Məhkəmə qərarları › İş №1(033)-6/2023

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-6/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-6/2023 05.04.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə israfil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Müdafiəçi – Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Zaqatala rayonu, Üçüncü Tala kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(071)-20/2023 saylı qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 05 aprel 2023-cü il tarixdə saat 15:00da açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 21:30 radələrində Zaqatala rayon Üçüncü Tala kəndində taksi kimi əyləşdiyi, Zərərçəkmiş şəxs1 məxsus, Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes-Benz C 220” minik markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda qabaq oturacaqların aralıq hissəsində yerləşən başqa saxlanc yeri hesab edilən qoltuqaltının üst qapağını açıb qanunsuz daxil olmaqla qoltuqaltıda sonuncuya məxsus pul qabının içərisindən 2000 (iki min) manat pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 2000 (iki min) manat maddi ziyan vurmaqla qəsdən oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli olaraq talama məqsədilə 18 iyul 2022-ci il tarixdə saat 08:00 radələrində sərnişin kimi Bakı-Zaqatala marşurutu üzrə Zaqatala şəhəri F.Əmirov küçəsində hərəkətdə olan Şahid1 idarə etdiyi Mercedes-Benz-0403 markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtobusun salonunda olduğu zaman salonda arxa oturacaqda yatan Zərərçəkmiş şəxs2 cibindən içərisində 940 (doqquz yüz qırx) manat pul olan pul qabını çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 940 (doqquz yüz qırx) manat maddi ziyan vurmaqla qəsdən oğurluq cinayət əməlini etmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı elan olunmuş ittihamda tam təqsirli bilərək gəstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əvvəldən tanımamış, qohum deyil, ədavəti yoxdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 21:30 radələrində Zaqatala şəhər meydan adlanan yerdə Novruzun idarə etdiyi «Mercedes» markalı taksi maşınına oturmuş və onu yaşadığı Üçüncü Tala kəndinə evlərinə aparmasını bildirmiş, Novruz onu Üçündü Tala kəndinə evinə aparmasının müqabilində yeddi manat pul almışdır. Zaqatala şəhərindən Üçüncü Tala kəndinə burulan yerdə avtomobildə qabaq oturacaqlar arasında olan qoltuqaltını xəlvəti açmış, lakin sürücü bilməmiş, Novruz avtomobili idarə etdiyinə görə ona fikir verməmişdir. Əlini qoltuqaltına salanda pul kisəsi olduğunu bilmiş, səssizcə həmin pul kisəsini götürmüş, xəlvəti əynində olan gödəkçənin cibinə qoymuşdur. Evlərinin yanına çatanda Novruza yeddi manat pul verib maşından düşüb çıxıb getmişdir. Həmin günü pul qabına baxmamış, səhəri günü 21 may 2022-ci il tarixdə səhər saat 08:00 radələrində yuxudan oyanmış və xx.xx.2022-ci il tarixdə gecə Novruza məxsus avtomobildən oğurladığı pul qabını açıb baxanda içərisində 2000 (iki min) manat pul olduğunu bilmiş, oğurladığı pul kisəsində 20 ədəd yüz manatlıq pul əskinasları və müxtəlitf sənədlər olduğunu görmüşdür. Həmin pul qabının içərisində olan puldan 800 (səkkiz yüz) manatını yaşadığı Üçüncü Tala kəndində olan mağazalara olan borclarını ödəmiş, özü üçün xərcləmiş, oğurladığı puldan 1200 (bir min iki yüz) manat pul qalmışdır. Həmin günü saat 14:00 radələrində Novruz onun işlədiyi Dədə Qorqud parkana yanına gəlmiş, o, Zaqatala şəhər Dədə Qorqud parkında «popkorn» satırdır. Novruz ondan pul qabını oğurlayıb-oğurlamadığını soruşmuş, Novruzu aldadıb pul qabını oğurlamadığını bildirmiş, saat 15:00 radələrində Novruza zəng edib yanına çağırmış, Novruz onun yanına gəldikdə ondan üzr istəmiş və pul qabını oğurladığını demişdir. Pul qabını içərisində olan səndlərlə birlikdə Novruza qaytarmış, oğurladığı puldan üzərində qalan 1000 (bir min) manat pulu Novruza qaytarmış, qalan pulu qaytaracağına söz vermiş, həmin günü evə gedəndə oğurladığı puldan üstündə saxladığıı 200 manat puldan 150 (yüz əlli) manat pulu atası Şahid5 Rəsul oğluna vermiş, lakin atası həmin pulun oğurluq olduğunu bilməmiş, elə bilmişdir ki, işləyib qazanmışdır. 23 may 2022-ci il tarixdə özünə məxsus olan mobil telefonu satmış və həmin günü 100 (yüz) manat pulu Novruza qaytarmış, qalan 900 (doqquz yüz) manat pulu Novruza qaytara bilməmiş, işləyib tamamilə ödəyəcəyinə söz vermişdir. 18 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus içərisində 940 (doqquz yüz qırx) manat pul olan pulqabını oğurlamağı ilə əlaqədar olaraq bildirmişdir ki, 18 iyul 2022ci il tarixdə Bakı şəhərindən Zaqatala rayonuna avtobusla gəlmiş, avtobusda ən axırıncı oturacaqda yatmış, avtobus Balakən rayonuna gedib geri qayıdıb Zaqatalaya çatanda onu avtobusun işçiləri oyadıb avtobus Zaqatalaya çatdığını bildirmiş və düşmısini demişlər. O, arxa oturacaqdan oyanıb qabaq qapı tərəfə gələndə ondan iki oturacaq qabaqda yatılı vəziyyətdə olan Muradın yatdığı oturacağın ayaqaltısına pul kisəsi düşdüyünü görüb həmin pul kisəsini götürüb cibinə qoymuş, saat təxminən 09:15 radələrində Zaqatala şəhərində bayraq meydanında avtobusdan yerə düşmüş, Zaqatala şəhər Meydan adlanan yerə getmiş, pul kisəsini açıb baxanda pul kisəsinin içərisində 340 (üç yüz qırx) manat pul və həmin puldan başqa Muradın şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, bir-iki ədəd plastik kartlar və bir ədəd kovid 19 pasportu olmuşdur. Saat təxminən 11:00 radələrində Murad ona telefonla zəng etmiş və Zaqatala şəhər Heydər Əliyev parkında olan çayxanaların birində oturub çay içmişlər. Murad ondan pul qabını götürüb götürmədiyini soruşanda pul qabını götürdüyünü bildirmiş, sonra pul qabından götürdüyü 100 (bir yüz) manat pulu Murada vermiş və Murada qalan pulu da gətirəcəyini bildirmişdir. Sonra Murad çıxıb getmiş, təxminən yarım saat sonra saat 12:00 radələrində o, avtovağzala getmiş və orada Muradla görüşmüş, Muradın yanında avtobus sürücüsü Ceyhun və başqa tanımadığı avtobus sürücüləri olmuş, Muradla görüşmüş və orada 200 (iki yüz) manat pulu və içərisində olan səndələrlə birlikdə pul qabını Murada vermişdir. Zərərçəkmiş şəxs1 məxsus pul qadında olan sənədləri oğurlamaq niyyəti olmamış, məqsədi pul oğurlamaq olmuşdur. Pul qabını oğurladıqdan sonra bilmişdir ki, sənədlər də var, sənədləri pul qabı ilə birlikdə Novruzun özünə qaytarmışdır. Zərərçəkmiş şəxs2 məxsus pul qadında olan sənədləri oğurlamaq niyyəti olmamış, məqsədi pul oğurlamaq olmuşdur. Pul qabını oğurladıqdan sonra bilmişdir ki, sənədlər də var, sənədləri pul qabı ilə birlikdə Muradın özünə qaytarmışdır. Muradın cibindən pul qabını oğurlamadığını, pul qabı Muradın yatdığı oturacağın yanında yerə düşdüyünü, oradan götürüb cibinə qoyduğunu, pul qabında 940 manat deyil, 340 manat pul olduğunu, həmin pulun 300 manatını sənədlərlə birlikdə Muradın özünə qaytardığını bildirmişdir. Zərərçəkmiş şəxs1 dəymiş zərər olan 900 manat puldan 150 manatını ödənmişdir. Əməlindən peşman olmuşdur. Əməlindən peşman olmasını nəzərə alaraq ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, qohum deyil, ədavəti yoxdur. Özünə məxsus olan «Mercedes-benz C 220» minik markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobillə ailəsini dolandırmaq məqsədi ilə Zaqatala şəhərində yerləşən «Kuryer» taksi sirkətində taksi sürücüsü işləyir. 20 may 2022-ci il tarixdə saat təxminən 21:30 radələrində mobil telefonuna şirkətin tətbiqi ilə Zaqatala rayonu Üçüncü Tala kəndinə müştəri olması barədə məlumat gəlmiş, həmin məlumatı qəbul edib müştərini, yəni sonradan adı ona Rasul kimi məlum olan şəxsi Zaqatala şəhəri H.Əliyev prospektindən götürmüş, gediş haqqının 7 manat olması barədə həmin müştəriyə məlumat vermiş, Təqsirləndirilən şəxs gediş haqqının qiyməti ilə razılaşmış və avtomobilin sağ qabaq sərnişin oturacağında əyləşmişdir. Ona məxsus olan, içərisində 2000 (iki min) manat pul, «Mercedes-benz C220» markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin BD138144 nömrəli qeydiyyat şəhadətnaməsi, AF 203481 nömrəli sürücülük vəsiqəsi, AA ******* nömrəli şəxsiyyət vəsiqəsi olan pul qabı avtomobilin qabaq oturacaqlarının arasında olan saxlanc yerində olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı, Zaqatala rayonu Üçüncü Tala kəndində yerləşən evinin qarşısında düşürmüş, Təqsirləndirilən şəxs avtomobildən düşüb 7 manat taksi pulunu verib çıxıb getmiş, sonra o, Zaqatala şəhərinə qayıtmış və yaşadığı evə getmişdir. 21 may 2022-ci il tarixdə saat 09:30 radələrində özünə məxsus avtomobilin saxlanc yerindən pul qabını götürmək istədikdə pul qabı orada olmadığını bilmiş, Təqsirləndirilən şəxs avtomobilə mindirməmişdən bir qədər əvvəll pul qabını ora qoyduğunu və sonuncu müştəri avtomobildə Təqsirləndirilən şəxs olduğundan ondan şübhələnmiş və Təqsirləndirilən şəxs Zaqatala şəhəri H.Əliyev prospektində yerləşən Dədə Qorqud parkında işləməsini öyrənib onun yanına getmişdir. Təqsirləndirilən şəxs onun uzaqdan yaxınlaşdığını görüb qaçıb orada yerləşən mağazaya getmiş, onun ardınca gedib pul qabını soruşmuş, Təqsirləndirilən şəxs and icməyə başlamış və özünü itirdikdə əmin omuşdur ki, pul qabı ondadır. Təqsirləndirilən şəxs boyuna almadıqda gedib şikayət edəcəyini bildirmiş, həmin vaxt Rasul pul qabını oğurladığını bildirmiş, qaytarıb verəcəyənə söz vermiş və şikayət etməməsini xahiş etmişdir. Həmin günü saat 15 radələrində Rasul ona zəng edərək şəhər ərazisində görüşmüş və pul qabını ona verərək pul qabının içərisində olan oğurladığı pulun bir hissəsini xərclədiyini, ondan şikayət etməməsini və xərclədiyi pulu qısa müddət ərzində qaytaracağını demiş, pul qabını açaraq onun yanında saymış, sənədləri yerində olduğunu, lakin 2000 manat pulun 1000 (bir min) manatı olmadığını, Təqsirləndirilən şəxs yazığı gəldiyi üçün 1000 manat pulunu qısa müddət ərzində qaytarmasını və ondan şikayət etməyəcəyimi demiş, 23 may 2022-ci il tarixdə səhər saatlarında Rasul ona zəng edərək şəhər ərazisində görüşmüş və 100 manat pul vermiş, 900 manatı isə yaxın günlərdə qaytaracağını demiş, lakin oğurladığı pulu qaytarmadığı üçün 08 iyul 2022-ci il tarixdə Zaqatala RPŞ-nə gələrək ərizə ilə müraciət etmişdir. İş məhkəməyə daxil olduqdan sonra Təqsirləndirilən şəxs atası 900 manat maddi ziyandan 150 manatını ödəmiş, lakin 750 manatı isə hələdə ödəməmişdir. Həmin pul anasının müalicəsi üçün yığlıqları pul idi. Ona dəymiş zərər olaraq 750 manat pulu tələb edir. Şikayətçidir, onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, qohum deyil, ədavəti yoxdur. O, Zaqatala rayon avtovağzalında Zaqatala – Bakı avtobusunda nəzarətçi işləyir. Onun vəzifəsinə biletlərin pullarını yığmaq, sərnişinləri yerləşdirmək daxildir. Rasul avtobusda onlarla birlikdə bir neçə dəfə Bakı şəhərinə gedib-gələndə onu tanımışdır. Aralarında olan söhbət əsnasında Rəsul özünü ona qazi kimi təqdim etdərək, Bakı şəhərinə Müdafiyə Nazirliyinə dəvət olunduğunu bildirmişdir. Onun yaxın qohumu da qazi olduğunu, lakin onun qohumunun çağırılmadığını Rəsula bildirsə də sonuncu ona heç bir cavab verə bilməmişdir. O, Rəsulun danışığından şübhələnmişdir. O, Bakiya gedib gələndə onlarla xoş münasibət yaratmışdır və aralarında səmimiyyət yaranmışdır. Qazi olduğu üçün ona hörmətlə yanaşırdı. xx.xx.2022-ci il tarixdə səhər saat təxminən 06:00 radələrində Bakıdan Zaqatalaya sərnişin daşıyan həmin avtobusla Zaqatalaya qayıdan zaman yorğun olduğuna görə Qax pavliyonda avtobusda arxa oturacaqdan bir cərgə qabaqda yatmış, o yatanda Rasul ən arxa cərgədə yatdığını görmüş və onu oyatmadan ondan bir sıra qabaqdakı oturacaqda yatmışdır. O, yatan zaman avtobusda orta qapıdan qabaqda, qabaq oturacaqlarda təxminən 15 nəfər Zaqatala və Balakəndə düşən sərnişinlər qalmışdır. xx.xx.2022-ci il tarixdə səhər saat 07 radələrində sərnişinləri Balakən rayonuna düşürtdükdən sonra avtobus Zaqatala avtovoğzalına qaydan zaman Katex postunu keçəndən sonra Qazangül qəsəbə məktəbinin yanında avtobusda işləyən Coşqun, Rasulu oyatmış, sonra qabağa keçmişdir. Avtobus Zaqatala şəhəri Bayraq meydanına çatanda bayraq meydanına çatmağa təxminən 200 metr qalmış saat təxminən 07:30 radələrində Rasul arxadan gəlib avtobusdan düşüb çıxıb getmişdir. Həmin anda Rasul onun yatılı vəziyyətdə olmağından istifadə edib yarı hissəsi cibindən kənara çıxan pul qabını içərisində olan 940 manat nağd pul, bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd sürücülük vəsiqəsi, iki ədəd plastik kart və bir ədəd “Covid-19” vəsiqəsini oğurlamışdır. Rasulu oyatdığını və Rasul gəlib avtobusdan yerə düşməsini ona sonradan Coşqun demiş, bilmişdir ki, pulunu Rasul oğurlamışdır. Çünki o yatanda ondan arxada Rasuldan başqa heç kim olmamışdır. Rasul avtobusda yer yazdırmaq üçün zəng etdiyinə, Rasulun nömrəsi yaddaş dəftərində qaldığına görə Rasula zəng edib həmin günü saat 13 radələrində Heydər Əliyev parkında görüşmuş, çayxanada oturmuşlar. Rasul ilə görüşəndə Ceyhun və tanışı Rüstəm də onunla birlikdə olmuş, Rasul ona pul qabını oğurladığını bildirmiş, əvvəlcə Rasul ona 100 manat vermiş, daha sonra Rasul cibindən pul qabını çıxardıb ona vermiş, pul qabına baxdıqda puldan başqa sənədləri, yəni, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, iki ədəd ona məxsus təzə və köhnə pensiya kartları və kovid-19 pasportu pul qabının içərisində olmuş, Rəsuldan qalan 840 manatı soruşduqda Rasul pul qabında 560 manat pul olduğunu, o Rasula pul qabında 560 manat deyil 940 manat pul olduğunu bildirmiş, Rəsul onu aldadıb 200 manat dəyərində aptekdən dərman və 250 manat dəyərində mobil telefon aldığını bildirmişdir. O, Rasuldan pulun qalan hissəini istəmiş, Rasul saat 18 radələrinə kimi qalan pulu çatdıracağını bildirmiş, sonra o, Ceyhun və Rüstəm oradan çıxıb getmişlər. Həmin günü saat 18:30 radələrində Rasul zəng edərək ondan yerini soruşub avtovoğzala gəlmiş, Rasul özü ilə 150 manat pul gətirib ona vermiş və üzərində başqa pul olmadığını bildirmişdir. Rəsula qalan puluda gətirib verməsini demiş, Rəsul ona biraz gözləməsini pulu gətirəcəklərini bildirmişdir. O, avtovoğzalın çayxanasına getmiş, Rasul avtobusun digər sürücüsü İlkinin yanında qalmış və orada avtovoğzalda işləyən 2-3 nəfər şəxs olmuş, kimlər olduğu yadında qalmamışdır. Təxəminən 10 dəqiqə sonra Rasulun yanına getdikdə orada olan adı yadında qalmayan şəxslərdən biri bildirmişdir ki, Rasul sanitar qovşaqda paltarlarını soyunub üzərində pul olmadığını göstərmişdir. O, əsəbləşərək Rəsulun üstünə qışqırmış, qalan pullar harada olduğunu soruşmuş Rasul cibindən 26 manat pul çıxardıb ona vermiş, o, bir manat pulu Rasula qaytarıb 25 manatı götürmüş, demişdir ki bir manatı götür taksiyə verib gedərsən. Rasul onun cibindən oğurladığı 940 (doqquz yüz qırx) manat puldan 275 (iki yüzs yetmiş beş) manat pulu ona qaytarmış, qalan 665 (altı yüz altmış beş) manat pulu isə qaytarmamışdır. Daha sonra o, ifadəsində göstərmişdir ki, Rasulun yalan danışdığını bilmış, onun qazi olmadığını öyrənmişdir. Rasul pulunu pul qabı ilə birlikdə onun cibindən çıxardıb oğurlamışdır. Hazırda o, şikayətçidir. Ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir. Odur ki, cəza təyin edilərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə prosesində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayından 12 sentyabr 2022-ci il tarixədək, Zaqatala mərkəzi avtovağzalında sahibkarlıq fəaliyyəti ilə məşğul olan Bəxtiyar adlı şəxsin Zaqatala-Bakı marşurutu üzrə hərəkətdə olan sərnişin daşıma avtobusunda sərnişinlərə şirə paylamaq və avtobusun təmizliyi ilə məşğul olmaq işində işləmişdir. Həmin vaxt Bəxtiyar adlı şəxsə məxsus avtobusu Ceyhun idarə etmiş, Murad avtobusda bələdçilik etmiş, yəni sərnişinlərdən gediş haqqı pulunu yığmışdır. Təqsirləndirilən şəxs tanıyır, qohum deyil, ədavəti yoxdur. Rasul bir neçə dəfə işlədiyi avtobusla Bakı şəhərinə və geri Zaqatala rayonuna getmişdir. 2022-ci ilin iyul ayında dəqiq tarixi yadında olmayan vaxtı saat 23:30 radələrində avtobusla Bakı şəhərindən Zaqatala rayonuna çıxmışlar. Avtobusu Ceyhun idarə etmiş, Rasul əvvəlcə orta oturacaqlarda oturmuş, sərnişinlər düşəndən sonra lap arxa oturacaqda uzanıb yatmış, Rasuldan qabaqki oturacaqda Murad yatmışdır. Avtobus saat təxminən 05:30 radələrində Zaqatala şəhərinə çatmış, Balakən rayonundan olan sərnişinləri düşürmək üçün avtobus Zaqataladan Balakən rayonuna getmiş, geri Zaqatala rayonuna qayıdanda lap arxa oturacaqda bir nəfər yatıb qaldığını görüb, həmin şəxsin Rasul olduğunu bilmiş, Zaqatala rayon Qazangül qəsəbə məktəbinin yanına çatanda Rasulu gedib oyatmış və avtobusda qabağa sürücünün yanına gəlmiş, Zaqatala şəhərinə çatanda saat 08:15 radələrində bayraq meydanında Rasul avtobusdan yerə düşüb çıxıb getmiş, avtobus Zaqatala şəhərinin çıxışında olan avtovağzala getmiş, Murad yatılı olmuş, avtovağzalda Muradı oyatmış, maaşını istəmiş, Murad cibinə baxıb pul kisəsi olmadığını bilmiş, maşını axtarıb tapa bilməmişlər. Murad demişdir ki, pul kisəsini Rasul oğurlamışdır. Sonra çıxıb evə getmiş, həmin günü saat 17:00 radələrində avtovağzala getmiş, avtovağzalda Murad, Rasul və İlkin oturub söhbət etdiklərini görmüş, onlara salam verib çıxıb gedib öz işlərilə məşğul olmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Rasul yalan danışır, Rasulu oyatmağa gedəndə və oyadıb geri qayıdanda yerdə pul kisəsi görməmiş, Rasul Muradın cibindən pul kisəsini yatılı vəziyyətdə oğurlamışdır. Məhkəmə prosesində şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul ayında dəqiq tarixi yadında olmayan vaxtı günorta saatlarında avtovağzalın çayxanasına çay içməyə getmiş, həmin günü istirahətdə olmuşdur. Çayxanadan çöldə oturmuş, həmin vaxt çayxanada tanıdığı Murad sonradan adını bildiyi Rasul adlı şəxslə pul üstündə mübahisə etdiklərini görmüş, Muraddan nə baş verməsini soruşanda Murad ona demişdir ki, avtobusda pul kisəsində olan pulunu yatan yerdə Rasul cibindən oğurlamışdır. Sonra onları orada qoyub çıxıb öz işlərinin arxasınca getmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Murad Rasulun pulunu avtobusda oğurlayanda avtobusu Ceyhun idarə etmişdir. Onun idarə etdiyi avtobus tam başqadır. Ceyhun və o eyni sahibkarın, yəni Bəxtiyar Bilalovun avtobuslarını idarə edirlər. Lakin başqa-başqa avtobuslardır, qarşı-qarşıya işləyirlər. Murad onun idarə etdiyi avtobusda işləmir, onun idarə etdiyi avtobusla heç bir əlaqəsi yoxdur. Muradın pulu oğurlanan günü o, istirahətdə olmuşdur. Məhkəmə prosesində şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 tanıyır, qohum deyil, ədavəti yoxdur. Təqsirləndirilən şəxs tanımır, qohum deyil, ədavəti yoxdur. 2013-cü ildən Zaqatala avtovağzalında Yusif adlı sahibkarın Bakı-Zaqatala marşurutu üzrə işləyən avtobusunda X1 işlədiyi avtobusda köməkçisi işləyir. Zərərçəkmiş şəxs2 isə Bəxtiyar adlı sahibkarın avtobusunda sürücü köməkçisi işləyir. Dəqiq tarixi yadında olmayan vaxtı 2022-ci ilin iyul ayında Muradgil Ceyhunun idarə etdiyi Zaqatala-Bakı marşurutu üzrə işləyən avtobusla Bakıdan Zaqatalaya çıxıb səhər saat 06:00-da Zaqatalaya çatıb oradan Balakəndə olan sərnişinləri düşürəndən sonra saat 07:00 radələrində Zaqatala avtovağzalına çatmışlar. Murad demişdir ki, yatılı olanla avtobusda cibindən pul qabı ilə birlikdə pulunu oğurlamışlar. Neçə manat oğurlanması yadında deyil. Murada «yanındakılar oğurlamış olacaq» demiş, təxminən 2-3 saat keçmiş Murad gəlib pulunu oğurlayan şəxsi tapdığını, sərnişin oğurladığını, həmin şəxslə görüşməyə getdiyini, bildirmiş və onları meydana maşınla aparmasını xahiş etmişdir. O, Ceyhunu və Muradı özünə məxsus olan Vaz 2109 markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobillə aparıb parkda həmin şəxsin yanında düşürtmüş, sonra avtovağzala qayıtmış, oradan çıxıb evə getmiş, bundan sonra orada nə baş verdiyini bilməmişdir. X16 birlikdə Üçüncü Tala kəndinə gedəndə onların yanında olmuş, axşamtərəfi getmişlər, lakin Rasul orada Muradı aldadıb qaçıb getmişdir. Bundan sonra onların aramsında nə baş verməsini bilmir. Məhkəmə prosesində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Zaqatala avtovağzalında xadimə işləyir. Zərərçəkmiş şəxs2 onun oğludur. Muradın yatılı vəziyyətdə cibindən pul qabı ilə birlikdə pulunun oğurlanması ərəfəsində Murad avtovağzalda Ceyhunun idarə etdiyi avtobusda bələdçi işləmişdir. Təqsirləndirilən şəxs tanımır, qohum deyil, ədavəti yoxdur. Dəqiq tarixi yadında olmayan vaxtı 2022-ci ilin iyul ayında Murad Ceyhunun idarə etdiyi Zaqatala-Bakı marşurutu üzrə işləyən avtobusla Bakıdan Zaqatalaya çıxıb səhər Zaqatalya çatmış, avtobusla Balakəndə olan sərnişinləri düşürüb Zaqatalaya qayıtmışlar. Muradda epilepsiya xəstəliyi sudurğa olduğuna görə dərman içəndə bərk yatır. O, hər dəfə Muradı oyadıb onun dərmanlarını verir. Ona görə saat 09:40-da avtovağzalda Muradı avtobusda oyatmış, Murad oyananda cibindən pul kisəsi ilə birllikdə pulunu oğurlandığını bilmiş, Murad avtorbusu axtarmış, pulunu tapmamış, daha sonra Murad ona pulunu oğurlayanı tapdığını demiş, Murad həmin şəxslə zəngləşib görüşmüş, bundan sonra aralarında nə baş verdiyini bilməmiş, bildiyinə görə Muradın təxminən 900 manatdan çox pulu oğurlanmışdır. Sonradan Murad ona demişdir ki, pulun bir hissəsini oğurlayan şəxs qaytarıb lakin çox hissəsini qaytarmamışdır. Murad sonra polis şöbəsinə ərizə ilə müraciət etmiş, Muradın pulunu oğurlayan şəxsi tanımadığını, onu görmədiyini bildirmişdir. İş materiallarında olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 12 avqust 2022-ci il tarixli qərardan görünür ki, X10 tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “cinayət işinin icraata qəbul edilməsi barədə” 11 oktyabr 2022ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə olan 22041033 nömrəli cinayət işi Zaqatala RPŞ-nin İB-nin müstəntiqi, polis polkovnik-leytenantı İlqar Əliyev icraatına qəbul edilmişdir. İş materiallarında olan “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2022ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrindən CM-in 177.2.2, 177.2.3, və 177.2.5-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş lakin istintaqdan gizləndiyindən ona xx.xx.2022ci il tarix saat 17:00-da qeyd edilən maddələrlə ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, ittiham elan edilməsi üçün tutularaq Zaqatala RPŞ-nin MSY-yə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan “cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim edilənə kimi cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Zaqatala rayonu ərazisində tutularaq xx.xx.2022-ci il tarixdə saat 18:50 radələrində Zaqatala RPŞ-yə gətirilmiş və MSY-ə təhvil verilmişdir. İş materiallarında olan “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilərək istintaqının davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan Zaqatala RPŞ-dən daxil olan xx.xx.2023-cü il tarixli ********* nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə o, xx.xx.2022-ci il tarixdə saat 20:20-də MSY-dən azad edilmişdir. İş materiallarında olan “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Zaqatala RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus sonuncunun idarə etdiyi «Mercedes-benz C220» markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq oturacağında sərnişin kimi əyləşmiş, qabaq oturacaqlarının aralıq hissəsində olan qoltuqaltının üst qapağını açaraq Zərərçəkmiş şəxs1 iradəsindən kənar və onun iradəsi ziddinə qanunsuz daxil olub Zərərçəkmiş şəxs1 məxsus pul qabında olan 2000 (iki min) manat pulu avtomobilin qoltuqaltısından avtomobil Zaqatala rayonu Üçüncü Tala kəndi ərazisində hərəkətdə olanda ələ keçirməklə oğurluq cinayət əməlini etmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs etdiyi əməldən peşiman olduğunu, Zərərçəkmiş şəxs1 oğurladığı 2000 manat puldan 1100 manat qaytardığını, qalan 900 manat pulu isə tezliklə işləyib ödəyəcəyini bildirmişdir. İş materiallarında olan İfadənin yerində yoxlanılması barədə xx.xx.2022-ci il tarixli tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2022-ci il tarixdə saat 08:00 radələrində sərnişin kimi Bakı-Zaqatala marşurutu üzrə hərəkətdə olan Şahid1 idarə etdiyi Mercedes-Benz-0403 markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtobus Balakən rayonunda olan sərnişinləri düşürüb geri Zaqatala rayonuna qayıdarkən avtobus Zaqatala şəhəri F.Əmirov küçəsində hərəkətdə olduğu zaman avtobusun salonunda arxa oturacaqda yatan Zərərçəkmiş şəxs2 cibindən içərisində 940 (doqquz yüz qırx) manat pul olan pul qabını çıxarmaqla gizli olaraq talayıb ələ keçirərək oğurluq cinayət əməlini etmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs etdiyi əməldən peşiman olduğunu, Zərərçəkmiş şəxs2 oğurladığı 940 manat puldan 275 manat pulu qaytardığını, qalan 665 manat pulu isə tezliklə işləyib ödəyəcəyini bildirmişdir. İş materiallarında olan Zaqatala rayon X11 Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli, 1063 nömrəli məktubundan görünür ki, Musayev X8 rayon X2 şöbəsinin psixatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Zaqatala RİHB-nin Üçüncü Tala KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 595 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən nümayəndəliyin Üçüncü Tala kənd sakinidir. İş materiallarında olan Zaqatala RİHB-nin Üçüncü Tala KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 596 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi: özü- Təqsirləndirilən şəxs, atası- Şahid5, analığı- X5, qardaşı- X3, bacısı- X4 ibarətdir. İş materiallarında olan Zaqatala RİHB-nin Üçüncü Tala KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 797 nömrəli xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(071)-20/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(033)- 6/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilərək axtarış elan olunmuşdur. İş materiallarında olan Zaqatala RPŞ-dən daxil olan xx.xx.2023-cü il tarixli 3-13- 118/2-2741/2023 nömrəli məktubdan görünür ki, Musayev X6 Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilindiyi üçün barəsində xx.xx.2023-cü il tarixdə 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında verdiyi ifadəsi və digər iş materialları ilə təsdiq olunur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Ədalətli məhkəmə araşdırması hüquqi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı qismən ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hal müəyyən etmədi. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını əsaslandırarkən xüsusilə qeyd edir ki, təqsirləndirilən şəxs Musayev X8 Rayon Məhkəməsinin icraatında 1(033)-6/2023 saylı cinayət işinin olmasına baxmayaraq özü üçün nəticə çıxartmayaraq o, öz cinayətkar əməllərini davam etdirərək yenidən Hacıqabul Rayon ərazisində xx.xx.2023-cü il tarixdə oğurluq cinayəti törətmişdir və nəticədə Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(071)-20/2023 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə prosesində özünü təqsirli hesab edərək törətdiyi əməldən peşmançılıq hissi keçirdiyini söyləsə də o, islah olunmamışdır və bunu məsuliyyətdən yayınmaq üçün seçdiyi üsul kimi etmişdir. Məhkəmə hesab edir ki, ona həbslə əlaqədar olmayan cəza təyin olunduğu təqdirdə o, öz cinayətkar əməllərini davam etdirərək yenidən oğurluq cinayətləri törədəcəkdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi oğurluqlar nəticəsində vurduğu ziyanı tam ödəməməsini nəzərə alaraq hesab edir ki, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulan həddində azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(071)-20/2023 saylı qərarı ilə “həbs” qətimkan tədbiri seçildiyindən Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(033)-6/2023 saylı axtarış qərarı ləğv edilməli, onun cəzasının çəkməsinin əvvəli Zaqatala Rayon Məhkəməsinin icraatında olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hökm elan olunduğu vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 noyabr 2022-ci il tarixdə saat 18:50-dən 30 noyabr 2022-ci il tarixə saat 20:20-dək həbsdə saxlandığı müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla, 2 (iki) gün həmin cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə eytiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün – ümumi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Zərərçəkmiş şəxs2 vurulmuş 665 (altı yüz altmış beş) manat və digər Zərərçəkmiş şəxs1 vurulmuş 750 (yeddi yüz əlli) manat maddi ziyanın tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 381-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 29 noyabr 2022-ci il tarixdə saat 18:50-dən 30 noyabr 2022-ci il tarixə saat 20:20-ə qədər həbsdə saxlandığı 02 (iki) gün müddət ona təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının çəkilməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(033)-6/2023 saylı axtarış qərarı ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(071)-20/2023 saylı qərarı ilə “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs2 vurulmuş 665 (altı yüz altmış beş) manat və digər Zərərçəkmiş şəxs1 vurulmuş 750 (yeddi yüz əlli) manat maddi ziyanın tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar