Məhkəmə qərarları › İş №1(033)-6/2021

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-6/2021

30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-6/2021 30.03.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, dövlət ittihamçısı - Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri X7, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi, Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxxx 1994-cü il tarixdə Şamaxı rayon Bağırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Şamaxı rayon məhkəməsinin 03.06.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının 04 ay 23 gününü çəkmiş, Şamaxı rayon Bağırlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Müşviq qəsəbəsində yaşayan, barəsində “həbs qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs: xx xxxxxx 1997-ci il tarixdə Zaqatala rayon Danaçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Zaqatala rayon məhkəməsinin 13 may 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, Zaqatala rayon Danaçı kəndində daimi qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs2 dostu Zaqatala rayonu Danaçı kənd sakini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 09 aprel 2020-ci il tarixdə, saat 23 radələrində ünvan 1 ünvanında yerləşən və faktiki olaraq Zərərçəkmiş şəxs mülkiyyətində olan evin həyətyanı sahəsinin hasarını aşaraq həyətə, oradan isə pəncərədən daxil olmaqla yaşayış sahəsinə qanunsuz olaraq daxil olmuş, evin birinci mərtəbəsində qonaq otağında divarda asılı halda olan bir ədəd “Samsung” markalı, “UE55NU7090U” modelli, 1800 manat dəyərində 01 ədəd televizoru, ikinci mərtəbədə yataq otağında “Samsung” markalı, “UE43RU714U” modelli, 1200 manat dəyərində 01 ədəd televizoru, həmin otaqda termonun qarşısında 67 manat dəyərində “Redmond” markalı, üzərində “powerful for your hear beauty” sözləri yazılmış 01 ədəd feni və 50 manat dəyərində “Braun” markalı, üzərində “model BR-998, Germany” sözləri yazılmış 01 ədəd saç ütüsünü, 150 ml həcmində, 215 manat dəyərində “Lancome” markalı 01 ədəd ətri, 150 ml həcmində, 343 manat dəyərində “Lanvensport” markalı 01 ədəd ətri, 30 manat dəyərində“Canary” markalı 01 ədəd, hər biri 30 manat dəyərində Şikel markalı 02 ədəd, 30 manat dəyərində “İtuma” markalı 01 ədəd, hər biri 30 manat dəyərində “Özdilek” markalı 02 ədəd, 80 manat dəyərində dəst şəkilində “Aysen collection” markalı 06 ədəd və hər biri 30 manat dəyərində “Türkiz” markalı 02 ədəd dəsmalları, həmin otaqda şkafdan hər bir dəsti 60 manat dəyərində ümumi dəyərləri 240 manat olan “Tac” markalı 04 ədəd yataq örtüyü dəsti və hər biri 10 manat dəyərində 02 ədəd yastıq üzlüyünü, üzərində “Dantel Concept home tekstil product” sözləri yazılmış, ağ rəngli, 60 manat dəyərində 01 ədəd çamadanı, ümumi dəyərləri 195 manat olan - “Gucci” markalı 01 ədəd qadın idman geyim dəsti və “Night Star” markalı, papaqlı, 01 ədəd qadın xalatını, “Prada” markalı, iç hissəsində “MHT3047” yazısı qeyd edilmiş, 347 manat dəyərində 01 ədəd kişi qış gödəkçəsini, iç hissəsində “X10, garments proved” yazısı olan, 80 manat dəyərində 01 ədəd kişi cins şalvarını, ikinci mərtəbədə əşyalar saxlanılan digər otaqdan markası məlum olmayan, 10 kilo həcmində, Finlandiya istehsallı, 170 manat dəyərində 01 ədəd yuyucu tozu, bir paketdə 12 ədəd olmaqla “Fairy platinium” markalı, 35 manat dəyərində yuyucu vasitəni, “Finish Powerball” markalı, üzərində “110 tabs” yazısı qeyd edilmiş, 60 manat dəyərində yuyucu vasitəni, hər biri 0,7 litr həcmində və 80 manat dəyərində, “ЦаРскaя село” markalı, ümumi dəyərləri isə 1600 manat olan 20 ədəd arağı, xarici ölkə istehsalı, hər biri 80 manat dəyərində olmaqla cəmi 560 manat dəyərində 07 ədəd - 01 litr həcmində, “ЦаРскaя Чарка” markalı 02 ədəd, 0,7 ml həcmində, “Golden Snow” markalı 01 ədəd, 01 litr həcmində, “ЦаРскaя Золотая” markalı 02 ədəd araqları, 0,7 litr həcmində, “Martini” markalı 01 ədəd spirtli içkini, 0,7 litr həcmində, “Jack Daniels” markalı 01 ədəd spirtli içkini, Azərbaycan Respublikasında istehsal edilmiş hər biri 50 manat dəyərində olmaqla ümumilikdə 100 manat dəyərində - 0,7 litr həcmində, “Xan premium” markalı 01 ədəd araq və 0,7 litr həcmində, “Xan” markalı 01 ədəd konyakı, birinci mərtəbədəki otaqdan isə qaraqırmızı rəngli, üzərində “Turkey, Water proof, 360 Wheels, ultra hafif, Güvenlik kilidi, Ultra dayanıqlı” sözləri yazılmış, 340 manat dəyərində 01 ədəd çamadanı gizli olaraq qəsdən talamış və Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdar hesab edilən 7802 (yeddi min səkkiz yüz iki) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 dostu Şamaxı rayon Bağırlı kənd sakini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 09 aprel 2020-ci il tarixdə, saat 23 radələrində ünvan 1 ünvanında yerləşən və faktiki olaraq Zərərçəkmiş şəxs mülkiyyətində olan evin həyətyanı sahəsinin hasarını aşaraq həyətə, oradan isə pəncərədən daxil olmaqla yaşayış sahəsinə qanunsuz olaraq daxil olmuş, evin birinci mərtəbəsində qonaq otağında divarda asılı halda olan bir ədəd “Samsung” markalı, “UE55NU7090U” modelli, 1800 manat dəyərində 01 ədəd televizoru, ikinci mərtəbədə yataq otağında “Samsung” markalı, “UE43RU714U” modelli, 1200 manat dəyərində 01 ədəd televizoru, həmin otaqda termonun qarşısında 67 manat dəyərində “Redmond” markalı, üzərində “powerful for your hear beauty” sözləri yazılmış 01 ədəd feni və 50 manat dəyərində “Braun” markalı, üzərində “model BR-998, Germany” sözləri yazılmış 01 ədəd saç ütüsünü, 150 ml həcmində, 215 manat dəyərində “Lancome” markalı 01 ədəd ətri, 150 ml həcmində, 343 manat dəyərində “Lanvensport” markalı 01 ədəd ətri, 30 manat dəyərində“Canary” markalı 01 ədəd, hər biri 30 manat dəyərində Şikel markalı 02 ədəd, 30 manat dəyərində “İtuma” markalı 01 ədəd, hər biri 30 manat dəyərində “Özdilek” markalı 02 ədəd, 80 manat dəyərində dəst şəkilində “Aysen collection” markalı 06 ədəd və hər biri 30 manat dəyərində “Türkiz” markalı 02 ədəd dəsmalları, həmin otaqda şkafdan hər bir dəsti 60 manat dəyərində ümumi dəyərləri 240 manat olan “Tac” markalı 04 ədəd yataq örtüyü dəsti və hər biri 10 manat dəyərində 02 ədəd yastıq üzlüyünü, üzərində “Dantel Concept home tekstil product” sözləri yazılmış, ağ rəngli, 60 manat dəyərində 01 ədəd çamadanı, ümumi dəyərləri 195 manat olan - “Gucci” markalı 01 ədəd qadın idman geyim dəsti və “Night Star” markalı, papaqlı, 01 ədəd qadın xalatını, “Prada” markalı, iç hissəsində “MHT3047” yazısı qeyd edilmiş, 347 manat dəyərində 01 ədəd kişi qış gödəkçəsini, iç hissəsində “X10, garments proved” yazısı olan, 80 manat dəyərində 01 ədəd kişi cins şalvarını, ikinci mərtəbədə əşyalar saxlanılan digər otaqdan markası məlum olmayan, 10 kilo həcmində, Finlandiya istehsallı, 170 manat dəyərində 01 ədəd yuyucu tozu, bir paketdə 12 ədəd olmaqla “Fairy platinium” markalı, 35 manat dəyərində yuyucu vasitəni, “Finish Powerball” markalı, üzərində “110 tabs” yazısı qeyd edilmiş, 60 manat dəyərində yuyucu vasitəni, hər biri 0,7 litr həcmində və 80 manat dəyərində, “ЦаРскaя село” markalı, ümumi dəyərləri isə 1600 manat olan 20 ədəd arağı, xarici ölkə istehsalı, hər biri 80 manat dəyərində olmaqla cəmi 560 manat dəyərində 07 ədəd - 01 litr həcmində, “ЦаРскaя Чарка” markalı 02 ədəd, 0,7 ml həcmində, “Golden Snow” markalı 01 ədəd, 01 litr həcmində, “ЦаРскaя Золотая” markalı 02 ədəd araqları, 0,7 litr həcmində, “Martini” markalı 01 ədəd spirtli içkini, 0,7 litr həcmində, “Jack Daniels” markalı 01 ədəd spirtli içkini, Azərbaycan Respublikasında istehsal edilmiş hər biri 50 manat dəyərində olmaqla ümumilikdə 100 manat dəyərində - 0,7 litr həcmində, “Xan premium” markalı 01 ədəd araq və 0,7 litr həcmində, “Xan” markalı 01 ədəd konyakı, birinci mərtəbədəki otaqdan isə qaraqırmızı rəngli, üzərində “Turkey, Water proof, 360 Wheels, ultra hafif, Güvenlik kilidi, Ultra dayanıqlı” sözləri yazılmış, 340 manat dəyərində 01 ədəd çamadanı gizli olaraq qəsdən talamış və Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdar hesab edilən 7802 (yeddi min səkkiz yüz iki) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zaqatala şəhər sakini Zərərçəkmiş şəxs Musatafa oğlunun evindən Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurluq etmişdir. O, Hacımuradı Bakı şəhərində yaşadığı vaxtdan tanıyır. Onunla təxminən iki il olarki münasibəti vardır. Hacımuradın vasitəsilə onun qeyri-rəsmi olaraq yaşadığı İlahəni tanımış, onların vasitəsilə İlahənin bacısı Ramilə ilə tanış olmuşdur. Ramilə ilə təxminən iki il olarki münasibəti yaranmış, onunla qeyri rəsmi olaraq ər-arvad münasibətlərində birlikdə yaşamışdır. O, xəstəxanada müalicə olunduğundan 13 mart 2020-ci il tarixdə Ramilənin bacısı İlahə Hacımuradla birlikdə Zaqatala rayonunda olduğu üçün Zaqatala rayonuna göndərmişdir. Ramilə gələndən təxminən 10-15 gün sonra onun arxası ilə Zaqatala rayonuna gəlmiş, Zaqatala rayonuna gəldikdən sonra Hacımurad Ramilə və İlahə ilə birlikdə ünvan 2 ünvanında qalmağa başlamışdır. O, Zaqatala şəhərinə gəldiyi vaxtdan onlarla birlikdə qalsa da Bakı şəhərinə qayıtmaq istəmişdir. Lakin maddi imkanı olmadığı və qarantin olduğu üçün Bakı şəhərinə qayıda bilməmişdir. O, evdə pulu olmadığından dərman ala bilməmiş, maddi çətinlik çəkmişdir. O, bir neçə dəfə təcili tibbi yardım xidmətinə müraciət etmiş, artıq çətinlik çəkdiyi üçün oğurluq etmək qərarına gəlmişdir. O, oğurluq etdikləri vaxtdan bir gün əvvəl Hacımurada oğurluq etmək istədiyini demişdir. Ona ev olduğunu evin qapısının ağzında çeklər olduğunu evdə heç kimin yaşamadığını demişdir. Həmin vaxt Hacımuradında maddi çətinlikləri olduğu üçün o onunla razışlaşmış, oğurluq etdiyi gündən bir gün əvvəl bazarın yaxınlığında olan aptekdən asma üçün aerezol alıb qayıdan zaman yolun sağ kənarında ev görmüşdür. Həmin evin giriş qapısında darvazasında çeklər asılı olduğunu gördüyü üçün evdə heç kimin yaşamadığını başa düşmüşdür. O, oğurluq etmək üçün getməzdən əvvəl yaşadıqları evdən bir ədəd qırmızılı-ağlı rəngli dəstəyi olan vintaçan götürmüşdür. Hacımuradla oğurluq etmək haqqında razılaşdıqdan sonra 09 aprel 2020-ci il tarixdə saat 23 radələrində birlikdə əvvəlcədən gördüyü həmin ev istiqamətində getmişlər. İlkin olaraq həmin evə yaxınlaşıb küçə tərəfdən hasarın üzərindən aşaraq içəri daxil olmuşlar. Onlar evə yaxınlaşan zaman evin həyətində hərəkətə reaksiya verən işıqlar yanmışdır. Onlar həmin yerdən qaçıb həyətdən uzaqlaşmışlar. Təxminən 200 metr uzaqlaşdıqdan sonra öz aralarında söhbət edən zaman evdə heç kimin olmadığı, işıqların sadəcə hərəkətə reaksiya verən işıqlardan olduğu qərarına gəlmişlər. Onlar birlikdə həmin evə qayıdıb oğurluq etməyə qərar vermişlər. Onlar təkrarən həmin evə qayıdıb hasardan aşıb həyətə daxil olmuşlar, həyətə daxil olduqda təkrarən işıqlar yandığı üçün Hacımurad hasardan küçəyə aşıb sayğacdan işığı söndürüb təkrarən həyətə daxil olmuş, onlar evin sağ tərəfində hasar hissəsində olan pəncərəsinə yaxınlaşmışlar. O, vintaçanla pəncərəni açmış, birlikdə evə daxil olmuşlar. Onlar evə daxil olduqdan sonra alışqan işığı ilə əvvəlcə birinci mərtəbədə olan qonaq otağına və mətbəxə baxmış, qonaq otağında televizor olduğunu görmüşlər. Lakin həmin an çıxarmamış, ikinci mərtəbədən düşən zaman televizoru götürməyə qərar vermişlər. Onlar ikinci mərtəbəyə çıxdıqda birinci pilləkəndən solda yerləşən yataq otağına daxil olmuşlar. Onlar həmin yerdə pəncərənin qarşısından televizoru, termonun qarşısından fenləri, şkafdan isə paltarları götürmüşlər. Həmin vaxt Hacımuradın əynində həmin evdən götürüb geyindiyi gödəkçə olmuşdur. Həmin vaxt əşyaları pilləkənin qarşısına yığıb gözləmişlər, o, digər qapısı bağlı olan otağın qapısını vintaçanla açmağa çalışmışdır. Lakin aça bilməmiş, həmin vaxt Hacımurad digər otaqda əşyaları sellofan torbalara yığmışdır. Lakin onun torbalara nə yığmasını bilməmiş, həmin qapını aça bilməmişdir. Hacımurad israrla həmin otağın qapısının bağlı olduğunu bu səbəbdən orada nələrinsə olduğunu demiş, onlar birlikdə güc verib həmin otağın qapısını sındırmışlar. Həmin otaqda bir ədəd üzərində banan sözü yazılmış kardon qutuda və bir ədəd adi kardon qutuda araqlar olmuşdur. Onların dəqiq sayını bilməmişdir. Hacımurad və o həmin karopkaları götürüb birinci mərtəbəyə düşürmüş, üç ədəd balaca sellofan torbada olan əşyaları götürüb birinci mərtəbəyə düşürmüşdür. Onlar birinci mərtəbəyə düşdükdən sonra divarda asılı olan televizoru açmaqla məşğul olmuş, Hacımurad ona kömək edərək televizoru tutub saxlamışdır. Onlar televizoru açdıqdan sonra bütün əşyaları balaca otağa yığmışlar. Onlar televizorların qırılmaması və cızılmaması üçün hər birini iki-üç ədəd döşək və yorğan üzlüyünə bükmüş, həmin əşyaları otağa yığdıqdan sonra ikinci mərtəbədən düşürdüyü sellofan torbaları həmin otaqda olan qara-qırmızı rəngli çamadanın içərisinə qoymuşdur. Həmin vaxt ondan əvvəl Hacımurad artıq həmin çamadanı hazırlamış, həmin otaqda qapıdan içəri daxil olduqda sol tərəfdə küncdə 10 kq yuyucu toz olmuş, həmin hissədə kağız parçalarda da servis dəstləri olmuşdur. Lakin həmin əşyalara toxunmamış, bundan sonra həyətə çıxmış, Hacımurad əşyaları pəncərədən çölə ona vermişdir. Televizorları üzərində banan yazısı olan içərisində spirtli içkilər olan karopkanı və digər içkilər olan karopkanı, qara-qırmızı rəngli çamadanı, bir ədəd 10 kq çəkisi olan yuyucu tozu pəncərədən ona vermişdir. O, həmin əşyaları hasarın içərisində çaylaq tərəfdə olan qapının qarşısına yığmış, onlar həmin əşyaları evdən çıxardıqdan sonra Hacımurada evə daxil olduqları pəncərəni bağlamasını bildirmişdir. Hacımurad həmin pəncərəni bağladıqdan sonra onun yanına gəlmiş, birlikdə qapının yanına yığdığı əşyalardan ilkin olaraq televizorları-böyük televizoru Hacımurad, o, isə balaca televizoru götürüb evdən çıxarmışlar. Həmin əşyaları çaydan keçirərək çayın təxminən 50-100 metrliyində yolun sağında dərə kimi olan yerə yığmışlar. Onlar təkrarən evə qayıdıb bir ədəd qara-qırmızı rəngli çamadanı, bir ədəd ağ rəngli içərisində olan əşyaları dəqiq bilmədiyi çamadanı, 10 kq çəkisi olan yuyucu tozu, digər əşyaları gizlətdikləri yerə qoymuşlar. Onlar təkrar evə qayıdıb üzərində banan yazısı olan spirtli içkilər olan karopkaların adama birini götürüb digər əşyaların yanına aparmışlar. Həmin əşyaları çayı keçdikdən sonra olan dərəyə aparmışlar, həmin axşam əşyaları orada qoyduqdan sonra taksi axtarmışlar. Lakin yeraltı piyada keçidinə çatdıqda post patrul xidməti avtomobilinin gəldiyini görüb qaçmışlar, həmin vaxt icazələri olmadığı üçün geri qayıtmışlar. Lakin piyada polislərin arxalarınca gəldiyini görüb qaçıb gizlənmişlər. Onlar piyada kirayə qaldıqları evə getmişlər. Onlar evə getdikdən sonra axşamı yatmışlar. Onlar sabahısı gün həmin əşyaları evə gətirmək üçün çalışmışlar, Hacımurad Nurlan adlı tanışı ilə əlaqə saxlayaraq ondan əşyaları aparmağa kömək etməyi xahiş etmişlər. Təxminən 40- 50 dəqiqə sonra saat 15 radələrində Nurlan kirayə yaşadıqları evin həyətinə gəlmiş, onlar birlikdə onun gəldiyi taksi ilə əşyaları gizlətdikləri yerə getmişlər. Həmin yerə çatdıqda həmin əşyaları aparmaq istəsələr də taksi sürücüsü əşyaların gözdən uzaq olduğunu görüb şübhələnib narahat olub onları həmin yerdə qoyub getmişdir. Hacımurad yuyucu tozun yararsız olduğu üçün özü ilə götürərək çaya atmış, Hacımurad çayın yanından taksi tapmaq adı ilə şəhər istiqamətində getmişdir. O, həmin yerdə təxminən bir saat əşyalara nəzarət etmiş, artıq özünü narahat hiss etdiyi üçün evə qayıtmışdır. O, evə qayıtmış, evə qayıtdıqda Hacımurad evdə olmuşdur. O, özünü yorğun hiss etdiyi üçün yatmışdır. O, iki saat yatdıqdan sonra qalxdıqda Hacımurad ona Nurlan və Uğuzla danışdığını demişdir. Onların dostlarının avtomobili olduğunu əşyaları gətirəcəklərini demiş, ona yalan olar birdən deyib birlikdə əşyaları gedib gətirməyi təklif etmişdir. Onlar birlikdə evdən çıxıb körpüyə çatdıqda Hacımurad Nurlana zəng etmiş, Nurlan əşyaları yığdıqlarını yola çıxdıqlarını demiş, onlar həmin yerdə “Qaqarin” körpüsünün yaxınlığında 200 metr məsafədə dükanın yanında gözləmiş, təxminən 15 dəqiqəyə Nurlan və Uğuz “QAZ2124” markalı pikap formalı avtomobillə gəlmişlər. O, Hacımuradla avtomobilin yük yerinə minmiş, avtomobilin yük yerində oğurladıqları əşyalar yəni parçaya bükülmüş halda televizorlar, qara-qırmızı rəngli çamadan, ağ rəngli qutu formasında olan çamadan və araqlar yığılmış karopkalar olmuşdur. Onlar evə çatdıqdan sonra Hacımuradla avtomobildən birinci düşmüş, Hacımurad qapını açmış, o balaca televizoru Hacımurad isə böyük televizoru götürüb mətbəxə aparıb qoymuşdur. Nurlan və Uğuz adlı şəxs isə kömək edib o biri əşyaları darvazadan içəri qoymuşlar. O və Hacımurad isə həmin əşyaları darvazanın qarşısından mətbəxə aparmışlar. O, geri qayıdıb Nurlana taksiyə verməsi üçün beş manat vermiş, Nurlan həmin pulu taksiyə vermiş, taksi sürücüsü pulu alan kimi getmişdir. Onlar Nurlan və Uğuzla təxminən 15-20 dəqiqə söhbət etmişlər, Hacımurada Nurlan və Uğuz əziyyət çəkdikləri üçün onlara araq verək demiş, onlar gedən vaxt sellofan torbaya qoyub Uğuza iki ədəd gümüşü karopkada olan araqlardan, Nurlana isə bir ədəd gümüşü karopkada olan araq vermişlər. Onlar evə qayıtmış, həmin gecə oğurladıqları içkilərdən bir ədəd Wihsky və bir ədəd kvadrat formasında olan araq içmişlər. Onlar sabahısı gün əşyalara baxan zaman banan karopkasının içərisində olan 2 ədəd bir araq və bir konyak şüşəsinin, digər karopkada olan özlərinində ayrıca gümüşü rəngli karopkaları olan araqlardan 4 ədəd arağın şüşəsinin sınıq olduğunu görüb həmin əşyaları zibil qutusuna atmışlar. Həmçinin həmin vaxt televizorları bükdükləri yorğan və döşək üzlüklərinin yararsız hala düşdüyünü cırıldıqlarını gördükləri üçün onları zibil qabına atmışlar. Həmin vaxt iki ədəd ətir şüşəsi olmuş, onların markasını xatırlamamışlar. Lakin onların içərisi boş olduğu üçün həmin şüşələri zibil qabına atmışlar. Təxminən iki gün sonra Nurlan əlaqə saxlayıb ona verdikləri arağı pay verdiyini deyib ona həmin araqdan bir ədəd də verməklərini xahiş etmiş, təxminən saat 19 radələrində Nurlan onların yaşadığı ünvana gəlmiş, Hacımurad ona bir ədəd də gümüşü karopkada olan araqlardan vermişdir. Onlar televizorları yoxlayan zaman onlardan birinin xarab olduğunu ekranın sınıq olduğunu görmüş, həmin televizorlardan böyük olanından Ramilə ilə birlikdə təxminən iki gün istifadə etmişlər. Həmin əşyalardan bir neçə ədəd əl-üz və hamam dəsmalını İlahə, bir neçə ədəd əl-üz və hamam dəsmalını Ramilə götürmüşdür. Onlar hərəsi bir dəst qadın ev paltarlarını götürmüşlər. Bir ədəd feni Ramilə, bir ədəd feni isə o götürmüşdür. Oğurluq etdikləri əşyaları evə gətirdikləri günün sabahısı gümüşü karopkada olan araqları satmaq istəmişlər. Həmin araqlardan 10 ədədin yaşadıqları evin yaxınlığında təxminən 200 metr məsafədə olan mağazaya hər dəfə beş ədəd olmaqla iki dəfəyə 10 ədəd araq satmışlar. O, həmin mağazanın sahibinə əslən Şamaxı rayonundan olduğunu, Balakən rayonunda işlədiyini, qarantinlə əlaqədar olaraq işlərin dayandığını evdə yemək içmək olmadığını demişlər. Ona dayısının Rusiya Federasiyasından göndərdiyi araqlar olduğunu həmin araqları satmaq istədiyini demişdir. Həmin mağazanın sahibi araqları almağa kassada pulu olmadığını demiş, ona narahatçılıq olmadığını onsuzda həmin pulla ərzaq alacağını demişdir. O, onunla razılaşmış, evə gedib beş ədəd gümüşü rəngli karopkada olan araqlardan gətirib ona satmışdır. O, ondan 35 manatlıq ərzaq məhsulları almış, 15 manat da pul almışdır. Daha sonra beş ədəd də gümüşü rəngli karopkası olan araqlardan birini on manata olmaqla həmin dükana satmış, ümumilikdə həmin dükana 10 ədəd gümüşü karopkada olan araqları 100 manata satmışdır. Bunun müqabilində isə həmin mağazadan ərzaq götürmüşlər. Onlar həmin axşam gümüşü rəngli karopkaları olan araqlardan iki ədəd araq içmişlər. Onlar televizorları satmağa alıcı axtarsalar da tapa bilməmişlər. Onlar xarab olan televizoru satmaq məqsədilə televizor ustası axtarmışlar. Təsadüfən tanımadığı televizor ustası tapmışlar. Həmin şəxsin adı İlqar olmuş, onunla xatırlamadığı telefon nömrəsi ilə danışdıqdan sonra 13 aprel 2020-ci il tarixdə gəlib həmin şəxs televizora baxmışdır. Həmin şəxs televizora baxıb düzələsi olmadığını demiş, ona qardaşının avtomobilini vurduğunu pul lazım olduğunu demişdir. O, ondan gözləməsini istəmiş, başqa sağlam televizor olduğunu həmin televizoru gətizdirəcəyini demişdir. Onun televizoru oğurluq olmasından şübhə etməməsi üçün digər otaqda pəncərədən televizoru çölə tərəf qoymuş, çölə çıxıb televizoru götürüb evə qayıtmış, həmin adam televizora baxdıqdan sonra ikisinə 700 manat verəcəyini demişdir. O, onunla razılaşıb televizoru ikisini ona 700 manata satmış, həmin puldan Hacımurada 350 manat vermişdir. O getdikdən sonra bazarlıq edib evə gətirmişlər, həmin axşam bir ədəd içərisində qızılı rəngli zərlər, baş hissəsində isə qırmızı rəngli qapağı olan araq içmişlər. Həmin günün sabahısı axşam bir ədəd xarici içki “Martini” və bir ədəd “Xan” arağı içmişlər. Aprel ayının 15-də səhər saat 08 radələrində Zaqatala rayonundan Bakı şəhərinə getmiş, təxminən iki-üç gün keçdikdən sonra Ramilə ilə danışan zaman polislərin onu axtardığını bilmişdir. Şamaxı şəhərində polis əməkdaşları onu saxlamış, daha sonra ifadə vermək üçün polis şöbəsinə aparılmış, Şamaxı rayon polis şöbəsindən Zaqatala rayon polis şöbəsinə gətirilmişdir. O, oğurluq etdiyini etiraf etmişdir. O, Zərərçəkmiş şəxs məxsus evdən Hacımuradla birlikdə bir ədəd qara-qırmızı rəngli çamadanı götürmüş, həmin çamadanın içərisində hansı əşyaların olmasını dəqiq xatırlamamış, bir ədəd ağ rəngli çamadan götürmüş, onun içərisində hansı əşyalar olmasını dəqiq xatırlamamış, həmçinin həmin evdən iki ədəd samsung markalı televizorları, fenləri yataq otağında şkafda olan şalvar, qış gödəkçəsi, dəsmallar və digər əşyaları oğurlamışlar. Lakin çamadanların içərisindəki əşyaların dəqiq olaraq sayını xatırlamamış, bir ədəd üzərində banan yazısı olan karopkanın içərisində ümumilikdə 9 ədəd spirtli içkiləri, bir ədəd başqa karopkanın içərisindəki 20 ədəd gümüşü karopkada olan araqları oğurlamış, həmin araqların dörd ədədini Nurlan və Uğuza vermişlər. Həmin içkilərdən 5 ədəd araq və bir ədəd Wishky, bir ədəd martini içmişlər. Həmin içki olan karopkanı evə gətirdikdən sonra sabahısı günü baxdıqda karopkada olan içkilərdən gümüşü karopkaları olan 4 ədəd arağın və iki ədəd digər karopkada olan içkilərin şüşələrinin sındığını görüb həmin şüşələri zibil qabına atmışlar. Amma həmin şüşələrin hansı şəraitdə sınmağını dəqiq bilməmiş, oğurlanmış digər əşyalardan ağ çamadana baxdıqda onun içərisində dəsmallar, yataq dəsti olduğunu görmüşdür. Həmçinin oğurluq edən zaman hər bir televizoru qırılmaması üçün iki-üç ədəd yataq dəsti örtüyünə bükmüşlər, həmin örtüklər cırıldığı və səliqəsiz hala düşdüyü üçün onları zibil qabına atmışlar. İki ədəd adını xatırlamadığı ətir qabları olmuş, həmin ətirlər istifadə edilib bitdiyi üçün onları da zibil qabına atmışlar. Onların kirayə yaşadıqları evə baxış keçirilən zaman aşkar edilərək götürülmüş “Golden snow” yazısı olan araq şüşəsi və bir ədəd gümüşü rəngli üzərində “Xan” yazısı olan 0,7 litr ölçüdə araq şüşəsi oğurladıqları araqlardan içdiklərinin şüşələri olmuş, həmçinin mənzilin zirzəmisində aşkar edilmiş bir ədəd qaraqırmızı rəngli çamadan, ağ rəngli bir ədəd çamadan, qara-qırmızı rəngli çamadanın içərisində tünd zoğalı rəngli bir ədəd gödəkçə, göy rəngli bir ədəd cins şalvar, ЦаРскaя Золотая”, “ЦаРскaя Чарка” markalı araqlar, ağ rəngli çamadanın içərisində isə “Tac” yataq dəsti, “Finish powerball tabs” “Aysen” collection dəst şəkildə altı ədəd əl dəsmalları, “Fairy” qab yumaq üçün tabletlər olan paket, iki ədəd yastıq üzü, üzərində Turkiz yazısı olan əl-üz dəsmalları Zərərçəkmiş şəxs məxsus evdən oğurladıqları əşyalar olmuşdur. Həmçinin həmin əşyalardan əlavə İlahə və Ramilənin götürdükləri hamam, əl üz dəsmalları, qadın ev paltarları, Ramilə və onun götürdüyü fenlər olmuşdur ki, həmin əşyalardan onda və Ramilədə olan əşyaları könüllü olaraq təqdim etmişdir. Zərərçəkmiş şəxs məxsus yaşayış evindən oğurladıqları əşyalardan Samsung markalı televizorları 700 manata İlqar adlı şəxsə satmış, lakin yerdə qalan əşyalardan iki ədəd fendən bir ədədi onda, bir ədədi isə Ramilədə olmuş həmin fenləri təqdim etmişdir. Həmin əşyalardan bir qismi yaşadıqları evə baxış zamanı götürülmüş, həmçinin oğurladıqları əşyalardan 10 ədəd gümüşü karopkada olan araqları birini 10 manatdan olmaqla mağazaya satmış, iki ədəd gümüşü karopkada olan araqlardan Nurlana, iki ədəd gümüşü karopkada olan araqlardan isə Uğuza vermişdir. 4 ədəd karopkada olan araqlardan sınıq olduğu üçün 2 ədəd isə karopkası olmayan içkilərdən sınıq olduğu üçün onları, həmçinin televizorları bükdükləri yataq örtüklərini yararsız hala düşdükləri üçün, iki ədəd ətir qabını isə boş olduğu üçün zibil qabına atmışlar. Bir ədəd 10 kilo çəkisi olan yuyucu toz isə çayı keçirən zaman cırıldığı və yararsız hala düşdüyü üçün sabahısı gün əşyaların yanına baxmağa getdikdə yararsız olduğunu görüb Hacımurad həmin yuyucu tozu çaya tullamışdır. Həmin evdən əl-üz dəsmalları və bədən dəsmalları bir yerdə təxminən 13-14 ədəd oğurlamışlar. Onlardan bir qismi evə baxış zamanı götürülmüş, bir qismini isə Hacımurad könüllü olaraq təqdim etmişdir. Onlar yataq otağında şkafda olan yataq dəstlərindən 2-3 dəstini televizorları bükərək oğurlamışlar. Bir dəst və iki ədəd yastıq üzü ağ çamadanın içərsində olmuşdur. Televizorları bükdükləri yataq örtükləri yararsız hala düşdükləri üçün həmin dəstləri zibilliyə atmışlar. İki dəst qadın ev geyimi olmuş, onlardan bir ədəd qırmızı rənglisi İlahədə, bir ədəd qara rənglisi isə Ramilədə olmuşdur. Ramilədə olan geyimi təqdim etmiş, İlahədə olan əşyaları isə Hacımurad təqdim etmişdir. “ЧаРское село” markalı Rusiya istehsalı olan 20 ədəd hər biri 0,7 litr olan gümüşü rəngli karopkalarda olan araqlardan iki karopka içmiş, 4 karopka sınıq olduğu üçün atmışlar. 10 karopka satmış, iki karopka Nurlana, iki karopka isə Uğuza pay vermişlər. 9 ədəd digər karopkada olan içkilərdən bir ədəd “Jack Daniels” markalı 0,7 litr ölçülü Whisky, bir ədəd litrlik ЦаРскaя Чарка, bir ədəd qızılı rəngli qapağı olan baxış zamanı götürülmüş Golden snow markalı arağı, bir ədəd 1 litr ölçüsü olan martini adlı içkini və bir ədəd xan arağını içmişlər. İki ədəd markasını bilmədiyi bir araq və bir konyak şüşəsi sınıq olmuşdur. İki ədəd araq isə baxış zamanı evdən götürülmüşdür. Zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödəmişdir və onunla barışıq əldə olunmuşdur. Etdiyi hərəkətlərdən peşmandır. Göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 4 ünvanında qeyri rəsmi həyat yoldaşı İlahə ilə birlikdə kirayədə yaşamış, İlahə ilə iki ildən artıq müddətdir ki sevgi münasibəti olmuşdur. Danaçı kəndində ailə üzvləri ilə birlikdə yaşadığı ev iki otaqlı olduğu və dar olduğu üçün Zaqatala şəhərində kirayədə yaşamışdır. İlahənin bacısı Ramiləni təxminən bir il olarki tanımış, o, iki il əvvəl Bakı şəhərində işləyən vaxt Baloğlan adlı şəxsi tanımışdır. Baloğlan İlahənin bacısı Ramilə ilə qeyri rəsmi nikah münasibətində birlikdə yaşamış, Baloğlan Zaqatala şəhərinə Ramilə ilə birlikdə onların yaşadığı evə qonaq gəlmiş, lakin bundan əvvəlcədən xəbəri olmamışdır. Baloğlan Zaqatala şəhərinə gəldiyi vaxtdan onlarla birlikdə kirayə yaşadığı evdə qalmışdır. Baloğlanla söhbət edən zaman Baloğlan ona ev olduğunu, həmin evdən oğurluq etmək istədiyini demişdir. Baloğlan ondan onunla birlikdə həmin oğurluqda iştirak etməsini istəmişdir. O, Baloğlana onu bu işə qatmamasını, ailəsi olduğunu, anasının ağır xəstə olduğunu əgər tutulsa başına bir iş gəlsə yanında ola bilməyəcəyini deyərək onu bu işə qatmamasını bildirmişdir. Lakin Baloğlan israrla vəziyyətlərinin pis olduğunu bildirərək həmin evdə heç kimin olmadığını deyərək onunla birlikdə evdən oğurluq etməyi təklif etmişdir. O, onunla razılaşdıqda o evin giriş hissəsində çeklərin yığıldığını, bu səbəbdən evdə heç kimin yaşamadığından əmin olduğunu demişdir. O, maddi cəhətdən çətin vəziyyətdə olduğu üçün onunla razılaşmış, onlar 09 aprel 2020-ci il tarixdə axşam saat 23 radələrində Baloğlanla birlikdə Zaqatala şəhərində yerləşən əvvəlcədən tanımadığı evə getmiş, həmin evə əvvəlcə şəhər tərəfdən küçə ilə getmişlər. Hər ikisi hasarın üzərindən aşıb həyətə daxil olmuş, onlar həyətə daxil olduqdan sonra evə yaxınlaşan zaman evin həyətində işıq yanmış, evdə kiminsə olmasından narahat olub dərhal daxil olduqları yerdən qaçmışlar. Təxminən 200 metr uzaqlaşdıqdan sonra təkrar söhbət edən zaman evdə həqiqətən heç kimin olmadığı, sadəcə olaraq işıqların hərəkətə reaksiya verdiyi qərarına gəlmişlər. Təkrar həmin evə qayıdıb həyətə hasarın üzərindən aşıb daxil olmuş, onlar həyətə daxil olduqdan sonra isə təkrar işıq yanmış, hasarın üzərindən aşıb sayğacı söndürmüşdür. O, təkrar həyətə daxil olmuş, birlikdə evin hasar tərəfdən aralıq hissəsində olan pəncərəsinə yaxınlaşmışlar. Baloğlan özü ilə gətirdiyi vintaçanla həmin pəncərəni açmış, Baloğlan birinci özü həmin pəncərədən evə daxil olmuş, Baloğlan daxil olduqdan sonra isə onun ardı ilə o daxil olmuşdur. Onlar evə daxil olduqdan sonra otaqları axtarmağa başlamışlar. Qonaq otağında divarda asılı televizor olmuş, onlar ikinci mərtəbəyə baxıb axırda evdən çıxmamış həmin televizoru götürməyə qərar vermişlər. Onlar ikinci mərtəbəyə qalxdıqdan sonra pilləkəndən sol tərəfdə yerləşən yataq otağına daxil olmuşlar. Pəncərənin qarşısında olan televizoru, daha sonra termonun gözündə olan iki ədəd feni, daha sonra paltar şkafında olan ağ rəngli çamadanı götürmüşlər. Onun içərisinə baxdıqda dəsmallar, Vanish və digər əşyalar olmuş, həmin şkafda iki dəst qadın ev paltarı, biri qırmızı, biri isə qara rəngli olmuşdur. Həmin yerdən bir ədəd kişi gödəkçəsi, bir ədəd kişi cins şalvarı, sayını xatırlamadığı əl və hamam dəsmalı götürmüşlər. Onları orada olan paket və sellofanlara yığıb otağın qarşısında olan pilləkənin qarşısına yığmışlar. Bundan sonra həmin otağın yanında olan qapısı bağlı otağın qapısını Baloğlan vintaçanla açmağa çalışsa da aça bilməmişdir. Onlar birlikdə həmin qapını açmaq istəyərkən sındırmış, otaqda iki ədəd karopkada ümumilikdə 27-28 ədəd araq olmuş, onlar hər biri karopkanın birini götürmüşlər. Birinci mərtəbəyə düşdükdə pilləkənin qarşısına yığdıqları əşyaları birinci mərtəbəyə oradan isə digər otağa yığmışlar. O, qonaq otağında olan televizoru saxlamış, Baloğlan isə bağlanclarını açmışdır. Baloğlan ikinci mərtəbədən parça yataq örtüyü gətirmiş, televizorların hər birini ayrı-ayrılıqda 2-3 örtüyə bükmüş, daha sonra isə sellofanlarda olan bütün paltar və digər əşyaları çamadana yığmışlar. Baloğlan həyətə çıxmış, əşyaları pəncərədən ona vermiş, O isə həmin əşyaları hasarın dibində olan çaylağa açılan qapının yanına aparmışdır. Bütün əşyaları evdən çıxardıqdan sonra isə Baloğlan ondan evə girdikləri pəncərəni bağlamağını istəmişdir. O, pəncərəni bağlamış, qapının arxasını isə özü açmışdır. O, böyük televizoru Baloğlan isə kiçik televizoru götürüb çayı keçdikdən sonra çayın qırağında çaylaqda gizlətmiş, onlar təkrarən evə qayıdıb o, hasarın qarşısında olan əşyalardan qara-qırmızı rəngli çamadanı, Baloğlan isə ağ rəngli çamadan və 10 kq çəkisi olan yuyucu tozu götürmüşdür. Onlar birlikdə əşyaları kolluq olan əraziyə gətirib digər əşyaların yanında gizlətmiş, təkrar geri qayıdıb bir karopka, Baloğlan isə bir karopka araqları götürüb əşyaları gizlətdikləri yerə aparmışlar. Onlar piyada birlikdə ünvan 5 ünvanına getmiş, yolda gedən zaman polis əməkdaşları onları gördükləri üçün qaçıb gizlənmişlər. Təxminən saat 14 radələrində Nurlan adlı tanışına məxsus ***-***-**-** nömrəsinə zəng edib əşyalar olduğunu onları evə aparmaq üçün taksi lazım olduğunu demiş, Nurlan taksi ilə onların yaşadığı evə gəlmişdir. Onlar birlikdə əşyaları gizlətdikləri yerə getmişlər. Onlar həmin yerə çatdıqda əşyaları yığmaq istədikdə taksi sürücüsü narahat olaraq əşyaları yığmalarına icazə verməyərək avtomobili sürüb getmək istəmişdir. Nurlan da onunla birlikdə getmişdir. Baloğlanla həmin yerdə olan zaman 10 kq çəkisi olan yuyucu tozu axşam çaydan keçirən zaman suya batdığını və yararsız vəziyyətə düşdüyünü görmüş, onlar getdikdən sonra beş on dəqiqə orada gözləmiş, taksi tapmaq adı ilə həmin yerdən uzaqlaşmışdır. O, həmin vaxt yararsız halda olan yuyucu tozu özü ilə götürüb çaya atmış, Baloğlan isə həmin yerdə gözləmişdir. O, evə gəlib bir saat yatmış, Baloğlan da evə gəlmişdir. O, bir-iki saat yatmış, Nurlanla əlaqə saxlayan zaman Nurlan əşyaları gətirmək üçün avtomobil tapdığını demişdir. Uğuz adlı tanışı ilə birlikdə əşyaları gətirəcəyini demiş, Baloğlan yuxudan oyandıqda təxminən saat 21 radələrində ona Nurlanın əşyaları gətirmək üçün avtomobil tapdığını demişdir. Baloğlan narahat olaraq özlərinin gedib gətirməsinin yaxşı olacağını bildirmişdir. Onlar birlikdə “Qaqarin” körpüsünün yaxınlığına çatan zaman Nurlana zəng etdikdə əşyaları avtomobilə yükləyib gətirdiyini demiş, təxminən 5 dəqiqə həmin yerdə Nurlangili gözləmişlər. Nurlangil QAZ2124 markalı pikap formalı avtomobillə onların yanına çatmış, həmin vaxt Nurlana piyada gedirəm dedikdə o yox keç avtomobildə arxada otur demişdir. Baloğlanla həmin avtomobilin yük yerinə minmiş, birlikdə həmin avtomobillə onların yaşadıqları evə getmişlər. Həmin vaxt qapını açıb həyətə daxil olmuş, avtomobildən televizorlardan böyük televizoru özü götürüb evin giriş qapısının yanına gətirmiş, avtomobilin yanına qayıdıb avtomobilin yük yerində olan oğurladıqları əşyalardan bir ədəd ağ çamadan şəklində olan içərisində əşyalar olan dəsti götürüb evə gətirmişdir. Onlar birlikdə köməkli əşyaları evə gətirmişlər. Əşyaları evə yerləşdirdikdən sonra Baloğlan beş manat avtomobilin sürücüsünə verməsi üçün Nurlana pul vermiş, Nurlan həmin pulu taksiyə verdikdən sonra həmin taksi sürücüsü getmişdir. Onlar təxminən beş-on dəqiqə Nurlan və Uğuzla söhbət etdikdən sonra Nurlan və Uğuz gedən zaman Baloğlanla əvvəlcədən razılaşdıqları üçün onlara araq götürməyi təklif etmişdir. Nurlana gümüşü karopkada olan bir ədəd, Uğuza isə iki ədəd gümüşü karopkada olan araq hədiyyə etmişlər. Onlar getdikdən sonra evə daxil olmuşlar, onlar içkilərin içərisindən bir ədəd “Jack Daniels” adlı 0,7 litr ölçülü Whisky və bir ədəd arağı açıb içmişlər. Sabahısı gün əşyalara baxan zaman 4 ədəd gümüşü karopkada olan araqların şüşəsinin sınıq olduğunu, digər banan qutusunda olan içkilərdən isə iki ədəd şüşənin bir ədəd araq və bir ədəd konyak şüşəsinin sınıq olduğunu görüb həmin əşyaları zibil qutusuna atmışlar. Həmçinin həmin vaxt televizorları bükdükləri yataq örtükləri cırıldıqları, yararsız vəziyyətə düşdükləri üçün onları da zibil qutusuna atmışlar. Təxminən iki gün sonra Nurlan əlaqə saxlayıb ona verdikləri arağı pay verdiyini deyib ona həmin araqdan bir ədəd də vermələrini xahiş etmişdir. Təxminən saat 19 radələrində Nurlan onların yaşadığı ünvana gəlmiş, ona bir ədəd də gümüşü karopkada olan araqlardan vermişdir. Onlar televizorları yoxlayan zaman onlardan birinin xarab olduğunu ekranın sınıq olduğunu görmüş, televizorlardan böyük olanından Baloğlan və Ramilə təxminən iki gün istifadə etmişlər. Onlar oğurluq etdikləri əşyaları evə gətirdikləri günün sabahısı günü oğurluq etdikləri karopkada olan araqları satmaq istəmişlər. Həmin araqlardan 10 ədədin yaşadığı evin yaxınlığında təxminən 200 metr məsafədə olan mağazaya hər dəfə beş ədəd olmaqla iki dəfəyə 10 ədəd araq satmışlar. Həmin araqları birini 10 manatdan olmaqla ümumilikdə 100 manata satmış, bunun müqabilində isə həmin mağazadan ərzaq götürmüşlər. Onlar həmin axşam gümüşü karopkada olan araqlardan iki ədəd araq içmiş, televizorları satmağa alıcı axtarsalar da tapa bilməmişlər. Onlar xarab olan televizoru satmaq üçün televizor ustası axtarmışlar. Təsadüfən tanımadıqları İlqar adlı televizor ustası tapmışlar. Onunla xatırlamadığı nömrəsi ilə danışdıqdan sonra 13 aprel 2020-ci il tarixdə gəlib həmin şəxs televizora baxmış, televizora baxıb düzələsi olmadığını demiş, Baloğlan ona qardaşının avtomobilini vurduğunu pul lazım olduğunu demişdir. Ondan gözləməsini başqa sağlam televizor olduğunu həmin televizora baxmasını istəmişlər. Həmin adam televizora baxdıqdan sonra ikisini birlikdə 700 manata alacağını demiş, onunla razılaşıb televizoru ikisini ona 700 manata satmışlar. Baloğlan həmin puldan ona 350 manat vermiş, o getdikdən sonra bazarlıq edib evə gətirmişlər. Onlar həmin axşam bir ədəd içərisi zərli, baş hissəsi qızılı rəngdə olan araqdan içmiş, 14 aprel 2020-ci il tarixdə isə axşam bir ədəd xarici içki olan “Martini” və Xan arağını içmişlər. 15 aprel 2020-ci il tarixdə Baloğlan Bakı şəhərinə getmiş, onunla əlaqə saxlamamışdır. Zərərçəkmiş şəxs məxsus yaşayış evindən oğurladıqları əşyalardan Samsung markalı televizorları 700 manata İlqar adlı şəxsə satmışlar. Lakin yerdə qalan əşyalardan iki ədəd fendən bir ədədi Baloğlanda, bir ədədi isə Ramilədə olmuş, həmin evdən götürülmüş dəsmallar Ramilə və ya İlahədə bir neçəsi olmuş, həmçinin qara-qırmızı rəngli çamadan və ağ rəngli çamadanı yaşadıqları evdə zirzəmiyə qoymuşlar. Həmçinin oğurladıqları əşyalardan 10 ədəd gümüşü karopkada olan araqları birini 10 manatdan olmaqla mağazaya satmış, iki ədəd gümüşü karopkada olan araqlardan Nurlana, iki ədəd gümüşü karopkada olan araqlardan isə Uğuza vermişlər. 4 ədəd gümüşü karopkada olan araqlardan, 2 ədəd isə digər karopkada olan bir araq və bir konyak sınıq olduğu üçün onları, həmçinin televizorları bükdükləri yataq örtüklərini yararsız hala düşdükləri üçün, iki ədəd ətir qabını isə boş olduğu üçün zibil qabına atmışlar. Bir ədəd 10 kilo çəkisi olan yuyucu toz isə çayı keçirən zaman cırıldığı və yararsız hala düşdüyü üçün sabahısı gün əşyaların yanına baxmağa getdikdə yararsız olduğunu görüb həmin yuyucu tozu çaya tullamışlar. Həmçinin həmin evdən əl-üz dəsmalları oğurlamışlar. Həmin dəsmallar əl-üz və bədən dəsmalları bir yerdə təxminən 13-14 ədəd olmuş, dəsmalların bir qismi evə baxış zamanı götürülmüşdür. Qalan dəsmallar İlahə və Ramilədə olmuş, yataq otağında şkafda olan yataq dəstlərindən 2-3 dəstini televizorları bükərək oğurlamışlar. Bir dəst və iki ədəd yastıq üzü ağ çamadanın içərisində olmuşdur. Televizorları bükdükləri yataq örtükləri yararsız hala düşdükləri üçün həmin dəstləri zibilliyə atmışlar. İki dəst qadın ev geyimi olmuş, onlardan bir ədəd qırmızı rənglisi İlahədə, bir ədəd qara rənglisi isə Ramilədə olmuşdur. “ЧаРское село” markalı Rusiya istehsalı olan 20 ədəd hər biri 0,7 litr olan gümüşü rəngli karopkalarda olan araqlardan iki karopka içmiş, 4 karopka sınıq olduğu üçün atmışlar. 10 karopka satmış, iki karopka Nurlana iki, karopka isə Uğuza pay vermişlər. 9 ədəd digər karopkada olan içkilərdən bir ədəd “Jack Daniels” markalı 0,7 litr ölçülü Whisky, bir ədəd litrlik ЦаРскaя Чарка, bir ədəd qızılı rəngli qapağı olan baxış zamanı götürülmüş Golden snow markalı arağı, bir ədəd 1 litr ölçüsü olan martini adlı içkini və bir ədəd xan arağını içmişlər. İki ədəd markasını bilmədiyi bir araq və bir konyak şüşələri sınıq olmuş, iki ədəd araq isə baxış zamanı evdən götürülmüşdür. Onların kirayə yaşadıqları evə baxış keçirilərkən aşkar edilərək götürülmüş “Golden snow” yazısı olan araq şüşəsi, bir ədəd gümüşü rəngli üzərində “Xan” yazısı olan 0,7 litr ölçüdə araq şüşəsi oğurladıqları araqlardan içdikləri araqların şüşələr olmuş, həmçinin mənzilin zirzəmisində aşkar edilmiş bir ədəd qaraqırmızı rəngli çamadan, ağ rəngli bir ədəd çamadan, qara-qırmızı rəngli çamadanın içərisində tünd zoğalı rəngli bir ədəd gödəkçə, göy rəngli bir ədəd cins şalvar, ЦаРскaя Золотая”, “ЦаРскaя Чарка” markalı araqlar, ağ rəngli çamadanın içərisində isə “Tac” yataq dəsti, “Finish powerball tabs” “Aysen” collectian dəst şəkildə alt ədəd əl dəsmalları, “Fairy” qab yumaq üçün tabletlər olan paket, iki ədəd yastıq üzü, üzərində Turkiz yazısı olan əl-üz dəsmalları Zərərçəkmiş şəxs məxsus evdən oğurladıqları əşyalar olmuşdur. Həmçinin həmin əşyalardan əlavə İlahə və Ramilənin götürdükləri hamam, əl üz dəsmalları, qadın ev paltarı və Baloğlan və Ramilənin götürdüyü fenlər olmuş, həmin əşyaları istintaqa təqdim etmişlər. Etdiyi hərəkətlərdən peşmandır. Zərərçəkmiş şəxsin nümayəndəsi ilə aralarında barışıq olmuşdur, vurulmuş maddi zərər tamamilə ödənilmişdir. Göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, qardaşı Zərərçəkmiş şəxs 2014-cü il tarixdə Rusiya Federasiyasında yaşayır. ünvan 6 ünvanında yerləşən yaşayış evi Zərərçəkmiş şəxs məxsusdur. Həmin evdən oğurlanmış əşyalar Zərərçəkmiş şəxs məxsusdur. Qardaşı Vidadi ilkin olaraq Azərbaycan Respublikasına gələrək cinayət işinin istintaqında özü iştirak etmək istəmiş, lakin “COVİD 19” pandemiyası ilə əlaqədar olaraq tətbiq edilən qarantin rejimi səbəbindən gəlməsi mümkün olmamışdır. Bu səbəbdən o ona etibarnamə verərək onun adından nümayəndəsi qismində cinayət işinin istintaqında iştirak etməyini xahiş etmişdir. O, Vidadi ilə dəfələrlə telefon vasitəsilə danışaraq ona məxsus evdən oğurlanmış əşyaların sayını və qiymətini dəqiqləşdirmiş, Zərərçəkmiş şəxs məxsus yaşayış evindən ona məxsus “Samsung” markalı 55 düyüm, 1800 manat dəyərində olan televizor, pilləkənlə ikinci mərtəbəyə qalxdıqda yataq otağında daxil olduqda həmin otaqda pəncərənin qarşısında olan “Samsung” markalı 48 düyüm 1200 manat dəyərində televizor, həmin otaqda termonun qarşısında olan iki ədəd fenlər 67 manat dəyərində “Redmond” markalı və 50 manat dəyərində “Braun” markalı ikisinin ümumilikdə dəyəri 117 manat, həmin yerdən iki ədəd hər biri 150 ml olmaqla təxminən 10 faizi işlədilmiş “Lancome” markalı 215 manat dəyərində, digəri isə “Lanvensport” markalı 343 manat dəyərində ətirləri oğurlanmışdır. Həmin otaqda şkafda olan Türkiyə istehsalı 80 manat dəyərində bir dəst 6 ədəd firmasını xatırlamadığı əl üz dəsmallarının, bir paketdə içərisində iki ədəd dəsmal olan 60 manat dəyərində əl üz dəsmallarının, hər biri 30 manat dəyərində olmuş 6 ədəd digər hamam və əl-üz dəsmalları oğurlanmışdır. Ümumillikdə 14 ədəd müxtəlif Türkiyə firmalarının istehsalı olan hamam və əl üz dəsmallarının oğurlanması nəticəsində 320 manat, həmin otaqda şkafda olan Türkiyə istehsalı hər bir dəstinin dəyəri 60 manat olan 4 dəst Tac markalı yorğan və döşək üzü dəstlərinin, hər biri 10 manat dəyərində iki ədəd yastıq üzü oğurlanmışdır. Ümumilikdə yorğan-döşək və yastıq üzü dəstlərinin oğurlanması nəticəsində 260 manat ziyan dəymişdir. Həmin yataq dəstlərinin bir qisminin və bəzi əşyaların ağ rəngli markasını dəqiq xatırlamadığı 60 manat dəyərində çamadanın içərisində olmuş, həmin çamadan oğurlanmışdır. Evdən iki dəst qadın ev paltarları oğurlanmış bir dəsti GUCCİ markalı olmaqla dəyəri 100 manat, digər dəstin markasını bilməmiş dəyəri 95 manat olmuşdur. “Prada” markalı tünd zoğalı rəngli 347 manat dəyərində qış gödəkçəsinin, bir ədəd göy rəngli 80 manat dəyərində cins şalvarın, 10 kq paltar yumaq üçün istifadə edilməli olan, lakin istifadə edilməmiş Finlandiya istehsalı 170 manat dəyərində yuyucu tozu, 35 manat dəyərində Fairy” markalı 12 ədəd olmaqla paket formasında olan qab yumaq üçün olan tabletlər, bir paket 60 manat dəyərində “Finish” markalı qab yumaq üçün paket halında 110 ədəd tabletlər oğurlanmışdır. “ЦаРскaя село” markalı Rusiya istehsalı olan 20 ədəd hər biri 0,7 litr olan araqlar oğurlanmışdır. Həmin araqların hər birinin qiyməti 80 manat olmuş, ona məxsus “ЦаРскaя село” markalı Rusiya istehsalı olan 20 ədəd hər biri 0,7 litr ölçüdə olan araqların oğurlanması nəticəsində ona 1600 manat məbləğində maddi ziyan dəymişdir. Digər karopkada olan 9 ədəd spirtli içkilər oğurlanmışdır. Həmin içkilərdən yalnız “Xan” 0,7 litr araq və Xan konyak Azərbaycan istehsalı olmuş, qalan içkilər isə Rusiya və başqa xarici ölkə istehsalı olan içkilər olmuşdur. Həmin yeddi ədəd xarici ölkə istehsalı olan içkilərin araqlar, Whisky və martini kimi içkilərin oğurlanması nəticəsində hər biri 80 manat olmaqla ona ümumilikdə 560 manat, bir ədəd Xan markalı arağın və bir ədəd Xan markalı konyakın oğurlanması nəticəsində isə hər biri 50 manat olmaqla 100 manat ziyan dəymişdir. 340 manat dəyərində Fransa istehsalı olan qara-qırmızı rəngli çamadan oğurlanmışdır. Mövcud qarantin rejimi ilə əlaqədar olaraq Zərərçəkmiş şəxs Rusiya Federasiyasından Azərbaycana gələ bilməmiş, bu səbəbdən onun nümayəndəsi qismində onun evindən oğurlanmış əşyaların sayını, markasını və dəyərini bildirərək ona dəymiş ziyan və hadisə haqqında ifadə verməsini xahiş etmişdir. Həmin əşyaların demək olarki hamısı xarici ölkə firmalarının istehsalı olmuş, orijinal mallar olmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, onlara dəymiş ziyan tam həcmdə ödənilmişdir. Onlara qarşı şikayət və tələbi yoxdur, onları bağışlamışdır. Təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs1 2015-ci ildən tanıyır. Əvvəllər oğurluq etdiyinə görə məhkum olunmuş və 3 il Şəki penitensiar müəssisəsində cəza çəkmiş, Hacımurad da onunla birlikdə cəza çəkib və türmədə tanış olmuşlar. 10 aprel 2020-ci il tarixdə Hacımurad ona zəng edərək Zaqatala şəhərində çaylaq adlanan yerdə yerləşən “pekarninin” yanına çağırmış, taksi lazım olduğunu demişdir. O, telefonla danışanda Hacımuradın yanında dostu Baloğlanın olduğunu bilmiş, Baloğlanı iki dəfə Hacımuradın yanında görsə də onu tanımamışdır. Onun taksiyə verməyə pulu olmamış, onların da taksinin pulunu verəcəklərini bilməmişdir. Ona görə də əvvəlcə özü həmin yerə gedib məsələnin nədən ibarət olduğunu aydınlaşdırmaq qərarına gəlmişdir. O, piyada həmin yerə gedib taksinin nə üçün lazım olduğunu maraqlanmış, Hacımurad və Baloğlan çaylaqda, qum topalarının arxasında gizlətdikləri əşyaları göstərib onları iki gün əvvəl bir evdən oğurladıqlarını, həmin əşyaları aparmaq üçün taksi lazım olduğunu demişlər. Orada iki ədəd samsung markalı plazma televizorlar, qara-qırmızı rəngdə altı təkərli çanta, bir dənə cehiz çantası və bir ədəd karopkanı içərisində çoxlu araqlar olmuşdur. Hacımurad həmin əşyaların onlara getməli olduğunu demişdir. O, maşın tapmaq üçün “meydana” getmiş, tanışı Uğuza zəng edib görüşmüş, ona türmə yoldaşının yükünü daşımaq üçün maşın lazım olduğunu demişdir. O, ondan kömək etməsini xahiş etmiş, Uğuz telefonla tanıdığı Kamrana zəng etmiş, maşın lazım olduğunu demişdir. Kamran da işdə olduğunu, işdən gələndə zəng edəcəyini demişdir. Kamran sonradan onlara zəng edərək Uğuza onların evləri tərəfdə olduğunu demişdir. Uğuzgilin evi çaylağa yaxın olduğundan Kamrana orada onları gözləməsini demişlər. Onlar piyada Uğuzun yaşadığı küçəyə getmiş, orada Kamranla görüşüb ona bir qədər aşağıda yük olduğunu, onu götürüb “Qaqarin”də yaşayan tanışlarının evinə aparmalı olduqlarını demişlər. O da köməklik etməyə razılıq vermiş, Kamranın idarə etdiyi “pikap” kimi bildiyi avtomobillə çaylağa getmişlər. O, telefonun balansında pul olmadığı üçün Hacımurada qısa zəng etmiş, lakin o geriyə zəng edənə kimi əşyaları avtomobilə yükləmişlər. Onlar əşyaları yükləyib qutarandan sonra Hacımurad ona zəng etmişdir. O, Hacımurada “sən burda olmalı idin, yoxsan, hardasan” demiş, Hacımurad da evdən çıxdığını, yol ilə gəldiyini demiş, ona gəlməməsini, artıq əşyaları götürdüyünü, gözləməsini demişdir. Hacımurad və Baloğlanı da yoldan “Qaqarin” körpüsünün yanından götürüb Hacımuradın “Qaqarin” adlanan yerdə kirayədə yaşadığı evin qarşısına getmişlər. Onlar əşyaları düşürdükdən sonra Kamran çıxıb getmişdir. O, isə Uğuzla birlikdə əşyaları evin otağına yığmağa kömək etmişlər. O, bir neçə dəqiqə də orada oturmuş, Hacımurad onlara araq götürə biləcəklərini demiş, ona bir ədəd, Uğuza isə iki ədəd araq vermişlər. Həmin gündən bir gün sonra həmin araq şüşəsinin görünüşü xoşuna gəldiyi üçün təkrarən Hacımurada zəng edib ona verdikləri arağı pay verdiyini deyib həmin içkidən birini də ona vermələrini xahiş etmişdir. Hacımurad narazılıq etməmiş, onların yaşadığı evə gedib həmin karopkada olan spirtli içkidən birini də götürmüşdür. O, həmin içkini də evə aparmış, 17 aprel 2020-ci il tarixdə polis əməkdaşları yaşadığı evə gələrək onu polis şöbəsinə dəvət etmişlər. O, bildiklərini polis şöbəsində izahat verərək etiraf etmişdir. O, onların həmin əşyaları hansı evdən oğurladıqlarını, həmin evin harada yerləşdiyini bilməmişdir. Həmin oğurluğun törədilməsində iştirak etməmiş, bu barədə sonradan məlumatı olmuşdur. Hacımurad onun türmə yoldaşı olduğu üçün onu satmaq istəməmişdir. Hacımurad oğurladıqları əşyaları aparmağa nəqliyyat vasitəsi tapmağını xahiş etmiş, həmin əşyaların oğurluq olmasını bilsə də, onları Hacımuradın evinə aparmağa köməklik etmişdir. Kamranın həmin əşyaların oğurluq olmasından xəbəri olmamış, əşyaları çaylaqdan götürəndə belə bu barədə heç nə soruşmamış, eləcə avtomobildə oturub onların əşyaları yükləmələrini gözləmiş, lakin çaylaqdan həmin əşyaları avtomobilə yükləyəndə Uğuz şübhələnmiş, Uğuz ondan soruşduqda ona həmin əşyaların oğurluq olduğunu demişdir. Kamran onlar əşyaları evə düşürdükdən sonra çıxıb getmiş, lakin Uğuz onunla birlikdə bir qədər Hacımuradgilin yaşadığı evin həyətində dayanıb söhbət etmiş, oradan o bir ədəd, Uğuz isə iki ədəd araq da götürmüşdür. Hacımurad köməklərinə görə təşəkkür etmək üçün onlara araq götürməyi təklif etdiyi və özü də araq içdiyi üçün araq götürmüşdür. Bir gün keçdikdən sonra isə təkrarən Hacımuraddan bir ədəd də araq verməsini xahiş etmiş, həmin günü onların yaşadığı evə gedərək bir ədəd də araq götürmüşdür. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 verdiyi ifadəyə uyğun ifadə verərək, onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclası zamanı elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, o Şahid1 verdiyi ifadəyə uyğun ifadə verərək, onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs1ı təxminən iki il olarki tanıyır, onunla təxminən bir ildən artıq müddətdirki, birlikdə qeyri-rəsmi olaraq ər-arvad münasibətlərində bir yerdə yaşayır. 2020-ci ilin yanvar ayının axırlarında birlikdə Zaqatala rayonu Danaçı kəndinə gəlmişlər. Onlar təxminən bir ay Hacımuradın ailə üzvləri ilə birlikdə yaşadıqdan sonra Hacımuradla birlikdə Zaqatala şəhərində kirayədə qalmağa başlamışlar. Hacımurad ünvan 7 ünvanında kirayə ev tapmış, onlar təxminən bir ay həmin evdə kirayə yaşamışlar, həmin evdə onlarla birlikdə bacısı Ramilə və Baloğlan da yaşamışdır. Ramilə təxminən 2020-ci ilin mart ayının ortalarında Zaqatala şəhərinə Hacımuradla onun yaşadığı evə qonaq gəlmişdir. Ramilə gəldikdən təxminən 10 gün sonra isə Baloğlan Zaqatala şəhərinə gəlmişdir. Təxminən 10 gün Baloğlan və Ramilə onlarla birlikdə yaşamış, 10 aprel 2020-ci il tarixdə axşam saat 21 radələrində Baloğlan və Hacımurad birlikdə yaşadıqları evə gəlmişdir. Həmin vaxt onlar özləri ilə birlikdə iki ədəd televizor, bir ədəd ağ çamadan, bir ədəd qırmızı-qara rəngli çamadan, iki ədəd karopkada araqlar gətirmişlər. Onlar həmin əşyaları evin həyətinə taksi ilə gətirmiş, onlara əşyaları evə yığmağa iki nəfər şəxs kömək etmişdir. Onlar əşyaları evə yığdıqdan sonra həmin şəxslər getmiş, Hacımurad və Baloğlan həmin axşam gətirdikləri əşyaların içərisində olan spirtli içkilərdən bir ədəd Whisky və bir ədəd arağı içmiş, onlarla söhbət etdikdə həmin əşyaları oğurladıqlarını bildirmişlər. Lakin həmin əşyaları haradan oğurlamalarından heç bir məlumatı olmamış, sabahısı gün isə gətirmiş olduqları əşyaların içərisində olan araqları satmaq istədiklərini bilmiş, Baloğlan və Hacımurad həmin araqlardan dəqiq sayını bilmədiyi təxminən 8-10 ədədini satmışlar. Onlar həmin araqları satıb evə bazarlıq edib gətirmiş, həmin gün axşam onlar iki ədəd karopkada olan araqlardan içmişlər. Həmin günün sabahısı isə karopkada olan araqlardan birini də içmişlər. Onlar əşyaları evə gətirdikləri günün sabahısı televizorları işləyib işləmədiklərini yoxlayan zaman televizorlardan balaca olan televizorun xarab olduğunu görmüş, digər böyük ölçülü olan televizor isə işlək vəziyyətdə olmuşdur. Baloğlan və Hacımurad həmin televizorları satmaq istəmiş, onlar iki gün həmin televizorları satmağa çalışmışlar. Lakin sata bilməmiş, 13 aprel 2020-ci il tarixdə onlar televizorları satmağa adam tapmış, onların yaşadıqları evə tanımadığı bir nəfər şəxs gəlmişdir. Həmin şəxsə televizorları biri xarab olduğu üçün ikisi birlikdə 700 manata satmışlar. Həmin günü axşam onlar bir ədəd də karopkada olan araqlardan içmiş, 14 aprel 2020-ci il tarixdə isə axşam bir ədəd xarici içki olan Martini və bir ədəd Xan arağı içmişlər. 15 aprel 2020-ci il tarixdə Baloğlan Bakı şəhərinə getmişdir. Bundan başqa baş vermiş oğurluq hadisəsindən heç bir məlumatı olmamışdır. Daha sonra polis əməkdaşları onların yaşadığı evə gəlib baxış keçirən zaman evdə olan Hacımurad və Baloğlanın oğurladıqları əşyalardan qalanları götürmüşlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid5 şahid Şahid4 verdiyi ifadəyə uyğun ifadə verərək, onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Zaqatala şəhərində fərdi əməklə məşğul olaraq televizor təmiri ilə məşğul olur. 12 aprel 2020-ci il tarixdə tanımadığı şəxs zəng edərək onlarda ekranı sınmış televizor olduğunu, həmin televizoru təmir etdirmək istədiklərini demişlər. Həmin şəxs ona televizorun ekranın sınıq olduğunu demiş, ona televizorun ekranı sınıbsa təmir etmək mümkün olmadığını demişdir. Sabahısı gün onlar təkrarən zəng edərək həmin televizoru təmir etdirmək istədiklərini demiş, ona həmin televizoru təmir etmək mümkün olmadığını demiş, bundan sonra həmin televizoru ehtiyat hissəsi kimi satmaq istədiyini demişdir. O, ona hazırda işi olduğunu sabah baxa biləcəyini demiş, sabahısı günü yəni 13 aprel 2020-ci il tarixdə saat təxminən 11 radələrində onlarla telefon vasitəsilə danışmış, ondan gəlib-gəlmədiyini soruşmuşlar. O, onlara gələcəyini demişdir. O, onlardan evin yerini öyrənmiş, təxminən saat 12 radələrində Zaqatala şəhərində “Qaqarin” adlanan yerdə olan evə getmiş, orada əvvəllər tanımadığı özünü Baloğlan kimi təqdim edən bir nəfər şəxs onu qarşılamışdır. Onlar söhbət edən zaman o qardaşının başına hadisə gəldiyini, pula ehtiyacları olduğunu demişdir. O, bu səbəbdən televizoru satmaq istədiklərini demiş, həmin vaxt onun təqdim etdiyi Samsung markalı televizora baxan zaman həmin televizorun ekranın sınıq olduğunu görmüşdür. O, həmin televizorun ekranın sınıq olduğunu gördüyü üçün almaq istəməmiş, Baloğlan ona başqa televizorda olduğunu demişdir. Pula ehtiyac olduğunu dediyi üçün televizora baxmaq istəmişdir. Həmin vaxt televizoru gətirəcəklərini deyərək gözləməsini istəmiş, Baloğlan beş-on dəqiqə sonra həyətdən çölə çıxıb televizor gətirmişdir. O, həmin televizora baxan zaman televizorun işlək olduğunu görmüş, onlarla söhbət edən zaman televizorun özlərinə məxsus olduğunu demişlər. O, onlardan dəfələrlə televizorun oğurluq olub-olmadığını soruşduqda onlar televizorun özlərinə məxsus olduğunu demiş, həmin şəxs onun qardaşının başına iş gəldiyini bu səbəbdən televizorları satdıqlarını demişlər. O, onlarla şifahi danışıb razılaşdıqdan sonra həmin televizorları onlardan 700 manata satın almışdır. Baş vermiş oğurluq hadisəsindən hər hansı məlumatı olmamışdır. O, həmin əşyaların oğurluq yolu ilə əldə olunmasından yalnız polis əməkdaşları işlətdiyi mağazaya gəlib baş vermiş hadisə barədə ondan soruşduqdan sonra məlumatlı olmuşdur. Həmin əşyaları haradan oğurlanmasından heç bir məlumatı olmamış, həmin əşyaların onların özlərinə məxsus olduğunu, pula ehtiyacları olduğu üçün satdıqlarını bilmiş, həmin əşyaları onlardan 700 manata satın almışdır. Məhkəmə iclası zamanı elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Musatafa oğlunun yaşadığı evdən məişət əşyalarının və spirtli içkilərin oğurlanması faktı əsasında istintaqı aparılan cinayət işi barədə məlumatlandırılmış, 11-12 aprel 2020-ci il tarixlərdə ünvan 8 ünvanında olan mağazada işləyərkən bir nəfər əvvəllər tanımadığı şəxs ona yaxınlaşmışdır. O, mağazaya yaxınlaşıb ona Balakən rayonunda Azərsu MMC-də işlədiyini demişdir. O, qarantinlə əlaqədar olaraq işlərin dayandığını demiş, özünün Şamaxı rayonundan olduğunu bildirmişdir. O, adının Baloğlan olduğunu demiş, O, evdə çörək olmadığını bildirmiş, o, evdə Rusiya istehsalı olan dayısının Rusiya Federasiyasından göndərdiyi araqlar olduğunu demiş, onunla söhbət edən zaman ona kassada pul olmadığını demişdir. O, onsuzda ərzaq alacağını ərzaqla dəyişə biləcəyini demişdir. O, onunla razılaşmış, təxminən 10 dəqiqəyə o evə gedib gəlmiş, özü ilə beş ədəd araq gətirmişdir. O, həmin araqlara baxan zaman orijinal Rusiya istehsalı olan araqlar olduğunu bilmişdir. O, özü də spirtli içki içdiyi üçün ondan araqları almağa razılaşmışdır. O, onunla arağın birini 10 manata satın almağa razılaşmışdır. O, 35 manatlıq ərzaq məhsulları almış, ona 15 manat da pul vermişdir. Həmin günün sabahısı isə o təkrar beş ədəd Rusiya istehsalı olan araqlar gətirmiş, onunla təkrarən birini on manatdan razılaşaraq həmin beş ədəd arağı da ondan satın almışdır. 14 aprel 2020-ci il tarixdə 6 nəfər dostu ilə Zaqatala rayon İİİ Tala kəndində yerləşən babasının bağ evinə getmiş, həmin yerdə dostları ilə həmin araqları içmişdir. O, ondan araqları alan zaman həmin araqların oğurluq yolla əldə edildiyini bilməmiş, baş vermiş hadisədən hər hansı məlumatı olmamışdır. Həmin əşyaların oğurluq yolu ilə əldə olunmasından yalnız polis əməkdaşları işlətdiyi mağazaya gəlib baş vermiş hadisə barədə ondan soruşduqdan sonra məlumatı olmuşdur. O, həmin araqların adı “ЦаРскaя село” markalı Rusiya istehsalı olan araqlar olduğunu bilmiş, həmin araqları 14-15 aprel tarixlərdə bağ evində dostları ilə içmiş, həmin araqların şüşələrini isə zibil olduğu üçün karopkaları ilə bir yerdə zibil qutusuna atmışdır. Bu səbəbdən həmin araqları təqdim edə bilməmişdir. Həmin əşyaları haradan oğurlanmasından heç bir məlumatı olmamışdır. İşdə olan baxış keçirilməsi haqqında 16 aprel 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 9 ünvanında yerləşir. Həmin yaşayış evi ikimərtəbəlidir. Həmin evin həyətyanı sahəsinə giriş qapısı ağ rəngli dəmir qapı vardır. Ev həmin giriş qapısından sağ tərəfdə plastik pəncərə, sol tərəfdə isə qapı olmuş, həmin qapıdan içəri daxil olduqda sol tərəfdə şkaf onunla üzbəüz pilləkən olmuşdur. D.Mazanov baxış zamanı evin birinci mətəbəsində divar hissəni göstərərək həmin hissədə olan “Samsung” markalı televizorun oğurlandığını bildirmişdir. Evin ikinci mərtəbəsinə pilləkənlə qalxdıqda sol tərəfdə bir otaq, sağ tərəfdə digər bir otaq olmuşdur. Yataq otağına daxil olduqda sağ tərəfədə termo olmuş, sol tərfədə divar boyu şkaf onun qarşı tərəfində isə çarpayı olmuşdur. Mazanov Davud həmin otağın pəncərəsini göstərərək pəncərənin qarşısında “Samsung” markalı televizor olduğunu həmin televizorun oğurlandığını bildirmişdir. Həmin otaqdan çıxdıqdan sonra yaxınlıqda digər saxlanc kimi istifadə edilən otaq olmuş, həmin otağa daxil olduqda qapının yaxınlığında yerdə vintaçan olmuşdur. Baxış zamanı ekspert kriminalist tərəfindən giriş qapısının sağ tərəfində yerləşən pəncərə çərçivəsinin yuxarı hissəsində açılan hissəsinin içərisindən, ikinci mərtəbədə dəhlizdə olan stolun üstündə olan üzərində “Buta Glass” sözləri yazılmış qutunun üzərindən əl barmaq izləri götürülmüşdür. Həmçinin evdə aşkar eilmiş vintaçan götürülmüşdür. D.Mazanov evin ikinci mərtəbəsindı saxlanc yeri kimi istifadə edilən otaqda olan araqların yerində olmadığını bildirmişdir. Həmçinin baxışda iştirak edən Nümayəndə evdən oğurlanmış əşyaların yerlərini göstərmiş, lakin hansı sayda və markada əşyaların oğurlandığını dəqiq bilmədiyini bildirmişdir. İşdə olan baxış keçirilməsi haqqında 17 aprel 2020-ci il tarixli protokoldan görünür ki, X1 izahatında qeyd etdiyi kirayə yaşadığı ev ünvan 10 ünvanında yerləşmişdir. Evin giriş hissəsində qəhvəyi rəngli, dəmir materialdan olan darvaza olmuş, həmin həyətə ev sahibi K.Məmmədovanın razılığı ilə onun iştirakı ilə baxış keçirilmişdir. Həmin yaşayış evinə daxil olduqda sol tərəfdə mətbəx olmuşdur. Mətbəxdə olan qaz sobasının üzərindəki şkafın gözündə üzərində “Golden SnoW” yazısı yazılmış boş vəziyyətdə spirtli içki olan araq şüşəsi, mətbəxin digər hissəsində əl-üz yumaq üçün olan yerin alt hissəsində gümüşü rəngli boş vəziyyətdə üzərində “Xan” yazısı olan spirtli içki şüşəsi, aşkar edilmişdir. Bundan sonra evə baxış keçirilməyə davam etdirilmişdir. Qonaq otağına və yataq otağına baxış keçirilən zaman Şahid4 həmin otaqdakı əşyaların ev sahibinə və ona məxsus olduğunu bildirmişdir. Evin digər otağına daxil olduqda giriş qapısında zirzəmiyə daxil olmaq üçün qapı olmuş, həmin yerdən zirzəmiyə daxil olduqda zirzəmidə bir ədəd qara qırmızı rəngli və bir ədəd ağ rəngli çamadan aşkar edilmişdir. Qara qırmızı rəngli çamadanın içərisinə baxdıqda orada qırmızı-tünd zoğalı rəngli kişi gödəkçəsi, göy rəngli cins şalvar, Nivea men duş geli, “Цинови”, Nivea men üz qırxmaq üçün köpük və üz kremi, bir ədəd “ЦаРскaя Чарка”, bir ədəd “Царскaя Золотая” araqları, ağ rəngli çamadanın içərisində “Tac” yataq dəsti, “Finish Powerball 110 tabs” yazısı olan yuyucu vasitə, “Aysen” yazısı olan əl dəsmalları, “Fairy” platinium” yazısı olan yuyucu vasitə, iki ədəd yastıq üzü, iki ədəd üzərində “Türkiz” yazısı olan əl üz dəsmalları aşkar edilmişdir. Şahid4 həmin əşyalardan Nivea men duş geli, “Цинови”, Nivea men üz qırxmaq üçün köpük və üz kreminin Təqsirləndirilən şəxs1 özünə məxsus olduğunu bildirmiş, digər əşyaları isə əvvəllər görmədiyini bildirmişdir. Qara qırmızı rəngli çamadan, çamadanın içərisində olmuş qırmızı-tünd zoğalı rəngli kişi gödəkçəsi, göy rəngli cins şalvar, bir ədəd “ЦаРскaя Чарка”, bir ədəd “ЦаРскaя Золотая” araqları, ağ rəngli çamadan, çamadanın içərisində olmuş “Tac” yataq dəsti, “Finish Powerball 110 tabs” yazısı olan yuyucu vasitə, “Aysen” yazısı olan əl dəsmalları, “Fairy” platinium” yazısı olan yuyucu vasitə, iki ədəd yastıq üzü, iki ədəd üzərində “Türkiz” yazısı olan əl üz dəsmalları götürülmüşdür. İşdə olan 20 aprel 2020-ci il tarixli əşyaların könüllü təqdim edilməsi və götürülməsi haqqında protokoldan görünür ki, Şahid1 cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurluq nəticəsində əldə edikləri araqlardan ona verdikləri iki ədəd arağı könüllü olaraq təqdim etmiş, həmin araqlar hər biri gümüşü rəngli ayrı-ayrı kağız qutularda olmaqla hər biri 0,7 litr ölçüdə üzərlərində **********462 nömrələri qeyd edilmiş “ЦаРскaя село” markalı araqlar baxış keçirilərək götürülmüşdür. İşdə olan 22 aprel 2020-ci il tarixli könüllü təqdim edilmiş əşyalara baxış keçirilməsi və götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 bir ədəd “Redmond”markalı üzərində “powerful for your hear beauty” yazısı yazılmış qara-qırmızı rəngli feni, bir ədəd “Braun” markalı üzərində model BR-998 “Germany” yazısı yazılmış qara rəngli saç ütü fenini, bir ədəd üzərində “Şikel” yazısı olan narıncı rəngli əl üz dəsmalını, bir ədəd “İtuma” yazısı olan narıncı rəngli əl üz dəsmalını, bir ədəd üzərində “Özdilek” yazısı olan hamam dəsmalını, bir dəst iç hissəsində “Gucci” yazısı yazılmış qara rəngli qadın ev geyimini təqdim edərək həmin əşyaları Zərərçəkmiş şəxs məxsus yaşayış evindən oğurladıqlarını bildirmişdir. Həmin əşyalara baxış keçirilərək götürülmüşdür. İşdə olan 24 aprel 2020-ci il tarixli könüllü təqdim edilmiş əşyalara baxış keçirilməsi və götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 , -bir ədəd “Canary” yazısı olan ağ rəngli, üzərində güllü naxışlar olan dəsmalı, -bir ədəd “Şikel” yazısı olan ağ rəngli əl üz dəsmalını, bir ədəd üzərində “Özdilek” yazısı olan boz-ağ-qəhvəyi rəngli zolaqları olan əl üz dəsmalı, bir dəst iç hissəsində “Night Star” yazısı olan, made in Turkey qeyd edilmiş qırmızı rəngli qadın ev geyimini təqdim edərək həmin əşyaları Zərərçəkmiş şəxs məxsus yaşayış evindən oğurladıqlarını bildirmişdir. Həmin əşyalara baxış keçirilərək götürülmüşdür. İşdə olan 28 aprel 2020-ci il tarixli könüllü təqdim edilmiş əşyalara baxış keçirilməsi və götürülməsi haqqında protokoldan görünür ki, Şahid6 cinayət işi üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurluq nəticəsində əldə edikləri, ona özlərinə məxsus olduğunu bildirərək satdıqları iki ədəd “Samsung” markalı televizorları təqdim etmişdir. O, həmin televizorlardan bir ədəd nisbətən balaca olan televizorun sınıq olduğunu, digər televizorun isə işlək vəziyyətdə olduğunu bildirmiş, iki televizoru həmin şəxslərdən 700 manata satın aldığını bildirmişdir. Baloğlan və Hacımuradın həmin televizorları ona özlərinə məxsus əşya olduğunu bildirərək satdıqlarını qeyd etmiş, iki ədəd televizorlardan bir ədəd “Samsung” markalı arxa hissəsində UE55NU7090U model yazısı olan televizor, bir ədəd “Samsung” markalı UE43RU714U model yazısı olan televizor baxış keçirilərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 30 aprel 2020-ci il tarixli 20/217R nömrəli rəyindən görünür ki, 09 aprel 2020-ci il tarixdə ünvan 11 ünvanında yerləşən Zərərçəkmiş şəxs evində baş vermiş oğurluq faktı ilə əlaqədar olaraq hadisə yerindən götürülərək tədqiqata təqdim edilmiş 02 ədəd “A4” formatda olan vərəqə üzərinə yapışdırılmış 08 ədəd yapışqan lent kəsikləri üzərində olan əl izlərindən 02 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl-barmaq izlərindən 01 ədədi (ADİS-in məlumat bankına Sabirabad RPŞ-dən, Sumqayıt ŞPİ-dən və Zaqatala RPŞ-dən daxil olan) xx.xx.1994-cü il tarixdə Şamaxı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs2 sağ əlinin adsız barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Qalan şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan digər 01 ədəd əl-barmaq izi ilə DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq əksləri arasında eynilik müəyyən edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd vintaçan üzərində olan əl izlərinin fraqmentləri yararsız olduğundan DİN-in KTİ-nin ADİS-in məlumat bazasında olan şəxslərin əl əksləri ilə müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2020-ci il tarixli 9/2403 nömrəli ekspertiza rəyindən ki, ekspertiza təyin edilməsi haqqında qərarda göstərilən fotoşəkilləri (10 kq yuyucu tozun fotoşəkili təqdim edilməmişdir) təqdim edilmiş malların təzə vəziyyətdə 2020-ci ilin mart ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 4246,00 manat müəyyən edilmişdir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İşdə olan 20 aprel 2020-ci il tarixli şübhəli şəxsin tutulması protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 20 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan 22 aprel 2020-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşdə olan 24 aprel 2020-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşdə olan 30.09.2020-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, 29 sentyabr 2020-ci il tarixdə saat 15:35 radələrində keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 tutularaq Zaqatala Rayon Polis Şöbəsinin MSY-nə verilmişdir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 01.10.2020-ci il tarixli 4(033)-68/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 1(033)-63/2020 nömrəli 13.11.2020-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Xankı̇ şı̇ yev Baloğlan Nərmayıl oğlu barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 (üç) ay müəyyən edilərək həbs etmənin əvvəli onun tutulduğu andan hesablanması qərara alınmışdır. İşdə olan Zaqatala Rayon Polis Şöbəsinin 07.12.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 06.12.2020-ci il tarixdə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində tutularaq Zaqatala Rayon Polis X6 təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16.07.2020-ci il tarixli tələbnamədən görünür ki, Adamov X2 rayon məhkəməsinin 25.12.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 300 manat cərimə cəzasına, Zaqatala rayon məhkəməsinin 13.05.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək üç il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16.07.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Ağsu rayon məhkəməsinin 31.03.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə və 02 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzasına məhkum edilmişdir. Şamaxı RPŞ-nin İB-nin icraatında olmuş ********* nömrəli cinayət işi üzrə 15 aprel 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, cinayət işi 15.04.2020-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. İşdə olan Ağsu Rayon Məhkəməsinin 31 mart 2014-cü il tarixli 1(016)-13/2014 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşdə olan Şamaxı Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli 1(074)-17/2020 nömrəli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Zaqatala rayon məhkəməsinin 25 dekabr 2014-cü il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 300 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir.ёё İşdə olan Zaqatala Rayon Məhkəməsinin 13 may 2016-cı il tarixli 1(033)-28/2016 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 7(075)-57/2018 nömrəli 30 yanvar 2018-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Pentensiar Müəssisəndə cəza çəkən Təqsirləndirilən şəxs1 Zaqatala Rayon Məhkəməsinin 13 may 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il azadlıqdan məhrumetmə cəzasının müddəti 2 il həddinə endirilərək o, cəzasını tam çəkib qurtardığı üçün cəzadan azad edilmişdir. İşdə olan 03 iyul 2020-ci il tarixli Şamaxı Rayon İHB-nın Bağırlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan 08 iyul 2020-ci il tarixli Zaqatala Rayon İHB-nın Danaçı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 oğlu yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İşdə olan zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dəymiş zərəri tam həcmdə ödədikləri üçün onlara qarşı şikayət və tələbi yoxdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidməti Sumqayıt Şəhər Probasiya Şöbəsinin 18.03.2021-ci il tarixli məktubundan görünür ki, Şamaxı Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli 1(074)-17/2020 nömrəli hökmünə əsasən ona təyin olunmuş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) ay 23 (iyirmi üç) gününü çəkmişdir. Beləliklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yuxarıda şərh edilən onlara istinad edilən cinayət əməllərini törətmələri özlərinin etirafı ilə yanaşı, həm də zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və cinayət işinin digər obyektiv halları ilə məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 dostu Zaqatala rayonu Danaçı kənd sakini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 09 aprel 2020-ci il tarixdə, saat 23 radələrində ünvan 1 ünvanında yerləşən və faktiki olaraq Zərərçəkmiş şəxs mülkiyyətində olan evin həyətyanı sahəsinin hasarını aşaraq həyətə, oradan isə pəncərədən daxil olmaqla yaşayış sahəsinə qanunsuz olaraq daxil olmuş, evin birinci mərtəbəsində qonaq otağında divarda asılı halda olan bir ədəd “Samsung” markalı, “UE55NU7090U” modelli, 1800 manat dəyərində 01 ədəd televizoru, ikinci mərtəbədə yataq otağında “Samsung” markalı, “UE43RU714U” modelli, 1200 manat dəyərində 01 ədəd televizoru, həmin otaqda termonun qarşısında 67 manat dəyərində “Redmond” markalı, üzərində “powerful for your hear beauty” sözləri yazılmış 01 ədəd feni və 50 manat dəyərində “Braun” markalı, üzərində “model BR-998, Germany” sözləri yazılmış 01 ədəd saç ütüsünü, 150 ml həcmində, 215 manat dəyərində “Lancome” markalı 01 ədəd ətri, 150 ml həcmində, 343 manat dəyərində “Lanvensport” markalı 01 ədəd ətri, 30 manat dəyərində“Canary” markalı 01 ədəd, hər biri 30 manat dəyərində Şikel markalı 02 ədəd, 30 manat dəyərində “İtuma” markalı 01 ədəd, hər biri 30 manat dəyərində “Özdilek” markalı 02 ədəd, 80 manat dəyərində dəst şəkilində “Aysen collection” markalı 06 ədəd və hər biri 30 manat dəyərində “Türkiz” markalı 02 ədəd dəsmalları, həmin otaqda şkafdan hər bir dəsti 60 manat dəyərində ümumi dəyərləri 240 manat olan “Tac” markalı 04 ədəd yataq örtüyü dəsti və hər biri 10 manat dəyərində 02 ədəd yastıq üzlüyünü, üzərində “Dantel Concept home tekstil product” sözləri yazılmış, ağ rəngli, 60 manat dəyərində 01 ədəd çamadanı, ümumi dəyərləri 195 manat olan - “Gucci” markalı 01 ədəd qadın idman geyim dəsti və “Night Star” markalı, papaqlı, 01 ədəd qadın xalatını, “Prada” markalı, iç hissəsində “MHT3047” yazısı qeyd edilmiş, 347 manat dəyərində 01 ədəd kişi qış gödəkçəsini, iç hissəsində “X10, garments proved” yazısı olan, 80 manat dəyərində 01 ədəd kişi cins şalvarını, ikinci mərtəbədə əşyalar saxlanılan digər otaqdan markası məlum olmayan, 10 kilo həcmində, Finlandiya istehsallı, 170 manat dəyərində 01 ədəd yuyucu tozu, bir paketdə 12 ədəd olmaqla “Fairy platinium” markalı, 35 manat dəyərində yuyucu vasitəni, “Finish Powerball” markalı, üzərində “110 tabs” yazısı qeyd edilmiş, 60 manat dəyərində yuyucu vasitəni, hər biri 0,7 litr həcmində və 80 manat dəyərində, “Царскaя село” markalı, ümumi dəyərləri isə 1600 manat olan 20 ədəd arağı, xarici ölkə istehsalı, hər biri 80 manat dəyərində olmaqla cəmi 560 manat dəyərində 07 ədəd - 01 litr həcmində, “ЦаРскaя Чарка” markalı 02 ədəd, 0,7 ml həcmində, “Golden Snow” markalı 01 ədəd, 01 litr həcmində, “ЦаРскaя Золотая” markalı 02 ədəd araqları, 0,7 litr həcmində, “Martini” markalı 01 ədəd spirtli içkini, 0,7 litr həcmində, “Jack Daniels” markalı 01 ədəd spirtli içkini, Azərbaycan Respublikasında istehsal edilmiş hər biri 50 manat dəyərində olmaqla ümumilikdə 100 manat dəyərində - 0,7 litr həcmində, “Xan premium” markalı 01 ədəd araq və 0,7 litr həcmində, “Xan” markalı 01 ədəd konyakı, birinci mərtəbədəki otaqdan isə qara-qırmızı rəngli, üzərində “Turkey, Water proof, 360 Wheels, ultra hafif, Güvenlik kilidi, Ultra dayanıqlı” sözləri yazılmış, 340 manat dəyərində 01 ədəd çamadanı gizli olaraq qəsdən talamış və Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdar hesab edilən 7802 (yeddi min səkkiz yüz iki) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 dostu Şamaxı rayon Bağırlı kənd sakini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 09 aprel 2020-ci il tarixdə, saat 23 radələrində ünvan 1 ünvanında yerləşən və faktiki olaraq Zərərçəkmiş şəxs mülkiyyətində olan evin həyətyanı sahəsinin hasarını aşaraq həyətə, oradan isə pəncərədən daxil olmaqla yaşayış sahəsinə qanunsuz olaraq daxil olmuş, evin birinci mərtəbəsində qonaq otağında divarda asılı halda olan bir ədəd “Samsung” markalı, “UE55NU7090U” modelli, 1800 manat dəyərində 01 ədəd televizoru, ikinci mərtəbədə yataq otağında “Samsung” markalı, “UE43RU714U” modelli, 1200 manat dəyərində 01 ədəd televizoru, həmin otaqda termonun qarşısında 67 manat dəyərində “Redmond” markalı, üzərində “powerful for your hear beauty” sözləri yazılmış 01 ədəd feni və 50 manat dəyərində “Braun” markalı, üzərində “model BR-998, Germany” sözləri yazılmış 01 ədəd saç ütüsünü, 150 ml həcmində, 215 manat dəyərində “Lancome” markalı 01 ədəd ətri, 150 ml həcmində, 343 manat dəyərində “Lanvensport” markalı 01 ədəd ətri, 30 manat dəyərində“Canary” markalı 01 ədəd, hər biri 30 manat dəyərində Şikel markalı 02 ədəd, 30 manat dəyərində “İtuma” markalı 01 ədəd, hər biri 30 manat dəyərində “Özdilek” markalı 02 ədəd, 80 manat dəyərində dəst şəkilində “Aysen collection” markalı 06 ədəd və hər biri 30 manat dəyərində “Türkiz” markalı 02 ədəd dəsmalları, həmin otaqda şkafdan hər bir dəsti 60 manat dəyərində ümumi dəyərləri 240 manat olan “Tac” markalı 04 ədəd yataq örtüyü dəsti və hər biri 10 manat dəyərində 02 ədəd yastıq üzlüyünü, üzərində “Dantel Concept home tekstil product” sözləri yazılmış, ağ rəngli, 60 manat dəyərində 01 ədəd çamadanı, ümumi dəyərləri 195 manat olan - “Gucci” markalı 01 ədəd qadın idman geyim dəsti və “Night Star” markalı, papaqlı, 01 ədəd qadın xalatını, “Prada” markalı, iç hissəsində “MHT3047” yazısı qeyd edilmiş, 347 manat dəyərində 01 ədəd kişi qış gödəkçəsini, iç hissəsində “X10, garments proved” yazısı olan, 80 manat dəyərində 01 ədəd kişi cins şalvarını, ikinci mərtəbədə əşyalar saxlanılan digər otaqdan markası məlum olmayan, 10 kilo həcmində, Finlandiya istehsallı, 170 manat dəyərində 01 ədəd yuyucu tozu, bir paketdə 12 ədəd olmaqla “Fairy platinium” markalı, 35 manat dəyərində yuyucu vasitəni, “Finish Powerball” markalı, üzərində “110 tabs” yazısı qeyd edilmiş, 60 manat dəyərində yuyucu vasitəni, hər biri 0,7 litr həcmində və 80 manat dəyərində, “Царскaя село” markalı, ümumi dəyərləri isə 1600 manat olan 20 ədəd arağı, xarici ölkə istehsalı, hər biri 80 manat dəyərində olmaqla cəmi 560 manat dəyərində 07 ədəd - 01 litr həcmində, “ЦаРскaя Чарка” markalı 02 ədəd, 0,7 ml həcmində, “Golden Snow” markalı 01 ədəd, 01 litr həcmində, “ЦаРскaя Золотая” markalı 02 ədəd araqları, 0,7 litr həcmində, “Martini” markalı 01 ədəd spirtli içkini, 0,7 litr həcmində, “Jack Daniels” markalı 01 ədəd spirtli içkini, Azərbaycan Respublikasında istehsal edilmiş hər biri 50 manat dəyərində olmaqla ümumilikdə 100 manat dəyərində - 0,7 litr həcmində, “Xan premium” markalı 01 ədəd araq və 0,7 litr həcmində, “Xan” markalı 01 ədəd konyakı, birinci mərtəbədəki otaqdan isə qaraqırmızı rəngli, üzərində “Turkey, Water proof, 360 Wheels, ultra hafif, Güvenlik kilidi, Ultra dayanıqlı” sözləri yazılmış, 340 manat dəyərində 01 ədəd çamadanı gizli olaraq qəsdən talamış və Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdar hesab edilən 7802 (yeddi min səkkiz yüz iki) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamanın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakının gizli talanmasına görə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində, xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və onlar, həmin maddələr ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 Şamaxı Rayon Məhkəməsinin 03.06.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasınа məhkum edilmişdir. İşdə olan Sumqayıt Şəhər Probasiya Şöbəsinin məhkəməyə təqdim edilmiş rəsmi arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) ay 23 (iyirmi üç) gününü çəkmişdir. Onun tərəfindən 01 (bir) il 07 (yeddi) ay 07 (yeddi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmişdir. Təqsirləndirilən şəxs2 hazırkı cinayəti ona Şamaxı Rayon Məhkəməsinin 03.06.2020-ci il tarixli hökmü ilə təyin edilmiş qeyd edilən cəzalar qanuni qüvəyə minmədiyi dövrdə törətdiyi üçün hazırda ona cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs2 cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini və zərərçəkmiş şəxslə barışıq əldə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, təkrar azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177..2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzasının əvvəli onun Zaqatala Rayon Məhkəməsinin 13.11.2020-ci il tarixli qərarına əsasən tutulduğu gündən 06 dekabr 2020-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs2 20 aprel 2020-ci il tarixdən 22 aprel 2020-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün, nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Şamaxı Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli hökmü ilə ona əsas cəza kimi qəti olaraq təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının onun tərəfindən çəkilməmiş olan 01 (bir) il 07 (yeddi) ay 07 (yeddi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilən cəzaya azadlığın məhdudlaşdırılması cəzası qismən birləşdirilməklə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki gününün azadlıqdan məhrumetmə növündə cəzanın bir gününə hesablanmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. İş materiallarından görünür ki, Şəki Rayon Məhkəməsinin 7(075)-57/2018 nömrəli 30 yanvar 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Pentensiar Müəssisəndə cəza çəkən Təqsirləndirilən şəxs1 Zaqatala Rayon Məhkəməsinin 13 may 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il azadlıqdan məhrumetmə cəzasının müddəti 2 il həddinə endirilmişdir. O, cəzadan azad edildikdən sonra iki il keçdikdən sonra hazırki cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Buna görə də, Azərbaycan Respublikası CM-in 18-ci maddəsinə əsasən bu hal residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177..2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzasının əvvəli onun tutulduğu gündən 29 sentyabr 2020-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. İş üzrə 50 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə Zaqatala Rayon Polis Şöbəsinin saxlama yerində saxlanılan - hadisə yerinə baxış zamanı götürülmüş əl barmaq izi nümunələrinin Zaqatala RPŞ-nin saxlama yerinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə Zaqatala Rayon Polis Şöbəsinin saxlama yerində saxlanılan maddi sübut vintaçan hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə digər maddi sübutlar S.Kazımov küçəsi ev 45 ünvanında yerləşən Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı evə baxış keçirilən zaman götürülmüş Zərərçəkmiş şəxs məxsus bir ədəd üzərində “Golden snow” yazısı olan boş vəziyyətdə araq şüşəsi, bir ədəd gümüşü rəngli üzərində “Xan” yazısı olan 0,7 litr ölçüdə boş vəziyyətdə araq şüşəsi, bir ədəd qara-qırmızı rəngli çamadan, bir ədəd ağ rəngli çamadan, bir ədəd tünd zoğalı rəngli üzərində “Prada” yazısı olan gödəkçə, bir ədəd iç hissəsində “Camp David” Denim, garments proved” yazısı olan cins şalvar, bir ədəd 1 litr ölçüdə üzərində **********469 nömrəsi qeyd edilmiş “ЦаРскaя Золотая” markalı araq, bir ədəd 1 litr ölçüdə üzərində **********929 nömrəsi qeyd edilmiş “ЦаРскaя Чарка” markalı araq, bir dəst üzərində “Tac” Ranforce yazısı olan, həmçinin 8 **********5 seriya nömrəsi olan yataq dəsti örtüyü, bir paket 12 ədəd olmaqla üzərində “Fairy” platinium” yazısı olan yuyucu vasitə, bir paket üzərində 5 **********72 nömrəsi qeyd edilmiş “Finish Powerball 110 tabs” yazısı olan yuyucu vasitə, bir dəst 6 ədəd olmaqla üzərində “Aysen” yazısı olan əl dəsmalları, iki ədəd yastıq üzlüyü, dəst şəkilində iki ədəd olan üzərində “Türkiz” yazısı və “Gardenya havlu seti 50x90” yazısı olan əl dəsmalları, Şahid1 təqdim etdiyi iki ədəd 0,7 litr ölçüdə üzərlərində **********462 nömrələri qeyd edilmiş “Царскaя село” yazısı olan araqlar, Şahid6 təqdim etdiyi iki ədəd televizorlar-bir ədəd “Samsung” markalı arxa hissəsində UE55NU7090U model yazısı olan televizor, bir ədəd “Samsung” markalı UE43RU714U model yazısı olan televizor, Təqsirləndirilən şəxs2 könüllü olaraq təqdim etdiyi bir ədəd “Redmond”markalı üzərində “powerful for your hear beauty” yazısı yazılmış qara-qırmızı rəngli fen, bir ədəd “Braun” markalı üzərində model BR-998 “Germany” yazısı yazılmış qara rəngli saç ütü feni, bir ədəd üzərində “Şikel” yazısı olan narıncı rəngli əl üz dəsmalı, bir ədəd “İtuma” yazısı olan narıncı rəngli əl üz dəsmalı, bir ədəd üzərində “Özdilek” yazısı olan hamam dəsmalı, bir dəst iç hissəsində “Gucci” yazısı yazılmış qara rəngli qadın ev geyimi, Təqsirləndirilən şəxs1 könüllü olaraq təqdim etdiyi bir ədəd “Canary” yazısı olan ağ rəngli, üzərində güllü naxışlar olan dəsmal, bir ədəd “Şikel” yazısı olan ağ rəngli əl üz dəsmalı, bir ədəd üzərində “Özdilek” yazısı olan boz-ağ-qəhvəyi rəngli zolaqları olan əl üz dəsmalı, bir dəst iç hissəsində “Night Star” yazısı olan, made in Turkey qeyd edilmiş qırmızı rəngli qadın ev geyiminin zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şamaxı Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli hökmü ilə ona əsas cəza kimi qəti olaraq təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının onun tərəfindən çəkilməmiş olan 01 (bir) il 07 (yeddi) ay 07 (yeddi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilən cəzaya qismən birləşdirilməklə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki gününün azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir gün hesabı ilə hesablanmaqla, cəmi 09 (doqquz) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1, 66.2 və 66.5-ci maddələrinə əsasən qəti cəza müddətinə hesablanmaqla və həmin hökmlə təyin edilmiş cəza hazırki hökmlə təyin edilən cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs2 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 20 aprel 2020-ci il tarixdən 22 aprel 2020-ci il tarixədək tutulub saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 2 (iki) gün həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli tutulduğu tarixdən, yəni 06 dekabr 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasınа məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli tutulduğu tarixdən, yəni 29 sentyabr 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq məhkəmə ekspertiza mərkəzinə (X4, Kod : 210005; VÖEN **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; VÖEN **********; hesab № AZ34CTRE********************) ödənilsin. İş üzrə Zaqatala Rayon Polis Şöbəsinin saxlama yerində saxlanılan maddi sübut hadisə yerinə baxış zamanı götürülmüş əl barmaq izi nümunələrinin Zaqatala RPŞ-nin saxlama yerinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə Zaqatala Rayon Polis Şöbəsinin saxlama yerində vintaçan hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin İş üzrə digər maddi sübutlar S.Kazımov küçəsi ev 45 ünvanında yerləşən Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı evə baxış keçirilən zaman götürülmüş Zərərçəkmiş şəxs məxsus bir ədəd üzərində “Golden snow” yazısı olan boş vəziyyətdə araq şüşəsi, bir ədəd gümüşü rəngli üzərində “Xan” yazısı olan 0,7 litr ölçüdə boş vəziyyətdə araq şüşəsi, bir ədəd qara-qırmızı rəngli çamadan, bir ədəd ağ rəngli çamadan, bir ədəd tünd zoğalı rəngli üzərində “Prada” yazısı olan gödəkçə, bir ədəd iç hissəsində “Camp David” Denim, garments proved” yazısı olan cins şalvar, bir ədəd 1 litr ölçüdə üzərində **********469 nömrəsi qeyd edilmiş “ЦаРскaя Золотая” markalı araq, bir ədəd 1 litr ölçüdə üzərində **********929 nömrəsi qeyd edilmiş “ЦаРскaя Чарка” markalı araq, bir dəst üzərində “Tac” Ranforce yazısı olan, həmçinin 8 **********5 seriya nömrəsi olan yataq dəsti örtüyü, bir paket 12 ədəd olmaqla üzərində “Fairy” platinium” yazısı olan yuyucu vasitə, bir paket üzərində 5 **********72 nömrəsi qeyd edilmiş “Finish Powerball 110 tabs” yazısı olan yuyucu vasitə, bir dəst 6 ədəd olmaqla üzərində “Aysen” yazısı olan əl dəsmalları, iki ədəd yastıq üzlüyü, dəst şəkilində iki ədəd olan üzərində “Türkiz” yazısı və “Gardenya havlu seti 50x90” yazısı olan əl dəsmalları, Şahid1 təqdim etdiyi iki ədəd 0,7 litr ölçüdə üzərlərində **********462 nömrələri qeyd edilmiş “ЦаРскaя село” yazısı olan araqlar, Şahid6 təqdim etdiyi iki ədəd televizorlar-bir ədəd “Samsung” markalı arxa hissəsində UE55NU7090U model yazısı olan televizor, bir ədəd “Samsung” markalı UE43RU714U model yazısı olan televizor, Təqsirləndirilən şəxs2 könüllü olaraq təqdim etdiyi bir ədəd “Redmond”markalı üzərində “powerful for your hear beauty” yazısı yazılmış qara-qırmızı rəngli fen, bir ədəd “Braun” markalı üzərində model BR-998 “Germany” yazısı yazılmış qara rəngli saç ütü feni, bir ədəd üzərində “Şikel” yazısı olan narıncı rəngli əl üz dəsmalı, bir ədəd “İtuma” yazısı olan narıncı rəngli əl üz dəsmalı, bir ədəd üzərində “Özdilek” yazısı olan hamam dəsmalı, bir dəst iç hissəsində “Gucci” yazısı yazılmış qara rəngli qadın ev geyimi, Təqsirləndirilən şəxs1 könüllü olaraq təqdim etdiyi bir ədəd “Canary” yazısı olan ağ rəngli, üzərində güllü naxışlar olan dəsmal, bir ədəd “Şikel” yazısı olan ağ rəngli əl üz dəsmalı, bir ədəd üzərində “Özdilek” yazısı olan boz-ağ-qəhvəyi rəngli zolaqları olan əl üz dəsmalı, bir dəst iç hissəsində “Night Star” yazısı olan, made in Turkey qeyd edilmiş qırmızı rəngli qadın ev geyiminin zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə geri qaytarılması nəzərə alınsın. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan (təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar