Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-60/2022 21.12.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, dövlət ittihаmçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxx 2001-ci ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu Yengian kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı verilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 17:00-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs tamah məqsədi ilə, qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını talamaq niyyəti ilə 19 iyul 2022-ci il tarixdə, saat 17:00 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs ünvan 1ində yerləşən evinin həyətində ot biçən zaman evdə yaşayan şəxslərin evdə olmamasından və evin qapısının açıq olmasından istifadə edərək yaşayış sahəsinə qanunsuz daxil olub, evin yataq otağında paltar şkafının içərisində olan mücrüdən 1 ədəd 765 manat dəyərində 9 qram 583 əyyarlı qırmızı sadə qaşlı qızıl üzüyü, 1 ədəd 255 manat dəyərində 3 qram 583 əyyarlı paxlava şəkilli qızıl üzüyü, 1 cüt 425 manat dəyərində 5 qram 583 əyyarlı romb şəkilli qızıl sırğanı, 4 ədəd cəmi 100 manat dəyərində qızıl dişləri, həmin şkafın yanında uşaq paltarı yığılan kiçik ölçülü şkafın gözlüyündə olan 1 cüt 100 manat dəyərində xırda qaşlı qızıl sırğanı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1645 (bir min altı yüz qırx beş) manat məbləğində maddi ziyan vurmaqla qəsdən oğurluq cinayət əməlini etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, qohum deyil, ədavəti yoxdur, həmkəndlisidir. 2020-ci ildə 2-ci Qarabağ müharibəsində iştirak etmiş, Azərbaycan Respublikası Baş Naziri tərəfindən “Vətən müharibəsi iştirakçısı medalı” ilə təltif olunmuşdur. Vətən müharibəsi iştirakçısı olduğu üçün hər ay dövlət tərəfindən təyin edilmiş 80 manat müavinət alır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olaraq yaşadığı kənddə fərdi evlərdə fəhləlik edib pul qazanır. Zərərçəkmiş şəxs da həyətində bir neçə dəfə iş görmüş, onunla münasibəti həmişə yaxşı olmuşdur. 19 iyul 2022-ci il tarixdə saat 13:00 radələrində Zərərçəkmiş şəxs ona zəng vuraraq həyətindəki otu təmizləməyini və bu işin müqabilində ona 15 (on beş) manat pul verəcəyini bildirmiş, o da Fərəclə razılaşmış, Zaqatala şəhərində olduğunu, kəndə gedəndə otu biçib təmizləyəcəyini bildirmişdir. Həmin gün axşam saat təxminən 17:00 radələrində ot biçmək üçün matorlu otbiçən aparatını götürüb Fərəcin evinə getmişdir. O, gedəndə Fərəc özü evdə olmamış, Bakı şəhərinə gedəcəyini demiş, onu Fərəcin arvadı Türkan və anası Möminət qarşılamış, ona evin həyətində ot biçiləsi yeri göstərmişlər. O, matorlu ot biçənlə həyətdə olan otu biçməyə başlamış, sonra Fərəcin anası və arvadı qonşuya getmişlər. Həyətin çox hissəsinin otunu biçmiş, siqaret çəkmək istəmiş, üstündə siqaret olmamışdır. Əvvəllər Fərəcgilin həyətində iş görəndə siqaret lazım olanda Fərəcin anası Möminət ona evdən Fərəcin siqaretindən götürüb verdiyinə görə evdə Fərəcin siqareti olacağını bilib evdə heç kimin olmadığını, evin qapısının açıq olduğunu bildiyi üçün evə girmiş, evdə olan otaqdakı stolun üstündə olan nazik «kent 4» siqaret paçkasından bir ədəd siqaret götürmüş, sonra həmin otaqda olan paltar yığılan böyük şkafın yanında olan siyirməli kiçik uşaq şkafı görmüş, pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Ətrafa nəzər salmış, heç kimin olmadığına bir daha əmin olduqdan sonra evdə olan həmin siyirməli şkafı axtarmağa başlamışdır. Məqsədi pul və ya qızıl-zinət əşyaları tapıb tez oğurlayıb evdən çıxmaq olmuşdur. Çünki Fərəcin anası və arvadı hər an gələ bilərdi. Evin yataq otağında olan siyirtməli uşaq şkafının içərisinə baxan vaxt orada göy rəngli mücrünü görmüş, həmin mücrünü açıb içinə baxdıqda orada qızıl-zinət əşyalarının olduğunu görmüş və həmin əşyaları oğurlayıb tez şalvarının sağ cibinə qoymuşdur. Oradan bir ədəd qızıl üzük, iki cüt qızıl sırğa və bir ədəd qızıl diş oğurlamış, sonra evdən çıxıb otbiçən aparatı işə salıb biçilməmiş hissənin otunu biçməyə başlamış, təxminən 15 dəqiqə sonra Fərəcin anası və arvadı evə gəlmişlər. O, işini yekunlaşdırmışdır. Fərəcin anası ona həyətlərindəki otu biçdiyinə görə 15 manat zəhmət haqqı pulu vermiş, o da matorlu otbiçən aparatını da götürüb çıxıb evə getmişdir. Səhəri günü 20 iyul 2022-ci il tarixdə oğurladığı qızıl-zinyət əşyalarını hamısını birlikdə aparıb Zaqatala şəhəri bazarın içərisində qızıl alqı-satqısı ilə məşğul olan Etibar adlı şəxsə 500 (beş yüz) manata satmışdır. Etibar onun oğurladığı bir ədəd dişə baxıb qızıl olmadığını bildirmişdir. Oğurladığı qızılları satdıqdan sonra əldə etdiyi 500 (beş yüz) manat pula özü üçün geyim əşyaları almış və qalan pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bir ədəd oğurladığı dişi isə qızıl mağazasından çıxanda bazardan kənarda daşlı, torpaqlı yolun kənarına tullamış və çıxıb getmişdir. Oğurluq etdiyini heç kimə bildirməmiş və bu barədə heç kimin məlumatı olmamışdır. Zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tam ödəmiş, etdiyi hərəkətlərə görə ondan üzr istəmiş və onunla barışmışdır. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Etdiyi hərəkətlərdən peşmandır. Göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, qohum deyil, ədavəti yoxdur. xx.xx.2022-ci il tarixdə Astara rayonuna istirahətə getmiş, xx.xx.2022-ci il tarixdə 11:00 radələrində arvadi Şahid1 ona zəng vuraraq evdən qızılların oğurlandığını bildirmiş, o, dərhal bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, arvadı isə Türkan oğurluq hadisəsi barədə xx.xx.2022-ci il tarixdə Zaqatala RPŞ-nə ərizə ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs zəng edib pulu ilə həyətindəki otları təmizləməsini və bunun müqabilində ona görəcəyi iş üçün 15 manat pul verəcəyini demiş, həmin vaxt işi olduğuna görə evdə olmamış, o, evdə olmayanda Samir gəlib evinin həyətində olan otu biçmiş və anası Möminət ona həyətdəki otu biçməyə görə 15 manat pul vermişdir. Oğurluqda Təqsirləndirilən şəxs şübhələndiyi üçün ona zəng vurub oğurluq barədə soruşmuş, Təqsirləndirilən şəxs ona hadisədən xəbəri olmadığını, polis şöbəsinə çağırıldığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə ilə əlaqədar yaşadığı Zaqatala rayonu, Yengiyan kəndinə gəlmiş, arvadı Türkan ona qızılları axtardığını, lakin tapmadığını bildirmişdir. Oğurluq nəticəsində yaşadığı evdə yataq otağında olan paltar yığılan şkafdan 1 cüt təxminən 500 manat dəyərində 5 qram 583 əyarlı romb şəkilli qızıl sırğa, 1 ədəd təxminən 900 manat dəyərində 9 qram 583 əyarlı qırmızı sadə qaşlı qızıl üzük, 1 ədəd təxminən 300 manat dəyərində 3 qram 583 əyarlı paxlava şəkilli qızıl üzük, təxminən 100 manat dəyərində 4 ədəd qızıl diş və həmin şkafın yanında olan kiçik uşaq paltarı yığılan şkafının gözlüyündən isə bir cüt təxminən 100 manat dəyərində xırda qaşlı qızıl uşaq sırğası oğurlanmış və oğurluq nəticəsində ona ümumilikdə 1900 (min doqquz yüz) manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər tam ödənilmiş, ondan heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 Qadaş qızı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, qohum deyil, ədavəti yoxdur. xx.xx.2022-ci il tarixdə 11 radələrində yaşadığı evdə olarkən yataq otağında olan şifoneri səliqəyə salanda, görmüşdür ki, yataq otağında olan şifonerin içərisindəki taxta mücrünün içərisində ona məxsus olan, əri Fərəcin ona aldığı bir cüt qızıl sırğa, iki ədəd qızıl qadın üzüyü və mərhum qayınatası Xaliddindən əri Fərəcə miras qalmış dörd ədəd qızıl dişlər yoxdur. Bu barədə qayınanası Şahid2 bildirmiş və qızılları tapmaq üçün evi axtarmış, lakin tapmamışlar. Qızılları axtaranda paltar şkafının yanında olan kiçik uşaq şkafının gözlüyündə olan azyaşlı qızına maxsus bir cüt qızıl uşaq sırğasının yerində olmadığını, həmin sırğanın da oğurlandığını bilmişdir. Qaynanası ilə birlikdə evi axtaran zaman yataq otağındakı paltar şkafının içərisində olan taxta mücrüdə 1 cüt təxminən 500 manat dəyərində 5 qram 583 əyyarlı romb şəkilli qızıl sırğanı, 1 ədəd təxminən 900 manat dəyərində 9 qram 583 əyyarlı qırmızı sadə qaşlı qızıl üzüyü, 1 ədəd təxminən 300 manat dəyərində 3 qram 583 əyyarlı paxlava şəkilli qızıl üzüyü, təxminən cəmi 100 manat dəyərində 4 ədəd qızıl dişi və şifonerin yanında olan uşaq paltarı yığılan şkafının gözlüyündə isə bir cut təxminən 100 manat dəyərində xırda qaşlı qızıl uşaq sırğasının yerində olmadığını və naməlum şəraitdə oğurlandığını aşkar etmişlər. Həmin vaxt əri Fərəc evdə olmamış, Astara rayonuna istirahət etməyə getmişdir. O, dərhal əri Zərərçəkmiş şəxs zəng edərək bu barədə məlumat vermiş, Fərəc evlərindən oğurluq olması barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Səhərisi günü əri Fərəc evə gəlmiş və polis şöbəsinə gedib onlara məxsus qızıl əşyalarının oğurlanması barədə ərizə vermişdir. Sonradan bilmişlər ki, evdən onlara məxsus qızıl əşyalarını həmkəndlisi Samir oğurlamışdır. Belə ki, təxminən 19 iyul 2022-ci il tarixdə əri Fərəc zəng edib Samirə həyətlərində olan otu 15 manata pulu ilə biçməyi demiş, həmin günü saat təxminən 17:00 radələrində Samir ot biçən aparatını da götürüb tək onların evinin həyətində olan otu biçməyə gəlmiş, həmin vaxt qayınanası Möminət və o evdə olmuş, əri Fərəc evdə olmamış, işi ilə əlaqədar Zaqatala şəhərinə getmişdir. X5 həyətdə otun biçiləsi yerini göstərmiş, sonra qayınanası ilə birlikdə qonşuya getmiş, təxminən 15-20 dəqiqə sonra evə qayıtmışlar. Onlar evə qayıdandan təxminən bir saat sonra Samir işini qurtarıb ot biçən aparatını da götürüb çıxıb getmiş, X5 15 manat otu biçməyinə görə pul vermişdir. Samir onun və qayınanası Möminətin evdə olmadığından istifadə edərək evin qapsının açıq olduğunu bilib evə girib qızıl əşyalarını oğurlamışdır. Samir evlərindən ümumilikdə 1900 (bir min doqquz yüz) manat məbləğində qızıl əşyaları oğurlamaqla həmin məbləğdə onlara maddi ziyan vurmuşdur. Göstərdiklərindən başqa heç bir əşyaları oğurlanmamışdır. xx.xx.2022-ci il tarixdə qayınanası ilə birlkdə qonşudan evə qayıdanda evdə heç bir əşyanın dağıdılmadığını, şkafda paltarların dağıdılmadığını, evin səliqəsinin pozulmadığını görmüşdür. Samir onların evdə olmadığından və evin qapısının açıq olmasından istifadə edərək evə girmiş və şkafın qapısını açıb orada olan mücrüdə və həmin şkafın yanında olan uşaq paltarı yığılan kiçik şkafın gözlüyündə olan qızılları oğurlamış, sonra mücrünü yerinə qoymuşdur ki, bilməsinlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, qohum deyil, ədavəti yoxdur. Təqsirləndirilən şəxs tanımamış, Samir ona qızıl satanda ilk dəfə görmüş, qohum deyil, ədavəti yoxdur. Dəqiq tarixi yadında olmayan vaxtı 2022-ci ilin iyul ayında səhər saat təxminən 11:00 radələrində bazarda olmuş, Samir ona yaxınlaşıb qızıl satdığını bildirmişdir. Samir ona bir qızıl üzük və bir cüt qızıl sırğa satmış, ikisi birlikdə 9,3 və yaxud 9,5 qram olmuş, lom şəklində bir qramını həmin vaxt 53 (əlli üç) manata almış və ümumilikdə Samirə 500 (beş yüz) manat pul vermişdir. Samir pulu aldıqdan sonra çıxıb getmişdir. Samir ona satmaq üçün qızıl üzük və sırğadan başqa təxminən iki ədəd, yaxud üç ədəd qızıl diş də təqdim etmiş, lakin qızıl dişləri almağa pulu olmadığına görə almamış, səhər vaxtı olduğundan, əlində cəmi 500 manat pul olmuşdur. 1-2 gündən sonra Samirdən aldığı həmin qızılları ikinci əl kimi bir qramını 60 manata bazarda tanımadığı bir qadına satmış, kimə satdığını bilməmişdir. Həmin qızılların oğurluq olduğunu bilməmiş, təxminən yarım aydan sonra polis əməkdaşları bazara gəlib ondan oğurluq mal aldığını soruşanda bilmişdir ki, Samirin ona satdığı qızıllar oğurluq olmuşdur. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş Şahid1 Qadaş qızı ilə eyni məzmunlu ifadə verərək onların dediklərini bir daha təsdiq etmişdir. Şahid2 məhkəməyə də ərizə göndərərək Zaqatala rayon polis şöbəsində verdiyi ərizənin doğru olduğunu, məhkəmənin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşdə olan 28 iyul 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan müəyyən edilmişdir ki, baxış zamanı hadisə yerinin Zaqatala rayonu, Yengiyan kəndində giriş qapısının dəmir darvazadan ibarət olan təxminən həyətyanı sahəsi 0.12 ha ərazi və içərisində təxminən sahəsi 150 kv metr olan bir mərtəbəli kürsülü ev olduğu müəyyən edildi. Kürsülü evə bitişik yerdən olan bir mərtəbəli sahəsi təxminən 60 kv metr olan əlavə tikili var. Ev 2 yataq, 1 zal və 1 mətbəxdən ibarətdir. Evin qiriş qapısı taxta qapıdan ibarətdir. Baxış zamanı Şahid1 Qadaş qızı qaynanası Mömünət Bulacovanın yataq otağındakı şifoneri göstərərək şifonerin çəkməcəsində olan mücrü qabın içərisində 1 ədəd təxminən 900 manat dəyərində sadə qaşlı qızıl üzük, 1 ədəd təxminən 300 manat dəyərində “paxlava" formalı qızıl üzük, 1 cüt təxminən 500 manat dəyərində '”romb" formalı qızıl tənə, 4 ədəd cəmi təxminən 100 manat dəyərində qızıl dişlər və şifonerin yanında kiçik ölçülü uşaq paltarı üçün istifadə edilən şkafda qızıl qabında olan 1 cüt təxminən 100 manat dəyərində xırda qaşlı qızıl tananın naməlum şəraitdə oğurlandığını aşkar etdiyini bildirdi. Baxış zamanı Zaqatala RPŞ-nin KTQ-nin baş inspektor kriminalist vəzifəsində işləyən X3 tərəfindən hadisə yerində yataq otağındakı qızıl saxlanılan paltar şkafının güzgüsündən, yataq otağındakı paltar şkafında olan üzərində «APTEK» yazılmış polietilen torbanın üstündən, yataq otağındakı paltar şkafının çöl tərəfindən və yataq otağındakı paltar şkafının qapısının içəri hissəsindən əl-barmaq izləri DİN-in KTİ-nin məlumat bankında olan şəxslərin əl-barmaq izləri müqayisəli tədqiqat aparılması üçün götürülmüşdür. İşdə olan 29 iyul 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs 29 iyul 2022-ci il tarixdə saat 20:10-da müdafiəçisi X2 iştirakı ilə Zaqatala Rayon Polis Şöbəsinin inzibati binasında tutulmuşdur. İşdə olan polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və şəxsin MSYdən azad edilməsi haqında 31 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. İşdə olan Zaqatala Rayon Mərkəzi X6 Şəxs tərəfindən 05 avqust 2022-ci il tarixdə verilmiş 995 nömrəli məktubdan görünür ki, Bədirov X4 RMX PHŞ-nin Poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. İşdə olan Azərbaycann Respublikası DİN BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması ilə əlaqədar DİN BƏSİİ-nin əməliyyat sorğu kartotekasında hər hansı məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli 011-9321-1222 nömrəli məktubundan görünür ki, hadisə yerindən götürülmüş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 05 ədədi (ADİS-in məlumat bankına Zaqatala RPŞ-dən daxil olan) xx.xx.2021-ci tarixdə Zaqatala rayonunda anadan olmuş Təqsirləndirilən şəxs əlinin ovuc, adsız sol əlinin isə ovuc (02 dəfə) və çeçələ barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. Hadisə yerindən götürülmüş, üzərində əl-barmaq izləri əks olunduğu 11 ədəd lent kəsiyi cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin 12 sentyabr 2022-ci il tarixli 9/5804 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən qızıl-zinət əşyaların 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1445,00 manat müəyyən edilir. Qərarda göstərilən 4 ədəd dişlərin əyyarı, çəkisi barədə ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Rəyin tədqiq hissəsində;-təxminən 5 qram 583 əyyarlı romb şəkilli 1 cüt sırğa 425 manat,-təxminən 9 qram 583 əyyarlı qırmızı sadə qaşlı 1 ədəd üzük 765 manat,-təxminən 3 qram 583 əyyarlı paxlava şəkilli 1 ədəd üzük 255 manat olduğu göstərilmişdir. İşdə olan Zaqatala RİHB-nın Yengiyan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən örünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan 11 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X9 Birliyi tərəfindən verilmiş Mİ seriyalı 011781 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə iştirakçısıdır. İşdə olan İ-10825 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli sərəncamına əsasən Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən Zaqatala RPŞ-yə verilmiş ərizədən görünür ki, ümumilkdə ona dəymiş 1900 manat maddi ziyan tamamilə ödənilmişdir və o təqsirləndirilən şəxslə barışmışdır. Onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 13 dekabr 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Onun barəsində heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə 03 noyabr 2022-ci il tarixli qərarla müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs və Şahid1 Qadaş qızı xx.xx.2022-ci il tarixli ərizə müraciət edərək bildirmişlər ki, onlar istintaqa verdikləri izahatlarda evlərindən oğurlanmış iki cüt qızıl sırğadan bir cütünün çəkisinin 1,5 qram, əyarının 585 olduğunu göstərsələr də sonradan onlara aydın olmuşdur ki, onlar həmin 01 cüt sırğanı digər sırğa ilə dəyişik salmışlar, digər 01 cüt sırğa isə yaşadıqları evdən oğurlanmamışdır. Oğurlanmış həmin 01 cüt sırğanın çəkisi və əyarı barədə isə onlarda heç bir dəqiq məlumat yoxdur, yalnız qiymətini bilirlər. Belə ki, həmin sırğalar bir neçə il qabaq onlar tərəfindən 100 manata alınmışdır. Oğurlanmış bir cüt 100 manat dəyərində xırda qaşlı qızıl uşaq sırğasının və dörd ədəd qızıl dişlərin məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməməsində həmin predmetlərin çəkisi və əyyarı barədə məlumatların zərərçəkmiş şəxsin və ailə üzvləri tərəfindən istitaqa təqdim edilməməsi nəzərə alınmalı, həmin predmetlərin dəyəri zərərçəkmişin istintaqa verdiyi ifadəyə uyğun olaraq, yəni bir cüt xırda qaşlı qızıl uşaq sırğasının qiyməti 100 (yüz) manat, 4 ədəd qızıl dişlərin qiyməti 100 (yüz) manat kimi qiymətlədirilməli, məhkəmə əmtəəşünaslıq ekspertizası zamanı qiymətləndirilməsi mümkün olan malların dəyəri ilə birlikdə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın dəyəri ümumilikdə 1645 (bir min altı yüz qırx beş) manat kimi qiymətləndirilməlidir. Beləliklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs tamah məqsədi ilə, qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını talamaq niyyəti ilə 19 iyul 2022-ci il tarixdə, saat 17:00 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs ünvan 1ində yerləşən evinin həyətində ot biçən zaman evdə yaşayan şəxslərin evdə olmamasından və evin qapısının açıq olmasından istifadə edərək yaşayış sahəsinə qanunsuz daxil olub, evin yataq otağında paltar şkafının içərisində olan mücrüdən 1 ədəd 765 manat dəyərində 9 qram 583 əyyarlı qırmızı sadə qaşlı qızıl üzüyü, 1 ədəd 255 manat dəyərində 3 qram 583 əyyarlı paxlava şəkilli qızıl üzüyü, 1 cüt 425 manat dəyərində 5 qram 583 əyyarlı romb şəkilli qızıl sırğanı, 4 ədəd cəmi 100 manat dəyərində qızıl dişləri, həmin şkafın yanında uşaq paltarı yığılan kiçik ölçülü şkafın gözlüyündə olan 1 cüt 100 manat dəyərində xırda qaşlı qızıl sırğanı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1645 (bir min altı yüz qırx beş) manat məbləğində maddi ziyan vurmaqla qəsdən oğurluq cinayət əməlini etmişdir. Oğurluq, yəni yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakının gizli talanmasına görə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs 44 günlük Vətən Müharibəsində iştirak etməsini və müvafiq sərəncamla “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmasını xüsusi olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, torpaqların işğaldan azad edilməsi uğrunda aparılan Vətən Müharibəsində əldə edilən möhtəşəm zəfər azərbaycanlıların milli birliyinin və həmrəyliyinin təcəssümü kimi Vətənimizin şanlı tarixinə yazılmışdır. Təqsirləndirilən şəxs da 44 günlük Vətən Müharibəsində iştirak etmiş, Vətən torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə hər an canından keçməyə hazır olmuş, müqəddəs vətən torpağını mənfur düşmənin işğalından azad edənlərdən olmuşdur. Bu baxımdan təqsirləndirilən şəxs X7 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin barəsində CM-nin 70 və 62-ci maddəsinin tətbiq edilməklə onun daha yüngül cəzaya məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alır və ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə yaxın azadlığın məhdudlaşdırılması cəzası təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs 29 iyul 2022-ci il tarixdən 31 iyul 2022-ci il tarixədək tutularaq saxlanıldığı 2 (iki) gün, nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə Zaqatala rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan ünvan 1i ünvanında yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan hadisə yerinə baxış zamanı götürülmüş əl-barmaq izlərinin əks olunduğu 11 ədəd lent kəsiyi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasınа məhkum edilsin. Təqsirləndirilən şəxs 29 iyul 2022-ci il tarixdən 31 iyul 2022-ci il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 4 (dörd) gün həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Zaqatala rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan ünvan 1i ünvanında yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Zaqatala Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan hadisə yerinə baxış zamanı götürülmüş əl-barmaq izlərinin əks olunduğu 11 ədəd lent kəsiyi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №1(033)-60/2022
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-60/2022
21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver