Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-57/2021 30.11.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, dövlət ittihаmçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Şabanova (Ömərova) Pəri Həzrətəli qızının, təqsirləndirilən şəxs Ömərov Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxxxx 1989-cu ildə Zaqatala rayonu Muxax kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu Muxax kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Ömərov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ömərov Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 29 yanvar 2018-ci il tarixdən hesablanmaqla 30 mart 2012-ci ildə doğulmuş Ömərov Ömər Təqsirləndirilən şəxs oğlu və 26 iyun 2014-cü il tarixdə doğulmuş Ömərova Qəmər Təqsirləndirilən şəxs qızının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 136,00 manat sabit pul məbləğində alimentin tutularaq Şabanova (Ömərova) Pəri Həzrətəli qızına verilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli 2(033)-338/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsi tərəfindən 15 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 29.09.2020-ci il və 01.02.2021-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 22 fevral 2021ci il tarixədək şəxsi maraq niyyətilə cəmi 7486,00 manat aliment borcunu tələbkara ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməyərək və zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs Ömərov Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, həqiqətən o, 07 aprel 2011ci ildə Şabanova (Ömərova) Pəri Həzrətəli qızı ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan 30 mart 2012-ci il tarixdə Ömər, 26 iyun 2014-cü il tarixdə isə Qəmər adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olmuş, sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Bir müddət ayrı yaşadıqdan sonra Pəri aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Zaqatala Rayon Məhkəməsi 29 yanvar 2018-ci il tarixdən hesablanmaqla 30 mart 2012-ci ildə doğulmuş Ömərov Ömər Təqsirləndirilən şəxs oğlu və 26 iyun 2014-cü il tarixdə doğulmuş Ömərova Qəmər Təqsirləndirilən şəxs qızının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ondan hər ay hər uşağa görə 136,00 manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsinə dair 23 fevral 2018-ci il tarixli qətnamə çıxarmışdır. Qətnamənin icrası icra məmurları tərəfindən dəfələrlə ondan tələb olunmuşdur. Lakin maddi imkanı zəif olduğundan, eyni zamanda Zərərçəkmiş şəxs uşaqları onun valideynlərinə göstərmədiyindən müəyyən edilmiş aliment məbləğini ödəməmişdir. Təqdimat istintaq idarəsinə göndərildikdən sonra zərərçəkmiş şəxsə borcundan 950 manat aliment ödəmişdir. Qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Şabanova (Ömərova) Pəri Həzrətəli qızı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, həqiqətən o, 07 aprel 2011-ci ildə Ömərov Təqsirləndirilən şəxs ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan 30 mart 2012-ci il tarixdə Ömər, 26 iyun 2014-cü il tarixdə isə Qəmər adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulduğundan uşaqları götürüb ata evinə qayıtmışdır. Ayrı yaşadıqları müddətdə Təqsirləndirilən şəxs uşaqları ilə maraqlanmamış və onların saxlanılmasına maddi köməklik göstərməmişdir. Odur ki, aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Zaqatala Rayon Məhkəməsi iddiasını təmin edərək Ömərov Təqsirləndirilən şəxs cavabdeh kimi 29 yanvar 2018-ci il tarixdən hesablanmaqla 30 mart 2012-ci ildə doğulmuş Ömərov Ömər Təqsirləndirilən şəxs oğlu və 26 iyun 2014-cü il tarixdə doğulmuş Ömərova Qəmər Təqsirləndirilən şəxs qızının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 136,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair 23 fevral 2018-ci il tarixli qətnamə çıxarmışdır. Qətnamənin qəbul edilməsindən xeyli müddətin keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş alimenti ödəməmişdir. Halbuki, Təqsirləndirilən şəxs fərdi qaydada işləyir, həmçinin təsərrüfatla məşğul olur və onun alimenti ödəməyə kifayət qədər maddi imkanı vardır. Buna baxmayaraq o, qazancını spirtli içkilərə xərcləyir və müəyyən olunmuş alimenti ödəmir. Uşaqlar böyüdüyündən onların maddi tələbatları xeyli artmışdır. Alimenti ala bilmədiyinə görə təkbaşına uşaqların zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. Maddi vəziyyətləri olduqca ağırdır. Buna görə də, müəyyən edilmiş aliment məbləğinə ehtiyacı vardır. Ötən müddətdə dəfələrlə icra məmurlarına da müraciət edərək maddi çətinliklərini bildirib alimentin alınmasına köməklik göstərilməsini xahiş etmişdir. İcra məmurları tərəfindən də zəruri tədbirlərin görülməsinə baxmayaraq Təqsirləndirilən şəxs yenə də alimenti vaxtı vaxtında ödəməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs Ömərovdan şikayətçidir. Odur ki, çətin maddi vəziyyətdə olduğunu və uşaqların maddi təlabatının ödənilməsində çətinliklər çəkdiyini nəzərə alaraq Təqsirləndirilən şəxs Ömərovdan qətnamə üzrə 22 fevral 2021-ci il tarixədək yaranmış 7486,00 manat aliment borcundan 950 manatının məhkəmə istintaqı zamanı ödənilməsini nəzərə alaraq, qalan məbləğin təqsirləndirilən şəxsdən alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. O, Ömərov Təqsirləndirilən şəxs barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli 2(033)-338/2018 saylı qətnaməsinə əsasən Ömərov Təqsirləndirilən şəxs cavabdeh kimi 29 yanvar 2018-ci il tarixdən hesablanmaqla 30 mart 2012-ci ildə doğulmuş Ömərov Ömər Təqsirləndirilən şəxs oğlu və 26 iyun 2014-cü il tarixdə doğulmuş Ömərova Qəmər Təqsirləndirilən şəxs qızının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 136,00 manat sabit pul məbləğində alimentin tutularaq X4 verilməsi qət edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra sənədi 01 mart 2018-ci il tarixdə Zaqatala rayon İcra və Probasiya şöbəsinə daxil olmuşdur. İcra sənədi üzrə həmin gün icraata başlanılmış və tələbin icrası üçün borclu Təqsirləndirilən şəxs Ömərova müvafiq bildiriş verilmişdir. Lakin borclu tələbin icrasını könüllü olaraq təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. Borclunun adına tələbin yönəldilə biləcək əmlak və gəlirlərinin olubolmamasının öyrənilməsi məqsədi ilə müvafiq sorgular göndərilmiş, nəticədə hər hansı əmlak və gəliri aşkar edilməmişdir. Borclu icra qurumuna dəvət edilərək icra sənədinin mahiyyəti ona izah olunmuş, müəyyən edilmiş alimentin ödənilməsi tələb olunmuşdur. Borclu alimenti ödəməyə maddi imkanının olmadığını bildirmişdir. Borcluya alimenti ödəməsi üçün vaxt verilmişdir. Lakin xeyli müddətin keçməsinə baxmayaraq alimentin ödənilməsini təmin etməmişdir. Həmçinin görülmüş icra tədbirləri nəticəsində borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığından barəsində 18.08.2020-ci il tarixli qərarla axtarış elan edilmişdir. Borclu Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən 15.09.2020-ci il tarixdə saxlanılaraq icra qurumuna gətirilmişdir. İcra şöbəsində borcludan yaranmış aliment borcunun ödənilməsi tələb olunmuş, lakin heç bir ödəniş etməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində inzibati protokol tərtib edilərək məhkəməyə verilmişdir. Zaqatala Rayon Məhkəməsinin 15 sentyabr 2019-cu il tarixli 3(033)-334/2020 saylı qərarı ilə Ömərov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra da məcburi icra tədbirləri davam etdirilmiş, alimentin ödənilməsi borcludan tələb edilmiş, məsuliyyəti barədə dəfələrlə xəbərdarlıq olunmuşdur. Lakin borclu E.Ömərov ona edilən xəbərdarlıqlardan və barəsində görülmüş inzibati tədbirdən nəticə cıxarmamış, icra sənədinin icraya yönəldilməsindən uzun müddətin keçməsinə, tələbin icrasının dəfələrlə tələb olunmasına baxmayaraq hərəkətlərində dönüş yaratmamış və 22 fevral 2021-ci il tarixədək 7486,00 manat aliment borcunu ödəməməklə qətnamənin icrasından qərəzli olaraq yayınmışdır. İcra müddətində tələbkar Şabanova (Ömərova) Pəri Həzrətəli qızı isə dəfələrlə İcra və Probasiya Şöbəsinə müraciət edərək uşaqların maddi təlabatını ödəməkdə çətinliklər çəkdiyini bildirərək E.Ömərovdan qətnamə üzrə yaranmış aliment borunun alınıb ona verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən borclu Ömərov Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədəmüvafiq hesab edildiyi üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müvafiq təqdimat göndərilmişdir. Məhkəmə istintaqı zamanı X7 tələbkar X3 xeyrinə aliment borcunun 950 manat məbləğində hissəsini ödəmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Şabanova (Ömərova) Pəri Həzrətəli qızının anasıdır. Qızı Pəri 2011-ci ildə Zaqatala rayon Muxax kənd sakini Ömərov Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur. Onların birgə nikahdan Ömər və Qəmər adında iki övladları anadan olmuşdur. Ailə qurduqdan sonra Təqsirləndirilən şəxs usta işləməklə bir müddət ailəsinə baxmış, sonradan spirtli içkiyə qurşandığından evə heç bir qazanc gətirməmiş, ailəsinə baxmamışdır. Bir valideyin kimi Pərinin ailəsinin dağılmamasına cəhd etsələr də, Təqsirləndirilən şəxs hərəkətləri dözülməz vəziyyətə çatdığından Pəri uşaqları götürüb ata evinə qayıtmışdır. Ayrıldıqdan sonra da Təqsirləndirilən şəxs uşaqları ilə maraqlanmamış və ailəsinin bərpa edilməsinə səy göstərməmişdir. Sonradan Pərinin müraciəti əsasında məhkəmə Təqsirləndirilən şəxs Ömərovdan hər uşaq üçün hər ay 136,00 manat məbləğində alimentin alınıb qızı Pəriyə verilməsi barədə qərar çıxarmışdır. Lakin bundan üç ildən artıq müddətin keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs ötən müddətdə müəyyən edilmiş alimenti məbləğini ödəməmişdir. Uşaqlar böyüdüyündən onların maddi tələbatları da xeyli artmışdır. Təqsirləndirilən şəxs hazırda da işləyir və onun normal qazancı olsa da, qazancını spirtli içkilərə xərcləyir, alimenti belə ödəmir. Qızı Pəri ilə birlikdə bir neçə dəfə Zaqatala Rayon İcra və Probasiya şöbəsinə gedərək maddi vəziyyətlərini icra məmurlarına bildirmiş və alimentin alınmasında köməklik etmələrini xahiş etsələr də, nəticəsi olmamışdır. Odur ki, iki azyaşlı uşaqla çətin maddi vəziyyətdə olduğu nəzərə alınaraq müəyyən edilmiş aliment məbləğinin alınaraq qızı Pəriyə verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Təsdiq olunmuş surəti iş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli 2(033)-338/2018 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilərək 30 mart 2012-ci ildə doğulmuş Ömərov Ömər Təqsirləndirilən şəxs oğlu və 26 iyun 2014-cü ildə doğulmuş Ömərova Qəmər Təqsirləndirilən şəxs qızının yetkinlik yaşına çatanadək saxlanması üçün 29 yanvar 2018-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 136 (bir yüz otuz altı) manat sabit pul məbləğində alimentin Ömərov Təqsirləndirilən şəxs alınaraq X3 xeyrinə verilməsi qət edilmişdir. Təsdiq olunmuş surəti iş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli 2(033)-338/2018 nömrəli icra vərəqəsinə əsasən birgə nikahlarından olan uşaqları - 30 mart 2012-ci ildə doğulmuş Ömərov Ömər Təqsirləndirilən şəxs oğlu və 26 iyun 2014-cü ildə doğulmuş Ömərova Qəmər Təqsirləndirilən şəxs qızının yetkinlik yaşına çatanadək saxlanması üçün 29 yanvar 2018-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 136 (bir yüz otuz altı) manat sabit pul məbləğində aliment Ömərov Təqsirləndirilən şəxs alınaraq X3 xeyrinə verilməlidir. Təsdiq olunmuş surəti iş materiallarına əlavə edilmiş Zaqatala Rayon İcra qrupunun icra məmuru Elmin Kərimov tərəfindən 01 mart 2018-ci il tarixdə qəbul edilmiş 53642 nömrəli “icraata başlamaq haqqında” qərardan görünür ki, Zaqatala Rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli 2(033)-338/2018 nömrəli icra vərəqəsinə əsasən icraata başlanılmış, borclu Ömərov Təqsirləndirilən şəxs hər ay mütəmadi olaraq icranı könüllü təmin etməsi təklif olunmuşdur. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş 01 mart 2018-ci il tarixli bildirişdən müəyyən olunur ki, Ömərov Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli 2(033)-338/2018 nömrəli icra vərəqəsini hər ay könüllü icra etmədiyi halda icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 8(033)-10/2020 nömrəli 13 mart 2020-ci il tarixli qərardadından görünür ki, Zaqatala rayonu, Muxax kəndində yaşayan borclu - Ömərov Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş 15 sentyabr 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Ömərov Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli 2(033)-338/2018 nömrəli icra vərəqəsinə əsasən tələbkar Zərərçəkmiş şəxs olan aliment borcunun ödənilməsindən qərəzli olaraq yayınmış və İcra Şöbəsinin çağırışlarından yayınmışdır. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 3(033)-334/2020 nömrəli 15 sentyabr 2020-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarından görünür ki, Ömərov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilmişdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş 29 sentyabr 2020-ci il tarixli bildirişdən müəyyən olunur ki, Zaqatala Rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli 2(033)-338/2018 nömrəli icra vərəqəsini mütəmadi olaraq icra etmədiyindən Ömərov Təqsirləndirilən şəxs 6534 manat aliment borcu yaranmışdır. 15.09.2020-ci il tarixdən ona təyin olunmuş 8 (səkkiz) gün həbs müddəti başa çatdıqdan sonra da tələbkar X4 olan borcunun ödənilməsi üçün 10 (on) gün könüllü icra müddəti verilmişdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş 29 sentyabr 2020-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, Zaqatala Rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli 2(033)-338/2018 nömrəli icra vərəqəsini mütəmadi olaraq icra etmədiyindən Ömərov Təqsirləndirilən şəxs 6534 manat aliment borcu yaranmışdır. 03 gün müddətində yaranmış aliment borcunu ödəmədiyi halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb ediləcəyinə dair xəbərdar edilmişdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş Zaqatala rayonu Muxax kəndində tərtib edilmiş 18 yanvar 2021-ci il tarixli aktdan görünür ki, hal şahidlərinin iştirakı ilə Zaqatala Rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli 2(033)-338/2018 nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar borclu Ömərov Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilmiş və bu zaman borcun ödənilməsini təmin etmək üçün borcluya məxsus tələb yönəldilməsi mümkün olan əmlak aşkar edilməmişdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş tələbkar Şabanova (Ömərova) Pəri Həzrətəli qızının ərizəsindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli 2(033)-338/2018 nömrəli icra vərəqəsi üzrə Ömərov Təqsirləndirilən şəxs ona 7486 manat aliment borcu vardır və borclu haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cimayət işinin başlanmasını xahiş etmişdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş 01 fevral 2021-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, Zaqatala Rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli 2(033)-338/2018 nömrəli icra vərəqəsini mütəmadi olaraq icra etmədiyindən Ömərov Təqsirləndirilən şəxs 7486 manat aliment borcu yaranmışdır. 03 gün müddətində yaranmış aliment borcunu ödəmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayətməsuliyyətə cəlb ediləcəyinə dair xəbərdar edilmişdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş Zaqatala RHİB-nın Muxax kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Ömərov Təqsirləndirilən şəxs yaşadığı kənd üzrə müsbət xarakterizə olunur. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Ömərov Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İşdə olan Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 30 noyabr 2021-ci il tarixli 53642 nömrəli məktubundan görünür ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)- 338/2018 saylı, 23.02.2018-ci il tarixli icra sənədi üzrə borclu Ömərov Təqsirləndirilən şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 272 manat aliment tutularaq X3 xeyrinə ödənilməlidir. Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması üçün iş materialları 22.02.2021-ci il tarixində Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərildikdən sonra borclu Ömərov Təqsirləndirilən şəxs tələbkar X3 xeyrinə 950 manat məbləğində aliment ödənişi etmişdir. İşdə olan 11 avqust 2021-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə axtarışda olan, Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1989-cu il təvəllüdlü, Zaqatala rayonu Muxax kəndində yaşayan Ömərov Təqsirləndirilən şəxs Zaqatala rayonunda tutularaq Zaqatala Rayon Polis Şöbəsinə 18:50-də gətirilmiş və aidiyyəti üzrə Şəki ŞRPŞ-nə təhvil verilməsi üçün MSY-ə təhvil verilmişdir. İşdə olan 12 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən tutularaq 12 avqust 2021-ci il tarixdə Şəki Regional Ədliyyə İdarəsinə təhvil verilmiş Ömərov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmaş ittiham elan edilmiş, barəsində müvafiq qətimkan tədbiri seçilmiş və Ömərov Təqsirləndirilən şəxs 12 avqust 2021-ci il tarixdə saat 15:40-da azad edilmişdir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 11.11.2021-ci il tarixli 1(033)-57/2021-ci il tarixli qərardan görünür ki, xx xxxxxx 1989-cu ildə Zaqatala rayonu Muxax kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu Muxax kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Ömərov Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, təqsirləndirilən şəxs Ömərov Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, təqsirləndirilən şəxs Ömərov Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan 27 noyabr 2021-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, 27.11.2021-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə axtarışda olan, Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1989-cu il təvəllüdlü, Zaqatala rayonu Muxax kəndində qeydiyyatda olan Ömərov Təqsirləndirilən şəxs Zaqatala rayonu Muxax kəndində tutularaq Zaqatala Rayon Polis Şöbəsinə gətirilmiş və Zaqatala RPŞ-nin MSY-nə yerləşdirilməsi üçün növbətçi hissəyə təhvil verilmişdir. Beləliklə təqsirləndirilən şəxs Ömərov Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Ömərov Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 29 yanvar 2018-ci il tarixdən hesablanmaqla 30 mart 2012-ci ildə doğulmuş Ömərov Ömər Təqsirləndirilən şəxs oğlu və 26 iyun 2014-cü il tarixdə doğulmuş Ömərova Qəmər Təqsirləndirilən şəxs qızının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 136,00 manat sabit pul məbləğində alimentin tutularaq Şabanova (Ömərova) Pəri Həzrətəli qızına verilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli 2(033)-338/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsi tərəfindən 15 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 29.09.2020-ci il və 01.02.2021-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 22 fevral 2021ci il tarixədək şəxsi maraq niyyətilə cəmi 7486,00 manat aliment borcunu tələbkara ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməyərək və zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Ömərov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Ömərov Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Ömərov Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biridigərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Həmçinin, həmin qərarın 1-ci bəndində göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqındatətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Ömərov ədalət mühakiməsi əleyhinə olan az ağır cinayət kateqoriyasına aid, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməyib, ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. O, zərərçəkmiş şəxsə ödəməli olduğu 7486 manat aliment pulundan təqdimat verilənədək heç bir ödəniş etməmişdir. Ona görə də Təqsirləndirilən şəxs Ömərovun əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Ömərova yuxarıda göstərilən əməlinə görə CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi ədalət prinsipinin fəlsəfəsi ilə uzlaşmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğu təmin etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Ömərova azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin olunması sosial ədalətin bərpasına, Təqsirləndirilən şəxs Ömərovun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxs Ömərov Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Ömərov Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs Ömərov Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, təqsirləndirilən şəxsin işləmədiyini və islah işləri cəzasının icrasının mümkün olmadığını, həmçinin, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Ömərov Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli qərarının 10-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, qərəzli olaraq alimenti ödəməyən, habelə digər icra sənədlərini icra etməyən şəxslərə Cinayət Məcəlləsində nəzərdə tutulan cəzaların təyini zamanı məhkəmələr cəzanın məqsədini diqqətdə saxlamalı, Cinayət Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulan “şərti məhkumetmə” institutundan istifadə və bu zaman məhkumun üzərinə icra ilə bağlı öhdəlik qoyulması məsələsi müzakirə edilməlidir. Məhkəmə hesab edir ki, Ömərov Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün əsaslar da mövcud deyildir. Təqsirləndirilən şəxs Ömərov Təqsirləndirilən şəxs 11 avqust 2021-ci il tarixdən saat 18:50-dən 12 avqust 2021-ci il tarixə saat 15:40-dək tutularaq saxlanıldığı 1 (bir) gün, nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ömərov Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, cəzasının əvvəli həbsə alındığı tarixdən hesablanmalı, onun barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, təqsirləndirilən şəxs Ömərov Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Ömərov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Ömərov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Ömərov Təqsirləndirilən şəxs 11 avqust 2021-ci il tarixdən saat 18:50-dən 12 avqust 2021-ci il tarixə saat 15:40-dək tutularaq saxlanıldığı 1 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 1 (bir) gün həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 11 (on) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı tarixdən, yəni, 27 noyabr 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs Ömərov Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan (təqsirləndirilən şəxs Ömərov Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (təqsirləndirilən şəxs Ömərov Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №1(033)-57/2021
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-57/2021
30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver