Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-6/2024 05.02.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6 katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, tutulanadək ünvan 4-də yerləşən Xətai rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatda olmaqla, Abşeron rayonu, Məmmədli qəsəbəsi, Bağlar yaşayış massivi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X7 həbsdə saxlanılan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 05 fevral 2024-cü il tarixdə saat 10:00-da Bakı şəhəri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penetensiar Xidmətin Müalicə Müəssisəsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi və tamah niyyəti ilə Abşeron və X1 okeonoloq vəzifəsinə düzəldəcəyi barədə Zərərçəkmiş şəxs1 yalan vədlər verib aldadaraq, 16 avqust 2020-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndində 1150 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 1150 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi və tamah niyyəti ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinə xilasedici işinə düzəldəcəyi barədə Zərərçəkmiş şəxs2 yalan vədlər verib aldadaraq, 2021-ci ilin fevral ayının sonlarında Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən “Elçin” şadlıq sarayının yaxınlığındakı Bakı şəhəri 10 saylı Natariat ofisinin qarşısında 3500 manat, həmin ilin may ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Nərimanov” metrostansiyasının yaxınlığındakı parkda sonuncunun atası Şahid1 vasitəsilə göndərdiyi 1500 manat və 2021-ci ilin may ayının ortalarında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində Univermaq adlanan yerdə yerləşən “AL” marketin yanında qardaşı Şahid4 vasitəsilə göndərdiyi 100 manat pulunu hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs2 xeyli miqdarda, yəni 5100 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, tanışı X13 və Şahid5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi və tamah niyyəti ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində sürücü işinə düzəldəcəyi barədə Zərərçəkmiş şəxs3 yalan vədlər verib aldadaraq, 16 dekabr 2020-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Ağ Saray” şadlıq evinin yaxınlığında 500 manat, həmin gün Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən “Favorit” marketin yaxınlığında 350 manat, 29 mart 2021-ci il tarixdə, saat 14 radələrində sonuncunun yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən evdə 250 manat, 2021-ci ilin aprel ayının əvvəllərində saat 15 radələrində həmin ərazidə yerləşən poçt şöbəsindən göndərdiyi 90 manat, 09 aprel 2021-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Təbiət” adlı restoranda 500 manat, 08 may 2021-ci il tarixdə 50 manat, 10 may 2021-ci il tarixdə 100 manat, 15 may 2021-ci il tarixdə 100 manat, 22 may 2021-ci il tarixdə 100 manat olmaqla ünvan 3 ünvanında yerləşən marketdəki “eManat” ödəmə aparatı vasitəsilə ona məxsus, “Kapital Bank”-a aid 6768-6771-7549-0352 nömrəli plastik kart hesabına göndərilməsinə nail olub, hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 2040 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi və tamah niyyəti ilə Şahid3 xidmət etdiyi Azərbaycan Respublikası DİN-in X16 rayonunda yerləşən hərbi hissəsindən Azərbaycan Respublikası DİN-in X33 xidməti yerdəyişmə etdirəcəyi ilə bağlı sonuncunun atası Zərərçəkmiş şəxs4 yalan vədlər verib aldadaraq, 09 dekabr 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “Pəncərə” kafesində sonuncudan 3300 manat, Şahid3 Zaqatala rayonundan mobil tətbiq vasitəsilə ona məxsus, “Kapital Bank”-a aid 6768-6771-7549-0352 nömrəli plastik kart hesabına 13 dekabr 2022-ci il tarixdə 1000 manat, 20 dekabr 2022-ci il tarixdə 2020 və 202 manat göndərilməsinə nail olub, həmin tarixlərdə Abşeron rayon, Məmmədli kəndi, Məmmədli yolunda yerləşən “Araz” supermarketdəki “Kapital Bank”-a aid bankomat vasitəsilə çıxarmaqla hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs4 ümumilikdə xeyli miqdarda, yəni 6522 manat məbləğində ziyan vurub təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 həmin pulu işə düzəltmək üçün yox, borc kimi almış və ondan aldığı pulu geri qaytarmışdır. Zərərçəkmiş şəxs2 5000 manat pulu onu işə düzəltmək üçün almış lakin 100 manat pulu avtomobili yolda qaldığı üçün borc kimi almışdır. Həmin pulu Orxana vermək üçün almış lakin insintaqda soruşulmadığı üçün onun nömrəsini verməmişdir. Zərərçəkmiş şəxs3 aldığı pulun 500 manatını həyat yoldaşı, geri qalan 250 manatı isə qohumları ödəmişdir. Zərərçəkmiş şəxs4 pulu onu polisə yerdəyişmə etmək üçün almışdır. Aldığı pulları heç kimə verməmiş və öz şəxsi ehtiyaclarına xərcləmişdir. Törətdiyi əməllərdən peşmandır. Ona müalicə olunması və aldığı pulları geri qaytarması üçün vaxt verilməsini istəmişdir. Xəstəliyini nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla ədavət və düşmənçiliyi olmamışdır. Natiq taksi fəaliyyəti göstərmiş, Natiqin avtomobili ilə sərnişin qismində Abşeron rayonu, Məmmədli qəsəbəsinə gedərkən Natiqlə tanış olmuş, söhbət zamanı Natiq onu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyin Xüsusi Risqli Xilasetmə idarəsinə xilasedici işinə düzəldə biləcəyini, bunun üçün ona 7000 manat pul verməli olduğunu bildirmiş, Natiqlə razılaşmış, atası Bəhlulla birlikdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən “Elçin” şadlıq sarayının yaxınlığındakı notariat ofisinin qarşısına gedib orada Natiqlə görüşmüş və orada atası Bəhlulun yanında Natiqə ilkin olaraq 3500 manat pul vermiş, daha sonra atası Bəhlul Natiqlə görüşüb ona 1500 manat pul vermişdir. Daha sonra Natiqə şəxsi ehtiyacı üçün 100 manat pul da vermişdir. Bu hadisələrdən sonra Natiqi tanıyan özünü polkovnik kimi tanıtan bir şəxs onlarla telefon vasitəsi ilə əlaqə saxlamış və 1500 manat ona verməli olduqlarını bildirmişdir. Onlar isə həmin şəxsə pul verməmişdirlər. Həmin pulu Natiqə vermiş, bununla da Natiq və həmin şəxs arasında ədavət yaranmış, həmin şəxs Natiqin onları aldatdığını bildirmişdir. Natiq ona ümumi 5100 manat ziyan vurmuşdur. O, Natiqdən şikayyətçidir, cəzalanmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, 2020-ci ilin may ayından 2021-ci ilin mart ayınadək Bakı şəhəri, Nərimanov ərazisində yerləşən “Vestprodukt” marketinq şirkətində sürücü işləmiş, Şahid5 onun idarə etdiyi avtomobillə Bakı şəhəri ərazisində yerləşən müxtəlif mağazalara aparılan malların həmin mağazalara təhvil verilməsində fəhlə kimi köməklik edirdi. Onlar birlikdə işlədiklərinə görə Samirlə aralarında yaxşı münasibətlər yaranmışdır. Söhbət zamanı Samir ona demişdir ki, Emin Quliyev adlı tanışı var, onu işə düzəldə bilər. Daha sonra onu Eminlə tanış etmiş, Emin onu İqtisadiyyat Nazirliyində sürücü işinə düzəldəcəyini bildirmiş, bundan ötrü lazım olan 850 manat pulun, 500 manatını indi, 350 manatını isə daha sonra vermək şərti ilə razılaşmışlar. Samirlə birlikdə Biləcəri qəsəbəsində yerləşən “Ağ Saray” adlı şadlıq sarayının yaxınlığına getmiş və Samirin yanında həmin şəxsə 500 manat pul vermiş, qalan 350 manat pulu isə Samirlə birlikdə Binəqədi rayonunda yerləşən “Favorit” marketin yaxınlığına gedib orada atası Fətəli ilə görüşmüş və ondan aldığı 350 manat pulu atasının yanında Samirə vermişdir. Samir həmin 350 manat pulu Eminə çatdıracağını bildirmişdir. Özünü Emin kimi təqdim etmiş İmanverdi ona lazımı sənədlərin siyahısını yazdırmış, toplayıb ona verməli olduğunu bildirmişdir. Sənədlər də düzəltməyə xeyli xərci çıxmışdır. Həmçinin İqtisadiyyat Nazirliyində sürücü kimi işə qəbul olunmağı üçün işdən çıxmalı, işsiz olmalı olduğunu demişlər, 2021-ci il martın əvvəllərində öz ərizəsi ilə işlədiyi “Vestprodukt” marketinq şirkətindən işdən çıxmışdır. Təxmini 1 ay sonra Samir ona demişdir ki, İqtisadiyyat Nazirliyində işləyən hansısa vəzifəli şəxsə təcili olaraq şəxsiyyət və sürücülük vəsiqələrini, həmçinin əlavə olaraq 250 manat pul vermək lazımdır. O, Samirə inandığına görə etiraz etməmiş, həmin günü Samirə 250 manat pul, özünə məxsus şəxsiyyət və sürücülük vəsiqələrinin kserosurətlərini vermişdir. Həmçinin nömrəsini almış və bu nömrəyə mesaj gələcəyini bildirmişdir. O, özünü Emin Quliyev kimi təqdim edən, lakin əsl adı İmanverdi olan şəxs ilə əlaqə saxladıqda İmanverdi sənədlərin artıq verildiyini, işlərin davam etdirilməsində dostu Təqsirləndirilən şəxs ona köməklik edəcəyini bildirmiş, həmçinin, Natiqə əlavə olaraq 500 manat pul vermək lazım olduğunu demiş, əlavə olaraq şəxsiyyət vəsiqəsi məlumatlarını da almışdır. O, etiraz etməmiş və “Təbiət” restoranda Natiqlə görüşüb ona 500 manat pul vermiş, söhbət zamanı Natiq Ramazan bayramına kimi işə başlayacağını bildirmişdir. Daha sonra Natiq onun adına avtomobil təhkim olunması üçün 200 manat pul verməsini istəmiş, daha sonra əlavə olaraq 50 manat pul lazım olduğunu bildirmiş, Natiqlə razılaşmış, həmin məbləğləri Natiqə göndərmişdir. Sonradan ona məlum olmuşdur ki, Şahid5, Təqsirləndirilən şəxs və özünü Emin Quliyev kimi təqdim edən İmamverdi adlı şəxs qabaqcadan əlbir olaraq ona məxsus ümumilikdə 2040 manat pulunu dələduzluqla ələ keçirmişlər. Samir tutulan zaman ona vurulmuş zərərin bir hissəsini ödəmiş, həmçinin xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən də 500 (beş yüz) manat pulu ona ödənilmişdir. Cinayət işinin məhkəmənin icraatında olduğu müddət ərzində Təqsirləndirilən şəxs qohumları tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənildiyi üçün ona qarşı heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır və aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 2004-cü ildən hazırkı dövrə qədər tikinti şirkəti olan "xxxx" MMC-də qaz qaynaqçısı işləyir. Oğlu Şahid3 2020-ci ilin mart ayından 2023-cü ilin mart ayınadək olan müddət ərzində Azərbaycan Respublikası DİN-in X16 rayonunda yerləşən hərbi hissəsində müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçusu kimi xidmət etmişdir. 2022-ci ilin dekabr ayının əvvəllərində oğlu Şahid3 ona zəng edərək mobil telefon nömrəsini verərək bir nəfərlə danışmağını istəmişdir. Təqsirləndirilən şəxs zəng edərək onunla danışmış, Natiqlə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “Pəncərə” kafesində görüşüb söhbət etmişlər. Natiq onun oğlunu X33 köçürülməsi üçün 15000 manat pul lazım olduğunu bildirmişdir. O, Natiqə 15000 (on beş min) manat pulunun olmadığını, bunun üçün ona 10000 (on min) manat pul verə biləcəyini, həmin pulu da ona hissə-hissə verəcəyini demiş, Natiq onunla razılaşmışdır. Həmin vaxt üstündə 3300 manat pul olmuş, Natiqə 3300 manatı pul vermişdir. O isə oğlu Toğrulun xidmət yerini rahatlıqla DİN-in X33 dəyişdirə biləcəyini demişdir. Daha sonra Natiq müxtəlif proseduralar üçün ona tez bir zamanda pul verməli olduğunu bildirmişdir. Onlar daha sonra Natiqə ümumilikdə 6700 manat pul vermişdirlər. Natiq bir neçə gün ərzində işlərinin düzələcəyini bildirmiş, lakin daha sonra oğlu Toğrul ona bildirmişdir ki, Natiqlə əlaqə saxlamasına baxmayaraq ona zəng çatmır. O da əlaqə saxlamağa çalışmış, mesaj yazmış lakin Natiqlə əlaqə saxlamaq mümkün olmamışdır. Bundan sonra oğlu Toğrul DİN-nə hadisə barədə bildirmiş və Natiqdən şikayət etmişdir. Bildirmişdir ki, onlara dəymiş ziyan ödənməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, qohum deyil, ədavəti yoxdur, qonşu olmuşlar. 2014-cü ildən 2020-ci ilədək X29 Hidrometerologiya xidmətində okeonoloq vəzifəsində işləmiş, 2020-ci ildə tutduğu vəzifə ixtisara düşdüyünə görə həmin işdən azad edilmiş, həmin ərəfədə Natiq onu həmin işə qaytaracağına söz vermiş və bu adla aldadıb 16 avqust 2020-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndində yerləşən 147 nömrəli marşrut üzrə hərəkət edən avtobus qarajının qarşısında 1150 (bir min yüz əlli) manat pulunu alıb ələ keçirmişdir. Natiqə pulu verəndə tək olmuş, yanılarında heç kim olmamışdır. Natiq üç aya onu həmin işə bərpa etdirəcəyini bildirmiş, üç aydan sonra hiss etmişdir ki, Natiq onu aldadır. Natiqə işinin düzəlib düzəlmədiyini demiş, Natiq bu gün, sabah düzələcək deyərək onu aldatmışdır. Dəfələrlə ona zəng etsə də telefonu açmamış, yaxud ona zəng çatmamış, bundan sonra Natiq onu aldadıb pulunu ələ keçirdiyinə görə Abşeron rayon polis şöəbsinə ərizə ilə müraciət etmiş, Təqsirləndirilən şəxs onu aldadaraq 1150 (bir min yüz əlli) manat pulunu ələ keçirib maddi ziyan vurmuş, pulunu qaytarmamışdır. Natiq ondan aldığı 1150 (bir min yüz əlli) manat pulunu tamamilə geri qaytarmasını Təqsirləndirilən şəxs tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Onun barəsində şikayətçidir. Qnunvericiliklə müəyyən edilmiş qaydada iştirakı olmadan qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Abdı oğlu məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o Zərərçəkmiş şəxs2 atasıdır. Təqsirləndirilən şəxs oğlu X20 Nazirliyinin Xüsusi Riskli Xilasetmə İdarəsinə xilasedici kimi işə düzəltməyini vəd verab aldatmış, ümumilikdə 7000 manata razılaşmışlar. İşi düzələcəyi halda o Natiqə 1000 manat əlavə verəcəyini bildirmişdir. Natiq onlardan 2021-ci ilin fevral ayının sonlarında Bakı şəhəri Suraxanı rayonu restoranın yaxınlığında notariat ofisinin qarşısında 3500 (üç min beş yüz) manat, daha sonra Bakı şəhərində Nərimanov metro stansiyasının qarşısında 1500 (bir min beş yüz) manat, bundan təxminən bir həftə sonra 100 manat olmaqla ümumilikdə 5100 (beş min bir yüz) manat pul almış, onları aldadaraq maddi ziyan vurmuşdur. Nərimanov Rayon Polis İdarəsinə özü şikayət etmişdir. Daha sonra oğlu da şikayət etmişdir. Həmin pullar oğlu Hüseynə məxsusdur. Onlara vurulmuş ziyan ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 zərərçəkmiş şəxs qismində dindirilmiş qardaşı Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə verərərk sonuncunun ifadəsində göstərilənləri təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 zərərçəkmiş şəxs qismində dindirilmiş oğlu Zərərçəkmiş şəxs3 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərilənləri təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 doğma əmisi oğludur. 2021-ci ilin fevral ayının axırlarında Hüseynlə söhbət zamanı Hüseyn ona bildirmişdir ki, Natiq adlı şəxs var, onu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyin Xüsusi Risqli Xilasetmə idarəsinə xilasedici işinə düzəldir, bunun üçün Natiqǝ 7000 manat pul vermək lazımdır. Hüseyn Natiqə verməsi üçün ondan 1700 manat pulu borc kimi almış, sonradan Hüseyndən eşitmişdir ki, Natiq onu aldadaraq hissə-hissə olmaqla ümumilikdə 5100 manat pulunu ələ keçirmiş və vədinə əməl etməyərək onu işə düşəltməmişdir. X9 tanımır, onunla heç bir münasibəti yoxdur, ona har hansi bir məqsədlə heç bir məbləğdə pul verməmiş, Natiq tərəfindən ona maddi ziyan vurulmamışdır. Təqsirləndirilən şəxs da heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 zərərçəkmiş şəxs qismində dindirilmiş atası Zərərçəkmiş şəxs4 ilə eyniməzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərilənləri təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X21 tərəfindən qəbul edilmiş 06 iyun 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, qərarn təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və cinayət işi icraata qəbul edilərək istintaqının aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 06 iyun 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərəçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş 07 iyun 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş 07 iyun 2023-cü il tarixli “cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi icraatda olan həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə biləsdirilmiş və ibtidai istintaqın ********* statistik nömrəsi ilə aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X21 tərəfindən qəbul edilmiş 14 iyun 2022-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materiallar üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmış və cinayət işinin icraata qəbul edilərək istintaqının aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 16 iyun 2022-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərəçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş 17 iyun 2022-ci il tarixli “əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmişdir. İş materiallarına əlavə edilmiş 17 iyun 2022-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş 17 iyun 2022-cü il tarixli “cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi icraatda olan həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmiş və ibtidai istintaqın ********* statistik nömrəsi ilə aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X17 tərəfindən qəbul edilmiş 01 noyabr 2021-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlər nəzərə alınaraq, fakta görə Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilib ibtidai istintaqının aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 23 noyabr 2021-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərəçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş 01 dekabr 2021-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs və ya şəxslər müəyyən edilmədiyindən dayandırılmışdır. İş materiallarına əlavə edilmiş 23 dekabr 2021-ci il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarına əlavə edilmiş 28 dekabr 2021-ci il tarixli “məcburi gətirmə barədə” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, xx xxxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 4, inzibati bina, Xətai RPİ-də qediyyatda olan Təqsirləndirilən şəxs məcburi qaydada Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 28 dekabr 2021-ci il tarixli “məcburi gətirmə barədə” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, xx xxxx 1993-cü ildə Şəmkir rayonu, Qapanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Şəmkir rayonu, Qapanlı ərazi dairəsi, Qapanlı kəndində qeydiyyatda olan Şahid5 məcburi qaydada Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 01 yanvar 2022-ci il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.1-ci maddəsinə tövsif edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2022-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə “Cinayət Məcəlləsində Dəyişikliklər edilməsi barədə” xx.xx.2016-ci il tarixli qanunu tətbiq edilərək CM-nin 178.3.2-cü maddəsinə əsasən 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-ci il tarixli qərarı ilə Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ləğv edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə təyin olunmuş 09 il azadlıqdan məhrum etmə cəzası dəyişdirilmədən saxlanımışdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nə dəyişikliklər edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanununa əsasən əməl CM-nin 178.3.2-ci maddəsindən CM-nin 178.2.2-ci və 178.2.4-cü maddəsinə tövsif olunaraq cəzasını çəkib qurtardığı nəzərə alınaraq xx.xx.2017-ci il tarixdə azad olmuşdur. İş materiallarına əlavə edilmiş 20 yanvar 2022-ci il tarixli “şübhəli şəxsin tutulması və barəsində axtarışın elan edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə şübhəli şəxs- xx xxxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 4, inzibati bina, Xətai RPİdə qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutulduqda Sabunçu rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 20 yanvar 2022-ci il tarixli “şübhəli şəxsin tutulması və barəsində axtarışın elan edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə şübhəli şəxs- xx xxxx 1993-cü ildə Şəmkir rayonu, Qapanlı ərazi dairəsi, Qapanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Şəmkir rayonu, Qapanlı ərazi dairəsi, Qapanlı kəndində qeydiyyatda olan Şahid5 barəsində axtarış elan edilmiş və tutulduqda Sabunçu rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 20 yanvar 2022-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Şahid5, xx.xx.2022-ci il tarixdə Rusiya Fedarasiyasından qayıdarkən saat 18:45 radələrində Azərbaycan Beynəlxaq hava limanında saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən təhvil alınaraq aidiyyəti üzrə Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 26 fevral 2022-ci il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarına əlavə edilmiş 28 fevral 2022-ci il tarixli “tutulmuş şübhəli şəxsin azad edilməsi və şübhəli şəxs kimi iştirakına xitam verilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, ********* nömrəli cinayət işi üzrə xx xxxx 1993-cü ildə Şəmkir rayonu, Qapanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Şəmkir rayonu, Qapanlı ərazi dairəsi, Qapanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Motadrom ev 27-də yaşayan Şahid5 saxlanıldığı Sabunçu RPİ-nin MYS-dən azad edilməsi və iş üzrə şübhəli şəxs kimi statusuna xitam verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 28 fevral 2022-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ***-**** nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs, xx.xx.2022-ci il tarixdə Naxçıvan MR-nın Sədərək keçid məntəqəsində saxlanılmışdır. İş materiallarına əlavə edilmiş 21 may 2022-ci il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarına əlavə edilmiş 23 may 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş 23 may 2022-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, iş üzrə təqsirləndirilən şəxs- xx xxxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 52-də yerləşən Xətai rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, bina 20, mənzil 26-da yaşayan Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 23 may 2022-ci il tarixli protokoldan görünür ki, X14 təqdim etdiyi pul əskinasları 5 ədəd müxtəlif seriyalı 100 manatlıq əskinaslardan ibarət olmaqla cəmi 500 (beş yüz) manat təşkil edir və təqdim etdilmiş 500 (beş yüz) manat pul ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyanın bir hissəsi olaraq təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş 23 may 2022-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs rəsmi nikahla arvadı X14 iş üzrə Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyandan bir hissəsinin ödənilməsi məqsədi ilə sonuncuya verilməsi üçün istintaqa təqdim etdiyi 500 (beş yüz) manat pul Zərərçəkmiş şəxs3 23 may 2022-ci il tarixdə saat 16:10-da təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 17 iyun 2022-ci il tarixli “əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarına əlavə edilmiş 17 iyun 2022-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamın dəyişdirilərək və əlavə edilərək, ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş 20 iyun 2022-ci il tarixli “cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi icraatda olan həmin Məcəllənin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmiş və ibtidai istintaqının ********* statistik nömrəsi ilə aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Abşeron Rayon Polis Şöbəsinin İstintaq idarəsinin müstəntiqi, polis polkovnik-leytenantı X15 tərəfindən qəbul edilmiş 26 yanvar 2022-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materiallar üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqının aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 10 fevral 2022-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, həmin iş üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş 23 fevral 2022-ci il tarixli “məcburi qaydada gətirmə haqqında” qərardan görünür ki, xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işsiz, evli, əvvəllər məhkum olmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Xətai rayonu, Sadıcan küçəsi 52, inzibati bina (Xətai RPİ) daimi qeydiyyatda olan, Abşeron rayonu, Məmmədli qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs istintaq zərurəti ilə əlaqədar polis vasitəsi ilə məcburi qaydada Abşeron RPİ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 01 mart 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqınada” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona nəzrədə tutulan ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 01 mart 2022-ci il tarixli “ittihamın elan edilməsi üçün şəxsin tutulması haqqında axtarışın elan edilməsi barədə” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən-xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, ali təhsilli, evli, Dövlətçiliyə Milli Dəstək mərkəzidə baş mütəxəssis işləyən, Bakı şəhəri, Xətai rayonu, Sadıcan küçəsi 52, inzibati bina (Xətai RPİ) daimi qeydiyyatda olan, Abşeron rayonu, Məmmədli qəsəbəsində fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ittiham elan edilməsi üçün haqqında axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş 01 mart 2022-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində gstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs istintaqdan gizləndiyindən cinayət prosessində iştirakı müvəqqəti mümkün olmadığıdan dayandırılmışdır. İş materiallarına əlavə edilmiş 14 iyun 2022-ci il tarixli “cinayət işinin təzələnməsi və icraata qəbul olunması haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul olunaraq ibtidai istintaqının aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 16 iyun 2022-ci il tarixli “cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi, ********* saylı cinayət işinə birləşdirilib davam etdirilməsi üçün ərazi aidiyyəti üzrə Sabunçu Rayon Polis idarəsinin istintaq şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X21 tərəfindən qəbul edilmiş 20 iyun 2022-ci il tarixli “cinayət işinin icraata qəbul edilməsi barədə” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqının aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 04 iyul 2022-ci il tarixli “təqsirləndirilən şəxsin tutulması və barəsində axratışın elan edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, xx xxxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 52-də yerləşən Xətai rayon Polis idarəsinin inzibati binasında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, bina 20, mənzil 26-da yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutulduqda Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 04 iyul 2022-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikası CM-nin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələrində ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim edilənədək dayandırılmışdır. İş materiallarına əlavə edilmiş 12 aprel 2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 16:40-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Ayxan” marketin qarşısında saxlanılaraq 15-ci PB- yə gətirilmişdir. İş materiallarına əlavə edilmiş 12 aprel 2023-cü il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi haqqında ” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələrində ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarına əlavə edilmiş 12 aprel 2023-cü il tarixli “qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsi tutulması barədə” protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğu üçün 12 aprel 2023-cü il tarixdə saat 18:30-da tutlmuşdur. İş materiallarına əlavə edilmiş 13 aprel 2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilərək və əlavə edilərək, ona həmin maddələrlə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli 4(008)-295/2023 saylı qərarından olan çıxarışdan görünür ki, vəsatət qismən təmin olunaraq, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs xx xxxxxx 1974-cü il tarixdə Bakı şəhərində, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Xətai rayonu, Sadıqjan küçəsi ev 52-də qeydiyyatda olan, Abşeron rayonu, Məmmədli qəsəbəsi, Bağlar Yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli «12» aprel 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş 07 iyun 2023-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamın dəyişdirilərək və əlavə edilərək, ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Sabunçu Rayon Məhkməsinin 09 iyun 2023-cü il tarixli 4(008)-458/2023 saylı qərarından çıxarışdan görünür ki, vəsatət təmin olunaraq ********* saylı cinayət işi üzrə - xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 4 ünvanında yerləşən Xətai Rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatda olmaqla, Abşeron rayonu, Məmmədli qəsəbəsi, Bağlar yaşayış massivi, nömrəsiz evdə yaşamış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 (iki) ay uzadılmışdır. İş materiallarına əlavə edilmiş 13 iyun 2023-cü il tarixli “cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün ərazi aidiyyəti üzrə Zaqatala rayon Polis Şbəsinə göndərilməsindən ötrü Bakı şəhəri, Sabunçu rayon prokurorluğuna gönərilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis polkovnik-leytenantı X28 oğlu tərəfindən qəbul edilmiş 08 iyul 2023-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli 5(033)-32/2023 saylı qərarından görünür ki, vəsatət qismən təmin edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı İstintaq Təcridxanasında saxlanılan Zaqatala Rayon Polis X12 istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs barəsində zəruri istintaq hərəkətlərinin həyata keçirilməsi məqsədi ilə o, 05 (beş) gün müddətinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı X2 rayon polis şöbəsinin MSY-nə keçirilmiş, vəsatət qalan hissədə rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli 4(033)-21/2023 saylı qərarından görünür ki, vəsatət təmin edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs – xx xxxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 52-də yerləşən Xətai rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatda olmaqla, tutulanadək Abşeron rayonu, Məmmədli qəsəbəsi, Bağlar yaşayış massivi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 25 (iyirmi beş) gün, yəni 12 avqust 2023- cü il tarixdən 06 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 4(107)-75/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş şikayət təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 4(033)-22/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi X24 tərəfindən verilmiş vəsatət təmin edilməmiş, Azərbaycan Respublikası Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz edilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-17/6/2-8807/2023 saylı məktubdan görünür ki, xx.xx.1968-ci il təvəllüdlü məhkum X11 hazırda Bakı şəhəri, sabunçu rayonu, Zabrat-2 qəsəbəsi ərazisində yerləşən Bakı istintaq təcridxanasında saxlanılır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 02 sentyabr 2023-cü il tarixli 4(033)-25/2023 saylı qərarından görünür ki, vəsatət təmin edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs – xx xxxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 52-də yerləşən Xətai rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatda olmaqla, tutulanadək Abşeron rayonu, Məmmədli qəsəbəsi, Bağlar yaşayış massivi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay, yəni 06 sentyabr 2023-cü il tarixdən 06 noyabr 2023-cü il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş 04 sentyabr 2023 “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində dindirmə zamanı təqdim etdiyi, Təqsirləndirilən şəxs ilə telefon danışıqlarını və WhatsApp sosial şəbəkəsində səs yazışmalarıın və mətn yazışmalarının mətnini özündə əks etdirən 1(bir) ədəd diskə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, diskdə 9 mətn yazısı fallları, 2 ədəd faylda Təqsirləndirilən şəxs məxsus fotoşəkil, 18 ədəd səs yazısı faylları, 3 ədəd səs yazışmalarının videoçəkiliş faylları, 13 ədəd cavab məktubları faylları vardır. Həmin 9 ədəd mətn yazışmalarının məzmunuda, 18 ədəd səs yazışmalarnda və 2 ədəd Təqsirləndirilən şəxs məxsus fotoşəkillərdən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 aldadıb onu Fövqailidə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə İdarəsinə xilasedici kimi işə düzəltməyi vəd verib 3500 manat bir, 1500 manat bir, 100 manat bir olmaqla ümumilikdə 5100 (beş min bir yüz) manat pul alması, sonradan onları aldatdığını bildirdikdə aldığı pulu geri qaytaracağına söz verməsi öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxs2 və Şahid1 bildirmişlər ki, 18 ədəd səs yazısı fayllarında olan danışıqlar Təqsirləndirilən şəxs ilə aralarında olan danışıqlarıdır. 2 ədəd Təqsirləndirilən şəxs məxsus fotoşəkilləri qardaşı Şahid4 100 manat pulu Təqsirləndirilən şəxs verərkən çəkdiyi fotoşəkillərdir. Baxış keçirilərkən mətn yazışmalarının və fotoşəklin surətləri çıxarılaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 09 il azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2017-ci tarixli qərarı ilə Azərbaycan Respublıkası CM-nə dəyişikliklər edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanuna əsasən əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif olunaraq cəzasının çəkib qurtardığı nəzərə alınaraq xx.xx.2017-ci il tarixdə azad edilmiş, məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 sentyabr 2013cü il tarixli 1(101)-596/2013 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 20 noyabr 2012-ci il tarixdən hesablamış, həmin cəzanı «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkilməsi hökm edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli, 7(003)-647/2017 nömrəli qərarından görünür ki, təqdimat təmin edilərək məhkum Təqsirləndirilən şəxs barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Qanunu tətbiq edilmiş, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif olunmuş, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək üzərində 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmiş, Təqsirləndirilən şəxs 20 noyabr 2012ci il tarixdən 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarması nəzərə alınaraq cəzadan azad edilmişdir. İş materiallarına əlavə edilmiş 05 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilməklə qərarın surəti təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Abşeron RİHB-nın Məmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2165 nömrəli 02 oktyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs həqiqətən Abşeron rayonu Məmmədli kəndində qeydiyyatsız yaşayır. Təqsirləndirilən şəxs barəsində Məmmədli kənd İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət ərizəsi daxil olmamışdır. İş materiallarına əlavə edilmiş 06 oktyabr 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş xx.xx.2023-cü il tarixli ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, ********* nömrəli cinayət işinin materiallarından Zərərçəkmiş şəxs3 epizodu üzrə X3 və Şahid5 barələrində Azərbaycan Respublikası CM-in 178.2.1 və -ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmış, Zərərçəkmiş şəxs4 epizodu üzrə X3 qeyd olunan cinayətdə iştirakı olmadığına görə həmin epizod üzrə İmanverdi Quliyevin barəsində olan hissəyə xitam verilmiş, Zərərçəkmiş şəxs3 epizodu üzrə Təqsirləndirilən şəxs X3 və Şahid5 əməllərində mütəşəkkil dəstə əlaməti olmadığına görə barələrində Azərbaycan Respublikası CM-in 178.3.1 -ci maddəsi ilə cinayət təqibi başlanması rədd edilmiş, iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, hadisə yerinə baxış protokolu, üzləşdirmə protokolu, ifadələrin yerində yoxlanılması protokolları, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq sənədləri obyektiv olub cinayət işinin materialları ilə uyğunluq təşkil etdiyindən sübut növü kimi qəbul edilmiş və cinayət işinin materiallarına əlavə edilərək şəxsin məhkəmə məsuliyyətinə verilməsi üçün kifayət hesab olunmuşdur. İş materiallarına əlavə edilmiş 06 oktyabr 2023-cü il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Zərərçəkmiş şəxs3 epizodu üzrə X5 və X10 barələrində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə ********* nömrəli inayət işi ayrıca icraata ayrılmış və icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 1(033)-58/2023 saylı 02 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 -ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənildiyi üçün ona arşı heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət X8 xx.xx.2024-cü il tarixli 3-16-17/33/2-4704/2023 saylı məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ƏN TBİ-nin göndərişinə əsasən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Müalicə Müəssisəsinin 18 noyabr 2023-cü il tarixli xx-xx/1352 saylı məktubundan görünür ki, 1974 cü il təvəllüdlü həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə X4 müayinə üçün Müalicə müəssisəsinə köçürülmüşdür. O, kliniki, laborator, instrumental müayinələrdən keçirilmiş, qarın boşluğu orqanlarının ultrasanoqrafiya müayinəsi zamanı sidik törəməsinə xas əlamət izlənilmişdir. Xəstəyə onkoloq tərəfindən baxış keçirilmiş, diaqnozu dəqiqləşdirmək və müalicə taktikasını seçmək üçün Sistoskopiya biopsiyanın götürülməsi ilə müayinəsini məsləhət görmüşdür. Adı qeyd edilən müayinə Müalicə müəssisəsində olmadığı üçün xəstənin mülki sektorda fəaliyyət göstərən klinikalardan birinə çıxarılmasına zərurət yaranmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət X8 xx.xx.2024-cü il tarixli 3-16-17/33/2-138/2024 saylı məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə X18 penitensiar müəssisəsinə gətirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət X8 xx.xx.2024-cü il tarixli 3-16-17/33/2-200/2024 saylı məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ƏN TBİ-nin göndərişinə əsasən Müalicə Müəssisəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Müalicə Müəssisəsinin 24 yanvar 2024-cü il tarixli 3-16-17/36/2-117/2024 saylı məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə X4 Müalicə müəsissəsinə daxil olub, hal-hazırda müalicə olunur və cəza çəkir. Hal-hazırda videokonfrans əlaqə sistemində nasazlıq yarandığı üçün videokonfrans əlaqə sistemindən istifadə edilməsi mümükün deyildir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs sağlamlıq durumu barədə tibbi arayışdan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə müəssisəyə daxil olmuşdur. Daxil olarkən tibb kitabçasındakı qeydlərə əsasən Hipertrioz və Diffuz toksiki Ur diaqnozu ilə qeydiyyata götürülmüşdür. xx.xx.2023- cü il tarixdə Təqsirləndirilən şəxs səhhətində ağırlaşma müşahidə edildiyi üçün Hipertrioz və Diffuz toksiki Ur diaqnozu ilə planlı etapla PX-nin Müalicə müəssisəsinə göndərilmişdir. Məhkəmə prosesi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs müəssisəyə yenidən qaytarılmışdır. MM-də ona Hipertrioz , Diffuz toksiki Ur və Sidik kisəsinin törəməsi, şişi diaqnozu qoyulmuşdur. Həmin diaqnozlar ilə nəzarətə götürülmüş və MM-in təyinatlarının icrasına başlanılmışdır. xx.xx.2024- ci il tarixədək göstərilən tibbi yardımlara və müalicələrə baxmayaraq, onun səhhətində ağırlaşma müşahidə olunmuş və məhkəmə prosesinin vaxtının uzanmasını nəzərə alaraq, xx.xx.2024-cü il tarixdə həbs edilmiş şəxs Təqsirləndirilən şəxs Hipertrioz , Diffuz toksiki Ur və Sidik kisəsinin törəməsi, şişi Diaqnozu ilə PX-nin Müalicə müəssisəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Onun barəsində şikayətçidir. Qnunvericiliklə müəyyən edilmiş qaydada iştirakı olmadan qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda qismən, yəni Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanındığı epizod üzrə 1150 manat pulu işə düzəltmək üçün yox, borc kimi aldığını və daha sonra həmin pulu qaytarmasını, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanındığı epizod üzrə işə düzəltmə adı ilə alınmış 5000 manat pulu Orxana verəcəyini, 100 manat pulu isə avtomobili yolda qaldığı üçün borc kimi aldığını göstərsə də, məhkəmə təqsirləndirilən şəxsin irəli sürdüyü arqumentləri əsassız hesab edir və onun həmin ifadəsini zərəçəkmiş şəxslərin ifadələri və iş materialları ilə təqzib olunduğunu bildirərək özünü müdafiə xarakterli dəlil kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin mübahisələndirdiyi məsələ ilə bağlı irəli sürdüyü dəlilləri əsassız hesab edərkən ilk növbədə təqsirləndirilən şəxsin özünün və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdikləri ifadələrini nəzərə alır. Belə ki, ibtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Rahibə onu işə qayıtmaqda kömək edə bilər, bu məqsədlə Rahibə həmin işə yenidən düzəlmək üçün 2000 (iki min) manat pul lazım olduğunu bildirmiş, Zərərçəkmiş şəxs1 1500 manat pulunun olduğunu bildirmiş və Abşeron rayonu Məmmədli qəsəbəsi ərazisində yaşadığı məhəllədə evin yanında Rahibdən 1150 (bir min yüz əlli) manat pul almış, lakin Rahibin işinə geri qayıtması ilə bağlı heç bir hərəkət etməmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Natiq onu X29 Hidrometerologiya xidmətində okeonoloq vəzifəsinə qaytaracağına söz vermiş və bu adla aldadıb 16 avqust 2020-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndində yerləşən 147 nömrəli marşrut üzrə hərəkət edən avtobus qarajının qarşısında 1150 (bir min yüz əlli) manat pulunu alıb ələ keçirmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödəmədiyini bildirmiş, onun barəsində şikayətçi olduğunu qeyd etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs 1150 manat pulu borc kimi alması barədə ifadəsinin səmimi olmaması qənaətinə gələrək zərərçəkmiş şəxsin ifadəsinin daha real və inandırıcı olması qənaətinə gəlir. Belə ki, Zərərçəkmiş şəxs1 aralarında heç bir ədavət olmayan qonşusu Təqsirləndirilən şəxs barəsində real olmayan ifadə vermək üçün heç bir əsası müəyyən olunmur. Bu sadəcə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün müxtəlif variantlara əl atmasına, hər vəchlə məsuliyyətdən yayınmağa cəhd etməsinə dəlalət edir. Həmçinin məhkəmə istintaqında Təqsirləndirilən şəxs 5000 manat pulu “Orxana” adlı şəxsə vermək üçün aldığını bildirsə də, həmin “şəxs” barəsində ibtidai istintaq dövründə heç bir məlumat verməmiş, izahatlarında həmin “şəxsi” qeyd etməmiş, beləliklə təqsirləndirilən şəxs reallıqda mövcud olmayan “Orxan” adlı şəxs obrazı yaratmaqla məhkəmə prosesini uzatmağa, məsuliyyətdən yayınmağa çalışmışdır. Məhkəmə prosesi vaxtı isə təqsirləndirilən şəxsin öz ehtiyacları üçün 5100 manat pul vəsaitini aldatma yolu ilə aldığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16- cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2021-ci il tarixli Qərarında qeyd olunur ki, təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Eyni cinayətlərin təkrarlığı zamanı, bu cinayətlərə aid olan cinayət əməlləri başa çatmış olduqda və ya cinayətə cəhd təşkil etdikdə, törədilənlərin hamısı Cinayət Məcəlləsinin eyni maddəsi ilə əhatə olunur. Təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman kəsiyi var. Lakin həmin anlayışlar arasında böyük əhəmiyyət kəsb edən fərq ondan ibarətdir ki, davam edən cinayətdə təkrarlıq istisna olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur (məsələn, oğurluq yolu ilə davam edən talama). Eyni növdən olan cinayətlərin təkrarlığı zamanı isə daha sərt cəzanın təyin edilməsini nəzərdə tutan Cinayət Məcəlləsinin 177.2.2ci maddəsi tətbiq olunur. Beləliklə, davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla belə, məhkəmədə o da müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 1150 manat məbləğində pulunu 16 avqust 2020-ci il tarixdə ələ keçirərək dələduzluq etmiş və həmin vaxtdan da iki ildən artıq müddət keçmişdir. Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanındığı epizod üzrə ********* nömrəli cinayət işi üzrə icraat xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının CPM-nin 53.1.3cü maddəsinə istinadən dayandırılmış, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs tutulması ilə əlaqədar təzələnmişdir, 16 iyun 2022-ci il tarixdə ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir. 17 iyun 2022-ci il tarixdə ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir. ********* nömrəli cinayət işi üzrə icraat xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının CPM-nin 53.1.2-ci maddəsinə istinadən dayandırılmış, xx.xx.2023-cü il tarixdə isə təzələnmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə. Həmin Məcəllənin 75.2-ci maddəsinə görə müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Həmin Məcəllənin 75.3-cü maddəsinə görə cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi dələduzluğa, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə, 178.2-ci maddəsi isə eyni əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə, təkrar törədilməsinə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsinə və xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət müəyyən edir. Qeyd olunan Məcəllənin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 mart 2022-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsində müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanması təsbit edilib. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Maddənin məzmunundan göründüyü kimi, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Qanunverici Cinayət Məcəlləsinin 75.2-ci maddəsini bütün cinayətlərin yenidən törədilməsi hallarına aid olan norma kimi nəzərdə tutmuş və Cinayət Məcəlləsinin eyni maddəsi üzrə və yaxud bu Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilmiş hallarda (həmcins) cinayətlərin yenidən törədilməsi halları üçün fərqli qayda müəyyən etməmişdir. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir.Bir daha vurğulanmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli Qərarında cinayətlərin təkrarlığını bütöv cinayət kimi qəbul etməyərək təkrarlığa daxil olan cinayətlərin məhz ayrı-ayrılıqda tövsif edilərək təkrarlığa daxil olan hər bir əməlin müstəqil qiymətləndirilməli olduğunu bildirmişdir. Göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələblərinə, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərə görə, təkrarlıq müstəqil eyni və ya həmcins cinayətlərdən təşkil olunan cinayətlərin çoxluğu olduğundan, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanan cinayət məsuliyyətinə cəlb etmə müddəti ayrıayrılıqda hər bir cinayətə münasibətdə müəyyən edilməli, təkrarlığı təşkil edən cinayətlərdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar şəxs cinayət məsuliyyətindən azad olunduqda, onun əməlinin cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edilməsinə və yaxud təkrarlığın Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə müdafiə tərəfinin razılığı ilə hesab edir ki, Zərərçəkmiş şəxs1 dələduzluq nəticəsində vurulmuş zərərin məbləği 1150 manat olduğu epizod üzrə həmin məbləğ beş min manatdan artıq olmadığından (cinayətlərin təsnifatına görə həmin əməllər böyük ictimai təhlükə törətməyən cinayətə aiddir), Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamın bu hissəsi üzrə Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün cinayət təqibinə xitam verilməlidir. Digər əməllərə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçmədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməklə ona cəza təyin olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi sübuta yetirildiyindən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxsnın təqsirini qismən etiraf edib peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, xərçəngi xəstəliyindən əziyyət çəkməsini, Zərərçəkmiş şəxs3 vurduğu zərəri tam aradan qaldırmasını və onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, əməlini qismən etiraf etməsini və peşman olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilərək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarında olan 12 aprel 2023-cü il tarixli “qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsi tutulması barədə” protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğu üçün 12 aprel 2023-cü il tarixdə saat 18:30-da tutlmuşdur. Həmçinin cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ***- **** nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs, xx.xx.2022-ci il tarixdə Naxçıvan MR-nın Sədərək keçid məntəqəsində saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər 3 (üç) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilmasi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, o 02 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs1 münasibətdə 1150 manat maddi ziyan vurmaqla törədilmiş dələduzluq əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamın bu hissəsi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər 3 (üç) gün həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını “ümumi” rejimli cəzaçəkmə müəsissəsində çəkməklə, cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 vurularaq ödənilməmiş 1150 (bir min bir yüz əlli) manat, Zərərçəkmiş şəxs2 vurularaq ödənilməmiş 5100 (beş min bir yüz) manat və Zərərçəkmiş şəxs4 vurularaq ödənilməmiş 6522 (altı min beş yüz iyirmi iki) manat maddi ziyanın tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(033)-6/2024
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-6/2024
05.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver