rəngli, 10 manat dəyərində 01 ədəd çanaq anten aparatını (üzərində EUROMAX TV HOT929 yazısı olan pultu ilə birlikdə), istifadə edilmiş 20x13x9,5 sm ölçüdə açıq qəhvəyi rəngli, 25 manat dəyərində 01 ədəd naxışlı mücrünü, uzun müddət istifadə edilmiş, gümüşü–yaşıl rəngli, üzərində "Perm” 230V-50Hz 1800 W yazıları olan, 10 manat dəyərində 01 ədəd ütünü, 140 manat dəyərində 01 ədəd istifadə edilmiş tozsoranı, 585 əyarlı, 3,5 qram çəkidə, türk istehsalı, 397,5 manat dəyərində 01 ədəd qızıl sepi, 75 manat dəyərində 01 ədəd gümüş qol saatını, 75 manat dəyərində 01 ədəd gümüş bilərziyi, 90 manat dəyərində 01 ədəd aliminium qazanı, 60 manat dəyərində 01 ədəd böyük ölçülü aliminium ləyəni, 50 manat dəyərində 01 ədəd orta ölçülü aliminium ləyəni gizli yolla ələ keçirib talamış, həmin vaxt evdə olan istifadə edilmiş 108 ekran ölçülü, 43 düym, Arter markalı, 43AF90G modelli, Özbəkistan istehsalı, 110-240V-500Hz,65W, 300 manat dəyərində 01 ədəd televizoru, istifadə edilmiş 48 sm uzunluqda, qara rəngli, 30 manat dəyərində kranşteynlə (arxalığı ilə) birlikdə götürmək istəsə də oğurladığı yuxarıda qeyd edilən əşyaların çox olması səbəbli asanlıqla daşıya bilməyəcəyini görüb həmin əşyaları götürməmiş, cinayət əməllərini vahid niyyətlə davam etdirərək həmin gün saat 10 radələrində yenidən həmin yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan yuxarıda qeyd edilən 01 ədəd televizoru və 01 ədəd kranşteyni gizli yolla ələ keçirib talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 1272,5 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Oğurluq, yəni yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakının gizli talanmasına görə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həmçinin zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, onun azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində 28 avqust 2022-ci il tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilməli, və o, məhkəmə iclas zalından həbsə alınmalıdır. Cəzasının əvvəli həbsə alınacağı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçiləcək həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs 26 avqust 2022-ci il tarixdən 28 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün, nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hesablanmalıdır. İş üzrə 10 (on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə 1 ədəd televizor (kranşteynlə birlikdə), 1 ədəd ütü, 1 ədəd mücrü, 1 ədəd çanaq anten aparatı və 1 ədəd modem aparatının zərərçəkmiş şəxsin yaşadığı, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən evində saxlanılması nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Hacıyev Hı̇ cran İsgəndər oğlu Azərbaycan Respublikası Cinayət 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Hacıyev Hı̇ cran İsgəndər oğlunun 26 avqust 2022-ci il tarixdən 28 avqust 2022-ci il tarixədək tutularaq saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 2 (iki) gün həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 01 (bir) 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Hacıyev Hı̇ cran İsgəndər oğlu barəsində 28 avqust 2022-ci il tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı tarixdən, yəni, 06 dekabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs Hacıyev Hı̇ cran İsgəndər oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 10 (on) manat təqsirləndirilən şəxs Hacıyev Hı̇ cran İsgəndər oğlundan tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar- 1 ədəd televizor (kranşteynlə birlikdə), 1 ədəd ütü, 1 ədəd mücrü, 1 ədəd çanaq anten aparatı və 1 ədəd modem aparatının zərərçəkmiş şəxsin yaşadığı, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən evində saxlanılması nəzərə alınsın. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökm elan olunduğu andan (təqsirləndirilən şəxs Hacıyev Hı̇ cran İsgəndər oğluna hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (təqsirləndirilən şəxs Hacıyev Hı̇ cran İsgəndər oğluna hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №1(033)-56/2022
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-56/2022
06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver